Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-386/2022 09.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Zaqatala rayonu Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Zaqatala rayonu Əliabad kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 05 may 2022-ci il tarixdə tanışı X3 25 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,992 qram narkotik vasitə heroin əldə edib, üzərində saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 05 may 2022ci il tarixdə saat 18:30 dəqiqədə Xətai rayonu, A.Qurban küçəsi 25 ünvanın qarşısında saxlanılıb ünvan 3 37-ci PŞ-niıı in/ibali binasına gətirilərək orada videoçəkilişdən istifadə etməklə üzərində polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılan zaman, əyində olan bo/ rəngli cins şalvarının sağ yan iç cibindən bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,992 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsnun elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəməkimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zaqatala rayonu Əliabad kəndində qeydiyyatda olsa da, faktiki olaraq ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. İşləmir. Subaydır. Əvvəllər məhkum olunmamışdır. Bir ildən çoxdur ki, inyeksiya yolu ilə narkotik vasitə heroin qəbul etmişdir. 05 may 2022-ei il tarixdə saat 18 radələrində ünvan 5 ünvanın qarşısında olarkən əvvəllər tanıdığı və bir neçə dəfə narkotik vasitə aldığı, Tahir adlı şəxslə görüşərək 25 manat pul müqabilində sonuncudan şəxsi istifadəsi üçün narkotik vasitə heroin almışdır. Onlar tahirlə birlikdə Tahirin evində narkotik vasitədən istifadə etmişlər. Qalan narkotik vasitəni isə cibinəndə saxlamışdır. Həmin günü saat 18:30 dəqiqədə ünvan 6 ünvanında olarkən mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin şəxslər özlərini təqdim edib yaxınlıqda yerləşən polis şöbəsinə gətirmişlər. Polis şöbəsində hüquq və vəzifəsləri izah olunmuşdur. İstəyi ilə vəkil dəvət olunmuş, vəkil və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz, rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə heroini təqdim elmişdir. Həmin narkotik vasitə heroinin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqdim etdiyi narkotik vasitədən başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Saxlanılan zaman polis əməkdaşları üzərinə baxış keçirməmiş və heç bir fiziki güc tətbiq edilməmişdir. narkotik vasitə heroin aludəçisidir və mütomadi olaraq narkotik vasitə heroindəıı istifadə etmişdir. Lakin, heç vaxt narkotik vasitələrin satışı ilə məşğ ul olmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitədən başqa nə yaşadığı yerdə, nə də başqa heç bir yerdə narkotik vasitə heroin saxlamamışdır. Polis əməkdaşları saxlayan zaman və polis şöbəsinə dəvət edilərkən polis əməkdaşlarına tabe olmuşdur. Narkotik vasitə heroini aldığı şəxsin adının Tahir olduğunu bilir. Tahir adlı şəxsdən bir iki dəfə şəxsi istifadəsi üçün narkotik vasitə almışdır və adətən narkotik vasitəni Tahirin evində istifadə etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin sahə rəisi vəzifəsində çalışır. Xətai rayonu, NZS qəsəbəsi A.Qurban küçəsində yaşayan Təqsirləndirilən şəxs Sabuddin qızının miitəmadi olaraq Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələri əldə edib istifadə etməsi və üzərində gəzdirməsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. O, özü dəfələrlə qeyri rəsmi olaraq Təqsirləndirilən şəxs yaxınlaşaraq, bu yoldan çəkinməsi barədə xəbərdarlıq etmişdir. Daxil olan məxfi məlumat əsasında Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat- axtarış tədbirlərinin keçirilməsi qərara alınmış və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. O sahə rəisi kimi qrupun üzvü təyin edilmişdir. 05 may 2022-ci il tarixdə saat 18:30-da ünvan 7 ünvanın qarşısında Təqsirləndirilən şəxs həmin ünvana yaxınlaşmasını görüb sonuncunu saxlamaqla, xidməti vəsiqələrini həmin şəxsə göstərib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin qadının şəxsiyyəti ilə bağlı sorğu etdikdə, həmin şəxs özünü xx.xx.1988-ci ildə Zaqatala şəhərində anadan olmuş Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə narkotik vasitələri əldə edib istifadə etməsi və üzərində gəzdirməsi barədə məlumat daxil olduğunu bildirib, qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış edərək sonuncuya 37-ci PŞ-nə getməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddələrin və əşyaların olmasına şübhələr olduğundan sonuncunu 37-ci PŞ-nə gətirərkən əllərini ciblərinə salmağa imkan verməmişlər. Təqsirləndirilən şəxs paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı raport yazılandan sonra İnmə Orucova şəxsi axtarışın aparılması təhqiqatçıya həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Dövlət hesabına vəkil dəvət edilərək İranəyə təqdim edilmişdir. Bundan sonra videoçəkiliş edərək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılması başlanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılmasında vəkili, o, 37-ci PŞ-nin sahə rəisi, polis mayoru Şahid2 iştirak etmimdir. Şəxsi axtarışdan öncə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü olaraq təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan iç cibindən bir ədəd siqaretin qızılı kağızına bükülmüş bükümü çıxardıb təqdim edərək bükümün içərisində narkotik vasitə heıoin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm təhqiqatçı tərəfindən açılmışdır. Həmin bükümdə qəhvəyi rəngli toz şəkilli narkotik vasitə hesab edilən heroinə bənzər maddənin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin heroini Tahir adlı şəxsdən 25 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən lıeç nə aşkar olunmamışdır. Aşkar edilmiş maddə elektron tərəzidə çəkildikdən narkotik vasitə heroin təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılmış, zərfin üzəri isə iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitə satmaqda şübhəli bilinən Tahir adlı şəxsin tapılması istiqamə.ində keçrilmiş əməliyyat axtarış tədbirləri nəticəsində məxfi əməkdaşdan aldıqları məlumata əsasən ünvan 8 ünvanın qarşısına gəlmişlər. Saat 19:30 dəqiqədə ünvan 9 ünvanın qarşısında zahiri əlamətlərinə görə Tahir İsmayılova oxşar şəxsin həmin ünvana yaxınlaşmasını görüb sonuncunu saxlamaqla, xidməti vəsiqələrini həmin şəxsə göstərib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsin şəxsiyyəti ilə bağlı sorğu eldikdə, həmin şəxs özünü xx.xx.1980-ci ildə Naxçıvan MR-da anadan olmuş İsmayılov lalıir Vilayət oğlu kiıııi təqdim etmişdir. Həmin şəxsə narkotik vasitələri əldə edib istifadə etməsi, üzərində gəzdirməsi və satışı barədə məlumat daxil olduğunu bildirib, qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarla tanış edərək sonuncuya onlarla 37-ci PŞ-nə getməli olduğunu bildirmişlər. Tahir İsmayılov da etiraz etməmişdir, Tahir İsmayılovun üzərində qanunla qadağan olunmuş maddələrin və əşyaların olmasına şübhələr olduğundan sonuncunu 37-ci PŞ-nə gətirərkən əllərini ciblərinə salmağa imkan verməmişlər. Tahir İsmayılovun paltarında, əşyalarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı raport yazılandan sonra Tahir İsmayılovun şəxsi axtarışın aparılması şöbənin təhqiqatçıya tapşırılmışdır. Təhqiqatçı tərəfindən Tahir İsmayılovun hüquq və vəzifələri izah edilmişdir. Dövlət hesabına vəkil dəvət edilərək Tahir İsmayılova təqdim edilmişdir. Bundan sonra videoçəkiliş edərək Tahir İsmayılovun üzərinə şəxsi axtarışın aparılması başlanmışdır. Tahir İsmayılovun üzərinə şəxsi axtarışın aparılmasında sonuncunun vəkili, o. 37-ci PŞ-nin sahə rəisi, polis mayoru Şahid2 iştirak etmişdir. Şəxsi axtarışdan öncə təhqiqatçı Tahir İsmayılova üzərində olan əşyaları könüllü olaraq təqdim etməsini təklif etmişdir. lahir İsmayılov əynində olan tünd göy rəngli idman güdəkçəsiıhn sağ yan cibindən üç ədəd üzərində "Sobranie’* yazısı olan siqareti və əynində olan idman şalvarının sağ yan cibindən bir ədəd ağ şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli bükümü açıb təqdim edərək bükümün içərisində narkotik vasitə (kakos) heroin olduğunu bildirmişdir. Sorğu zamanı Tahir İsmayılov həmin heroini tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən 25 manata aldığını bildirmişdir. Daha sonra Tahir İsmayılov üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç nə aşkar olunmamışdır. Sorğu zamanı X19 Orucovaya narkotik vasitə olan heroin satmadığını bildirmişdir. Aşkar edilmiş maddə elektron tərəzidə çəkildikdən həmin narkotik vasitə 2,11 qram müəyyən olunduqdan sonra bir ədəd zəifdə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. İş üzrə digər Şahid1 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, Şahid2 ifadəsində göstərdiyi xüsusatlarla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 06 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsnun barəsində Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 05 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə, saat 19:30-da Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasında tutulmuşdur (i.v. 21); şəxsi axtarış və götürmə aparılması haqqında 05 may 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 37-ci PŞ-in CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid1, Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-in sahə rəisi, polis mayoru Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxsnun, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili X2, mütəxəssis X11 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Panasonic” markalı videokameradan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxsnu bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan iç hissəsundən ağ rəngli kağıza bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içərisində nə olması soruşulduqda, o, həmin bükümdəki kütlənin narkotik maddə olan heroin” olmasını bildirmişdir. Həmin büküm açıldıqda içərisində tünd qəhvəyi rəngli toz halında olan spesifik iyə malik olan kütlə aşkar edilmiş, həmin bükümdə olan maddə elektron tərəzidə çəkilmiş, çəkilərinin 0,992 qram olması müəyyən edilmişdir. Həmin maddəni Tahir adlı şəxsdən 25 manata aldığını bildirmişdir. (i.v. 29-30); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6 may 2022-ci il tarixli, 6/2620 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №153” möhür əksi olan, “Təqsirləndirilən şəxs...” və s sözlər və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,992 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 38-40); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 07 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 54); qətimkan tədbirinin seçilməsi haqqında 07 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 68); Diskə baxış keçirilməsi haqqında 15 may 2022-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Xətai RPİ-nin 37-ci PŞ-dən daxil olmuş üzərində yazısı olmayan ağ rəngli DVD-R formatındakı disk məlumatlarına baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarının sağ yan iç hissəsindən 1 ədəd ağ rəngli kağıza bükülü təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bir ədəd gümüşü kağızda olan bükülünün içərisində nə olması soruşulduqda, o, həmin bükümdəki kütlənin narkotik maddə olan heroin” olmasını bildirmiş, Həmin ağ rəngli kağız açıldıqda içərisində tünd qəhvəyi rəngli toz halında olan spesifik iyə malik olan kütlə aşkar edilmiş, həmin bükümdə olan maddə elektron tərəzidə çəkilmiş, çəkilərinin 0,992 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni Tahir adlı şəxsdən 25 manata aldığını bildirmişdir. Həmin büküm zərfə qoyularaq 153 möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmışdır. daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən hər hansı əşya və predmet aşkar edilməmişdir (i.v. 74-75); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsnun məhkumluğu barədə məlumat yoxdur (i.v. 76); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X13 Hüquqi Şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 2544 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostumulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür ( i.v. 97-98); Sübutların qiymətləndirilməsi haqqında 07 iyun 2022-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, təqsirləndirilən şəxs X5 əməlinin Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələrindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilməsi, təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan dəyişdirilmədən qüvvəsində saxlanılması, təqsirləndirilən şəxs X5 barəsində barəsində seçilmiş həbs qətimkan tədbirlərinin nəzərə alınması, şahid qismində dindirilmiş Şahid2 və Şahid1 oğlunun ifadələrinin, ƏN-nin MEM-nin 06 may 2022-ci il tarixli 6/2619, 6/2620 saylı rəylərinin, Səhiyyə Nazirliyi Respublika X13 Hüquqi şəxsin 13 may 2022-ci il tarixli 2473 və 20 may 2022-ci il tarixli 2645 nömrəli rəylərinin, şəxsi axtarış və götürmə, disklərə baxış və üzləşdirmə protokollarının iş üzrə sübut kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,942 qram qalan narkotik vasitə heroinin maddi sübut kimi tanınması və saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsi, X4 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,851 qram qalan narkotik vasitə heroinin maddi sübut kimi tanınması və saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs oğlu və X4 üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən iki ədəd “DVD” disklərin sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi, Xətai RPİ-nin 34-cü Polis Şöbəsində Təqsirləndirilən şəxs oğlu və X4 üzərində şəxsi axtarış aparılan zaman onların narkotik vasitə heroinin təqdim etməsini könüllü təqdim etmə kimi qiymətləndirilməməsi, X5 üzərindən aşkar edilmiş narkotik vasitə heroinin miqdarının məhkəmə kimyəvi ekspertizasının rəyində göstərilmiş miqdar, yəni 1,901 qram əsas götürülməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, qəbul edilmiş qərar və toplanmış materialın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, X5 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs və X5 barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, qəbul edilmiş qərar və toplanmış materialın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, cinayət işinin materiallarından qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin X1 mənbə barəsində cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs atasının adının bəzi sənədlərdə Şahbuddin kimi yazılsa da, ata adının Şabuddin kimi oxunması, təqsirləndirilən şəxs X5 ifadəsində heç kimə narkotik vasitə satmamasını, özünü qismən təqsirli bilməsini, özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsini və üzərindən aşkar edilmiş narkotik vasitə heroini özünün istifadəsi üçün əldə etməsini göstərməsi təzkib olunduğu üçün məsuliyyətdən yayınmaq məqsədilə özünü müdafiə kimi qiymətləndirilməsi, X5 barəsində Azərbaycan Respublikası CM-ni 234.4.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, qəbul edilmiş qərar və toplanmış materialın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, qərarın surətinin 24 saat müddətində məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 88-100); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntü tədqiq edilmiş, videogörüntüdə Təqsirləndirilən şəxsnun barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxsnun əynindəki boz rəngli şalvarın sağ iç cibindən 1 ədəd ağ rəngli kağıza bükülünün içərisində toz şəkilli maddəni təqdim etməsini, içərisində heroin oldumasını və öz istifadəsi üçün almasını bildirməsi, həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 105- 20996 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə tutularaq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü Səlimov Rəhman adlı, xx.xx.2011-ci il təvəllüdlü Səlimov Turan adlı yetkinlik yaşına çatmayan iki övladı vardır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxsnun törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumnun 24 dekabr 2021-ci il tazrixli 15 saylı qərarına əsasən Azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxslərin himayəsində yetkinlik yaşına çatmayan baxımsız uşaqlar olduqda, hökmün nəticəvi hissəsində belə uşaqların qohumların razılığı ilə onların və yaxud qəyyumluq və himayəçilik orqanlarının himayəsinə verilmələri göstərilməlidir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,992 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxsnun əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2), himayəsində iki azyaşlı uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsnun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, narkotik vasitənin miqdarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut - 1 (bir) ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Təqsirləndirilən şəxs uşaqları xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X15 qohumların razılığı ilə onların və yaxud qəyyumluq və himayəçilik orqanlarının himayəsinə verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili X8 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan 150 (yüz əlli) manat pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnun 05 may 2022-ci il tarixdən 07 may 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 14 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,942 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil bürosunun vəkili X8 25 (iyirmi beş) saat üçün nəzərdə tutulan (yüz əlli) manat pul ödənilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs uşaqları xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2011-ci il təvəllüdlü X15 qohumların razılığı ilə onların və yaxud qəyyumluq və himayəçilik orqanlarının himayəsinə verilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-386/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-386/2022
09.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver