Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-382/2021 01.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş Zərərçəkmiş şəxs1 nümayəndəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili X1, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri, Binəqədi qəsəbəsi, Nizami küçəsi, ev 34-də yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə və xx xxxxxxx 1986-ci il tarixdə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkum olunmamış, Laçın rayonu, Komunist küçəsi, ev 45-də qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, D.Qorqud qəsəbəsində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və digərləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanış olduqları Zərərçəkmiş şəxs2 guya Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan binada güzəştli mənzil almasına kömək edəcəyini yalandan vəd edib, sonuncunun etibarından sui-istifadə etməklə aldadaraq 20 iyun 2020-cı il və 30 iyun 2020-ci il tarixlərində Bakı şəhəri Nizami rayonu H.Əliyev prospektində yerləşən ödəmə terminalı vasitəsi ilə cəmi 2500 manat pulun köçürülməsinə, 23 avqust 2020-ci ildə Bakı şəhəri Nərimanov metrosunun yaxınlığındakı “Mado” kafesində nağd şəklində 3000 manat pulu şəxsən Zərərçəkmiş şəxs2 almaqla, yenidən 26 avqust 2020-ci il tarixdə 800 manat pulun Təqsirləndirilən şəxs1 məxsus “Unibanka” aid **********389254 nömrəli “Albalı plus” plastik kart hesabına köçürülməsinə nail olmaqla, ümumilikdə 7300 manat təşkil edən pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa o, təkrarən özgənin əmlakım etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və digərləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək sonuncunun tanışı Zərərçəkmiş şəxs1 guya Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan binada güzəştli mənzil almasına kömək edəcəyini yalandan vəd edib, sonuncunun etibarından sui-istifadə etməklə aldadaraq 10 iyul 2020-ci il tarixdə 700 manat, 06 sentyabr 2020-ci il tarixdə 600 manat, 11 sentyabr 2020-ci il tarixdə 300 manat pulu, 2020-ci ilin sentyabr ayının axırlarında 600 manat məbləğində pulun Təqsirləndirilən şəxs1 məxsus “Unibanka” aid **********389254 nömrəli “Albalı plus” plastik kart hesabına köçürülməsinə, eləcə də 2020-ci ilin sentyabr ayının sonlarında həmin hesaba Bakı şəhəri Nizami rayonunda yerləşən ödəmə terminalı vasitəsi ilə 400 manat pulun köçürülməsinə nail olmaqla, ümumilikdə 2600 manat təşkil edən pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmişlər. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və digərləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Şahid1 vasitəsi ilə tanış olduqları Zərərçəkmiş şəxs3 guya Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan binada güzəştli mənzil almasına kömək edəcəyini yalandan vəd edib, sonuncunun etibarından sui-istifadə etməklə aldadaraq 12-sentyabr 2020-ci ildə Bakı şəhəri, İnqilab küçəsində yerləşən “Fişincan” kafesində 7300 manat pulu, 2020- ci ilin oktyabr ayının axırlarında Bakı şəhəri, H.Əliyev sarayının qarşısında 4700 manat pulu, 02 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu istiqlaliyyət küçəsində həmin dövrün məzənnəsi ilə 1200 manat təşkil edən 700 ABŞ dolları pulu nağd şəkildə olmaqla ümumilikdə 13200 manat təşkil edən pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa o, təkrarən özgənin əmlakım etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və digərləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Şahid1 vasitəsi ilə tanış olduqları Zərərçəkmiş şəxs4 guya Mənzil İnşaatı Dövlət ,Agentliyinin (MİDA) sərəncamında olan binada güzəştli mənzil almasına kömək edəcəyini yalandan vəd edib, sonuncunun etibarından sui-istifadə etməklə aldadaraq 2020-ci İlin sentyabr ayının 12-də Bakı şəhəri, İnqilab küçəsində yerləşən “Fişincan” kafesində 8000 manat pulu, 2020-ci ilin sentyabr ayının ortalarında ünvan 1 ünvanda 3000 manat pulu, 2020-ci ilin oktyabr ayının 5-də Bakı şəhəri, Nərimanov rayonu Atatürk parkında yerləşən “Özsüt” restoranında həmin dövrün məzənnəsi ilə 3500 manat təşkil edən 2000 ABŞ dolları, 2020-ci ilin oktyabr ayının axırlarında, Bakı şəhəri, H.Əliyev sarayının qarşısında 500 manat pulu və 2020-ci İlin noyabr ayının 15-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 28 ünvanında “Hisar çay evinin" qarşısında 1200 manat pulu nağd şəkildə olmaqla ümumilikdə 16.200 manat təşkil edən pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Təqsirləndirilən şəxs2 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 vasitəsi ilə tanış olduqları Zərərçəkmiş şəxs2 guya Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan binada güzəştli mənzil almasına kömək edəcəyini yalandan vəd edib, sonuncunun etibarından sui-istifadə etməklə aldadaraq 20 iyun 2020-ci il və 30 iyun 2020-ci il tarixlərində Bakı şəhəri Nizami rayonu H.Əliyev prospektində yerləşən ödəmə terminalı vasitəsi ilə cəmi 2500 manat pulun köçürülməsinə, 23 avqust 2020-ci ildə Bakı şəhəri Nərimanov metrosunun yaxınlığındakı “Mado” kafesində nağd şəklində 3000 manat pulu şəxsən Zərərçəkmiş şəxs2 almaqla, yenidən 26 avqust 2020-ci il tarixdə 800 manat pulun Təqsirləndirilən şəxs1 məxsus “Unibanka” aid **********389254 nömrəli “Albalı plus” plastik kart hesabına köçürülməsinə nail olmaqla, ümumilikdə 7300 manat təşkil edən pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək sonuncunun tanışı Zərərçəkmiş şəxs1 guya Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan binada güzəştli mənzil almasına kömək edəcəyini yalandan vəd edib, sonuncunun etibarından sui-istifadə etməklə aldadaraq 10 iyul 2020-ci il tarixdə 700 manat, 06 sentyabr 2020-ci il tarixdə 600 manat, 11 sentyabr 2020-ci ii tarixdə 300 manat pulu, 2020-ci ilin sentyabr ayının axırlarında 600 manat məbləğində pulun Təqsirləndirilən şəxs1 məxsus “Unibanka” aid **********389254 nömrəli “Albalı plus” plastik kart hesabma köçürülməsinə, eləcə də 2020-ci ilin sentyabr ayının sonlarında həmin hesaba Bakı şəhəri Nizami rayonunda yerləşən ödəmə terminalı vasitəsi ilə 400 manat pulun köçürülməsinə nail olmaqla, ümumilikdə 2600 manat təşkil edən pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 qarşı dələduzluq etmişlər. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə elmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Şahid1 vasitəsi ilə tanış olduqları Zərərçəkmiş şəxs3 guya Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan binada güzəştli mənzil almasına kömək edəcəyini yalandan vəd edib, sonuncunun etibarından sui-istifadə etməklə aldadaraq 12-sentyabr 2020-ci ildə Bakı şəhəri, İnqilab küçəsində yerləşən “Fişincan” kafesində 7300 manat pulu, 2020- ci ilin oktyabr ayının axırlarında Bakı şəhəri, H.Əliyev sarayının qarşısında 4700 manat pulu, 02 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu İstiqlaliyyət küçəsində həmin dövrün məzənnəsi ilə 1200 manat təşkil edən 700 ABŞ dolları pulu nağd şəkildə olmaqla ümumilikdə 13200 manat təşkil edən pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək Şahid1 vasitəsi ilə tanış olduqları Zərərçəkmiş şəxs4 guya Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan binada güzəştli mənzil almasına kömək edəcəyini yalandan vəd edib sonuncunun etibarından sui-istifadə etməklə aldadaraq 2020-ci ilin sentyabr ayının 12-də Bakı şəhəri, İnqilab küçəsində yerləşən“Fişincan” kafesində 8000 manat pulu, 2020-ci ilin sentyabr ayının ortalarında ünvan 1 ünvanda 3000 manat pulu 2020-ci ilin oktyabr ayının 5-də Bakı şəhəri, Nərimanov rayonu Atatürk parkında yerləşən “Özsüt” restoranında həmin dövrün məzənnəsi ilə 3500 manat təşkil edən 2000 ABŞ dolları, 2020-ci ilin oktyabr ayının axırlarında, Bakı şəhəri, H.Əliyev sarayının qarşısında 500 manat pulu və 2020- ci ilin noyabr ayının 15-də Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 28 ünvanında “Hisar çay evi”nin qarşısında 1200 manat pulu nağd şəkildə olmaqla ümumilikdə 16200 manat təşkil edən pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə ona elan olunmuş ittihamla özünü tam təqsirli bilib törətmiş olduğu cinayətləri etiraf edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 1 ildən artıqdır ki, tanıyır. Gülnarla tanışı Cəsur adlı şəxsin vasitəsilə tanış olmuş və onunla yalnız mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs2 dayısı oğludur və onunla uşaqlıqdan birlikdə böyümüşdür. 2020-ci il iyun-iyul aylarında Şəhriyarla görüşən zaman, sonuncu ona Yasamal rayonu ərazisində tikilmiş sosial mənzillərin verilməsi ilə məşğul olan tanışı olduğunu və həmin şəxsin vasitəsilə ev almaq istəyən şəxslərə həmin binalardan mənzil verilməsində köməklik etdiyini demişdir. Həmin gün təsadüfən Gülnar ona zəng etmiş, onunla bir qədər söhbət etdikdən sonra Gülnara dayısı oğlunun ona söylədikləri barədə danışmışdır. Gülnar ona qohumunun mənzil almaq istədiyini söyləmiş və sosial evlərdən ona mənzil verilməsində köməklik göstərməyi xahiş etmişdir. O, bu barədə Şəhriyara danışmış. Şəhriyar həmin şəxsin şəxsiyyət vəsiqəsinin şəklini göndərməsini istəmişdir. Gülnar həmin şəxsin şəxsiyyət vəsiqəsinin şəklini göndərmiş, səhəri gün Şəhriyar Gülnara mənzil verilə biləcəyini söyləyib görüşməyi təklif etmişdir. O, Şəhriyardan mənzil məsələsini hansı yolla həll etməsi barədə soruşduqda, sonuncu ona bu işləri Rauf adlı tanışının vasitəsilə gördüyünü demişdir. Bundan sonra Şəhriyarla Gülnar özləri bir-biriləri ilə mobil telefon vasitəsilə əlaqə saxlamiş, bir neçə gündən sonra o, Şəhriyar, Gülnar və Gülnarla birlikdə gələn tanımadığı bir nəfər kişi və bir nəfər qadın Nərimanov metrosunun yaxınlığındakı “Mado” kafesində görüşmüşlər. O, Gülnarı ilk dəfə həmin kafedə görmüşdür, görüş zamanı Gülnar yanındakı şəxslərin qohumları olduğunu söyləmiş və sosial evlərdən onlara bir otaqlı mənzil verilməsində köməklik göstərməyi xahiş etmişdir. Həmin mənzillərlə bağlı Gülnar Şəhriyara bir neçə sual vermiş, Şəhriyar isə onun suallarını cavablandırmışdır. Bir qədər söhbət etdikdən sonra Gülnar çantasından pul çıxardıb Şəhriyara vermişdir. O, həmin pulun hansı məbləğdə olduğunu bilməmiş, lakin belə başa düşmüşdür ki, görüşə gəlməmişdən əvvəl Şəhriyar Gülnara hansı məbləği gətirməsini söyləmişdir. Şəhriyar oktyabr ayının sonunadək məsələnin həll olunacağını söyləmiş və sağollaşıb çıxıb getmişlər. Həmin gün Şəhriyarla birlikdə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən "Qızıl gül” restoranının yanına getmiş və Şəhriyar orada Raufa pul vermiş, lakin ona hansı məbləğdə pul verdiyini bilməmişdir. Oradan ayrıldıqdan sonra Şəhriyardan bu məsələdə nə xeyri olduğunu soruşduqda sonuncu ona işin yekununda Raufun ona müəyyən miqdarda hörmət edəcəyini demişdir. Bir neçə gündən sonra Gülnar yenidən ona zəng vuraraq başqa bir tanışına da mənzil lazım olduğunu söyləmiş və onlara da kömək etməyi xahiş edərək görüşməyi təklif etmişdir. Bir neçə gündən sonra Dənizkənarı parkda o, Gülnar və Gülnarın xalası oğlu kimi ona təqdim etdiyi Şahid1 görüşmüşlər. Söhbət əsnasında Coşğun ona Ərzuman və Şahin adlı dostlarına mənzil lazım olduğunu və onlara mənzil verilməsində köməklik etməyi xahiş etmiş, o isə ona Şəhriyarla danışıb sonra ona xəbər verəcəyini söyləmişdir. Sonradan Coşğun özü mobil telefon vasitəsilə Şəhriyarla əlaqə saxlamış, bir neçə gündən sonra o, Şəhriyar, qonşusu Anar və Coşğun Azadlıq prospekti yaxınlığında yerləşən “Fisincan” kafedə görüşmüşlər. Coşğun Ərzuman adlı dostuna 2 otaqlı, qohumu Şahinə isə 3 otaqlı mənzil lazım olduğunu söyləmişdir. Şəhriyar həmin mənzillərin məbləğlərini Coşğuna desə də, həmin məbləğlər hazırda onun yadında qalmamışdır. Bir qədər söhbət etdikdən sonra Coşğun içərisində pul olan qara rəngli paketi Şəhriyara vermişdir. Şəhriyar pulu saymadan götürmüş və oktyabr ayının sonunadək mənzillərin veriləcəyini demişdir. Bundan sonra onlar çıxıb getmişlər. Səhəri gün Şəhriyar ona zəng vuraraq Nərimanov heykəlinin yaxınlığında yerləşən “Gümüş Residence”in qarşısında Raufun ofisində olduğunu və oraya gəlməyi söyləmişdir. O, deyilən ünvana Şəhriyarın yanına getmiş, Şəhriyar pulu artıq Raufa verdiyini və onun buna şahid olmağını istəmişdir. Onlar birlikdə Raufun ofisinə daxil olmuş, ofisə daxil olduqda Raufun masasının üzərində paket olduğunu görmüş və həmin paketin içərisində pul olduğunu başa düşmüşdür. Rauf 15 iş günü ərzində mənzillərin sənədlərini verəcəyini, oktyabr ayının sonunda isə həmin şəxslərin mənzillərə köçə biləcəklərini söyləmişdir. Oktyabr ayının sonlarında Gülnar ona zəng vuraraq məsələnin nə yerdə olduğunu soruşmüş, o tez bir zamanda həll edəcəyini demişdir. Bundan sonra Gülnar və Coşqun dəfələrlə ona zəng vurub pullarını tələb etmiş, lakin Rauf onların pulunu verməmiş, bu səbəbdən onların pulunu qaytara bilməmişdir. Şahid1 və onun istəyi ilə gəlmiş Şahindən ümumilikdə 29400 manat pul almış, həmin pulun isə 5200 manatını, eləcə də 1200 manat pulu öz ehtiyacları üçün xərcləmiş, bundan başqa Raufa verdiyi 8000 manat pulu Rauf Şəhriyardan qaytarıb Şahid1 verməyi istəsə də Şəhriyarla həmin pulu öz aralarında hərəyə 4000 manat pul düşməklə bölmüşlər. Zərərçəkmiş şəxs1 məxsus 9900 manat pul vermiş, göstərilən məbləğləri isə ayrı-ayrılıqda almış, həmin pulların bir hissəsini Şəhriyara, bir hissəsini Raufa vermiş, bir hissəsini isə özü xərcləmişdir. Onun ümumiyyətlə MİDA yaşayış kompleksində ev almaq və ya satmaq səlahiyyəti olmamış, Zərərçəkmiş şəxs1 və Şahid1 pullarını Rauf adlı tanışının istəyi ilə almış, lakin sonradan həmin pullardan özünə də götürmüşdür. Zərərçəkmiş şəxslərə təqdim edilmiş MİDA-ya məxsus sənədlərin saxta olmasını bilməmiş, həmin sənədləri onlara Rauf Quliyev təqdim etmiş, ona görə də həmin sənədlərin əslində real olmasını bilmiş, çünki ilkin başlanğıcda Rauf onlara sənədləri verən zaman sənədləri MİDA-dan aldığını demişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanların tam ödənilməsini, bu iş üzrə uzun müddət həbsdə və ev dustaqlığında olduğunu, əvvəllər məhkum olunmamasını, himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilib törətmiş olduğu cinayəti etiraf edərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 və Şahid1 əvvəllər tanımamış, heç bir ədavəti və düşmənçiliyi olmamışdır, həmçinin X5 8 ilə yaxındır ki, tanıyır. Belə ki, 2012ci ildə Bakı şəhəri, Hövsan şossesində yerləşən “Two Star” şirniyyat sexində şirniyyat ustası kimi işləyən zaman Rauf həmin sexin müdiri olmuşdur. Birlikdə işlədiyi vaxtdan aralarında münasibət yaranmışdır. 2015-ci ildə valideynləri rəhmətə getdikdən sonra həmin sexdən çıxmış və hazırda heç bir işlə məşğul olmur. 2020-cı ilin iyun ayında yenidən şirniyyat işi ilə məşğul olmaq qərarına gəlmiş və Raufa zəng vurub ona yenidən birlikdə işləməyi təklif etmişdir, Həmin ərəfədə Raufla görüşüb üz-üzə söhbət etmiş, sonuncu ona şirniyyat işində yaxşı pul olmadığını deyib ev alqı-satqısı İlə məşğul olmağı təklif etmişdir. O, bunun necə olacağını soruşduqda Rauf ona sosial mənzillərin verilməsi işi ilə məşğul olan tanışının olduğunu və onun vasitəsilə mənzil almaq istəyən insanlara mənzil verə biləcəyini söyləmiş və ona tapdığı hər müştəridən 300-400 manat pul verəcəyini təklif etmişdir. Bundan sonra həmin ərəfədə bibisi oğlu Təqsirləndirilən şəxs1 ilə birlikdə olan zaman Raufun ona söylədiklərini Tağıya danışmışdır Həmin gün Tağı ona Gülnar adlı tanışının mənzil almaq istədiyini söyləmişdir. O, bu barədə Raufa danışmış, Rauf isə həmin şəxsin şəxsiyyət vəsiqəsinin şəklini ona göndərməyi xahiş etmiş, bu barədə Tağıya söylədikdən sonra, sonuncu ona Təranə adlı bir qadının şəxsiyyət vəsiqəsinin şəklini göndərmiş, o da şəkli Raufa göndərmişdir. Təxminən yarım saatdan sonra Rauf zəng vuraraq həmin şəxsə mənzil verilə biləcəyini və ilkin ödəniş olaraq 3000 manat verilməli olduğunu söyləmişdir. Bundan sonra Gülnarla özü mobil telefon vasitəsilə bir neçə dəfə əlaqə saxlamış və Raufun ona dediklərini söyləmişdir. Bir neçə gündən sonra o, Tağı, Gülnar, Təranə və Təranənin yoldaşı Nərimanov metrosu yaxınlığındakı “Mado” kafesində görüşmüşlər. Bir qədər söhbət etdikdən sonra orada Gülnar Tağıya 3000 manat pul vermiş, Tağı da həmin pulu ona vermişdir. Aralarında olan razılığa əsasən oktyabr ayının sonunadək Yasamal rayonu ərazisindəki sosial mənzillərdən Təranənin adına birotaqlı mənzil sənədləşdirilərək ona veriləcək, həmin mənzil üçün isə hər ay 120 manat ödəniş ediləcəkdir. Oradan çıxdıqdan sonra Tağı ilə birlikdə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən “Qızıl gül” restoranının yanına getmiş, orada 3000 manat pulu Raufa vermişdir. Bir neçə gündən sonra Gülnar daha bir qohumunun mənzil almaq istədiyini söyləmiş, eyni qaydada Xalqlar dostluğu metrosunun yanında görüşüb və orada Kübra adlı bir qadın Tağıya 3000 manat pul vermiş, pul verilən zaman orada Tağı, o və Gülnar olmuşlar. Onlar həmin pulu da Əhmədli qəsəbəsində Raufa vermişlər. Bir neçə gündən sonra Tağı ona zəng vuraraq Gülnarın xalası oğlu Coşğuna da mənzil lazım olduğunu söyləmiş, bundan sonra Tağı onun mobil telefonuna Şahin adlı bir şəxsin şəxsiyyət vəsiqəsinin şəklini göndərmiş, o da həmin şəkli Raufa göndərmiş və Raufun razılığını aldıqdan sonra onlarla görüşməyi təklif etmişdir. Rauf ikiotaqlı mənzil üçün ilkin olaraq 15,300 manat pul lazım olduğunu söyləmişdir. O, bunları Tağıya danışmış. Tağı da Coşqunla əlaqə saxlayıb həmin məbləği ona söylədikdən bir neçə gün sonra o, Tağı, Anar, Coşqun və Şahin Azadlıq prospekti yaxınlığında yerləşən “Fisincan” kafedə görüşlər. Coşqun qohumu Şahinə 2 otaqlı mənzil lazım olduğunu söyləmiş və əvvəlcədən razılaşdıqları qaydada Coşqun Tağıya 15300 manat pul vermiş, Tağı da həmin pulu ona vermişdir, o, oktyabr ayının sonunadək mənzillərin veriləcəyini söyləmişdir, səhəri gün Rauf ona zəng vurub onu Öz ofisinə çağırmış, Tağı ilə birlikdə Nərimanov heykəlinin yaxınlığında yerləşən “Gümüş Residence”dəki Raufun ofisinə getmiş və orada 15,300 manat pulu Raufa vermişdir. Rauf 15 iş günü ərzində mənzillərin sənədlərini verəcəyini, oktyabr ayının sonunda isə həmin şəxslərin mənzillərə köçə biləcəklərini söyləmişdir. Oktyabr ayının sonlarında Raufdan məsələnin nə yerdə olduğunu soruşduqda o, müxtəlif bəhanələr gətirərək ondan vaxt istəmiş, həmçinin sonradan Rauf ona aldığı pullardan 8000 manat pul qaytarmışdır ki, Coşğun və ya Gülnara verilsin. O da həmin pulu götürüb Tağıya demişdir ki, pulu sahiblərinə qaytarsınlar. Lakin Tağı pulu qaytarmaqdan imtina etmiş və həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişlər, Şahid1 və onun istəyi ilə gəlmiş Şahindən və onun özündən ümumilikdə 29,400 manat pulu Tağı ilə birlikdə almış, bundan başqa Tağının gətirdiyi müqaviləyə isə Şahinə imza etdirmişdir. O, ümumiyyətlə MİDA yaşayış kompleksində ev almaq və ya satmaq səlahiyyəti olmamış, Zərərçəkmiş şəxs1 və Şahid1 pullarını Rauf adlı tanışının istəyi ilə almış, lakin sonradan həmin pullardan özünə də götürmüşdür, Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışmasını, azyaşlı uşaqlarının olmasını, dəymiş ziyanın ödənilməsini, uzun müddət həbsdə olmasını, əvvəllər məhkum olunmamasını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qonşusudur. Gülnar «Xalqlar dostluğu» metrosu yanında lombardda işləyir. Ailəsi ilə birlikdə atasının evində yaşadığı üçün özünə ev almaq istəmiş, ilkin ödəniş edib, ipoteka ilə ev alıb sonra da aylıq ödənişlər etmək fikrində olmuşdur. Ev məsələsi ilə bağlı 2020-ci ilin təxminən iyun ayında qonşusu Gülnarla söhbət edəndə sonuncu ona Tağı adlı tanıdığı bir şəxsin ev məsələsində oua kömək edə biləcəyini demişdir. X12 ilə danışmış, Tağı ipoteka məsələsinin alınmadığını, lakin sosial evlərdən ona mənzil sata biləcəyini söyləmişdir. O, sosial mənzillərin hansı yolla alındığını bildiyindən bunun necə baş tutacağını soruşduqda, Tağı Yasamal rayonu ərazisindəki sosial mənzillərdən bir neçə mənzilin bron olunaraq satın alındığını və həmin mənzilləri başqa şəxsin adına keçirməyin mümkün olduğunu söyləmişdir. Bundan X12nın nömrəsini ona vermiş və o, Tağı ilə əlaqə saxlamışdır, Tağı ilkin ödəniş olaraq 7300 manata birotaqlı mənzil verəcəyini söyləmişdir. O, Gülnardan Tağıya etibar edib-etməməyi soruşduqda sonuncu Tağının yaxşı insan olduğunu və ona etibar etməsini söyləmiş, o da Gülnara 2020-ci ilin iyun ayının axırlarında 2500 manat pul vermişdir ki, ilkin olaraq Tağıya versin. Gülnar da pulu həmin gün işlədiyi lombardda Tağıya vermişdir. 30 iyun 2020-ci il tarixdə onun Gülnara verdiyi 1000 manatı Gülnar öz evinin yaxınlığında terminaldan Tağının bank kartına göndərmiş, 26 avqust 2020-ci il tarixdə isə özü terminaldan Tağının bank kartına 800 manat pul göndərmişdir. Bir neçə gündən sonra, 2020-ci ilin avqust ayının sonlarında Gülnar, Tağı, Tağının dostu Şəhriyar, o və həyat yoldaşı Mikayıl Nərimanov metrosunun yaxınlığındakı “Mado” kafesində görüşmüşlər. Görüş zamanı Gülnar Tağıgili onlarla tanış etmiş, həmin vaxtı Tağı və Şəhriyar hər ikisi tam inandırıcı formada danışıb onları əmin etmişlər ki, heç bir problem olmayacaq, onun mənzili veriləcək, lazımi sənədləşmə aparıldıqdan sonra gedib mənzilə baxa biləcək. Bir qədər söhbət etdikdən sonra o, 3000 manat pulu Tağıya vermək istədikdə sonuncu pulu Şəhriyara verməyi demişdir. O da 3000 manatı Şəhriyara vermişdir, bununla da Tağıya ümumilikdə 7300 manat pul verilmişdir.Daha sonra Tağı və Şəhriyar hər dəfə müxtəlif bəhanələr gətirib ona mənzil verilməsi məsələsini həll etməmiş, həmçinin də onun pulunu qaytarmamışlar. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, bu səbəbdən təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 5 ildir ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 123 ünvanında yerləşən lombardda xəzinədar işləyir. Lombardın yaxınlığında yerləşən avtomobil icarəsi obyektini işlədən Zaur adlı şəxsin deməsindən ona məlum olmuşdur ki, onun keçmiş qonşusu Tağı adlı şəxs ipoteka verilməsi məsələsini həll edə bilir. Lombarda gələn müştərilərdən söhbət əsnasında ipoteka götürmək istəyən şəxs olduğunu biləndə o, onları Tağı ilə əlaqələndirmişdir. Belə kı, Zaur ona Tağının telefon nömrəsini vermiş, Tağı ilə onun 055 *** ** ** saylı nömrəsi ilə danışmışdır. O, lombarda gələn tanımadığı şəxslərdən ipoteka götürmək istəyən bir neçə şəxsi Tağı ilə əlaqələndirmişdir. Hətta Tağı onun göndərdiyi müştərilərin işləri həll olunsa o, həmin işdən özünə götürdüyü gəlirdən ona da hörmət edəcəyini demişdir. 2020-ci ilin iyun ayında qonşusu Zərərçəkmiş şəxs2 ipoteka ilə ev almaq istədiyini bildirdiyindən Tağı ilə danışıb köməklik etməsini xahiş etmiş, Tağı işə ipoteka məsələsinin alınmadığını, lakin sosial evlərdən həmin şəxsə mənzil sata biləcəyini söyləmişdir. Tağı ona Yasamal rayonu ərazisindəki sosial mənzillərdən bir neçə mənzilin bron olunaraq satın alındığını və həmin mənzilləri başqa şəxsin adına keçirməyin mümkün olduğunu söyləmişdir. Bundan sonra o, Tağının nömrəsini Təranəyə vermiş və onlar bir-biriləri ilə əlaqə saxlamışlar. Təranə ona Tağının ilkin ödəniş olaraq 7300 manata ona birotaqlı mənzil verəcəyini söyləmiş və ondan Tağıya etibar edib-etməməyi soruşmuş, o isə Tağının yaxşı insan olduğunu və ona etibar etməsini söyləmişdir. Təranə ona 2020-ci ilin iyun ayının axırlarında 2500 manat pul vermişdir ki, ilkin olaraq onu Tağıya versin, o da pulu həmin gün işlədiyi lombardda Tağıya vermişdir. Tağı həmin sosial evlərin müəllim və həkimlərə daha rahat şəkildə verildiyini, əgər belə bir tanış və ya qohumu varsa evi həmin adamın adına sənədləşdirə biləcəyini demişdir. Təranənin müəllim və həkim işləyən qohumu olmadığı üçün aralarında olan razılığa əsasən ev onun qardaşının həyat yoldaşı, müəllimə işləyən X2 adına rəsmiləşdirilsin. Təranə Kübra ilə birlikdə Tağının tapşırığına əsasən sosial ev almaq üçün lazım olan şəxsi sənədləri də yığıb ona vermiş, o da 2500 manatı Tağıya verəndə həmin sənədləri də vermişdir, 30 iyun 2020-ci il tarixdə Təranənin ona verdiyi 1000 manatı öz evinin yaxınlığında terminaldan Tağıya məxsus Unibanka aid «4098 0944 2038 9254» nömrəli kartına göndərmişdir. Ümumiyyətlə terminal vasitəsilə bütün pulları Tağının həmin kartına ödəmişdir. 26 avqust 2020-ci il tarixdə Təranə terminaldan Tağının bank kartına 800 manat pul göndərmiş, bir neçə gündən sonra, 2020ci ilin avqust ayının axırlarında o, Tağı onun dostu Şəhriyar, Təranə və onun yoldaşı Mikayıl Nərimanov metrosunun yaxınlığındakı “Mado” kafesində görüşmüşlər. Görüş zamanı Tağı və Şəhriyar hər ikisi tam inandırıcı formada danışıb onları əmin etmişlər ki, heç bir problem olmayacaq, Təranənin mənzili veriləcək, lazımi sənədləşmə aparıldıqdan sonra Təranə gedib mənzilə baxa biləcək. Bir qədər söhbət etdikdən sonra Təranə 3000 manat pulu Tağıya uzadıb vermək istəmiş, Tağı pulu Şəhriyara verməyi demiş, oda 3000 markalı Şəhriyara vermişdir. Bununla da Tağıya ümumilikdə 7300 manat pul verilmişdir. Həmin ərəfədə Tağı ona həmin mənzillərdən birini onun üçün də 5700 manata düzəldə biləcəyini təklif etmiş. Tağı əslində mənzilin ilkin ödənişi 7300 manat olduğunu, lakin ona müştəri tapdiğı üçün ona ucuz həll edə biləcəyini demişdir. O, Tağı ilə razılaşmış və iş yoldaşlarının bank kartı vasitəsilə Tağının həmin kartına 10 iyul 2020-ci il tarixdə 700 manat, 06 sentyabr 2020- ci il tarixdə 600 manat, 11 sentyabr 2020-ci il tarixdə 300 manat pulu işlədiyi lombardda iş yoldaşının kartından öz telefonu vasitəsilə Tağının kartına göndərmiş, sonra həmin məbləği iş yoldaşıma nəğd şəkildə qaytarmışdır. İş yerinin yanında olan terminaldan 2020-ci ilin sentyabr ayının axırlarında bir dəfə 600 manat, bir dəfə də 400 manat pul göndərmiş, ümumilikdə Tağıya ona mənzil verməsi ilə bağlı cəmi 2600 manat pul vermişdir, Həmin ərəfədə isə qardaşının həyat yoldaşı Kübranın qardaşı X6 özünə ev almaq üçün Tağı ilə danışmış və ona 3000 manat pul vermişdir, lakin sonradan onlar ilkin ödənişin qalan hissəsini verməmiş və pullarını geri istəməyə başlamışdır. 2020-ci ilin sentyabr ayının ortalarında Tağı və Şəhriyar Təranəyə veriləcək mənzilin sənədlərini gətirib Kübraya imza etdirmiş, lakin elə bir tələsik şərait yaratmışlar ki, Təranə və Kübra həmin sənədləri oxuya bilməmiş, həmçinin sənədlərin surətlərini də Təranəgilə verməmişlər. Lakin Kübra bəzi sənədlərə baxa bilmiş və sonra ona sənədlərin həqiqi sənədlərə oxşamadığını, çox şübhəli olduğunu demişdir. Bundan sonra Kübragil qardaşı üçün veriləcək mənzilə görə qalan pulu verməkdən imtina edib verdikləri 3000 manatı geri istəməyə başlamışdır. Lakin o, yenə də Tağıya inanmış, sonuncu hər dəfə danışanda qıldığı namaza and içmiş, çox inandırıcı danışmışdır. Bundan başqa həmin ərəfədə xalası oğlu Şahid1 tanışına ev lazım olduğunu söylədikdə, ona Tağının danışdıqlarını söyləmiş və onları tanış etmişdir. Bundan sonra onlar özləri görüşüb öz aralarında mənzil məsələsini danışmışlar, O, Coşğuna Tağının etibarlı insan olduğunu və onun mənzil məsələsini həll edə biləcəyini söyləmişdir. Hətta bir dəfə o, Coşqun və Tağı birlikdə bulvarda görüşüb bu barədə söhbət etmişlər. Ondan sonrakı vaxtlarda Coşqun özü Tağı ilə görüşmüş, Coşqun Tağıya hissə-hissə olmaqla ümumilikdə 29400 manat pul vermişdir. Belə ki, Tağı Coşğunun həm iş yoldaşı, həm də qohumuna mənzil verilməsini həll edəcəkmiş. Həmin ərəfədə Kübranın qardaşı mənzildən imtina etdiyi və Tağıya verdiyi 3000 manatı geri istədiyi üçün Coşğun Tağının tapşırığına əsasən ona verməli olduğu 3000 manatı Kübranın qardaşına verməsi üçün öz evində ona vermiş, o da iş yerində həmin 3000 manatı Kübranın anasına vermişdir. Tağı sentyabr ayında mənzillərin veriləcəyini söyləsə də, verdiyi vədə əməl etməyərək onlara qarşı dələduzluq etmişdir. O, Tağının işi həll etmədiyini görüb Təranənin 7300 manat pulunu ona geri qaytarmışdır. Tağı bu günədək nə mənzilləri vermiş, nə də pulları qaytarmamışdır. Belə ki, Tağı onlara işlərin qohumu Şəhriyar vasitəsilə tanış olduğu Rauf adlı şəxslə həll etdiyini demiş, lakin o Raufu görməmiş, Tağı və Şəhriyar birlikdə gəlib-getmişlər. Bir dəfə isə onun mənzilinin sənədlərini Tağı, Şəhriyar və Anar gətirmiş, həmin sənədlərə iş yerinin yanında maşında imza etmişdir. Həmin vaxtı Tağıgil Anarı ona Rauf kimi təqdim etmişdir. Tağıgil yenə tələsik bir vəziyyət yaratdıqları üçün o, imzaladığı sənədlərə tam diqqət yetirə bilməmiş və onların surətlərini ona verməmişlər. Tağının kartına göndərdiyi məbləğlərin bəzilərinin qəbzlərinin surəti onda var, onları ifadəsinə əlavə edir. Həmçinin Tağı ona verəcəyi mənzilin şəkillərini telefon vasitəsilə göndərmiş, onları da ifadəsinə əlavə etmişdir. 2020-ci ilin noyabr ayının axırlarında artıq Tağıgillə vəziyyətin gərginləşdiyi vaxt, yəni onların mənzil məsələsini həll elməyib müxtəlif bəhanələr gətirdiyi vaxt Tağının sözünə əsasən Coşğun və onun mənzil almaq istəyən tanışı və qohumu şəhərdə «Turan» bankın qarşısına getmişlər. Tağı demişdir kı, guya həmin bankda onlara sonrakı ödənişlərlə bağlı qrafik veriləcəkmiş, Coşğungil nə qədər gözləsələr də, Tağıgil telefonlarını söndürüb gəlməmişlər. X11 zəng vurmuş, Rauf Coşğuna bir nəfər bank işçisinin telefon nömrəsini vermiş, Coşğun həmin nömrə ilə danışmış, lakin həmin şəxsin danışığından və dediyi məlumatlardan bank işçisi olmadığına əmin olmuşdur. Ondan sonrakı vaxtda da həmin bank işçisi telefonu söndürmüşdür. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, bu səbəbdən təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Şahid1 nişanlısı Ülviyyənin bacısının həyat yoldaşıdır. O, ailə qurana qədər özünə ipoteka ilə ev almaq istəmiş, təxminən 2020-ci ilin iyun-iyul aylarında Ülviyyə ilə söhbət zamanı sonuncu ona Coşqunun Gülnar adlı qohumunun tanışı olan Tağı adlı şəxsin sosial mənzillərdən verilməsini təşkil edə bildiyini və 2020-ci ilin oktyabr ayının sonuna kimi həmin məsələ həll olunacağını demişdir. O, iki otaqlı mənzil almaq istəmiş, Coşğun ona Tağının, mənzil məsələsini Şəhriyar adlı qohumu «general» olan bir hörmətli adam vasitəsilə həll etdiyini bildirmişdir. Tağı Yasamal rayonunda yerləşən sosial binalarda olan 2 otaqlı mənzilin sahibi tərəfindən satıldığını və həmin mənzili dediyi kimi Şəhriyar vasitəsilə «general»ın köməkliyi ilə onların adına rəsmiləşdirə biləcəyini, həmin «general»ın sosial mənzilləri inşa edən qurumda tanışları olduğunu və onların vasitəsilə mənzilin addan-ada keçirilməsi işini həll etdiyini, mənzil sahibinə mənzil üçün bu günə kimi verdiyi pulu banka ödəniləcəyini, həmçinin Tağıgil də işi həll etdiklərinə görə öz hörmətlərini onun verdiyi məbləğdən götürdüklərini, 2 otağın ilkin ödənişi kimi 12.000 manat, çıxarış alınması üçün isə 1200 manat ödəniləcəyini demişdir. Həmçinin Tağı mənzil alan şəxslərin 2020-ci ilin oktyabr ayının maksimum 1-dən 20-ə qədər mənzillərə köçəcəyini, həmçinin onun da mənzilinə köçəcəyini o vaxta qədər isə pul ödənilməli olduğunu demişdir. O, pul düzəldib 12.000 manat pulu Coşquna vermişdir ki, Tağıya çatdırsın. Sonradan bilmişdir ki, Coşqun bir neçə dəfəyə həmin pulu tam olaraq Tağıya çatdırmışdır. Tağı mənzilin başqa şəxslər tərəfindən alındığını və mənzildə yaşayış olmaqla orta təmirli, içərisində kombi və mətbəx mebeli olduğunu demiş, mənzildə yaşayan şəxslərin ödəniş edə bilmədikləri üçün mənzilləri satdığını, onlar da həmin şəxslərin ödədikləri ilkin ödənişləri vs əlavə nə qədər aylıq ödəniş ediblərsə həmin məbləğləri onlara ödəməklə mənzilin onun adına sənədləşdiriləcəyini və 2020-ci ilin oktyabr ayında mənzili təhvil alacağını bildirmişdir. Coşqunun dostu Şahin də mənzil almaq istədiyindən o da Coşqunla birlikdə Tağıya pul vermişdir. O, mənzilə baxmaq istədiyini deyəndə Coşqun bildirmişdir ki, Tağının deməsinə görə mənzillərdə yaşayış olduğundan və həmin sosial mənzilləri inşa edən "xxxx" adlı qurumda da tələblər ciddi olduğuna görə indiki vaxtda mənzilə baxmağın mümkün olmadığını, amma ilkin sənədləşmədən sonra mənzillərə gedib baxılacağını, hazırda orada mənzil satan çox olduğundan onlara konkret hansı mənzil veriləcəyini "xxxx" adlı qurumdan dəqiqləşdirəndən sonra mənzilə baxmaq mümkün olacaqdır, 27 sentyabr 2020-ci il tarixdə ölkədə Vətən Müharibəsi başladıqdan sonra Tağı həmin general olan Raufun da cəbhə bölgəsində olduğunu və telefonla onlara istiqamət verib işləri həll edəcəyini demişdir. Tağıgil əvvəldən 2020-ci ilin oktyabr ayında mənzillərin təhvil veriləcəyinə söz versələr də artıq oktyabr ayı bitməsinə baxmayaraq mənzillər verilmədiyi üçün onlar bu gecikməni müharibənin başlaması və Raufun cəbhədə olması ilə əlaqələndirirmiş, onlar da razılaşıb gözləmişlər, onlar artıq hər iki mənzilə görə ödənilməli olan məbləği vermiş, qalan 2400 manat isə hər bir mənzil üçün 1200 manat olmaqla çıxarış üçün ödənilməli məbləğ olmaqla Tağı deməsinə görə mənzilə köçəndən sonra hər biri həmin 1200 manatı çıxanş verən qurumun nümayəndəsinə verəcəkdir. Belə ki, qurum nümayəndəsi mənzilə gəlib çıxarışı təqdim edib 1200 manatı alacaqdır, 2020-ci ilin noyabr ayının əvvəlində Tağı artıq bir-iki günə, ən uzağı noyabr ayının 5-nə kimi hər iki mənzil təhvil veriləcəyindən çıxarış üçün ödənilməli oları 2400 manat pulu istəmiş, o da 1200 manatı Coşğuna vermişdir kı, Tağıya çatdırsın. 2020-ci ilin noyabr ayının əvvəlində İstiqlaliyyət küçəsinə yerləşən «Gloria Jeans» kafesində Coşğun Şəhriyarla görüşüb ona 1200 manat pul vermişdir. Həmin vaxtı Anar adlı oğlan da onların yanında olmuşdur. Daha sonra isə Tağı, Şəhriyar və Anar onun işlədiyi İnşaatçılar prospekti 104 ünvanında yerləşən "xxxx" MMC-nin ofisinə gələrək ona veriləcək mənzilə dair müqaviləyə imza etdirmiş, o da Coşğunun tapşırığı ilə müqavilənin şəklini çəkmişdir Sonradan Tağıgil onlardan qaçmağa başlamış, telefonlara cavab verməmişlər. Coşğun Şahinlə birlikdə müqavilədə göstərilən ünvanlara getmiş və məlum olmuşdur ki, müqavilədə yazılan mənzillər ümumiyyətlə mövcud deyil, yəni müqavilədə yazıldığı mərtəbədə deyil, başqa mərtəbədədir və sair. Həmçinin mənzillərdə başqa adamlar yaşayır və satmaq fikirləri yoxdur. Onlar artıq aldadıldığını başa düşmüş, lakin sonrakı danışıqlarda da Tağıgil müxtəlif bəhanələr gətirib məsələni həll edəcəklərini desələr də heç bir nəticə olmamış və onlara verilən pul da qaytarılmamışdır.Nəticədə ona ümumilikdə 13200 manat ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, bu səbəbdən təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Şahid1 həm onun yaxın dostu, həm də iş yoldaşı olmuşdur, 2020-ci ilin yay aylarında o, özünə ipoteka ilə mənzil almaq istəmiş, lakin rəsmi iş yeri olmadığından ona ipoteka verilməmişdir. Bu səbəbdən dost-tanışlarına bu barədə deyib ona münasib qiymətə və şərtlərdə ev maraqlanmalarını xahiş etmişdir. Təxminən 2020-ci ilin iyun-iyul aylarında Coşğun ona xalası qızı Gülnar vasitəsilə tanıdığı Tağı adlı şəxsin sosial ev verilməsinin həll edə bildiyini demiş, o da Coşğuna 3 otaqlı ev almaq istədiyini deyib həmin məsələ ilə maraqlanmasını bildirmişdir. Bu barədə Tağı Yasamal rayonunda sosial mənzillərdən onlar tərəfdən bron edilmiş mənzillər olduğunu, ilkin ödəniş etdikdən sonra aylıq ödəniş edilməklə həmin mənzilləri onların adına rəsmiləşdirə biləcəyini və 2020-ci ilin oktyabr ayında mənzillərə köçə biləcəyini demişdir. Tağı 3 otaqlı mənzilin ilkin ödənişinin 15000 manat, çıxarış alınması üçün isə 1200 manat istəmiş və ona çatacaq məbləğin də həmin pulun içində olduğunu demişdir. Tağı mənzil alan şəxslərin 2020-ci ilin oktyabr ayının l-dən maksimum 20-dək mənzillərə köçəcəyini demiş, bu səbəbdən pulun o vaxta qədər verilməli olduğunu bildirmişdir. O, bununla razılaşmış, sonra Coşqunla söhbət zamanı baldızının nişanlısı Ərzumanın da sosial mənzil almaq istədiyini bildirmişdir. Tağı onun üçün 2 otaqlı mənzil verilməsi məsələsini həll edəcəyini demişdir. Coşğunun deməsindən məlum olmuşdur ki, Tağının deməsinə görə 3 otaqlı mənzil üçün ilkin ödəniş olaraq 8000 manat, iki otaqlı mənzilə isə 7300 manat ödənilməlidir. Onlar razılığa gəldikdən sonra Coşğunla birlikdə 12.09.2020-ci il tarixdə Ak.Həsən Əliyev küçəsində yerləşən “Fisincan” kafesində Tağı ilə görüşmüşlər. Tağı görüşə qohumu Şəhriyar və tanışı Anar adlı şəxslərlə gəlmişdir. Həmin şəxsləri ilk dəfə orada görüb tanış olmuşdur. Tağı Anarı onlara müştərisi olduğunu və onlardan ev aldığını demişdir. Görüş zamanı Tağı və Şəhriyar mənzillərin hansı şəraitdə alınacağını, nə vaxt köç olacağını və sənədləşdirmə işləri ilə bağlı ona məlumat vermişlər. Tağı və Şəhriyar hər iki bildirmişlər ki, mənzillərin verilməsi məsələsinin “general” olan Rauf adlı şəxs həll edir. Belə ki, hər iki mənzil başqa şəxslər tərəfindən alınıb və mənzildə yaşayış var, mənzillər orta təmirlidir, içərisində kombi və mətbəx mebeli də var. Hazırda həmin mənzildə yaşayan şəxslər ödəniş edə bilmədiklərindən mənzilləri satırlar və onlar da həmin şəxslərin ödədikləri ilkin ödənişləri və əlavə nə qədər aylıq ödəniş edilsə həmin məbləğləri ona verdikdən sonra həmin mənzillər onun və Ərzumanın adına sənədləşəcək və oktyabr ayında onlar mənzili təhvil alacaqlar. Tağı və Şəhriyar onlara bildirmişlər ki, onlar dəfələrlə başqa şəxslərə mənzil verilməsi məsələsini həll etmişlər, hazırda da yanında olan Anar adlı şəxs də iki mənzil üçün ona da pul verib mənzilin verilməsini gözləyir. Onlar ödənişin nə səbəbə banka edilmədiyini soruşduqda Tağı bildirmişdir ki, bankda hesab nömrəsi ilə bağlı problem olduğundan pulu alıb özlərinin həll edəcəyini və narahatçılığa əsas olmadığını qeyd etmişdi. Onlar mənzillərə baxmaq istədiklərini dedikdə Tağı mənzillərdə yaşayış olduğundan və həmin sosial mənzilləri inşa edən “M İ DA” adlı qurumda tələblər ciddi olduğuna görə indiki vaxtda mənzilə baxmağın mümkün olmadığını, amma ilkin sənədləşmədən sonra mənzillərə baxa biləcəklərini demişdir. Belə ki, hazırda orada mənzil satanın çox olduğundan, ona və Ərzumana dəqiq hansı mənzillərin veriləcəyini həmin qurumdan dəqiqləşdirdikdən sonra mənzilə gedib baxılacağını demişdir. Tağı və Şəhriyar bildirmişdir ki, onlara edilən hörmətdən əlavə digər bütün ödənişlərin rəsmi qəbzləri olacaqdır. Tağı ona ilkin ödənişlər edildikdən sonra çıxarış üçün 1200 manat pul lazım olduğunun və mənzilə köçəndən sonra hər biri həmin 1200 manat pulu çıxarış verən qurumun nümayəndəsinə veriləcəyini demişdir. Belə ki, qurumun nümayəndəsi onların mənzillərinə gəlib çıxarışı təqdim edib 1200 manat pulu alacaqdır. Bu qayda ilə həmin şəxslər onları əmin etmişlər. O, Coşğunla görüşən zaman artıq 8000 manat pulu ona vermiş, Coşğun da Ərzumandan aldığı 7300 manat pulu da həmin pula əlavə etdikdən sonran cəmi 15,300 manat pulu həmin kafedə danışıqlardan sonra Coşğun Tağıya təqdim etmişdir. Onlar kafedən çıxanda Tağı həmin pulu Şəhriyara vermişdir. Sonrakı vaxtda o, 3500 manat pul düzəldib Coşquna vermişdir ki, Tağıya çatdırsın. Coşqunun həmin pulu çatdırmasını biləndən sonra onun mənzilə dair 3500 manat borcu qalmışdır. 27 sentyabr 2020-ci ildə Vətən Müharibəsi başlayandan sonra Tağı ona general dediyi Raufun cəhbə bölgəsində olduğunu və telefonla onlara istiqamət verib işləri həll edəcəyini demişdir. 2020-ci ilin oktyabr ayında Atatürk parkında olan “Özsüt” kafesində o, Coşğunla birlikdə Tağı ilə görüşmüş, sonuncu görüşə tək gəlmişdir. Orada olan zaman Tağıya 3500 manat əvəzi olaraq 2000 ABŞ dollar və 100 manat pul vermişdir. Tağıgil 2020-ci ilin oktyabr ayında mənzillərin onlara təhvil veriləcəyini vəd etsə də mənzillər verilməmiş və gecikmənin səbəbi olaraq müharibə baş verdiyindən Raufun cəbhə xəttində olması ilə əlaqələndirmişdir. Onlar da buna inanaraq gözləmişlər, 2020-ci ilin noyabr ayının əvvəlində Tağı noyabr ayının 5-nə kimi hər iki mənzilin təhvil veriləcəyini, ona görə də çıxarış üçün ödənilməli olan 2400 manat pulun ödənilməli olduğunu demişdir O, Tağıdan ödədiyi pullara görə rəsmi sənəd tələb etdikdə sonuncu müqavilə gətirəcəyini və sənədləri təqdim edəcəyini demişdir. 15.11.2020-ci il tarixdə Babək prospekti 28 ünvanında yerləşən «Hisar» adlı çay evində o, Coşqun, Şəhriyar və Tağı görüşmüş, Tağıgil onun mənzilinə dair müqavilə gətirmiş və ona həmin sənədləri imzalatdırmışlar. Sənədlərin bir surətini istəsə də Tağı verməmiş. Coşqun yalnız müqavilənin şəklini çəkmişdir. Müqavilədə ona verilən mənzilin nömrəsi və yeri qeyd olunmuş və 1200 manat pulu Tağıya vermişdir. Sonradan Tağıgil müxtəlif bəhanələr gətirmiş, telefon zənglərinə cavab verməmişlər. O, Coşğunla müqavilədə göstərilən ünvanlara getmiş və müqavilədə yazılan mənzillərin ümumiyyətlə mövcud olmadığı məlum olmuş, yəni müqavilədə yazıldığı mərtəbədə deyil, başqa mərtəbədə olmaqla orada yaşayan şəxslər mənzilləri satmaq niyyətində olmamışlar. Artıq aldadıldığını başa düşdükdən sonra Tağıgil müxtəlif bəhanələr gətirib məsləni həll edəcəklərini desələr də, heç bir nəticəsi olmamış, nə də onun pulunu geri qaytarmamışlar.Nəticədə ona 16200 manat ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, bu səbəbdən təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs4 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid X4 ifadəsi elan edilərək tədqiq edilmiş, istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinə oxşar ifadə vermişlər. İş materiallarında olan Mənzil İnşaatı Dövlət Agentliyinin 17 may 2021-ci il tarixli məktubundan görünür ki, 20.11.2020-ci il tarixli 43Mİ18963 nömrəli və 23.11.2020-ci il tarixli 43Mİ189733 nömrəli müqavilələrin Agentliklə və ya tabeliyində olan "xxxx" MMC ilə bağlanması faktı müəyyən edilməmişdir. "xxxx" MMC ilə vətəndaşlar arasında bağlanan daşınmaz əmlakın alqı-satqısı, habelə güzəştli mənzilin alqı-satqısı və ipoteka müqavilələrinin formaları nümunə olaraq təqdim edilmişdir, İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzininin 5/511 saylı 29 iyun 2021ci il tarixli rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş "xxxx" MMC-nin 20.11.2020-ci il tarixli 43Mİ18963 nömrəli və 23.11.2020-ci il tarixli 43Mİ189733 nömrəli müqavilələrinin surətləri elektrofotoqrafık çoxaldıcı qurğuda hazırlanmışdır. Tədqiqata təqdim edilmiş "xxxx" MMC-nin 20.11.2020-ci il tarixli 43M118963 nömrəli və 23.11.2020-ci il tarixli 43Mİ189733 nömrəli müqavilələrinin surətləri ekspertizaya təqdim edilmiş Mənzil İnşaat Dövlət Agentliyinin nümunələri ilə eynilik təşkil etmir. İş materiallarında olan 16 iyul 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında görünür ki, Təqsirləndirilən şəxs1 məxsus "xxxx" ASC-yə aid **********389254 nömrəli “Albalı plus” plastik kart hesabına dair məlumatlar; həmçinin Zərərçəkmiş şəxs4 cinayət işinin istintaqı zamanı təqdim etdiyi 20.11.2020-ci il tarixli 43Mİ18963 nömrəli və 23.11.2020-ci il tarixli 43Mİ189733 nömrəli müqavilələr, eləcə də X7 tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs2 məxsus əlyazma qeydlər maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekpertizasının 1216 saylı 07.06.2021-ci il tarixli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl zamanı öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 anlaqlı hesab olunur, onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 15 nömrəli Birləşmiş şəhər xəstəxasının 20 may 2021-ci il tarixli 520 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs2 müəssisənin psixatriya kabinetində qeydiyyatdadır və 2002-ci ildən epilepsiya generolizə olunmuş tez-tez olan qıcolma tutmaları və şəxsiyyət dəyişikləri ilə müşayiət olunan xəstəliyi vardır. İş materiallarında olan 15 aprel 2021-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi 15 aprel 2021-ci il tarixdə saat 16:00 radələrində tutulmuşdur. İş materiallarında olan 17 aprel 2021-ci il tarixli Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 15 aprel 2021-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi 15 aprel 2021-ci il tarixdə saat 17:30 radələrində tutulmuşdur. İş materiallarında olan 17 aprel 2021-ci il tarixli Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 14 iyun 2021-ci il tarixli Xətai Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 ərizələrindən məlum olur ki, onlara dəymiş ziyan tam ödənilmişdir, bu səbəbdən təqsirləndirilən şəxslərlə barışdıqlarını, onlara qarşı heç bir şikayət və tələblərinin olmadığını nəzərə almağı məhkəmədən xahiş etmişlər. İş materiallarına əlavə edilmiş AZ-İV 606718 və AZ-İV 216248 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 26.06.2021-ci il təvəllüdlü Cavid Salahov və 11.07.2017-ci il təvəllüdlü Hüseyn Salahov adlı iki azyaşlı uşağı var. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 21.07.2015-ci il təvəllüdlü Hüseyn Cavadov və 20.08.2020-ci il təvəllüdlü Yusif Cavadov adlı iki azyaşlı uşağı var. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin verdikləri səmimi ifadələri, zərərçəkmiş şəxslərin, şahidlərin verdikləri ifadələri ilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanın ödənilməsini, himayəsində iki azyaşlı uşağının olmasını, əvvəllər məhkum olmamasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Göstərilənləri, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 07 (yeddi) ay 16 (on altı) gün həbsdə və ev dustaqlığında saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanın ödənilməsini, himayəsində iki azyaşlı uşağın olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Göstərilənləri, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 07 (yeddi) ay 16 (on altı) gün həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 məxsus "xxxx" ASC-yə aid **********389254 nömrəli “Albalı plus” plastik kart hesabına dair məlumatlar; həmçinin Zərərçəkmiş şəxs4 cinayət işinin istintaqı zamanı təqdim etdiyi 20.11.2020-ci il tarixli 43Mİ18963 nömrəli və 23.11.2020-ci il tarixli 43Mİ189733 nömrəli müqavilələr, eləcə də X7 tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs2 məxsus əlyazma qeydlər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci 62 (altmış iki) manat, 31 (otuz bir) manat Təqsirləndirilən şəxs1 və 31 (otuz bir) manat Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 07 (yeddi) ay 16 (on altı) gün həbsdə və ev dustaqlığında saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 4000 (dörd min) manat cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 500 (beş yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 07 (yeddi) ay 16 (on altı) gün həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 4000 (dörd min) manat cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 500 (beş yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 məxsus "xxxx" ASC-yə aid **********389254 nömrəli “Albalı plus” plastik kart hesabına dair məlumatlar; həmçinin Zərərçəkmiş şəxs4 cinayət işinin istintaqı zamanı təqdim etdiyi 20.11.2020-ci il tarixli 43Mİ18963 nömrəli və 23.11.2020-ci il tarixli 43Mİ189733 nömrəli müqavilələr, eləcə də X7 tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs2 məxsus əlyazma qeydlər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 62 (altmış iki) manat, 31 (otuz bir) manat Təqsirləndirilən şəxs1 və 31 (otuz bir) manat Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-382/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-382/2021
01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver