Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-383/2022 09.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Ağsu rayonu Sarvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2a yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 03 aprel 2022-ci il tarixdə saat 12 radələrində “B1.B.C1.C” kateqoriyalı, BD seriyalı 002276 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “X2” oğluna məxsus texniki cəhətdən saz vəziyyətdə olan, tünd boz metallik rəngli “Toyota Prius” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə üzü Ceyhun Həsənov küçəsi istiqamətində saatda təxminən 50- 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlərini görməli olduğu halda, qanunun tələbinə əməl etməyərək, idarə etdiyi avtomobillə ünvan 3 ünvanında yerləşən “EM KİDS” mağazasının qarşısında hərəkətdə olduğu yolu sağdan sol tərəfə doğru adi yerişlə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin sol yan hissəsi ilə vurub, ehtiyatsızlıqdan ona müştərək, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol əng sümüyünün, sol almacıq sümüyünün yerdəyişməyən xətti sınığı, solda mil sümüyünün tipik yerinin yerdəyişməyən sınığı, sağda İ falanqanın yerdəyişməyən kənarı qopmuş sınığı, sağ əlin baş barmağı nahiyəsində əzilmiş yara, başın sol alın nahiyəsində şişkinlik, sol alın nahiyəsində sıyrıq və dərialtı hematoma, sol bilək nahiyəsində şişkinlik, sağ əlin baş barmağında şişkinlik, hematoma və sol diz nahiyəsinin dərialtı hematoması ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olsa da, Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi ev 107A ünvanında yaşayır. Hazırda rəsmi olaraq heç bir yerdə işləməsə də, “Toyota Prius” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında icarəyə götürüb “Uber” taksi şirkətinə qoşularaq taksi kimi fəaliyyət göstərmişdir. Həmin avtomobil X1 məxsusdur və Kənan avtomobili idarə etmək üçün ona etibarnamə vermişdir. O da “Toyota Prius” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilli etibarnamə əsasında, BD002276 seriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. 03 aprel 2022-ci il tarixdə saat 12 radələrində idarə etdiyi “Toyota Prius” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ilə üzü Ceyhun Həsənov küçəsi istiqamətində saatda 50-60 km sürətlə hərəkət etmişdir. ünvan 3 ünvanında yerləşən “EM KİDS” mağazasının qarşısında hərəkətdə olduğu yolda qırmızı rəngli “Vaz 2106” markalı avtomobilin dayandığını görmüşdür. Buna görə də o, “Vaz 2106” markalı avtomobilin yanından keçib getmək üçün idarə etdiyi “Toyota Prius” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks yola çıxaraq ötmə əməliyyatı etmək istəmişdir, həmin vaxt adını sonradan öyrəndiyi piyada Zərərçəkmiş şəxs qarşısına çıxmışdır. olduğunu hərəkətdə olduğu yolun sağ tərəfindən sol tərəfinə keçmək üçün “Vaz 2106” markalı avtomobilin ön hissəsində hərəkətdə olduğu yola çıxmışdır. İdarə etdiyi “Toyota Prius” markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi həmin piyadaya dəymiş və piyada yerə yıxılmışdır. O, tez avtomobili saxlayıb yerə düşərək Xaləddinə yaxınlaşıb sonuncuya kömək edərək yerdən qaldırmış və idarə etdiyi avtomobilə qoyaraq Neyrocərrahiyyə xəstəxanasına aparmışdır. Orada həkimlər tərəfindən Xaləddin müayinə olunaraq tibbi yardım göstərilmişdir. Bundan sonra polis əməkdaşları xəstəxanaya gəlmiş və o, polis əməkdaşlarına hadisə barədə məlumat vermişdir. İdarə etdiyi avtomobillə vurub xəsarət yetirdiyi Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Hadisə baş verən zaman avtomobili təxminən 50-60 km sürətlə idarə etmişdir. Maddi vəziyyəti aşağı olduğundan piyadanın müalicəsinə köməklik edə bilməmişdir. Törətdiyi əməli səmimi olaraq etiraf etdiyini nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün səmimi etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 03 aprel 2022-ci il tarixdə saat təxminən 11:45 radələrində yaşadığı ünvan 5 ünvanın qarşısında hərəkətdə olan zaman yolu əks tərəfə keçmək istəmişdir, həmin vaxt “VAZ2106” markalı avtomobil dayanaraq yolu keçməyinə şərait yaratmışdır. O da bunu gördükdən sonra yolu keçmək istəmişdir. Daha sonra sol tərəfinə diqqət etdikdə “Prius” markalı boz rəngli avtomobil “VAZ2106” markalı maşının sol tərəfdən ötmə əməliyyat etmə anında onu, avtomobilin qabaq hissəsi ilə sol nahiyəsindən vurmuşdur. “Prius” markalı avtomobil onu vurduqda artıq o, özünü səkiyə tərəf atmışdır. Zərbənin təsirindən yerə yıxılmışdır. Həmin zərbə nəticəsində müxtəlif bədən, qol və baş nahiyələrindən xəsarətlər almışdır. Həmin hadisə baş verdiyi andan təxminən yarım saat ərzində özündə olmamışdır. “Prius” markalı avtomobilin sürücüsü avtomobildən yerə düşərək orda olan şəxslərin köməkliyi ilə onu maşına əyləşdirmişdir. Qısa müddət keçdikdən sonra oğlu Rəşad dərhal onların olduğu yerə gəlmiş və onu 1 saylı KTM xəstəxanasına aparmışdır. Xəstəxanaya çatdıqdan sonra həmin gün heç bir hadisəni xatırlamamışdır. Ona ümumilikdə həkim müayinələri, stasionar xərclər, dərmanlar üçün 3000 manat məbləğdə ziyan dəymişdir. Ona heç bir məbləğdə ziyanın qarşılığını ödəməmişdir. Odur ki, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu nəzərə alaraq cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji Mərkəzi» Publik Hüquqi şəxsin 03 aprel 2022-ci il tarixli 2/6539 №-li sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs ayıq olması müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2022-ci il tarixli 8/975 №-li rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən «Toyota Prius» minik markalı **-VY-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «MTE və PA» ETT Birliyinin məhkəmə-tibbi ekspertizası üzrə 21 may 2022-ci il tarixli 516 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs - müştərək, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol əng sümüyünün, sol almacıq sümüyünün yerdəyişməyən xətti sınığı, solda mil sümüyünün tipik yerinin yerdəyişməyən sınığı, sağda İ falanqanın yerdəyişməyən kənarı qopmuş sınığı, sağ əlin baş barmağı nahiyəsində əzilmiş yara, başın sol alın nahiyəsində şişkinlik, sol alın nahiyəsində sıyrıq və dərialtı hematoma, sol bilək nahiyəsində şişkinlik, sağ əlin baş barmağında şişkinlik, hematoma və sol diz nahiyəsinin dərialtı hematoması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixinin kserosürətində qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və ümumilikdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs adına olan, xx.xx.2020-ci ildə verilmiş BD002276 seriyalı sürücülük vəsiqəsinin sürətindən məlum olur ki, həmin sürücülük vəsiqəsi “B1.B.C1.C” kateqoriyalıdır və nəqliyyat vasitəsini xx.xx.2030-cu il tarixədək idarə etməyə hüquq verir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 27 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, «Toyota Prius» minik markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və müvafiq olaraq Təqsirləndirilən şəxs təhvil verilmişdir. İş materiallarında olan 20 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlərini görməli olduğu halda, qanunun tələbinə əməl etməməsi tamamilə sübuta yetirilmişdir. Həmin qayda pozuntusu ilə baş vermiş nəticə arasında səbəbli əlaqə mövcuddur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayətləri törətməsi özünün səmimi etirafı və zərərçəkmiş şəxsin ifadəsi ilə, həmçinin iş üzrə keçirilmiş ekspert rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Bu baxımdan Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsi yüngülləşdirici hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin, Abşeron rayonunun və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmiş «Toyota Prius» minik markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra onun istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin, Abşeron rayonunun və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:30-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmiş «Toyota Prius» minik markalı **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra onun istifadəsinə verilmiş hesab edilsin. Məhkəmə xərci ekspertiza tədqiqatının dəyərini təşkil edən 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-383/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-383/2022
09.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver