Məhkəmə qərarları › İş №1(011)-384/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-384/2022

16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-384/2022 16.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 07 avqust 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmuş və ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd bükümdə ümumi təmiz çəkisi 1,412 qram psixotrop maddə metamfetamin əldə ədib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 04 may 2022-ci il tarixdə saat 20:50 dəqiqədə Xətai rayonu, 9-cu Əhmədli küçəsinin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanda yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən xarici əlamətlərinə və tərkiblərindəki kimyəvi komponentlərə görə eyni olan iki ədəd ağ rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,766 qram, 0,646 qram, ümumi təmiz çəkisi 1,412 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü əvvəl təqsirli bilmədiyini bildirsə də, sonradan ifadəsində özünü tam təqsirli bildiyini və əməlindən peşman olduğunu qeyd edərək göstərmişdir ki, əvvəllər dəfələrlə məhkum olunmuş və sonuncu dəfə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum edilmişdir. Amnistiya qərarına əsasən cəzasının bir hissəsini çəkməkdən azad edilmişdir. 03 may 2022-ci il tarixdə günorta saatlarında bədənində möhkəm ağrılar olduğundan öz istifadəsi üçün yenidən narkotik vasitə heroin və ya psixotrop maddə metamfetamin əldə etməkdən ötrü “8-ci km" bazarı adlanan yerə getmişdir. Orada üzdən tanıdığı Fəriddən istifadəsi üçün 50 manat pul müqabilində 01 ədəd bükümdə narkotik vasitə heroin və 02 ədəd bükümdə isə psixotrop maddə metamfetamin almışdır. Bədənində ağrılar başladığı üçün, aldığı 01 ədəd bükümdə olan narkotik vasitə heroini inyeksiya yolu ilə qəbul etmişdir. Səhəri gün 04 may 2022-ci il tarixdə axşam saat 20 radələrində yaşadığı evə qayıtdığında, evin yaxınlığında iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək, Xətai RPİ-nin 34-cü Polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra qanunsuz olaraq psixotrop maddələrin satışında şübhəli olduğunu izah edib, onlarla birlikdə Xətai PRİ-nin 34-cü PŞ-nə getməyi bildirmişlər. Polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Xətai rayon Polis İdarəsinin 34-cü PŞ-nə gəlmişdir. Artıq şəxsi axtarışının aparılacağını bildiyindən, üstündə 02 ədəd bükümdə psixotrop maddə metamfetamin olduğunu etiraf etmişdir. Videoçəkilişlə vəkilin iştirakı ilə axtarış sənədləşdirilmişdir. Daha sonra əməlindən peşman olduğunu, cavanlığını, xəstə anasının olmasını qeyd edrək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin Cinayət Axtarış Üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantı rütbəsindədir. 04 may 2022-ci il tarixdə 34-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Elxan Qənbərov polis şöbəsinin rəisinə raportla müraciət edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılmış X2 əldə etdiyi narkotik vasitəni Əhmədli qəsəbəsində Murad adlı şəxsdən aldığını bildirmişdir. 04 may 2022-ci il tarixdə həmin raportun araşdırılması ona tapşırılmışdır. Bundan sonra şöbənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə Murad adlı şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, həmin şəxs xx.xx.1997-ci ildə ünvan 5 ünvanda qeydiyyatda olan və ünvan 6an Təqsirləndirilən şəxsdur. Həmin günü Şahid2 ilə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığına gəlmişlər. Saat 20:50 dəqiqədə 9-cu Əhmədli küçəsinin yaxınlığında onlarda olan əlamətlərə görə Təqsirləndirilən şəxs oxşadıb sonuncuya yaxınlaşmışlar. Həmin şəxsə xidməti vəqisələrini göstərib özlərini təqdim etmişlər. Sorğu-sual zamanı sonuncu özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib Xətai RPl-nin 34-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlar sonuncunu polis şöbəsinə gətirmişlər. Raport yazıb şöbə rəisinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda onu könüllü təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sol yan cibindən iki ədəd ağ rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin bükümlər açılaraq içərisinə baxış keçirilmiş və sellofanda ağ rəngli, kristal şəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, sonuncu da bildirmişdir ki, həmin maddələr psixotrop maddə metamfetamindir, həmin maddələri “Vasmoy bazarı” adlanan yerdə tanımadığı şəxsdən 50 manata almışdır. Aşkar edilmiş maddələr elektron tərəzi ilə çəkilmiş və ümumi çəkisi 1.51 qram olmuşdur. Aşkar edilmiş maddələr kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri 152 saylı möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol iştirakşılar tərəfindən imzalanmışdır . Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi Şahid2 ifadəsinə oxşar olmuş və heç bir ziddiyət təşkil etməmişdir. İş materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 04 may 2022-ci il tarixli protokoldan görünür ki, 04 may 2022-ci il tarixdə saat 20:50 dəqiqədə ünvan 7 ünvanın yaxınlığında saxlanılaraq Xətai RPİ-nin 34-cü PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərində videoçəkiliş etməklə axtarış aparılan zaman ona üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu halda təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra sonuncu özü əynində olan göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd ağ rəngli sellofan torbaya bükülmüş ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddələri təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələrin nədən ibarət olması haqqında sual verilərkən sonuncu həmin maddələrin psixotrop maddə metamfetamin olmasını və tanımadığı şəxsdən “Vasmoy” bazarı adlanan yerdə 50 manata almasını bildirmişdir. Aşkar edilmiş maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya aşkar edilməmişdir. İş materiallarında olan Maddi sübuta baxış keçirilməsinə dair protokoldan məlum oulur ki, Təqsirləndirilən şəxs üzərində Xətai RPİ-nin 34-cü PŞ-nin xidməti otaqda şəxsi axtarış aparılan zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən bir ədəd “CD” diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən disk “CD” formatlıdır, diskin üzərində markalanma yazıları və göstəriciləri yoxdur, disk açıldıqda bir ədəd “mp4” formatlı fayıl aşkar olunmuş, həmin faylda görüntü müəyyən edilmiş, həmin görüntü 04 may 2022-ci il tarixdə çəkilmişdir, videogörüntüdən müəyyən olunmuşdur ki, Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasının içərisində özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılmış, sonuncunun yanında iki nəfər şəxs dayanmış, həmin şəxslər özlərini 34-cü PŞ-nin əməliyyat müvvəkili kimi təqdim etmiş, qarşıda olan stolda isə özünü 13 saylı vəkil bürosunun vəkili X1 təqdim edən şəxs əyləşmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predment olması barədə sual verilmiş, sonuncu da əynində olan göy rəngli şalvarın sol yan cibindən iki ədəd ağ rəngli sellofan torbanı çıxarıb təqdim etmişdir. Həmin bükümlər açılaraq içərisinə baxış keçirilmiş, sellofanda ağ rəngli, kristal şəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrin nə olması və haradan əldə etməsi barədə sual verilmiş, o da bildirmişdir ki, həmin maddələr psixotrop maddə metamfetamindir, həmin maddələri “Vasmoy bazarı” adlanan yerdə tanımadığı şəxsdən 50 manata almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 may 2022-ci il tarixli 6/2574 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş, “...(imza) Təqsirləndirilən şəxs..." sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,766 qr., 0,646 qr., ümumi təmiz çəkisi 1,412 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (tədqiqatdan sonra qalıq 1,312 qr). İş materiallarında olan 12 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq qalan 1,312 qram olan psixotrop maddə metamfetamin maddi sübut qismində tanınaraq saxlanılması üçün Xətai RPİ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan 12 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman video çəkilişi əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 X3 X4 Komissiyasının 17 may 2022-ci il tarixli 2566 saylı rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan aslılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. İş materiallarında olan (iş vərəqi 14) şübhəli şəxsin tutulması haqqında 04 may 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarında olan (iş vərəqi 74-79) xx.xx.2022-ci il tarixli Xətai rayon məhkəməsənin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 04 may 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan (iş vərəqi 95-98) Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə "8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə, ona təyin edilmiş cəzanın çəkilməmiş hissəsini çəkməkdən azad edilmiş, habelə üzərindən məhkumluq götürülmüşdür. İş materiallarında olan 13 aprel 2022-ci il tarixli ultra-səs müayinəsi protokolundan (doppler) nəticəsindən məlum olur ki, təqsirləndirilən şəxsin anası Solmaz Zalova (Konkrement kista) xəstəlikdən əziyyət çəkir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib özündə saxlamaqla daşımağı cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etməmişdir. Məhkəmə hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyil, bu səbəbdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Cəzaçəkmə müəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs 04 may 2022-ci il tarixdən həbs edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həmin vaxtdan hesablanmalı və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi-X4nın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,312 qram psixotrop maddə olan metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış şəxsi axtarış və götürməni əks etdirən 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,312 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 01 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Dövlət Büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar