Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-381/2021 28.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş şəxsin hüquqi varisi X1 müdafiəçisi və etibarnamə üzrə nümayəndəsi Nümayəndə, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxx 1993-cü ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, bir uşaq atası,fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 aprel 2021-ci il tarixdə saat 17 radələrində “B” kateqoriyalı, AE seriyalı 048362 nömrəli sürücülük vəsiqəsi ilə tanışı Şahid5 məxsus etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, qara rəngli “Porsche Cayenne minik" markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi ilə üzü “Neapol” dairəsi istiqamətində saatda təxminən 70 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda, qanunun bu tələblərinə əməl etməyərək, ünvan 3 ünvanın qarşısında hərəkətdə olduğu yolu sağdan sola doğru asta qaçışla keçən piyada X5 avtomobilin qabaq sağ hissəsi ilə vurub, ehtiyatsızlıqdan ona başın sol təpə, sağ alın və sağ qaşüstü nahiyələrində əzilmiş yaralar ilə qeyd olunan dərialtı qansızmalar, qarın nahiyəsinin sağ yan səthində geniş ölçülü qançır ilə müşayiət olunan qaraciyərin böyük payında cırılmış yaralar, sağ baldır nahiyəsinin yuxarı 1/3-nin ön-bayır səthində sağ baldır sümüklərinin açıq, qəlpəli sınıqları və sınıqlar ətrafı yumşaq toxumalarda qansızmalarla müşayiət olunan əzilmiş-cırılmış yara, sol baldır sümüklərinin yuxarı 1/3-nin qapalı, qəlpəli sınıqları və sınıqlar ətrafındakı yumşaq toxumalarda dərialtı qansızmalar nəticəsində baş vermiş kəskin və çoxlu qanitirmə, daxili üzvlərin azqanlığı və ürəkdə çoxsaylı Minakov ləkələri ilə qeyd olunan çoxsaylı travma fonunda artan hemoragik və travmatik şok, burun beli, sol yanaq, sol said, sol dirsək oynağı, sol əl, sağ diz oynağı, sol baldır və sağ aşıq-baldır oynağı nahiyələrində qançırlarla müşayiət olunaraq ölümünə səbəb olan həyat üçün ağır dərəcəli bədən xəsarəti yetirmiş, habelə hadisə nəticəsində idarə etdiyi avtomobili zədələyərək zərərçəkmiş Zərərçəkmiş şəxs 18560 manat məbləğində maddi ziyan vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 7-8 ildir ki, avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olur və Nizami rayonu, Babək prospektində işləyir. 22 iyun 2019-cu il tarixdə sürücülük vəsiqəsi almış, həmin vaxtdan da avtomobil idarə etməyə başlamış və əvvəllər heç bir yol-nəqliyyat hadisəsi törətməmişdir. Dostu Zərərçəkmiş şəxs 3-4 ay bundan əvvəl özünə məxsus **-TS-*** dövlət qeydiyyat nişanlı "Porsche Cayenne” markalı avtomobili etibarnamə ilə ona vermişdir ki, həm avtomobili satsın, həm də avtomobil satılana kimi avtomobilsiz qalmasın. O, həmin vaxtdan Kənanın avtomobilini idarə etmişdir. İşi ilə əlaqədar "İnstagram” sosial şəbəkəsində özünə aid səhifə açmış və müştərilər həmin səhifə vasitəsilə onunla əlaqə saxlayıb avtomobil ehtiyat hissələri sifariş vermişdirlər.06 aprel 2021-ci il tarixdə saat 16:30 radələrində idarə etdiyi avtomobillə müştəri tərəfindən verilmiş sifarişi Günəşli qəsəbəsinə çatdırmış və sifarişi verdikdən sonra Günəşli qəsəbəsindən çıxıb işə doğru qayıtmağa başlamışdır. Təxminən saat 17 radələrində Xətai rayonu, Mehmandarov küçəsi ilə üzü “Neapol’ dairəsi istiqamətində təxminən 70 km/saat sürətlə hərəkətdə olarkən avtomobilin qarşısında səkiyə çatmamış iki piyadanın yola doğru hərəkət etdiyini görmüş və piyadaların arasında təxminən 1 metr məsafə olmuşdur. Qabaqda gedən iti yerişlə hərəkət etmiş, arxadakı, yəni istintaq zamanı adını öyrəndiyi X6 isə yola yaxınlaşarkən asta qaçışla hərəkət etməyə başlamışdır. O, piyadalara çatanadək yolu keçib gedəcəklərini zənn etdiyi üçün gəldiyi sürətlə də hərəkətinə davam etmiş, lakin gözləmədiyi halda avtomobilin qabaq sağ tərəfi ilə onu vurmuşdur. Elxan zərbənin təsirindən avtomobilin mühərrik örtüyünün üstünə düşmüş və başı avtomobilin alın şüşəsinə dəydikdən sonra avtomobildən sağ tərəfə yerə düşmüşdür. O, tez avtomobildən düşərək Elxana yaxınlaşmış, onun hərəkətsiz vəziyyətdə yerdə uzandığını görüb nəbzini yoxlamış və sağ olduğundan əmin olub 103 qaynar xəttinə zəng vurub hadisə barədə məlumat vermiş, ondan başqa ətrafdakı şəxslər də 103 xidmətinə zəng vurmuşdurlar. Bundan sonra o, dostu Şahid1 zəng vurub hadisə barədə məlumat vermiş, Fəxrim də onun yanına gəlmişdir. Bir neçə dəqiqədən sonra təcili tibbi yardım gəlib onu 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışdır. Ardınca polis əməkdaşları hadisə yerinə gəlmiş və onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. O, hadisənin necə baş verdiyini, piyadanı harada gördüyünü və harada vurduğunu polis əməkdaşlarına bildirmişdir. Bundan sonra onun iştirakı ilə hadisə yerinə baxış protokolu tərtib edilmiş, sonradan ona məlum olmuşdur ki, vurduğu piyada artıq ölmüşdür. Bundan başqa əməlindən peşman olduğunu, ehtiyatsızlıqdan törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayətçi olmadığını və himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X3 hüquqi varisi X4 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs bir neçə ay əvvəl uşağının anadan olmasını nəzərə alaraq ondan şikayətçi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 hüquqi varisi X1 istintaqda verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. İstintaqda verdiyi ifadəsində göstərmişdir ki, mərhum X6 onun həyat yoldaşıdır. Elxanla 2003-cü ildə qevri-rəsmi olaraq ailə qurub birlikdə yaşamış, 2011-ci ildə isə onunla rəsmi nikaha girmişdir. Elxan 20 ilə yaxın müddət ərzində “Azərsu”nun Xətai rayon filialında nəzarətçi vəzifəsində işləmişdir. 06 aprel 2021-ci il tarixdə səhər saat 08 radələrində adətlərinə uyğun olaraq səhər yeməyini yedikdən sonra o, evdən çıxıb işə getmiş, Elxan isə evdə qalmışdır. Günorta saatlarında Elxanla mobil telefon vasitəsilə bir neçə dəfə əlaqə saxlamış, hətta nahar fasiləsində Elxan onu görmək üçün iş yerinə də gəlmişdi. Bir qədər onun yanında olduqdan sonra Covid-19 virusuna görə analiz verməli olduğunu söyləyib çıxıb getmişdir. Bundan sonra da Elxanla bir neçə dəfə telefonla əlaqə saxlamışdır. Həmin gün saat 18 radələrində işdə olan zaman qaynı ona zəng vuraraq Elxanı avtomobil vurduğunu və Elxanın vəfat etdiyini söyləmişdir. Məhkəmə iclasında zərərçəkmişin hüquqi varisi X1 nümayəndəsi və vəkili Nümayəndə təqsirləndirilən şəxsə qarşı şikayətin olmadığına dair X1 ərizəsini məhkəməyə təqdim edərək cəza təyin edərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-cı ilin avqust ayından tanıyır. Onunla ortaq tanışlarının vasitəsilə tanış olmuşdur. **-TS-*** dövlət qeydiyyat nişanlı “Porsche Cayenne” markalı avtomobil özünə məxsus olsada formal olaraq atası Şahid5 adınadır. Belə ki, 2020-ci ilin sonlarında Təbriz ona həmin avtomobili göstərərək almaq istədiyini, lakin kifayət qədər pulu olmadığını bildirmiş və xahiş etmişdir ki, o, həmin avtomobili alıb ona versin, Təbriz də həmin pulu ona hissə-hissə qaytarsın. O, Təbrizlə razılığa gəldikdən sonra həmin avtomobili alıb Təbrizə vermiş, Təbriz də hissə-hissə olmaqla avtomobilin pulunu ona qaytarmağa başlamışdır. 2021-ci ilin aprel ayının 6-da Təbriz ona zəng vuraraq yol-nəqliyyat hadisəsi törətdiyini ,hadisə zamanı piyada vurduğunu və nəticədə piyadanın öldüyünü bildirmişdir.Törətdiyi hadisə nəticəsində ona məxsus “Porsche Cayenne” markalı avtomobilə 18560 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs heç bir ödəniş etmədiyi üçün onunla barışmamışdır. Bu səbəbdən ona qarşı qaldırdığı mülki iddianı təmin edərək maddi ziyana görə 18560 manat, mənəvi ziyana görə 1000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 19590 manat Təqsirləndirilən şəxs onun xeyrinə tutulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, X5 2015-ci ildən tanıyır, belə ki, hər ikisi Xətai Rayon Sukanal idarəsində nəzarətçi vəzifəsində işləmişdir. Onların vəzifəsi xidməti ərazilərində yerləşən ictimai iaşə obyektləri və yaşayış yerlərinin su təminatına nəzarət etmək, sudan istifadəyə görə yaranmış borcların ödənilməsini təmin etmək və bu kimi digər probləmləri həll etməkdən ibarət olmuşdur. Xidməti əraziləri birbirinə yaxın olduğundan Elxanla tez-tez görüşmüşdür. 06 aprel 2021-cİ il tarixdə saat 13 radələrində Elxan ona zəng vuraraq onunla birlikdə xəstəxanaya analiz verməyə getməyini istəmiş, o da Elxanla razılaşmış və onlar Yusif Səfərov prospektində görüşmüşdürlər. Həmin vaxt Elxanın yanında köhnə iş yoldaşları İlkin də olmuş və onlar İlkinin avtomobili ilə birlikdə Əhmədli qəsəbəsində yerləşən Diaqnoz klinikasına getmişdirlər. Orada Elxan “Covid-19” virusu ilə bağlı analiz verdikdən sonra analizin cavabının saat 16-17 radələrində hazır olacağını bildirmiş, buna görə də onlar qərara gəlmişdirlər ki, yaxın bir yerdə əyləşib nahar etsinlər. Bundan sonra onlar Mehmandarov küçəsində yerləşən kafelərdən birinə gedib nahar etmişdirlər. Elxan xəstəxana ilə əlaqə saxladıqda ona analizin cavabının hazır olduğunu bildirmişdirlər və təxminən saat 17 radələrində onlar kafedən çıxmaq qərarına gəlmişdirlər. Həmin vaxt Elxan yolun digər çiyninə keçib oradakı marketdən siqaret alacağını bildirmiş və kafedən çölə çıxmışdır. O, kafedə əl-üzünü yuyub çölə yola tərəf çıxdıqda yolda Elxanın qara rəngli “Porsche” markalı avtomobilin qarşısında yerə uzanmış vəziyyətdə olduğunu və ətrafda xeyli sayda insan olduğunu görmüşdr. Porsche” markalı avtomobili idarə edən sürücü Elxanı vurmuşdur. Ətrafdakı şəxslər artıq təcili tibbi yardıma zəng vurduqlarını söyləmiş və bir neçə dəqiqədən sonra həkimlər gəlib Elxanı 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmışlar. Xəstəxanaya çatdıqda bildirmişdirlər ki, Elxan artıq ölmüşdür. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir kı, 5 ilə yaxındır ki, ünvan 4 ünvanda yerləşən “Brend Avto” mağazasının sahibidir. Mağazada avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olur və ona məxsus mağaza “Neapol” dairəsindən Günəşli qəsəbəsi istiqamətindəki avtomobil yolunun sağ tərəfində yerləşir. 06 aprel 2021-ci il tarixdə saat 17 radələrində mağazada olan zaman avtomobil yolundan möhkəm bir səs gəldiyini eşitmiş və həmin səsi eşitdikdə yol-nəqliyyat hadisəsi baş verdiyini başa düşüb qaçaraq çölə çıxmışdır. Çölə çıxdıqda yolun digər hərəkət istiqamətində, yəni Günəşli qəsəbəsindən üzü “Neapol” dairəsi istiqamətində “Porsche Cayenne” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı qara rəngli avtomobilin tormozlayaraq irəlilədiyini və avtomobilin mühərrik hissəsinin üzərində isə bir nəfər piyadanın olduğunu görmüşdür. Avtomobil bir qədər irəlilədikdən sonra dayanmış və piyada avtomobilin üzərindən düşərək yerə çırpılmışdır. Bu zaman o və ətrafdakı şəxslər hadisənin baş verdiyi yerə yaxınlaşmışdır. Avtomobilin vurduğu piyadaya yaxınlaşdıqda onun baş nahiyəsindən qan axdığını, piyadanın can verdiyini və hələ ölmədiyini görüb təcili tibbi yardıma zəng vurmuşdurlar, avtomobilin sürücüsü də avtomobildən düşərək onlarla birlikdə orada dayanmışdır. Bir qədər sonra təcili tibbi yardım gəlib vurulmuş piyadanı aparmış, daha sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 Nurəddin oğlunun, Şahid3 və Şahid5 ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilərək tədqiq edilmişdir. Onların ifadələri təqsirləndirilən şəxsin və Şahid2 və zərərçəkmiş Zərərçəkmiş şəxs ifadələrinə oxşar olmuşdur.Bununlada işin yuxarıda göstərilən halları bir daha öz təsdiqini tapmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 06.04.2021-ci il tarixli 2/9179 nömrəli aktdan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olmuşdur. İş materiallarına əlavə edilmiş 06 aprel 2021-ci il tarixli videodiskə baxış keçirilməsi barədə protokoldan görünür ki, “Brend Avto” avtomobil ehtiyat hissələri mağazasına məxsus videomüşahidə kameralarında qeydə alınmış video görüntü bir ədəd CD-R formatlı diskə köçürülmüş və həmin disk cinayət işi materiallarına əlavə edilmişdir. Həmin diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, videomüşahidə kamerasının qeydə aldığı görüntülər əsasən hadisənin baş verdiyi hissəni deyil, yolun digər hərəkət istiqamətini əhatə edir, lakin bununla belə hadisənin baş verdiyi yer də müəyyən qədər əks olunmuşdur. Saat 17:01:44-də qara paltarlı bir nəfər şəxs asta qaçışla Təqsirləndirilən şəxs hərəkət etdiyi istiqamətdə yolun sağ tərəfindən sol tərəfinə doğru keçir, saat 17:01:46-da isə digər piyada, yəni X6 asta qaçışla eyni istiqamətdə yolu sağdan sola doğru keçmək istəyir. Elxan Qarayev yolu keçən zaman qara rəngli dövlət qeydiyyat nişanı görünməyən “Porsche Cayenne” markalı avtomobil Elxan Qarayevi avtomobilin qabaq sağ hissəsi ilə vurur və Elxan Qarayev avtomobilin mühərrik örtüyünün üstünə yıxılır. Avtomobil tormozlamadan bir qədər irəlilədikdən sonra Elxan Qarayev avtomobil mühərrik örtüyünün üzərindən düşərək yerə çırpılır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının 06 aprel 2021-ci il tarixli 39 nömrəli rəyindən görünür ki, E.Y.Qarayevin meyitinin məhkəmə-tibbi ekspertizası zamanı bədənində aşkar edilmiş xəsarətlər - başın sol təpə, sağ alın və sağ qaşüstü nahiyələrində əzilmiş yaralar ilə qeyd olunan dərialtı qansızmalar, qarın nahiyəsinin sağ yan səthində geniş ölçülü qançır ilə müşayiət olunan qaraciyərin böyük payında cırılmış yaralar, sağ baldır nahiyəsinin yuxarı 1/3-nin ön-bayır səthində sağ baldır sümüklərinin açıq, qəlpəli sınıqları və sınıqlar ətrafı yumşaq toxumalarda qansızmalarla müşayiət olunan əzilmiş-cırılmış yara, sol baldır sümüklərinin yuxarı 1/3-nin qapalı, qəlpəli sınıqları və sınıqlar ətrafındakı yumşaq toxumalarda dəri altı qansızmalar nəticəsində baş vermiş kəskin və çoxlu qanitirmə, daxili üzvlərin azqanlığı və ürəkdə çoxsaylı Minakov ləkələri ilə qeyd olunan çoxsaylı travma fonunda artan hemoragik və travmatık şok, burun beli, sol yanaq, sol said, sol dirsək oynağı, sol əl, sağ diz oynağı, sol baldır və sağ aşıq-baldır oynağı nahiyələrində qançırlar həyati olub, bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 06.04.2021-ci il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər və ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik olub, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. E. Y.Qarayevin ölümünə səbəb almış olduğu çox saylı ağır küt travma fonunda artan hemoragik və travmatik şok olmuşdur. İş materiallarında olan məhkəmə-yol-nəqliyyat hadisəsi ekspertizasının 24 iyun 2021ci il tarixli 8/1260 nömrəli rəyindən görünür ki, Porsche Cayenne markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 50ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. İş materiallarında olan yol –nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 06 aprel 2021-ci il tarixli protokoldan məlum olur ki, hadisə zamanı Porsche Cayenne minik" markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol örtüyündə tormozlanma izləri yoxdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs adına olan, 22.06.2019-cu ildə verilmiş AE 048362 №-li sürücülük vəsiqəsindən və Baş dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş arayışdan məlum olur ki, həmin sürücülük vəsiqəsi “B” kateqoriyalıdır və nəqliyyat vasitəsini 22.06.2029-cu il tarixədək idarə etməyə hüquq verir.Sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı heç bir məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş “Great Motors MMC”-nin 24 iyun 2021-ci tarixli Qüsur aktından məlum olur ki, Porsche Cayenne markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 18560 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 08.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında 06 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 08 iyul 2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Porsche Cayenne markalı, ** TS *** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut hesab edilmiş və Təqsirləndirilən şəxs təhvil verilmişdir. Yol-nəqliyyat hadisəsinin baş verdiyi anın görüntülərini özündə əks etdirən 01 ədəd CD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X1 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs oğlundan şikayətçi deyildir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmamış, ona dəymiş ziyan ödənilməmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun vurduğu maddi ziyana görə 18560 manat, həmçinin mənəvi ziyana görə 1000 manat və dövlət rüsumu 30 manat, ümumilikdə 19590 manat məbləğin alınaraq ona verilməsinə dair mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirillmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 24.07.2021-ci il tarixli Hüseynli Adalin adlı azyaşlı uşağı var. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Göründüyü kimi iş üzrə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 50ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, səmimi etirafını, əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirici hal kimi nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar Təqsirləndirilən şəxs əməlində müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinnin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını X7 Müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinnin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 354.1.3-cü maddəsinə əsasən, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qərarda, eyni zamanda, qeyd olunur ki, mənəvi zərər, adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda, belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən məhkəmələr Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Qərarda, həmçinin, qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən, mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü büruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs hadisə nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi müəyyən olunur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs maddi ziyana görə 18560 (on səkkiz min beş yüz altmış) manat, mənəvi ziyana görə 100 (yüz) manat və dövlət rüsumu 30 (otuz) manat, ümumilikdə 18690 (on səkkiz min altı yüz doxsan) manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs təhvil verilmiş “Porche Cayenne” minik markalı ** TS *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra ona qaytarılmış hesab edilməlidir. Maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntünün köçürüldüyü CD-R disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını X7 Müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli X7 Müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə verilmiş mülki iddia qismən təmin edilsin, Təqsirləndirilən şəxs maddi ziyana görə 18560 (on səkkiz min beş yüz altmış) manat, mənəvi ziyana görə 100 (yüz) manat və dövlət rüsumu 30 (otuz) manat, ümumilikdə 18690 (on səkkiz min altı yüz doxsan) manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs təhvil verilmiş “Porche Cayenne” minik markalı ** TS *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra ona qaytarılmış hesab edilsin. Maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntünün köçürüldüyü CD-R disk iş materiallarında saxlanılsın. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-381/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-381/2021
28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver