Məhkəmə qərarları › İş №1(011)-384/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-384/2025

21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-384/2025 21.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əlizadə Cazid Afiq oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1996-cı ildə Bakı şəhərində doğlulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə heroini xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq bir bükümdə xeyli miqdarda təmiz çəkisi 0,718 qram narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-niıı 37-ci Polis şöbəsinin əməkdaşları tərəfindən 07 aprel 2025-ci il tarixdə saat 17:21-də keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 3 ünvanında saxlanılıb videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə zamanı əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibincən bir ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda təmiz çəkisi 0,718 qram olan açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı, şahid ifadələri, üzərinə şəxsi-axtarış və götürmə zamanı əldə olunmuş maddi sübut və disklərə baxış protokolu, məhkəmə narkoloji və məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, törətdiyi əməldən səmimi peşman olmasını, Özünün Vətən müharibəsi iştirakçısı olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı Şəhər Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisə baş verənə kimi tanımamış, onunla düşmənçiliyi və ədavəti olmamışdır. 07 aprel 2025-cü ildə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, yəni əldə etməsi və saxlaması və istifadəsi ilə məşğul olur. Dərhal verilmiş əməliyyat məlumatının realizə edilmə planı işlənib hazırlanmış, o, baş əməliyyat müvəkkili polis mayoru Şahid2 və əməliyyat müvəkkili polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmiş, davranış xəttini müəyyən etmişlər. Təqsirləndirilən şəxs qanuna zidd əməllərinin ifşa edilməsi məqsədilə onun ətrafında müvafiq əməliyyat axtarış tədbirlərinin keçirilməsinə qərar verilmişdir. Saat 17 radələrində növbəti əməliyyat məlumatı əsasında əməliyyat qrupu Təqsirləndirilən şəxs olması ehtimal edilən Xətai rayonu, NZS qəsəbəsi, Sovxoz küçəsi 25 ünvanına gəlinmiş, saat 17:21-də orada onların diqqətinə daxil olmuş əməliyyat məlumatında zahiri əlamətləri göstərilmiş «Təqsirləndirilən şəxs»un əlamətləri ilə üst-üstə düşən şəxs cəlb etdiyi üçün ona dərhal telefonun videoçəkilişi ilə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özünü təqdim edərək onu saxlamışlar, onunla sorğu apararaq özündən dəqiqləşdirmişlər ki, Təqsirləndirilən şəxsdur, onlara verilmiş əməliyyat məlumatı təsdiqini tapdığından ona üzərində olan qeyri qanuni əşyanı təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofanda olan kətləni çıxarıb təqdim etmişdir. Bir müddət olar ki, narkotik vasitə qəbul etdiyini həmin sellofanın içərisində olan kütlənin narkotik vasitə olan heroin olmasını və həmin bükümü Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 30 manata almasını və gələcəkdə özü qəbul etmək məqsədi ilə cibinə qoyub üzərində daşımasını bildirmişdir. Həmin narkotik vasitə olan büküm qeyd edilən ünvanda hər kəsin o cümlədən Təqsirləndirilən şəxs gözü qarşısında açılıb baxıldıqdan sonra yerində qablaşdırılmış, möhürlənmiş, hadisə yerində qeyd edilənləri sənədləşdirmək üçün əlverişli şərat olmadığına görə onlar onu Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsinə gətirmişlər. 37-ci Polis şöbəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişlər və həmin narkotik vasitənin ondan götürülməsi ilə bağlı bir an öncə videoçəkiliş ilə olan hallara dair protokol tərtib olunmuş, iştirakçılar və o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan sonra toplanmış material üzərindən aşkar olunmuş büküm ilə birlikdə 37-ci Polis şöbəsinin təhqiqatçısına təqdim olunmuş, təhqiqatçı tərəfindən onun hüquq və vəzifələrini izah olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofan bükümdə olan kütlə onların və Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, həmin kütlənin narkotik vasitə olan heroinə oxşar maddə olması təxmin olunmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olmasını və üzərindən aşkar olunmasını təsdiq etmişdir. Həmçinin ilkin saxlanan zaman göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofanda olan kütlə onlar və bütün iştirakçıların gözü qarşısında zərfə qoymaqla qablaşdırılmış, möhürlənmiş, iştirakçılar zərflərin üzərində imza edib orada olan kütlənin məhz Təqsirləndirilən şəxs üzərinə baxışda aşkar edilib götürüldüyünü təsdiq etmişdir. Baxış zamanı tərəflərindən Təqsirləndirilən şəxs hər hansı formada təsir göstərilməmiş, ondan başqa qanunsuz əşya aşkar edilməmişdir. Baxışın nəticəsinə dair protokol tərtib etmişlər, iştirakçılara ucadan oxunmuş, şikayət daxil olmadığı üçün protokol imzalarla təsdiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün təhqiqatçı tərəfindən vəkil dəvət edilmiş, hüquq və vəzifələrini izah edilmişdir. Videoçəkiliş başdan sona kimi əməliyyat tədbiri və baxışın qanunun tələbləri əsasında aparıldığını əks etdirmişdir. Sonra müvafiq sənədləşdirmə aparılmış, aşkar edilmiş kütlə ekspertiza tədqiqatına göndərilmişdir. Təqsirləndirilən şəxs lıəı lıans biı narkotik vasitənin satışı ilə məşğul olması, şərti alıcının iştirakı ilə hər hansı əməliyyat tədbiri keçirilməmiş, həmçinin tədbir zamanı onun üzərindən telefon və satışı tədiq edəcək fakt aşkar olunmamışdır. “Əməliyyat axtarşı tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanmasına və baxış keçrilməsi haqqında“ protokol və “təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında protkolda” olan narkotik vasitənin çəkisi ilə bağlı yaranmış fərqlə əlaqədar onu göstərmişdir ki, onlar hadisə yerində və Polis şöbəsində həmin kütləni qablaşma ilə çəkmələrinə görə həmin fərq yarana bilər, odur ki, ekspertin rəyində göstərilən qram qablaşmasız çəkildiyi üçün daha dəqiq qramlardır. Hadisə yerində o cümlədən polis şöbəsində Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq olmamış və o etmiş oduğu əməli etiraf etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlanıdırılmış şahid Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 gəlməmişdir. Məhkəmə istintaqı zamanı iştirak etməyən şahidin ifadəsi elan edilmişdir. Həmin ifadəsində Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid2 həmin bölmənin əməliyyat müvvəkili Şahid3 ifadəsində göstərdiklərinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 08 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v.01); 07 aprel 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, 07 aprel 2025-cü il tarixdə saat 17:21də Xətai rayonu, NZS qəsəbəsi, Sovxoz küçəsi 25 ünvanın qarşısında saxlanıldıqdan sonra onun əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin və Azərbaycan Beynəlxalq Banka məxsus 5522-0993-4314-3491 nömrəli bank kartı aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüş və keçirilmiş istintaq hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir.(i.v. 11-12); 07 aprel 2025-cü il tarixli "təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında" protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs Xətai RPl-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılması və üzərindən əşyaların aşkar olunması zamanı lentə alınmış videogörüntü olan bir ədəd DVD-R formatlı diskə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. (i.v 16-18); Şübhəli şəxsin tutulması haqqında 07 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 07 aprel 2025-ci il tarixdə, saat 19:00da Xətai RPİ 37-ci PŞ-də tutulmuş, tutulmanın əvvəli, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 07 aprel 2025-ci il tarixdən saat 17:21-dən hesablanmışdır. ( i.v. 29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 aprel 2025-ci il tarixli 6/1299 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “ Zərflər üçün №153” möhür əksi, "... Hüsənov Əziz ...” və s. adlar soyadlar, imzalar olan zərfdəki 01 ədəd büküm təmiz çəkisi 0,718 qram açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heoindir.(i.v 41-44) (ekspertiza xərci 110 manat); 09 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir.(09 aprel 2025-ci il, saat 15:10)(i.v 64-65); Medalların surətindən görünür ki, Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.(i.v 79) 09 aprel 2025-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və onun dərhal saxlandığı Xətai RPİ MSY-dən azad edilməsi qərara alınmışdır.(i.v 82-83); 09 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 85-86); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli Binəqədi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il azadlığın məhdudlaşdırılması cəzasına, xx.xx.2023-cü il tarixli Nizami rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2025-ci il tarixində cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır.(i.v 98-99); Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məcəllənin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.(i.v 104-109) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 25 aprel 2025-ci il tarixli 2365 saylı rəyindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Norkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumatlara əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü tarixdən BNMda (F19X2) diaqnozu ilə dispanserdə qeydiyyatdadır. ( i.v.112-113); Sübutların qiymətləndirilməsi, müxtəlif xüsusatlar üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında 25 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsinə seçilmiş başqa yerə getməmək haqqına iltizam qətimkan tədbiri qüvvəsində saxlanması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri müəyyən olunmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd olunması və həmin epizod üzrə material ayrılaraq Xətai rayon prokurorulğuna göndərilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkib əlamətləri müəyyən olunmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd olunması və həmin epizod üzrə material ayrılaraq Xətai rayon prokurorulğuna göndərilməsi, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təhvil verdiyi nakotk vasitə könüllü təhvil vermə kimi qiymətləndirilməməsi, əqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqata təqdim edilmiş 0,718 qram, heroin maddi sübut olaraq tanınsın və qalıq qalan 0,618 qram heroin təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra Xətai RPİ-nin saxlancına təhvil verilməsi, istintaq zərurəti ilə əlaqədar Təqsirləndirilən şəxs "əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanması və baxış keçirilməsi görüntüsü olan 01 ədəd DVD formatlı disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınsın və istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini və metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək məqsədilə cinayət material ayrılıb ərazi adiyyəti üzrə araşdırma davam etdirilməsi üçün Xətai RPİ-in 37-ci Polis şöbəsinə göndərilməsi, iş üçün əhəmiyyət kəsb etmədiyindən X2 1 ədəd ABB bank kartı özünə təqdim olunması qərara alınmışdır. ( i.v 127-134). Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə icraatın dayandırılması qərara alınmışdır. Bakı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində Xətai RPİ-nin əməkdaşları tərəfindən tutularaq, xx.xx.2025-ci il tarixində Bakı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, videogörüntülərdə cinayət işi materiallarında olan protokollarda göstərilən xüsusatlar bir daha öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir.(CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən narktoik vasitə-heroinin xeyli miqdarının aşağı həddi 0,15 qram hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini, Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunması(CM59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 07 aprel 2025-ci il tarixdən 09 aprel 2025-ci il tarixədək tutulduğu 02 gün müddət, 26 avqust 2025-ci il tarixdən 21 oktyabr 2025-ci il tarixədək həbsdə olduğu 01 ay 25 gün müddət, ümumilikdə 01 ay 27 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın bir günə iki gün hesabı ilə olunmaqla ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş həbs qətiman tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicəyə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınmalı alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD-R disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi, ev 70 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmək üçün iş materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 30 (otuz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 aprel 2025-ci il tarixdən 09 aprel 2025-ci il tarixədək, tutulduğu 02 (iki) gün müddət, habelə 26 avqust 2025-ci il tarixdən 21 oktyabr 2025-ci il tarixədək həbsdə olduğu 01 (bir) ay 25 (iyirmi beş) gün müddət, ümumilikdə 01 (bir) ay 27 (iyirmi yeddi) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir günə iki gün hesabı ilə hesablanmaqla, 03 (üç) ay 24 (iyirmi dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 02 (iki) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev küçəsi, ev 70 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və xx.xx.2024-cü il tarixdən BNM-da (F19X2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,618 qram narkotik maddə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış baxış və götürməni əks etdirən 02 (iki) ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs 30 (otuz) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar