Məhkəmə qərarları › İş №1(011)-380/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-380/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-380/2021 12.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (bundan sonra mətndə Təqsirləndirilən şəxs) iştirakları ilə, xx.xx.1975-ci ildə Naxçıvan MR Şərur şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan MR Şərur rayonu Yengicə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni və narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,394, 0,346 qram və 0,338 qram olmaqla, ümumi təmiz çəkisi 1,078 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,282 qram, 0,362 qram, 0,264 qram və 0,354 qram olmaqla ümumi təmiz çəkisi 1,262 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib yaşadığı ünvan 1 ünvana daşıyaraq qanunsuz saxlamış, 04 may 2021-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin və Bakı şəhəri Xətai rayon Polis İdarəsinin X2 əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs yaşadığı həmin ünvanda saxlanıb, razılığı əsasında yaşadığı mənzilə keçirilmiş baxış zamanı polis əməkdaşlarının təklifinə əsasən sonuncunun mənzilin qonaq otağındakı stulun baş hissəsindən asılmış göy rəgli idman gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 03 ədəd bükümdə ümumi təmiz çəkisi 1,078 qram psixotrop maddə metamfetamin və 04 ədəd bükümdə ümumi təmiz çəkisi 1,262 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı və ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, elektrik avadanlıqlarının təmiri və satışı ilə məşğul olub çörək pulu qazanaraq ailəsini dolandırır. Əvvəllər müəyyən fasilələrlə nakotik vasitələrdən istifadə etmişdir. 04 may 2021ci il tarixdə polis əməkdaşları yaşadığı ünvan 1 ünvanına gəlmiş, ona narkotik vasitələrdən istifadə etdiyini və evində narkotik vasitə olduğunu bildirmişlər. Buna etiraz edərək evində hər hansı narkotik vasitə olmadığını bildirmişdir. Polis əməkdaşları ona təzyiq və təsir etmiş, etiraf etmədiyi halda evinə küllü miqdarda narkotik vasitə qoyacaqlarını demişlər. Polislər gəlməzdən əvvəl onun evinə tanış bir xanım gəlmiş, həmin xanım özünü şübhəli aparmış, xanım evindən çıxdıqdan sonra polislər evinə daxil olmuşlar. Baxış zamanı, həmin narkotik vasitələr və psixotrop maddələr göy rəgli idman gödəkçəsinin sağ yan cibindən çıxsa da, ona məxsus olmamış, həmin maddələri evinə gələn xanımın cibinə qoymasını düşünmüşdür. Polislər onu döymüş, bu səbəbdən videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olmasını demişdir. Qeyd olunanları nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, 2011-ci ildən X4 ilə nikahdan kənar birgə yaşayır. Fərdi qaydada taksi sürücüsü işləyir və ya sıradan çıxmış elektrik avadanlıqlarının təmiri və satışı ilə məşğul olub çörək pulu qazanaraq ailəsini dolandırır. Əvvəllər, yəni 2016-cı il tarixdə qanunsuz olaraq narkotik vasitələr əldə edib, gömrük nəzarətindən kənar şəkildə Respublika ərazisinə keçirməyi ilə bağlı Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 1997-ci ildən hazırki vaxtadək müəyyən fasilələrlə nakotik vasitələnin heroin və metamfetamin növlərindən istifadə etmiş, narkotik vasitələrdən sui-istifadəsi nəticəsində narkomaniya xəstəliyinə tutulmuş, narkotik vasitələri vaxtlı-vaxtında qəbul etmədiyi tədqirdə bədənində möhkəm ağrıları olur, yuxusuzluqdan, nəfəs darlığından və baş ağrılarından əziyyət çəkir. Təxminən 10 gün əvvəl tanışlarından “dep web” internet saytı vasitəsi ilə İran İslam Respublikasından olan narkotacirlə əlaqə saxlamağın mümkünlüyü barədə məlumat almış, bu hal onda maraq oyatdığı üçün, həmin sayta daxil olmuş, saytda axtarış apararkən Respublika ərazisində narkotik vasitələrin alqı-satqısını həyata keçirən tanımadığı İran İslam Respublikası vətəndaşının hazırda xatırlamadığı “skype” adresini əldə edib, internet üzərindən həmin iranlı ilə əlaqə saxlamış, iranlı ilə danışıq aparıb, ondan istifadəsi üçün narkotik vasitə heroin və metamfetamin almaq istədiyini bildirmiş, həmin şəxs narkotik vasitə heroinin 01 bükümünü 10 manatdan və metamfetaminin isə 1 bükümünü 15 manatdan satdığını deyib, həmin narkotik vasitləri almaq istədiyi tədqirdə onun kart hesabına “Pay Pal” vasitəsi ilə pul gödərməli olduğunu bildirmiş, həmin vaxt özündə 85 manat pul olduğu üçün, ona 04 ədəd bükümdə heroin və 03 ədəd bükümdə matemfetamin sifariş vermiş, belə olan halda, həmin İİR vətəndaşı ona hazırda xatırlamadığı kart hesabının nömrəsini verib, pulu həmin hesaba göndərməsini, pul hesabına oturduqdan sonra, həmin narkotik vasitələrin Bakı şəhəri ərazisində müəyyən yerə qoyulacağını və bu barədə ona məlumat veriləcəyini bildirmiş, 2021-ci il aprel ayının sonlarında o, iranlının dediyi kimi edib, hazırda yadında qalmayan yerdə yerləşən “Pay Pal” terminalı vasitəsi ilə iranlının ona verdiyi hesab nömrəsinə 85 manat pul göndərmiş, pulu göndərdikdən təxminən 2-3 saat sonra internet üzərindən həmin İranlı ilə təkrar əlaqə saxladığında, o narkotik vasitələrin Ramanı Savxozu adlanan yerdə körpü yaxınlığındakı ağaclıq sahəyə qoyduluğunu deyib, həmin ərazinin fotoşəkilini ona göstərmiş, həmin gün axşam saatlarında o, deyilən əraziyə gedib, baxış keçirdikdə iranlının dediyi kimi, ağaclıq sahədə üzəri skoçlanmış, qara rəngli bağlama görmüş, bağlamanı açıb içərisinə nəzər yetirdikdə, bağlamanın içərisində həqiqətən də, sifariş verdiyi kimi, 04 ədəd bükümdə narkotik vasitə heroin, 03 ədəd bükümdə isə narkotik vasitə metamfetamin olduğunu aşkar etmiş, həmin narkotik vasitələri özü ilə götürüb, bədənində ağrılar başladığı zaman istifadə etməkdən ötrü yaşadığı evə gətirərək, özünə aid olan göy rəngli idman gödəkçəsinin cibində gizlətmiş, 04 may 2021-ci il tarixədək narkotik vasitə heroin və matemfetaminin cuzi bir hissəsini iyləmək yolu ilə qəbul etmiş, bununla belə 04 may 2021-ci il tarixdə axşam saat təxminən 19 radələrində yaşadığı evdə olduğu zaman mənzilin qapısının döyüldüyünü görüb, qapını açmış, həmin vaxt polis geyim formasında olan şəxs özünü təqdim edib, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşı olduğunu bildirməklə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağı ilə əlaqədar videoçəkilişdən istifadə edilməklə, 13 saylı vəkil bürosunun vəkili, habelə 36-cı PB-nin digər 2 nəfər əməkdaşı ilə birgə üstünə və yaşadığı evə baxış keçirilməli olduğunu bildirib, bununla bağlı etirazının olub-olmadığını barədə sorğu etmiş, o, artıq polis əməkdaşlarının törətdiyi cinayət barədə məlumatlı olduqlarını görüb, üstünə və yaşadığı evə baxış keçirilməsinə etiraz bildirməmiş, bundan sonra qeyd edilən şəxslər mənzilinə daxil olub, ilk əvvəl üstünə baxış keçirmiş, baxış zamanı üstündən qanunla qadağan edilmiş əşya aşkar edilmədiyi üçün, polis əməkdaşları vəkilin iştirakı ilə mənzilə baxış keçirməyə başlamış, baxış zamanı qonaq otağında ona məxsus 01 ədəd “Toshiba” markalı noutbuk, 02 ədəd istifadəyə yararsız planşet aşkar edilmiş, həmin əşyalar polis əmədaşları tərəfindən götürülmüş, ardınca baxış davam etdirilmiş, baxış zamanı polis əməkdaşları evində qanunla qadağan digər hər hansı bir əşyanın olub-olmaması barədə sorğu etdikdə, o, mənzilin qonaq otağındakı stulun baş hissəsindən asdığı özünə məxsus olan göy rəngli idman gödəkçəsinin sağ yan cibində gizlədərək saxladığı bir ədəd sellofan bağlamada olan ümumilikdə 07 ədəd bükümü polis əməkdaşlarına təqdim edib, təqdim etdiyi bükümlərin içərisində narkotik vasitə olduğunu, uzun müddət narkotik vasitə istifadəçisi olduğu üçün həmin narkotik vasitələri də, məhz özünün istifadəsi üçün internet üzərindən X10 vətəndaşından aldığını bildirmiş, polis əməkdaşları həmin bükümlərə baxış keçirdikdən sonra, bükümləri zərfə qoyaraq qablaşdırmış, bundan sonra o, vəkil və axtarışda iştirak edən şəxslər birgə polis bölməsinə gəlmiş, polis bölməsinə gəldikdə, aşkar edilən xüsusatlarla bağlı hamının iştirakı ilə protokol tərtib olunmuş, ucadan oxunmuş, şikayət, ərizə və təkliflər daxil olmadığından doğruluğunu təsdiq etmək üçün o özü və digər iştirakçılar tərəfindən protokola imza edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin X2 baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 04 may 2021-ci il tarixdə bölməyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində saxlamaqla daşıması barədə əməliyyat məlumatı daxil olmuş, məlumatda adı qeyd olunmuş şəxsin cinayətkar əməlinin ifşa olunması və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsindən ötrü idarə rəhbərliyinə raportla məruzə olunmuş, icazə verildiyi üçün həmin tarixdə «Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair» qərar qəbul olunmuş, həmin qərar əsasında bölmənin digər əməkdaşından ibarət əməliyyat qrupu təşkil edilmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzildə olması barədə məlumat daxil olduğundan, həmin günü saat 19 radələrində dəvət olunmuş müdafiəçi, Xətai RPİ-nin 36-cı Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Ramil İsmayılov və əməliyyat qrupunun üzvləri ilə birlikdə sonuncunun yaşadığı ünvan 2 ünvanına gəlmiş, qeyd edilən ünvana gəldikdən sonra, qapını döydükdə, xarici görünüşünə görə İsmayıl Əlizdəyə oxşar bir nəfər şəxs mənzilin qapısını açmış, bu zaman onlar həmin şəxsə xidməti vəsiqələrini təqdim etməklə Xətai RPİ-nin əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, onlar Təqsirləndirilən şəxs anket məlumatlarını dəqiqələşdirdikdən sonra ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlamaqla daşıması barədə məlumat daxil olduğunu izah edib, bununla bağlı dəvət olunmuş müdafiəçinin iştirakı ilə vidoçəkilişdən istifadə edilməklə şəxsi axtarışının aparılmalı və yaşadığı evə baxış keçirilməli olduğunu deyib, bununla bağlı etirazının olub-olmadığını sorğu etmiş, İsamyıl Əlizadə etiraz etmədiyindən, müdafiəçi və əməliyyat qrupunun üzvləri ilə birlikdə mənzilə daxil olmuşlar. Mənzilə daxil olduqda ilk əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündən qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmiş, ardınca Təqsirləndirilən şəxs yaşadığı evdə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə olan qanunla qadağan edilmiş əşyaların olub-olmaması barədə sorğu edilmiş, müsbət halda həmin əşyaları könüllü olaraq təqdim etməsini təklif edilmiş, həmin zaman Təqsirləndirilən şəxs mənzilin qonaq otağındakı stulun baş hissəsindən asılmış özünə məxsus olan göy rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bağlamada olan ümumilikdə 07 ədəd sellofan bükümü təqdim edib, təqdim etdiyi bükümlərin içərisində narkotik vasitə olduğunu bildirmişdir. Sual zamanı Təqsirləndirilən şəxs 1997-ci ildən narkotik vasitə istifadəçisi olduğu üçün həmin narkotik vasitələri məhz özünün istifadəsi üçün internet üzərindən X10 vətəndaşının hesabına pul köçürmə yolu ilə təxminən 70-80 manat aldığını bildirmiş, baxış zamanı mənzildən başqa qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmiş, eyni zamanda müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə olması ehtimal edilən 07 ədəd büküm qablaşdırılaraq götürülmüş, ardınca polis bölməsinə gəldikdə aşkar edilən xüsusatlarla bağlı hamının iştirakı ilə protokol tərtib olunmuş, həmin protokol oxunandan sonra iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs hər hansı təzyiq və təsir edilməmiş, sonuncu döyülməmiş, qanunvericiliyin tələblərinə əməl edilmişdir. Təqsirləndirilən şəxs evində tək olmuş, orada hər hansı xanım olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri, Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 05 may 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 04 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 16); ərizədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilməsinə heç bir etirazının olmadığını, baxış keçirilməsinə razı olduğunu bildirmişdir (i.v. 21); baxış, şəxsi axtarış və götürmə aparılması haqqında 04 may 2021-ci il tarixli protokoldan görünür ki, 04 may 2021-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs razılığı əsasında yaşadığı ünvan 1 ünvana keçirilmiş baxış zamanı, polis əməkdaşlarının təklifinə əsasən sonuncunun mənzilin qonaq otağındakı stulun baş hissəsindən asılmış göy rəngli idman gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 03 ədəd bükümdə psixatrop maddə metamfetaminə bənzər və 04 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür (i.v. 23-24); Təqsirləndirilən şəxs izahatından görünür ki, polis əməkdaşları tərəfindən üstünə və yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini, mənzilin qonaq otağındakı stulun baş hissəsindən asdığı özünə məxsus olan göy rəngli idman gödəkçəsinin sağ yan cibində gizlədərək saxladığı bir ədəd sellofan bağlamada olan ümumilikdə 07 ədəd bükümü polis əməkdaşlarına təqdim etdiyini göstərmiş, “ifadəmi oxudum sözlərim düz yazılıb imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (i.v. 41-45); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 may 2021-ci il tarixli 6/1812 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş zərfdəki, 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,394, 0,346 qram və 0,338 qram ümumi təmiz çəkisi 1,078 qram ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamindir. Digər 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,282 qram, 0,362 qram, 0,264 qram və 0,354 qram ümumi təmiz çəkisi 1,262 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v. 30-34); şübhəli şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixatrop maddənin ona məxsus olduğunu, həmin maddələri tanımadığı İran İslam Respublikası vətəndaşına internet üzərindən sifariş verdiyini, xatırlamadığı kart hesabının nömrəsinə pul köçürdüyünü, sonra iranlının dediyi yerə gedib narkotik vasitə və psixatrop maddəni götürdüyünü və yaşadığı evə gətirdiyini, polis əməkdaşları tərəfindən üstünə və yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini, mənzilin qonaq otağındakı stulun baş hissəsindən asdığı özünə məxsus olan göy rəngli idman gödəkçəsinin sağ yan cibində gizlədərək saxladığı bir ədəd sellofan bağlamada olan ümumilikdə 07 ədəd bükümü polis əməkdaşlarına təqdim etdiyini göstərmiş, “ifadəmi oxudum sözlərim düz yazılıb imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (i.v. 41-45); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 06 may 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 46-47); təqsirləndirilən şəxsin dindirilməsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixatrop maddənin ona məxsus olduğunu, həmin maddələri tanımadığı İran İslam Respublikası vətəndaşına internet üzərindən sifariş verdiyini, xatırlamadığı kart hesabının nömrəsinə pul köçürdüyünü, sonra iranlının dediyi yerə gedib narkotik vasitə və psixatrop maddəni götürdüyünü və yaşadığı evə gətirdiyini, polis əməkdaşları tərəfindən üstünə və yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini, mənzilin qonaq otağındakı stulun baş hissəsindən asdığı özünə məxsus olan göy rəngli idman gödəkçəsinin sağ yan cibində gizlədərək saxladığı bir ədəd sellofan bağlamada olan ümumilikdə 07 ədəd bükümü polis əməkdaşlarına təqdim etdiyini göstərmiş, “ifadəmi oxudum sözlərim düz yazılıb imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (i.v. 54- 57); videogörüntülərə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarışı və yaşadığı ünvan 4 ünvana baxış zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 01 ədəd “CD-R” formalı diskdə baxış zamanı müəyyən edilmişdir ki, təhqiqatçı Ramil İsmayılov şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanda qanunla qadağan olunmuş əşya və ya predmet olub-olmaması barədə sorğu etdikdə, Təqsirləndirilən şəxs sorğunu müsbət cavablandırıb, qonaq otağındakı stulun baş hissəsindən asılmış özünə məxsus olan göy rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bağlamada olan ümumilikdə 07 ədəd sellofan bükümü təqdim edib, təqdim etdiyi bükümlərin içərisində narkotik vasitələr olduğunu, 1997ci ildən narkotik vasitə istifadəçisi olduğu üçün həmin narkotik vasitələri də, məhz özünün istifadəsi üçün internet üzərindən X10 vətəndaşından, hesabına pul köçürmə yolu ilə təxminən 70-80 manat aldığını, narkotik vasitənin bir bükümünə görə təxminən 15 manat pul verdiyini bildirmişdir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs videgörüntüdə əks olunan, yəni, özünə məxsus göy rəngli gödəkçənin cibindən içərisində narkotik vasitə və psixotrop maddə olan 07 ədəd bükümü polis əməkdaşlarına təqdim edən şəxsin özü olduğunu bildirib, videogörüntüdə əks olunan xüsusatların həqiqiliyini tədiq etmişdir (i.v. 69-70); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 02 iyun 2021-ci il tarixli tələbnamədən görünür ki, İ.N.X5 Hərbi Tribunalının 25 avqust 1998-ci il tarixli hökmü ilə köhnə CM-nin 242-ci maddəsinin A bəndi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Milli Məclisin 17.10.1997-ci il tarixli Amnistiya qərarına əsasən cəzadan azad olunmuş, 22 may 2001-ci il tarixdə Türkiyə Respublikasında narkotik maddələrin satışında təqsirləndirilərək həbs edilmiş, 16 may 2003-cü ildə cəzadan azad olunmuş, Türkiyə Respublikası İstanbul Eyub 1 Ağır Cəza Məhkəməsinin 17 dekabr 2003-cü il tarixli hökmü ilə (qanunsuz olaraq sərhəd keçdiyindən) 06 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Astara Rayon Məhkəməsinin 02 fevral 2016-cı il tarixli hökmü ilə CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli qərarı ilə cəzası 04 ilə endirilmiş, 21.02.2019-cu il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl cəzadan şərti olaraq azad olunmuş, 15 oktyabr 2019-cu il tarixdə cəzası başa çatmışdır (i.v. 71-73); Astara Rayon Məhkəməsinin 02 fevral 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 206.2-ci maddəsi ilə 05 il, CMnin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplama yolu ilə qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 74-84); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 17 iyul 2021-ci il tarixli 2383 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxsnda opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 90-91); sübutların qiymətləndirilməsi haqqında 26 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-kimyəvi ekspertizanın rəyi, məhkəmə-narkoloji ekspertizasının rəyi, ifadələr, protokollar sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvana keçirilmiş baxış zamanı aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1,078 qram kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin, ümumi təmiz çəkisi 1,262 qram olan qəhvəyi rəngli madə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və baxış, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış görüntüləri əks etdirən 01 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınmış, tədqiqat zamanı sərf olunduqdan sonra qalıq çəkisi 0,958 qram psixatrop maddə metamfetamin və qalıq çəkisi 1,142 qram narkotik vasitə heroin prosessual tərəflər cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə maddi sübutun talehi həll edilənədək müvafiq olaraq Azərbaycan Respublikası DİN-in Xətai RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd “CD-R” formatlı disk isə cinayət işi materiallarına əlavə edilmişdir (i.v. 92-100); Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21.02.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş yeddi ay iyirmi dörd günü hissəsindən şərti olaraq vaxtından əvvəl cəzadan azad olunmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin ona məxsus olmaması, istintaq zamanı vermiş olduğu ifadələri təziq və təsir nəticəsində verməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə nəzərə alır ki, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, şahidlər ibtidai istintaq dövründə vermiş olduqları və məhkəmə iclasında verdikləri ifadələrində Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etmədiyindən, müdafiəçi və əməliyyat qrupunun üzvləri ilə birlikdə mənzilə daxil olduqlarını, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə olan qanunla qadağan edilmiş əşyaların olub-olmaması barədə sorğu edildiyini, müsbət halda həmin əşyaları könlüllü olaraq təqdim etməsini təklif edildiyini, həmin zaman Təqsirləndirilən şəxs mənzilin qonaq otağındakı stulun baş hissəsindən asılmış özünə məxsus olan göy rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bağlamada olan ümumilikdə 07 ədəd sellofan bükümü təqdim edib, təqdim etdiyi bükümlərin içərisində narkotik vasitə olduğunu bildirdiyini, Təqsirləndirilən şəxs hər hansı təzyiq və təsir edilmədiyini, sonuncunun döyülmədiyini, Təqsirləndirilən şəxs evində tək olduğunu, orada hər hansı xanım olmadığını qeyd etmişlər. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Həmçinin, məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, müdafiəçi, təhqiqatçısı, polis əməkdaşları üzərində 190 qeyd edilmiş mənzilin qapısını döyür, qapını ilə Təqsirləndirilən şəxs açır, polis əməkdaşları sonuncuya xidməti vəsiqələrini təqdim etməklə Xətai RPİ-nin əməkdaşları olduqlarını bildirir, ondan özünü təqdim etməsini xahiş edir, Təqsirləndirilən şəxs özünü təqdim edir, ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlamaqla daşıması barədə məlumat daxil olduğunu izah edib, bununla bağlı dəvət olunmuş müdafiəçinin iştirakı ilə vidoçəkilişdən istifadə edilməklə şəxsi axtarışının aparılmalı və yaşadığı evə baxış keçirilməli olduğunu deyib, bununla bağlı etirazının olub-olmadığı soruşulur, Təqsirləndirilən şəxs etiraz etmir, müdafiəçi və polis əməkdaşları mənzilə daxil olur, Təqsirləndirilən şəxs üzərində axtarışı aparılır, üstündən qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilmir, Təqsirləndirilən şəxs yaşadığı evdə baxış keçirilir, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə olan qanunla qadağan edilmiş əşyaların olub-olmaması barədə sorğu edilir, olduğu halda həmin əşyaları könüllü olaraq təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs mənzilin qonaq otağındakı stulun baş hissəsindən asılmış göy rəngli idman gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bağlamanı çıxarır, bağlamada yeddi ədəd sellofan bükümü görünür, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində narkotik vasitə olduğunu bildirir, sual zamanı 1997-ci ildən narkotik vasitə istifadəçisi olduğu üçün həmin narkotik vasitələri məhz özünün istifadəsi üçün internet üzərindən X10 vətəndaşının hesabına pul köçürmə yolu ilə təxminən 70-80 manat aldığını bildirir, baxış zamanı mənzildən başqa qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilmir, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyi yeddi ədəd büküm qablaşdırılaraq götürülür. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs həm təhqiqat, həm də istintaq zamanı vermiş olduqları ifadələrində elan olunmuş ittihamda özünü təqsirli bilmiş, ümumiyyətlə polis əməkdaşları tərəfindən ona təziq və təsir edilməsi, döyülməsi barədə hər hansı xüsusat bildirməmiş, bu barədə hər hansı müraciətləri olmamışdır. Ambulator X3 zamanı da, Təqsirləndirilən şəxs ekspertlərə 20 ildir ki, fasilələrlə narkotik vasitə olan heroini yandırıb tüstüsünü nəfəsinə çəkməklə və injeksiya yolu ilə istifadə etdiyini bildirmiş, ondan aşkar olunub götürülmüş narkotik vasitəni və psixotrop maddəni özünün istifadəsi üçün əldə edib saxladığını bildirmiş, 17 iyul 2021-ci il tarixli 2383 nömrəli rəylə onda opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olduğu qeyd edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6— 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 1,262 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 1-ci qrafasına əsasən təmiz çəkisi 1,078 qram olan metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. İttiham aktında Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin yaranması göstərilsə də, məhkəmə, Təqsirləndirilən şəxs əvvəl az ağır cinayətlərə görə məhkum edildiyini, 21.02.2019cu il tarixdə vaxtından əvvəl cəza çəkməkdən azad edildiyini, məhkumluğun ödənilməsi müddətinin cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablandığını, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğun ödənilmiş hesab olunduğunu, vaxtından əvvəl cəza çəkməkdən azad edildiyi tarixdən hazırda təqsirli bilindiyi cinayət əməlini törətdiyi 04.05.2021-ci il tarixədək iki ilin keçdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər eyni növ cinayətə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlanıldığı müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 may 2021-ci il tarixdən 06 may 2021-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 12 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,958 qram psixatrop maddə metamfetamin, 1,142 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “CD-R” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar