Məhkəmə qərarları › İş №1(011)-380/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-380/2025

08.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-380/2025 08.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 və müdafiəçisi – Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X2 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X4 CM-nin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsinə görə S.Bağırovaya qarşı xüsusi ittiham qaydasında cinayət təqibinin başlanılması, S.Bağırovanın CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, S.Bağırovanın törətdiyi cinayət nəticəsində ona dəymiş mənəvi ziyana görə ondan 10,000 AZN kompensiyanın tutularaq onun xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X4 xx.xx.1993-cü il tarixdə Rusiya Federasiyası, Tumen vilayətində yerləşən Nefteyuqansk şəhərində anadan olmuşdur. Halhazırda Bakıda yaşayır. 2015-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib, 5 ilə yaxın hüquqşünas kimi fəaliyyət göstərmiş, xx.xx.2023-cü ildən isə VÖEN açaraq İnstagram və Tiktok sosial şəbəkələrində aktiv olaraq influenser və blogger fəaliyyəti ilə məşğuldur. Tiktok profilində 200.000 çox izləyici, İnstagram profilində 165.000 izləyici var. xx.xx.2025-ci il tarixdə öz Youtube kanalında yeni kitab seriyası başladıb, hər həftə bir müasir Azərbaycan yazıçısının kitabını oxuyub, fikirlərini paylaşmaq qərarı vermiş və ilk kitab özünü psixoloq kimi təqdim edən Bağırova Samirə adı ilə fəaliyyət göstərən şəxsin yazdığı “Ağ Qan” kitabı olmuşdur. xx.xx.2025-ci il tarixdə öz İnstagram səhifəsində Elxan Elatlı adlı yazıçının “Şantaj” adlı kitabından 4-5 cümlə oxuyub həmin kitabı tənqid etmişdir. Əsl səbəbinin onun öz yazdığı kitabı tənqid etməsi olsa da, S.Bağırova guya Elxan Elatlının kitabı haqqında çəkdiyi videoya görə 29 iyun 2025-ci il tarixdə “psixoloqsamirabagirova” adlı profillərdən (İnstagram və TikTok platformalarında aktivdir) onun şəxsi həyatı, şərəf və ləyaqətinə qarşı açıq şəkildə ictimai təhqir xarakterli videolar paylaşmışdır. Paylaşımlarda ona qarsı “tula”, “düşük”, “dünənki küçük” kimi aşaqılayıcı ifadələr işlətmiş, “Sənin anan, sənin atan kimdir?”, “Tüpürüm sənin tərbiyənə” kimi etik və mənəvi dəyərlərə zidd ifadələrlə onun şəxsiyyətinə və ailəsinə qarşı hörmətsizlik etmiş, həmçinin ona qarşı etnik ayrı-seçkilik xarakteri daşıyan, “bunun 100 faiz ulu babası ya nənəsi ermənidir”, “erməniyə oxşayır”, “izləyiciləri də ermənipərəstdir” kimi ifadələrlə milliyəti və fiziki görünüşü üzərindən təhqir və nifrət çıxışları etmişdir. Bu videolar ictimai şəkildə yayımlanaraq onun nüfuzuna, şərəf və ləyaqətinə və psixoloji sağlamlığına ciddi zərər vermişdir. Bundan əlavə, xx.xx.2025-ci il tarixdə S.Bağırova yeni iki video paylaşaraq, “təhqir etmisəm, düz etmişəm, bu haqqı özümə mən verirəm, söyəndə, döyəndə sizdən icazə almalıyam?” ona onu niyə təhqir etdiyini soruşan insanlara bu formada müraciət etmişdir. Məlumat üçün bildirir ki, Samirə Bağırova özünü psixoloq kimi təqdim edir və İnstagram və Tiktok sosial şəbəkələrində aktiv istifadəçisidir. Bir çox xəbər saytları onun paylaşdığı videoları tirajladılar. “Tula”, “düşük” və “dünənki küçük” təhqiredici söz və ifadələrdir. Qeyd edilməsi zəruridir ki, hər kəsin şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi-əxlaqi-sosial dəyərlər olduğuna görə, həm vətəndaşın mənsub olduğu dövlətin qanunları, həm də beynəlxalq hüquqla müdafiə olunur. Sonda qeyd etmək istəyir ki, bu fermada tanımadığı və hər hansı ədavəti olmayan bir şəxs tərəfindən ağır təhqir olunması onun ciddi şəkildə mənəvi stress və ruhi əzab keçirməsinə, əsəbləşməsinə səbəb olmuş, səhhətinə ziyanlı təsir göstərmişdir. O, bu hadisədən sonra özünə gələ bilməmiş ruhi iztirab və mənəvi həyəcan içində olmuşdur. Hesab edir ki, Bağırova Samirə Azərbaycan Respublikasının CM-nin 148-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün cəzalandırılmalıdır. Odur ki, buna görə xüsusi ittiham qaydasında bu şikayətlə məhkəməyə müraciət edir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və müdafiəçisi Müdafiəçi hər biri ayrı-ayrılıqda şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi və onun nümayəndəsini, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1, 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar (harada, nə vaxt və necə), yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdır. 293.3.6-cı maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, X2 ona qarşı xx.xx.2025-ci il tarixdə “psixoloqsamirabagirova” adlı profildən (İnstagram və TikTok platformalarında aktivdir) istifadə olunan “tula”, “düşük”, “dünənki küçük”, “Sənin anan, sənin atan kimdir?”, “Tüpürüm sənin tərbiyənə”, “bunun 100 faiz ulu babası ya nənəsi ermənidir”, “erməniyə oxşayır”, “izləyiciləri də ermənipərəstdir” kimi ifadələrin, həmçinin xx.xx.2025-ci il tarixdə istifadə edilən “təhqir etmisəm, düz etmişəm, bu haqqı özümə mən verirəm, söyəndə, döyəndə sizdən icazə almalıyam?” ifadələrinin ayrı-ayrılıqda dəqiqliklə hansı kütləvi informasiya vasitəsində və ya sosial şəbəkədə yayınlanması öz əksini tapmamışdır. Həmçinin, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 tərəfindən Azərbaycan Respublikası CPM-nin şikayət ərizəsinin məzmununa dair tələblər pozularaq şikayət ərizəsinin harada tərtib olunması qeyd edilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2 və 293.3.6-cı maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X4 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar