Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-38/2021 10.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, hazırda heç bir yerdə işləməyən, ünvan 1 “B” ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə əldə edərək üzərində saxlamaqla daşımış, xx xxxx 2020-ci il tarixdə saat 15:00 radələrində polis əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X19 küçəsi 69 ünvanında yerləşən Respublika Narkoloji Mərkəzinin giriş qapısında saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PB-yə gətirildikdən sonra orada üzərinə keçirilmiş baxış zamanı üzərində olan qara rəngli çantadan 03 ədəd kibrit qutusunun içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 3,097 qram, 3,892 qram və 2,943 qram olmaqla, ümumi təmiz çəkisi 9,932 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan 06 ədəd kibrit qutularında şəxsi istehlak miqdarından artıq miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib xx xxxx 2020-ci il tarixdə saat 13:30 radələrində ünvan 3 54 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsinin qarşısına daşımaqla, Cəzaçəkmə Müəssisəsinin yaxınlığındakı fərdi yaşayış evinin çəpəri altında gizlədərək qanunsuz saxlamış, ardınca həmin Cəzaçəkmə Müəssisəsində cəza çəkən qardaşı X8 ilə görüşə daxil olduqdan sonra 7 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşı Şahid3 tərəfindən qeyd edilən 06 ədəd kibrit qutularında olan narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs tərəfindən gizlədilmiş yerdən aşkar olunaraq götürülüb 7 saylı Cəzaçəkmə Müəssisəsinin xidməti otaqların birində dəvət olunmuş iki nəfər hal şahidinin iştirakı ilə baxış keçirilərkən 06 ədəd kibrit qutusunda şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda çəkiləri 2,455 qram, 2,874 qram, 2,712 qram, 2,485 qram, 2,583 qram və 2,976 qram olmaqla tərkib komponentlərinə görə eyni olan, ümumi xalis çəkisi 16,085 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən ittihamla özünü təqsirli bilməyərək ifadə verərək göstərmişdir ki, o, mütəmadi olaraq narkotik tərkibli olan metadon dərman preparatından istifadə edir. Belə ki, o, narkomaniya xəstəliyindən əziyyət çəkir, narkotik vasitədən asılılığı vardır. Buna görədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində qeydiyyatdadır və həmin mərkəzə gedib-gəlir. xx xxxx 2020-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X19 küçəsi 69 ünvanında yerləşən Respublika Narkoloji Mərkəzin girəcəyində yerləşən giriş qapısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və Sabunçu RPİ-nin 14cü polis bölməsinə gətirilmişdir. Onun üzərinə hal şahidlərinin və müdafiəçinin iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı onun üzərində hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Onu polis bölməsində polis əməkdaşları fiziki zor tətbiq etmişlər. Narkotik vasitəni onları qoymuşlar. Onun üzərində hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. Onun iki gün polis bölməsində saxladıqdan sonra buraxmışlar. X8 onun qardaşıdır. Qardaşı Elşən hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Həmin Cəza çəkmə müəssisəsi Bakı şəhəri Xətai rayonu, kənd Əhmədli qəsəbəsində yerləşir. Belə ki, qardaşı Elşən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 04 (dörd) il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum edilmişdir. O, mütamadi olaraq qardaşınm cəza çəkdiyi müəssisəyə gedir və qardaşı ilə görüşür. Qardaşının yanına gedərkən o, ərzaq və yemək aparır. xx xxxx 2020-ci il tarixdə o, qardaşının yanına görüşə getmişdir. Qardaşının yanına gedərkən evdə onun üçün sovqat düzəltmişlər, Həmin sovqatın içərisində yemək olmuşdur. Saat təxminən 13:30 radələri olardı ki, o, cəza çəkmə müəssisəsinin qarşısına çatmışdır. Cəzaçəkmə müəssisəsinin qarşısına çatdıqda o, nəzarətçiyə yaxınlaşıb qardaşı Elşənə sovqat gətirməsini demişdir. Orada bir qədər sənədləşdirmə aparıldıqdan sonra qardaşı Elşənlə görüşmək üçün içəri daxil olmuşdur. İçəridə ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş və üzərində qanunla qadağan olunmuş əşya olduğu halda çıxarması təklif edilmişdir. Lakin o, üzərində qanunla qadağan olunmuş əşya olmadığını demişdir. Bundan sonra otaqda müəssisənin əməkdaşları tərəfindən üzərinə baxış keçirilməyə başlanılmış və baxış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet aşkar olunmamışdır. O, qardaşı ilə görüşə gedərkən qardaşına apardığı sovqatda və üzərində narkotik vasitə aparmamışdır. O, qardaşına siqaret, ərzaq məhsulları və yemək aparmışdır. Cəzaçəkmə Müəssisəsinin əməkdaşları həmin narkotik vasitənin onun olduğunu dedikləri üçün o, bunu qəbul etməmiş və bu bu səbəbdən o, bıçaqla qoluna xəsarət yetirmişdir. Onun heç bir təqsiri yoxdur. Qeyd olunanları nəzərə alıb barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, həmin cinayət əməlinin törədilməsində onun təqsirinin olması iş üzrə şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsində böyük nəzarətçi vəzifəsində işləyən, ədliyyə kiçik giziri Şahid3 ifadə verərək göstərmişdir ki, o, həftənin 7 günü işdə olur və hər gün işə saat 08:00 radələrində gedib, axşam saat 19:30 radələrində işdən çıxır. Onun iş fəaliyyəti görüşə gələn şəxslərin üzərinə və onların gətirdikləri sovqatlara axtarış-baxış keçirməkdən ibarətdir. Bir neçə gün əvvəl əməliyyat işinin əməkdaşları tərəfindən müəssisədə cəzaçəkən 1990-cı il təvəllüdlü Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirili bilinərək 04 il müddətinə azadlıqdan mərhum edilmiş X4 ailə üzvüləri tərəfindən göndəriləcək sovqat vasitəsilə müəssisəyə narkotik vasitə keçirməyə cəhd göstəriləcəyi barədə məlumatlandırılmış və nəzarətin gücləndirilməsi barədə tapşırıq almışdır. xx xxxx 2020-ci il tarixdə o, iş yerində xidmət aparan zaman saat təxminən 13:30 radələrində Təqsirləndirilən şəxs məhkum qardaşı Elşən Məmmədova sovqat gətirməsi barədə ərizə ilə müraciət etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində qara rəngli sellofan torba və çiyninə asılmış bir ədəd çanta olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs özünü şübhəli apararaq əlindəki sellofan torbanı müəssisənin giriş qapısının qarşısına qoyub, özünə məxsus mobil telefon vasitəsi ilə danışa-danışa müəssisənin həyətindən kənara çıxmışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs xidməti otağındakı pəncərədən müşahidə etmişdir. Təqsirləndirilən şəxs müəssisənin həyətindən kənara çıxdıqdan sonra Cəzaçəkmə Müəssisəsinin yaxınlığındakı fərdi yaşayış evinin yaxınlığında saxladığı ona məxsus «Mercedes Benz» markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol təkəri ilə həmin fərdi yaşayış evinin çəpərinin arasında yerdən hansısa bir əşya götürüb çiynindən asılmış qara rəngli çantadan hansısa predmet çıxararaq həmin əşyanın içinə yığdığını və qeyd olunan əşyanı ona məxsus avtomobilin qabaq sol təkərinin yanında gizlətdiyini görmüşdür. Təqsirləndirilən şəxs həmin əşyanı gizlədib müəssisəyə daxil olduqdan sonra o, idarə etdiyi avtomobilə yaxınlaşıb həmin yerə baxan zaman bir ədəd qırmızımtıl rəngli günəbaxan tumunun sellofan paketini görüb yerdən götürmüşdür. Həmin paketə baxan zaman müəyyən etmişdir ki, paketdə içərisində spesifik iyə malik olan altı ədəd kibrit qutusuna yığılmış yaşıl rəngli qurudulmuş bitki kütlələri vardır. Daha sonra o, həmin içərisində altı ədəd kibrit qutusu olan qırmızımtıl rəngli sellofan paketi götürüb Cəzaçəkmə Müəssisəsinə daxil olmuşdur. Bundan sonra dəvət olunmuş iki nəfər hal şahidinin və müəssisənin digər əməkdaşlarının iştirakı ilə xüsusi ayrılmış otaqda Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq sol təkərənin yanında gizlətdiyi bir ədəd qırmızımtıl rəngli günəbaxan tumunun sellofan paketinin içərisinə yığılmış altı ədəd kibrit qutusuna baxış keçirmişlər. Baxış zamanı altı ədəd kibrit qutusunun içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər yaşıl rəngli qurudulmuş bitki kütlələri aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs ondan qadağan olunmuş əşyanı aşkar edilməsinə etiraz əlaməti olaraq üzərində olan cib bıçağı ilə sol qolunun said nahiyəsini iç tərəfdən kəsərək özünə xəsarət yetirmiş və Cəzaçəkmə müəssisəsinin həkimi tərəfindən ona ilkin tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 6 ədəd kibrit qutularında olan kütlə onun özünün, hal şahidlərinin və onların iştirakları ilə qablaşdırılıb müəssisənin möhürü ilə möhürlənmişdir. Bununla əlaqədar protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və imzalanmışdır, lakin Təqsirləndirilən şəxs protokolu imzalamaqdan imtina etmişdir. Elnur Həsənova orada hər-hansı bir fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsində böyük nəzarətçi vəzifəsində işləyən, ədliyyə baş çavuşu Şahid4 özündən əvvəl məhkəmə iclasında ifadə vermiş şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsində böyük nəzarətçi vəzifəsində işləyən, ədliyyə kiçik giziri Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsində təsərrüfat bölməsinin böyük mütəxəssisi (anbar müdiri) vəzifəsində işləyən, Şahid2 ifadə verərək göstərmişdir ki, o, işə gedərkən cəzaçəkmə müəssisəsinə daxil olmamışdan əvvəl əməliyyatçılar tərəfindən yoxlanılır və inzibati binaya daxil olur. xx xxxx 2020-ci il tarixdə səhər saat 09:00 radələrində o, işə getmiş və cəzaçəkmə müəssisəsində təmizlik işləri ilə məşğul olmağa başlamışdır. Həmin günü saat təxminən 13:30 radələri olardı ki, onu nəzarət buraxılış məntəqəsinə dəvət etmişlər. Ora getdikdə ona bir nəfər şəxsi göstərib həmin şəxsin Təqsirləndirilən şəxs olmasını bildirmişlər. Həmin şəxsin gətirdiyi sovqatlara baxış keçirəcəklərini və həmin baxışda onun da hal şahidi kimi iştirak etməsini təklif etmişlər. O, da heç bir etiraz etməyərək razılaşmışdır. Ona hal şahidi kimi hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs özünü şübhəli apararaq müəssisənin həyətindən kənara çıxdıqdan sonra Cəzaçəkmə Müəssisəsinin yaxınlığındakı fərdi yaşayış evinin yaxınlığında dayanmış 7 saylı CÇM-in böyük nəzarətçisi Şahid3 məxsus «Mercedes Benz» markalı avtomobilin qabaq sol təkəri ilə həmin fərdi yaşayış evinin çəpərinin arasında yerdən hansısa bir əşya götürüb çiynindən asılmış qara rəngli çantadan hansısa predmet çıxararaq həmin əşyanın içinə yığmış və qeyd olunan əşyanı avtomobilin qabaq sol təkərinin yanında gizlətmişdir. Təqsirləndirilən şəxs həmin əşyanı gizlədib müəssisəyə daxil olduqdan sonra Şahid3 həmin yerdən bir ədəd içərsinə altı ədəd kibrit qutusu yığılmış qırmızımtıl rəngli sellofan paketi götürüb Cəzaçəkmə Müəssisəsinə daxil olmuşdur. Bundan sonra onun, digər hal şahidi dəvət olunmuş anbar rəisi Şahid2 və müəssisənin digər əməkdaşlarının iştirakı ilə xüsusi ayrılmış otaqda Təqsirləndirilən şəxs avtomobilin yanında gizlətdiyi bir ədəd qırmızımtıl rəngli günəbaxan tumunun sellofan paketinin içərisinə yığılmış altı ədəd kibrit qutusuna baxış keçirilmişdir. Baxış zamanı altı ədəd kibrit qutusunun içərisindən spesifik iyə malik yaşıl rəngli qurudulmuş bitki kütlələri aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs ondan qadağan olunmuş əşyanı aşkar edilməsinə etiraz əlaməti olaraq üzərində olan cib bıçağı ilə sol qolunun said nahiyəsini iç tərəfdən kəsərək özünə xəsarət yetirmiş və Cəzaçəkmə müəssisəsinin həkimi tərəfindən ilkin tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 6 ədəd kibrit qutularında olan kütlə onun özünün, baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılmış və müəssisənin möhürü ilə möhürlənmişdir. Bununla əlaqədar protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və imzalanmışdır, lakin Təqsirləndirilən şəxs protokolu imzalamaqdan imtina etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsində xadimə vəzifəsində işləyən məhkəmə iclasında iştirak etməyən Şahid1 məhkəməyə teleqram vuraraq istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, səhhəti ilə əlaqədar iştirak edə bilməyəcəyini və məhkəmə iclasının onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və o, 2001-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsində xadimə işləyir. Həmin cəzaçəkmə müəssisəsi ünvan 4 54 ünvanında yerləşir. Onun iş fəaliyyəti cəzaçəkmə müəssisəsində təmizlik işləri aparmaqdan ibarətdir və o həftənin beş günü işə saat 09 radələrində gəlir, axşam 17 radələrində işdən çıxır. o, işə gedərkən cəzaçəkmə müəssisəsinə daxil olmamışdan əvvəl əməliyyatçılar tərəfindən yoxlanılır və inzibati binaya daxil olur. xx xxxx 2020-ci il tarixdə səhər saat 09:00 radələrində o, işə getmiş və cəzaçəkmə müəssisəsində təmizlik işləri ilə məşğul olmağa başlamışdır. Həmin günü saat təxminən 13:30 radələri olardı ki, onu nəzarət buraxılış məntəqəsinə dəvət etmişlər. Ora getdikdə ona bir nəfər şəxsi göstərib həmin şəxsin Təqsirləndirilən şəxs olmasını bildirmişlər. Həmin şəxsin gətirdiyi sovqatlara baxış keçirəcəklərini və həmin baxışda onun da hal şahidi kimi iştirak etməsini təklif etmişlər. O, da heç bir etiraz etməyərək razılaşmışdır. Ona hal şahidi kimi hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs özünü şübhəli apararaq müəssisənin həyətindən kənara çıxdıqdan sonra Cəzaçəkmə Müəssisəsinin yaxınlığındakı fərdi yaşayış evinin yaxınlığında dayanmış 7 saylı CÇM-in böyük nəzarətçisi Şahid3 məxsus «Mercedes Benz» markalı avtomobilin qabaq sol təkəri ilə həmin fərdi yaşayış evinin çəpərinin arasında yerdən hansısa bir əşya götürüb çiynindən asılmış qara rəngli çantadan hansısa predmet çıxararaq həmin əşyanın içinə yığmış və qeyd olunan əşyanı avtomobilin qabaq sol təkərinin yanında gizlətmişdir. Təqsirləndirilən şəxs həmin əşyanı gizlədib müəssisəyə daxil olduqdan sonra Şahid3 həmin yerdən bir ədəd içərsinə altı ədəd kibrit qutusu yığılmış qırmızımtıl rəngli sellofan paketi götürüb Cəzaçəkmə Müəssisəsinə daxil olmuşdur. Bundan sonra onun, digər hal şahidi dəvət olunmuş anbar rəisi Şahid2 və müəssisənin digər əməkdaşlarının iştirakı ilə xüsusi ayrılmış otaqda Təqsirləndirilən şəxs avtomobilin yanında gizlətdiyi bir ədəd qırmızımtıl rəngli günəbaxan tumunun sellofan paketinin içərisinə yığılmış altı ədəd kibrit qutusuna baxış keçirilmişdir. Baxış zamanı altı ədəd kibrit qutusunun içərisindən spesifik iyə malik yaşıl rəngli qurudulmuş bitki kütlələri aşkar edilərək götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs ondan qadağan olunmuş əşyanı aşkar edilməsinə etiraz əlaməti olaraq üzərində olan cib bıçağı ilə sol qolunun said nahiyəsini iç tərəfdən kəsərək özünə xəsarət yetirmiş və Cəzaçəkmə müəssisəsinin həkimi tərəfindən ilkin tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 6 ədəd kibrit qutularında olan kütlə onun özünün, baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılmış və müəssisənin möhürü ilə möhürlənmişdir. Bununla əlaqədar protokol tərtib olunmuş, protokol ucadan oxunmuş və imzalanmışdır, lakin Təqsirləndirilən şəxs protokolu imzalamaqdan imtina etmişdir. Baxış bitdikdən sonra o, təmizlik işlərini dayam etdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Mühafizə İdarəsində polis nəfəri vəzifəsində işləyən, polis serjantı Şahid5 ifadə verərək göstərmişdir ki, o Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin giriş qapısında xidmətə çıxır. Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. xx xxxx 2020-ci il tarixdə o, növbədə olarkən «metadon» proqramında olan xəstə Təqsirləndirilən şəxs günorta saatlarında narkoloji mərkəzə gəlib orada yazılmış müalicəyə əsasən «metadon» narkotik tərkibli dərman qəbul edib qayıdan zaman özünü şübhəli aparmağa başlamışdır. Mərkəzin həyətində bir neçə nəfərə yaxınlaşdığını görüb, o, Elnura tərəf yaxınlaşaraq NBM-ə dəvət etmişdir. Onun bu sözlərindən sonra Təqsirləndirilən şəxs ondan şübhələndiyini anlayıb qəfildən qaçmağa başlamışdır. Mərkəzin qapısı bağlı olduğundan Elnur həyətə tərəf qaçmış, daha sonra hasara doğru qaçmağa davam etmişdir. O, dərhal Təqsirləndirilən şəxs dalınca qaçmış, Elnur hasardan aşmaq istədikdə, o, onun ayaqlarından tutub yerə tərəf dartmışdır. Təqsirləndirilən şəxs yenidə müqavimət göstərib qaçmaq istəmiş, hətta ayağa qalxdıqdan sonra başını qəfildən hasara vurmuşdur. Elnur NBM-ə gətirdikdən sonra üzərində nəyin olub-olmadığını müəyyənləşdirməkdən ötrü şalvarının ciblərini və üzərində olan çantasını açıb göstərməsini istəmişdir. Lakin sonuncu orada da qaçmağa bir neçə dəfə cəhd göstərmiş, başını qəsdən NBM-in divarlarına bir neçə dəfə vurmuşdur. Dərhal vəzifə təlimatına uyğun olaraq bu barədə Sabunçu rayon Mühafizə İdarəsinin və Sabunçu RPİ-nin 14-cü PB-nin növbətçi hissəsinə məlumat vermişdir. Təxminən bir neçə dəqiqədən sonra Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları xidməti maşınları ilə yaxınlaşıb onları və Təqsirləndirilən şəxs polis bölməsinə aparmışlar. Orada Təqsirləndirilən şəxs üzərində videogörüntü vasitəsi ilə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs çiynindən asdığı çantadan 3 ədəd kibrit qutusunun içərisində qurudulmuş yaşıl rəngli bitki kütləsi və elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs bitki kütləsinin narkotik vasitə marixuana olmasını və şəxsi istifadəsi üçün əldə edib saxladığını, elektron tərəzini isə təmir etdirmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış barədə protokol tərtib edilmiş, o, müdafiəçi və digər iştirakçılar həmin protokolun doğruluğunu imza edərək təsdiq etsələr də, Təqsirləndirilən şəxs heç bir əsas gətirmədən həmin protokolu imza etməkdən qəti imtina etmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs hər hansı bir fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid6 ifadə verərək göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 16:00 radələrində o, bölmədə olarkən Sabunçu RPİ-nin 14-cü polis bölməsinin əməkdaşları bir nəfər oğlan gətirərək bölməyə təqdim etmişlər. Həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilmişdir. Onun adı Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Orada Təqsirləndirilən şəxs üzərində videogörüntü vasitəsi ilə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs çiynindən asdığı çantadan 3 ədəd kibrit qutusunun içərisində qurudulmuş yaşıl rəngli bitki kütləsi və elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs bitki kütləsinin narkotik vasitə marixuana olmasını və şəxsi istifadəsi üçün əldə edib saxladığını, elektron tərəzini isə təmir etdirmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış barədə protokol tərtib edilmiş, o, müdafiəçi və digər iştirakçılar həmin protokolun doğruluğunu imza edərək təsdiq etsələr də, Təqsirləndirilən şəxs heç bir əsas gətirmədən həmin protokolu imza etməkdən qəti imtina etmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs hər hansı bir fiziki zor tətbiq edilməmişdir. Cinayət işinin 1-ci cildinin 180-ci vərəqəsində olan xx xxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 243-cü vərəqəsində olan xx xxxx 2020-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 44-cü vərəqəsində olan xx xxxx 2020-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 113-117-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(011)-431/2020 saylı təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixindən hesablanmışdır. Cinayət işinin 1-ci cildinin 34-cü vərəqəsində olan xx xxxx 2020-ci il tarixli, 1/3558 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixində sidiyində OPİ (+) opioid aşkar edilmişdir. Cinayət işinin 1-ci cildinin 5-6-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsində əməliyyat şöbəsinin rəisi vəzifəsində işləyən, böyük inspektor, ədliyyə kapitanı X10 tərəfindən tərtib edilmiş və iştirakçılar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 saylı cəzaçəkmə müəssisəsinin rejim-nəzarət şöbəsinin böyük nəzarətçisi nəzarətçi, ədliyyə kiçik giziri Şahid3, nəzarətçi, ədliyyə baş çavuşu Şahid4 Nacı oğlu, hal şahidləri Şahid1, Şahid2 Əsrəf oğlu tərəfindən imzalanaraq doğruluğu təsdiq edilmiş xx xxxx 2020ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, müəssisədə cəza çəkən 1990-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum edilmiş X4 yanına xx xxxx 2020-ci il tarixdə saat 13:30 radələrində sovqat gətirmiş qardaşı Təqsirləndirilən şəxs müəssisənin qarşısında özünü şübhəli aparmış və üzərində olan selofan paketi divarın yaxınlığında gizlətməyə çalışmışdır. Həmin selofan paketə hal şahidlərinin və iştirakçların iştirakı ilə baxış keçirilərkən oradan 6 ədəd kibrit qutusunun içərisində yaşıl yaşıl rəngli qurudulmuş şəkildə olan maddə aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs üzərindən bir ədəd qara rəngli əl çantası və bir ədəd bıçaq aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin maddələrin nə olması barədə sual verildi, sonuncu isə xəbərinin olmadığını bildirmişdir. Aşkar olunaraq götürülmüş maddə Ekspertiza Mərkəzinə təqdim edilməsi üçün hal şahidlərinin və iştirakçıların iştirakı ilə zərfə qablaşdırıldı və müəssisənin “zərflər üçün” möhürü ilə bərkidildi. Cinayət işinin 1-ci cildinin 190-191-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu RPİnin 14-cü Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X3, Bakı şəhəri Sabunçu RPİ-nin 14cü Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6, Bakı şəhəri Sabunçu RMİ-nin polis nəfəri, Şahid5, Bakı şəhəri Sabunçu RMİ-nin polis nəfəri, X5, müdafiəçi X7 və barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanaraq doğruluğu təsdiq edilmiş xx xxxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlindəki qara rəngli əl çantasının təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi çantanın içərisindən 03 (üç) ədəd kibrit qutusunun içərisində spesifik iyə malik narkotik vasitə olan marixuanaya bənzər yaşıl rəngli qurudulmuş bitki kütləsini və bir ədəd boz rəngli elektron tərəzi tərəfimizdən aşkar edilmişdir. Şifai sorğu zamanı Təqsirləndirilən şəxs kibrit qutusundakı bitki kütləsinin marixuana olmasını, iki gün əvvəl adını bilmədiyi üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün şəhər mərkəzindən 60 manata aldığını, elektron tərəzini isə xarab olduğu üçün düzəltdirmək məqsədilə gəzdirdiyini bildirmişdir. Baxış nəticəsində elektron tərəzinin işlədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd kibrit qutusunun içindəki narkotik vasitə olan marixuanaya bənzər qurudulmuş bitki kütləsi və boz rəngli elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimizdən müvafiq qaydada qablaşdırılıb möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış nəticəsində başqa qanunsuz predmet aşkar edilməmişdir. Aşkar edilmiş digər əşyalar sübut əhəmiyyətinə malik olmadığından sahibinə qaytarılmışdır. Protokol iştirakçılarına ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikə imzalamaq vəzifəsi izah olunmuşdur. Təqsirləndirilən şəxs heç bir səbəb göstərmədən protokolu imza etməkdən qəti şəkildə imtina etmişdir. Protokol düzgünlüyü imzalarla təsdiq edilmişdir. Cinayət işinin 1-ci cildinin 200-201-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 7/382 saylı məhkəmə-bioloji ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış zərfdə 03 (üç) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 3,097 qram, 3,892 qram və 2,943 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi - 9,932 qramdır. Ekspertizaya təqdim etmə zamanı marixuananın ümumi çəkisi – 9,932 qram, tədqiqata sərf edildi – 0,15 qram, qalıq – 9,782 qram. Cinayət işinin 1-ci cildinin 11-12-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 7/396 saylı məhkəmə-bioloji ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 06 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkisi 2,455 qram, 2,874 qram, 2,712 qram, 2,485 qram, 2,583 qram, 2,976 qram, ümumi təmiz çəkisi 16,085 qram olan bitki mənşəli maddələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertizaya təqdim etmə zamanı marixuananın ümumi çəkisi – 16,085 qram, tədqiqata sərf edildi – 0,12 qram, qalıq – 15,965 qram. Cinayət işinin 1-ci cildinin 139-142-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 7/405 saylı məhkəmə-bioloji ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1№-H ağ rəngli kağız bükülüdə mərkəzə məxsus qəhvəyi rəngli kağız paketdəki 1 (bir) ədəd kağız paketdə üzərində «БЕЛОЧКА» yazılmış tum paketində 6 (altı) ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri - 2,435 qram, 2,854 qram, 2,692 qram, 2,465 qram, 2,563 qram, 2,956 qram və ümumi təmiz çəkisi 15,965 qram (ilkin tədqiqat zamanı həmin bitki mənşəli kütlələrin ayrı-ayrılıqda təmiz çəkiləri - 2,455 qram, 2,874 qram, 2,712 qram, 2,485 qram, 2,583 qram, 2,976 qram və ümumi təmiz çəkisi 16,085 qram olmuşdur ar. №7/396) bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş 2№-li ağ rəngli kağız bükülüdə polietilen paketin içərisindəki 01 (bir) ədəd qara rəngli çantanın içərisində narkotik vasitə hissəcikləri yoxdur. Ekspertizaya təqdim etmə zamanı marixuananın ümumi çəkisi – 15,965 qram, tədqiqata sərf edildi – 0,12 qram, qalıq – 15,845 qram. Cinayət işinin 1-ci cildinin 144-145-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 3/722 saylı məhkəmə-ballistik ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfatməişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işinin 2-ci cildinin 21-31-ci vərəqələrində olan xx xxxxxxxx 2020-ci il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 15,845 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd qara rəngli əl çantası, 01 (bir) ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlancına verilmişdir, Azərbaycan Respublikası DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətindən əldə edilmiş «TŞ5-112» saylı müşahidə kamerası vasitəsi ilə aparılan videoçəkiliş olan «CD» diskləri maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin İstintaq Şöbəsində istintaq edilmiş ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 9,782 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 (bir) ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabunçu RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 (bir) ədəd «CD» disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cildinin 146-148-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X17 xx xxxx 2020-ci il tarixli, 720 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol said nahiyəsinin bir ədəd kəsilmiş yarası və sol saidin ön səthinin səthi kəsilmiş yaraları, sol bazu oynağı nahiyəsinin ön səthinin, hər iki dirsək oynağı nahiyəsinin və hər iki diz oynağı nahiyəsinin ön səthinin sıyrıqları müəyyən edildi. Xəsarətlərdən kəsilmiş yara və səthi kəsilmiş yaralar kəsici kənara malik alətin (alətlərin) təsirindən törənmişdir, bıçağın kəsici kənarının təsirindən törənə bilər. Sıyrıqlar isə bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilmiş xx.xx.2020-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə sol saidin bir ədəd kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir, səthi kəsilmiş yaralar və sıyrıqlar isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Qeyd edilən xəsarətlərdən sol said nahiyəsinin kəsilmiş və səthi kəsilmiş yaraları qərarda göstərilən şəraitdə özü-özünə bıçaqla xəsarət yetirmə nəticəsində törənə bilərdi. Cinayət işinin 1-ci cildinin 149-150-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 ekspert komissiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2462 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 6-9-cu vərəqələrində olan xx xxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında toplanmış 272 C-20 saylı material üzrə cinayət işinin başlanması cinayət tərkibi olmadığına görə rədd edilmişdir. Cinayət işinin 1-ci cildinin 130-132, 247-249-cu vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 tərəfindən xx xxxx 2020-ci il və xx xxxxxx 2020-ci il tarixlərində tərtib olunmuş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs: 1) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 128-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.3, 69.3-cü maddələrinə əsasən 02 (iki) il 11 (on bir) ay 16 (on altı) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 03 (üç) il sınaq müddəti verilməklə şərti hesab edilmişdir; 2) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 315.1-ci maddələri ilə təqsilri bilinərək, həmin Məcəllənin 66.3, 71.5, 67.1ci maddələrinə əsasən 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx xxxx 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016cı il tarixli Amnistiya qərarının 1.2-ci bəndinə əsasən təyin olunan cəzadan azad edilmişdir; 3) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsilri bilinərək, həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən 2.000 (iki min) manat cərimə cəzasına məhkum olunmuşdur; 4) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsilri bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarına əsasən cəzasının 04 (dörd) ayını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(003)-221/2017 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 5.000 (beş min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxx 2017-ci il tarixindən xx xxxxxx 2017-ci il tarixinədək həbsdə saxlandığı 03 (üç) ay 09 (doqquz) gün müddət nəzərə alınmaqla cərimə cəzası yüngülləşdirilərək onun üzərində, qəti olaraq, 2.000 (iki min) manat məbləğində cərimə cəzası saxlanılmışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinə əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(003)-221/2017 saylı hökmünə əsasən 2.000 (iki min) manat cərimə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs cərimə cəzasını icra etməmişdir. Cinayət işinin 1-ci cildinin 133-137-ci vərəqələrində olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(003)-464/2017 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsilri bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli xx xxxxxxx 2017-ci il tarixdən hesablanmışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 7(003)-647/2019 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(03)-464/2017 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 04 (dörd) ayını çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin 2-ci cildinin 57-ci vərəqəsində olan Bakı şəhəri Xəzər rayon İHB-nın Şüvələn qəsəbəsi İƏDÜ-nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında Şüvələn qəsəbəsi İƏDÜ-nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması cinayətini törətməsini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, ekspert rəyləri və digər iş materialları ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs bu ifadəni cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşadığı yerdən müsbət xasiyyətləndirildiyini, cavan olduğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində təhlükəli residivin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yendən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residiv müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesabı ilə təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş və xx xxxx 2020-ci il tarixində barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək, həbsdən azad edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixində şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(011)-431/2020 saylı qərarına əsasən onun barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixindən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixindən xx xxxx 2020-ci il tarixinədək, yəni 02 (iki) gün həbsdə saxlandığı müddəti ona təyin olunacaq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni xx xxxx 2020ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cəzaçəkmə müsəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Bundan başqa, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(003)-221/2017 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 5.000 (beş min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxx 2017-ci il tarixindən xx xxxxxx 2017-ci il tarixinədək həbsdə saxlandığı 03 (üç) ay 09 (doqquz) gün müddət nəzərə alınmaqla cərimə cəzası yüngülləşdirilərək onun üzərində, qəti olaraq, 2.000 (iki min) manat məbləğində cərimə cəzası saxlanılmışdır. Hal-hazıradək Təqsirləndirilən şəxs tərəfindən 2.000 (iki min) manat cərimə cəzası ödənilməmiş qalmışdır. Belə ola halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilən cəza ona Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(003)- 221/2017 saylı hökmü ilə təyin edilmiş 2.000 (iki min) manat cərimə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(003)-221/2017 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü madələri ilə təqsirli bilinməklə ona təyin olunmuş 2.000 (iki min) manat cərimə cəzası isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 №-li qəranının 19-cu bəndinə əsasən məhkəmələr hökmlərin məcmusu üzrə əsas və əlavə cəzaların hansı hissəsinin faktiki olaraq çəkildiyini aydınlaşdırmalı və bu hal hökmünün giriş hissəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci və 67.4-cü maddələrinə əsasən, hökmlərin məcmuyu ilə cəza təyin edilərkən məhkəmə yeni hökmlə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın cəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir, bu zaman qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən cox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə ambulator X1nın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məqsədə müvafiq sayır. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Xətai RPİ-nin saxlancında saxlanılan iş üzrə maddi sübutlar, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 15,845 qram olan tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd soyuq silah hesab edilməyən bıçaq, 01 (bir) ədəd qara rəngli əl çantası və Bakı şəhəri Sabunçu RPİ-nin sübutların saxlama kamerasında saxlanılan 9,782 qram olan tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətindən əldə edilmiş «TŞ5-112» saylı müşahidə kamerası vasitəsi ilə aparılan videoçəkiliş olan «CD» disklər və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 (bir) ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 291,46 AZN (iki yüz doxsan bir manat qırx altı qəpik) Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 354, 344-349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə casına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixindən xx xxxx 2020-ci il tarixinədək həbsdə saxlandığı, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 1(011)-221/2017 saylı hökmü ilə təyin olunmuş 2.000 (iki min) manat cərimə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə, qəti olaraq Təqsirləndirilən şəxs 2.000 (iki min) manat cərimə cəzası və 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində 2.000 (iki min) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020-ci tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Xətai RPİ-nin saxlancında saxlanılan iş üzrə maddi sübutlar, ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 15,845 qram olan tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd soyuq silah hesab edilməyən bıçaq, 01 (bir) ədəd qara rəngli əl çantası və Bakı şəhəri Sabunçu RPİnin sübutların saxlama kamerasında saxlanılan 9,782 qram olan tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut hesab edilən və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətindən əldə edilmiş «TŞ5-112» saylı müşahidə kamerası vasitəsi ilə aparılan videoçəkiliş olan «CD» disklər və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 (bir) ədəd «CD» disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 291,46 AZN (iki yüz doxsan bir manat qırx altı qəpik) Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli
Məhkəmə qərarları › İş №1(011)-38/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-38/2021
10.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver