Məhkəmə qərarları › İş №1(011)-389/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-389/2022

04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-389/2022 04.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru X4, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxx 1971-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq, satış məqsədi ilə, kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edən, üç ədəd bükümdə 0,739 qram, 0,572 qram və 0,673 qram olmaqla, ümumi təmiz çəkisi 1,984 qram olan psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlamaqla daşımış və 05 may 2022-ci il tarixdə bir bükümdə 0,739 qram psixotrop maddə metamfetamini 22 manat pul müqabilində tanışı X3, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında, Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdə, saat 17:00-da Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 78 ünvanın qarşısında saxlanılıb, ünvan 2nin 34-cü Polis Şöbəsinin inzibati binasına gətirilərək, orada videoçəkilişdən istifadə edilməklə, üzərində polis əməkdaşları və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılan zaman, satış məqsədi olmadan, istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, üzərində saxlamaqla daşıdığı iki ədəd şəffaf rəngli sellofan bükümdə, ümumi təmiz çəkisi 1,245 qram psixotrop maddə metamfetamin əynində olan qara rəngli cins şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, narkotik vasitələrin və psixotrop maddələrin aludəçisidir. Bədənində ağrılar olduğundan, Masallı rayonunda yaşayan, adını və üzünü görmədiyi şəxsdən «whatsapp» mobil tətbiqi vasitəsilə əlaqə saxlayıb, psixotrop maddə metamfetamin almışdır. Həmin şəxs «whatsapp» mobil tətbiqini müxtəlif xarici nömrələrlə işlətmiş və yalnız audiozəng vasitəsilə əlaqə saxlamışdır. Narkotik vasitə lazım olanda, həmin şəxsə həmin mobil tətbiqi vasitəsilə audiozəng etmiş, ona hər hansı bir elektron ödəmə terminalına yaxınlaşmağını demişdir. Terminalın yanında olanda həmin şəxsə təkrar zəng etmiş və sonuncu bank hesabının nömrəsini demişdir. Bundan sonra həmin bank hesabına müəyyən məbləğdə pul köçürmüşdür. Pulu köçürəndən sonra, həmin şəxs ona ödədiyi məbləğə uyğun olan narkotik vasitəni harada gizlətdiyini demiş və həmin yerə gedib oradan narkotik vasitəni götürmüşdür. Sonuncu dəfə o, Masallı rayonunda olan həmin şəxsdən metamfetamin almışdır. Metamfetaminin bir hissəsini istifadə etmiş, qalan hissəsini isə özünə saxlamışdır ki, ağrıları başlayanda onlardan istifadə etsin. 05 may 2022-ci il tarixdə Babək prospektində olan zaman, iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb, özlərini polis əməkdaşları kimi təqdim edərək, onun Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Daha sonra polis əməkdaşları onu Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində ona dövlət hesabına vəkil təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Həmin vaxt o, əynində olan şalvarının cibindən iki ədəd bükümdə olan, ağ rəngli, şüşəyə bənzər maddəni çıxardıb təqdim etmişdir. Bundan sonra polis əməkdaşları üzərində şəxsi axtarış aparmış, lakin üzərindən başqa heç bir əşya aşkar edilməmişdir. Təqdim etdiyi bükümlər polis əməkdaşları tərəfindən zərfdə qablaşdırılmış və zərfin üzərində imza etmişlər. Həmçinin, üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini öz şəxsi istifadəsi üçün almış və heç vaxt narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Polis şöbəsində olarkən, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixoloji zorakılıq tətbiq olunmuş və bundan sonra o, məcbur olub aldığı maddənin bir bükümünü Mehman adlı tanışına 22 manata satdığını bildirmişdir. Lakin, əslində isə Mehmanın üzərindən aşkar olunmuş metamfetamini həmin şəxsə o, satmamışdır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək bildirmişdir ki, o, narkotik vasitələrin və psixotrop maddələrin aludəçisidir. 05 may 2022-ci il tarixdə, səhər saatlarında Xətai rayonu, Babək prospektində yerləşən kafenin yaxınlığında tanışı Dadaş adlı şəxslə görüşərək, 22 manat pul müqabilində şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamin almışdır. Dadaşdan aldığı psixotrop maddə bir qrama yaxın və şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə olmuşdur. Həmin maddənin bir qismini dərhal yaxınlıqda qəbul etmiş, qalan hissəsini isə üzərində saxlamışdır. Həmin gün, günorta saatlarında “Əhmədli” metrostansiyasının yaxınlığında mülki geyimli polis əməkdaşları onu saxlayaraq, özlərini təqdim edib, yaxınlıqda yerləşən polis şöbəsinə aparmışlar. Polis şöbəsində olarkən vəkil dəvət olunmuş və daha sonra vəkil və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman, əynində olan şalvarının cibindən bir büküm psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. X6 mütəmadi olaraq Xətai rayonu ərazisində narkotik vasitələri əldə edib istifadə etməsi və üzərində gəzdirməsi barədə 34-cü Polis Şöbəsinə məlumat daxil olmuşdur. Mehman Əliyevin saxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuş və bu məqsədlə əməliyyat qrupu yaradılmışdır. 05 may 2022-ci il tarixdə, saat 14:30-da “Əhmədli” metrostansiyasının qarşısında Mehman Əliyev saxlanılaraq, 34-cü Polis Şöbəsinə gətirilərkən, sorğu zamanı o, Xətai rayonu, Babək prospekti 24 ünvanının qarşısında Dadaş adlı tanışından 22 manata öz istifadəsi üçün psixotrop maddə olan metamfetamin aldığını bildirmişdir. Dadaş adlı şəxsi müəyyən etmək məqsədi ilə əməliyyat müvəkkili Şahid4 ilə birlikdə Xətai rayonu, Babək prospekti 78 ünvanına getmişlər. Həmin gün saat 17 radələrində zahiri əlamətlərinə görə Dadaş adlı şəxsə oxşar şəxsin həmin ərazidə olmasını görüb, sonuncunu saxlamaqla, özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsin şəxsiyyəti ilə bağlı sorğu etdikdə, həmin şəxs özünü xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxsə narkotik vasitələri əldə edib istifadə etməsi, üzərində gəzdirməsi və satması barədə məlumat daxil olduğunu bildirib, sonuncuya onlarla birlikdə 34-cü Polis Şöbəsinə getməli olduğunu bildirmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və dövlət hesabına vəkil dəvət edilərək, həmin şəxsə təqdim edilmişdir. Bundan sonra, videoçəkilişdən istifadə edilməklə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın aparılması başlanmışdır. Şəxsi axtarışdan əvvəl, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə, təqdim etməsi təklif etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən iki ədəd şəffaf rəngli sellofanı çıxardıb təqdim edərək, bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddə metamfetamini bir neçə gün əvvəl Masallı rayonundan adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və başqa heç bir əşya aşkar olunmamışdır. Aşkar edilmiş maddə təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşdırılmış və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şahid əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji zor tətbiq edilməmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid - Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid4 Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmiş və onun təqsiri özünün qismən etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 05 may 2022-ci il tarixdə polis əməkdaşlarının və vəkilin iştirakı ilə şübhəli şəxs - Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sol yan cibindən iki ədəd şəffaf rəngli sellofana bükülmüş, ağ rəngli, kristal şəklində maddəni təqdim edərək bildirdi ki, həmin bükümlərdə psixotrop maddə olan metamfetamindir, həmin maddəni 03 may 2022-ci il tarixdə Masallı rayonunda olan, adını bilmədiyi İran İslam Respublikasının vətəndaşından öz istifadəsi və satmaq məqsədi ilə almış, aldığı maddənin bir bükümünü Mehman adlı tanışına 22 manata satmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 may 2022-ci il tarixli, 6/2605 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №152” möhür əksi və “...Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki iki ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,572 qram və 0,673 qram olmaqla, ümumi təmiz çəkisi 1,245 qram olan ağ rəngli, kristalşəkilli kütlələr - kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqatdan sonra qalıq - 1,145 qramdır. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2022-ci il tarixli, 6/3063 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Əliyev M...” qeydli zərfdə olan bir bükümdəki psixotrop maddə - metamfetamin kütləsi ilə “...Təqsirləndirilən şəxs...” qeydli zərfdə olan iki bükümdəki psixotrop maddə - metamfetamin kütləsi kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Tədqiqatdan sonra qalıq - 1,045 qramdır. İş materiallarından görünür ki, 1,045 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Həmçinin, şəxsi axtarış aparılan zaman qeydə alınmış görüntüləri əks etdirən bir ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 18 may 2022-ci il tarixli, 2592 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması səbəbindən, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 07 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Xətai RPİ-nin MSY-dən azad olunmuşdur. Həmçinin, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-391/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qərarından görünür ki, başqa bir cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət və təqdimat təmin edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 26 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs İ Qarabağ müharibəsi veteranıdır və ona müddətsiz İİİ qrup əlillik verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində olarkən, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixoloji zorakılıq tətbiq olunmasını bildirsə də, bununla bağlı hər hansı bir hal məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Həmçinin, iş materiallarında olan Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin 523 nömrəli ekspert rəyindən görünür ki, 1971-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı, onun bədən səthində heç bir xəsarət aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Prokurorluğunun müstəntiqi Fərid Nuriyevin qərarından görünür ki, araşdırma zamanı Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularkən, polis əməkdaşları tərəfindən heç bir fiziki və psixoloji zorakılığa məruz qalmadığı müəyyən edilmişdir. Odur ki, cinayət hadisəsi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, onun müharibə veteranı və İİİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 05 may 2022-ci il tarixdən 07 may 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 04 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilməli, onun hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-391/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qərarı ilə həbsdə olması nəzərə alınmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X1 rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,045 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 220 (iki yüz iyirmi) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 2 (iki) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 4 (dörd) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 04 oktyabr 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və onun hazırda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)- 391/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qərarına əsasən həbsdə olması nəzərə alınsın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,045 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 220 (iki yüz iyirmi) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar