Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-379/2021 20.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 və müdafiəçisi –Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxx 1987-ci il tarixdə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmuş və ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2n, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə və xx xxxxxx 1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmuş və ödənilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədi ilə xalası oğlu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 may 2021-ci il tarixdə saat 06 radələrində Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 12 saylı binanın qarşısına gəlmiş, orada Təqsirləndirilən şəxs1 binanın həyətinə hər hansı şəxsin gələ bilməsini nəzərə alaraq bununla bağlı Təqsirləndirilən şəxs2 xəbərdar etmək üçün ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs2 isə binanın həyətində saxlanılmış, Zərərçəkmiş şəxs1 məxsus “Mercedes” markalı “E 300” modelli **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ yan şüşəsini özü ilə gətirdiyi alışdırıcı şamla («sveça») sındırdıqdan sonra avtomobilin salonuna daxil olub daxıldan Zərərçəkmiş şəxs1 məxsus 125 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 125 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə xalası oğlu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 may 2021-ci il tarixdə saat 06 radələrində Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 12 saylı binanın həyətində olarkən Təqsirləndirilən şəxs1 binanın həyətinə hər hansı şəxsin gələ bilməsini nəzərə alaraq bununla bağlı Təqsirləndirilən şəxs2 xəbərdar etmək üçün ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs2 isə binanın həyətində saxlanılmış, Zərərçəkmiş şəxs2 məxsus “Mercedes” markalı “E 350” modelli **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ yan şüşəsini özü ilə gətirdiyi alışdırıcı şamla («sveça») sındırdıqdan sonra avtomobilin salonuna daxil olub salonun arxa hissəsində asılqandan asılmış Zərərçəkmiş şəxs2 məxsus qiyməti 130 manat olan bir ədəd kişi gödəkçəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 130 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədi ilə xalası oğlu Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 17 may 2021-ci il tarixdə saat 06 radələrində Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 12 saylı binanın qarşısına gəlmiş, orada binanın həyətinə hər hansı şəxsin gələ bilməsini nəzərə alaraq bununla bağlı Təqsirləndirilən şəxs2 xəbərdar etmək üçün ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs2 isə binanın həyətində saxlanılmış, Zərərçəkmiş şəxs1 məxsus “Mercedes” markalı “E 300” modelli **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ yan şüşəsini özü ilə gətirdiyi alışdırıcı şamla («sveça») sındırdıqdan sonra avtomobilin salonuna daxil olub daxıldan Zərərçəkmiş şəxs1 məxsus 125 manat pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 125 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən 17 may 2021-ci il tarixdə saat 06 radələrində Bakı şəhəri, Xətai rayonu, Qaçaq Nəbi küçəsi, 12 saylı binanın həyətində olarkən binanın həyətinə hər hansı şəxsin gələ bilməsini nəzərə alaraq bununla bağlı Təqsirləndirilən şəxs2 xəbərdar etmək üçün ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs2 isə binanın həyətində saxlanılmış, Zərərçəkmiş şəxs2 məxsus “Mercedes” markalı “E 350” modelli **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ yan şüşəsini özü ilə gətirdiyi alışdırıcı şamla («sveça») sındırdıqdan sonra avtomobilin salonuna daxil olub salonun arxa hissəsində asılqandan asılmış Zərərçəkmiş şəxs2 məxsus qiyməti 130 manat olan bir ədəd kişi gödəkçəsini gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 130 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, heç yerdə işləmir, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşamışdır. Maddi sıxıntıları olduğu üçün xalası oğlu Təqsirləndirilən şəxs1 ilə oğurluq etmək qərarına gəlmişdir. 16 may 2021-ci il tarixdə xalası oğlu Təqsirləndirilən şəxs1la birlikdə Sumqayıt şəhərindən çıxaraq Bakı şəhərinə gəlmişlər. Bakı şəhərinə gəlməkdə məqsəd Təbrizə məxsus olan pişiyin Bakı şəhərində başqa bir şəxsin pişiyi ilə cütləşdirmək idi. Həmin adamla Təbriz “Lalafo” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur. Həmin qadınla Xətai rayonu, Həzi Aslanov qəsəbəsində yerləşən nömrəsini dəqiq xatırlamadığı məktəbin yanında görüşməli idilər. Yolda idarə etdiyi **-HD- *** dövlət qeydiyyat nişanlı, “Daewoo Racer” markalı avtomobil xarab olmuş, bu səbəbdən Bakı şəhərinə gec gəlib çatmışlar. 17 may 2021-ci il tarixdə saat 02 radələrində həmin qadının qeyd etdiyi ünvana gəlmişlər və ona zəng etmişlər. Lakin qadın saatın gec olduğunu və bu səbəbdən evdən çıxa bilməyəcəyini demişdir. Bundan sonra xalası oğlu Təbrizlə qərara gəlmişlər ki, arxa küçələrdə olan avtomobillərin şüşəsini sındırıb avtomobillərin içərisindən oğurluq etsinlər. Təbrizə bu təklifi özü etmişdir. Təxminən 2-3 saat Xətai rayonu, «Həzi Aslanov» və «Əhmədli» metrostansiyalarının yaxınlığında gəzdikdən sonra, saat 06 radələrində «Ukrayna dairəsi»ndən üzü «Əhmədli» metrostansiyası tərəfə gedəndə yolun sağ tərəfində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsini keçib sağ tərəfə yönəlmişlər və yolun kənərında avtomobili saxlayıb həmin ərazidə yaşayış binaları olan məhəllələrə piyada gəlmişlər. Sol tərəfdə yerləşən binaların həyətində dayanmış, hərəkətsiz vəziyyətdə olan avtomobillərə yaxınlaşmışlar. İdarə etdiyi avtomobilin yük yerindən götürdüyü alışdırıcı şamla («sveça») avtomobillərə yaxınlaşmış və həmin həyətdə olan 3 “Mercedes” markalı avtomobilin sağ yan şüşələrini sındırmağa başlamışdır. Həmin vaxt Təbriz təxminən 10 metr aralıda dayanaraq ətrafa göz gəzdirirdi. Təxminən 2-3 dəqiqə sonra həmin həyətdən çıxmışlar və üzbəüz binanın həyətinə daxil olmuşlar. Orada da “Mercedes” markalı avtomobilə yaxınlaşmış və eyni üsulla şüşəni sındırmışdır. Avtomobillərin heç birinin dövlət qeydiyyat nişanlarını xatırlamır. Birinci daxil olduqları binanın həyətində olan avtomobillərin birindən, arxa oturacaqda olan 1 ədəd qara rəngli gödəkçə, digər avtomobilin saxlanc yerindən 125 manat pul, digər binanın həyətindən şüşəsini sındırdığı avtomobildən isə saxlanc yerində olan 40 manat pul götürərək oğurlamışdır. Birinci daxil olduqları binanın həyətində olan avtomobillərdən biri boş olduğu üçün, oradan heç nə götürə bilməmişdir. Avtomobillərin birində mobil telefon da olmuş, lakin telefonu götürməmişdir. Telefonu oğurlamamağına səbəb onu sata bilməyəcəyini düşünməsi olmuşdur. Pulları dərhal bölmüşlər, gödəkçəni isə Təbrizə vermişdir. Hadisəni törətdikdən sonra dərhal oradan uzaqlaşıb yaşadıqları Sumqayıt şəhərinə gəlmişlər. Beləliklə o, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş ziyanın tam şəkildə ödənildiyini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərdi ki, heç yerdə işləmir. Maddi sıxıntıları olduğu üçün xalası oğlu Təqsirləndirilən şəxs2 ilə oğurluq etmək qərarına gəlmişdir. 16 may 2021ci il tarixdə saat 23 radələrində xalası oğlu Təqsirləndirilən şəxs2lə Sumqayıt şəhərindən çıxaraq Bakı şəhərinə gəlmişlər. Bakı şəhərinə gəlməkdə məqsədləri cins pişiyin Bakı şəhərində başqa bir şəxsin pişiyi ilə cütləşdirmək olmuşdur. Həmin qadını əvvəllər tanımamış, onunla “Lalafo” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur. Həmin qadınla Xətai rayonu, Həzi Aslanov qəsəbəsində yerləşən nömrəsini dəqiq xatırlamadığı məktəbin yanında görüşməli idilər. Yolda xalası oğlu Təqsirləndirilən şəxs2 idarə etdiyi **-HD-*** dövlət qeydiyyat nişanlı, “Daewoo Racer” markalı avtomobil xarab olmuş, bu səbəbdən Bakı şəhərinə gec gəlib çatmışlar. 17 may 2021-ci il tarixdə saat 02 radələrində həmin qadının qeyd etdiyi ünvana gəlmişlər və ona zəng etmişlər. Lakin qadın saatın gec olduğunu və bu səbəbdən evdən çıxa bilməyəcəyini demişdir. Bundan sonra xalası oğlu Fərruxla qərara gəlmişlər ki, küçələrdə olan avtomobillərin şüşəsini sındırsınlar və avtomobillərin içərisindən oğurluq etsinlər. Təxminən 2-3 saat Xətai rayonu, «Həzi Aslanov» və «Əhmədli» metrostansiyalarının yaxınlığında gəzdikdən sonra «Ukrayna» dairəsindən üzü «Əhmədli» metrostansiyası tərəfə gedəndə yolun sağ tərəfində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsini keçib sağ tərəfə yönəlmişlər və yolun kənərında avtomobili saxlayıb həmin ərazidə yaşayış binaları olan məhəllələrə piyada daxil olmuşlar. Sol tərəfdə yerləşən binaların həyətində saxlanılmış avtomobillərə yaxınlaşmışlar. Təxminən 10 metr kənarda durub ətrafa baxmışdır ki, kimsə gəlsə, Fərruxu xəbərdar etsin. Fərrux isə idarə etdiyi avtomobilin yük yerindən götürdüyü alışdırıcı şamla (sveça) avtomobillərə yaxınlaşmış və həmin həyətdə olan 3 “Mercedes” markalı avtomobilin sağ yan şüşələrini bir-bir sındırmağa başlamışdır. Təxminən 2-3 dəqiqə sonra həmin həyətdən çıxmışlar və üzbəüz binanın həyətinə daxil olmuşlar. Orada da Fərrux “Mercedes” markalı avtomobilə yaxınlaşmış və eyni üsulla şüşəni sındırmışdır. Fərrux birinci daxil olduqları binanın həyətində olan avtomobillərin birindən 1 ədəd qara rəngli gödəkçə, digərindən 125 manat pul, digər binanın həyətində şüşəsini sındırdığı avtomobildən isə 40 manat pul götürmüşdür. Birinci daxil olduqları binanın həyətində olan avtomobillərdən biri boş olduğu üçün, Fərrux oradan heç nə götürə bilməmişdir. Pulları dərhal bölmüşlər, gödəkcəni isə Fərrux ona vermişdir. Hadisəni törətdikdən sonra dərhal oradan uzaqlaşıb yaşadıqları Sumqayıt şəhərinə gəlmişlər. Beləliklə o, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş ziyanın tam şəkildə ödənildiyini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 16 may 2021-ci il tarixdə saat 19 radələrində ona məxsus «Mercedes» markalı «E 300» modelli **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı ünvanın qarşısında saxlamışdır. 17 may 2021-ci il tarixdə saat 07 radələrində yaşadığı ünvanın qarşısında avtomobilini saxladığı yerə gələn zamanı, özünə məxsus olan avtomobilin qabaq sağ şüşəsinin qırıldığını, avtomobilin salonuna baxdıqda salonda saxlanc yerindən 125 manat pulunun oğurlandığını aşkar etmişdir. Həmin saxlanc yerində puldan başqa sənədlər və mobil telefon olmuş, lakin saxlanc yerindən yalnız 125 manat pul oğurlanmışdır. Avtomobilinin şüşəsinin sındırılması nəticəsində ona 150 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənildiyindən aralarında barışıq əldə olunmuş və onlara qarşı hər hansı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Mercedes markalı «E 350» modelli **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 16 may 2021-ci il tarixdə saat 19 radələrində idarə etdiyi Mercedes markalı «E 350» modelli **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı binanın qarşısında saxlayıb evə getmişdir. 17 may 2021-ci tarixdə saat 07 radələrində işə getmək üçün həyətə düşmüşdür. Avtomobilinə yaxınlaşanda görmüşdür ki, avtomobilinin qabaq sağ yan şüşəsi sındırılıb. Avtomobilinin salonuna baxış keçirən zaman görmüşdür ki, salonda asılqandan asdığı beş il bundan əvvəl 270 manata aldığı gödəkçə yerində yoxdur. Başa düşmüşdür ki, kimsə avtomobilinin şüşəsini sındırıb və gödəkçəni oğurlayıb. Avtomobildən gödəkçədən başqa heç nə oğurlanmamışdır. X1 21 may 2021-ci il tarixli 153 nömrəli rəyi ilə bağlı heç bir etirazı yoxdur, həmin gödəkçəni beş il bundan əvvəl 270 manata almışdır, ola bilsin ki, gödəkçənin hazırki vəziyyətdə qiyməti 130 manatdır. 22 may 2021-ci il tarixdə səhər saatlarında 34-cü PŞ-nə gedib başına gələn hadisə ilə maraqlananda 34-cü PŞ-nin təhqiqatçısı gödəkçəni ona göstərərək onun ona məxsus olub-olmamasını soruşmuş, öz gödəkçəsini dərhal tanımış və onun özünə məxsus olduğunu bildirmişdir (i.v. 54-55). Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Mercedes markalı «E 280» modelli **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 16 may 2021-ci il tarixdə saat 19 radələrində idarə etdiyi Mercedes markalı «E 280» modelli **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı binanın qarşısında saxlayıb evə getmişdir. 17 may 2021-ci tarixdə saat 07 radələrində evdə olmuşdur, qonşu blokda yaşayan qonşusu Etibar onlara gələrək onu oyatmış və idarə etdiyi avtomobilinin şüşəsinin sındırıldığını bildirmişdir. Həyətə düşüb avtomobilinə yaxınlaşanda görmüşdür ki, avtomobilinin qabaq sağ yan şüşəsi sındırılıb. Avtomobilinin salonuna baxış keçirtmiş, salondan heç nə oğurlanmamışdır. Etibarın da idarə etdiyi avtomobilin qabaq sağ yan şüşəsi sındırılmış və avtomobildən 125 manat pul oğurlanmışdır. Avtomobilinin şüşəsinin sındırılması ilə bağlı ona 40 manat məbləğində maddi ziyan dəymişdir (i.v.168-170). İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 22 may 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə ********* saylı cinayət işi başlanılmış və ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdır (i.v. 01); 17.05.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi, 12 saylı evin qarşısında baş vermiş hadisə ilə əlaqədar həmin ünvanda baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir(i.v. 9-22); Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasının 21 may 2021-ci il tarixli 153 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan bir ədəd üzərində “Frick” markalanma yazısı olan kişi üçün nəzərdə tutulmuş gödəkçənin hazırki vəziyyətdə 2021-ci ilin may ayına orta bazar qiyməti ilə dəyəri 130 manat müəyyən edilir (i.v. 32-35); zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 may 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 39); şübhəli şəxsin tutulması haqqında 22 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 22 may 2021-ci il tarixdə saat 18:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur (i.v. 63-64); şübhəli şəxsin tutulması haqqında 22 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 22 may 2021-ci il tarixdə saat 19:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur (i.v. 82-83); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 95-96); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 24 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. 107-108); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.05.2021-ci il tarixli, 4(011)-211/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs qətimkan tədbirinin müddəti 03 (üç) ay müddətinə müəyyən edilmiş və əvvəli 22 may 2021-ci il tarixdən hesablanmışdır (i.v. 129-133); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.05.2021-ci il tarixli, 4(011)-212/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığında saxlanılma müddətinin əvvəli 22 may 2021-ci il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalından dərhal azad edilmişdir (i.v. 134-137); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 29.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin 18.05.2012-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.2ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin 19.04.2016-cı il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 05.09.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi haqqında 06.05.2016-cı il tarixli qanun tətbiq edilərək AR CM-nin 177.2.4-cü maddəsi hökmdən xaric edilmiş, 03 il 10 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Binəqədi Rayon Məhkəməsinin 28.09.2018-ci il tarixli qərarı ilə 09 ay 28 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 26.07.2019-cu ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (i.v 138-139); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 29.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin 18.05.2012-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.2ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 31.10.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur, Suraxanı Rayon Məhkəməsinin 19.04.2016-cı il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 28.11.2016-cı il tarixli qərarı ilə AR CM-nin 177.2.4-cü maddəsi hökmdən xaric edilmiş, cəzası 02 ay azaldılaraq 04 il 10 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Binəqədi Rayon Məhkəməsinin 05.12.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi haqqında 20.10.2017-ci il tarixli qanun tətbiq edilərək cəzası 04 il 06 aya endirilmiş, 19.03.2020-ci ildə cəzasının sonu ilə zad olunmuşdur (i.v. 140-142); Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 956903 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 və X3 arasında 18.07.2014-cü il tarixdə nikah bağlanmış və 686 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir (i.v. 143); Sumqayıt “ASAN” xidmət mərkəzi tərəfindən verilmiş AZ-İV seriyalı 547160 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 20.10.2020-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs1dur (i.v. 144); Sumqayıt şəhər nikah evi tərəfindən verilmiş AZ-İİ seriyalı 294331 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 oğlu 06.03.2009-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs1dur (i.v. 145); Sumqayıt Şəhər Məhkəməsinin 19 aprel 2016-cı il tarixli, 1(010)-54/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 153-161); ifadənin yerində yoxlanması haqqında 09.07.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1, Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi, 12 saylı evin qarşısında oğurluq etməsi ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişdir (i.v 163-167); ifadənin yerində yoxlanması haqqında 24.07.2021-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2, Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi, 12 saylı evin qarşısında oğurluq etməsi ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişdir (i.v 178-182); sübutların qiymətləndirilməsi haqqında 24 iyul 2021-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş 03 ay müddətinə həbs, Təqsirləndirilən şəxs1 isə barəsində seçilmiş 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri nəzərə alınmış, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında protokol, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması haqqında protokol, Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasının 21 may 2021-ci il tarixli 153 saylı ekspert rəyi sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində Azərbaycan Respublikası CM-nin 232-1-ci maddəsinin tərkibi olmadığından barələrində inzibati icraatın başlanması rədd edilmiş, 01 ədəd üzərində “Frick” markalanma yazısı olan kişi üçün nəzərdə tutulmuş gödəkçə maddi sübut kimi tanınmışdır (i.v. 183-187); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 24 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş və ona CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutlmuş yeni məzmunda ittiham elan edilmişdir (i.v. 188-189); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 24 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş və ona CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutlmuş yeni məzmunda ittiham elan edilmişdir (i.v. 195-196). Zərərçəkmiş şəxs1 məhkəmə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və onlara yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı ərizəsində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və onlara yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq əməlləri CM-nin 177.2.1 və 177.2.2-ci maddələri, Təqsirləndirilən şəxs1 törətdiyi oğurluq əməli isə CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və ya təkrar törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı övladının olmasını(CM-59.1.4), zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini(CM-59.1.12), onlara dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini(CM- 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 barəsində olan Sumqayıt Şəhər Məhkəməsinin 18.05.2012-ci il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənildiyindən və Suraxanı Rayon Məhkəməsinin 19.04.2016-cı il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.3 və 83.4-cü maddəsinə əsasən ödənildiyindən, hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs1 əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini(CM- 59.1.12), onlara dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.13), əməlindən səmimi peşmançılıq çəkməsini(CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 barəsində olan Sumqayıt Şəhər Məhkəməsinin 18.05.2012-ci il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənildiyindən məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Lakin Təqsirləndirilən şəxs2 Suraxanı Rayon Məhkəməsinin 19.04.2016-cı il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədən və ödənilmədən yenidən cinayət törətmişdir ki, bu da CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, Təqsirləndirilən şəxs1 ev dustaqlığında saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilməli və «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Sumqayıt şəhəri, 13-cü mkr, bina 27A, mənzil 79 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri (CM-58.3.) az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, təyin ediləcək cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli (CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut – 01 ədəd üzərində “Frick” markalanma yazısı olan kişi üçün nəzərdə tutulmuş gödəkçənin sahibinə geri qaytarılması nəzərə alınmalı (CPM-132.), ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təqsirləndirilən şəxslərdən tutularaq dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 22 may 2021-ci il tarixdən 20 avqust 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 29 (iyirmi doqquz) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı Sumqayıt şəhəri, 13-cü mkr, bina 27A, mənzil 79 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilsin, “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 22 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut –bir ədəd üzərində “Frick” markalanma yazısı olan kişi üçün nəzərdə tutulmuş gödəkçənin sahibinə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1, 50 (əlli) manat Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-379/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-379/2021
20.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver