Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-383/2021 04.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs1 (X2), müdafiəçiləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 (X8), müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3, müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs4, müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, təqsirləndirilən şəxs Guseinov Chingizin (X11), müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gürcüstan Respublikası Sagarejo rayonunda anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu Gen.Şıxlınski küçəsi ev 1 A mənzil 103-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 (X2) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə xx.xx.1996-cı il tarixdə Gürcüstan, Gürcüstan Respublikası Sagarejo rayonunda anadan olmuş, Gürcüstan vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Abşeron rayonu Məhəmmədi qəsəbəsində nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 (X8) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə xx.xx.1976-cı il tarixdə Füzuli rayonu Aşağı Güzlək kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Füzuli rayonu Aşağı Güzlək kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yerləşən 243 saylı bağçada məskunlaşan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə xx.xx.1992-ci il tarixdə Gürcüstan Respublikası Sagarejo rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddələri ilə xx.xx.1986-cı il tarixdə Gürcüstan Respublikası Sagarejo rayonunda anadan olmuş, Gürcüstan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Guseinovı Chingizin (X3) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs1 (Təqsirləndirilən şəxs1 Mehralı oğlu) özgənin əmlakını talama məqsədilə qohumu Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 aprel 2021-ci il tarixdə saat 02 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus «Toyota Prado» markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqdan sonra qrup üzvü Təqsirləndirilən şəxs4 kənardan dayanıb ətrafı nəzarətə götürmüş, o, isə avtomobilin alt hissəsindən hadisə yerinə gətirdiyi açarla 3040 (üç min qırx) manat dəyərində səsboğucunu açıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 3040 (üç min qırx) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2, Guseınovı Chingiz və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 aprel 2021-ci il tarixdə saat 03 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus «Toyota Prado» markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqdan sonra o, qrup üzvləri Chingiz Guseinovı və Təqsirləndirilən şəxs3 ilə kənardan dayanıb ətrafı nəzarətə götürmüş, qrupun digər üzvü Təqsirləndirilən şəxs2 avtomobilin alt hissəsindən hadisə yerinə gətirdiyi açarla 2000 (iki min) manat dəyərində səsboğucunu açıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 2000 (iki min) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 may 2021-ci il tarixdə saat 03 radələrində ünvan 6 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus «Toyota Prado» markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqdan sonra qrup üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə kənardan dayanıb ətrafı nəzarətə götürmüş, o, isə avtomobilin alt hissəsindən hadisə yerinə gətirdiyi açarla 3000 (üç min) manat dəyərində səsboğucunu açıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 3000 (üç min) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06 may 2021-ci il tarixdə saat 02 radələrində ünvan 7 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqdan sonra qrup üzvləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə kənardan dayanıb ətrafı nəzarətə götürmüş, o, isə avtomobilin alt hissəsindən hadisə yerinə gətirdiyi açarla 2000 (iki min) manat dəyərində səsboğucunu açıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 2000 (iki min) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 (X8) özgənin əmlakını talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 aprel 2021-ci il tarixdə saat 03 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus «Toyota Prado» markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqdan sonra qrup üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs3 ilə kənardan dayanıb ətrafı nəzarətə götürmüş, o, isə avtomobilin alt hissəsindən hadisə yerinə gətirdiyi açarla 2000 (iki min) manat dəyərində səsboğucunu açıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 2000 (iki min) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 may 2021-ci il tarixdə saat 03 radələrində ünvan 6 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus «Toyota Prado» markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqdan sonra o, qrup üzvü Təqsirləndirilən şəxs3 ilə kənardan dayanıb ətrafı nəzarətə götürmüş, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 isə avtomobilin alt hissəsindən hadisə yerinə gətirdiyi açarla 3000 (üç min) manat dəyərində səsboğucunu açıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 3000 (üç min) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06 may 2021-ci il tarixdə saat 02 radələrində ünvan 7 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqdan sonra o, qrup üzvü Təqsirləndirilən şəxs3 ilə kənardan dayanıb ətrafı nəzarətə götürmüş, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 isə avtomobilin alt hissəsindən hadisə yerinə gətirdiyi açarla 2000 (iki min) manat dəyərində səsboğucunu açıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 2000 (iki min) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 aprel 2021-ci il tarixdə saat 03 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus «Toyota Prado» markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqdan sonra o, qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 ilə kənardan dayanıb ətrafı nəzarətə götürmüş, qrupun digər üzvü Təqsirləndirilən şəxs2 avtomobilin alt hissəsindən hadisə yerinə gətirdiyi açarla 2000 (iki min) manat dəyərində səsboğucunu açıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 2000 (iki min) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 04 may 2021-ci il tarixdə saat 03 radələrində ünvan 6 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus «Toyota Prado» markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqdan sonra o, qrup üzvü Təqsirləndirilən şəxs2 ilə kənardan dayanıb ətrafı nəzarətə götürmüş, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 isə avtomobilin alt hissəsindən hadisə yerinə gətirdiyi açarla 3000 (üç min) manat dəyərində səsboğucunu açıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 3000 (üç min) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 06 may 2021-ci il tarixdə saat 02 radələrində ünvan 7 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqdan sonra o, qrup üzvü Təqsirləndirilən şəxs2 ilə kənardan dayanıb ətrafı nəzarətə götürmüş, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 isə avtomobilin alt hissəsindən hadisə yerinə gətirdiyi açarla 2000 (iki min) manat dəyərində səsboğucunu açıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 2000 (iki min) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs4 özgənin əmlakını talama məqsədilə qohumu Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 aprel 2021-ci il tarixdə saat 02 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus «Toyota Prado» markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqdan sonra o, kənardan dayanıb ətrafı nəzarətə götürmüş, qrupun digər üzvü Təqsirləndirilən şəxs1 isə avtomobilin alt hissəsindən hadisə yerinə gətirdiyi açarla 3040 (üç min qırx) manat dəyərində səsboğucunu açıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 3040 (üç min qırx) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs5 (X3) özgənin əmlakını talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 aprel 2021-ci il tarixdə saat 03 radələrində ünvan 5 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs2 məxsus «Toyota Prado» markalı, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqdan sonra o, qrup üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə kənardan dayanıb ətrafı nəzarətə götürmüş, qrupun digər üzvü Təqsirləndirilən şəxs2 avtomobilin alt hissəsindən hadisə yerinə gətirdiyi açarla 2000 (iki min) manat dəyərində səsboğucunu açıb gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 2000 (iki min) manat miqdarda ziyan vuraraq oğurluq etmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslərin elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxslər saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxslərin təhqiqat və istintaq zamanı izahatları, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində qeyd etmişdir ki, köhnə Günəşli qəsəbəsində yerləşən avtomobil təmiri emalatxanasında motorist işləyir. 21 aprel 2021-ci il tarixdə təxminən saat 22 radələrində Əfqan qardaşı Rətamla birlikdə onun işlədiyi emalatxanaya gəlmişlər. Belə ki, Rətama məxsus «Opel Astra» markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikində problem olduğu üçün onun yanına gəlmişlər. O, mühərriki təmir etdikdən sonra Əfqan Rətama məxsus «Opel Astra» markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş və onlar üçü emalatxanadan çıxaraq 22 aprel 2021-ci il tarixdə gecə saat təxminən 02 radələrində ünvan 8 ünvanına getmişlər. Həmin vaxt Rətam avtomobildə oturub onları gözləmiş, o, isə Əfqanla birlikdə avtomobildən düşmüş və həmin ünvanda dayanmış vəziyyətdə olan «Toyota Prado» markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışlar. Əfqanda olan açarla avtomobilin səsboğucusunu sökmüşdür. Sonra Əfqanın idarə etdiyi avtomobillə onun işlədiyi emalatxananın yanına getmiş, Rətam gec olduğu üçün evə getmək qərarına gəlmiş, lakin Əfqan onunla emalatxanada qalmışdır. Rətam getdikdən sonra onlar «Toyota Prado» markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobildən sökdükləri səsboğucunun içərisindəki kömürü çıxarmışlar. Əfqan qardaşı Rətama məxsus idarə etdiyi avtomobillə onunla birlikdə «Toyota Prado» markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına qayıtmış və Əfqan həmin səsboğucunu yenidən avtomobilə bağlamışdır. Səhər saat təxminən 13 radələrində Əfqan onun işlədiyi emalatxanaya gəlmiş və onlar ikisi hazırda xatırlamadığı taksi avtomobili ilə birlikdə Babək prospektində yerləşən «Maşın Bazarı»nm yanındakı körpünün yanındakı avtomobil səsboğucusunun təmiri emalatxanasına getmiş və oğurladıqları kömürü orada «əxi» kimi tanıdığı, lakin adını bilmədiyi şəxsə 300 (üç yüz) manata satmışlar. Əldə etdikləri pul məbləğini isə yarı-yarıya, yəni hərəsinə 150 (yüz əlli) manat olmaqla bölmüşlər. Bundan başqa, 27 aprel 2021-ci il tarixdə təxminən gecə saat 00:30 radələrində o, tanışları Nasib, Zülfü və Çingizlə birlikdə işlədiyi emalatxanada olan zaman, onlara pul lazım olduğundan «Toyota Prado» markalı avtomobil tapıb onun səsboğucusunu sökərək içərisindəki kömürü oğurlayıb satmaqla pul əldə etmək qərarına gəlmişlər. Bu məqsədlə həmin gün təxminən saat 01 radələrində Zülfünün idarə etdiyi «Opel Astra» markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə işlədiyi emalatxanadan çıxaraq münasib «Toyota Prado» markalı avtomobil axtarmağa başlamışlar. Bir qədər hərəkətdə oluqdan sonra, gecə saat təxminən 03 radələrində ünvan 5 ünvanında dayanmış vəziyyətdə olan «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil görmüşlər. Həmin vaxt dördü də, Zülfünün idarə etdiyi avtomobildən düşüb həmin «Toyota Prado» markalı avtomobilə yaxınlaşmışlar. Həmin vaxt o, Zülfü və Çingiz kimsə gəldiyi halda xəbər vermək üçün kənarda dayanmış, Nasib isə açar vasitəsi ilə avtomobilin altına uzanaraq həmin avtomobilin səsboğucusunu sökmüşdür. Bundan sonra Zülfünün idarə etdiyi avtomobillə işlədiyi emalatxananın yanına getmiş və orada «Toyota Prado» markalı, **-XE- *** dövlət qeydiyyat nişanlı avtomobildən sökdükləri səsboğucunun içərisindəki kömürü çıxarmışlar. Zülfünün idarə etdiyi avtomobillə qeyd etdiyi «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına getmiş və Nasib həmin səsboğucunu yenidən avtomobilə bağlamışdır. Səhər saat təxminən 11 radələrində onlar Zülfünün idarə etdiyi avtomobillə Babək prospektində yerləşən «Maşın Bazarı»nın yanındakı körpünün yanında yerləşən avtomobillərin səsboğucularının təmiri emalatxanasında «əxi» kimi tanıdığı, lakin adını bilmədiyi şəxsə 400 (dörd yüz) manata satmışdır. Əldə etdikləri pulu hər birinə 100 manat olmaqla bölmüşlər. Bundan sonra, 27 aprel 2021-ci il tarixdə təxminən gecə saat 00:30 radələrində o, tanışları Nasib, Zülfü və Çingizlə birlikdə işlədiyi emalatxanada olan zaman, onlara pul lazım olduğundan «Toyota Prado» markalı avtomobil tapıb onun səsboğucusunu sökərək içərisindəki kömürü oğurlayıb satmaqla pul əldə etmək qərarına gəlmişlər. Bu məqsədlə həmin gün təxminən saat 01 radələrində Zülfünün idarə etdiyi «Opel Astra» markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə işlədiyi emalatxanadan çıxaraq münasib «Toyota Prado» markalı avtomobil axtarmağa başlamışlar. Bir qədər hərəkətdə oluqdan sonra, gecə saat təxminən 03 radələrində ünvan 5 ünvanında dayanmış vəziyyətdə olan «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil görmüşlər. Zülfünün idarə etdiyi avtomobildən düşüb həmin «Toyota Prado» markalı avtomobilə yaxınlaşmışlar. O, Zülfü və Çingiz kimsə gəldiyi halda xəbər vermək üçün kənarda dayanmış, Nasib isə açar vasitəsi ilə avtomobilin altına uzanaraq həmin avtomobilin səsboğucusunu sökmüşdür. Sonra Zülfünün idarə etdiyi avtomobillə işlədiyi emalatxananın yanına getmiş və orada «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobildən sökdükləri səsboğucunun içərisindəki kömürü çıxarmışlar. Zülfünün idarə etdiyi avtomobillə qeyd etdiyi «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına getmiş və Nasib həmin səsboğucunu yenidən avtomobilə bağlamışdır. Səhər saat təxminən 11 radələrində onlar dördü Zülfünün idarə etdiyi avtomobillə Babək prospektində yerləşən «Maşın Bazarı»nın yanındakı körpünün yanında yerləşən avtomobillərin səsboğucularının təmiri emalatxanasında «əxi» kimi tanıdığı, lakin adını bilmədiyi şəxsə 400 (dörd yüz) manata satmışdır. Əldə etdikləri pulu hər birinə 100 manat olmaqla bölmüşlər. Bundan başqa, 06 may 2021-ci il tarixdə gecə saatlarında Zülfünün idarə etdiyi «Opel Astra» markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə o və Nasiblə birlikdə yenə də «Toyota Prado» markalı avtomobilin axtarışına çıxmışlar. Bir qədər Zülfünün idarə etdiyi avtomobillə hərəkətdə olduqdan sonra gecə saat təxminən 02 radələrində Xətai rayonu Aşıq Ələsgər küçəsinə gəlmiş və orada dayanmış vəziyyətdə olan «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil görmüşlər. Bu zaman ilkin olaraq Zülfü və Nasib avtomobildən düşərək kənar şəxslərin olub-olmamasına baxmışlar, sonra o, avtomobildən düşərək həmin «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışdır. O, «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb onun səsboğucusunu özündə olan açar vasitəsi ilə sökmüş və Zülfünün idarə etdiyi avtomobilə gəlmişdir. Zülfü avtomobili idarə edərək həmin ərazidə hərəkətdə olan zaman o, həmin səsboğucunu avtomobilin içərisində söküb daxilindəki kömürü çıxarmışdır. Zülfü idarə etdiyi avtomobillə yenidən həmin avtomobilin yanına gəlmiş və o, avtomobildən düşüb həmin səsboğucunu «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilə bağlamışdır. Səhər saat təxminən 11 radələrində o, Zülfü ilə birlikdə sonuncunun idarə etdiyi avtomobillə Babək prospektində yerləşən «Maşın Bazarı»nın yanındakı körpünün yanında yerləşən avtomobillərin səsboğucularının təmiri emalatxanasına getmişlər. O, həmin emalatxanada «əxi» kimi tanıdığı, lakin adını bilmədiyi şəxsə 300 (üç yüz) manata satmışdır. Əldə etdikləri pulu hər birinə 100 manat olmaqla bölmüşlər. Törətdiyi əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, onlara vurulan ziyanı tam ödədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 (X8) ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində qeyd etmişdir ki, köhnə Günəşli qəsəbəsində yerləşən avtomobil təmiri emalatxanasında çilingər işləyir. 27 aprel 2021-ci il tarixdə təxminən gecə saat 00:30 radələrində o, tanışları Balamir, Zülfü və Çingizlə birlikdə Balamirin işlədiyi emalatxanada olan zaman, onlara pul lazım olduğundan «Toyota Prado» markalı avtomobil tapıb onun səsboğucusunu sökərək içərisindəki kömürü oğurlayıb satmaqla pul əldə etmək qərarına gəlmişlər. Bu məqsədlə həmin gün təxminən saat 01 radələrində Zülfünün idarə etdiyi «Opel Astra» markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balamirin işlədiyi emalatxanadan çıxaraq münasib «Toyota Prado» markalı avtomobil axtarmağa başlamışlar. Bir qədər hərəkətdə olduqdan sonra gecə saat təxminən 03 radələrində ünvan 5 ünvanında dayanmış vəziyyətdə olan «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil görmüşlər. Zülfünün idarə etdiyi avtomobildən düşüb həmin «Toyota Prado» markalı avtomobilə yaxınlaşmışlar. Həmin vaxt Balamir, Zülfü və Çingiz kimsə gəldiyi halda xəbər vermək üçün kənarda dayanmışlar, o isə açar vasitəsi ilə avtomobilin altına uzanaraq həmin avtomobilin səsboğucusunu sökmüşdür. Bundan sonra onlar Zülfünün idarə etdiyi avtomobillə Balamirin işlədiyi emalatxananın yanına gəlmiş və orada «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobildən sökdükləri səsboğucunun içərisindəki kömürü çıxarmışlar. Zülfünün idarə etdiyi avtomobillə qeyd etdiyi «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlmiş və o, həmin səsboğucunu yenidən avtomobilə bağlamışdır. Səhər saat təxminən 11 radələrində onlar dördü Zülfünün idarə etdiyi avtomobillə Babək prospektində yerləşən «Maşın Bazarı»nın yanındakı körpünün yanında yerləşən avtomobillərin səsboğucularının təmiri emalatxanasına getmiş, Balamir həmin səsboğucunun içərisində kömürü 400 (dörd yüz) manata satmışdır. Əldə etdikləri pulu hər birinə 100 manat olmaqla bölmüşlər. Bundan başqa, 04 may 2021-ci il tarixdə gecə saatlarında o və Balamir, Zülfünün idarə etdiyi «Opel Astra» markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu General Mehmandarov küçəsində yerləşən «Venesiya» şadlıq sarayanın yanından təzə il buraxılışlı «Toyota Prado» markalı avtomobil axtarışına çıxmışlar. Bir qədər Zülfünün idarə etdiyi avtomobillə hərəkətdə olduqdan sonra gecə saat təxminən 03 radələrində Xətai rayonu Məhəmməd Hadi küçəsinə gəlmiş və orada dayanmış vəziyyətdə olan «Toyota Prado» markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil görmüşlər. Bu zaman ilkin olaraq Zülfü avtomobildən düşərək kənar şəxslərin olub-olmamasına baxmış, daha sonra Balamir avtomobildən düşərək həmin «Toyota Prado» markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışdır. Həmin vaxt o, avtomobildə oturub kənardan kiminsə gəlib gəlmədiyini müşahidə etmişdir. Bundan sonra Balamir «Toyota Prado» markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb onun səsboğucusunu özündə olan açar vasitəsi ilə sökmüş və Zülfünün idarə etdiyi avtomobilə gəlmişdir. Zülfü avtomobili idarə edərək həmin ərazidə hərəkətdə olan zaman Balamir həmin səsboğucunu avtomobilin içərisində söküb daxilindəki kömürü çıxarmışdır. Zülfü idarə etdiyi avtomobillə yenidən həmin avtomobilin yanına gəlmiş və Balamir avtomobildən düşüb həmin səsboğucunu «Toyota Prado» markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə bağlamışdır. Səhər saat təxminən 11 radələrində Balamir iş yerinə gələrək «Toyota Prado» markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurladıqları kömürü 900 (doqquz yüz) manata satdığını bildirib, həmin pulu üç nəfər arasında 300 manat olmaqla bölündüyünü bildirib ona 300 manat məbləğində pul vermişdir. Bundan başqa, 06 may 2021-ci il tarixdə gecə saatlarında Zülfünün idarə etdiyi «Opel Astra» markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə o və Balamirlə birlikdə yenə də «Toyota Prado» markalı avtomobilin axtarışına çıxmışlar. Bir qədər Zülfünün idarə etdiyi avtomobillə hərəkətdə olduqdan sonra gecə saat təxminən 02 radələrində Xətai rayonu Aşıq Ələsgər küçəsinə gəlmiş və orada dayanmış vəziyyətdə olan «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil görmüşlər. Bu zaman ilkin olaraq Zülfü və o avtomobildən düşərək kənar şəxslərin olub-olmamasına baxmışlar, daha sonra Balamir avtomobildən düşərək həmin «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışdır. Balamir «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb onun səsboğucusunu özündə olan açar vasitəsi ilə sökmüş və Zülfünün idarə etdiyi avtomobilə gəlmişdir. Zülfü avtomobili idarə edərək həmin ərazidə hərəkətdə olan zaman Balamir həmin səsboğucunu avtomobilin içərisində söküb daxilindəki kömürü çıxarmışdır. Zülfü idarə etdiyi avtomobillə yenidən həmin avtomobilin yanına gəlmiş və Balamir avtomobildən düşüb həmin səsboğucunu «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilə bağlamışdır. Ertəsi gün Balamir işlədiyi emalatxanaya gələrək həmin avtomobilindəki səsboğucunun içərisindəki kömürün satışından 300 manat pul əldə etdiyini bildirib həmin puldan 100 manatını ona vermişdir. Törətdiyi əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, onlara vurulan ziyanı tam ödədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində qeyd etmişdir ki, «Opel Astra» markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobil bacısı oğlu X6 məxsus olsa da, həmin avtomobili o özü etibarnamə əsasında idarə edir. Həmin avtomobil vasitəsi ilə taksi kimi fəaliyyət göstərməklə pul qazanır. Balamir və Nasibi təxminən on il, Çingizi isə təxminən bir ildir ki, tanıyır, onlarla aralarındakı münasibətlər normaldır. 27 aprel 2021-ci il tarixdə təxminən gecə saat 00:30 radələrində o, tanışları Balamir, Nəsib və Çingizlə birlikdə işlədiyi emalatxanada olan zaman, onlara pul lazım olduğundan «Toyota Prado» markalı avtomobil tapıb onun səsboğucusunu sökərək içərisindəki kömürü oğurlayıb satmaqla pul əldə etmək qərarına gəlmişlər. Bu məqsədlə həmin gün təxminən saat 01 radələrində onun idarə etdiyi «Opel Astra» markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balamirin işlədiyi emalatxanadan çıxaraq münasib «Toyota Prado» markalı avtomobil axtarmağa başlamışlar. Bir qədər hərəkətdə oluqdan sonra, gecə saat təxminən 03 radələrində ünvan 5 ünvanında dayanmış vəziyyətdə olan «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil görmüşlər. Həmin vaxt dördü idarə etdiyi avtomobildən düşüb həmin «Toyota Prado» markalı avtomobilə yaxınlaşmışlar. Həmin vaxt o, Balamir və Çingiz kimsə gəldiyi halda xəbər vermək üçün kənarda dayanmış, Nəsib isə açar vasitəsi ilə avtomobilin altına uzanaraq həmin avtomobilin səsboğucusunu sökmüşdür. Bundan sonra, onlar dördü də onun idarə etdiyi avtomobillə Balamirin işlədiyi emalatxananın yanına gəlmiş və orada «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobildən sökülmüş səsboğucunun içərisindəki kömürü çıxarmışlar. Bundan sonra yenə dördü də onun idarə etdiyi avtomobillə qeyd etdiyi «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlmiş və Nəsib həmin səsboğucunu yenidən avtomobilə bağlamışdır. Səhər saat təxminən 11 radələrində onlar dördü onun idarə etdiyi avtomobillə Babək prospektində yerləşən «Maşın Bazarı»nm yanındakı körpünün yanında yerləşən avtomobillərin səsboğucularının təmiri emalatxanasında getmişlər. Balamir həmin yerdə tanımadığı şəxsə qeyd olunan kömürü 400 (dörd yüz) manata satmışdır. Əldə etdikləri pulu hər birinə 100 manat olmaqla bölmüşlər. Bundan başqa, 04 may 2021-ci il tarixdə gecə saatlarında Nasib və Balamir onun idarə etdiyi «Opel Astra» markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu General Mehmandarov küçəsində yerləşən «Venesiya» şadlıq sarayanın yanından təzə il buraxılışlı «Toyota Prado» markalı avtomobil axtarışına çıxmışlar. Bir qədər idarə etdiyi avtomobillə hərəkətdə olduqdan sonra gecə saat təxminən 03 radələrində Xətai rayonu Məhəmməd Hadi küçəsinə gəlmiş və orada dayanmış vəziyyətdə olan «Toyota Prado» markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil görmüşlər. Bu zaman ilkin olaraq o, avtomobildən düşərək kənar şəxslərin olub-olmamasına baxmış, daha sonra Balamir avtomobildən düşərək həmin «Toyota Prado» markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışdır. Həmin vaxt Nasib avtomobildə oturub kənardan kiminsə gəlib gəlmədiyini müşahidə etmişdir. Balamir «Toyota Prado» markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb onun səsboğucusunu özündə olan açar vasitəsi ilə sökmüş və onun idarə etdiyi avtomobilə gəlmişdir. Daha sonra o, avtomobili idarə edərək həmin ərazidə hərəkətdə olan zaman Balamir həmin səsboğucunu avtomobilin içərisində söküb daxilindəki kömürü çıxarmışdır. O, idarə etdiyi avtomobillə yenidən həmin avtomobilin yanına gəlmiş və Balamir avtomobildən düşüb həmin səsboğucunu «Toyota Prado» markalı, **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə bağlamışdır. Səhər saat təxminən 10 radələrində Balamir onunla birlikdə idarə etdiyi avtomobillə Babək prospektində yerləşən «Maşın Bazarı»nın yanındakı körpünün yanında yerləşən avtomobillərin səsboğucularnın təmiri emalatxanasına getmişlər. Balamir həmin yerdə tanımadığı şəxsə qeyd olunan kömürü 900 (doqquz yüz) manata satmışdır. Əldə edilən pul üç nəfər arasında 300 manat olmaqla bölünmüşdür. Bundan başqa, 06 may 2021-ci il tarixdə gecə saatlarında onun idarə etdiyi «Opel Astra» markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balamir və Nasiblə birlikdə yenə də «Toyota Prado» markalı avtomobilin axtarışına çıxmışlar. Bir qədər idarə etdiyi avtomobillə hərəkətdə olduqdan sonra gecə saat təxminən 02 radələrində Xətai rayonu Aşıq Ələsgər küçəsinə gəlmiş və orada dayanmış vəziyyətdə olan «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil görmüşlər. Bu zaman ilkin olaraq o və Nasib avtomobildən düşərək kənar şəxslərin olubolmamasına baxmış, sonra Balamir avtomobildən düşərək həmin «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışdır. Bundan sonra Balamir «Toyota Prado» markalı, **- XE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb onun səsboğucusunu özündə olan açar vasitəsi ilə sökmüş və onun idarə etdiyi avtomobilə gəlmişdir. O, avtomobili idarə edərək həmin ərazidə hərəkətdə olan zaman Balamir həmin səsboğucunu avtomobilin içərisində söküb daxilindəki kömürü çıxarmışdır. O, idarə etdiyi avtomobillə yenidən həmin avtomobilin yanına gəlmiş və Balamir avtomobildən düşüb həmin səsboğucunu «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilə bağlamışdır. Səhər saat təxminən 11 radələrində Balamir onunla birlikdə idarə etdiyi avtomobillə Babək prospektində yerləşən «Maşın Bazarı»nın yanındakı körpünün yanında yerləşən avtomobillərin səsboğucularının təmiri emalatxanasına getmişlər. Balamir həmin yerdə tanımadığı şəxsə qeyd olunan kömürü 300 (üç yüz) manata satmışdır. Əldə edilən pul məbləği üç nəfər arasında 100 manat olmaqla bölünmüşdür. Törətdiyi əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, onlara vurulan ziyanı tam ödədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində qeyd etmişdir ki, müxtəlif yerlərdən icarəyə avtomobil götürməklə taksi kimi fəaliyyət göstərib pul qazanır. Təqsirləndirilən şəxs1 onun bibisi oğludur, sonuncu köhnə Günəşli qəsəbəsində yerləşən avtomobil təmiri emalatxanasında motorist işləyir. 21 aprel 2021-ci il tarixdə təxminən saat 22 radələrində o, qardaşı Şahid1 ilə birlikdə Balamirin işlədiyi emalatxanaya getmişlər. Belə ki, «Opel Astra» markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikində problem olduğu üçün Balamirin yanına getmişlər. Balamir mühərriki təmir etdikdən sonra Rətam avtomobili ilə məşğul olmuş və o isə Balamirlə birlikdə kənarda dayanan zaman söhbət əsnasında «Toyota Prado» markalı avtomobil tapıb onun səsboğucusunu sökərək içərisindəki kömürü oğurlayıb satmaqla pul əldə etmək qərarına gəlmişlər. Lakin, Rətamin bu məsələdən heç bir xəbəri olmamışdır. Belə ki, o, Rətama yalandan bildirmişdir ki, yaxınlıqda yaşayan müştəridə Balamirə məxsus ehtiyat hissəsi vardır və həmin ehtiyat hissəsini götürməlidir. Bundan sonra o, Rətama məxsus «Opel Astra» markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş və onlar üçü emalatxanadan çıxaraq 22 aprel 2021-ci il tarixdə gecə saat təxminən 02 radələrində ünvan 8 ünvanına getmişlər. Həmin vaxt Rətam avtomobildə oturub onları gözləmişdir. O, isə Balamirlə birlikdə avtomobildən düşmüş və həmin ünvanda dayanmış vəziyyətdə olan «Toyota Prado» markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışlar. Balamir onda olan açarla avtomobilin səsboğucusunu sökmüşdür. Daha sonra onlar ikisi onun idarə etdiyi avtomobillə Balamirin işlədiyi emalatxananın yanına gəlmişlər. Rətam gec olduğu üçün evə getmək qərarına gəlmiş, lakin o, Balamirlə emalatxanada qalmışdır. Rətam getdikdən sonra onlar «Toyota Prado» markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobildən sökdükləri səsboğucunun içərisindəki kömürü çıxarmışlar. O, qardaşı Rətama məxsus idarə etdiyi avtomobillə Balamirlə birlikdə «Toyota Prado» markalı, **-FP-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına qayıtmış və o, həmin səsboğucunu yenidən avtomobilə bağlamışdır. Bundan sonra ikisi yenidən emalatxanaya qayıtmış və o, Rətama məxsus avtomobili Balamirin işlədiyi emalatxanada saxladıqdan sonra hər ikisi yaşadıqları evlərə getmişlər. Səhər saat təxminən 13 radələrində o, Balamirin işlədiyi emalatxanaya getmiş və onlar ikisi hazırda xatırlamadığı taksi avtomobili ilə birlikdə Babək prospektində yerləşən «Maşın Bazarı»nın yanındakı körpünün yanındakı avtomobil səsboğucusunun təmiri emalatxanasına getmişlər və orada Balamirlə birlikdə oğurladıqları kömürü 300 (üç yüz) manata satmışlar. Əldə etdikləri pul məbləğini isə yarı-yarıya, yəni hərəsinə 150 (yüz əlli) manat olmaqla bölmüşlər. Törətdiyi əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, onlara vurulan ziyanı ödədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs5 ona Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində qeyd etmişdir ki, o, «Maşın Bazarı» adlanan yerdə avtomobillərin şüşələrinə plyonka, yəni görməni məhdudlaşdıran lent vurmaqla pul qazanır. Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanısa da, təxminən 6-7 aydır ki, yaxın münasibətləri vardır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Balamirə görə tanımış, sonuncularla da münsibətləri yaxşıdır. 27 aprel 2021-ci il tarixdə təxminən gecə saat 00:30 radələrində o, tanışları Balamir, Nəsib və Zülfü ilə birlikdə Balamirin işlədiyi emalatxanada olan zaman, pul lazım olduğundan «Toyota Prado» markalı avtomobil tapıb onun səsboğucusunu sökərək içərisindəki kömürü oğurlayıb satmaqla pul əldə etmək qərarına gəlmişlər. Bu məqsədlə həmin gün təxminən saat 01 radələrində Zülfünün idarə etdiyi «Opel Astra» markalı, **-SH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Balamirin işlədiyi emalatxanadan çıxaraq münasib «Toyota Prado» markalı avtomobil axtarmağa başlamışlar. Bir qədər hərəkətdə olduqdan sonra gecə saat təxminən 03 radələrində ünvan 5 ünvanında dayanmış vəziyyətdə olan «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobil görmüşlər. Həmin vaxt Zülfünün idarə etdiyi avtomobildən düşüb həmin «Toyota Prado» markalı avtomobilə yaxınlaşmışlar. O, Zülfü və Balamir kimsə gəldiyi halda xəbər vermək üçün kənarda dayanmış, Nəsib isə açar vasitəsi ilə avtomobilin altına uzanaraq həmin avtomobilin səsboğucusunu sökmüşdür. Onlar Zülfünün idarə etdiyi avtomobillə Balamirin işlədiyi emalatxananın yanına gəlmişlər və orada «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobildən sökdükləri səsboğucunun içərisindəki kömürü çıxarmışlar. Sonra Zülfünün idarə etdiyi avtomobillə qeyd etdiyi «Toyota Prado» markalı, **- XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gəlmişlər və Nəsib həmin səsboğucunu yenidən avtomobilə bağlamışdır. Səhər saat təxminən 11 radələrində Zülfünün idarə etdiyi avtomobillə Babək prospektində yerləşən «Maşın Bazarı»nın yanındakı körpünün yanında yerləşən avtomobillərin səsboğucularının təmiri emalatxanasına getmişlər və Balamir həmin kömürü 400 (dörd yüz) manata satdığını bildirmiş və əldə edilən pul məbləği hər birinə 100 manat olmaqla bölünmüşdür. Törətdiyi əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərlə barışdığını, onlara vurulan ziyanı ödədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, «X17 Prado» markalı **-XE-*** dövlət qeydiyyat nömrəli avtomobil özünə məxsusdur. 26 aprel 2021-ci il tarixdə təxminən saat 20 radələrində idarə etdiyi «X17 Prado» markalı **-XE-*** dövlət qeydiyyat nömrəli avtomobillə yaşadığı ünvan 5 ünvanına gəlmiş və avtomobili binanın qarşısında saxlayaraq yaşadığı mənzilə getmişdir. 27 aprel 2021-ci il tarixdə təxminən saat 08:30 radələrində yaşadığı mənzildən çıxaraq, şəxsi işlərini görmək üçün getmək məqsədi ilə idarə etdiyi «X17 Prado» markalı **-XE-*** dövlət qeydiyyat nömrəli avtomobilə əyləşmiş və mühərriki işə salan zaman güclü səs eşitmişdir. Bu zaman avtomobilin nasaz olmasını görüb ustaya göstərmək üçün Babək prospektində yerləşən «Dədəmin» servisinə getmişdir. Həmin vaxt ona məlum olmuşdur ki, idarə etdiyi avtomobilin səsboğucusunun katalizatoru oğurlanmışdır. Avtomobilin səsboğucusunun katalizatoru oğurlandığına əmin olduqdan sonra DİN-in 102 XZM-ə zəng edərək məlumat vermiş və Xətai RPİ-nin 36-cı PB-yə ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş zərər tam olaraq ödənilmişdir, o, təqsirləndirilən şəxslərlə barışmışdır. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində qeyd etmişdir ki, «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nömrəli avtomobil ona məxsusdur. 05 may 2021-ci il tarixdə təxminən saat 17 radələrində idarə etdiyi «Toyota Prado» markalı, **-XE-*** dövlət qeydiyyat nömrəli avtomobillə yaşadığı ünvan 7 ünvanına gəlmiş və avtomobili binanın qarşısında saxlayaraq yaşadığı mənzilə getmişdir. 06 may 2021-ci il tarixdə təxminən saat 09:30 radələrində yaşadığı mənzildən çıxaraq, şəxsi işlərini görmək üçün getmək məqsədi ilə idarə etdiyi «Toyota Prado» markalı **-XE-*** dövlət qeydiyyat nömrəli avtomobilə əyləşmiş və mühərriki işə salan zaman ona məlum olmuşdur ki, idarə etdiyi avtomobilin səsboğucusunun katalizatoru oğurlanmışdır. Avtomobilin səsboğucusunun katalizatoru oğurlandığına əmin olduqdan Azərbaycan Respublikası DİN-in 102 XZM-ə məlumat vermiş, daha sonra isə Xətai RPİ-nin 36-cı PB-yə ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş zərər tam olaraq ödənilmişdir, o, təqsirləndirilən şəxslərlə barışmışdır. Təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, səhhəti ilə bağlı məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, ona dəymiş zərərin ödənilməsini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, müdafiə tərəfi zərərçəkmiş şəxsin dəvət edilib dindirilməsini tələb etməmiş, zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, «X17 Prado» markalı **-FP-*** dövlət qeydiyyat nömrəli avtomobil ona məxsusdur. 21 aprel 2021-ci il tarixdə təxminən saat 23 radələrində idarə etdiyi «X17 Prado» markalı **-FP-*** dövlət qeydiyyat nömrəli avtomobillə yaşadığı ünvan 4 ünvanına gəlmiş və avtomobili binanın qarşısında saxlayaraq yaşadığı mənzilə getmişdir. 22 aprel 2021-ci il tarixdə təxminən saat 12 radələrində yaşadığı mənzildən çıxaraq, şəxsi işlərimi görmək üçün getmək məqsədi ilə idarə etdiyi «X17 Prado» markalı **-FP-*** dövlət qeydiyyat nömrəli avtomobilə əyləşmiş və mühərriki işə salan zaman ona məlum olmuşdur ki, idarə etdiyi avtomobilin səsboğucusunun katalizatoru oğurlanmışdır. Daha sonra avtomobilin səsboğucusunun katalizatoru oğurlandığına əmin olduqdan sonra Xətai RPİ-nin 36-cı PB-yə ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 3070 (üç min yetmiş) manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, ona dəymiş zərərin ödənilməsini, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını bildirmiş, müdafiə tərəfi zərərçəkmiş şəxsin dəvət edilib dindirilməsini tələb etməmiş, zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, 03 may 2021-ci il tarixdə təxminən saat 16 radələrində idarə etdiyi «X17 Prado» markalı **-SZ-*** dövlət qeydiyyat nömrəli avtomobillə yaşadığı ünvan 6 ünvanına gəlmiş və avtomobili binanın qarşısında saxlayaraq yaşadığı mənzilə getmişdir. 04 may 2021-ci il tarixdə təxminən saat 15 radələrində yaşadığı mənzildən çıxaraq şəxsi işlərini görmək üçün getmək məqsədi ilə idarə etdiyi «X17 Prado» markalı **-SZ-*** dövlət qeydiyyat nömrəli avtomobilə əyləşmiş və mühərriki işə salan zaman güclü səs eşitmişdir. Bu zaman avtomobilin nasaz olmasını görüb baxış keçirən zaman ona məlum olmuşdur ki, avtomobilin səsboğucusunun katalizatoru oğurlanmışdır. Bundan sonra hadisə ilə əlaqədar DİN-in 102 XZM-ə zəng edərək məlumat vermiş və ərizə ilə Xətai RPİ-nin 36-cı PB-yə ərizə ilə müraciət etmişdir. Avtomobil atasına məxsus olsa da, həmin avtomobili etibaranmə əsasında ona vermiş, avtomobili özü idarə edir və bu səbəbdən də maddi ziyan ona dəymişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 3.000 (üç min) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində qeyd etmişdir ki, müxtəlif yerlərdən icarəyə avtomobil götürməklə taksi kimi fəaliyyət göstərib pul qazanır. Təqsirləndirilən şəxs1 onun bibisi oğludur, sonuncu köhnə Günəşli qəsəbəsində yerləşən avtomobil təmiri emalatxanasında motorist işləyir. 21 aprel 2021-ci il tarixdə təxminən saat 22 radələrində o, qardaşı Təqsirləndirilən şəxs4 ilə birlikdə Balamirin işlədiyi emalatxanaya getmişlər. Belə ki, «Opel Astra» markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikində problem olduğu üçün Balamirin yanına getmişlər. Balamir mühərriki təmir etdikdən sonra, o avtomobillə məşğul olmuşdur. Bir neçə dəqiqə sonra Balamir ona bildirmişdir ki, yaxınlıqda yaşayan müştəridə ona məxsus ehtiyat hissəsi vardır və həmin ehtiyat hissəsini götürməlidir. O, razılıq verdikdən sonra Əfqan ona məxsus «Opel Astra» markalı, **- ST-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş və onlar üçü emalatxanadan çıxaraq 22 aprel 2021-ci il tarixdə gecə saat təxminən 02 radələrində ünvan 8 ünvanına gəlmişlər. Həmin vaxt Əfqan və Balamir avtomobildən düşmüş, o isə avtomobildə oturub sonuncuları gözləmişdir. Bir neçə dəqiqədən sonra Əfqan və Balamir avtomobil səsboğucusu ilə birlikdə avtomobilə qayıtmışlar. Bundan sonra onlar yenidən ona məxsus avtomobillə Balamirin işlədiyi emalatxanaya qayıtmışlar. Həmin vaxt gec olduğu üçün ona məxsus avtomobil emalatxanada qalmış, o, taksi vasitəsi ilə yaşadığı evə getmiş, Əfqan isə Balamirlə birlikdə emalatxanada qalmışdır. Daha sonra qardaşı Əfqan polis əməkdaşları tərəfindən tutulan zaman ona məlum olmuşdur ki, həmin gün onlar «Toyota Prado» markalı avtomobilin səsboğucusunu sökərək oğurlamışlar. Onun həmin oğurluq cinayətindən heç bir məlumatı olmamış, həmin vaxt o, avtomobildə oturaraq Əfqan və Balamirin gəlmələrini gözləmişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu gəlməmiş, müdafiə tərəfi şahidin dəvət edilib dindirilməsini tələb etməmiş, şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, özü müxtəlif işlər görməklə pul qazanır. Həmin işlərdən biri də vətəndaşlara məxsus avtomobillərin səsboğucularının və onların daxilindəki kömürün alqı-satqısı ilə məşğul olmaqdır. Belə ki, həmin şəxslər özlərinə məxsus avtomobillə ona müraciət etdikdə, ya özü, ya da tanıdığı digər bir yoldaşı vasitəsi ilə həmin səsboğucuların və onların daxilindəki kömürün alqı-satqısı ilə məşğul olaraq pul qazanır. Balamiri tanıyır, belə ki, hamı onu «Ağa» kimi tanıyır. Bundan əlavə Balamiri tanıyan hər kəs onu avtomobil mühərriklərinin ustası kimi tanıyır. Bir neçə dəfə Balamir onun yanına gələrək, «Toyota Prado» markalı avtomobilin səsboğucusunun kömürünü satmışdır. O, Balamirdən bu barədə soruşduqda, sonuncu ona bildirmişdir ki, həmin kömürlər onun yanına gəlmiş nasaz «Toyota Prado» markalı avtomobillərin səsboğucularının içərisindəki kömürdü və bu barədə avtomobilin sahibinin məlumatı vardır. O, Balamiri usta kimi tanıdığı üçün sonuncunun sözlərinə inanmış və ona satdığı «Toyota Prado» markalı avtomobillərin səsboğucularının içərisindəki kömürü müxtəlif vaxtlarda, müxtəlif qiymətlə almışdır. O, bunun müqabilində Balamirə ümumilikdə 2800 manat məbləğində pul vermişdir. O, ümumiyyətlə özünə məxsus olmayan avtomobillərin sürücülərindən və ya kənar şəxslərdən hər hansı səsboğucu və onun daxilindəki kömürün alqı-satqısı ilə məşğul olmamışdır. Bundan əlavə həmin şəxslər əgər ona hər hansı avtomobilin səsboğucusunu və onun daxilindəki kömürü satan zaman oğurluq olduğunu bildirsəydilər o, heç vaxt onları almazdı. Belə ki, bu əməlin cinayət olmasını bilir. Bu səbəbdən də o, heç vaxt bu cür hərəkətlərə yol verməmiş və verməz də. O, ümumiyyətlə kənar şəxslərdən kömür alanda hansı avtomobilə aid olması barədə sənəd tələb edir. Lakin Balamiri usta kimi tanıdığından və sonuncuya inandığı üçün ondan bu barədə hər hansı sənəd tələb etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə 07 may 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddəsi ilə ********* №-li cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır ( İ cild, i.v. 1); ifadənin yerinə yoxlanması haqqında 07 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılmışdır. Təqsirləndirilən şəxs1 istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək baş vermiş hadisələrin yerini göstərib, hadisələrin necə baş verməsini əyani şəkildə təsvir etmişdir. İstintaq hərəkəti zamanı çəkilən fotoşəkillər iş materiallarına əlavə edilmişdir ( İ cild, i.v.56-61); ifadənin yerinə yoxlanması haqqında 07 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi ifadəsinin əyani surətdə düzgünlüyünü müəyyən etmək məqsədilə onun ifadəsi yerində yoxlanılmışdır. O, istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək baş vermiş hadisələrin yerini göstərib, hadisələrin necə baş verməsini əyani şəkildə təsvir etmişdir. İstintaq hərəkəti zamanı çəkilən fotoşəkillər iş materiallarına əlavə edilmişdir ( İ cild, i.v.62-66); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 07 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində 07 may 2021-ci il tarixdə, saat 19:40-da tutumuşdur ( İ cild, i.v. 75); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 07 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində 07 may 2021-ci il tarixdə, saat 22:00-da tutumuşdur ( İ cild, i.v. 92); ifadənin yerinə yoxlanması haqqında 08 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istintaq zamanı verdiyi ifadəsinin əyani surətdə düzgünlüyünü müəyyən etmək məqsədilə onun ifadəsi yerində yoxlanılmışdır. O, istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək baş vermiş hadisələrin yerini göstərib, hadisələrin necə baş verməsini əyani şəkildə təsvir etmişdir ( İ cild, i.v.122-124); ifadənin yerinə yoxlanması haqqında 08 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 istintaq zamanı verdiyi ifadəsinin əyani surətdə düzgünlüyünü müəyyən etmək məqsədilə onun ifadəsi yerində yoxlanılmışdır. O, istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək baş vermiş hadisələrin yerini göstərib, hadisələrin necə baş verməsini əyani şəkildə təsvir etmişdir ( İ cild, i.v.126-127); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 08 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində 08 may 2021-ci il tarixdə saat 16:20-də tutumuşdur ( İ cild, i.v. 137); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 08 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində 08 may 2021-ci il tarixdə, saat 18:25-də tutumuşdur ( İ cild, i.v. 153); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 09 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 iş üzrə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir ( İ cild, i.v. 161-162); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 09 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 iş üzrə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir ( İ cild, i.v. 173); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-184/2021 saylı, 09.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbsdə olma müddətinin əvvəli 07 may 2021-ci il tarixdən hesablanmışdır ( İ cild, i.v. 197-201); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-183/2021 saylı, 09.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbsdə olma müddətinin əvvəli 07 may 2021-ci il tarixdən hesablanmışdır ( İ cild, i.v. 202-206); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 10 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 iş üzrə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir ( İ cild, i.v. 210); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 10 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 iş üzrə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir ( İ cild, i.v. 220); qətimkan tədbiri seçilməsi barədə 10 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir ( İ cild, i.v. 244); qətimkan tədbiri seçilməsi barədə 10 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir ( İ cild, i.v. 246); zərərçəkmiş şəxs qismində tanıma haqqında 11 may 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır ( İİ cild, i.v. 3); zərərçəkmiş şəxs qismində tanıma haqqında 13 may 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır ( İİ cild, i.v. 16); zərərçəkmiş şəxs qismində tanıma haqqında 15 may 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır ( İİ cild, i.v. 25); zərərçəkmiş şəxs qismində tanıma haqqında 15 may 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır ( İİ cild, i.v. 32); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamənin 24.05.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 Mehralı oğlunun məhkumluğu barədə məlumat yoxdur (İİ cild, i.v. 39-40); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamənin 24.05.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 Telman oğlunun məhkumluğu barədə məlumat yoxdur (İİ cild, i.v. 41); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamənin 24.05.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs3 Hərbi Dəniz Qüvvələrinin Hərbi Tribunalının 08.06.1998-ci il tarixli hökmü ilə CM-in 93-4-cü maddəsinin 2-ci hissəsi, 23-1-ci maddəsində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək 3 il əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum edilmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 06.04.2006-cı il tarixli hökmü ilə CM-in 180.2.1, 180.2.2, 32.5, 311.3.2, 32.5, 311.3.4, 330.2.1, 332.2.1, 332.2.3-cü maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 18.03.2009-cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 17.03.2009-cu il tarixli amnistiya qərarına əsasən azad edilmişdir (İİ cild, i.v. 42-43); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamənin 24.05.2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs4 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30.07.2015-ci il tarixli hökmünə əsasən CM-in 263-1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20.07.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya qərarının 1.2-ci bəndinə əsasən cəzanın qalan hissəsindən azad edilmişdir (İİ cild, i.v. 44-45); Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-305/2015 saylı, 30 iyul 2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib barəsində 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmişdir ( İİ cild, i.v. 46-50); Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 06 aprel 2006-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 180.2.1, 180.2.2, 32.5, 311.3.2, 32.5, 311.3.4, 330.1, 330.2.1, 332.2.1, 332.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 180.2.1, 180.2.2-ci maddəsi ilə barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla əmlakı müsadirə olunmamaqla 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 330.2.1-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 32.5, 311.3.2, 32.5, 311.3.4-cü maddəsi ilə barəsində CM-in 62-ci maddəsi tətbiq olunmaqla əmlakı müsadirə olunmamaqla 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 330.1 maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 332.2.1, 332.2.3 maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs3 qəti olaraq əmlakı müsadirə olunmamaqla 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli 14 iyul 2005-ci il tarixdən hesablanması hökm edilmişdir ( İİ cild, i.v. 51-91); Azərbaycan Respublikası Bakı şəhəri İcra hakimiyyəti Başçısının Aparatı Mənzil Kommunal Təsərrüfat Departamentinin 1 saylı Xüsusi təyinatlı Mənzil Kommunal Təsəüürfat Birliyinin 122 saylı Mənzil Kommunal İstismar Sahəsinin 236 nömrəli, 01.06.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Mehralı oğlu həqiqətən də M.Rüstəmov küçəsi 4/6 saylı evin 412 saylı mənzilində qeydiyyatsız yaşayır ( İİ cild, i.v. 92); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 10 iyun 2021-ci il tarixli qərardan görünür ki, Guseinovı Chıngız iş üzrə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir ( İİ cild, i.v. 108); Guseinovı Chıngızn ifadəsinin yerində yoxlanması haqqında 10 iyun 2021-ci il tarixli protokoldan görünür ki, o, 27 aprel 2021-ci il tarixdə təxminən gecə saat 00:30 radələrində tanışları Balamir, Nəsib və Zülfü ilə birlikdə pul əldə etmək məqsədilə “Toyota Prado” markalı avtomobil tapıb onun səsboğucusunu sökmək qərarına gəldiklərini, həmin gün ** XE *** dövlət qeydiyyat nişanlı, “Toyota Prado” markalı avtomobilin səsboğucusunu söküb içərisindəki kömürü çıxardıqlarını, həmin kömürü 400 manata satdıqlarını və əldə edilən pulu hər birinə 100 manat olmaqla böldüklərini bildirmiş, hadisə yerini göstərmiş və bu barədə protokol tərtib edilib fotoşəkillər çəkilərək cinayət işinə əlavə olunmuşdur ( İİ cild, i.v. 118-119); qətimkan tədbirinin seçilməsi barədə 10 iyun 2021-ci il tarixli qərardan görünür ki, Guseinovı Chıngız barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir ( İİ cild, i.v. 121); Zərərçəkmiş şəxs1 Xətai Rayon Polis İdarəsinə ünvanlanan 23.06.2021-ci il tarixli ərizəsindən görünür ki, ** FP *** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin katalizatorunun oğurlanması nəticəsində ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Odur ki, onun bununla bağlı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4a qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur ( İİ cild, i.v. 125); Zərərçəkmiş şəxs2 Xətai Rayon Polis İdarəsinə ünvanlanan 23.06.2021-ci il tarixli ərizəsindən görünür ki, ** XE *** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin katalizatorunun oğurlanması nəticəsində ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Odur ki, onun bununla bağlı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Guseinovı Chıngızə qarşı heç bir şikayət və tələbi yoxdur ( İİ cild, i.v. 126); Zərərçəkmiş şəxs3 Xətai Rayon Polis İdarəsinə ünvanlanan 23.06.2021-ci il tarixli ərizəsindən görünür ki, ** SZ *** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin katalizatorunun oğurlanması nəticəsində ona dəymiş 3000.00 (üç min) manat məbləğində maddi ziyandan 1000 (bir min) manatı Təqsirləndirilən şəxs1 və 1000 (bir min) manatı isə Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmişdir. Odur ki, onun Mamedov Balamir və Osmanovı Nəsibə qarşı heç bir iddia və şikayəti yoxdur ( İİ cild, i.v. 127); Zərərçəkmiş şəxs4 Xətai Rayon Polis İdarəsinə ünvanlanan 23.06.2021-ci il tarixli ərizəsindən görünür ki, ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilin katalizatorunun oğurlanması nəticəsində ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Nasib Osmanovu tərəfindən tam olaraq ödənilmişdir. Odur ki, onun bununla bağlı hər hansı şikayət və tələbi yoxdur ( İİ cild, i.v. 128); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamənin 23.06.2021-ci il tarixli cavabından görünür ki, X1 məhkumluğu barədə məlumat yoxdur (İİ cild, i.v. 139); Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 94 saylı Mənzil Kommunal İstismar sahəsinin 437 nömrəli, 23.07.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 Gen. Mehmandarov küçəsi 243 saylı uşaq bağçasında Füzuli rayonundan məcburi köçkün kimi qeydiyyatsız yaşayır ( İİ cild, i.v. 140); Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 94 saylı Mənzil Kommunal İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs3 Füzuli şəhərindən məcburi köçkün kimi Xətai rayonu 94 saylı MKİS-in ərazisində yerləşən 243 saylı uşaq bağçasında məskunlaşmışdır. Onun barəsində 94 saylı MKİS-nə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır ( İİ cild, i.v. 141); Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Bakı şəəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 141 saylı Mənzil Kommunal İstismar sahəsinin 524 nömrəli, 22.07.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs4 həqiqətən də Q.Qarayev küçəsi ev 1/10 mənzil 6-da qeydiyyatdadır və yaşayır ( İİ cild, i.v. 142); Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Bakı şəəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 141 saylı Mənzil Kommunal İstismar sahəsinin 523 nömrəli, 22.07.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs4 ünvan 10 ünvanında 26.04.2006-cı il tarixdən qeydiyyatdadır. Qeydiyyatda olduğu müddətdə onun haqqında nə sakinlər, nə də inzibati orqanlar tərəfindən 141 saylı Mənzil Kommunal İstismar Sahəsinə heç bir şikayət daxil olmayıb. MKİS-in işçilərinin və qonşularının rəğbətini qazanmışdır ( İİ cild, i.v. 143); sübutların qiymətləndirilməsi barədə 05 iyul 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 isə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuş, Guseinovı Chıngızə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış və iş üzrə təqsirləndirilən şəxslər barəsində seçilmiş qətimkan tədbirləri nəzərə alınmış, iş üzrə Şahid1 əməlində Azəbaycan Respublikası CM-in 177.2.1-ci maddəsinin tərkib əlamətləri müəyyən olunmadığından onun barəsində həmin maddə ilə cinayət təqibi üzrə icraata xitam verilmiş, iş üzrə Şahid2 əməlində Azəbaycan Respublikası CM-in 194.1-ci maddəsinin tərkib əlamətləri müəyyən olunmadığından onun barəsində həmin maddə ilə cinayət təqibi üzrə icraata xitam verilmiş, iş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyan onun özünün qeyd etdiyi kimi - 3.070 (üç min yetmiş) manat, Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyan onun özünün qeyd etdiyi kimi - 2.000 (iki min) manat, Zərərçəkmiş şəxs3 dəymiş maddi ziyan onun özünün qeyd etdiyi kimi - 3 000 (üç min) manat və Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyan onun özünün qeyd etdiyi kimi - 2.000 (iki min) manat məbləğində qəbul edilmiş, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Guseinovı Chıngızın ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, şahidlər Şahid1, Şahid2 ifadələri, üzləşdirmədə dindirmə protokolları, hadisə yerlərinə baxış keçirilməsi, ifadələrin yerində yoxlanılması barədə protokolları iş üzrə sübut kimi qiymətləndirilmiş, cinayət işinin bəzi materiallarında iş üzrə Zərərçəkmiş şəxs2 adı «İmaməddin», Zərərçəkmiş şəxs1 məxsus «Toyota Prado» markalı avtomobilin dövlət qeydiyyat nişanı isə «**-FP-***» kimi qəbul edilmişdir ( İİ cild, i.v. 144-157); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 07 iyul 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir ( İİ cild, i.v. 165); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 07 iyul 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir ( İİ cild, i.v. 175); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 08 iyul 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir ( İİ cild, i.v. 187-188); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 08 iyul 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir ( İİ cild, i.v. 201); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-324/2021-ci il tarixli, 05.08.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs2 (X4) həbsdə saxlanılma müddəti 15 (on beş) gün olmaqla 03 (üç) ay 15 (on beş) gün müddətinə, yəni 22 avqust 2021-ci il tarixədək uzadılmışır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-323/2021-ci il tarixli, 06.08.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 15 (on beş) gün olmaqla 3 (üç) ay 15 (on beş) gün müddətinə, yəni 22 avqust 2021-ci il tarixədək uzadılmışır. doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində 2011-ci il təvəllüdlü Qaməddin, 2013-cü il təvəllüdlü Mədinə adlı iki azyaşlı övladı var. doğum haqqında şəhadətnamədən görünür ki, Guseinovı Chıngızın himayəsində 2010-cu il təvəllüdlü Aylin və 2014-cü il təvəllüdlü Xəqani adlı iki azyaşlı övladı var. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Guseinovı Chıngız tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Guseinovı Chıngızin törətdiyi əməllər Cinayət Məcəlləsinin onlara elan edilmiş müvafiq maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.3-cü maddəsinə görə, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52- 1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.6-cı maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın— ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 52-1.6-cı maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. 62.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 (Təqsirləndirilən şəxs1 Mehralı oğlu) törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2) zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi (CM 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 (Təqsirləndirilən şəxs1 Mehralı oğlu) cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Osmanovi Nasibin (X7) törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, gənc olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini (CM-59.2), zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi (CM 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Osmanovi Nasibin (X7) cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, məcburi köçkün olmasını (CM-59.2), himayəsində iki azyaşlı uşağının olmasını (CM-59.1.4) zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi (CM 59.1.13), nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs4 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi (CM 59.1.13), nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Guseinovı Chıngızın (X3) törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində iki azyaşlı uşağının olmasını (CM-59.1.4) zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini (CM 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi (CM 59.1.13), nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Guseinovı Chıngızın (X3) cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 (X2) CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş alternativ cəza növlərindən daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli, barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 (X8) CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş alternativ cəza növlərindən daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli, barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs3 CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında yerləşən 243 saylı bağça ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs3 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs4 CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs4 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs4 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Guseinovı Chıngızə (X3) cəza təyini ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarının 2-ci bəndində “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilmişdir. 2.2. Qərarın 3-cü bəndinin 3-cü abzası aşağıdakı redaksiyada (3-cü və 4-cü abzaslar şəklində) verilsin: Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilməyən şəxslər kateqoriyasına aid olması özü-özlüyündə ona maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza növünün təyin edilməsi üçün əsas ola bilməz. Maddənin sanksiyasında azadlığın məhdudlaşdırılmasından daha yüngül cəza növü nəzərdə tutulmadıqda, müəyyən olunmuş hallar isə təqsirləndirilən şəxsə daha ağır növ cəzanın təyin edilməsinə əsas vermədikdə, həmin hallar cəzanın Cinayət Məcəlləsinin 62-ci maddəsinə müvafiq olaraq, yəni Cinayət Məcəlləsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsinə əsas verən müstəsna hallar kimi qiymətləndirilə bilər.” Məhkəmə, təqsirləndirilən şəxs Guseinovı Chingizın (X3) əməlindəki cəzanı yüngülləşdirən bütün halların məcmusunu, yəni təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı övladının olmasını, törətdiyi cinayət əməlini etiraf edərək həmin əməldən səmimi peşman olmasını, həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarındakı mövqeyini, Guseinovı Chingizın əcnəbi olmasını və bu səbəbdən ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilə bilinməməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar kimi qəbul edir və qiymətləndirir. Bu səbəbdən məhkəmə hesab edir ki, Guseinovı Chingizə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməli və onun təqsirli bilindiyi maddənin sanskiyasında müəyyən ediləndən daha yüngül cəza növü – cərimə növündə cəza təyin edilməlidir. Məhkəmə, Cinayət Məcəlləsinin 62-ci maddəsini təqsirləndirilən şəxsə tətbiq edilməsinin məqbul sayarkən ilk növbədə onun əməlində çoxsaylı cəzanı yüngülləşdirən halların məcmusunu, Guseinovı Chingizın əcnəbi olmasını və bu səbəbdən ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilə bilinməməsini əsas tutmuşdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində çoxsaylı cəzanı yüngülləşdirən halların məcmusunun, Guseinovı Chingizın əcnəbi olmasının və bu səbəbdən ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilə bilinməməsinin təqsirləndirilən şəxsə cəza təyini zamanı nəzərə alınmaması ədalətli sayıla bilməz. Belə ki, eyni əməli törətmiş digər təqsirləndirilən şəxslərə (Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4) azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, əcnəbi olması və bu səbəbdən ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilə bilinməməsi nəzərə alınmaqla şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə zidd olardı. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ağır cəzanın təyin edilməsi onun islah edilməsinə xidmət edə bilməz. Təqsirləndirilən şəxsə elə bir cəza təyin edilməlidir ki, o, həmin cəzanı çəkdikdən sonra normal cəmiyyətə qayıdaraq inteqrasiya edə bilsin və öz yararlığını cəmiyyətə tətbiq edə bilsin. Guseinovı Chingizə onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun özünü və ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər, habelə onun normal bir şəxs kimi cəmiyyətə inteqrasiya etməsinə maneə ola bilər. Bu kimi hallar isə məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə təqsirləndirilən şəxs Guseinovı Chıngız (X3) CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, yuxarıda qeyd olunan hallar nəzərə alınaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi maddənin sanskiyasında müəyyən ediləndən daha yüngül cəza növü – cərimə cəzası cəzası təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə məsrəfi, xüsusi müsadirə ediləcək əmlak və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 (X2) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 07 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 (X2) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 (X8) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 07 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 (X8) barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 08 may 2021-ci il tarixdən 10 may 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 1 ünvanında yerləşən 243 saylı bağça ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs3 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 08 may 2021-ci il tarixdən 10 may 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs4 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Guseinovı Chingiz (X3) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 3000 (üç min) manat məbləğində cərimə cəzası təyin edilsin. Guseinovı Chingiz (X3) barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-383/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-383/2021
04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver