Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-384/2024 07.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1972-ci ildə Masallı rayonu, Boradigah qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə halhazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 19 aprel 2024-cü il tarixdə saat 03:01 dəqiqədə Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi ünvan 2 ünvanda yerləşən “ECA” hamam aksesuarları mağazasının giriş qapısını açar seçmə üsulu ilə açaraq mağazaya qanunsuz daxil olub, oradan saxlanc yeri hesab edilən iş masasının siyirtməsindən 1.100 (min yüz) manat nağd pulu gizli olaraq talayıb saat 03:04 dəqiqədə mağazanı tərk edərək Zərərçəkmiş şəxs 1.100 (min yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü dolandırmaq məqsədi ilə küçələrdən dəmir yığmaqla məşğul olur. ünvan 3 ünvanında qeydiyyatda olsa da işləmək məqsədi ilə Bakı şəhərinə gəlmiş və Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsində dəqiq ünvanını xatırlamadığı günü 2 manata verilən fərdi yaşayış evlərinin birində kirayədə yaşamışdır. Özünə iş tapa bilmədiyi üçün küçələrdən dəmir yığaraq metal qəbulu yerlərinə təhvil verib aldığı pul ilə özünü dolandırmışdır. 19 aprel 2024-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər 2-ci Yaşıl Ada küçəsi ilə piyada hərəkət edərkən zibil qutularında olan boş enerji içki qablarını yığmışdır. Həmin küçədə “ECA" mağazasının yaxınlığında yerdən bir neçə ədəd qapı açarı tapmış, həmin açarların sahibini tapmaq məqsədi ilə ətrafa baxaraq gözətçini axtarmışdır. Lakin gözətçinin olmadığını gördükdə həmin açar ilə mağazaların qapılarını yoxlayarkən açarlardan biri hamam aksesuarları satılan “ECA” mağazasının qapısını açmışdır. Həmin açar qapını açdıqdan sonra içəri daxil olmuşdur. Həmin vaxtı ac olduğuna görə fikirləşmişdir ki, az miqdarda pul taparsa götürüb özü üçün yemək alar. İş masası olan siyirtməli dolaba yaxınlaşıb dolabın çəkməsini açıb orada olan 11 ədəd 100 manatlıq pul əskinazı olan 1.100 manat pulu gördükdə bütün pulları oğurlayıb cibinə qoyaraq mağazadan çölə çıxıb yenidən qapını həmin açarla bağlayıb hadisə yerindən çıxıb getmişdir. Oğurladığı 1.100 manat pulun bir hissəsini öz şəxsi ehtiyacları üçün Bakı şəhərində xərclədikdən sonra qalan 655 manat pul vəsaitini və açarları üzərində saxlamışdır. Həmin pulları və açarları polis əməkdaşları onu saxlayarkən təqdim etmişdir. Oğurluq hadisəsini tək törətmiş, ona bu cinayət hadisəsini törətməkdə heç kim yardımçı olmamışdır. Həmçinin o, hal-hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini və sonuncunun ona qarşı şikayət və təəbinin olmadığını bildirərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 01 yanvar 2022-ci il tarixdən Xədicə Məmmədova ilə icarə müqaviləsi bağlayaraq ünvan 5 ünvanda yerləşən “ECA” hamam aksesuarları mağazasını işlədir. Həmin mağazanı hər gün saat 09 radələrində açaraq saat 19 radələrinədək fəaliyyət göstərir. 18 aprel 2024-cü il tarixdə saat 18 radələrində mağazanın aliminiumdan olan giriş qapısını açarla bağlayaraq yaşadığı ünvana getmişdir. 19 aprel 2024-cü il tarixdə saat 09 radələrində mağazaya daxil olaraq iş masası olan siyirtməyə baxarkən mağazada materialların pulu olan 1.100 manat pulun olmadığını aşkar etmişdir. O, mağazaya ətraflı baxdıqdan sonra giriş qapısında sındırma izləri olmadığına görə güman etmişdir ki, həmin pulu iş yoldaşlarından kimsə götürüb. İş yoldaşları işə gəldikdən sonra onlar ilə söhbət edən zaman pulu götürmədiklərinə əmin olduqdan sonra qonşuluqda olan video müşahidə kameralarına baxarkən məlum olmuşdur ki, 45-50 yaşında bir nəfər naməlum şəxs mağazanın giriş qapısını açarla açaraq içəri daxil olub siyirtmədə olan 1.100 manat pulu oğurlamışdır. 20 aprel 2024-cü il tarixdə pulun yerini müəyyən edə bilmədiyi üçün mağazada digər əşyaların yerində olmasını görüb DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları hadisə yerini müayinə edərək qonşu mağazada olan video görüntü kameralarına baxıb həmin şəxsin 19 aprel 2024-cü il tarixdə saat 03:01-də mağazanın giriş qapısını açarla açaraq daxil olmasını və 4 dəqiqədən sonra mağazanı tərk etməsini görmüşlər. Sonradan polis əməkdaşları onu 37-ci PŞ-nə dəvət etdikdə xidməti otaqların birində oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Təqsirləndirilən şəxs mağazaya girməsinin səbəbini və qapını neçə açmasını soruşduqda, Eldəniz küçələrdə yerləşən zibil qutularından boş enerji içkilərinin dəmir qablarını yığarkən mağazanın yaxınlığından 10 ədəd müxtəlif növ açarlar tapdığını və həmin açarlar ilə ətrafda olan mağazaların giriş qapısını açarla yoxlayarkən açarlardan biri mağazanın giriş qapısını açdıqdan sonra pula ehtiyac olduğu üçün oğurluq etdiyini bildirmişdir. Həmin ərəfələrdə mağazanın giriş qapısının açarının iki ədədini itirmişlər. Həmin açarlar ona təqdim olunarkən açarların mağazalarına aid olmasını aşkar etmişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini və ona qarşı şikayətinin olmadığını bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 1); hadisə yerinə baxış keçirilməsi haqqında 20 aprel 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanda yerləşən “ECA” hamam aksesuarlarının satışını həyata keçirən mağazaya baş vermiş oğurluq hadisəsi ilə əlaqədar baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 9-11); götürmə aparılması və baxış keçirilməsi haqqında 20 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus pul kisəsindən 4 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 7 ədəd 20 manatlıq, 6 ədəd 10 manatlıq və 1 ədəd 5 manatlıq pul əskinazları olmaqla, ümumilikdə 655 manat məbləğində pulu və açarı təqdim etmişdir (i.v. 16-18); zərərçəkmiş şəxs qismində tanınma haqqında 20 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 23-24); cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 20 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30-da Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 40); ifadənin yerində yoxlanılması haqqında 20 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha təsdiq etmiş və fotoşəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 46-49); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 50-51); videogörüntüyə baxış keçirilməsi haqqında 22 aprel 2024-cü il tarixli protokoldan görünür ki, 19 aprel 2024-cü il tarixdə saat 03:01 dəqiqədən 03:04 dəqiqəyədək ünvan 2 ünvanda baş vermiş oğurluq cinayətinin həmin ünvanda yerləşən ”ECA” hamam aksesuarları mağazasına quraşdırılmış videomüşahidə kameraları ilə qeydə alınmış videogörüntüsünə baxış keçirilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntülərdə əks olunmuş şəxsin özünün olduğunu və 19 aprel 2024-cü il tarixdə saat 03:01-dən 03:04-dək insanların gəliş gedişinin olmadığını istifadə edərək “ECA” hamam aksesuarları mağazasına yaxınlaşdığını, əlində ki, açar ilə giriş qapını açaraq içəri daxil olduğunu, saxlanc yeri hesab edilən iş masasının siyirtməsindən 1.100 (min yüz) manat nağd pulu götürdükdən sonra Xətai rayonu, Ağ şəhər, 2-ci Yaşıl Ada küçəsi 5 saylı küçə ilə pulları sayaraq mağazadan kənarlaşan şəxs olmasını bildirmişdir (i.v. 62); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 65-66); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı MSY-dən azad edilmiş və barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 68-69); 22 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 655 manat məbləğində maddi sübut olan pulu Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Cahid Musayevdən təhvil almışdır (i.v. 70); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Tağıyev X1 Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarına əsasən cinayət məsuliyyətindən azad edilərək barəsində tibbi xarakterli məcburi müalicə təyin edilmişdir (i.v. 77-78); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 xx.xx.2024-cü il tarixli 1291 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (i.v. 97-99); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 24/157 saylı arayışından və ona əlavə edilmiş fotocədvəldən görünür ki, 1) Təqdim edilmiş daxili qıfılın silindirik mexanizm (tədqiqat zamanı şərti «1» rəqəmləri ilə nömrələnmiş) zavod üsulu hazırlanıb və işlək vəziyyətdədir. Silindirik mexanizmin hər iki açar oyuğunun xarici səthi üzərində, silindirlərin üz lövhəsində (korpusunda) və mexanizmin ştiftlərinin (başsız mıx) işçi və yan səthlərinin üzərində heç bir kənar alətin təsiri nəticəsində əmələ gəlmiş izlər aşkar edilmədi. Həmin daxili qıfılın silindirik mexanizmi öz açarı ilə və yaxud heç bir iz qoymadan oxşar açarla açılmışdır. 2) Təqdim edilmiş daxili qıfılın silindirik mexanizmi (tədqiqat zamanı şərti «2» rəqəmləri ilə nömrələnmiş) zavod üsulu hazırlanıb və işlək vəziyyətdədir. Silindirik mexanizmin hər iki açar oyuğunun xarici səthi üzərində, silindirlərin üz lövhəsində İ (korpusunda) və mexanizmin ştiftlərinin (başsız mıx) işçi və yan səthlərinin üzərində heç bir kənar alətin təsiri nəticəsində əmələ gəlmiş izlər aşkar edilmədi. Həmin daxili qıfılın silindirik mexanizmi öz açarı ilə və yaxud heç bir iz qoymadan oxşar açarla açılmışdır. 3) Təqdim edilmiş (tədqiqat zamanı şərti «3,4,5,6,7,8,9,10,11,12» rəqəmləri ilə nömrələnmiş) on ədəd açar zavod üsulu ilə istehsal olunub və onlardan iki ədəd (tədqiqat zamanı şərti «3,4» rəqəmləri ilə nömrələnmiş açarlar) tədqiqat zamanı şərti «1» rəqəmləri ilə nömrələnmiş silindirik mexanizmin açarlarıdır. Açarlardan bir ədədi (tədqiqat zamanı şərti «5» rəqəmləri ilə nömrələnmiş açar) tədqiqat zamanı şərti «2» rəqəmləri ilə nömrələnmiş silindirik mexanizmin açarıdır. Açarlardan yeddi ədədi (tədqiqat zamanı şərti «6,7,8,9,10,11,12» rəqəmləri ilə nömrələnmiş açarlar) tədqiqat zamanı şərti «1,2» rəqəmləri ilə nömrələnmiş silindirik mexanizmin açarları deyil. Təqdim edilmiş şərti «13» rəqəmi ilə nömrələnmiş əşyanın (brelok) gövdəsi düzbucaqlı formada metal olan gövdədən və gövdəyə birləşmiş uc hissəsində halqası olan zəncirdən ibarətdir. Əşyanın (brelok) metal olan gövdəsinin üzərində heç bir yazı və simvol həkk edilməmişdir (i.v. 106- 112); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, iş üzrə 4 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 7 ədəd 20 manatlıq, 6 ədəd 10 manatlıq və 1 ədəd 5 manatlıq pul əskinazları maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarılmış, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələri, hadisə yerinə baxış keçirilməsi, ifadənin yerində yoxlanılması, götürmə aparılması və baxış keçirilməsi haqqında protokollar və 01 ədəd diskə baxış keçirilməsi haqqında protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 xx.xx.2024-cü il tarixli, 1291 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (i.v. 113-118); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-384/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, tutulduğu təqdirdə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilərək Bakı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Xətai RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir; axtarışda olan şəxsin yaxalanması haqqında 16 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir və ona qarşı şikayəti yoxdur, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəməsini (CM-59.1.12-59.1.13), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını (CM-59.2) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, 20 aprel 2024-cü il tarixdən 22 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 16 avqust 2024-cü il tarixdən 07 oktyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 21 (iyirmi bir) gün müddət, ümumilikdə 01 (bir) ay 23 (iyirmi üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut - 4 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 7 ədəd 20 manatlıq, 6 ədəd 10 manatlıq və 1 ədəd 5 manatlıq pul əskinazları zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs qaytarılmalı və ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, 1 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılmalı (CPM-132). Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 aprel 2024-cü il tarixdən 22 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, 16 avqust 2024-cü il tarixdən 07 oktyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 21 (iyirmi bir) gün müddət, ümumilikdə 01 (bir) ay 23 (iyirmi üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 03 (üç) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 08 (səkkiz) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - 4 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 7 ədəd 20 manatlıq, 6 ədəd 10 manatlıq və 1 ədəd 5 manatlıq pul əskinazları Zərərçəkmiş şəxs qaytarılsın və ibtidai istintaq zamanı zərərçəkmiş şəxsə saxlanılması üçün verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut 01 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-384/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-384/2024
07.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver