Məhkəmə qərarları › İş №1(011)-387/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-387/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-387/2024 21.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 ; Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Tovuz rayonu Aşağı- Öysüzlü kəndində anadan olmuş, evli, orta təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, Tovuz rayonu Aşağı- Öysüzlü kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayıb, hazırda, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-462/2024 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək ƏN-nin Penitensiar Xidmətinin 14 saylı CÇM-də cəza çəkən - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncunun qızı X5 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən ümumi sahəsi 0.6 ha. olan torpaq sahəsinə 6.000 manata çıxarış alacağı və həmin torpaq sahəsində ev inşa edəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda formal olaraq öhdəlik müqaviləsi bağlamaqla, əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 22 avqust 2020-ci il tarixdə ünvan 3 ünvanda yerləşən "xxxx" MMC şirkətinin ofisində 8.000 manat, 01 sentyabr 2020-ci il tarixdə Yasamal rayonu, X12 küçəsi 118-də yerləşən “Bravo” marketin qarşısında 2.000 manat, 04 sentyabr 2020-ci il tarixdə həmin ünvanda 5.000 manat, 06 sentyabr 2020-ci il tarixdə həmin ünvanda 1.000 manat 07 sentyabr 2020-ci il tarixdə həmin ünvanda 7.000 manat, 16 sentyabr 2020-ci il tarixdə həmin ünvanda 2.000 manat, cəmi 25.000 manat pulu vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 25.000 (iyirmi beş min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib sonuncunun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 1 girişli, 16 mərtəbəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 64.67 m2 olan bir otaqlı mənzildə təmir-tikinti işləri aparacağı barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda formal olaraq öhdəlik müqaviləsi bağlamaqla, əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 06 fevral 2021-ci il tarixdə ünvan 3 ünvanda yerləşən "xxxx" MMC şirkətinin ofisində 7.540 manat, 14 fevral 2021-ci il tarixdə həmin ünvanda 8.000 manat, 29 mart 2021-ci il tarixdə həmin ünvanda 3.300 manat, cəmi 18.840 manat pulu vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs6 ümumilikdə 18.840 (on səkkiz min səkkiz yüz qırx) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncunun mülkiyyətində olan Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən yarımçıq tikilidə təmir-tikinti işləri aparacağı barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda formal olaraq öhdəlik müqaviləsi bağlamaqla, əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 05 iyul 2022-ci il tarixdə ünvan 4 ünvanda yerləşən "xxxx" MMC şirkətinin ofisində 15.000 manat, xx.xx.2022-ci il tarixdə saat 13:32-də Nəsimi rayonu 3-cü MKR. Asif Məhərrəmov küçəsi 174 saylı ünvanda yerləşən “OBA” marketdə quraşdırılmış “E-Manat” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan 523915.......4712 nömrəli “Kapital Bank” kart hesabına göndərdiyi 3.000 manat, 28 iyul 2022-ci il tarixdə saat 19:34-də həmin ünvandan ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan 523915.......4712 nömrəli kart hesabına göndərdiyi 2.000 manat, 02 sentyabr 2022-ci il tarixdə Nərimanov rayonu, A.Aqarunov küçəsi 118A ünvanda yerləşən ofisdə 6.000 manat, cəmi 26.000 manat pulu vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 26.000 (iyirmi altı min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib sonuncunun mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti “Nar MMC”, 4-cü girişdə yerləşən 123 nömrəli mənzildə təmir-tikinti işləri aparacağı barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda formal olaraq öhdəlik müqaviləsi bağlamaqla, əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 30 sentyabr 2022-ci il tarixdə ünvan 4 ünvanda yerləşən "xxxx" MMC şirkətinin ofisində 2.100 manat, 04 oktyabr 2022-ci il tarixdə saat 14:50-də Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospektində işdə olarkən mobil telefonunda olan tətbiq vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan 523915.......4712 nömrəli “Kapital Bank” kart hesabına 500 manat, həmin tarixdə saat 16:00-da həmin ünvandan mobil tətbiqlə Təqsirləndirilən şəxs ona bildirdiyi 409858...........0379 nömrəli kart hesabına 500 manat, 07 oktyabr 2022-ci il tarixdə həmin ünvanda mobil telefonunda olan tətbiq vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan 523915.......4712 nömrəli kart hesabına 400 manat, cəmi 3.500 manat pulu vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs3 ümumilikdə 3.500 (üç min beş yüz) manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, “Jasmin Park” yaşayış kompleksi, 7-ci giriş, 14-cü mərtəbədə yerləşən 121 nömrəli mənzildə təmir-tikinti işləri aparacağı barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda formal olaraq öhdəlik müqaviləsi bağlamaqla, əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 15 oktyabr 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən "xxxx" MMC şirkətinin ofisində 3.500 manat, Zərərçəkmiş şəxs4 17 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “Bolmart” marketin içərisində quraşdırılmış “E-Manat” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan 523915******4712 saylı “Kapital bank” kart hesabına göndərdiyi 1.000 manat, 20 oktyabr 2022-ci il tarixdə həmin ünvanda eyni qaydada 1500 manat, 31 oktyabr 2022-ci il tarixdə həmin ünvanda eyni qaydada 1.000 manat, 02 noyabr 2022-ci il tarixdə həmin ünvanda eyni qaydada 1.000 manat, 16 noyabr 2022-ci il tarixdə həmin ünvanda eyni qaydada 700 manat, 27 noyabr 2022-ci il tarixdə həmin ünvanda eyni qaydada 150 manat, 28 noyabr 2022-ci il tarixdə həmin ünvanda eyni qaydada 150 manat, 01 dekabr 2022-ci il tarixdə həmin ünvanda eyni qaydada 1.000 manat, 08 dekabr 2022-ci il tarixdə Yasamal rayonu, H.Cavid pr. 17 ünvanda yerləşən “Araz” marketin içərisində quraşdırılmış “E-Manat” ödəmə terminalı vasitəsi ilə eyni qaydada 250 manat, 10 dekabr 2022-ci il tarixdə ünvan 6 ünvanda yerləşən “Bravo” marketin içərisində quraşdırılmış “E- Manat” ödəmə terminalı vasitəsi ilə eyni qaydada 850 manat, cəmi 11.100 manat pulu vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs4 ümumilikdə 11.100 (on bir min yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib sonuncunun həyat yoldaşı Şahid3 mülkiyyətində olan ünvan 7 ünvanında 1-ci blok, 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 87.4 m2 olan mənzildə təmir-tikinti işləri aparacağı barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda formal olaraq öhdəlik müqaviləsi bağlamaqla, əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 2022-ci ilin oktyabr ayının ortalarında Nərimanov rayonu, A.Aqarunov küçəsi 118A ünvanında yerləşən "xxxx" MMC şirkətinin ofisində 800 manat, 20 oktyabr 2022-ci il tarixdə həmin ünvanda 7.900 manat, 25 noyabr 2022-ci il tarixdə həmin ünvanda 13.080 manat, cəmi 21.780 manat pulu vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs5 ümumilikdə 21.780 (iyirmi bir min yeddi yüz səksən) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə "xxxx" MMC-nin qanuni təmsilçisi olaraq öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib sonuncunun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi, ev 11-də yerləşən 54 saylı mənzildə təmir-tikinti işləri aparacağı barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda formal olaraq öhdəlik müqaviləsi bağlamaqla, əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə Zərərçəkmiş şəxs7 17 sentyabr 2023-cü il tarixdə yaşadığı ünvan 8 ünvanın qarşısında 2.000 manat, 22 sentyabr 2023-cü il tarixdə həmin ünvanda 10.000 manat, 20 oktyabr 2023-cü il tarixdə ünvan 9 ünvanda yerləşən “Sushi Azərbaycan” restoranın qarşısından İlyasın ona bildirdiyi Şahid2 adına qeydiiyyata alınmış 4169-7385-9841-1878 saylı “Kapital Bank” kart hesabına göndərdiyi 750 manat, 02 noyabr 2023-cü il tarixdə həmin ünvanda eyni qaydada 3.000 manat, 13 dekabr 2023-cü il tarixdə Suraxanırayonu, Hövsan qəsəbəsi, Rasim Şahsuvarov küçəsi, ev 11, mənzil 54-də mobil tətbiq vasitəsi ilə Təqsirləndirilən şəxs ona bildirdiyi 5243-7544-4038-2768 saylı “Unibank” kart hesabına 60 manat, 22 dekabr 2023-cü il tarixdə saat 18:34-də Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən “Bravo” hipermarketin qarşısında eyni qaydada İlyasın ona bildirdiyi 416973............9757 nömrəli kart hesabına 36 manat, və həmin tarixdə saat 18:35-də eyni hesaba 120 manat, cəmi 15.966 manat pulu vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs7 ümumilikdə 15.966 (on beş min doqquz yüz altmış altı) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 ,178.2.3 və 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, o, heçkimə qarşı dələduzluq etməmişdir. Aldığı pulları bağladığı müqavilələrin təyinatına uyğun olaraq istifadə etmişdir. Sadəcə olaraq İİ Qarabağ müharibəsindən sonra materialların qiymətində artım olmuş, həmçinin karantin rejimi ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri vaxtında icra edə bilməmişdir. Onun eyni məzmunlu cinayət işinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi bəraət vermiş, həmin bəraət hökmü Bakı Apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. O hesab edir ki, onun əməli cinayət yox mülki mübahsədir. Bu səbəbdən ona bəraət verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona verilmiş ittihamda özünü təqsirli hesab edərək ifadəsində göstərmişdir ki, əvvəllər fərdi qaydada ustalıqla məşğul olmuşdur. "xxxx" MMC şirkətini təsis edib, direktoru kimi fəaliyyət göstərir. Şirkətin fəaliyyəti təmir işləri ilə bağlıdır. 22 avqust 2020-ci il tarixdə Yeganə Abdullayevə zəng edib ev inşa etdirmək istədiyini bildirmişdir. O, Yeganəni ünvan 3 ünvanında yerləşən ofisinə dəvət etmişdir. Ofisdə söhbət zamanı Yeganə xanım bildirmişdir ki, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində ev inşa etdirmək istəyir. Yeganə ilə birlikdə gedib həmin torpaq sahəsinə baxmışdır. Bundan sonra Yeganə ilə müqavilə bağlamışdır. Şərtlərə görə 10x10 metr ölçüdə birmərtəbəli ev tikilməli olmuşdur. Bunun üçün 20.000 manat pul tələb olunmuş, pulun 8.000 manatını ilkin olaraq, tikinti davam edərkən daha 8.000 manat, başa çatdıqdan sonra isə sonuncu 4.000 manat pul ödəməli olmuşdur. Yeganə ilə bu qaydada razılaşıb müqaviləni imzalatdıqdan sonra Yeganə xanım xx.xx.2020-ci il tarixdə ona 8.000 manat pulu işlədiyi ofisdə ünvan 3 ünvanında ödəmişdir. O, həmin pulun bir hissəsini ustalara, bir hissəsini də tikinti materialları satan mağazalara vermişdir ki, evin tikintisinə başlasın. xx.xx.2020-ci il tarixdə Yeganə xanımla əlaqə saxlamış və tikinti materialları üçün 2.000 manat pul lazım olduğunu bildirmişdir. Elə həmin gün Yeganə xanımla Yasamal rayonu, İnşaatçılar metrosu yaxınlığında yerləşən “Bravo” marketin qarşısında görüşmüş və həmin məbləğdə pulu Yeganədən almışdır. Sonrakı müddətdə işə başlamazdan əvvəl Yeganə xanımın aldığı torpağın sənədlərinin qaydasında olmadığı və ümumiyyətlə torpaq sahəsinin Yeganənin mülkiyyətində olmadığı məlum olmuşdur. Buna görə tikinti işinə başlaya bilməmişdir. Yeganəyə bildirmişdir ki, sənədlərin düzəlməsi üçün 6.000 manat pul lazımdır. xx.xx.2020ci il tarixdə 6.000 min manat pulu Yeganə xanımdan Yasamal rayonu “Bravo” marketin qarşısında almışdır. Anar adlı tanışı ona bildirmişdir ki, sənədlərin düzəlməsi üçün 6.000 manat lazımdır. O, ilkin olaraq sənədlərin düzəlməsi üçün Anara 2.000 manat pul vermiş, qalan 4.000 manat pulu özündə saxlamışdır ki, sənəd düzələndən sonra versin. Bundan sonra xx.xx.2020-ci il tarixdə 7000 manat və xx.xx.2020-ci il tarixdə 2.000 manat tikinti materialları üçün Yeganədən Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında yerləşən “Bravo” marketin qarşısında pul almışdır. Sonradan torpaq sahəsinin sənədinin düzəlməsi pandemiya ilə əlaqədar gecikmişdir. Yeganə xanım bildirmişdir ki, artıq heç nə istəmir pulunun geri qaytarılmasını tələb edir. O, Yeganəyə bildirmişdir ki, pulları tez bir zamanda qaytaracaqdır. O, təmir tikinti şirkəti rəhbəri olduğu üçün bir neçə yerdə eyni zamanda iş görmüşdür. Buna görədə aldığı pulları aparılan işlər üçün xərclənmişdir. Növbəti iş görülən zaman digər işdən gələn qazanc əsasında həmin işi görmüşdür. Yəni, Yeganə xanımdan hissə-hissə ümumilikdə aldığı 25.000 manat pulu digər təmir işlərinin görülməsi üçün lazım olan tikinti materiallarına xərcləmişdir. Buna görədə Yeganəyə bildirmişdir ki, 25.000 manat pulu digər tikintilərdən əldə etdiyi pullar vasitəsi ilə müəyyən müddətə qaytaracaqdır. Yeganə sənədin düzəldilməsini gözləmədiyi üçün Anara verdiyi 2.000 manat pulu geri almış və xx.xx.2021 -ci il tarixdə “Zolotoy korona” pul köçürmə vasitəsi ilə 6.000 manat pulu Yeganəyə geri qaytarmışdır. Bundan sonra xx.xx.2021-ci il tarixdə “Milliön” vasitəsi ilə Yeganənin maaş kartına 2.000 min manat pul göndərmişdir. Təxminən 15-20 gün sonra Yeganə xanımın maaş kartına 5.000 manat pul göndərmişdir. Yeganəyə ümumilikdə 13.000 manat pulu geri qaytarmışdır. Hal-hazırda Yeganəyə 12.000 manat verəcəyi qalmışdır. Həmin pulu hissə-hissə ödəyəcəkdir. Zərərçəkmiş şəxs2 şikayəti ilə bağlı bildirir ki, Mehriban xanım 2022-ci ildə ünvanını dəyişdiyi Bakı şəhəri, A.Aqarunov küçəsində yerləşən "xxxx" şirkətinə gələrək Şamaxı rayonu, Əngəxaran kəndində ev tikdirmək istədiyini bildirmiş, sənədlərinə əsasən evi ümumilikdə 49.500 manata tikəcəyini və 20.000 manatı öncədən 29.500 manatı 48 aylıq, ayda 615 manat ödəməklə alacağını, tikintini 3-4 aya bitirəcəyini söz vermişdir. Mehriban xanım razılaşmış, ilkin olaraq 15.000 manat Bakı şəhəri, A.Aqarunov küçəsində yerləşən "xxxx" şirkətinin ofisində ona vermişdir. Aralarında tərtib olunmuş müqaviləni imzalamışlar. Bir neçə gün sonra Şamaxı rayonu, Əngəxaran kəndinə evin tikiləcəyi yeri görməyə getmişdir. Orada evin tikiləcəyi sahənin müqavilədə olduğu 90 kv-lıq deyil 125 kv-lıq olduğunu Mehriban xanıma bildirmiş, Mehriban hansı qiymətə başa gələcəyini soruşmuş, o, əlavə ilkin olaraq 26.000 manat lazım olduğunu və 48 ay 650 manatdan ödəməli olacağını bildirmişdir. Mehriban razılaşmış və kart hesabına 5.000 azn köçürmüşdür. Daha sonra ofisində 6.000 manat vermişdir. Bundan sonra o, təxminən 7.000 manatlıq söküntü-tikinti işi görmüşdür. Lakin, başqa tikinti işləri olduğu üçün iş uzanmağa başlamışdır. O Mehribandan işi bitirməyə 2-3 ay əlavə vaxt verməsini istəmişdir. Lakin, Mehriban razılaşmamış və pulunu geri tələb etmişdir. Bir müddət sonra Mehriban xanıma 2.000 manat pul qaytarmış, qalan pulu digər tikinti işlərinə xərclədiyi üçün qaytara bilməmişdir. Zərərçəkmiş şəxs4 şikayəti ilə bağlı bildirir ki, Ülviyyə xanım Bakı şəhəri, A.Aqarunov küçəsində yerləşən "xxxx" MMC şirkətinin ofisimə gələrək Yasamal rayonu, “Jasmin Park” yaşayış kompleksində yerləşən 71 kv-lıq mənzilini təmir etməyini istəmişdir. Ülviyyə xanıma həmin mənzilin təmirinin 11.000 manata başa gələcəyini bildirmişdir. Ülviyyə razılaşmış və 3.500 manat pulu A.Aqarunov küçəsində yerləşən ofisində ona vermişdir. Daha sonra tərtib olunmuş müqaviləni imzalamışlar və Ülviyyə xanım ofisdən çıxıb getmişdir. Sonradan Ülviyyə xanım onun kart hesabına qalan 7.500 azn pulu köçürtmüşdür. Aralarında olan razılaşmaya əsasən mənzili 3 aya təmir edib təhvil verməli olmuşdur. O, Ülviyyənin evində təxminən 4.000-5.000 manat məbləğdə təmir işi görmüşdür. Lakin, aralarında yaranmış anlaşılmazlığa görə Ülviyyə xanım 3 ay müddət tamam olmamış pulunu geri tələb etməyə başlamışdır. Yaranan anlaşılmazlığın səbəbkarı Yeganə xanım olmuşdur. O, Ülviyyə xanımın natamam qalmış təmirini başa çatdırmağa hazırdır. Zərərçəkmiş şəxs3 şikayəti ilə bağlı bildirir ki, Günay xanım Bakı şəhəri, A.Aqarunov küçəsində yerləşən "xxxx" MMC şirkətinin ofisinə gələrək Xırdalan şəhərində yerləşən natamam təmir edilmiş mənzilinin təmirini tamamlamaq istədiyini bildirmişdir. O, Günaya həmin mənzilin təmirinin tamamlanması üçün 4.400 manat pul lazım olduğunu bildirmişdir. Günay razılaşmış və ayrı-ayrı vaxtlarda onun kart hesabına ümumilikdə 3.500 manat pul köçürmüşdür. Aralarında olan razılaşmaya əsasən Günayın mənzilini 2 aya təmir edib təhvil verməli olmuşdur. Yerdə qalan pulu Günay xanımdan istəyəndə Günay pulu olmadığını bildirmiş və bir neçə müddətdən sonra 2 ay tamam olmamış pulunu geri tələb etmişdir. Səbəbini soruşduqda Günay sosial şəbəkələrdə onun şirkəti haqqında mənfi xarakterli yazılar olduğunu bildirmişdir. Günayın evində təxminən 3.000 manatlıq iş görmüşdür və qalan 500 manat pulu geri ödəməyə hazırdır. 2023-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs7 ona zəng edərək evini təmir etdirmək istədiyini bildirmişdir. O, evə baxdıqdan sonra təmir xərclərini deyə biləcəyini bildirmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs7 Hövsan qəsəbəsində yerləşən evinə getmişdir. Həmin vaxt dostu Şahid2 yanında olmuşdur. Evə baxdıqdan sonra 15.000 manat müqabilində təmir edəcəyini bildirmişdir. Elvin razılaşdığı üçün müqavilə bağlamışlar. Elvin ilkin olaraq 2.000 manat ödəniş etmişdir. Bundan bir neçə gün sonra, yəni xx.xx.2023-cü il tarixdə evə dizayner aparmışdır. Dizayner evin ölçülərini götürdükdən sonra Elvin yenə də 10.000 manat pul ödəniş etmişdir. Təmiri 45 gün müddətində bitirəcəyi barədə razılaşmışdır. Bundan sonra evi təmir etdirməyə başlamışdır. Həmin ərəfədə maddi sıxıntıları olduğu üçün təmir gecikmişdir. Sonradan Elvin yenə zəng edərək evdə TV stend düzəlmək istədiyini bildirmişdir. O, TV stendi 750 manata düzəldəcəyini bildirmişdir. Elvin razılaşmış və buna görədə dostu Natiqin kart hesabına 750 manat pul göndərmişdir. Təmir işlərini tamamlamaq üçün Elvindən borclu qaldığı 3.000 manatı göndərməsini istəmişdir. Lakin, Elvin pulunun olmadığını bildirmişdir. O, pulu verməyəcəyi təqdirdə təmiri yarımçıq saxlayacağını bildirmişdir. Buna görə də aralarında mübahisə yaranmışdır. Sonradan məlum olmuşdur ki, Elvin qohumu vasitəsi ilə Natiqlə danışıb və onun təmir üçün borclu qadığı 3000 manat pulu Natiqin kart hesabına göndərib. Natiq həmin pulu ona vermiş və yenidən Elvinin evinin təmirini davam etdirmişdir. Həmin ərəfədə Elvin onun kart hesabına lepka üçün 60 manat, onun istəyi ilə tikinti materialı mağazasına 36 manat və lepka ustası Heydərin kart hesabına 120 manat pul göndərmişdir. Qeyd etmək istəyir ki, maddi durumu pis olduğundan və Elvindən aldığı pul qurtardığı üçün evi təmir edərək təhvil verə bilməmişdir. Bundan sonra Elvin təmir yarımçıq qaldığı üçün 4.200 manat pul tələb etmişdir. O, halhazırda pulunun olmadığını bildirib həmin pulu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Bundan sonra Elvin 4.200 manat müqabilində evə mebel almağını istəmişdir. Elvinlə razılaşmamış və pulu 2 ay müddətində qaytara biləcəyini bildirmişdir. Lakin, Elvin barəsində şikayət erdəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs7 təmir üçün verdiyi 16.200 manat puldan təxminən 12.000 manatlıq təmir işləri görmüşdür, qalan pulları isə şəxsi ehtiyaclarına xərcləmişdir. Qeyd edilən 4.200 manat pulu hissə-hissə Zərərçəkmiş şəxs7 qaytaracaqdır. Zərərçəkmiş şəxs6 mənzilində təxminən 80-90% təmir işləri həyata keçirmişdir. Lakin, Zərərçəkmiş şəxs6 bunu başa düşməyərək ondan pulunu tam şəkildə geriyə tələb edir. Hazırda Zərərçəkmiş şəxs6 aldığım puldan 3.000 manat geriyə qaytaracağı məbləğ qalmışdır.(cild 4, i.v 102-105) Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, bir neçə il əvvəl Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsində torpaq sahəsi almışdır. 23 avqust 2020-ci il tarixdə sosial şəbəkələrin birində "Pro Təmir Tikinti” şirkəti adında səhifə görmüş və həmin səhifədə qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlamışdır. “Pro Təmir Tikinti” şirkətinin müdüri kimi özünü təqdim edən Təqsirləndirilən şəxs ilə telefonda danışaraq qızı X5 adına olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən torpaq sahasində ev inşa etdirmək istədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona şirkətə gələrək müqavilə bağlamaq lazım olduğunu demişdir. ünvan 12 ünvanda yerləşən şirkətə gedib Təqsirləndirilən şəxsla tanış olmuş və müqavilə bağlamışdır. İkin olaraq həmin günü yəni, 23 avqust 2020-ci il tarixdə saat təxminən 12 radələrində ünvan 13 ünvanda yerləşən ofisdə Təqsirləndirilən şəxs 8000 manat ödəniş etmişdir. Müqaviləyə əsasən, tikintinin 40 faizini ilkin olaraq, 40 faizini tikintinin ortasında, 20 faizini tikinti qurtarandan sonra ödənməsi barədə razılaşmışdılar. Təqsirləndirilən şəxs bu sənədləşməni notariatda qeydiyyata alınmasını təklf etsə də, Təqsirləndirilən şəxs fikrindən daşınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs tikinti materiallarının bahalaşacağını bildirib təcili olaraq material alıb yığmaq, sonra tikintiyə başlamaq lazım olduğunu və tikintiyə başlayana qədər tikinti materiallarının qiymətinin qalxmadan alınmasını bildirmişdir. Bununla bağlı 0l.09.2020-ci il tarixdə 2000 manat, xx.xx.2020-ci il tarixdə 7000 manat, xx.xx.2020-ci il tarixdə 2000 manat pulu Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Bravo” marketin qarşısında ondan almış və həmin pulların əvəzində ona qəbz vermişdir. Dəfələrlə tikinti ilə maraqlandıqda Təqsirləndirilən şəxs tərəfindən heç bir tikinti işləri aparılmadığını görmüşdür. Bu barədə Təqsirləndirilən şəxs bildirdikdə İlyas guya torpağın çıxarışı olmaması səbəbindən tikintiyə başlaya bilmədiyini bildirmişdir. O, İlyasa torpağın çıxarışının olmadığını, torpağa aid ancaq etibarnamə olduğunu bildiyi halda ondan 25.000 manat pulu nə səbəbə almasını soruşmuşdur. Onu da bildirmişdir ki, “Pro Təmir Tikinti” şirkətinin müdiri Təqsirləndirilən şəxs mənzilinin tikilməsi üçün verdiyi ilkin ödənişdən sonra torpaq sahəsinə çıxarış almasına köməklik edəcəyini bildirmiş və sənəd alındıqdan sonra tikintiyə başlamağın mümkün olacağını söz vermişdir. Təqsirləndirilən şəxs torpağa çıxarış almaq üçün şirkətinin hüquqşünası olduğunu və onunla tanış edəcəyini, sənəd işlərində həmin şəxsin kömək edəcəyini demişdir. Təqsirləndirilən şəxs bu işlərə tanışı olan Şahid1 ilə onu tanış edərək, bu sənədləşməni Şahid1 aparması uçun qızının adından etibarnamə verilməsinin lazım olduğunu demişdir. O da İlyasa inanıb etibar etdiyindən 05 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “19 saylı Notariat kontorunda” bir aylıq etibarnaməni qızı Sura Rzayeva, Şahid1 vermiş və həmin tarixə qədər yəni, 04 sentyabr 2020-ci il tarixdə təxminən saat 15 radələrində torpağa çıxarış almaq adı ilə Təqsirləndirilən şəxs ünvan 14 ünvanda yerləşən “Bravo” marketin qarşısında ondan 5000 manat pul almışdır. İki gündən sonra yəni, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək sənəd almaq üçün əlavə 1000 manat da lazım olduğunu bildirmişdir. 06 sentyabr 2020-ci il tarixdə, təxminən saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən “Bravo” marketin qarşısında Təqsirləndirilən şəxsla görüşmüş və İlyasa 1000 manat pul vermişdir. Şahid1 ona zəng edərək sənəd almaq üçün növbə götürdüyünü, 10 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs sənəd üçün 1000 manat pul verməli olduğunu lakin, Təqsirləndirilən şəxs həmin vaxt gəlmədiyi üçün sənədi almağın mümkün olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs zəng edəndə, Təqsirləndirilən şəxs həmin vaxt işi çıxdığını, gedə bilmədiyini, sənədi almaq üçün daha Şahid1 lazım olmadığını özü həll edəcəyini demişdir. Təkrarən yəni, 15 sentyabr 2020-ci tarixdə Təqsirləndirilən şəxsla əlaqə saxlamış, Təqsirləndirilən şəxs ona növbə götürüb tez bir zamanda sənəd düzəltməyi həll edəcəyini bildirmiş, bundan sonra 21 sentyabr 2020-ci il tarixdə təkrarən Təqsirləndirilən şəxs ilə əlaqə saxlayanda Şahid1 aldığı arayışın köhnə arayış olduğundan qevd edilən arayışı götürmədiklərini bildirmişdir. Bundan sonra təzə arayış almaq üçün əlavə 2800 manat pul lazım olduğunu bildirmişdir. Bu zaman artıq etiraz etmiş və əvvəlcə ilkin sənədləşmə üçün 6000 manat pul verdiyini demişdir. Onun etirazından sonra Təqsirləndirilən şəxs lazım olan məbləği özü verəcəyini bildirmişdir. 23 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ona mesaj göndərib 10 gün ərzində çıxarışı alıb verəcəyini bildirmişdir. 10 gun sonra əlaqə saxlayıb çıxarışı almasını soruşduqda Təqsirləndirilən şəxs hər kəs bu sənədi 10-12 min manata alır, guya ona həmin sənədi havayı aldığını deyərək əlavə 2800 manat pul da istəmişdir. 27 sentyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ondan əlavə olaraq tikinti işləri üçün 9000 manat pul istəyərək, ödənişi tez bir zamanda etməli olduğunu bildirmişdir. O da Təqsirləndirilən şəxs tikintiyə başlanılmadığı halda artıq bu günədək 25.000 manat pul verdiyini, lakin ortada heç bir işin görülmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yenə də tikinti işləri üçün ondan əlavə olaraq 5000 manat istəmiş, etiraz edərək pulunun qalmadığını, nə qədər pulu vardısa hamısını verdiyini demişdir. Ertəsi günü yəni, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona zəng edərək sənədi almağa bir gün qaldığını, pul lazım olduğunu bildirmişdir. Yenə etiraz edərək bütün pulunu ona verdiyini, amma əvəzində heç bir işin görülmədiyini demişdir. Təqsirləndirilən şəxsla daim əlaqə saxlayıb bu qədər pul almağının qarşılığında heç bir iş görülmədiyini soruşduqda İlyas daim bunu ertələyib, qısa vaxtda işlər görəcəyini bildirərək yalandan vədlər vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs ondan ümumilikdə 25.000 manat pul alıb heç bir iş görməmiş və etibarından istifadə edib onu aldadaraq dələduzluq etmişdir. Dəfələrlə pulunu geri tələb etsə də İlyas aldığı ümumilikdə 25.000 manat puldan geri qaytarmamışdır. Sonradan o, hissə-hissə olmaqla İlyas aldığı 25.000 manat pulun 13.000 manatını geri qaytarsa da qalan 12.000 manatı qaytarmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayında Bakı şəhəri, ünvan 15 ünvanında 1 otaqlı 71 kvlıq ölçüdə mənzil almışdır və həmin mənzil özünə məxsusdur. Həmin mənzili daxili ipoteka şərtləri ilə almışdır. 2022-ci ilin sentyabr ayında evi təmir etdirmək qərarına gəlmişdir. Buna görə də “İnstagram” sosial şəbəkəsində axtarış etməyə başlamışdır. Sosial şəbəkədə "Pro Təmir Tikinti” şirkətinin adına səhifə görmüş və həmin səhifədə qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlamışdır. “Pro Təmir Tikinti” şirkətinin müdiri kimi özünü təqdim edən İlyasla telefonda danışaraq evini təmir etdirmək istədiyini bildirmişdir. Həmin vaxt İlyas ona şirkətə gələrək müqavilə bağlamaq lazım olduğunu bildirmişdir. 15 oktyabr 2022-ci il tarixdə ünvan 4 ünvanda yerləşən şirkətə gedib İlyasla tanış olmuşdur. İlyasa evin təmirinin işci haqqını ödəmək üçün 6.000 manat pul verəcəyi barədə razılaşmışdır. Lakin tikinti materiallarını özü almalı olmuşdur. Sadəcə evi təmir etdirməyə ustalar lazım olmuşdur. Həmin vaxt İlyas tikinti materiallarını ucuz qiymətə ala biləcəyini deyib, ümumilikdə tikinti materialları və işçilər ilə birlikdə qiymət barədə razılığa gəlmişlər. İlyasla evin təmirini 10.000 manata etdirəcəyi barədə razılaşmışdır. O, ilkin olaraq 15 oktyabr 2022-ci il tarixdə İlyasa işçilərin zəhmət haqqı üçün 3.000 manat, material üçün isə 500 manat pul vermişdir. Həmin gün İlyasla müqavilə bağlamışdır. İlyasa verdiyi 3000 manata görə qəbz alsa da tikinti materiallarına görə verdiyi 500 manata görə qəbz almamışdır. İlyas müqavilənin şərtlərinə görə təmiri 3 ay müddətində tamamlamalı olmuşdur. Bundan sonra İlyas hər dəfə tikinti və işçilik haqqı üçün pul istədikdə göndərdiyi Kapital banka məxsus 5239-1515-1189-4712 saylı kart hesabına müxtəlif vaxtlarda pul göndərmişdir. Belə ki, İlyas hər dəfə pul istədikdə o xx.xx.2022-ci il tarixdə İlyasın göndərdiyi kart hesabına 1.000 manat, 20 oktyabr 2022-ci il tarixdə 1.500 manat, 31 oktyabr 2022-ci il tarixdə 1.000 manat, 02 noyabr 2022-ci il tarixdə 1.000 manat, 16 noyabr 2022-ci il tarixdə 700 manat, 27 noyabr 2022-ci il tarixdə 150 manat, 28 noyabr 2022-ci il tarixdə 150 manat, 01 dekabr 2022-ci il tarixdə 1.000 manat, 08 dekabr 2022-ci il tarixdə 250 manat, 10 dekabr 2022-ci il tarixdə 850 manat pul göndərmişdir. Lakin, İlyas evə usta gətirsə də verdiyi pulun miqdarından az miqdarda material aldığı üçün ustalar evdə heç bir iş görə bilməmişlər. Ustalar onun evində 01 noyabr 2022-ci il tarixdən 10 noyabr 2022-ci il tarixinə kimi işləmiş və ondan sonra evə gəlməmişlər. Sonra İlyasa irad bildirmiş və pulu ödəməyinə baxmayaraq heç bir iş görülmədiyini demişdir. İlyas ustaların başqa mənzildə təmir apardıqlarını bildirib, 15 gündən sonra təmirə davam edəcəklərini bildirmişdir. Təmirlə bağlı tələsmədiyi üçün İlyasla razılaşmışdır. 2023-cü ilin yanvar ayının əvvəllərində İlyas zəng edərək evin təmir materiallarını tam hazırlamasını bildirib, elektrik naqillərinin qiymətini düzgün hesablamamasını bildirib əlavə olaraq 450 manat pul istəmişdir. Lakin, o pulunun olmamasını bildirib İlyasa pul verməmişdir. xx.xx.2023-cü il tarixdə İlyasa zəng edərək təmirə başlamamasına görə irad bildirmişdir. Bundan sonra İlyas müxtəlif bəhanələr gətirib onu aldatmışdır. Ona ümumilikdə 11.100 manat ziyan dəymişdir. Heç bir ödəniş olmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2022-ci ilin oktyabr ayında özünə məxsus Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 Residence” yaşayış kompleksində olan mənzilini təmir etdirmək qərarına gəlmişdir. 2022-ci ilin oktyabr ayının ortalarında sosial şəbəkədə elanları gedən "xxxx" MMC-ni görmüş və şirkətin işlərini bəyəndiyi üçün yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, A.Aqarunov küçəsində yerləşən ofisə getmişdir. Orada özünü şirkətin rəhbəri kimi təqdim edən Təqsirləndirilən şəxsla tanış olmuşdur. Təqsirləndirilən şəxs 87 kv-lıq ölçüdə mənzilini təmir və tikinti materialları ilə birlikdə 21.800 manata təmir edə biləcəyini demişdir. O, İlyasla razılaşmış və ofisdə ilkin olaraq İlyasa 800 manat vermişdir. xx.xx.2022-ci il tarixdə İlyasa 7.900 manat pul ödəmişdir. İlyas əvvəl verdiyi 800 manatla birlikdə hesablayıb ümumilikdə 8.700 manat pul ödənişi ilə bağlı qəbz vermişdir xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxsla müqavilə bağlamışdır. Təqsirləndirilən şəxs evin təmirinə başlamışdır. xx.xx.2022-cü il tarixdə Təqsirləndirilən şəxs evin təmirinin birinci hissəsini bitridiyini bildirib, qalan pulun ödənilməsini tələb etmişdir. Buna görə o, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs şirkətin ofisində 13080 manat pul ödəmiş və bu barədə ona qəbz verilmişdir. Bundan sonra İlyas evin təmirini həyata keçirməmiş və müxtəlif bəhanələr gətirməklə onu aldatmışdır. Buna görə də o müstəqil olaraq ekspertiza təyin etdirib İlyasın mənzildə gördüyü işin maddi dəyərinin sadəcə 2.800 manat olmasını müəyyən etmişdir. Bundan sonra İlyasın onu aldatması ilə bağlı şikayət etmiş və pulun geri qaytarılmasını tələb etmişdir. Evin təmiri üçün 21.800 manata razılaşdığı üçün ərizəsində maddi ziyanı həmin məbləğdə qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, ünvan 16 ünvanda yerləşən mənzili 2017-ci ildə daxili kredit şərtləri ilə almışdır. Mənzili təmirsiz vəziyyətdə aldığı üçün 2021-ci ilin fevral ayının əvvəllərində təmir etdirmək qərarına gəlmiş və bu məqsədlə “İnstagram” sosial şəbəkəsində bir qədər axtarış etmişdir. Sosial şəbəkədə səhifəsi mövcud olan "xxxx" MMC-ni müəyyən edib səhifədə olan mobil nömrə ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs adında şəxs telefon zənginə cavab vermiş və danışıq zamanı İlyas şirkətin rəhbəri olduğunu bildirmişdir. O, mənzili təmir etdirməklə bağlı fikrini bildirdikdə, İlyas mənzilə baxıb qiymət deyəcəyini demişdir. Danışıqdan bir gün sonra İlyas mənzilə gəlib baxış keçirmiş və onu şirkətin Bakı şəhəri, Nərimanov rayonu M.Araz küçəsi 43-də yerləşən ofisinə dəvət etmişdir. xx.xx.2021-cü il tarixdə şirkətin ofisinə getmiş və orada danışıq zamanı İlyas bildirmişdir ki, mənzili tam şəkildə 4 ay müddətində təmir edəcəkdir. İlyas təmir üçün umumilikdə 18.850 manat məbləğdə pul ödəməli olduğunu, işə başlamaq üçün ilkin ödəniş olaraq ümumi məbləğin 40 % -ni ödəməli olduğumu demişdir. Təqsirləndirilən şəxsla razılaşmış və müqavilə bağlamışdır. Həmin gün Təqsirləndirilən şəxs 7.540 manat pul ödəmişdir. İlyas Namazvov ödənişlə bağlı qəbz tədqim etmişdir. Sonradan o, diqqət etmişdir ki, Təqsirləndirilən şəxs qəbzdə, eyni zamanda müqavilədə tarixi səhvən 02 iyun olaraq qeyd etmişdir. Bundan iki gün sonra Təqsirləndirilən şəxs mənzilə ustaları gətirmiş və onlar təmir işlərinə başlamışlar. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs, onu yenidən şirkətin ofisinə dəvət edib bildirmişdir ki, material qiymətləri qalxıb ödəniş etmək lazımdır. O, həmin gün Təqsirləndirilən şəxs 8.000 manat məbləğdə ödəniş etmiş və bu barədə qəbz verilmişdir. Həmin ödənişdən sonra mütəmadi olaraq evə gedib işin hansı mərhələdə olmasına nəzarət etmişdir. Lakin, Təqsirləndirilən şəxs mənzilə gətirdiyi ustalar iki gün sonra gəlməmişlər. O, işlərin yolunda olmadığını gördükdə Təqsirləndirilən şəxsla əlaqə saxlamış, İlyas müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamışdır. Belə ki, İlyas demişdir ki, başqa işləri ilə bağlı hazırda başı qarışıqdır lakin deyilən vaxtda mənzili təhvil verəcəkdir. 29 Mart 2021-ci il tarixdə o şirkətin ofisinə gedib İlyasla danışmışdır. İlyasa evin təmiri ilə bağlı iş görülmədiyini bildirdikdə İlyas sonuncu ödənişi etməyini ondan tələb etmişdir. Bu məqsədlə İlyasa həmin tarixdə 3.300 manat pul vermiş və bununla bağlı qəbz verilmişdir. Lakin sonradan Təqsirləndirilən şəxs evdə heç-bir təmir işləri aparmadığını müəyyən etmişdir. Belə ki, Təqsirləndirilən şəxs mənzilə gətirdiyi ustaların əslində şirkətin işçiləri olmadığını, ustaların qeyri-peşəkar şəxslər olduqlarını, İlyasın onları gündəlik olaraq metro kənarından toparlayıb işlətsə də pullarını ödəmədiyi üçün ustaların evdə işləməyə gəlmədikləri barədə məlumatlar öyrənmiş və bundan sonra İlyasın barəsində Yasamal polisində cinayət işi olduğunu öyrənib həmin idarəyə şikayət ərizəsi ilə mürcaiət etmişdir. Eyni zamanda mənzilə ekspert dəvət edib rəy almış və həmin rəyi ödəniş qəbzləri ilə birlikdə istintaqa təqdim etmişdir. Belə ki, ekspert rəyi ilə müəyyən edilir ki, İlyas mənzildə təmir işi aparsa da bu işlər qeyri-peşəkar, qüsurlu olaraq yəni yararsız aparılıb. Mənzili hazırda təmir etdirmişdir və həmin mənzildə yaşayır. Hadisə nəticəsində ona 18840 manat maddi ziyan dəymişdir. Heç bir ödəniş olmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, 2023-cü ilin sentyabr ayında ünvan 17 ünvanda yerləşən evini təmir etdirmək qərarına gəlmişdir. Bu məqsədlə instagram sosial şəbəkəsində "xxxx" MMC şirkətinin səhifəsini görmüşdür. Şirkətin işləri ilə maraqlanıb ***-***-**-** saylı mobil nömrələrinə 16.sentyabr 2023-cü il tarixdə zəng etmişdir. Telefonda danışdığı şəxs özünü şirkətin rəhbəri Təqsirləndirilən şəxs olduğunu bildirmiş və o, İlyasa evini təmir etdirmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs evə baxdıqdan sonra təmiri üçün lazım olan məbləği deyə biləcəyini demişdir. Təqsirləndirilən şəxs 17 sentyabr 2023-cü il tarixdə Şahid2 adında şəxslə həmin evə gəlib baxaraq həmin evi blok ilə birlikdə 15.000 manata tam təmir edib 45 gün müddətində təhvil verəcəyini bildirmişdir. O, həmin gün yaşadığı evin qarşısında İlyasa 2.000 manat pul vermişdir. Bundan sonra 22 sentyabr 2023-cü il tarixdə İlyasla evinin qarşısında görüşmüş, İlyasın yanında olan qadın dizayner evin dizaynını tərtib etdikdən sonra həmin tarixdə İlyasa evinin qarşısında 10.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs evin yalnızca dəhliz və yataq otağının tavanına alçıpan vurmuş, yataq otağı ilə eyvan arasında olan və sanitar qovşaqla hamam arasında olan divarları sökmüşdür. Bundan başqa İlyas evdə hər hansı bir iş görməmişdir. 14 oktyabr 2023-cü il tarixdə İlyasla əlaqə saxlamış evdə heç bir iş görülmədiyini dedikdə İlyas ondan əlavə 750 manat pul istəmiş məcbur qalıb 20 oktyabr 2023-cü il tarixdə ünvan 18 ünvanında yerləşən “Sushi Azərbaycan” restoranın qarşısından İlyasın ona göndərdiyi Şahid2 adın olan 4169-7385-9841-1878 saylı “Kapital” kart hesabına 750 manat pul göndərmişdir. Lakin Təqsirləndirilən şəxs evi tam təmir etməmiş və əlavə olaraq 3.000 manat pul tələb etmişdir. O İlyasa təmir işinin tamamlanmadığını işlərin gec aparıldığını demişdir. Lakin İlyas verilən pulun qurtardığını əlavə olaraq 3.000 manat verilməsini tələb etdikdə, İlyasdan verilən pulları geri qaytarmasını tələb etmişdir. Bundan sonra Şahid2la əlaqə saxlayıb, 02 noyabr 2023-cü il tarixdə ünvan 18 ünvanında yerləşən “Sushi Azərbaycan” restoranın qarşısında olan zaman Şahid2 adına olan 4169-7385-9841-1878 saylı “Kapital” kart hesabına 3.000 manat pul göndərmişdir. 13 dekabr 2023-cü il tarixdə İlyasın ona zəng edib lepka almalı olduğunu və pulu olmadığına görə ondan 60 manat pul istəmiş, o da ünvan 17 ünvanında olan zaman mobil tətbiq vasitəsi ilə İlyasın göndərdiyi 5243-7544-4038-2768 saylı Unibank kart hesabına 60 manat pul göndərmişdir. 22 dekabr 2023-cü il tarixdə İlyas yenidən zəng vurub ondan lepka ustalarına 120 manat pul verməli olduğunu bildirmiş, buna görə də 22 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən “Bravo” hipermarketin qarşısında olan zaman mobil tətbiq vasitəsi ilə İlyasın dediyi ustanın kart hesabına 120 manat pul göndərmişdir. Həmçinin evin təmir işinə qum lazım olduğuna görə İlyas Hövsan qəsəbəsində işləyən “1001 xırdavat” mağazasına 36 manat pul göndərməyini bildirmişdir. O da sonuncu dəfə həmin tarixdə həmin ünvandan mobil tətbiq vasitəsi ilə satıcının kartına 36 manat pul göndərmişdir. Sonradan evin dizaynı üçün gələn adını bilmədiyi qadın ona zəng edərək dizanyer xərci üçün 500 manat pul verilməli olduğu halda Təqsirləndirilən şəxs ona cəmi 100 manat pul verməsini qalan pulu vermədiyini dedikdə o İlyasın onu aldatdığını başa düşüb, polisə ərizə ilə müraciət etmişdir. Heç bir ödəniş olmamışdır. Hadisə nəticəsində ona 15966 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs6 2011-ci il tarixdən etibarən tanıyır. 2021-ci ilin fevral ayının əvvəllərində Samir onunla əlaqə saxlamış və birlikdə Nərimanov rayonuna getmək lazım olduğunu xahiş etmişdir. Samiri iş yerindən götürmüş və birlikdə Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsində yerləşən "xxxx" MMC adlı şirkətə getmişlər. Yolda olan zaman Samir demişdir ki, Abşeronda olan mənzilini təmir etdirmək istəyir. Samirlə birlikdə həmin şirkətin ofisinə daxil olmuşdur. Ofisdə olan zaman onları Təqsirləndirilən şəxs adlı şəxs qarşılamış və İlyas Samirlə söhbət edib, şirkətin rəhbəri olduğunu hazırda əlində bir neçə şəxslərin layihələrinin olduğunu, tam etibarlı şəkildə təmir tikinti işləri həyata keçirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs, Samirə mənzili 4 ay ərzində tam hazır edib təhvil verəcəyini, bunun üçün müqavilə bağlamalı və Samirə ilkin ödəniş olaraq pul ödəməli olduğunu bildirmişdir. xx.xx.2021-ci il tarixdə Samir şirkətin rəhbəri İlyasla müqavilə bağlayıb İlyasa onun yanımda şirkətin ofisində 7.540 manat pul ödəmişdir. O, ofisdən çıxdıqdan sonra Samirə ehtiyyatlı olmasını, gələcəkdə hər hansı bir fırıldaqçılıq ola bilmə ehtimalını, İlyasa çox etibar etməməsini demişdir. Samir əlində qəbz və müqavilə olduğunu deyib narahatçılığa ehtiyyac olmadığını bildirmişdir. Çunki İlyas ofisdə olan zaman sankı Samirdən pulu almaq məqsədi ilə hədsiz dərcədə özünü tərif etmiş və Samiri bir növ ələ almağa çalışmışdır. Buna görə o, İlyasdan şübhələnmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs, Samiri aldadıb, aldığı pulun müqabilində təmir işlərini başa çatdırmayaraq, mənzildə yararsız vəziyyətdə bir neçə xırda işlər görüb. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış zərərçəkmiş şəxlər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2, şahidlər Şahid2, Şahid3 Viltaliy qızı, Şahid1 gəlməmiş, məhkəmə iştirak etməyən zərərçəkmiş şəxslərin və şahidlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs7 müraciəti əsasında Yasamal RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* № cinayət işi başlanmışdır (cild İ i.v.1); 13 yanvar 2024-cü il tarixli vətəndaş Zərərçəkmiş şəxs7 ərizəsindən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ünvan 17 ünvanında yerləşən mənzilinin təmir etmək adı ilə ondan ümumilikdə 16.200 manat pul alıb vədinə əməl etməyərək ona qarşı dələduzluq etmiş, qanuni tədbirlər görülməsini xahiş etmişdir. (cild İ i.v.6) 13 yanvar 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki,Zərərçəkmiş şəxs7 məxsus mənzil Suraxanı rayonu R.Şahsuvarov küçəsində yerləşn 11 saylı evin 54-cü mənzilidir.Mənzil 5 mərtəbəli binanın 5ci mərtəbəsindədir. Otaqlardan qismən təmir işləri görülsə də bütün otaqlarda qapı və döşəmələrin olmaması,Təqsirləndirilən şəxs təmiri yarımçıq qoyması müəyyən edilmişdir.(cild l i.v 11-16) 17 sentyabr 2023-cü il tarixli müqavilə və qəbz surətlərindən görünür ki, Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxsla mənzil təmiri ilə bağlı xx.xx.2023-cü il tarixli "xxxx" MMC möhür əksi olan müqavilə bağlamış, xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinin qəbzi ilə 2.000 manat, xx.xx.2023-cü il tarixli kassa mədaxil orderinin qəbzi ilə 10.000 manat, Təqsirləndirilən şəxs bildirməsinə əsasən mobil tətbiq vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 14:35-də 416973..........1878 nömrəli kart hesabına 750 manat, xx.xx.2023-cü il tarixdə saat 16:39-da həmin kart hesabına 3.000 manat, xx.xx.2023-cü il tarixdə saat 18:34-də 36 manat və həmin tarixdə saat 18:35-də 120 manat pul ödənişi etmişdir, həmin qəbzlərin və müqavilənin surəti iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. (cild İ i.v 17-24) 01 fevral 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild İ i.v 33-34) 06 mart 2024-cü il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayətdə törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild İ i.v 57) 07 mart 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəl olunması və ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. (cild İ i.v 62) 07 mart 2024-cü il tarixli ********* № cinayət işinin ********* № cinayət işinə birləşdirilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə olan ********* nömrəli cinayət işi ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri 23206075 nömrəli cinayət işinə birləşdirilməsi, cinayət işinin istintaqı ********* № altında aparılması qərara alınmışdır. (cild İ i.v 72-73) 08 mart 2024-cü il tarixli Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 4(004)- 211/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay 19 gün həddində müəyyən edilməklə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 mart 2024 cü il tarixdən hesablanmışdır.(cild İV i.v 116-123) 20 noyabr 2020-ci il tarixli vətəndaş Zərərçəkmiş şəxs1 və X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona olan inamından sui-istifadə edərək 25000 (iyirmi beş min) manat pulunu mənimsəyərək dələduzluq etmiş, qanuni tədbirlər görülməsini xahiş etmişdir. (cild l i.v 79-83) 23 avqust 2020-ci il tarixli müqavilədən görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla ev tikintisi ilə bağlı xx.xx.2020-ci il tarixli "xxxx" MMC möhür əksi olan müqavilə bağlamış, xx.xx.2020-ci il tarixli, 375308 seriya nömrəli kassa mədaxil orderinin qəbzi ilə 8.000 manat, xx.xx.2020-ci il tarixli 375310 seriya nömrəli kassa mədaxil orderinin qəbzi ilə 2.000 manat, xx.xx.2020-ci il tarixli 375311 seriya nömrəli kassa mədaxil orderinin qəbzi ilə 7.000 manat, xx.xx.2020-ci il tarixli, 375313 seriya nömrəli kassa mədaxil orderinin qəbzi ilə 2.000 manat nağd pul ödənişləri etmiş, xx.xx.2020-ci il tarixli 7E-10714 reyestr nömrəli etibarnamə üzrə Zərərçəkmiş şəxs1 qızı Sura Rzayevanın adına olan Bakı şəhəri Binəqədi rayonu, Sulu Təpə qəsəbəsində yerləşən torpaq sahəsinin sənədləşmə işlərinin həlli ilə bağlı etibarnamə vermişdir. (cild İ i.v 87-88) 13 iyul 2021-ci il tarixli Zərərçəkmiş şəxs1 tərəfindən Bakı şəhər Yasamal Rayon Prokurorluğuna ünvanlanmış şikayət ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs əməlində dələduzluq faktı olması,məsuliyyətə cəlb olunması və ona çataçaq məbləğin qaytarılması barədə işi nəzarətə götürməyi xahiş etmişdir. ( cild İ i.v 215) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir məlumat yoxdur. (cild l i.v 249); 29 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik sahibkarlıqla iş üzrə baş idarəsinin **********545400 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə ********** nömrəli Vöen-lə fiziki şəxs kimi vergi uçotuna alınması barədə məlumat müəyyən edilmiş, xx.xx.2022-ci il tarixə olan reyestr məlumatlarına əsasən Təqsirləndirilən şəxs (AZE********) xx.xx.2021-ci il tarixdə "xxxx" MMC (VÖEN- **********) rəhbəri təyin olması barədə məlumat müəyyən edilmişdir. (cild ll i.v 23) 15 mart 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri Yasamal rayonu Şərifzadə 112 ünvanında yerləşən ofisin qarşısında olan “Bravo” market və ünvan 21 ünvanda pulu verdiyini göstərmişdir. (cild ll i.v 117-120) 19 yanvar 2023-cü il tarixli vətəndaş Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhər Nərimanov Rayon Prokurorluğuna ünvanlanmış ərizədən görünür ki, o 7-8 ildir ki, təmir tikinti işləri ilə məşğuldur.Təmir prosesləri zamanı müşdərilərlə təmirin gecikməsi səbəbindən narazılıqlar yaranmış,2022-ci il oktyabr ayında Zərərçəkmiş şəxs5 adlı şəxslə evinin təmiri üçün müqavilə bağladığını təmir prosessinin bitməsinə 40 gün qalmış həmin müqavilənin heç bir əsaslı səbəbi olmadan xitam edilməsini tələb edərək İnstagram sosial şəbəkəsində saxta profil açaraq ona və ailəsinin ünvanına təhqiramiz və böhtan xarakterli məlumatlar yazdığını, həmin şəxs barəsində cinayət işinin başlanıb məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. (cild İİ i.v 125) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-24/2023 saylı, 06 yanvar 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 , 178.2.3 və 178.2.4-cü maddələri ilə sürülmüş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədyindən ona bəraət verilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır.(cild ll i.v 128-130) İş üzrə Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, “Bakı şəhəri, yasamal rayonu, Yeni Yasamal 1, ev 7, mənzil 24-də qeydiyyatda olmaqla ünvan 23 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2022-ci ilin iyul ayında Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən torpaq sahəsində olan yarı tikilini yəni, yarımçıq tikilmiş evin tikinti işlərini tamamlamaq üçün tikinti şirkəti axtarmışdır. Sosial şəbəkələrin birində "Pro Təmir Tikinti” şirkəti adında səhifə görmüş və həmin səhifədə qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlamışdır. “Pro Təmir Tikinti” şirkətinin müdüri kimi özünü təqdim edən Təqsirləndirilən şəxs ilə telefonda danışaraq Şamaxı rayonunda yerləşən torpaq sahəsində olan yarı tikilini tamamlamaq istədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona şirkətə gələrək müqavilə bağlamaq lazım olduğunu demişdir. O da oğlu Ceyhun Hacılı ilə birlikdə ünvan 25 ünvanda yerləşən ofisə gedib Təqsirləndirilən şəxsla tanış olmuş və Şamaxı rayonu Əngəxaran kəndində özünə məxsus torpaq sahəsində olan yarı tikilinin işlərini tamamlamaq barədə İlyasla söhbət etmişdir. Aralarında olan razılaşmaya əsasən, İlyas 90 kv. metr ölçüdə bir mərtəbəli, kürsülü evin tikinti işlərini tamamlamalı və təmir edərək ona təhvil verməli idi. O da bunun müqabilində ilkin olaraq 20.000 manat, qalan 29.500 manat pulu isə 48 ay 615 manatdan ödəməli olmuşdur. Onlar bu barədə müqavilə bağlamış və ilkin olaraq 15.000 manat pulu İlyasa ödəmişdir. Müqaviləni bağladıqdan bir neçə gün sonra onlar birlikdə Şamaxı rayonuna getmiş və yarımtikiliyə yerində baxmışdılar. İlyas aralarında olan müqavilədə evin 90 kv ölçüdə olmasını, lakin evin bünövrəsinin 125 kv metr olmasını bildirmiş və tikitinin qiymətinin dəyişəcəyini bildirmişdir. O, tikintinin qiymətini soruşduqda İlyas ilkin olaraq 26.000 manat verməli olduğunu, qalan məbləği isə 48 ay 650 manatdan ödəməli olduğunu bildirmişdir. O, İlyasla razılaşmış və tikintini aparmasını istəmişdir. İlyas 3 ay müddətində tikintini tamamlayaraq təhvil verəcəyini vəd etmişdir. Buna görə də o, xx.xx.2022-ci il tarixdə İlyasın kart hesabına 3000 manat xx.xx.2022-ci il tarixdə isə 2000 manat pul köçürmüşdür. 2022-ci ilin sentyabr ayının 2-də o, yenidən İlyasın ofisinə getmiş və orada İlyasa 6000 manat pul vermiş, lakin İlyasın səmimiyyətinə inandığı üçün ödədiyi pulla bağlı qəbz almamışdır. Bundan sonra İlyasın evi tikmək üçün apardığı usta onlarla əlaqə saxlayaraq İlyasın əvvəl gətirdiyi tikinti materiallarının pulunu ödəməməsi və tikinti materialları gətirmədiyi üçün işin dayandığını bildirmişdir. Bundan sonra onlar rayona gedərək tikintiyə baxmış və İlyasın cəmi 1 metr hündürlüyündə hörgü işlərini gördürməsini görmüşdülər. O, İlyasla əlaqə saxladıqda İlyas işə başlayacağını vəd edərək, onu aldatmağa başlamışdır. 2022-ci ilin noyabr ayında isə nömrəsini blok etdiyi üçün İlyasa zəng edə bilməmişdir. Bundan sonra ailə üzvləri İlyasla əlaqə saxlayaraq pulu geri tələb etmişdir. İlyas pulu hissə-hissə geri qaytaracağını vəd etsə də yenə də onları aldaraq pulu qaytarmamışdır. Buna görə də şikayət etmək qərarına gəlmişdir. O, Təqsirləndirilən şəxs tikinti işləri aparmaq üçün ümumilikdə 26.000 manat pul ödəmişdir.””(cild 2, i.v 189-192) İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, “2022-ci ilin yay aylarında Abşeron rayonu, Xırdalan şəhəri, "xxxx" MTK-da yerləşən 68 kv-lıq ölçüdə qismən təmir edilmiş mənzilinin təmirini davam etdirmək üçün sosial şəbəkələrdə axtarış etməyə başlamışdır. Həmin ərəfədə sosial şəbəkədə “Protəmir_ İnşaat” adlı səhifədə təmir işlərinin görülməsini müəyyən etmiş və həmin səhifəni izləməyə başlamışdır. Həmçinin qiymətlərlə də maraqlanmışdır. 2022-ci ilin sentyabr ayında şirkət tərəfindən “İstagram” səhifəsinə yazılaraq endirim olması bildirilmişdir. O razılaşdığı üçün ofisə dəvət edilmişdir. Ofisdə İlyas özünü şirkət rəhbəri kimi təqdim etmişdir. Evin təmiri üçün işçi pulu olaraq 4.200 manat pul istəmişdir. İlyasla razılaşmış və aralarında müqavilə bağlanmışdır. Həmin gün İlyas pulu ödəməli olduğunu bildirmişdir. O, xx.xx.2022-ci il tarixdə İlyasa 2100 manat pul ödəmişdir. İlyas bir neçə gün sonra yenə əlaqə saxlayaraq material üçün pul istəmiş və həmin gün, yəni xx.xx.2022-ci il tarixdə 5239 1515 1189 4712 nömrəli kart hesabına 500 manat, digər 409885****** 0379 hesab nömrəli karta isə 500 manat pul göndərməyi xahiş etmişdir. O yenədə İlyasın göndərdiyi kartlara ümumilikdə 1000 manat pul göndərmişdir. 2-3 gün sonra İlyas yenə də zəng edərək endirimli qiymətə tikinti materiallarının olmasını bildirmişdir. Buna görə də o xx.xx.2022-ci il tarixdə yenə İlyasın kart hesabına mobil tətbiq vasitəsi ilə 400 manat pul göndərmişdir. Həmin ərəfədə təmirin gedib-getməməsi öyrənmək üçün mənzilə getmiş və orada heç-bir ustanın olmamasını görmüşdür. Şirkətə zəng edərək evdə təmir işlərinin getməməsini bildirmişdir. Lakin, ona yalandan evdə ustaların işləməsi deyilmişdir. Hal-hazırda evdə olduğunu və orada usta olmamasını bildirmişdir. Həmin vaxtdan sonra o şübhələnməyə başlamışdır. Bu səbəbdən bir neçə gün sonra yenidən məzilə baxmağa getmiş və orada iş görülımədiyinin şahidi olmuşdur. Bundan sonra İlyas yenədə zəng edərək pul istəməyə başlamışdır. Lakin o verdiyi pulun müqabilində mənzildə heç bir işin görülməməsini bildiyi üçün pul verməkdən imtina etmişdir. Təmir şirkətini araşdırmağa başladıqda sosial şəbəkədə İlyasın bir neçə şəxsi aldatdığını müəyyən etmiş və İlyasa evi təmir etdirməyini istəmədiyini bildirib pulumu qaytarmağını tələb etmişdir. İlyas ona pul qaytaracağını vəd etsə də müxtəlif bəhanələrlə onu aldatmışdır. Buna görə də şikayət etmək qərarına gəlmişdir. Sonuncu dəfə pulu xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Azadlıq prospektində yerləşən iş yerində olan zaman göndərmişdir. İlyas verdiyi puldan 1000 manat göndərəcəyini bildirmiş və pulu 2022-ci ilin sonuna qədər verəcəyini demiş lakin yenə də onu aldatmışdır.”(cild 3, i.v 115-117) Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-662/2023 saylı qərarından görünür ki, Apellyasiya protesti və zərərçəkmiş şəxslər X2, X11 və X4 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə bəraət verilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 yanvar 2023-cü il tarixli, 1(005)-24/2023 nömrəli hökmü ilə verilmiş apellyasiya protestinə və apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 13 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qərarından görünür ki, “kassasiya protesti və kassasiya şikayətləri təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 aprel 2024-cü il tarixli qərarı kassasiya protesti və kassasiya şikayətlərinə münasibətdə ləğv edilməsi yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, Belə ki, həm protestdə, həm də şikayətlərdə göstərilir ki, Təqsirləndirilən şəxs niyyətinin müqavilə bağlayarkən vergi uçotuna alınmayan "xxxx" MMC adlı ilə hüquqi şəxsin adından çıxış edib, zərərçəkmiş şəxsləri sırf müqavilə bağlamazdan əvvəl aldadıb, onun müqavila əsasında evlərini qısa müddətdə tam təmir edib təhvil verəcəyi barədə öhdəlik götürdüyü halda, bir zərərçəkmiş şəxsin evinin təmirini tamamlamadan, yenidən müqavilə bağlayaraq digər şəxsin evini guya qısa müddət ərzində tamir etdirəcəyi barədə öhdəlik götürsə də, eyni qaydada icra etməməsi, onun cinayətkar niyyətinin olmasına, yəni formal olaraq müqavilələr bağlamaqla zərərçəkmiş şəxslərin etibarını qazanıb, əslində isə qabaqcadan niyyətinin özgənin əmlakını (pulunu) ələ keçirmək məqsədinin olmasına dəlalət edir. Tərəflər arasında mövcud olmuş münasibətlərin mahiyyətinə və xarakterinə gəlincə isə, ittihamda göstərilən halları və Təqsirləndirilən şəxs əməllərini CM-in 178.2.2, 178.2.3 ve 178.2.4-cü maddələrinin dispozisiyası ilə müqayisə etdikdə onun əməlində dələduzluq cinayətinin zəruri əlamətlərinin mövcud olması aydın görünür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs özünü "Protemir İnşaat MMC-nin direktoru və təmsilçisi kimi təqdim etmiş, lakin həmin MMC vergi uçotuna alınmadığı üçün faktiki olaraq fəaliyyət göstərməmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslarin etibarını qazanmaq üçün həqiqətə uyğun olmayan məlumatları onlara verib müvafiq müqavilələrin bağlanmasına nail olmuşdur. Bundan başqa, "Müstəqil Məhkəmə Ekspertizasının mütəxəssis rəylərindən aydın görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə məxsus mənzillərin təmirinə xərclənmiş pul məbləğləri onlardan alınmış pul məbləğlərinin çox az hissəsini təşkil edir. Bundan əlavə Təqsirləndirilən şəxs ifadəsində mənzillərdə görüləcək işlərin sonadək görə bilməyəcəyini tikinti materiallarının bahalaşması ilə əlaqələndirmişdir. Lakin bahalaşmanın onun tərəfindən öhdəliyin icra edilib-edilməməsinə nə dərəcədə təsir etməsi məhkəmələr tərəfindən araşdırılmamışdır. Bununla əlaqədar qeyd edilməlidir ki, "Müstəqil Məhkəmə Ekspertizası"nın rəyləri mütəxəssis tərəfindən tədqiqatlar aparıldığı dövrdə olan qiymətlər əsasında tərtib edilmişdir. Ona görə de Namazov tərəfindən təmir işlərini tikinti materialların qiymətlərinin qalxması səbəbindən qurtarmaq mümkün olmadığı barədə özünə bəraət qazandırmaq üçün irəli sürülmüş dəlili də əsaslı hesab edilə bilməz.” (cild ll i.v 259-269) 19 aprel 2024-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-462/2024-cü il tarixli hökmündən görünür ki,Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə bəraət verilməsinə dair Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-24/2023 nömrəli hökmü ləğv edilməsi, yeni hökm qəbul edilməsi,Təqsirləndirilən şəxs CM-nin 178.2.2,178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, CM-nin 46.2-ci maddəsinə əsasən 02 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixən 08 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün azadlıqdan məhrum etnə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanması və üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmış,cəzasını ümumi rejimli cəza çəkmə müəssəsində çəkməklə cəzaçəkməsinin başlanğıcı 19 aprel 2024-cü il tarixdən hesablanmışdır (cild İV i.v 175-189) 24 aprel 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır.(Cild İV i.v 190) 07 iyul 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild ll i.v 141-142) 08 iyul 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Hökməli qəsəbəsinin inzibati ərazisi olmaqla fərdi yaşayış evlərinin yaxınlığında yerləşən X1 məxsus torpaq sahəsi vardır.Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs ümumi sahəsi 0.6 ha. olan torpaq sahəsinə 6.000 manata çıxarış alacağı və həmin torpaq sahəsində ev inşa edəcəyini yalan vəd verib aldatmışdır.(cild ll i.v 155-158) 27 iyul 2023-cü il tarixli vətəndaş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Şamaxı rayonunda ona ev tikəcəyini vəd edərək dələduzluq yolu ilə 26000 (iyirmi altı min) manat pulunu ələ keçirərək vədinə əməl etməmiş, onun barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. (cild ll i.v 167) 29 iyul 2023-cü il tarixli vətəndaş Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş ərizədən görünür ki, Namazov X6 rayonu “Jasmin Park” yk-də yerləşən mənzilini təmir edəcəyini vəd edərək 11.100 manat pulunu dələduzluq yolu ilə ələ keçirərək vədinə əməl etməmiş, onun barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir. (cild ll i.v 168) 15 oktyabr 2022-ci il tarixli müqavilə və qəbz sürətlərindən görünür ki, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxsla mənzil təmiri ilə bağlı xx.xx.2022-ci il tarixli "xxxx" MMC möhür əksi olan müqavilə bağlamış, xx.xx.2022-ci il tarixli, 442146 seriya nömrəli kassa mədaxil orderinin qəbzi ilə 3.000 manat, xx.xx.2022-ci il tarixdə 1.000 manat, 20 oktyabr 2022-ci il tarixdə 1.500 manat, 31 oktyabr 2022-ci il tarixdə 1.000 manat, 02 noyabr 2022-ci il tarixdə 1.000 manat, 16 noyabr 2022-ci il tarixdə 700 manat, 27 noyabr 2022-ci il tarixdə 150 manat, 28 noyabr 2022-ci il tarixdə 150 manat, 01 dekabr 2022-ci il tarixdə 1.000 manat, 08 dekabr 2022-ci il tarixdə 250 manat, 10 dekabr 2022-ci il tarixdə 850 manat ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan 523915.......4712 nömrəli kart hesabına pul köçürmüşdür, həmin qəbzlərin və müqavilənin surəti iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. (cild ll i.v 174-179) 30 iyul 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınmaq haqqında qərarda görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild ll i.v 182-183) İş materiallarına əlavə edilmiş müqavilə və qəbz sürətlərindən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla ev təmiri ilə bağlı "xxxx" MMC möhür əksi olan müqavilə bağlamış, xx.xx.2022-ci il tarixli, 442133 seriya nömrəli kassa mədaxil orderinin qəbzi ilə 15.000 manat, xx.xx.2022-ci il tarixdə saat 13:32-də ünvan 27 ünvanda yerləşən “OBA” marketdə quraşdırılmış “E-Manat” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan 523915.......4712 nömrəli kart hesabına 3.000 manat, xx.xx.20222-ci il tarixdə saat 19:34-də həmin ünvandan ödəmə terminalı vasitəsi ilə 2.000 manat pul köçürmüşdür, həmin qəbzlərin və müqavilənin surəti iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. (cild ll i.v 193-197) 01 avqust 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 ünvan 25 ünvanda yerləşən ofisdə Təqsirləndirilən şəxs pulu təqdim etməsini göstərmişdir(cild ll i.v 198-200) 25 yanvar 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ünvan 25 ünvanda yerləşən ofisdə Təqsirləndirilən şəxs pulu təqdim etməsini göstərmişdir. (cild ll i.v 208-210) 25 yanvar 2023-cü il tarixli vətəndaş Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs mənzilini təmir edəcəyini vəd edərək 3500 manat pulunu dələduzluq yolu ilə ələ keçirərək vədinə əməl etməmiş, onun barəsində qanuni tədbirlər görülməsini xahiş etmişdir.(cild ll i.v 211) 16 avqust 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bakı şəhəri, ünvan 15 ünvanında 1 otaqlı 71 kv-lıq ölçülü mənzil Zərərçəkmiş şəxs4 məxsusdur.Baxış zamanı müəyyən edilmişdir ki, mənzildə heç bir təmir işləri aparılmamışdır (cild ll i.v 241-247) 01 sentyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild lll i.v 4-5) 30 avqust 2023-cü il tarixli vətəndaş Zərərçəkmiş şəxs5 ərizəsindən görünür ki, İlyas adlı şəxs Təqsirləndirilən şəxs ona olan inamından sui-istifadə edərək 30.000 (otuz min) manat pulunu mənimsəyərək dələduzluq etmiş, qanuni tədbirlər görülməsini xahiş etmişdir. (cild lll i.v 20) xx.xx.2022-ci il tarixli müqavilə və qəbz sürətlərindən görünür ki, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxsla mənzil təmiri ilə bağlı xx.xx.2022-ci il tarixli "xxxx" MMC möhür əksi olan müqavilə bağlamış, xx.xx.2022-ci il tarixli, 442147 seriya nömrəli kassa mədaxil orderinin qəbzi ilə əvvəlcədən ilkin ödəniş etdiyi 800 manat hesablanmaqla 8.700 manat və xx.xx.2022-ci il tarixli, 442150 seriya nömrəli kassa mədaxil orderinin qəbzi ilə 13.080 manat, Təqsirləndirilən şəxs pul vermişdir, həmin qəbzlərin və müqavilənin surəti iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. (cild lll i.v 22-26) xx.xx.2023-cü il tarixli “X3” MMC-nin 11 saylı rəyindən görünür ki, ünvan 7 ünvanında 1-ci blok, 12-ci mərtəbədə yerləşən Şahid3 (Zərərçəkmiş şəxs5) məxsus ümumi sahəsi 87.4 m2 olan mənzildə aparılmış təmir-tikinti işlərinə çəkilən xərcin dəyəri (ustanın əmək haqqısı və sərf edilən materialın orta bazar qiyməti nəzərə alınmaqla) 2809,00 manat müəyyən edilir.(cild lll i.v 27-33) 23 noyabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2023-cü il tarixdə saat 11:30 radələrində Yasamal RPİ-nin 27-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin İSnə təhvil verilmişdir. (cild lll i.v 84) 23 noyabr 2023-cü il tarixli cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokoldan görünür ki,Təqsirləndirilən şəxs 23 noyabr 2023-cü il tarixdə 15:40 radələrində şübhəli şəxs qismində tutumuşdur. (cild lll i.v 99-100) 24 noyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınmaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild lll i.v108-109) xx.xx.2022-ci il tarixli müqavilə və qəbz sürətlərindən görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxsla mənzil təmiri ilə bağlı "xxxx" MMC möhür əksi olan müqavilə bağlamış, xx.xx.2022-ci il tarixli, 442142 seriya nömrəli kassa mədaxil orderinin qəbzi ilə 2.100 manat, xx.xx.2022-ci il tarixdə saat 14:50-də Bakı şəhəri, Binəqədi rayonu Azadlıq prospektində işdə olarkən mobil telefonunda olan tətbiq vasitəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan 523915.......4712 nömrəli kart hesabına 500 manat, həmin tarixdə saat 16:00-da həmin ünvandan mobil tətbiqlə Təqsirləndirilən şəxs ona bildirdiyi 409858...........0379 nömrəli kart hesabına 500 manat pul köçürmüşdür, həmin qəbzlərin və müqavilənin surəti iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. (cild lll i.v 118-123) 24 noyabr 2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki,232006075 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi və həmin şəxsə qeyd olunan maddələrdə nəzərdə tutulan itiham elan edilmişdir (cild lll i.v 124-126) 25 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. (cild lll i.v 128-130) 25 noyabr 2023-cü il tarixli Bakı şəhər Yasamal rayon Məhkəməsinin 4(004)- 927/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, məhkəmə iclas zalından azd edilmişdir (cild lll i.v 152-156) 25 noyabr2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki,Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətiimkan tədbiri seçilmişdir (cild lll i.v 157-158) 02 dekabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə Təqsirləndirilən şəxs dələduzluq yolu ilə Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində yerləşən torpaq sahəsini sənədləşdirəcəyinə və həmin torpaq sahəsində ev inşa edəcəyinə dair yalandan vəd verərək, onun ümumilikdə 25.000 manat pulunu ələ keçirməsini bir daha təsdiq etmiş, Zərərçəkmiş şəxs4 istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə Təqsirləndirilən şəxs dələduzluq yolu ilə Bakı şəhəri, ünvan 15 ünvanında 1 otaqlı 71 kv-lıq ölçüdə mənzili təmir edəcəyinə dair yalandan vəd verərək, onun ümumilikdə 11.100 manat pulunu ələ keçirməsini bir daha təsdiq etmiş, Zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı bildirməklə Təqsirləndirilən şəxs dələduzluq yolu ilə Şamaxı rayonu, Əngəxaran kəndində yerləşən torpaq sahəsində olan yarı tikilinin işinin tamamlayacağına dair yalandan vəd verərək, onun ümumilikdə 26.000 manat pulunu ələ keçirməsini bir daha təsdiq etmişdir.(cild lll i.v 165-177) 09 yanvar 2024-cü il tarixli vətəndaş Zərərçəkmiş şəxs6 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs evini təmir etmək üçün ondan 18850 manat pulalmış lakin 10500 manatlıq təmir işi görərək təmiri yarımçıq qoymuş 8000 manatını geri qaytarmamış, qanuni tədbirlər görülməsini xahiş etmişdir (cild lll i.v179) X3” MMC-nin xx.xx.2022-ci il tarixli 119 saylı rəyindən görünür ki, "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs6 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 1 girişli 16 mərtəbəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 64.67 m2 olan bir otaqlı mənzildə aparılmış təmir-tikinti işlərinin (ustanın əmək haqqısı və sərf edilən material daxil olmaqla) 2021-ci ilin 1-ci rübünə orta bazar qiyməti 10524,0 (on min beş yüz iyirmi dörd) manat təşkil edir. Tədqiqat zamanı mənzilin daxilində aparılan təmir-tikinti işlərinin qüsurlu olduğu müəyyən edildi. Həmin qüsurların aradan qaldırılması mümkündür.(cild lll i.v181-184) xx.xx.2021-ci il müqavilə və qəbz sürətlərindən görünür ki, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxsla mənzil təmiri ilə bağlı Təqsirləndirilən şəxs tərəfindən ay və gün tarixi səhv qeyd edilmiş, düzgün tarixi xx.xx.2021-ci il olan "xxxx" MMC möhür əksi olan müqavilə bağlamış, həmin tarixli, 375334 seriya nömrəli kassa mədaxil orderinin qəbzi ilə 7.540 manat, xx.xx.2021-ci il tarixli 375338 seriya nömrəli kassa mədaxil orderinin qəbzi ilə 8.000 manat və xx.xx.2021-ci il tarixli, 375347 seriya nömrəli kassa mədaxil orderinin qəbzi ilə 3.300 manat Təqsirləndirilən şəxs pul vermişdir, həmin qəbzlərin və müqavilənin surəti iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır.(cild lll i.v 185-187) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6950 saylı məhkəmə - tikinti -texniki ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən obyektlər üzrə görülmüş işlərə sərf edilən xərc orta bazar qiyməti ilə aşağıdakı qaydada müəyyən edilir. - Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Şamaxı rayonu, Əsgəxaran kəndində yerləşən yarımçıq tikili üzrə təqdim olunmuş işlərin görülməsinə sərf olunan xərc, mövcud orta bazar qiymətinə uyğun təqribən 9602 manat məbləğdə müəyyən edilmişdir. - Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Xırdalan şəhəri, H.Əliyev prospekti “Nar MMC”, 4-cü girişdə yerləşən 123 nömrəli mənzil üzrə təqdim olunmuş işlərin görülməsinə sərf olunan xərc, mövcud orta bazar qiymətinə uyğun təqribən 148 manat məbləğdə müəyyən edilmişdir - Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Yasamal rayonu, “Jasmin Park” yaşayış kompleksi, 7-ci giriş, 14-cü mərtəbədə yerləşən 121 nömrəli mənzil üzrə təqdim olunmuş işlərin görülməsinə sərf olunan xərc, movcud orta bazar qiymətinə uyğun təqribən 315 manat məbləğdə müəyyən edilmişdir (ekspertiza xərci 50 manat) (cild lll i.v 189-192) 20 fevral 2024-cü il tarixli zərərçəkmş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs5 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild İV i.v 80-81) 08 mart 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki,Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir (cild İV i.v 92-94) 10 mart 2024-cü il tarixli Zərərçəkmiş şəxs7 ifadəsindin yerində yoxlanması haqqında protokoldan və əlavə edilmiş foto cədvəldən görünür ki, Zərərçəkmiş şəxs7 22 dekabr 2023cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov küçəsində yerləşən “Bravo” hipermarketin qarşısında olan zaman mobil tətbiq vasitəsi ilə İlyasın ona bildirdiyi kart hesabına 36 manat pul köçürdüyü yeri əyani surətdə göstərmişdir. (cild lV i.v 124-126) 23 aprel 2024-cü il tarixli Bakı şəhər Xətai Rayon Məhkəməsinin 4(011)-299/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin uzadılmasına dair təqdimat və vəsatət təmin edilməmişdir. (cild İV i.v 171-174) 01 may 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi əməlin tövsif edilməsi haqqında qərardan görünür ki,qərarın təviri hissəsində göstərilənlərə əsasən,Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrindən həmin məcəllənin 178.2.2,178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2, 178.2.3 və 178.2.4cü maddələri ilə yenidən ittiham elan edilməsi, aparılmış istintaq əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi və bu barədə olan sənədlərin urəti saxlanması üçün Xətai rayon prokurorluğuna göndərilməsi, aparılmış istintaq əməllərində Azərbaycan Respublikası CM-nin 178.2.1 maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən Şahid2 və Şahid1 barələrində həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi və bu barədə olan sənədlərin surəti saxlanılması üçün Xətai rayon prokurorluğuna göndərilməsi,iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 təqdim etdiyi müqavil,qəbz və etibarnamə surətləri iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, aparılmış istintaqla əməlində Azərbaycan Respublikası CM-nin 182-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi və bu barədə olan sənədlərin surəti saxlanması üçün Xətai rayon prokurorluğuna göndərilməsi, iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs6 təqdim etdiyi müqavilə,qəbz və etibarnamə surətləri iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 təqdim etdiyi müqavilə,qəbz və etibarnamə surətləri iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 təqdim etdiyi müqavilə,qəbz və etibarnamə surətləri iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması , iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 təqdim etdiyi müqavilə,qəbz və etibarnamə surətləri iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs5 təqdim etdiyi müqavilə,qəbz və etibarnamə surətləri iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs7 təqdim etdiyi müqavilə,qəbz və etibarnamə surətləri iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması , iş üzrə bir sıra istintaq materiallarında Təqsirləndirilən şəxs adı X7 olaraq qeyd edilsə də iş materiallarında olan təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən AA******* nömrəli şəxsiyyətvəsiqəsinə əsasən Təqsirləndirilən şəxs kimi oxunması,iş üzrə təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxslərin ifadəsi, şahidlərin ifadələri, üzləşdirmə protokolları, baxış protokolları, zərərçəkmişin ifdəsinin hadisə yerində yoxlanmasına dair protokol, ekspert rəyləri işin faktiki hallarına uyğun olduğu üçün sübut növü kimi qiymətləndirilməsi, qaraın surətinin ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alımışdır (cild İV i.v 204-223) 06 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə yenidən ittiham ela olunması qərara alınmışdır( cild V i.v 9-12) Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanlamış olduğu teleqramdan görünür ki, ona dəymiş zərər ödənilməmişdir. Səhhəti ilə əlaqədar iclaslarda iştirak edə bilmir. Odur ki, yuxarıda qeyd olunan xüsusatlardan,məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ilkin araşdırma materialları, üzləşdirmə protokolu və digər istintaq sənədləri ilə təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs dələduzluq etmədiyini, zərərçəkmiş şəxslərlə onun arasında olan münasibətlərin mülki xarakterli olmasını, ondan asılı olmayan səbəblərdən çatdıra bilməməsi ilə bağlı vermiş olduğu ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətdən azad olunması məqsədi ilə verilmişdir. Təqsirləndirilən şəxs dələduzluq cinayəti törətməsi iş üzrə təqdim edilmiş sübutlarla tam sübuta yetirilir. 13 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qərarından görünür ki, şəxslər arasında hər hansı işin görülməsi və ya xidmətin göstərilməsi barədə müqavilənin olması özözlüyündə həmin müqaviləyə əsasən qabaqcadan götürülmüş pulların ələ keçirilməsi əməlinin dələduzluq kimi qiymətləndirilməsini istisna etmir. Pul öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar deyil, əvəzsiz olaraq ələ keçirilməsi məqsədi ilə alındığı halda şəxsin əməli dələduzluq kimi qiymətləndirilə bilər. Hazırki cinayət iş üzrə müqavilələrdən və ekspertiza rəylərindən müəyyən edilir ki, təqsirləndirilən şəxs yaxın zaman aralığında bir neçə zərərçəkmiş şəxslərlə müavilə bağlayaraq onlara tikinti-təmir işlərini bitirib təhvil verəcəyinə söz vermiş, həmçinin keçirilmiş ekspertiza rəyləri ilə də, müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən almış olduğu pullar ilə gördüyü işlər arasında çox böyük fərqlər mövcuddur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 19 aprel 2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə uyğun olaraq, cinayət nəticəsində dəymiş maddi ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakım ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 3-cü bəndində qeyd olunmuşdur ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə və azadlığın məhdudlaşdırılması cəzalarının Təqsirləndirilən şəxs islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, həmçinin onun hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin 19 aprel 2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını və cəza çəkməsini, təqsirkarın şəxsiyyətini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsini, onlara dəymiş ziyanın tam olaraq ödənilməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsi və onlara dəymiş ziyanı ödəməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza qismində azadlıqdan məhrumetmə növündə cəzası, əlavə cəza qismində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tədbiq edilməklə həmin Məcəllənin dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 19 aprel 2024-cü il tarixdən hesablanmalı,Bakı Apellyasiya Məhkəməsinin 19 aprel 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası və dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki höküm ilə təyin edilmiş cəza ilə qismən toplanmaqla , qəti olaraq dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, həmin məcəllənin 69.3-cü maddəsinə əsasən tutulduğu və həbsdə olduğu müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmalı, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən ona təyin olunan əlavə cəza müstəqil icra olunmalı, təqsirləndirilən şəxsin hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin 19 aprel 2024-cü il tarixli hökmü ilə cəza çəkməsi nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs6 məhkəmə çıxışları başlanandan sonra mülki iddianı verdiyindən(CPM 183.1) həmin mülki iddia baxılmamış saxlanılmalı və zərərçəkmiş şəxsə mülki iddia qaydasında idda vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilməlidir İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tədbiq edilməklə həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə o, 02(iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökümlə təyin edilmiş 02(iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı Apelyyasiya Məhkəməsinin 19 aprel 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02(iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrum edilməklə, həmin məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə 02(iki) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla 02(iki) il 06(altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04(dörd) il 10(on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 yanvar 2022-ci il tarixən 08 yanvar 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət 23 noyabr 2023-cü il tarixdən 25 noyabr 2023-cü il tarixədək tutulduğu 02 gün müddət, 06 mart 2024-cü il tarixdən 23 aprel 2024-cü il tarixədək həbsdə olduğu 01 ay 17 gün müddət, ümumilikdə 01(bir) ay 21(iyirmi bir) gün müddət ona təyin edilmiş 04(dörd) il 10(on) ay müddətinə azadlıqdan məhrumemtə cəzasından çıxılsın və üzərində qəti olaraq 02(iki) il 06(altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04(dörd) il 08(səkkiz) ay 09(doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02(iki) il 06(altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifələr tutmaq hüququndan məhrumetmə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs Bakı Apellyasiyan Məhkəməsinin 19 aprel 2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və hal-hazırda cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 19 aprel 2024-cü il tarixdən hesablansın. Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş mülki iddia hazırki iş üzrə baxılmamış saxlanılsın və ona mülki iddia qaydasında iddia vermək hüququ izah edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar