Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-386/2024 09.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Beyləqan rayonu, 1-ci Şahsevən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə “Turbo.az” saytında “Chevrolet Malibu” markalı **-GY- *** dövlət qeydiyyat nişanlı avtomobili 17.000 manata satması barədə elan yerləşdirdikdən sonra həmin avtomobili almaq üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs etibarindan süiistifadə edərək avtomobili sonuncuya satmaq adı ilə 06 iyun 2023-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Binə sovxozunda yeni yaşayış massivindəki nömrəsiz həyət evində Zərərçəkmiş şəxs 6.500 manat, 14 iyun 2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən 10 saylı notariat ofisində sonuncu ilə aralarında bağlanmış 14 iyun 2023-cü il tarixli kredit müqaviləsi ilə 5.000 manat, 18 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs onun adına olan “expressbank” 5505 7850 2164 2504 bank kart hesabına köçürülmüş 500 manat, cəmi 12.000 manat nağd pul vəsaitini aldıqdan sonra 5.300 manatı qaytarmaqla 6.700 manat nağd pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib sonradan avtomobili X1 Zərərçəkmiş şəxs ümumilikdə 6.700 (altı min yeddi yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respbulikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışmasını, ona vurulmuş zərərin tam olaraq ödənildiyini, həmçinin verilmiş ittiham üzrə vurulmuş zərərin 25%-ni dövlət büdcəsinə ödəməsinin nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmşdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, ona vurulmuş zərərin tam olaraq ödənildiyini, zərərçəkmiş şəxslə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış şahid məhkəmə iclasına gəlməmiş, şahidin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 22 yanvar 2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə ********* cinayət işi başlanmışdır (cild İ, i.v. 1); Şahid Əli Ağayeviç tərəfindən Daxili İşlər Nazirliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Tural adlı şəxs oğlu Şirmamedə 6700 manat məbləğində dəyərində maddi zərər vurmuşdur, qanuni tədbir görülməsini xahiş etmişdir.(cild İ i.v 5) 14 iyun 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 5000 (beş min) manat notarial qaydada borc vermişdir.(cild İ i.v 21) 18 iyul 2023-cü il tarixli işə əlavə edilmiş materialdan görünür ki,Zərərçəkmiş şəxs məxsus bank kartından Təqsirləndirilən şəxs məxsus 5505 7850 2164 2504 bank kartına 500 (beş yüz) manat pul vəsaiti göndərilmişdir.(cild İ i.v 22) 29 yanvar 2024-cü il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etdiyi üçün ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmağı xahiş etmişdir. (cild İ i.v 29) zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İ i.v. 30); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış 31 yanvar 2024-cü il tarixli tələbnamədən görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilib CMnin 70-ci maddəsinə əsasən 01 il 10 ay 13 gün azadlıqdan məhrum etmə cəzası 01 il 06 ay şərti sınaq müddətinə təyin olunmuş, xx.xx.2021-ci il tarixdə təyin edilmiş sınaq müddəti bitdiyindən şöbənin qeydiyyatdan çıxarılmış, Suraxanı rayon Məhkəməsinin 1(010)- 183/2021 nömrəli xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 244- 1.2.2, 70-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, 02 il şərti sınaq müddəti ilə məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə tarixdə cəza müddəti başa çatmışdır. (Cild İ i.v. 36-38); Cinayət işlərinin bir icraatda birləşdirlməsi və cinayət əməlini tövsif edilməsi haqqında 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə istintaq olunan ********* nömrəli cinayət işinin Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda istntaq olunmasından ötrü birləşdirilməsi, ********* nömrəli cinayət işi ilə ********* nömrəli cinayət işi bir icraatda birləşdirilməsi və istintaq ********* nömrəsi altında davam etdirilməsi, iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməklə maraqlı tərəflərə məlumat verilməsi qərara alınmışdır. (Cild İ i.v 70-71) Bakı Şəhəri Yasamal rayon məhkəməsinin 1(004)-96/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi, 178.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə zalından dərhal həbsdən azad edilməsi qərara alınmışdır.( Cild İ i.v 194-198) 13 iyun 2024-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə tövsif edilməsi qərara alınmışdır.(cild İİ i.v 68-69) 13 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(cild İİ i.v 72-73) 13 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(cild ıı i.v 84) 886431 nömrəli və 350050 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 adlı övladı vardır.(cild İİ i.v 87) Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-183/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 244- 1.2.2-ci maddəsilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə və sınaq müddəti müəyyən olunmaqla, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə cəzası şərti hesab edilmişdir.(cild İİ i.v 88-98) Sübutların qiymətləndirilməsi haqqında 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə verilmiş ittihama əlavələr edilməsi zərurəti yaranmadığı üçün həmin itiham dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində 13 iyun 2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbirinin seçilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş Şahid ifadələri, borc müqaviləsi, qəbz və Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər materialların sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda yerləşən 10 saylı notariat ofisində 5.000 manat bağlanmış kredit müqaviləsi və xx.xx.2023-cü il tarixli qəbzin maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 178.2.2-ci maddəinin tərkibi olmadığından byu xüsusat üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə X2 ********* nömrəli cinayət işi üzrə X5 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs statusunda qalmalarına əsaslar olmadığından həmin statuslara xitam verilməsi,qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır. ( cild ıı i.v.99-105); "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 21126 saylı ödəniş qəbzinə əsasən Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25% miqdarında - 1675 manat məbləğində dövlət büdcəsinə ödəniş edilmişdir. Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıb ona dəymiş zərəri ödədiyindən və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli plenum qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Cinayət işi materiallarına əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə törətdiyi əməl 14 iyun 2023-cü il tarixdə, yəni Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad olunmasından əvvəl baş verdiyindən yenidən cinayət məsuliyyətindən azad edilməsi mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış borc müqaviləsi və qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 34 saylı Vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 34 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış borc müqaviləsi və qəbz cinayət işi materiallarında saxlanılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-386/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-386/2024
09.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver