Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-383/2023 09.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X8, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, müdafiəçi – “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, evli, orta təhsilli, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 52, inzibati binada qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən aldatma və etibardan sui-istifadə yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Şahid1 vasitəsi ilə tanış olduğu müddətdən artıq xidmət keçmiş, 2021-ci ilin sentyabr ayında ordu sıralarından təxris olunmuş Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edərək guya əlilliklə təqaüd alacağında köməklik edəcəyinə dair yalan vəd verib bu məqsədlə 2021-ci ilin oktyabr ayının ortalarında ünvan 2 ünvanında yerləşən “Manqal” restoranında 4.000 manat, 2021-ci ilin oktyabr ayının sonlarında onun tərəfindən Şahid1 kirayə yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ünvansız fərdi yaşayış evinə göndərilmiş dövlət qeydiyyat nişanı məlum olmayan naməlum taksi sürücüsü vasitəsi ilə Zərərçəkmiş şəxs1 2.500 manat nağd pul vəsaitini alıb vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə aldadaraq Zərərçəkmiş şəxs1 cəmi 6.500 (altı min beş yüz) manat xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Şahid1 vasitəsi ilə tanış olduğu orduda tibb xidməti keçən, lakin təxris oluna bilməyən baş leytenant Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək bu işdə köməklik edəcəyi barədə yalan vəd verib aldadaraq 2021-ci ilin oktyabr ayının sonlarında ünvan 4 ünvanında yerləşən “Coffeco” restoranında Zərərçəkmiş şəxs2 Şahid1 vasitəsi ilə göndərdiyi 8.000 manat nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 8.000 (səkkiz min) manat xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə etibardan sui-istifadə edərək tanışı Zərərçəkmiş şəxs2 qohumu Zərərçəkmiş şəxs3 guya “ASAN xidmət”də işə düzəltməkdə köməklik göstərəcəyi barədə yalan vəd verərək bu məqsədlə 2021-ci ilin noyabr ayının əvvəllərində onun tərəfindən Abşeron rayonu, Pirəkəşkül qəsəbəsinə göndərilmiş dövlət qeydiyyat nişanı məlum olmayan naməlum taksi sürücüsü vasitəsi ilə Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs2 vasitəsi ilə göndərdiyi 11.500 manat nağd pul vəsaitini alıb ələ keçirməklə aldadaraq Zərərçəkmiş şəxs3 11.500 (on bir min beş yüz) manat xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə etibardan sui-istifadə edərək tanışı Zərərçəkmiş şəxs2 əmisi X8 qızı X2 dayandırılmış təqaüdünün bərpasında köməklik edəcəyinə dair yalan vəd verib bu məqsədlə 2021-ci ilin noyabr ayının əvvəllərində ünvan 4 ünvanında yerləşən “Coffeco” restoranında X25 Əhmədli vasitəsi ilə göndərdiyi 5.000 manat, 2021-ci ilin noyabr ayının sonlarında onun tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsinə göndərilmiş dövlət qeydiyyat nişanı məlum olmayan naməlum taksi sürücüsü vasitəsi ilə X25 Əhmədli vasitəsi ilə göndərdiyi 2.500 manat nağd pul vəsaitini alıb vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə aldadaraq zərərçəkmiş şəxs Yəhya Əhmədova cəmi 7.500 (yeddi min beş yüz) manat xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə etibardan sui-istifadə edərək tanışı Zərərçəkmiş şəxs2 iş yoldaşı qadın hərbi qulluqçu Zərərçəkmiş şəxs5 iş yerinin Bakı şəhərində yerləşən hərbi hissəyə dəyişilməsində köməklik edəcəyi barədə yalan vəd verib bu məqsədlə 2021-ci ilin noyabr ayının ortalarında ünvan 4 ünvanında yerləşən “Coffeco” restoranında Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs2 vasitəsi ilə göndərdiyi 4.000 manat, 2021-ci ilin dekabr ayının ortalarında ünvan 4 ünvanında yerləşən “Coffeco” restoranında Zərərçəkmiş şəxs5 1.000 manat nağd pul vəsaitini alıb vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə aldadaraq Zərərçəkmiş şəxs5 cəmi 5.000 (beş min) manat xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə etibardan sui-istifadə edərək tanışı Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs6 dayandırılmış İİ qrup əlilliyinə görə təqaüdünün bərpasında köməklik edəcəyi barədə yalan vəd verib 2021-ci ilin noyabr ayının sonlarında Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən adsız restoranların birində Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs2 vasitəsi ilə göndərdiyi 6.000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə aldadaraq Zərərçəkmiş şəxs6 6.000 (altı min) manat xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanış olduğu tibb xidməti baş leytenantı Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək vəzifəsini Bakı şəhərində davam etdirilməsində köməklik göstərəcəyinə dair yalan vəd verib bu məqsədlə 2021-ci ilin dekabr ayının əvvəllərində ünvan 4 ünvanında yerləşən “Coffeco” restoranında 10.000 manat, 2021-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Parlament prospekti 3 ünvanında yerləşən Müdafiə Nazirliyinin binasının qarşısında 5.000 manat, 2021-ci ilin dekabr ayının sonlarında ünvan 4 ünvanında yerləşən “Coffeco” restoranında 2.500 manat nağd pul vəsaitini Zərərçəkmiş şəxs7 alıb vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə aldadaraq Zərərçəkmiş şəxs7 cəmi 17.500 (on yeddi min beş yüz) manat xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə etibardan sui-istifadə edərək tanışı Zərərçəkmiş şəxs2 tanıdığı İ Qarabağ müharibəsində yaralansa da, təqaüd təyin olunmamış Zərərçəkmiş şəxs8 əlilliklə təqaüd alması üçün köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq, 2021-ci ilin dekabr ayının əvvəllərində onun tərəfindən ünvan 6 ünvanında yerləşən Müdafiə Nazirliyi Baş Klinik Hospitalına göndərilmiş dövlət qeydiyyat nişanı məlum olmayan naməlum taksi sürücüsü vasitəsi ilə Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxs2 vasitəsi ilə göndərdiyi 5.000 manat, 2022-ci ilin yanvar ayının sonlarında Xətai rayonu, Məhəmməd Hadi küçəsi 67 ünvanında yerləşən “Coffeco” restoranında Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxs2 vasitəsi ilə göndərdiyi 2.000 manat nağd pul vəsaitini alıb vahid niyyətlə əhatə əhatə olunmuş qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs8 cəmi 7.000 (yeddi min) manat xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edərək anası X1 təqaüdünü bərpa etdirəcəyinə dair yalan vəd verib 2022-ci ilin may ayının ortalarında ünvan 7 ünvanında yerləşən “McDonald`s” restoranının qarşısında 4.000 manat məbləğində nağd pul vəsaitini alıb ələ keçirməklə aldadaraq Zərərçəkmiş şəxs9 4.000 (dörd min) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs10 etibarından sui-istifadə edərək sonuncunun kürəkəni X4 barəsində aparılan cinayət işinin xitam olunması və azadlığa buraxılmasına, eləcə də Zərərçəkmiş şəxs10 özü ilə bağlı aparılan mülki icraata vəkil tutmaqla köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq, 2022-ci ilin oktyabr ayından dekabr ayınadək olan müddət ərzində ayrı-ayrı vaxtlarda ünvan 8 ünvanında yerləşən “Şanlı Urfa” restoranında müvafiq olaraq 10.000 manat, 3.500 manat, 1.000 manat , 1.000 manat, 700 manat, 200 manat, 6.500 manat – cəmi 22.900 manat nağd pul vəsaitini alıb vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs10 ümumilikdə 22.900 (iyirmi iki min doqquz yüz) manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, üzləşdirmə və diskə baxış keçirilməsi protokolları və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda üzrə özünü qismən təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs9 anasının pensiyası kəsildiyi üçün bərpa etmək üçün ilkin olaraq 4.000 manat pulunu ələ keçirmiş, iş düzəldikdən sonra isə 2000 manat pul alacaqdı. Lakin, həmin işi görə bilməmişdir. Zərərçəkmiş şəxs10 ilə ailəvi tanışlıqları var. Firovsinin kürəkənin narkotiklə bağlı ibtidai istintaq orqanında işi olmuşdur. Həmin işi görmək adı ilə Zərərçəkmiş şəxs10 22.900 manat pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs1 ilə onu Şahid1 tanış etmişdir. Amanxanın 6.000 manat pulunu təqüd düzəltmək adı ilə ələ keçirmişdir. Amanxan pulu Şəhriyara vermiş, Şəhriyarda 6.000 manat pulu götürüb ona gətirmişdir. X15 ilə onu Şahid1 tanış etmişdir. Əhmədov İnal xəstəliklə əlaqədar olaraq hərbidən təxris olmaq üçün 6.000 manat pulu Şəhriyara vermişdir. Şəhriyar İnalın işi ilə əlaqədar olaraq ona 6.000 manat pul vermişdir. İnalın işində ona 8.000 manat pul çatmamışdır. Həmçinin İnala vurulmuş zərərdən 2.500 manat pul qaytarmışdır. Zərərçəkmiş şəxs3n “ASAN” xidmətdə işə düzəltmək adı ilə 11.500 manat pulunu almışdır. Mehralıya vurulmuş zərərdən 11.000 manat pul qaytarmışdır. Zərərçəkmiş şəxs3 hal-hazırda 500 manat borcu qalmışdır. X13 tanımır, heç vaxtı görməmişdir. İnal ona zəng edərək əmisi X8 əvvəllər təqaüd alsa da, sonradan təqaüdü dayandırılmış qızının təqaüdünün bərpasını istədiyini bildirmiş və ondan məsələnin həll olunmasının mümkünlüyünü soruşmuşdur. O da 4.000 manata həmin işi görəcəyini bildirmişdir. O, Əhmədov Yəhyanın işi ilə əlaqədar olaraq 7.500 manat pul ələ keçirməmişdir. Yəhyanının işi ilə əlaqədar İnal ona 4.000 ya da 4.500 manat pul vermişdir. Zərərçəkmiş şəxs5 İnal vasitəsilə tanımışdır. İnal İlahədən 5.000 manat pul almış, ona isə 4.000 manat vermişdir. Daha sonra isə İlahəyə özü 1.000 manat pul qaytarmışdır. Halhazırda Zərərçəkmiş şəxs5 vurulmuş zərəri tam olaraq ödəmişdir, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs6 tanımamışdır. Zərərçəkmiş şəxs6 əlilliklə bağlı təqaüdünün dayandırıldığını və bərpasını istədiyini İnal ona demiş, o da, İnala bildirmişdir ki, 4.000 manata həmin işi görə bilər. Zərərçəkmiş şəxs2 həmin görüşdən əvvəl Zərərçəkmiş şəxs6 ona pul çatdığını bildirməməyi üçün 4.000 deyil, 6.000 manat məbləğində pul aldığını deməyini istəmiş, özü də Mahirə Zərərçəkmiş şəxs2 bildirdiyi kimi 6.000 manat pul aldığını demişdir. Ancaq o Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs2 vasitəsi ilə 4.000 manat məbləğində pul alaraq onu aldatmışdır. Zərərçəkmiş şəxs7 ümumilikdə 17.500 manat pulunu ələ keçirmişdir. Dəymiş zərərdən Cavidə 1.500 manat pul qaytarmışdır. Cavidin işi ilə əlaqədar olaraq ələ keçirdiyi pulun 3.000 manatını İnala vermişdir. Çanki, Cavidlə onu İnal tanış etmişdir. Zərərçəkmiş şəxs8 İnal vasitəsilə tanımışdır. Elçinin 3.000 manat pulunu ələ keçirmişdir. Törətdiyi əməllərdən səmimi peşman olduğunu, himayəsində 3 azyaşlı qız övladının olmasını, Zərərçəkmiş şəxs5 dəymiş zərərin tam ödənilməsini və ona qarşı heç bir şikayət və tələbinin olmamasını, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 2.500 manat, Zərərçəkmiş şəxs7 isə 1.500 manat zərər ödənməsinin nəzərə alınmasını və ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 bildirmişdir ki, anası X3 İİ qrup əlilliyi ilə bağlı uzun illər təqaüd alsa da, 2021-ci ildən etibarən həmin təqaüd dayandırılmışdır. O həmin təqaüdün bərpasının mümkünlüyünü bir neçə nəfərdən maraqlanmış və bu məqsədlə 2022-ci ilin may ayının ortalarında Təqsirləndirilən şəxs adında əvvəllər tanımadığı bir nəfər haqqında eşitmişdir. Belə ki, o Təqsirləndirilən şəxs bu cür işlərin həllinə kömək edə bilən biri olduğunu eşitmiş, onunla əlaqə saxladıqdan sonra Təqsirləndirilən şəxs anasının təqaüdünü bərpa etdirə biləcəyini, bunun üçün 4.000 manat məbləğdə pul tələb olunduğunu demişdir. O Təqsirləndirilən şəxs inanaraq ona əlbəəl formada 4.000 manat məbləğdə pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra 40 gün ərzində işin həllini tapacağına vəd versə də, həmin müddətdən xeyli keçmiş və Təqsirləndirilən şəxs bununla bağlı hər hansı iş görməmişdir. Hal-hazırda ona dəymiş zərər ödənilmədəyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 bildirmişdir ki, kürəkəni Telman Əliyev narkotik vasitəsinin külli miqdarda satışı ilə ittiham olunduğundan onun işini həll etmək üçün Rəsula ümumilikdə 22.900 manat pul vermişdir. Hal-hazırda ona dəymiş zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2021-ci ilin iyul ayında Müdafiə Nazirliyi Baş Klinik Hospitalında xəstə kimi qaldığı müddətdə tanış olduğu keçmiş hərbiçi Şahid1 adlı şəxslə 2021-ci ilin oktyabr ayının ortalalarında söhbət əsnasında onun təxris olunduğunu öyrənmiş və ona əlil olmağı ilə bağlı dərəcə verilməsinə, eləcə də təqaüd ayrılmasına kömək edə bilən biri olduğunu demişdir. Şahid1 həmin şəxsin Təqsirləndirilən şəxs adında hərbi məsələlərin həllinə köməklik göstərə bilən biri olduğunu və onunla danışıb kömək etməsini istəyə biləcəyini demişdir. O Şahid1 Təqsirləndirilən şəxsla özünün İİ qrup əlil kimi təqaüd almağı üçün maraqlanmasını istəmiş, Şahid1 isə bir neçə gün sonra Təqsirləndirilən şəxsm məsələni maraqlandığını, 8.000 manat məbləğində pul qarşılığında işi həll edə biləcəyini demişdir. O isə məbləğ çox olduğu üçün istəmədiyini bildirmiş, sabahsı gün isə Şahid1 ona yenidən zəng edərək Təqsirləndirilən şəxs 6.500 manat məbləğində pul qarşılığında işi həll edə biləcəyini demişdir. O da, məsələnin həlli üçün ümumilikdə 6.500 manat pulu Rəsula vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona dəymiş zərər ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Azərbayan Tibb Universitetinin Hərbi Tibb fakültəsi üzrə ali təhsillidir və 2017-ci ildən hərbi hissədə hərbi həkim kimi işləyir və tibb xidməti baş leytenantı rütbəsi daşıyır. İİ Qarabağ müharibəsində iştirak etmiş və Füzuli istimətində gedən döyüşlərdə iki dəfə yaralanmışdır. Döyüşlərdən sonra öz vəzifələrinin icrasına qayıtsa da, xəstəliyi ilə əlaqədar işləyə bilmədiyi üçün təqaüdə çıxmaq istəmiş, lakin mövcud xəstəliyi ilə təxris edilə bilməmişdir. Bununla bağlı 2021-ci ilin oktyabr ayının sonlarında Müdafiə Nazirliyi Baş Klinik Hospitalında xəstə kimi qaldığı müddətdə tanış olduğu keçmiş hərbiçi Şahid1 adlı şəxs ona təxris olunmağı üçün kömək edə bilən birinin olduğunu, həmin şəxsin Təqsirləndirilən şəxs adlı hərbi məsələlərin həll olunmasına kömək edə bilən biri olduğunu və öz məsələsinin həll olunması üçün onunla əlaqə saxlaya biləcəyini deyib onun istifadəsində olan mobil telefon nömrəsini vermişdir. O Təqsirləndirilən şəxs adlı həmin şəxslə bir neçə gün sonra Xətai rayonu, Məhəmməd Hadi küçəsində, “Həzi Aslanov” metrostansiyası yaxınlığında yerləşən “Cofeco” adlı restoranda görüşmüşdür. Orada Təqsirləndirilən şəxs onunla söhbət zamanı onun təxris olunaraq təqaüd alacağına kömək edə biləcəyini, bunun üçün ümumilikdə 13.000 manat məbləğində pul tələb olunduğunu bildirmişdir. O izah etdimişdir ki, əvvəlcədən 8.000 manat, iş həll olunandan sonra isə 5.000 manat pul verilməlidir ki, o həmin pulları özünün tanışı olan, təqaüd məsələsini həll edə biləcək şəxslərə çatdırsın. O Təqsirləndirilən şəxs inanmış və təxris edilərək təqaüd ala bilmək üçün razılaşmışdır. Bundan təxminən iki gün sonra, yəni 2021-ci ilin oktyabr ayının sonlarında tanışı Şahid1 Təqsirləndirilən şəxs istədiyi 8.000 manat məbləğində pulu özünə çatdırması üçün vermişdir. Həmin gün Şahid1 Təqsirləndirilən şəxsla görüşərək 8.000 manat məbləğində pulu ona çatdırmış və o Təqsirləndirilən şəxs pulun tam formada onda olduğunu dəqiqləşdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona istəyinə uyğun olaraq işi 2021-ci ilin noyabr ayının sonlarınadək həll edəcəyinə dair söz verdiyi üçün özü həmin müddəti gözləmişdir. Həmin vaxtlarda Təqsirləndirilən şəxsla bir neçə dəfə işini maraqlanmaq üçün görüşmüş və beləcə aralarında ünsiyyət yaranmışdır. Həmin dövrdə o özünün harada işlədiyini deməsə də, istənilən iş sahəsində tanışları sayəsində işə düzəldə bildiyini demişdir. Bundan bir müddət sonra, yəni noyabr ayının əvvəllərində o doğma dayısı oğlu olan Zərərçəkmiş şəxs3 yaşadığı Biləsuvar rayonunda yerləşən evində olarkən Zərərçəkmiş şəxs3 ona işləmək istədiyini, lakin iş tapa bilmədiyi üçün kömək edə bilən tanışı olub-olmadığını soruşmuşdur. Bu vaxt onun ağlına Rəsulun dedikləri gəlmiş və Mehralının yanında Rəsula zəng edib dayısı oğlu Mehralıya uyğun iş tapa biləcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə “ASAN xidmət”də dövlət qulluqçusu kimi normal maaşlı işə düzəldə biləcəyini demişdir. Bunun qarşılığında 11.500 manat məbləğində pul verməli olduğunu demişdir. Mehralı bunu öyrəndikdən sonra razılaşmış və təxminən 15 gün sonra Mehralı Təqsirləndirilən şəxs çatdırmağı üçün 11.500 manat məbləğində pulu Zərərçəkmiş şəxs2 öz yaşadığı Abşeron rayonu, Masazır kəndi, M.S.ünvan 9 ünvanına gələrək vermiş, özü isə Zərərçəkmiş şəxs3 yanında bir daha Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlamışdır. Səhəri gün işləri ilə əlaqədar Rəsulun yanına gedə bilmədiyi üçün Təqsirləndirilən şəxs pulu götürmək üçün onun olduğu Abşeron rayonu, Pirəkəşkül qəsəbəsinə bir nəfər tanışını göndərmişdir. O həmin şəxs vasitəsi ilə 11.500 manat məbləğində pulu Təqsirləndirilən şəxs çatdırmış və Təqsirləndirilən şəxs bir neçə saat sonra pulun tam formada özünə çatdığını, Mehralının işini bir ay ərzində həll edəcəyini demişdir. Bundan başqa həmin vaxtlarda əmisi X18 öz qızı Pərvanə Əhmədovanın əlilliyi ilə bağlı təqaüdünün dayandırılmasından narahat olduğu üçün qohumlar vasitəsi ilə onun bu cür işlərlə məşğul olan tanışı olduğunu öyrənmiş, bu məqsədlə 2021-ci ilin noyabr ayının əvvəllərində ondan Təqsirləndirilən şəxs adlı şəxsdən təqaüdün bərpası işinə kömək etmək üçün maraqlanmağı istəmişdir. O əmisinin yanında Təqsirləndirilən şəxsla əlaqə saxlamış və Təqsirləndirilən şəxs həmin işi görə biləcəyini, bunun üçün 7.500 manat məbləğində pul tələb olunduğunu, bu minvalla əvəvlcədən 5.000, iş həll olunduqdan sonra isə 2.500 manat məbləğində pul veriləcəyini bildirmişdir. Beləliklə təxminən 3 gün sonra əmisi X29 Abbasovun bildirdiyi 5.000 manat məbləğində pulu ona vermiş, o həmin gün bir neçə saat sonra Rəsulla şəxsən Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Coffeco” adlı restoranda görüşərək ona əlbəəl formada 5.000 manat məbləğində pulu vermişdir. Qalan 2.500 manat pulu da Təqsirləndirilən şəxs təxminən 20 gün sonra ondan istəmiş və o əmisindən həmin məbləğdə pulu götürüb Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən dairənin yaxınlığında Rəsulun göndərdiyi bir nəfər şəxs vasitə ilə Rəsula çatdırmışdır. Rəsul həmin pulun özünə çatdığını ona bildirmiş və işin təxminən ilin sonuna qədər həll olunacağını demişdir. Bundan savayı bir müddət eyni yerdə xidmət apardığı hərbiçi kimi tanıdığım Zərərçəkmiş şəxs5 rayonda işləmək istəmədiyini, Bakı şəhərində hərbi işini davam etdirmək istədiyini ona deyərək bunun üçün kömık edə bilən tanışı olubolmadığını soruşmuşdur. Zərərçəkmiş şəxs2 bu cür işlər görən Təqsirləndirilən şəxs adlı birini tanıdığını deyərək onun mobil telefon nömrəsini verə biləcəyini izah etmişdir. Zərərçəkmiş şəxs2 ondan özünün Rəsulla şəxsən danışmasını istəsə də, Zərərçəkmiş şəxs5 bununla razılaşmayaraq X17 əlaqə saxlayıb ona kömək etməyini xahiş etmişdir. O həmin vaxt İlahənin yanında Rəsulla telefon əlaqəsi saxlamış, Rəsul əvvəlcədən 4.000 manat, sonradan 1.000 manat məbləğində pul vermək qarşılığında İlahənin hərbiçi kimi işini Bakı şəhərinə keçirə biləcəyini, yəni ona Bakı şəhərində yerləşən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında tibb bacısı kimi işlə təmin edə biləcəyini bildirmişdir. İlahə onun yanında Rəsulun dediklərinə inanaraq razılaşmış, iki gün sonra, yəni 2021-ci ilin noyabr ayının ortalarında 4.000 manat məbləğində pulu ona vermiş, özü isə həmin pulu tez vaxtda Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Coffeco” restoranında əlbəəl formada Rəsula vermişdir. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxsla şəxsən görüşərək qalan 1.000 manat məbləğində pulu ona vermişdir. Həmin müddət ərzində atasının əsgərlik yoldaşı kimi tanıdığı Zərərçəkmiş şəxs6 əlilliyi ilə bağlı təqaüdünü bərpa etdirmək istəmiş onun bu işə kömək edə bilən bir tanışı olduğunu öyrənmişdir. Buna görə də Zərərçəkmiş şəxs6 ondan xahiş etmişdir ki, Təqsirləndirilən şəxsla həmin məsələni maraqlansın. Beləliklə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlamış və Rəsulun həmin iş üçün 6.000 manat məbləğində pul istədiyini öyrənmişdir. Bunu Mahirə bildirdikdən bir neçə gün sonra, yəni 2021-ci ilin noyabr ayının sonlarında Mahirlə Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən restoranların birində görüşmüşdür. Mahirə Rəsulun dediklərini çatdırdıqdan sonra Mahir ondan Təqsirləndirilən şəxs əvvəl bu cür iş görüb-görmədiyini soruşmuş, özü isə bunun şəxsən şahidi olmasa da, onunla tanış edən şəxsdən Rəsulun bu cür işlər həll edə bildiyini eşitdiyini demişdir. Mahir 6.000 manat məbləğində pulu ona verərək Rəsula çatdırmağını istəmiş, özü Rəsula Mahirin yanında bunu bildirdikdən sonra Rəsul tanışını pulu götürmək üçün yanlarına göndərmişdir. Həmin şəxsi gözləsə də, Mahir pulu ona vermiş və işi olduğu üçün özünün gözləyə bilməyəcəyini demişdir. Bundan sonra o həmin restoranda Rəsulun göndərdiyi tanışı vasitəsi ilə Mahirin verdiyi 6.000 manat məbləğində pulu da özünə çatdırmışdır. Bundan sonra Rəsul digər işlər də daxil olmaqla bütün işləri həll etmək üçün gözləməyilərini istəmişdir. Mahir Məmmıədov işi alınmadığı üçün Rəsulla şəxsən görüşmək istəmiş və İnal hmədli onları 2022-ci yay aylarında Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Həzi Aslanov” metrostansiyası yaxınlığındakı restoranların birində görüşdürmüşdür. Orada Rəsul öz aldığı 6.000 manat məbləğdə pulu üzbəüz olaraq Mahirə bildirmiş və iş baş tutmadığı üçün həmin pulu tam formada qaytaracağını demişdir. Bundan başqa kurs yoldaşı kimi tanıdığı hərbi həkim, uzun müddət cəbhə bölgəsində xidmət aparan Zərərçəkmiş şəxs7 ilə 2021-ci ilin dekabr ayının əvvəlllərində söhbət zamanı onun Bakı şəhərinə təyinat almaq istədiyini və bunun üçün tanış axtardığını öyrənmişdir. O Zərərçəkmiş şəxs7 bir neçə nəfər üçün iş görməyi vəd etmiş Təqsirləndirilən şəxs adlı şəxsdən bəhs etmiş və həmin gün Cavidlə birlikdə Rəsulla görüş təyin etmişdirlər. Beləliklə Xətai rayonu, M.Haid küçəsində yerləşən “Coffeco” adlı restoranda görüş zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 şəxsən onun Bakı şəhərində hərbi həkim vəzifəsinə təyinat ala biləcəyini demişdir. Bunun üçmün əvvəlcədən 10.000, sonradan isə 5.000 manat pul verməli olduğunu demişdir. O söhbətə qarışmasa da, söhbət zamanı Rəsulla Cavidin yanında olmuş və bütün danışıqların şahidi olmuşdur. Bundan bir neçə gün sonra yenə eyni yerdə onlar üç nəfər görüşmüş və öz yanında Zərərçəkmiş şəxs7 10.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs sayaraq əlbəəl formada vermişdir. Bir ay ərzində Rəsul işin həllini tapacağını vəd etmişdir. Zərərçəkmiş şəxs2 isə məbləğ az olmadığı üçün Rəsulun istədiyi qalan 5.000 manat pulu iş həll olmamış verməməsini Cavidə bildirmiş, Cavid isə nəzərə alacağını demişdir. Lakin bir neçə ay sonra Caviddən Rəsula öz yanında verdiyi məbləğdən əlavə 7.500 manat məbləğində pul vermiş olduğunu, lakin Rəsulun vədinə əməl etmədiyini öyrənmişdir. Həmçinin o Təqsirləndirilən şəxs inandığı müddətdə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs8 İ Qarabağ müharibəsində olarkən yaralandığı üçün əlillik təqaüdü ayrılmasını istədiyini ona bildirmiş, həmin vaxt onun ağlına bu barədə Təqsirləndirilən şəxs maraqlanmaq gəlmişdir. Beləliklə o Təqsirləndirilən şəxs həmin məsələ ilə bağlı maraqlanmış və Təqsirləndirilən şəxs həmin iş üçün əvvəlcə 5.000, sonradan 4.000 olmaqla, ümumilikdə 9.000 manat məbləğində pul istəmişdir. O Rəsulun dediklərinə inanaraq həmin pulu Rəsula çatdırmasını istəmişdir. Həmin vaxt o Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında xəstə kimi müalicə aldığı üçün Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs istədiyi 5.000 manat məbləğində pulu həmin yerə aparıb vermişdir ki, Rəsula çatdırsın. O həmin gün Rəsulla əlaqə saxlamış və Elçinin verdiyi 5.000 manat məbləğində pulu onun göndərdiyi şəxs vasitəsi ilə özünə çatdırmışdır. 2022-ci ilin yanvar ayının sonlarında o hospitaldan çıxdıqdan sonra Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs8 istədiyi işin həll olunmaq üzrə olduğunu demiş və sonda verilməsi razılaşdırılmış 4.000 manat məbləğdə pulun 2.000 manat hissəsinin tez verilməli olduğunu demişdir. Zərərçəkmiş şəxs2 bunu Zərərçəkmiş şəxs8 izah etdikdən sonra o 2.000 manat pul da Rəsula çatdırmaq üçün vermişdir. Həmin pulu isə Zərərçəkmiş şəxs2 çox vaxt görüşdükləri yerdə, yəni Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Coffeco” restoranında işin həll olunması üçün Elçinin adından Təqsirləndirilən şəxs çatdırmışdır. Beləliklə qeyd olunan bütün pul məbləğlərini özü də daxil olmaqla 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayınadək olan müddət ərzində Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs isə hər hansı iş görməmiş və beləliklə özü də daxil olmaqla tanış etdiyi bütün şəxsləri aldadaraq pullarını ələ keçirmişdir. Təqsirləndirilən şəxs onun pulları qaytarmasını dəfələrlə istəsə də, o qaytaracağına söz vermiş, lakin vədinə əməl etməmişdir. Təqsirləndirilən şəxs ona işlərin həll olunması üçün 2021-ci ilin sonunadək olan vaxtın əlverişli vaxt olduğunu, sonradan həll olunası işlərin baha başa gələ biləcəyini deyərək onu inandırması səbəbindən o həmin müddətdə Təqsirləndirilən şəxs aldanaraq tez vaxtda istədiyi pulları ayrı-ayrı şəxslərin adından ona çatdırmışdır. Təqsirləndirilən şəxs onu aldatdığını bildikdən sonra onun pulları qaytarmasını istəmiş, lakin onun sözlərinə məhəl qoymadığını görüb 24 sentyabr 2022-ci il tarixdə polisə müraciət etmişdir. Ona vurulmuş zərərdən cəmi 2.500 manat ödənilmişdir. Pulunun tam olaraq ödənilməsini tələb edir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, “ASAN” xidmətdə işə düzəlmək üçün X30 Abbasov adlı şəxsə çatdırması üçün İnal Əhmədovun yaşadığı Abşeron rayonu, Masazır kəndi, M.S.ünvan 9 ünvanında 11.500 manat məbləğində pul vermişdir. Bundan sonra İnal həmin pulu Rəsula çatdırdığını, Rəsulun həmin işin bir ay ərzində həll olunacağını dediyini bildirmişdir. O həmin müddəti gözləsə də, bir nəticə olmadığı üçün narahat olmuş və İnalın özündən, həmçinin telefon əlaqəsi ilə Təqsirləndirilən şəxs adlı şəxsdən işin hansı səbəbə alınmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs adlı şəxs isə hər dəfə ona müxtəlif bəhanələr uydurmaqla bir müddət gözləməyini istəmişdir. Təqsirləndirilən şəxsdən şikayətçdir. Ona dəymiş zərər ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X22 ifadəsində bildirmişdir ki, qızı X5 İİ qrup əlil kimi əvvəllər təqaüd alsa da, 2021-ci ilin fevral ayından etibarən ona ayrılmış təqaüd dayandırıldığı doğma qardaşı oğlu X19 ondən həmin məsələni maraqlanmışdır. İnal bu cür işlərlə məşğul olan birini tanıdığını və onun yanında mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs adlı həmin şəxslə danışmışdır. O, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs telefonda danışığına özü şahid olmuşdur. Təqsirləndirilən şəxs 5 illik müddət üçün 5.000 manat, birdəfəlik təqaüd üçün isə 7.500 manat məbləğində pul tələb olunuduğunu demişdir. Bu söhbətdən sonra o fikirləşmiş və Zərərçəkmiş şəxs2 özünün onunla görüşüb dəqiqliklə söhbət etməyini istəmişdir. Təxminən 3 gün sonra oğlunun yaşadığı Binəqədi rayonu, Binəqədi Şossesində, ünvansız evdə olarkən Zərərçəkmiş şəxs2 yanına gedərək Təqsirləndirilən şəxsla məsələni dəqiq maraqlandığını, birdəfəlik təqaüd üçün əvvəlcədən 5.000 manat, iş həllini tapdıqdan sonra 2.500 manat məbləğində pul verməli olduğunu demişdir. O bundan sonra İnala həmin gün 5.000 manat məbləğində pulu, qızı Pərvanə Əhmədovanın şəxsiyyət vəsiqəsi və epiqrizinin surətini vermiş və Zərərçəkmiş şəxs2 özünün yanında yenə Təqsirləndirilən şəxsla zəngləşib görüş təyin etmişdir. Bir neçə saatdan sonra Zərərçəkmiş şəxs2 həmin pulu Təqsirləndirilən şəxs çatdırdığını ona bildirmişdir. Təxminən 20 gün sonra isə Zərərçəkmiş şəxs2 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs işin hazır olduğunu deməklə təsdiq üçün qalan 2.500 manat məbləğində pulun çatdırılmasını istəyir. O Zərərçəkmiş şəxs2 dediyi kimi yenə əvvəlki yerdə pulu Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs adlı şəxsə çatdırması üçün əlbəəl formada vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Ona dəymiş zərər ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, İ Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Həmin müharibədən sonra aldığı xəsarətlə əlaqədar İİ qrup əlil kimi təqaüd alsa da, 2020-ci ildə dövlət tərəfindən həmin təqaüd dayandırılmışdır. Dostunun oğlu kimi uzun müddət tanıdığı Zərərçəkmiş şəxs2 ilə 2021-ci ilin noyabr ayının sonlarında onun yaşadığı evdə danışarkən təqaüdünün dayandırılması ilə bağlı söhbət düşmüş və söhbət zamanı Zərərçəkmiş şəxs2 ona təqaüdünün bərpa edilməsinə kömək edə biləcək birini tanıdığını, onunla əlaqə saxlaya biləcəyini demişdir. O Zərərçəkmiş şəxs2 həmin şəxslə danışıb kömək etməsi üçün maraqlanmasını istəmiş, bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs2 onda həmin şəxslə əlaqə saxladığını demişdir. Onlar məsələni ətraflı danışmaq üçün Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən restoranların birində görüşmüş və orada Zərərçəkmiş şəxs2 ona Təqsirləndirilən şəxs adlı şəxslə danışdığını, onun təqaüdünün bərpası üçün 6.000 manat pul tələb olunduğunu demişdir. O həmin şəxslə birbaşa danışmadan Zərərçəkmiş şəxs2 dediklərinə inanmış və həmin məbləğdə pulu qeyd olunan yerdə Təqsirləndirilən şəxs çatdırması üçün Zərərçəkmiş şəxs2 vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla görüşərək pulu ona çatdırdığını, işin bir ay ərzində öz həllini tapacağını demişdir. Daha sonra o həmin müddəti gözləsə də, bir xəbər çıxmamış və həmin vaxtdan xeyli keçmişdir. 2022-ci ilin yay aylarında isə məsələ ilə yaxından maraqlanmaq üçün İnaldan onu həmin şəxslə görüşdürməyini istəmiş, Zərərçəkmiş şəxs2 öz iştirakı ilə Xətai rayonu, M.Hadi küçəsində “Həzi Aslanov” metrostansiyası yaxınlığında yerləşən restoranların birində onları görüşdürmüşdür. Həmin görüş zamanı ilk dəfə olaraq Təqsirləndirilən şəxs adlı şəxsi görmüş, Təqsirləndirilən şəxs ona işin özündən asılı olmayan səbəblərə görə alınmadığını, lakin bir ay ərzində həll edə biləcəyini demişdir. O isə Təqsirləndirilən şəxs işinin həllini tapmağını istəmədiyini, verdiyi 6.000 manat məbləğində pulu geri tələb etdiyini demiş, Təqsirləndirilən şəxs onunla razılaşaraq həmin pulu geri qaytaracağını, lakin ona bunun üçün təqribən bir ay vaxt lazım olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona bildirmişdir ki, verdiyi 6.000 manat məbləğində pul tam olaraq özünə çatmış, oradan hər hansı məbləğ Zərərçəkmiş şəxs2 verilməmişdir. O həm də Zərərçəkmiş şəxs2 tanışları olan başqa şəxslərə görə də ondan bir neçə dəfə pul götürdüyünü, lakin həmin pullardan da Zərərçəkmiş şəxs2 hər hansı məbləğ çatmadığını demiş və Zərərçəkmiş şəxs2 tamahkar biri olmadığını vurğulayaraq onu öz yanında tərifləmişdir. Həmin görüş bitdikdən sonra da, o müəyyən vaxt gözləmiş, lakin yenə bir dəyişiklik olmamışdır. Bir az sonra isə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs əməlləri barədə polisə şikayət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, hərbi həkimdir və 5 ildir ki, ön cəbhədə xidmət aparır. Uzun müddət Bakıdan kənarda işlədiyi üçün Bakı şəhərində öz ixtisası üzrə işləmək istəmiş, bu barədə 2021-ci ilin dekabr ayının əvvəllərində tələbə yoldaşı və müharibədə birlikdə iştirak etdiyi dostum Zərərçəkmiş şəxs2 ilə söhbət etmişdir. Bu vaxt Zərərçəkmiş şəxs2 bu cür işlərlə məşğul olan Təqsirləndirilən şəxs adlı bir nəfər tanıdığını, özünün də onunla bir neçə iş gördüyünü və nəticəsini gözlədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 sonradan həmin şəxslə danışaraq onun Bakı şəhərində işləməyinin mümkün olduğunu, bunun üçün kömək edə biləcəyini demiş və həmin gün axşam saatlarında Xətai rayonu, M.Hadi küçəsində, “Həzi Aslanov” metrostansiyası yaxınlığında yerləşən “Coffeco” adlı restoranda görüş təyin etmişdir. Həmin görüş zamanı Təqsirləndirilən şəxs adlı şəxs Müdafiə Nazirliyində tanışı olduğunu, müəyyən pul müqabilində onu Bakı şəhərində hərbi həkim vəzifəsində işlə təmin edə biləcəyini deməklə izah etmişdir ki, əvvəlcədən 10.000 manat, əmr çıxandan sonra isə 5.000 manat məbləğində pul ödəməlidir. Təqsirləndirilən şəxs bir neçə gün sonra onunla görüşüb həmin yerdə Zərərçəkmiş şəxs2 iştirakı ilə ona 10.000 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs bir ay ərzində işin həll olunacağını bildirmiş və təxminən iki həftə sonra işin hazır olduğunu qalan 5.000 manat məbləğində pul verməli olduğunu demişdir. O Təqsirləndirilən şəxs inanmış və həmin gün günorta saatlarında Xətai rayonu, 8 Noyabr prospektində yerləşən “ASAN xidmət”in qarşısında Təqsirləndirilən şəxsla görüşmüşdür. Onun idarə etdiyi “Mercedes” markalı avtomobillə Yasamal rayonu, Parlament prospekti 3 ünvanında yerləşən Müdafiə Nazirliyinin binasının qarşısına getmiş və həmin binanın qarşısında Təqsirləndirilən şəxs ondan 5.000 manat məbləğində pul almışdır. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyində işləyən tanışı olduğunu və həmin tanışı ilə danışmaq üçün oraya getdiklərini demiş, həmin şəxsin adını və vəzifəsini açıqlamasa da, yanına getdiyini deyərək Müdafiə Nazriliyinin arxa tərəfinə getmiş və özündən onu gözləməyini istəmişdir. Təxminən 20 dəqiqə sonra Təqsirləndirilən şəxs yanına qayıtmış və həmin vaxt ondan aldığı 5.000 manatı görüşdüyü şəxsə verdiyini bildirmiş və onu işinin alınacağına əmin etmişdir. Bundan sonra ondan ayrılmış, həmin gündən təxminən iki həftə sonra yenidən Təqsirləndirilən şəxs ona zəng edərək artıq işin həll olunduğunu, lakin əlavə olaraq 2.500 manat pul da verməli olduğunu bildirmişdir. Həmin gün yenidən o Xətai rayonu, M.Hadi küçəsində, “Həzi Aslanov” metrostansiyası yaxınlığında yerləşən “Coffeco” adlı restoranda Təqsirləndirilən şəxsla görüşmüşdür. Orada ona axırıncı istədiyi 2.500 manat məbləğində pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs on gözləməli olduğunu dediyi üçün o bir müddət gözləmişdir. Bundan bir müddət keçsə də, işi ilə bağlı bir nəticə olmadığı üçün narahat olmuş və Təqsirləndirilən şəxsla daha tez-tez əlaqə saxlamışdır. O isə hər dəfə müxtəlif bəhanələr uydurmaqla ondan vaxt istəmiş, bir müddət sonra işin həll olunmadığını, lakin pulu tam formada qaytaracağını desə də, vədinə əməl etməmişdir. Ona dəymiş zərərdən yalnız 1.500 manat ödənilmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Telman Əliyev 2022ci ilin sentyabr ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı polis tərəfindən tutulduqdan sonra o atası Zərərçəkmiş şəxs10 ilə birlikdə yaşamağa başlamışdır. Ərinin işinin həlli məqsədi ilə Təqsirləndirilən şəxs adlı şəxsi tanımışlar. “Şanlı Urfa” restoranında atası Rəsula 10.000 manat pul vermişdir. Daha sonra isə hissə-hissə olmaqla ümumilikdə 22.900 manat pul atası tərəfindən Rəsula verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, hərbi qulluqçu kimi İİ Qarabağ müharibəsi qazisidir və 2021-ci ilin iyul ayında Müdafiə Nazirliyi Baş Klinik Hospitalında xəstə kimi qaldığı müddətdə hərbidən təxris olunmuş Zərərçəkmiş şəxs1 ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs1la tanışlıq zamanı onun əlilliyi ilə bağlı təqaüd almaq istədiyini bilmişdir. Buna görə də bir müddət əvvəl tanış olduğu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 kömək edə biləcəyini fikirləşib onları tanış etmək istəmişdir. Buna səbəb Təqsirləndirilən şəxs özünü ona hərbi işləri bağlı çox şəxsə kömək etmiş, lazım olarsa, hərbiçilərin təqaüd alma məsələlərinin həllinə kömək edə bilən biri kimi təqdim etməsi olmuşdur. Təqsirləndirilən şəxs məhz o cür işlərlə məşğul olan biri kimi tanıdığı üçün Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlaya biləcəyini izah etmişdir. Zərərçəkmiş şəxs1 onun Təqsirləndirilən şəxs özünün təqaüd almağı ilə bağlı maraqlanmağını istəmiş və o Təqsirləndirilən şəxs bu barədə soruşmuşdur. Təqsirləndirilən şəxs isə əvvəlcə 8.000 manat pul qarşılığında Zərərçəkmiş şəxs1 kömək edə bilcəəyini desə də, Zərərçəkmiş şəxs1 məbləğin çoxluğunu bildirəndə 6.500 manat qarşılığında işin həllinə razılaşmışdır. Beləliklə o özünün də iştirakı ilə Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayında ünvan 11 ünvanında yerləşən “Manqal” adlı restoranda görüşdürmüşdür. Həmin görüş zamanı Təqsirləndirilən şəxs Amanxan Əhmdovu təqaüd alacağı barədə əmin etmiş və ondan əvvəlcə 4.000, daha sonra 2.500 manat məbləğində pul istəmişdir. Zərərçəkmiş şəxs1 onunla razılaşaraq öz yanında Təqsirləndirilən şəxs 4.000 manat məbləğində pul vermişdir. Bir müddət sonra qalan pulu vermək üçün Amaxan Əhmədov onun həmin vaxtlarda kirayəşin kimi yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evinə gəlmiş və Təqsirləndirilən şəxs göndərdiyi şəxsə yanında özü ilə telefon vasitəsi ilə danışaraq 2.500 manat məbləğində pulu vermişdir. Təqsirləndirilən şəxs isə işin tez vaxtda həll olunacağını vəd etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 əmisi oğlu olan Zərərçəkmiş şəxs2 ilə Müdafiə Nazirliyi Baş Klinik Hospitalında tanış olmuş, o da hərbi həkim kimi təxris olunmaq istədiyini bildirmişdir. Söhbət zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs adlı şəxsin bu cür işlərlə məşğul olduğunu öyrəndiyi üçün özünü Təqsirləndirilən şəxsla tanış etməyini istəmişdir. O Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs2 ünvan 12 ünvanında yerləşən “Coffeco” adlı restoranda görüşdürmüş, görüş zamanı Təqsirləndirilən şəxs onun yanında Zərərçəkmiş şəxs2 təxris olunması üçün 13.00 manat məbləğində pul lazım olduğunu, həmin pulun 8.000 manat hissəsini əvvəlcədən, qalan 5.000 manat məbləğdə hissəsini isə iş həll olduqdan sonra verəcəyini izah etmişdir. Zərərçəkmiş şəxs2 onunla razılaşmış və bir neçə gün sonra ona Təqsirləndirilən şəxs çatdırmağı üçün 8.000 manat məbləğində pul vermişdir. O həmin pulu götürüb eyni yerdə, yəni ünvan 12 ünvanında yerləşən “Coffeco” adlı restoranda Təqsirləndirilən şəxs əlbəəl formada vermişdir. Bundan bir müddət sonra isə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1la Zərərçəkmiş şəxs2 pullarını alsa da, hər hansı iş görməyərək aldatmış olduğunu öyrənmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Zərərçəkmiş şəxs8 məhkəmə iclasına gəlməmiş, teleqram ünvanlayaraq istintaqa vermiş olduğu ifadəsini təsdiq etdiyini, ona dəymiş ziyanın ödənilmədiyini. şikayətçi olduğunu və dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə tərəfləri dinləyərək hesab etmişdir ki, Zərərçəkmiş şəxs8 iştirakı olmadan məhkəmə iclası keçirilməli və sonuncunun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində Zərərçəkmiş şəxs8 bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır və İ Qarabağ müharibəsində yaralanmışdır. Ancaq həmin vaxtlarda lazımi müraciətlər etmədiyi üçün əlilliklə bağlı ona hər hansı təqaüd təyin olunmamışdır. Buna görə də mən 2021-ci ilin dekabr ayının əvvəllərində əvvəllər qonşuluqdan tanıdığı Zərərçəkmiş şəxs2 ilə söhbət zamanı o özünə təqaüdünün təyin olunması ilə bağlı kömək edə biləcək birini tanıdığını, həmin şəxslə əlaqə saxlaya biləcəyini demişdir. O Zərərçəkmiş şəxs2 həmin şəxslə danışıb ona kömək etməsi üçün maraqlanmasını istəmişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs2 ona Təqsirləndirilən şəxs adında həmin şəxslə əlaqə saxladığını, həmin şəxsin təqaüdün təyini məsələsinin həllinə görə əvvəlcədən 5.000 manat, iş həllini tapdıqdan sonra əlavə 4.000 manat məbləğində pul istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs8 inanaraq həmin vaxtlarda Müdafiə Nazirliyi Baş Klinik Hospitalında müalicə alan Zərərçəkmiş şəxs2 5.000 manat məbləğində pul vermişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsə çatdırsın. Bundan sonra Zərərçəkmiş şəxs2 həmin pulu Təqsirləndirilən şəxs çatdırdığını və həmin şəxsin 8 ay ərzində işin həll olunmasına kömək edəcəyini bildirmişdir. Lakin bundan bir müddət sonra, yəni yanvar ayının sonlarında Zərərçəkmiş şəxs2 ona zəng edərək Təqsirləndirilən şəxs adlı şəxsin qalan 4.000 manat məbləğində pulu tələb etdiyini, işin yekunlaşmaq üzrə olduğunu bildirmişdir. O həmin vaxt pulu olmadığı üçün 2.000 manat məbləğində pul taparaq İnalın yaşadığı evdə Abşeron rayonu, Masazır kəndi, M.S.ünvan 13 ünvanında özünə vermişdir ki, Təqsirləndirilən şəxs çatdırsın. Bundan sonra Zərərçəkmiş şəxs2 pulu “Həzi Aslanov” metrostansiyası yaxınlığında Təqsirləndirilən şəxs adlı şəxsə verdiyini və qısa vaxtdan sonra işin həlli barədə yekun məlumat verəcəyinə dair Rəsul Abasovun vəd etdiyini demişdir. Beləliklə o bir müddət gözləsə də, hər hansı müsbət cavab ala bilməmiş və aldadıldığını, eləcə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə birlikdə başqa şəxsləri də aldatdığını öyrənmişdir. Bir az sonra isə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs barədə polisə şikayət etmişdir. (İ cild, 151-154) Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Zərərçəkmiş şəxs5 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib hesab etmişdir ki, Zərərçəkmiş şəxs5 iştirakı olmadan məhkəmə iclası keçirilməlidir. Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 2019cu ildən Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə hərbi qulluqçu kimi xidmət aparır. Zərərçəkmiş şəxs2 tibb xidməti baş leytenantı və iş yoldaşı kimi həmin vaxtdan tanımışdır. 2021-ci ilin noyabr ayında Zərərçəkmiş şəxs2 ilə işlədiyi yerdə söhbətləşərkən Bakı şəhərində işləmək istədiyini bildirmiş, Zərərçəkmiş şəxs2 isə ona bu cür işlərə kömək edə bilən birini tanıdığını deyib Təqsirləndirilən şəxs adlı həmin şəxsin mobil telefon nömrəsini verməyi təklif etmişdir. Özü həmin şəxsi tanımadığı üçün özünün adından danışıb maraqlanmasını xahiş etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 onun yanında mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq onun Bakı şəhərində yerləşən hərbi hissədə işini davam etdirməyi üçün kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs adlı həmin şəxs bunun əvvəlcə 4.000 manat, sonradan isə 1.000 manat məbləğində pul verilməsi şərti ilə mümkün olacağını izah etmişdir. Zərərçəkmiş şəxs5 bu danışıqları eşitmiş və həmin iş üçün pul verməyə razı olduğunu bildirmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs2 Abşeron rayonu, Müşfiqabad qəsəbəsində Təqsirləndirilən şəxs çatdırması üçün 4.000 manat məbləğində pul vermişdir. Bundan sonra özü də Təqsirləndirilən şəxsla şəxsən görüşərək məsələni ondan dəqiqləşdirmək və harada işləmək istədiyini ona çatdırmaq məqsədi ilə Təqsirləndirilən şəxs özü ilə şəxsən görüşmək istəmişdir. Beləliklə pulu verdikdən təxminən bir həftə sonra Təqsirləndirilən şəxsla Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Həzi Aslanov” metrostansiyası yaxınlığında görüşüb söhbət etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs onun işinin həll olunacağına onu bir daha inandırmış və Zərərçəkmiş şəxs2 ilə göndərdiyi 4.000 manat məbləğində pulun özünə çatdığını bildirmişdir. Bundan sonra, o işini maraqlanmaq üçün Təqsirləndirilən şəxs ilə Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Həzi Aslanov” metrostansiyası yaxınlığında görüşmüşdür və orada Təqsirləndirilən şəxs ona işin həll olunmaq üzrə olduğunu bildirərək ondan qalan 1.000 manat məbləğində pulu çatdırmağını istəmişdir. Özü deyilənə uyğun olaraq 2021-ci ilin dekabr ayının ortalarında Təqsirləndirilən şəxs ilə ünvan 12 ünvanında yerləşən “Coffeco” restoranında görüşərək əlbəəl formada Təqsirləndirilən şəxs 1.000 manat məbləğdə pulu vermiş və iş yerinin dəyişdirilməsi ilə bağlı müsbət cavab gözləməyə başlamışdır. Lakin qeyd olunan kimi olmamış və pulu verdiyi vaxtdan xeyli müddət keçmişdir. Beləliklə o aldadılaraq Təqsirləndirilən şəxs tərəfindən 5.000 manat məbləğində pulunun alındığını başa düşmüşdür. Sonradan Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs barəsində bir neçə bu cür hadisə ilə bağlı polisə şikayət etdiyini öyrənmişdir.(cild İ, 112-115) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07 fevral 2023-cü il tarixli cinayət işinin başlanması və icraata götürülməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs2 və qeyrilərinin müraciəti əsasında Xətai RPİ-nin İş-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır.(cild İ, i.v 1) Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 13 oktyabr 2022-ci il tarixli tələbnamə əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 16 iyul 2015-ci il tarixdə Bakı şəhər Nəsimi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 23 fevral 2017-ci il tarixli qərarı ilə178.2.4-cü maddəsi xaric edilmişdir. 19 mart 2019-cu il tarixli qərarı ilə 07 ay 17 gün vaxtından əvvəl şərti azad edilmişdir.(cild İ, i.v 25-27) 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild İ,i.v 42) 17 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild İ,i.v 55) 18 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild İ,i.v 79) 20 fevral 2023-cü il tarixli qərardan görünür ki, X18 zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild İ,i.v 92) 24 fevral 2023-cü il tarixli qərardan görünür ki, X6 zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild İ,i.v 105) 25 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild İ,i.v 118) 01 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild İ,i.v 131) 07 mart 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild İ,i.v 144) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X34 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır.(cild İ, i.v 157) 03 aprel 2023-cü il tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2023cü il tarixdə, saat 17:10-da Xətai RPİ İŞ-də tutulmuşdur.(cild İ, i.v 198) 04 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 öz ifadəsində göstərdiyi cinayət hadisəsini Təqsirləndirilən şəxs üzünə bildirmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 göstərdiyi xüsusatları təsdiq edərək törətmiş olduğu cinayət əməlini bir daha etiraf etmişdir. (İ cild, i.v 207-209) 04 aprel 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs istintaq orqanına verdikləri ifadələrində olan ziddiyyətli hallara cavab olaraq bildirdiklərini təsdiqləmişdirlər. Belə ki, Zərərçəkmiş şəxs2 baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs üzünə söyləmiş, Təqsirləndirilən şəxs da öz növbəsində törətdiyi dələduzluq əməlini etiraf etməklə Zərərçəkmiş şəxs2 bildirdiklərinin ziddinə olan halları bir daha qeyd etmişdir. (İ cild, i.v 210-218) 04 aprel 2023-cü il tarixli üzləşdirmə protokoluna əsasən Zərərçəkmiş şəxs7 öz ifadəsində göstərdiyi cinayət hadisəsini Təqsirləndirilən şəxs üzünə qarşı bildirmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs7 göstərdiyi xüsusatları təsdiq edərək törətmiş olduğu cinayət əməlini bir daha etiraf etmişdir.( İ cild, i.v 219-221) 04 aprel 2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir.(cild İ, i.v 222-223) 04 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild İ. i.v 225- 227) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsinə dair verilmiş təqdimat təmin edilmiş, onun barəsində 01 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilməsi və dərhal məhkəmə iclas zalından azad olunması, ev dustaqlığı qətimkan tədbirinin əvvəlinin 03 aprel 2023-cü il tarixdən hesablanması qərara alınmışdır.(cild İİ, i.v 1-5) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 noyabr 2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan mərumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 06 may 2015-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm olunmuşdur.(cild İİ, i.v 7-13) 07 aprel 2023-cü il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, həmin diskdə “AUD-20230511-WA0001” adlı, 01 ədəd 05 dəqiqə 44 saniyəlik səs-yazısı olan fayl vardır. Səs-yazıya baxış keçirən zaman müəyyən edilmişdir ki, həmin səs yazısı Zərərçəkmiş şəxs2 X14 ilə danışarkən qeydə alınmışdır. Qeyd olunan səs-yazıda Abbasov X7 İnal Çərkəz oğluna ayın 28-i tarixində 30.000, oktyabr ayının sonuna qədər isə qalan pulu qaytaracağını, beləliklə iki ay ərzində ziyanı ödəyəcəyini bildirir. Həmin pulları ya nağd formada, ya da şəxsiyyət vəsiqəsi ilə bank hesabına göndərilməsi yolu ilə verəcəyini deyir. Zərərçəkmiş şəxs2 isə ondan Amanxanla Cavidin məsələsinin necə olacağını soruşur. Buna cavab olaraq Təqsirləndirilən şəxs Amanxanın pulunu da İnalın özü vasitəsi ilə qaytaracağını deyir. Zərərçəkmiş şəxs2 danışıq zamanı pul yiyələrinin özünə inanmadıqlarını, lazım gələrsə onların yanında zəng edəcəyini Rəsula bildirir. Təqsirləndirilən şəxs isə problem olmadığını, görüntülü də zəng edə biləcəyini deyir. Bundan başqa Təqsirləndirilən şəxs sentyabrın 28-i tarixində 30.000 məbləği, oktyabr ayının sonlarında isə qalan ziyanı ödəyəcəyini təkrar etməklə həmin vaxta qədər onu kiminsə narahat etməməsini istəyir. Zərərçəkmiş şəxs2 bundan sonra yenidən Cavidlə bağlı məsələnin necə olacağını maraqlanır. Təqsirləndirilən şəxs isə hər hansı problem olmayacağını, özünün Cavidin atası ilə danışaraq torpaq verməklə hesablaşacağını deyir və İnala narahatçılığa əsas olmadığını bildirir. Bir daha sentyabrın 28-i 30.000 pulu manatla ödəyəcəyini təkrar edərək və qalan hissəni oktyabr ayının sonunda qaytarmaqla məsələni həll edəcəyinə dair vəd verir. Bu qaydada Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs razılaşması ilə səs-yazısı yekunlaşır.(İİ cild, i.v 14-15) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.(cild İİ, i.v 17) Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X12, xx.xx.2021-ci il təvəllüdlü X9, xx.xx.2022-ci il təvəllüdlü X10 adlı övladları vardır.(cild İİ. i.v 18-23) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild İİ, i.v 37) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs10 zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild İİ, i.v 58) 29 aprel 2023-cü il tarixli üzləşdirmə protokoluna əsasən Zərərçəkmiş şəxs10 ona qarşı törədilmiş dələduzluq əməlini Təqsirləndirilən şəxs üzünə bildirməklə istintaq orqanına vermiş olduğu ifadəsini təsdiqləmiş, Təqsirləndirilən şəxs isə törətdiyi cinayət əməlini ifadəsində olduğu kimi etiraf etmişdir.(İİ cild, i.v 82-86) 29 aprel 2023-cü il tarixli diskə baxış keçirilməsi barədə protokoldan müəyyən edilmişdir ki, həmin diskdə səs-yazılardan ibarət 03 ədəd fayl mövcuddur. Birinci faylın adı “AUDİO- 2023-05-10-16-58-32” olmaqla 01 dəqiqə 55 saniyəlik səs-yazıdır. Həmin səs-yazıda Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs göndərdiyi danışıq vardır. Belə ki, həmin danışıq zamanı Firdovsi Əhmdəov bir daha izah etdiyini deyərək, 10.000 idarəyə vermək üçün, 3.500 narkotiklə mübarizə idarəsinə vermək üçün, 6.500 əvvəlcə prokurorluq adlandırmaqla sonradan məhkəməyə vermək üçün, 1.000 manat vəkilə vermək üçün, 1.000 manat maşın məsələsinin həlli üçün, 700 manat həkimə vermək üçün, 200 manat kartlar üçün pul almış olduğunu bildirir. Pulları alsa da, hər hansı iş görmədiyini, kiməsə pul vermədiyini deyir və inandırmağa çalışır ki, məsələ ilə bağlı çox ciddi tədbirlər görüləcəkdir. Buna görə də ya məsələni həll etməyi, ya da özünün əlbəəl formada verdiyi pulları geri qaytarmasını tələb edir. İkinci faylın adı “AUDİO-2023-05-10-16-59-39” olmaqla 52 saniyəlik səs-yazıdan ibarətdir. Həmin səs-yazı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs10 müraciətini əks etdirir. Təqsirləndirilən şəxs səs-yazısında bildirir ki, özü ona hər hansı hörmətsizlik etməyib, onlar kobud danışanda stressdə olduğunu başa düşərək səsini çıxarmayıb. Buna baxmayaraq insaflı danışmasını istəyir və pislik etmək fikri varsa, gedib şikayət edə biləcəyini deyir. Onu işin həlli maraqlandırırsa, işini həll etməklə məşğul olduğunu, buna görə də kimə nə verilməsi, kimin nə iş görməsi ilə maraqlanmamalı olduğunu bildirir. Üçüncü fayl “AUDİO-2023-05-10-16-59-48” adlı 23 saniyəlik səs-yazıdan ibarətdir. Qeyd olunan səs-yazıda Təqsirləndirilən şəxs məhkəmə ilə danışdığını, məsələnin həllini tapacağını, Zərərçəkmiş şəxs10 başqa, özünə isə başqa cür deyildiyini, özünün də bezmiş olduğunu deyərək bir az da səbirli olmasını istəyir.(İİ cild, i.v 87-88) 03 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abbas oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(cild İİ, i.v 91-92) 03 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan olunsun və barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri nəzərə alınması, Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün gətirdiyi dəlillər mötəbər sübutlar məcmusuna uyğun gəlmədiyindən rədd olunması, cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, X18, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs10 ifadələri, Şahid1 və Şahid2 ifadələri, üzləşdirmə protokolları, diska baxış keçirilməsi barədə protokollar, həmçinin toplanmış digər sənədlər iş üzrə sübut kimi qiymətləndirilməsi, işdə olan 01 ədəd DVD-R formatlı və 01 ədəd CD-R formatlı disklər maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində iki və ya daha çox şəxsin qabaqcadan razılaşaraq birgə iştirakı ilə törədilməsinin əlamətləri olmadığından Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 310-cu maddəsinin tərkib əlaməti yaranmadığı üçün barəsində həmin maddər ilə cinayət təqibinin başlanması rədd edilməsi, Zərərçəkmiş şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyi üçün cinayət təqibinin başlanması rədd edilməsi qərara alınmışdır. (cild İİ, i.v 95-118) 03 may 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır.(cild İİ, i.v 120-123) Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs8 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Şikayətçidir. Ona dəymiş ziyan ödənilməmişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmişlərin şəxs və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün gətirdiyi dəlillər, yəni Zərərçəkmiş şəxs7 dələduzluq yolu ilə ələ keçirdiyi puldan Zərərçəkmiş şəxs2 3.000 manat verməsi, Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs6 6.000 manat pul alsa da, özünə 4.000 manat verməsi, Zərərçəkmiş şəxs3 aldığı 11.000 manat pulu bütöv olaraq Zərərçəkmiş şəxs2 vasitəsi ilə geri qaytarması, Zərərçəkmiş şəxs5 dələduzluq yolu ilə ələ keçirdiyi puldan 1.000 manat hissəsini Zərərçəkmiş şəxs2 vasitəsi ilə geri ödəməsini bildirməsi ilə bağlı vermiş olduğu ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünün vəziyyətinin yüngülləşdirilməsi məqsədi daşıyır, zərər çəkmiş şəxslərin ifadəsi və iş üzrə toplanmış digər sübutlar ilə təkzib olunur. Həmçinin təqsirləndirilən şəxs dediklərinin doğruluğunu təsdiq edəcək heç bir əsaslı sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə— min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 178.2. Eyni əməllər: 178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 178.2.2. təkrar törədildikdə; 178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X12, xx.xx.2021-ci il təvəllüdlü X9, xx.xx.2022-ci il təvəllüdlü X10 adlı azyşalı övladlarının olması (CM59.1.4), zərərçəkmiş şəxslərə dəymiş zərərin qismən ödənilməsini(CM-in 59.1.14), törətdiyi əməllərdən səmimi peşman olmasını(CM59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə az ağır cinayətin törədilməsində təqsirli bilinərək məhkum olunmuş, Qobustan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 07 ay 17 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkumluğun əvvəli cəzasının çəkilməmiş hissəsindən şərti azad olunduğu tarixdən, yəni xx.xx.2019-cu il tarixdən hesablanmlı və həmin tarixdən 02 il müddət keçdikdən sonra cinayət törətdiyindən məhkumluğu ödənilmiş hesab edilməldir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, cinayət məsuliyyətinə törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və əməlində ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsini nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə, onun ev dustaqlığında olduğu 1 ay müddət ona təyin edilmiş cəzadan çıxılmalı, üzərində qəti olaraq cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut qismində tanınmış 02 ədəd CD disklər cinayət işi materiallarında saxlanılmalıdır. (CPM-198.1.) İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06(altı) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnın ev dustaqlığında saxlandığı 03 aprel 2023-cü il tarixdən 03 may 2023-cü il tarixədək olan 01 ay müddət, bir günə bir gün bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 02 (iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 02 il 05 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 09 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilsin, onun haqqında həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalında həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taborunun vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin.. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-383/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-383/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver