Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-379/2022 12.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, 20 avqust 1979-cu ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 2 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,228 qram və 0,400 qram olmaqla, ümumi təmiz çəkisi 0,628 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 23 fevral 2022-ci il tarixdə yaşadığı Xətai rayonu, Zakir Yusifov küçəsi ev 28S ünvanının yaxınlığında həmin narkotik vasitə heroindan 1 ədəd bükümdə 0,228 qram çəkidə olan hissəsini tanışı Şahid1 10 manat müqabilində satmış, Xətai RPİ-ni 37-ci PŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 23 fevral 2022-ci il tarixdə saat 19:30 radələrində ünvan 3 ünvanının qaşısında saxlanılıb Xətai RPİ-nin 37-ci Polis şöbəsinin inzibati binasına gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxladığı narkotik vasitə heroin, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd “Vinçestr” markalı siqaret qutusunun içərisindən, 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,400 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 büküm kustar üsulla hazırlanmış təmiz çəkisi 0,529 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-nin NMB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 04 may 2022ci il tarixdə saat 18:30 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılıb Xətai RPİ-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı və video çəkilişlə üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,529 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat zamanı izahatı, ibtidai araşdırma və məhkəmə baxışı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1 və 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Tutulmamışdan təxminən 3-4 il əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Narkotik vasitəni tanımadığı müxtəlif şəxslərdən almışdır. 22 fevral 2022-ci il tarixdə saat 21 radələrində Nəsimi rayonu “28 May” metrostansiyasının yaxınlığına getmiş, üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi, əvvəllər də narkotika aldığı həmin şəxsi tapıb ona 10 manat pul verib heroin gətirməsini istəmiş, təxminən 10 dəqiqə sonra həmin şəxs ona 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan olan heroini gətirib vermişdir. O da bədənində ağrılar olan zaman istifadə etsin deyə həmin narkotiki “Vinçestr” siqaret qutusunun içərisinə qoyaraq əynindəki qara rəngli gödəkçənin sol yan cibinə qoymuşdur. 23 fevral 2022-ci il tarixdə saat 19:30 radələrində yaşadığı ünvan 6 ünvanın qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Orda ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, d da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşərək əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxladığı 1 ədəd “Vinçestr” markalı siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin siqaret tutusuna baxış keçirilən zaman içərisindən 1 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə heroin aşkar edilmiş, sorğu zamanı o, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin maddəni Nəsimi rayonu, “28 May” metrostansiyasının yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 10 manata aldığını bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunan 1 büküm narkotik elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 0.322 qram olması müəyyən edilmiş, bütün hərəkətlər protokollaşdırılmış, onun və digər şəxslərin iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və imzaları ilə protokolun doğruluğu təsdiq edilmişdir. Ona polislər tərəfindən hər hansı fiziki zor və təzyiq göstərilməmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, həmişə özü qəbul etmək üçün əldə etmişdir. Şahid1 tanıyır. Ramin də onun kimi narkotik vasitə istifadəçisidir. O. Şahid1 narkotik vasitə satmamışdır. Ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bundan başqa, o, 02 may 2022-ci il tarixdə saat 20 radələrində Yasamal rayonu, Kubinka adlanan yerə getmiş, üzdən tanıdığı, anket məlumatlarını bilmədiyi, daha əvvəl də narkotik aldığı şəxsə 20 manat pul verib ona heroin gətirməsini istəmişdir. Təxminən 15-20 dəqiqə sonra həmin şəxs ona 1 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroin gətirib vermişdir. O da bədənində ağrılar olan zaman istifadə etsin deyə həmin heroini əynindəki boz rəngli şalvarın sağ yan cibinə qoymuşdur. 04 may 2022-ci il tarixdə saat 18:30 radələrində yaşadığı ünvan 6 ünvanın qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, onu Xətai RPİ-nə dəvət etmişlər. O da heç bir etiraz etmədən polislərlə birlikdə polis idarəsinə getmişdir. Polis idarəsində ona narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim edilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, o da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan boz rəngli şalvarın sağ yan cibində saxladığı 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmiş, içərisində heroin olduğunu, həmin maddəni öz istifadəsi üçün Yasamal rayonu, Kubinka adlanan yerdən adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 20 manata aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra həmin maddə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 0.57 qram olması müəyyən edilmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və digər şəxslərin iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və protokolun doğruluğu imzaları ilə təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, 23 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Xətai RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Kamran birlikdə məlumat əsasında saat 19:30 radələrində Xətai rayonu, Z.Yusifov küçəsi ev 28 ünvanının yaxınlığına getmişlər. Həmin vaxt onlar xarici əlamətlərinə görə Yusifin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını və özünü şübhəli aparmasını görüb, ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Yusifə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu saxlayaraq Xətai RPİnin 37-ci PŞ-yə dəvət etmişlər. Yusif də buna etiraz etmədikdən sonra onu PŞ-yə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Kamran Əhmədova təhvil vermişlər. Kamran Əhmədov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Yusifə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmiş, Yusif də əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 0 ədəd üzərində “Vinçestr" sözləri yazılmış siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin qutunun içərisinə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli maddə olan 1 ədəd şəffaf rəngli sellofan büküm aşkar olunmuş, sorğu zamanı Yusif həmin bükümün içərisində olan maddənin heroin olduğunu, həmin maddəni “28 May” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Sonra Yusifin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Yusifin üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 0,322 qram olması müəyyən edilmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Yusifin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Yusif tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 iş üzrə digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiqləmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, o, Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də, ondan və Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid5 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o və Vüsal birlikdə məlumat əsasında saat 18:30 radələrində Xətai rayonu, Z.Yusifov küçəsi ev 28 ünvanının yaxınlığına getmişlər. Həmin vaxt onlar Təqsirləndirilən şəxs orada olmasını və özünü şübhəli apardığını görmüş, ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Yusifə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Xətai RPİ-nə dəvət etmişlər. Yusif də buna etiraz etmədikdən sonra onu polis idarəsinə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Sərraf Cəfərova təhvil vermişlər. Sərraf Cəfərov da Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə sonuncunu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Yusifə üzərində qeyri-qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Yusif də əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümün içərisində heroin olduğunu, onu Kubinka adlanan yerdən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Sonra Yusifin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Yusifin üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 0,57 qram olması müəyyən edilmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Yusifin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Yusif tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Təqsirləndirilən şəxs tanıyır, onunla bir məhəllədə yaşayırlar. O, heç vaxt Yusiflə birlikdə narkotik vasitədən istifadə etməmişdir. İstintaq zamanı etirafedici ifadə verməsinin səbəbi xx.xx.2022-ci il tarixdə tutulduqdan sonra polis əməkdaşları tərəfindən şöbədə ona təzyiqlər edilməsi olmuşdur. O da bu səbəbdən istintaq zamanı Yusifdən narkotik vasitə alması barədə ifadə vermişdir. Hal-hazırda məhkəmədə ona heç bir təsir və təzyiq göstərilmədiyindən hər şeyi olduğu kimi məhkəməyə bildirir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid1 oğlu məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Təxminən 6-7 aya yaxın müddətdir ki, narkotik vasitələrdən istifadə etmiş, lakin heç bir narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Narkotik vasitələrdən istifadə etmədiyi zaman bədənində müxtəlif ağrılar yaranmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 18 radələrində Bakı şəhəri, Xətai rayonu Z.Yusifov küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, onu 37-ci PŞ-nə dəvət etmişlər. 37-ci PŞ-də ona narkotik vasitələri üzərində daşımaqla qanunsuz dövriyyəsində şübhəli bilinməsini bildirmişlər. Həmin polis şöbəsində təhqiqatçı tərəfindən dövlət hesabına müdafiəçi təyin olunduqdan sonra, onun hüquq və vəzifələri izah olunmudur. Daha sonra isə üzərinə şəxsi axtarış keçirilməsi barədə xəbərdar olunmuşdur. 37-ci PŞ-də müdafiəçi və video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı əşya və predmetin təqdim edilməsini xahiş etdikdə, o, qara rəngli gödəkcəmin sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş 1 ədəd bükümdə narkotik vasitə olan heroini təqdim etmişdir. Həmin narkotik vasitə heroini o, NZS qəsəbəsində Yusif adlı şəxsdən 10 manata almışdır. Təhqiqatçı tərəfindən həmin narkotik vasitə olan heroin tərəzidə ölçülmüş və ümumi çəkisi 0.167 qram olmuşdur. Daha sonra təhqiqatçı həmin narkotik vasitə heroini ekspertizaya göndərilməsi üçün qablaşdırmış, üzərinə imzalar atılmışdır. İş üzrə digər Şahid5 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Şahid5 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, iş üzrə digər Şahid4 ilə oxşar məzmunlu ifadə verərək onun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 may 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 04 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 04 may 2022-ci il tarixdə Xətai RPİ-nin inzibati binasında tutulmuş, azadlığı faktiki olaraq həmin tarixdə saat 18:30-dan məhdudlaşdırılmışdır (i.v. 22); şəxsi axtarış və götürmə aparılması haqqında 04 may 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, Xətai RPİ-nin NMBnin əməliyyat müvəkkili, polis leytenantı Şahid5, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, mütəxəssis (ekspert) Xətai RPİ-nin KTQ-nin inspektor kriminalisti X3, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin nə olması soruşulduqda, o, həmin bükümdəki kütlənin “heroin” olmasını bildirmişdir. Həmin sellofan açıldıqda, içərisində tünd qəhvəyi rəngli toz halında olan spesifik iyə malik olan kütlə aşkar edilmiş, həmin maddələr elektron tərəzidə çəkilmiş, çəkisinin 0,57 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələri “Kubinka” adlanan ərazidən heç bir anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. ( i.v. 33- 34); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5 may 2022-ci il tarixli, 6/2581 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş,üzərində AR DİN “Zərflər üçün №155” möhür əksi, “Şübhəli şəxs... Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,529 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v. 41-45); CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi 05 may 2022-ci il tarixli protokoldan görünür ki, diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükülünü çıxarıb təqdim etmiş, içərisində heroin adlanan narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra təqdim olunan narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,57 qram olması müəyyən edilmişdir. Həmin büküm zərfə qoyularaq möhürlənmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən hər hansı əşya və predmet aşkar edilməmişdir (i.v. 53-54); təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında 06 may 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 55); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həsb etmənin əvvəli 04 may 2022-ci il tarixdən hesablanmışdır ( i.v. 75-80); Cinayət işinin başlanması, icraata qəbul edilməsi haqqında 24 fevral 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır ( i.v. 88); Şübhəli şəxsin tutulması haqqında 23 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 23 fevral 2022-ci il tarixdə Xətai RPİ-nin inzibati binasında tutulmuş, azadlığı faktiki olaraq həmin tarixdə saat 19:30-dan məhdudlaşdırılmışdır (i.v. 111); Şəxsi axtarış və götürmə aparılması haqqında 23 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2, Xətai RPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid3, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs, mütəxəssis (ekspert) Xətai RPİ-nin KTQ-nin baş inspektor inspektor kriminalisti polis mayoru X6, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd Vinçestr markalı siqaret qutusu və qırmızı rəng alışqan, gödəkçənin sağ yan cibindən isə bir ədəd Hoffman markalı telefon təqdim etmiş, Vinçestr markalı siqaret qutusunun içərisindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəng maddə olan spesifik iyə malik olan bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin nə olması soruşulduqda, o, həmin bükümdəki kütlənin “heroin” olmasını, onu tanımadığı şəxsdən özünün istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Həmin maddə elektron tərəzidə çəkilmiş, çəkisinin 0,322 qram olması müəyyən edilmiş, zərfə qoyularaq möhürlənmişdir ( i.v.122-123); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 fevral 2022-ci il tarixli, 6/1141 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş,üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №153” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,400 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v. 133-136); CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 24 fevral 2022-ci il tarixli protokoldan görünür ki, diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd siqaret qutusu çıxarıb təqdim etmiş, içərisində heroin adlanan narkotik vasitə olduğunu, “28 May” metrostansiyasının yaxınlığından tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra təqdim olunan narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,322 qram olması müəyyən edilmişdir. Həmin büküm zərfə qoyularaq möhürlənmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən hər hansı əşya və predmet aşkar edilməmişdir (i.v. 145- 146); Təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında 25 fevral 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir ( i.v. 147); Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə 25 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan- başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir ( i.v. 166); Şəxsi axtarış və götürmə aparılması haqqında 23 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 üzərindən narkotik maddə olan “heroin” aşkar edilmişdir. O, həmin maddəni 23 fevral 2022-ci il tarixdə Xətai rayonu NZS qəsəbəsində Yusif adlı şəxsdən 10 manata aldığını bildirmişdir ( i.v. 171-172); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-289/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm 20 iyul 2022-ci il tarixdə qanuni qüvvəsini aldığından icra olunması üçün Bakı şəhər Probasiya İdarəsinə göndərilmişdir. Həmin hökmlə də Şahid1 narkotik vasitə heroini Təqsirləndirilən şəxs alması müəyyən edilmişdir. 25 fevral 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, həmin tarixdə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmişdir. Həmin üzləşdirmə protokolundan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs üzünə qarşı 4-5ay müddətdir ki, ondan mütəmadi olaraq narkotik vasitə aldığını, qarşılığında 10-20 manat verdiyini, sonuncu dəfə ona 10 manat qarşılığında 1 büküm heroin satdığını bildirmişdir ( i.v. 182-183); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 194); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 1467 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( i.v. 195-196); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 may 2022ci il tarixli, 6/2567 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi №65” dairəvi möhür əksləri olan iki ədəd kağız paketdə, üzərində “6/1141...24 fevral 2022-ci il...” sözləri qeyd edilmiş” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,350 qram heroin ilə üzərində “6/1142... 24 fevral 2022-ci il...” sözləri qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,178 qram heroin xarici görünür əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir ( i.v. 216-219); Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 04 iyul 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməlin Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.2-ci maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi, məhkəmə-kimyəvi ekspertizanın xx.xx.2022-ci il tarixli, 6/1141 saylı və 6/1142 saylı, xx.xx.2022-ci il tarixli, 6/2581 saylı, xx.xx.2022-ci il tarixli, 6/2567 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1467 saylı rəyləri iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən, sübut növü kimi qiymətləndirilməsi və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.2-ci maddələri ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi və Azərbaycan Respublikası Baş prokurorunun “İşin təşkili qaydalarının" 346.13.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materialların cinayət işindən ayrılaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun dəftərxanasına təhvil verilməsi, iş üzrə narkotik vasitə heroinin çəkisinin xüsusi biliyə malik olan ekspert tərəfindən verilməsini əsas götürərək Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinin ümumi çəkisinin 0,400 qram və xx.xx.2022-ci il tarixdə aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroinin ümumi çəkisinin 0,529 qram hesab edilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,529 qram olan narkotik vasitə heroinin maddi sübut kimi tanınması və qalıq qalmış 0,479 qram çəkidə narkotik vasitə heroinin saxlanması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,400 qram olan narkotik vasitə heroinin maddi sübut kimi tanınması və qalıq qalmış 0,320 qram çəkidə narkotik vasitə heroinin saxlanması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 02 ədəd DVD formatlı diskin sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi məqsədi ilə cinayət işindən materialın ayrılmaqla icraata qəbul edilməsi və qərarın surətinin əməliyyat-axtarış tədbirlərinin gücləndirilməsindən ötrü Xətai RPİ-nin 37-ci PŞ-yə göndərilməsi, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş şəxs hesab edilməsi, iş üzrə Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi xüsusat özünü müdafiə etməsi, cinayətdən və cəzadan yaxa qurtarması kimi qiymətləndirilməsi və vəsatət kimi qəbul edilərək əsassız olduğuna görə rədd edilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır ( i.v. 224-238); Təqsirləndirlən şəxsə yenidən ittiham elan olunması haqqında 05 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir ( i.v. 246- 247); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə əynindəki qara rəngli gödəkçənin sol yan cibindən siqaret qutusunu çıxarıb təqdim etməsi, siqaret qutusunun içərisində 1 büküm olması, həmin bükümdəki kütlənin “heroin” olmasını bildirməsi, həmin bükümün zərfə qoyularaq möhürlənməsi, həmçinin, xx.xx.2022-ci il tarixdə əynindəki boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddəni təqdim etməsi, həmin bükümdəki kütlənin heroin olmasını bildirməsi, həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş “Narkotik vasitələr” adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,529 və 0,400 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli təkrar törətməsini nəzərə alır və cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. (CM-in 61.1.1) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmaması, ağırlaşdıran halın olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 02 (iki) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə günə gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin olunmuş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxs üzərində 04 (dörd) il 05 ( beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 04 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0.479 qram və 0,320 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 240 (iki yüz qırx) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-379/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-379/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver