Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-382/2025 31.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazidiyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və şəxsdən satış moqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0.514 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması barədə daxıl olmuş məlumat əsasında Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 25 aprel 2025-ci il tarixdə, saat 16:48-də ünvan 2 ünvanın qarşısında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,514 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5 ildən çoxdur ki, narkotik vasitə heroin istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitəni müxtəlif ünvanlarda tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə 25 aprel 2025-ci il tarixdə, saat 14 radələrində Nizami rayonu, Qara Qarayev prospekti “Ruslan” marketin yaxınlığında olduğu zaman anket məlumatlarını bilmədiyi şəxsdən 50 (əlli) manat pul müqabilində “kakos” adı ilə tanıdığı narkotik vasitə alıb əynində olan göy rəngli şalvarının sol yan cibinə qoyub bir müddət keçəndən sonra Xətai rayonu, Z.Yusifov küçəsinə gəlmişdir ki, münasib yerdə həmin narkotik vasitəni qəbul edər. 25 aprel 2025-ci il tarixdə, saat 16:48-də sonradan ona məlum olan Xətai rayonu, Z.Yusifov küçəsi 15 ünvanın yaxınlığında piyada hərəkət edən zaman mülki geyimdə olan iki nəfər şəxsin ona yaxınlaşdığını görmüş və həmin şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib telefonla videoçəkiliş edərək qanunsuz narkotik vasitələrin dövriyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları ondan üzərincə qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini bildirdikdə əynindəki göy rəngli şalvarının sol yan cibindən içərisində kakos adı ilə tanıdığı bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa əynində olan qara rəngli, qollarında ağ rəngli xətlər olan gödəkçənin sağ yan cibindən qırmızı rəngli alışqanı da polis əməkdaşlarına təqdim etmişdir. Qeyd olunanlardan başqa üzərindən heç bir əşya aşkar edilməmişdir. Videoçəkilişin davamı olaraq polis əməkdaşları onlara təqdim etdiyi, içərəsində “kakos” adı ilə tanıdığı narkotik vasitə olan bükülü elektron tərəzidə çəkildikdə 0.57 qram olması müəyyən edilmişdir. Təqdim etdiyi bükülü bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş və üzəri imzalanmışdır. Bundan sonra həmin polis əməkdaşları onu ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət edərək xidməti otaqların birinə aparıb təhqiqatçıya üzərindən aşkar edilmiş əşyalarla birlikdə təqdim etmişlər. Təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən videogörüntüyə kompyuterdə baxış keçirilmişdir. Təhqiqatçı tərəfindən üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olub- olmaması barədə soruşulduqda həmin narkotik vasitənin ona məxsus olmasını bildirmişdir. Ona qarşı hər hansı bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 bildirmişdir ki, xidməti vəzifəsini yerinə yetirərkən ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 25 aprel 2025-ci il tarixdə, saat 16:48-də Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri, polis leytenantı Şahid3 və polis kapitanı Şahid2 ilə birlikdə Xətai rayonu, Z.Yusifov küçəsi 15 ünvanın qarşısında Təqsirləndirilən şəxs görüb videoçəkilişdən istifadə etməklə özlərini ona təqdim edib, saxlanma səbəbini, hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sol yan cibindən içərisində kakos adı ilə tanıdığı, toz halında açıq qəhvəyi rəngli maddə olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb könüllü olaraq təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli, qollarında ağ rəngli xətlər olan gödəkçənin sağ yan cibindən bir ədəd qırmızı rəngli alışqanı da təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd sellofan bükülü elektron tərəzidə çəkildikdə 0.57 qram olması müəyyən edilmişdir. Həmin bükülü kağız zərfdə qablaşdırılıb möhürlənmiş və üzəri imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyalarla birlikdə ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsinin inzibati binasında vıdeoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs və üzərindən aşkar edilmiş əşyaları şöbənin təhqiqatçısı, polis mayoru X1 təhvil vermişlər. X2 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmənin videogörüntüsünə kompyuterdə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü elektron tərəzidə çəkilmiş və 0.59 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü X2 tərəfindən kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Videoçəkiliş bitdikdən sonra polis şöbəsinə dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə protokol tərtib olunaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 bildirmişdir ki, xidməti vəzifəsini yerinə yetirərkən ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 25 aprel 2025-ci il tarixdə, saat 16:48-də Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və həmin şöbənin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə Xətai rayonu, Z.Yusifov küçəsi 15 ünvanın qarşısında Təqsirləndirilən şəxs görüb videoçəkilişdən istifadə etməklə özlərini ona təqdim edib, saxlanma səbəbini, hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sol yan cibindən içərisində kakos adı ilə tanıdığı, toz halında açıq qəhvəyi rəngli maddə olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb könüllü olaraq təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli, qollarında ağ rəngli xətlər olan gödəkçənin sağ yan cibindən bir ədəd qırmızı rəngli alışqanı da təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd sellofan bükülü elektron tərəzidə çəkildikdə 0.57 qram olması müəyyən edilmişdir. Həmin bükülü kağız zərfdə qablaşdırılıb möhürlənmiş və üzəri imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyalarla birlikdə ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsinin inzibati binasında vıdeoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs və üzərindən aşkar edilmiş əşyaları şöbənin təhqiqatçısı, polis mayoru X1 təhvil vermişlər. X2 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmənin videogörüntüsünə kompyuterdə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü elektron tərəzidə çəkilmiş və 0.59 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü X2 tərəfindən kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Videoçəkiliş bitdikdən sonra polis şöbəsinə dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə protokol tərtib olunaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 bildirmişdir ki, xidməti vəzifəsini yerinə yetirərkən ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 25 aprel 2025-ci il tarixdə, saat 16:48-də Xətai RPİ-nin 37-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və həmin şöbənin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə Xətai rayonu, Z.Yusifov küçəsi 15 ünvanın qarşısında Təqsirləndirilən şəxs görüb videoçəkilişdən istifadə etməklə özlərini ona təqdim edib, saxlanma səbəbini, hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sol yan cibindən içərisində kakos adı ilə tanıdığı, toz halında açıq qəhvəyi rəngli maddə olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb könüllü olaraq təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli, qollarında ağ rəngli xətlər olan gödəkçənin sağ yan cibindən bir ədəd qırmızı rəngli alışqanı da təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd sellofan bükülü elektron tərəzidə çəkildikdə 0.57 qram olması müəyyən edilmişdir. Həmin bükülü kağız zərfdə qablaşdırılıb möhürlənmiş və üzəri imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyalarla birlikdə ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Polis şöbəsinin inzibati binasında vıdeoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs və üzərindən aşkar edilmiş əşyaları şöbənin təhqiqatçısı, polis mayoru X1 təhvil vermişlər. X2 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmənin videogörüntüsünə kompyuterdə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü elektron tərəzidə çəkilmiş və 0.59 qram olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükülü X2 tərəfindən kağız zərfdə qablaşdırılıb möhürlənmişdir. Videoçəkiliş bitdikdən sonra polis şöbəsinə dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə protokol tərtib olunaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 26 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 25 aprel 2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd 1 (bir) ədəd ağ rəngli şəffaf sellofan bükümdə qəhvəyi rəngli narkotik maddəyə bənzər kütləni, gödəkçənin sağ yan cibində bir ədəd alışqanı təqdim etmişdir. Narkotik maddəyə bənzər kütlə Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 0.57 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları və saxlanılan şəxs tərəfindən imzalanmaqla götürülmüşdür. Daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd ağ rəngli şəffaf sellofan bükümdə qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə sonuncudan götürülmüş və digər əşyalar sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitənin metamfetamin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama və baxış ünvan 2 ünvanının qarşısında keçirilmişdir (i.v. 12-14); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 25 aprel 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə aşkar olunmuş və elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 0.59 qram olduğu müəyyən edilmişdir. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənmiş, daha sonra bir ədəd DVD-yə Lenovo markalı kompyuterdə baxış keçirilmiş. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərində 1 ədəd qırmızı rəngli alışqan aşkar edilərək götürülmüşdür (i.v. 18-20); şübhəli şəxsin tutulması haqqında 25 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:48 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 30); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2025-ci il tarixli, 3-16-16/2-6/1564/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs (imza)...» sözləri olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,514 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (i.v. 43-46); diskdə olan videoyazıya baxış keçirilməsi haqqında 26 aprel 2025-ci il tarixli protokollardan görünür ki, disklərdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 25 aprel 2025-ci il tarixli protokollara uyğun olmuşdur (i.v. 56-58); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 27 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 63-64); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-218/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (i.v. 93-96); 101 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 125); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2013-cü il tarixli 3186 saylı “Əfv” fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş; Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsi tətbiq edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 02 ay 22 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2024-cü ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır (i.v. 126-127a); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X3 xx.xx.2025-ci il tarixli, 2423 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v. 138-139); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 xx.xx.2025-ci il tarixli, 2958 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda öz hərəkətlərini ölçüb biçmək və ona qarşı törədilənləri düzgün qavrayıb təsvir edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs əqli intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. İnadkarlıq, kobudluq, qıcığa qarşı həssaslıq, öz fikrini üstün tutmaq, irad qəbul etməmək, emosional reaksiyalara meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Onda özündən uydurmağa və başqalarının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmir. Təqsirləndirilən şəxs baş verənləri düzgün qavrayıb təsvir etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət törədən zaman Təqsirləndirilən şəxs şüuruna və fəaliyyətinə təsir göstərə bilən emosional vəziyyətdə olmamışdır (i.v.140-143); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 01 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.514 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.414 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, 02 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, məhkəmə fiziki-kimyəvi ekspertizasının 26 aprel 2025-ci il tarixli, 6/1564 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 2423 nömrəli və kompleks psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 2958 nömrəli rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (i.v. 151-156). Məhkəmə istintaqı zamanı birinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd 1 (bir) ədəd ağ rəngli şəffaf sellofan bükümdə qəhvəyi rəngli narkotik maddəyə bənzər kütləni, gödəkçənin sağ yan cibində bir ədəd alışqanı təqdim edir. Narkotik maddəyə bənzər kütlə elektron tərəzidə çəkilir və ümumi çəkisinin 0.57 qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitənin metamfetamin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirir. Məhkəmə istintaqı zamanı ikinci diskdə olan görüntüyə baxış keçirilmiş, təqdim olunan zərfdə qablaşdırılmış bir ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə aşkar olunur və elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 0.59 qram olduğu müəyyən edilir. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənir, daha sonra bir ədəd DVD-yə Lenovo markalı kompyuterdə baxış keçirilir. DVDdə olan görüntülərdə təhqiqata təqdim olunan qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0.514 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanı çəkmələri nəzərdə tutulmuşdur; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-nin-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmləri üzrə olan məhkumluqları bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada ödənildiyindən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 09 ay müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, lakin azad edildiyi vaxtdan 02 il keçmədən, yəni 25 aprel 2025-ci il tarixdə hazırki cinayət əməlini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), cəzasının əvvəli 25 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.514 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.414 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 25 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.514 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.414 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd “DVD-R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-382/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-382/2025
31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver