Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-378/2024 19.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, taksi sürücüsü kimi fəaliyyət göstərən, əvvəllər məhkum olunmamış, İmişli rayonu, İmişli şəhəri, T.İsmayılov küçəsi, ev 03, mənzil 07 ünvanında qeydiyyatda olmaqla, ünvan 1aşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs naməlum vaxtda istintaqa məlum olmayan “Hadi” adlı şəxsdən satış məqsədi ilə qanunsuz olaraq ümumi çəkisi 34,86 qram narkotik vasitə kustar üsulla hazırlanmış qurudulmuş marixuananı əldə edib bir qismini üzərində, bir qismini etibarnamə əsasında idarə etdiyi avtomobildə saxlayaraq daşımış və 12 mart 2024-cü il tarixdə, saat 20:30-da ünvan 2 ünvanının yaxınlığında avtomobildən düşəndən sonra hərəkətləri şübhə doğurduğu üçün Xətai RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılıb ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan torbada 25 ədəd ağ rəngli kağız bükümlərdə ümumi çəkisi 13,36 qram, ayrı-ayrı təmiz çəkiləri 0,58 qram, 0,62 qram, 0,55 qram, 0,59 qram, 0,57 qram, 0,53 qram, 0,53 qram, 0,54 qram, 0,49 qram, 0,54 qram, 0,55 qram, 0,58 qram, 0,50 qram, 0,47 qram, 0,51 qram, 0,51 qram, 0,52 qram qram, 0,51 qram, 0,52 qram, 0,48 qram, 0,54 qram, 0,53 qram, 0,41 qram, 0,57 qram, 0,62 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və bunun davamı olaraq həmin gün saat 21:40-da həmin ünvanda Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasının qarşısında taksi fəaliyyəti göstərməklə etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, ** ET *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin salonunda ön sağ hissədəki saxlanc yerində bir ədəd sellofan torbada 40 ədəd ağ rəngli kağız bükümlərdə, ümumi çəkisi 21,5 qram, ayrı-ayrı təmiz çəkiləri 0,54 qram, 0,60 qram, 0,50 qram, 0,52 qram, 0,61 qram, 0,57 qram, 0,48 qram, 0,52 qram, 0,51 qram, 0,54 qram, 0,59 qram, 0,47 qram, 0,62 qram, 0,55 qram, 0,54 qram, 0,57 qram, 0,49 qram, 0,50 qram, 0,51 qram, 0,47 qram, 0,53 qram, 0,58 qram, 0,56 qram, 0,52 qram, 0,57 qram, 0,53 qram, 0,45 qram, 0,52 qram, 0,53 qram, 0,54 qram, 0,61 qram, 0,55 qram, 0,51 qram, 0,55 qram, 0,58 qram, 0,49 qram, 0,51 qram, 0,52 qram, 0,62 qram, 0,53 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eynilik təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmçinin o ağır vərəm xəstəliyindən əziyyət çəkdiyini qeyd etmiş, məhkəməyə “tubzondan” gətirildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 ay olar ki, narkotik vasitə istifadə etməyə başlamışdır. İstifadə etdiyi narkotik vasitələri internet vasitəsilə tanıdığı və “Whatsapp” proqramı vasitəsilə əlaqə qurduğu İran vətəndaşından almışdır. xx.xx.2024-cü il tarixdə o, həmin şəxsdən 300 manat dəyərində narkotik vasitə almış və avtomobilində saxlamışdır. Daha sonra xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanının yaxınlığında 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində olan zaman üzərində şəxsi axtarış və götürmə keçirilən zaman 25 ədəd bükümdə narkotik vasitə aşkar edilmişdir. Həmçinin, daha sonra polis əməkdaşları tərəfindən onun idarə etdiyi avtomobilə baxış keçirilmiş və nəticədə 40 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Narkotik vasitəni əldə etdiyi İran vətəndaşı ilə ayda bir dəfə əlaqə saxlamaq mümkün olduğundan o, ehtiyyaclarını qarşılamaq üçün 65 ədəd bükümdə narkotik vasitə almışdır. Əvvəllər həmin şəxs narkotiki çəki ilə satsa da, sonradan bükümlərə ayıraraq satmağa başlamışdır. Üzərindən və avtomobilindən aşkar olunmuş narkotik vasitə özünə məxsus olmuşdur, lakin həmin maddənin satışı ilə heç vaxt məşğul olmamışdır, buna baxmayaraq ona əsassız yerə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ittiham elan olunmuşdur. O, “Bolt” şirkətində taksi sürücüsü kimi fəaliyyət göstərmiş və aylıq qazancı da olmuşdur, onun narkotik vasitələri satmaqla gəlir əldə etməyə ehtiyyacı olmamışdır. Habelə o, X1 saxlanılan zaman müstəntiq oraya gələrək ona sənədlər təqdim etmiş və o da öz növbəsində oxumadan tələsik imza etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, İmişli rayonu, Tofiq İsmayılov küçəsi, ev 3, mənzil 7 ünvanında qeydiyyatda olmaqla, ünvan 1aşayır, əvvəllər məhkum olunmamışdır, himayəsində azyaşlı övladı vardır, **-ET-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobili gündəlik kirayə götürərək taksi kimi fəaliyyət göstərir. Təxminən 2 aydır narkotik maddə hesab olunan marixuananı çəkmə üsulu ilə istifadə edir, ağciyərində xəstəlik olması ilə əlaqədar həmin narkotik maddəni istifadə edir və həmin narkotikin istifadəsi vasitəsi ilə bədənində olan ağrılar azalır, təxminən 1 aydan artıq müddətdir “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə tanış olduğu adı ona Hadi kimi məlum olan İran İslam Respublikası vətəndaşı ilə münasibət qurmuş, həmin şəxs ona müxtəlif ünvanların konumlarını göndərmiş, orada olan marixuananı şəxsi istifadəsi üçün əldə etmiş, son dövrlərdə səhhətində baş verən xəstəliklərə görə müalicəsini və ailəsinin dolanışığını təmin edə bilmədiyinə görə narkotiki ucuz alıb həm özü istifadə etmək, həm də satıb gəlir əldə etmək qərarına gəlmiş, lakin bu barədə narkotiki aldığı şəxsin məlumatı olmamış, həmçinin aralarında razılaşma da olmamışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Hadi adlı İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayaraq ondan marixuana istəmiş, həmin günü axşam saatlarında Hadi 300 manat dəyərində narkotik vasitəni ona verə biləcəyini bildirmiş, o, həmin pulu hissə-hissə müəyyən vaxt ərzində Hadinin ona göndərdiyi İran İslam Respublikasına aid bank kartına göndərəcəyini bildirmiş, sonra Hadi “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ona narkotik maddənin qoyulduğu yerin ünvanının şəklini ataraq, oradan həmin narkotik maddəni götürə biləcəyini demiş, o, da əvvəllər eyni üsulla ondan narkotik maddə əldə etməyi səbəbindən onunla razılaşmış, sonra həmin tarixdə Hadinin ona göndərdiyi ünvana, yəni ünvan 6də yol kənarı hissədə daşın altında sellofana bükülmüş şəkildə dəqiq bilmədiyi sayda ağ rəngli kağıza bükülmüş narkotik vasitə olan marixuananı götürmüş və həmin narkotik maddədən gündəlik istifadə etmiş, qalan bükümləri isə avtomobilə yerləşdirmişdir. 12 mart 2024-cü il tarixdə, saat 20 radələrində şəxsi işləri ilə əlaqədar Xətai rayonu, Süleyman Əhmədov küçəsi 17 ünvanı yaxınlığına gəlmiş, orada avtomobili park edib aşağı enən zaman 2 nofər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş, sonra ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək Xətai RPİnin 37-ci PŞ-nə dəvət olunmuşdur. O, həmin günü avtomobildə olan bükümlərdən 25 bükümünü ayırıb əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuş, qalan bükümlər avtomobildə olmuş, polis şöbəsində o, səmimi etiraf edərək narkotik vasitə marixuana istifadə etməsini bildirərək, üzərində 25 ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitə marixuananın olmasını bildirmiş, sonra ona hüquqlarının müdafiə olunması məqsədilə dövlət hesabına müdafiəçi dəvət olunmuş, polis şöbəsində hüquq və vəzifələri ona izah olunmuş, sonra üzərində olan əşyaları təqdim etməyi bildirilmiş, o, əynindəki qara rəngli idman şalvarının sağ cibində saxladığı 01 ədəd sellofanın içərisində olan 25 ədəd ağ rəngli kağız bükümü təqdim etmiş, bundan başqa üzərində olan qara rəngli idman şalvarının sol yan cibində olan idarə etdiyi “Toyota Prius” markalı avtomobilin açarını təqdim etmiş, polis əməkdaşı tərəfindən 25 ədəd bükümün içərisində nə olması ondan soruşulduqda bükümlərin içərisində marixuana olmasını bildirmiş, sonra bükümlər polis əməkdaşı tərəfindən ümumi şəkildə elekton tərəzi vasitəsi ilə çəkilmiş və ona həmin 25 ədəd bükülünün çəkisinin qablaşdırma ilə birlikdə 17,04 qram olması məlum olmuş, sonra polis əməkdaşı başqa yerdə narkotik vasitə saxlaması barədə ondan soruşduqda idarə etdiyi “Toyota Prius” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobildə də narkotik vasitə olan marixuana saxlamasını bildirmiş, sonra onun iştirakı ilə idarə etdiyi “Toyota Prius” markalı **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, o, avtomobilin ön sağ tərəfindəki saxlanc yerini könüllü şəkildə göstərərək orada, sellofanın içərisində 40 ədəd ağ rəngli kağıza bükülmüş tünd yaşıl rəngli otşəkilli kütlənin narkotik maddə olan marixuana olmasını bildirmiş, həmin bükümlər polis əməkdaşı tərəfindən götürülmüş, bağlama polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 27,25 qram olmuş, o və digər iştirakçılar bağlamanın üzərinə yapışdırlmış kağıza imza etmiş, avtomobilə baxış keçirilməsi ilə bağlı polis əməkdaşı tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar tərərfındən protokol imzalanmışdır. O, üzərindən və idarə etdiyi avtomobildən aşkar olunmuş narkotik maddəni X6 vətəndaşı kimi tanıdığı Hadi adlı şəxsdən əldə etməsini, Hadinin göndərdiyi narkotik maddəni həm istifadə etməsini, həm də tanımadığı şəxslərə satmasını, Polis Şöbəsində izahat verən zaman İran vətəndaşından əldə etdiyi narkotikdən dost və tanışlarına hədiyyə kimi verməsini, lakin istintaqa verdiyi ifadədə səmimi olaraq narkotik maddənin satışını da həyata keçirib özü üçün maddi gəlir əldə etməsini, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlərin olmamasını, ***-***-**-** və ***-***-**-** mobil nömrələri istifadə etməsini, narkotik vasitələri Bakı şəhəri ərazisində bir neçə nəfərə təsadüfən satdıqdan sonra onun nömrəsini özləri tapıb onunla əlaqə saxlamasını, onların nömrələrini və adlarını mobil telefonuna yazmamasını, narkotik vasitəni bəzən əlbəəl satmasını, adətən pul karta köçdükdən sonra müəyyən bir yerə qoyub gəlib götürmələrini deməsini, İran İslam Respublikası vətəndaşı Hadi adlı şəxslə əvvəlcə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə danışmasını, mobil nömrəsini, onunla yazışmaları, həmçinin ona göndərdiyi ünvanı özündə əks etdirən şəkilləri dərhal mobil telefonundan silməsinə səbəb kimi hüquq-mühafizə orqanları tərəfindən tutulma təhlükəsinin olmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 12 mart 2024-cü il tarixdə, saat 20:30 radələrində Bakı şəhəri Xətai RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmətdə olan vaxtı ünvan 7 ünvanın yaxınlığında bır nəfər şəxsin idarə etdiyi «Toyota Prius» markalı, ** ET *** dövlət qeydiyyat nişanlı minik avtomobilini park edib avtomobildən düşən vaxtı zahiri görünüşünə və əlamətlərinə görə narkotik vasitələrin istifadəsində və saxlanılmasında özünü şübhəli aparmasına görə ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olmalarını bildirmişlər, həmin şəxsin özünü qeyri-səmimi aparmasına, həmçinin üzərində daşınması qadağan olunmuş hər hansı bir qeyri-qanuni əşya, vasitənin olması ehtimalına görə onu Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə dəvət etmişlər və o, etiraz etmədən onlarla birlikdə şöbəyə getmiş, polis şöbəsində bu barədə raport tərtib olunmuş və həmin şəxsin Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuş, sonra onun, Bakı şəhəri Xətai RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2, dəvət olunmuş müdafiəçinin iştirakları ilə videoçəkiliş aparılaraq, Təqsirləndirilən şəxs üzərində qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi bildirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən avtomobil açarını, həmin şalvarın sağ yan cibindən sellofanın içərisində 25 ədəd ağ rəngli kağıza bükülmüş bükülünü təqdim edərək, həmin bükümlərin içərisində narkotik vasitə «marixuana» olmasını bildirmiş, daha sonra həmin bükümlərdə olan tünd yaşıl rəngli otşəkilli kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 17,04 qram olması müəyyən olunmuş, həmin kütlələr barədə Təqsirləndirilən şəxs soruşduqda o, 5 mart 2024-cü il tarixdə özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş «Hadi» adlı şəxsdən alıb üzərində saxlamasını bildirmiş, həmçinin Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar olunmuş kütlələrdən başqa qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, vasitə aşkar olunmamış, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələr zərfə qoyulub qablaşdırılaraq, Azərbaycan Respublikası DİN-in «Zərflər üçün» 153 №-li möhürü ilə möhürlənmiş və hu barədə protokol tərtib olunaraq, protokol və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış zamanı idarə etdiyi «Toyota Prius» markalı, ** ET *** dövlət qeydiyyat nişanlı minik avtomobilində də narkotik vasitə olmasını bildirdiyinə görə Təqsirləndirilən şəxs, onun, Bakı şəhəri, Xətai RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2, dəvət olunmuş müdafiəçinin iştirakları ilə videoçəkiliş aparılaraq avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin ön sağ tərəfində saxlanc yerində sellofanın içərisində 40 ədəd ağ rəngli kağıza bükülmüş bükülünü təqdim edərək, içərisində narkotik vasitə «marixuana» olmasını bildirmiş və bükümlərdə olan tünd yaşıl rəngli otşəkilli kütlə elektron tərəzidə çəkilmiş və 27,25 qram olması müəyyən olunmuş, bu barədə Təqsirləndirilən şəxs soruşulduqda o, 5 mart 2024cü il tarixdə özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim etmiş «Hadi» adlı şəxsdən alıb avtomobildə saxlamasını bildirmiş, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış zamanı aşkar olunmuş kütlələrdən başqa qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, vasitə aşkar olunmamış, sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş kütlələr zərfə qoyulub qablaşdırılaraq, Azərbaycan Respublikası DİN-nin «Zərflər üçün» 153 №-li möhürü ilə möhürlənmiş və bu barədə protokol tərtib olunaraq, protokol və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan və polis şöbəsinə aparılan vaxtı ona qarşı heç bir fiziki zor və təzyiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiqləyərək onunla oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 12 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 13); şəxsi axtarış və götürmə aparılması haqqında 12 mart 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən “Toyota Prius” markalı avtomobilin açarını, həmin şalvarın sağ yan cibindən isə sellofanın içərisində olan ağ rəngli kağıza bükülmüş 25 ədəd bükülünü təqdim etmişdir. Həmin 25 ədəd bükümün içərisində nə olması ondan soruşulduqda, həmin 25 ədəd bükümdəki kütlələrin narkotik vasitə olan “marixuana” olmasını bildirdi. Həmin bükümlərdə olan maddə elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin ağ rəngli kağıza bükülmüş 25 ədəd tünd yaşıl rəngli otşəkilli kütlənin çəkisi qablaşdırma ilə birlikdə 17,04 qramdır. Ondan həmin narkotik maddə və psixotrop maddələri nə vaxt və haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, o, həmin narkotik maddələri özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Hadi adlı şəxsdən xx.xx.2024-cü il tarixdə özü istifadə etməsi üçün online qaydada alıb üzərində saxlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi **-ET-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobildə də narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (i.v. 23-24); avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında 12 mart 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius minik” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə və onun prekursorları, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi **-ET-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ tərəfində yerləşən saxlanc yerini könüllü şəkildə göstərərək orada sellofanın içərisində olan 40 ədəd ağ kağıza bükülmüş tünd yaşıl rəng otşəkilli maddəni göstərərək otşəkilli kütlənin narkotik maddə olan “marixuana” olmasını bildirmişdir. Həmin 40 ədəd bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin bükülünün çəkisi qablaşdırma ilə birlikdə 27,25 qramdır. Həmin narkotik vasitə olan marixuananı istifadə etmək üçün avtomobilində saxlamışdır. Həmin narkotik maddəni nə vaxt və haradan aldığını soruşduqda, həmin narkotik maddə olan marixuananı xx.xx.2024-cü il tarixdə online qaydada İran vətəndaşı olan Hadi adlı şəxsdən almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi **-ET-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobildən aşkar edilmiş otşəkilli maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (i.v. 27- 29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2024-cü il tarixli, 3-16-16-2-7/421 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan kağız paketdəki sellofan paketin içərisində 25 ədəd kağız bükülüdə ayrı-ayrı təmiz çəkiləri: 0,58 qram, 0,62 qram, 0,55 qram, 0,59 qram, 0,57 qram, 0,53 qram, 0,53 qram, 0,54 qram, 0,49 qram, 0,54 qram, 0,55 qram, 0,58 qram, 0,50 qram, 0,47 qram, 0,51 qram, 0,51 qram, 0,52 qram qram, 0,51 qram, 0,52 qram, 0,48 qram, 0,54 qram, 0,53 qram, 0,41 qram, 0,57 qram, 0,62 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 13.36 qramdır. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan kağız paketdəki sellofan paketin içərisində 40 ədəd kağız bükülüdə ayrıayrı təmiz çəkiləri: 0,54 qram, 0,60 qram, 0,50 qram, 0,52 qram, 0,61 qram, 0,57 qram, 0,48 qram, 0,52 qram, 0,51 qram, 0,54 qram, 0,59 qram, 0,47 qram, 0,62 qram, 0,55 qram, 0,54 qram, 0,57 qram, 0,49 qram, 0,50 qram, 0,51 qram, 0,47 qram, 0,53 qram, 0,58 qram, 0,56 qram, 0,52 qram, 0,57 qram, 0,53 qram, 0,45 qram, 0,52 qram, 0,53 qram, 0,54 qram, 0,61 qram, 0,55 qram, 0,51 qram, 0,55 qram, 0,58 qram, 0,49 qram, 0,51 qram, 0,52 qram, 0,62 qram, 0,53 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 21.5 qramdır (i.v. 39-44); şübhəli şəxsin dindirilməsi haqqında 13 mart 2024-cü il tarixli protokoldan görünür ki, o, Hadinin göndərdiyi narkotik maddəni həm istifadə etməsini, həm də tanımadığı şəxslərə satmasını, səhhətində olan xəstəliyə görə mualicəsini və ailəsinin dolanışığını təmin edə bilmədiyinə görə narkotiki ucuz alıb həm özü istifadə etmək, həm də satıb gəlir əldə etmək məqsədi ilə aldığını, lakin Hadinin onun narkotik vasitən satmadığından xəbərinin olmadığını və aralarında razılıq əldə edilmədiyini, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlərin olmamasını, narkotik vasitələri Bakı şəhəri ərazisində bir neçə nəfərə təsadüfən satdıqdan sonra onun nömrəsini özlərinin tapıb onunla əlaqə saxlamalarını, narkotik vasitəni bəzən əlbəəl satdığını, adətən isə pul karta köçdükdən sonra müəyyən bir yerə qoyub gəlib götürmələrini dediyini etiraf etmiş və “ifadəmi oxudum, sözlərimlə düzgün yazılmışdır, əlavəm yoxdur, düzgünlüyünü imzamla təsdiq edirəm” qeyd edərək öz imzası ilə təsdiq etmişdir (i.v. 52-57); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 14 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (i.v. 58-60); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 14 mart 2024-cü il tarixli protokoldan görünür ki, o, Hadinin göndərdiyi narkotik maddəni həm istifadə etməsini, həm də tanımadığı şəxslərə satmasını, səhhətində olan xəstəliyə görə mualicəsini və ailəsinin dolanışığını təmin edə bilmədiyinə görə narkotiki ucuz alıb həm özü istifadə etmək, həm də satıb gəlir əldə etmək məqsədi ilə aldığını, lakin Hadinin onun narkotik vasitən satmadığından xəbərinin olmadığını və aralarında razılıq əldə edilmədiyini, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlərin olmamasını, narkotik vasitələri Bakı şəhəri ərazisində bir neçə nəfərə təsadüfən satdıqdan sonra onun nömrəsini özlərinin tapıb onunla əlaqə saxlamalarını, narkotik vasitəni bəzən əlbəəl satdığını, adətən isə pul karta köçdükdən sonra müəyyən bir yerə qoyub gəlib götürmələrini dediyini etiraf etmiş və “ifadəmi oxudum, sözlərimlə düzgün yazılmışdır, əlavəm yoxdur, düzgünlüyünü imzamla təsdiq edirəm” qeyd edərək öz imzası ilə təsdiq etmişdir (i.v. 71-74); diskə baxış keçirilməsi haqqında 14 mart 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntülər, şəxsi axtarış və götürmə aparılması, avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında 12 mart 2024-cü il tarixli protokollara uyğun olmuşlar (i.v. 75-76); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-213/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır (i.v. 87-92); İmişli rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 761725 nömrəli doğum haqqında şəhadətnamənin surətindən və AZE seriyalı 11872481 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2016-cı il tarixdə İmişli şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X2r (i.v. 98-99); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə başlanmış ********* saylı cinayət işi hal-hazırda icraatdadır (i.v. 113-114); diskə baxış keçirilməsi haqqında 23 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı «Azercell» mobil nömrəsindən daxil olan və çıxan zənglər ilə əlaqədar "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 10441 nömrəli məktubu əsasında göndərilmiş bir ədəd «CD-R» diskə baxış keçirilmiş, baxış zamanı diskdə xx/xx/2023, 18:03:55, **********11, **********78: İnsafın olsun. Bu soyuqda ümidli edib, 10 dəqiqədən çox gözlədib ot; xx/xx/2024, 01:06:36, **********78, **********14: X11 X4, X15 X14 Elede, Alib Qatiwdirim, X12 Zeyifdi; xx/xx/2024, 19:03:07, **********78, **********14, Namiq emi bu onun kimi deil zeyifdi kimi sübut əhəmiyyətinə malik ola biləcək yazışmalar müəyyən edilmişdir. Həmçinin, baxış zamanı “abuneciler6847” yazılan “Excell” mətn sənədində 69 nəfər abunəçinin mobil telefon nömrəsi, ünvanları və anket məlumatları qeyd olunmuşdur. Bundan başqa, baxış zamanı “antena6847-2023” yazılan “Excell” mətn sənədində xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində 395 dəfə müxtəlif abunəçilərlə anten məlumatları qeyd olunmuşdur. Bundan başqa, baxış zamanı “antena6847-2024” yazılan “Excell” mətn sənədində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi olan müddət ərzində ümumilikdə 1947 dəfə (sonuncu Xətai rayonu, Ağ Şəhər, 2-ci Fəvvalərə küçəsi, X10) müxtəlif abunəçilərlə «**********78» mobil telefon nömrəsi ilə Bakı şəhərinin müxtəlif ərazilərindəki anten dairələrində telefon danışıqları aparılması qeyd olunmuşdur (i.v. 123-124a); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsinin xx.xx.2024-cü il tarixli, 3411 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, halhazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (i.v. 140-141); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 01 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2, 234.4.3 və 234.4.4-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması protokolu, avtomobilə baxış və götürmə protokolu, diskə baxış protokolu, "xxxx" MMC-dən və "xxxx" MMC-dən alınmış “CD-R” formatlı disklərə baxış protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2024-cü il tarixli, 3-16-16-2-7/421 saylı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsinin xx.xx.2024-cü il tarixli, 3411 nömrəli rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən götürülmüş ümumi təmiz çəkisi 34.86 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 32.91 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, şəxsi axtarış və götürmə, həmçinin avtomobilə baxış və götürmə görüntülərini özündə əks etdirən 01 ədəd “DVD-R” formatlı disk, həmçinin "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD-R” formatlı disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınmışdır (i.v. 142-152); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-438/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün olmaqla, ümumilikdə 03 ay 20 gün müddətinə, yəni 02 iyul 2024-cü il tarixə kimi uzadılmışdır. Məhkəmə istintaqı zamanı 01 ədəd “DVD-R” formatlı diskə baxış keçirilmiş, diskdə olan birinci video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibindən “Toyota Prius” markalı avtomobilin açarını, həmin şalvarın sağ yan cibindən isə sellofanın içərisində olan ağ rəngli kağıza bükülmüş 25 ədəd bükülünü təqdim edir. Həmin 25 ədəd bükümün içərisində nə olması ondan soruşulduqda, həmin 25 ədəd bükümdəki kütlələrin narkotik vasitə olan “marixuana” olmasını, həmin narkotik maddələri özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Hadi adlı şəxsdən xx.xx.2024-cü il tarixdə özü istifadə etməsi üçün online qaydada alıb üzərində saxladığını, idarə etdiyi **-ET-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobildə də narkotik vasitə olmasını bildirir. Diskdə olan ikinci video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə və onun prekursorları, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər olduğu təqdirdə təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi **-ET-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ tərəfində yerləşən saxlanc yerini könüllü şəkildə göstərərək orada sellofanın içərisində olan 40 ədəd ağ kağıza bükülmüş tünd yaşıl rəng otşəkilli maddəni göstərərək otşəkilli kütlənin narkotik maddə olan “marixuana” olmasını, həmin narkotik vasitə olan marixuananı istifadə etmək üçün avtomobilində saxladığını, həmin narkotik maddə olan marixuananı xx.xx.2024-cü il tarixdə online qaydada İran vətəndaşı olan Hadi adlı şəxsdən almasını bildirir. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitəni heç kimə satmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və imzası ilə təsdiq etmiş, həmçinin həmin ifadələri təsir altında verməsi ilə bağlı ibtidai araşdırma zamanı hər hansı müraciəti olmamışdır. Həmçinin, barəsində həbs qətimkan tədbiri seçilən zaman belə o, özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilmişdir. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində üzərindən və avtomobilindən aşkar edilmiş bükümlərin özünə məxsus olmasını, həmin bükümləri şəxsi istifadəsi üçün əldə etdiyini və başqa heç kimə satmadığını bildirsə də, üzərində 12 mart 2024-cü il tarixdə aparılmış şəxsi axtarış və götürmə zamanı ümumilikdə 25 ədəd bükümdə, həmçinin həmin tarixdə avtomobilə keçirilmiş baxış və götürmə zamanı 40 ədəd bükümdə olmaqla, ümumilikdə 65 ədəd bükümdə narkotik vasitə hesab edilən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilmişdir ki, sözügedən miqdarda və bükümdə narkotik vasitənin şəxsi istifadə üçün əldə edilməsi ağlabatan hesab edilmir. Bundan əlavə, yuxarıda qeyd olunan hal Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 şəxsinin xx.xx.2024-cü il tarixli, 3411 nömrəli rəyi ilə də bir daha öz təsdiqini tapır. Belə ki, həmin rəydən məlum olur ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkotik vasitələrdən sui-istifadə etmənin xarakterik əlamətləri və abstinensiya əlamətləri aşkar olunmur, narkotik vasitələrdən psixi və fiziki asılılığı yoxdur, kannabinoidlərdən istifadə etmə halları olsa da, hal-hazırda onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkomaniya xəstəliyindən əziyyət çəkməyən şəxsin ümumilikdə 65 büküm narkotik vasitəni şəxsi istifadə üçün üzərində və avotomobilində gəzdirməsi inandırı deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 8 nömrəli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CMin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən 25 ədəd, idarə etdiyi “Toyota Prius minik” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobildən isə 40 ədəd olmaqla, ümumilikdə 65 ədəd ayrı-ayrı bükümlərə ayrılmış və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109.1-ci bəndinə əsasən xeyli miqdar hesab edilən narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsi təqsirkarın narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını (CM-59.1.4), ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, vərəm xəstəliyindən əziyyət çəkməsini, təqsirini qismən etiraf etməsini (CM-nin 59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasının əvvəli 12 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş ümumi təmiz çəkisi 34.86 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 32.91 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə, avtomobilə baxış və götürmə görüntülərini özündə əks etdirən 01 ədəd “DVD-R” formatlı diskin, həmçinin "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD-R” formatlı diskin və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı (CPM-132), 78 (yetmiş səkkiz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 12 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 34.86 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 32.91 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə, avtomobilə baxış və götürmə görüntülərini özündə əks etdirən 01 ədəd “DVD-R” formatlı diskin, həmçinin "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD-R” formatlı diskin və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-378/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-378/2024
19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver