Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-384/2023 07.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq zavod üsulu ilə hazırlanmış qəlpəli “ф-1” əl qumbarasının gövdə hissəsi, “ф-1", “РГД-5”, “РГ-42” markalı qəlpəli əl qumbaralarının partladılmasında istifadə edilmək üçün nəzərdə tutulmuş ağımtıl-boz rəngli metaldan 1982-ci ildə yığılıb zavod üsulu ilə hazırlanmış, uzunluğu 97 mm, alışdırıcı hissədə diametri 9 mm olan “УЗРГМ-2” markalı qumbara partlayıcısı və həmin qumbara gövdəsinə, komplekt hissəsini təşkil edən həmin “УЗРГМ-2” partlayıcısını bağladıqda döyüş sursatı hesab olunan “ф-1” markalı qəlpəli əl qumbarasını əldə edib özü ilə avtomobilinə daşıyaraq gəzdirmiş və 17 mart 2023-cü il tarixdə saat 07 radələrində ünvan 2 ünvanının qarşısında özünü şübhəli aparmasına görə Xətai RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən idarə etdiyi “Honda İnsight” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobillə saxlanılaraq ünvan 4 ünvanda yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasının həyətinə gətirilib saat 08:30 dəqiqədən saat 09:00 dəqiqəyədək avtomobilinə baxış keçirilən zaman avtomobilin sağ yan qapısından həmin əl qumbarası və partlayıcısı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Honda İnsight” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. “Honda İnsight” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 məxsusdur. Avtomobili etibarnamə əsasında idarə etmişdir. 2020-ci ildə Gəncə şəhərində olan zaman Elnur adlı dostu ona pay olaraq qumbara və partlayıcısını vermişdir. X6 öldüyündən, həmin qumbaranı ondan yadigar kimi saxlamışdır. Qumbaranı və partlayıcısını avtomobilin sağ yan qapısına qoymuşdur. 17 mart 2023-cü il tarixdə saat 07 radələrində Xətai rayonu, S.Vəzirov küçəsi 49 ünvanında iki nəfər polis əməkdaşı yaxınlaşıb özlərini təqdim etmişlər. Polis əməkdaşları onun hərəkətlərindən şübhələnərək onu Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etmədikdən sonra o, polis şöbəsinə aparılmışdır. Avtomobili polis şöbəsinin həyətində saxlanılmışdır. Vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. O əynində olan qara rəngli cins şalvarının sağ cibindən bir ədəd “X16 9S” markalı telefonunu və “Honda İnsight” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarını çıxarıb təqdim etmiş və üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Sorğu sual zamanı o, avtomobilində qumbara olduğunu bildirmişdir. Bundan sonra həyətdə olan avtomobilinə baxış keçirmişlər. Avtomobilin sağ yan qapısından bir ədəd əl qumbarası və partlayıcısı aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin Post Patrul Xidməti bölüyünün polis nəfəri işləyir. 17 mart 2023-cü il tarixdə saat 07 radələrində Xətai rayonu, S.Vəzirov küçəsi 49 ünvanında Şahid1 ilə xidmətdə olarkən “Honda İnsight” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmasını görmüşlər. Onlar həmin avtomobilin sürücüsünün hərəkətlərindən şübhələnmiş və həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsi sorğu-sual etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin, odlu silah, onun komplekt hissələrinin, döyüş sursatı, partlayıcı maddələrin daşımasından və gəzdirməsindən şübhələnmişlər. Bundan sonra Təqsirləndirilən şəxs 37-ci Polis Şöbəsinə dəvət etmişlər. Sahil etiraz etməmiş və onlar sonuncunu avtomobil ilə 37-ci PŞ-nə gətirmişlər. Polis şöbəsində vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş etməklə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın cibindən bir ədəd mobil telefon və bir ədəd avtomobil açarını çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Honda İnsight” markalı avtomobilində qumbara olmasını bildirmişdir. Bundan sonra “Honda İnsight” avtomobilinə baxış keçirilməyə başanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin sağ yan qapısında olan bir ədəd sökülmüş vəziyyətdə, qoruyucu əsas hissəsindən ayrılmış tünd yaşıl rəngli dəmir qumbaranı göstərib demişdir ki, əl qumbarasıdır, həmin qumbaranı 2020ci ildə Gəncə şəhərində Elnur adlı tanışı ona hədiyyə kimi vermişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Bakı şəhəri Xətai RPİ-nin Post Patrul Xidmətində polis nəfəri işləyir və polis serjantı rütbəsindədir. 17 mart 2023-cü il tarixdə saat 07 radələrində ünvan 2 ünvanında iş yoldaşı Şahid2 ilə xidmətdə olarkən “Honda İnsight” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmasını görmüşlər. Onlar həmin şəxsin hərəkətlərindən şübhələnmiş və həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək həmin şəxsi sorğu-sual etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Sahi Nəbiyevin narkotik vasitələrin, odlu silah, onun komplekt hissələrinin, döyüş sursatı, partlayıcı maddələrin daşımasından və gəzdirməsindən şübhələnmişlər. Bundan sonra Təqsirləndirilən şəxs 37-ci Polis Şöbəsinə dəvət etmişlər. Sahil etiraz etməmiş və onlar sonuncunu avtomobil ilə 37-ci PŞ-nə gətirmişlər. Polis şöbəsində raport yazıb şöbə rəisinə məruzə etmişlər. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis şöbəsinə vəkil dəvət edilmişdir. Xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə videoçəkiliş etməklə üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Sahil üzərində heç bir qanunsuz əşya olmadığını bildirib əynində olan qara rəngli şalvarın cibindən bir ədəd mobil telefon və bir ədəd avtomobil mühərrikinin açarını çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, lakin onun üzərində hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Honda İnsight” markalı, **- EN-*** dövlət qeydiyyat nişanlı avtomobilində əl qumbarası olmasını bildirmişdir. Bundan sonra 37-ci Polis Şöbəsinin həyətində olan “Honda İnsight” markalı, **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməyə başanılmışdır. Baxış zamanı Sahilə avtomobildə qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilmiş, bundan sonra Təqsirləndirilən şəxs avtomobilin sağ yan qapısında olan bir ədəd sökülmüş vəziyyətdə, qoruyucu əsas hissəsindən ayrılmış bir ədəd tünd yaşıl rəngli dəmir qumbaranı göstərib demişdir ki, əl qumbarasıdır, əl qumbarasını 2020-ci ildə Gəncə şəhərində Elnur adlı tanışı ona hədiyyə kimi vermiş və sonuncu ölmüşdür. Bundan sonra əl qumbarasına baxış keçirilmiş, qumbaranın əsas hissəsinin arxasına nömrələr yazılmışdır. Aşkar edilmiş əl qumbarası zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmış və avtomobildən başqa qanunsuz əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol düzgün tərtib edildiyi üçün doğruluğu baxışda iştirak edən şəxsər tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata götürülməsi haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət sosial təminat xidməti tərəfindən verilmiş 109380 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlillik təyin olunmuşdur (i.v. 6); şübhəli şəxsin tutulması haqqında 17 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:00 radələrində Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 17); şəxsi axtarış və götürmə aparılması haqqında 17 mart 2023-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ cibindən 01 ədəd “X16 9S” markalı mobil telefonu və 01 ədəd idarə etdiyi “Honda İnsight” markalı avtomobilin açarını təqdim etmişdir. Daha sonra idarə etdiyi **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilində döyüş sursatı, əl qumbarasının olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsi üçün şəxsi axtarış yekunlaşdırılmışdır (i.v. 28-30); avtomobilə baxış keçirilməsi və götürmə aparılması haqqında 17 mart 2023-cü il tarixli protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Honda İnsight” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs həmin avtomobildə odlu silah, onun komplekt hissələrinin, döyüş sursatı, partlayıcı maddələr, o cümlədən digər qanunla qadağan edilmiş əşya və predmetləri gizlətdiyi təqdirdə könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Honda İnsight” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sağ yan qapısında olan 01 ədəd sökülmüş vəziyyətdə, yəni qoruyucusu əsas hissəsindən ayrılmış 01 ədəd tünd yaşıl rəngli dəmir qumbaranı göstərib, əl qumbarası olmasını bildirmişdir. Həmin əl qumbarasını 2020-ci ildə Gəncə şəhərində Elnur adlı tanışının ona hədiyyə etdiyini, hal-hazırda Elnurun vəfat etdiyini bildirmişdir. Həmin əl qumbarasının əsas hissəsinin arxa tərəfinə 107 48-82T, qoruyucu hissəsinin üzərinə isə 72-82 386-141-82 rəqəmləri yazılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi özünün deməsinə görə əl qumbarası cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd zərfdə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 32-34); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2023-cü il tarixli, 3/497 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qumbara gövdəsi - zavod üsulu ilə hazırlanmış, qəlpəli “ф-1” əl qumbarasının gövdə hissəsidir, təqdim edilmiş partladıcı - “ф-1”, “РГД-5”, “РГ-42” markalı qəlpəli əl qumbaralarının partladılmasında istifadə edilmək üçün nəzərdə tutulmuş, 1982-ci ildə yığılıb zavod üsulu ilə hazırlanmış, “УЗРГМ-2” markalı qumbara partladıcısıdır və həmin qumbara gövdəsinə, kömplekt hissəsini təşkil edən həmin “УЗРГМ-2” partladıcısını bağladıqda, döyüş sursatı hesab olunan “ф-1” markalı qəlpəli əl qumbarasını təşkil edirlər, onlar saz vəziyyətdədirlər və təyinatları üzrə istifadəyə (partlayışa) yararlıdırlar (i.v. 42-45); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 18 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə ittiham elan olunmuşdur (i.v. 56-57); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-204/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır (i.v. 74-75); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 89); Gəncə şəhəri “ASAN xidmət” mərkəzi tərəfindən veilmiş AZ-İİİ seriyalı 463040 nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı 12479717 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X4 xx.xx.2014cü il tarixdə Gəncə şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası isə X1r (i.v. 92, 97); Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat Şöbəsi tərəfindən veilmiş AZ-İİİ seriyalı 408813 nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı 12479718 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X7 xx.xx.2008-ci il tarixdə Gəncə şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası isə X1r (i.v. 93, 95); Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat Şöbəsi tərəfindən veilmiş AZ-İİİ seriyalı 408814 nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı 12479640 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X8 xx.xx.2010cu il tarixdə Gəncə şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası isə X1r (i.v. 94, 96); “DVD” diskə baxış keçirilməsi haqqında 18 may 2023-cü il tarixli protokollardan görünür ki, iki ədəd “DVD-R” disklərdə olan görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 17 mart 2023-cü il tarixli protokola və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 17 mart 2023-cü il tarixli protokola uyğun olmuşlar (i.v. 106-107); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 18 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, balistik ekspertizasının xx.xx.2023-cü il tarixli 3/497 saylı rəyi, baxış keçirmə və götürmə, diskə baxış protokolları sübut növü kimi qiymətləndirilmişlər, 01 ədəd 1982-ci ildə yığılıb zavod üsulu ilə hazırlanmış “УЗРГМ-2” partladıcısı olan döyüş sursatı hesab olunan “ф-1” markalı qəlpəli əl qumbarası maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs idarə etdiyi “Honda İnsight” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsini əks etdirən 01 ədəd “DVD-R” maddi sübut kimi tanınmışdır (i.v. 108-114); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsi tərəfindən verilmiş ambulator, stasionar xəstənin tibb kartasından görünür ki, Təqsirləndirilən şəxs hər iki ağciyərin infiltrativ vərəmi, xroniki obstruktiv bronxit, tənəffüs çatışmazlığı diaqnozu qoyulmuş və ona İİ dərəcəli əlillik təyin edilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət sosial müdafiə fondunun Gəncə şəhəri Kəpəz rayon şöbəsi tərəfindən verilmiş 020173 nömrəli vəsiqənin surətindən görünür ki, X5 İİ dərəcəli əlillik təyin olunmuşdur; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının 066209 nömrəli arayışından görünür ki, X3 İİ dərəcəli əlillik təyin olunmuşdur. Məhkəmə istintaqı zamanı 1 ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ cibindən 01 ədəd “X16 9S” markalı mobil telefonu və 01 ədəd idarə etdiyi “Honda İnsight” markalı avtomobilin açarını təqdim edir. Daha sonra idarə etdiyi **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilində döyüş sursatı və əl qumbarasının olmasını bildirir. Məhkəmə istintaqı zamanı 1 ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Honda İnsight” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sağ yan qapısında olan 01 ədəd sökülmüş vəziyyətdə, yəni qoruyucusu əsas hissəsindən ayrılmış 01 ədəd tünd yaşıl rəngli dəmir qumbaranı göstərib, əl qumbarası olmasını bildirir. Həmin əl qumbarasını 2020-ci ildə Gəncə şəhərində Elnur adlı tanışının ona hədiyyə etdiyini, hal-hazırda Elnurun vəfat etdiyini bildirir. Həmin əl qumbarasının əsas hissəsinin arxa tərəfinə 107 48-82T, qoruyucu hissəsinin üzərinə isə 72- 82 386-141-82 rəqəmləri yazılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə — iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə qeyd olunan predmetlər tapıldıqda, onların mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Odlu silahın və bu cinayətin digər predmetlərinin qanunsuz gəzdirilməsi dedikdə, onların təqsirli şəxsin bilavasitə paltarlarında, bədəninin üstündə olması, eyni zamanda çantada, portfeldə və s. əl yükündə gəzdirilməsi başa düşülməlidir. Bu cinayətin predmetlərinin qanunsuz saxlanılması dedikdə, onların binalarda, gizli saxlanc yerlərində, habelə mühafizəsi təmin edilən və üzərində zəruri nəzarət həyata keçirilən digər yerlərdə saxlanılması başa düşünülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını (CM- 59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, özünün, atasının və anasının İİ dərəcəli əlil olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli 17 mart 2023-cü il tarixdən hesablanmalı, iş üzrə maddi sübut Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd 1982-ci ildə yığılıb zavod üsulu ilə hazırlanmış “УЗРГМ-2” markalı partladıcısı olan döyüş sursatı hesab olunan “ф-1” markalı qəlpəli əl qumbarası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, 01 ədəd “DVD- R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132), 64 (altmış dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 17 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd 1982-ci ildə yığılıb zavod üsulu ilə hazırlanmış “УЗРГМ-2” markalı partladıcısı olan döyüş sursatı hesab olunan “ф-1” markalı qəlpəli əl qumbarası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. 01 ədəd maddi sübut hesab edilən “DVD-R” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-384/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-384/2023
07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver