Məhkəmə qərarları › İş №1(011)-389/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-389/2023

10.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-389/2023 10.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X4 nümayəndəsi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3, onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun Müdafiəçi iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və cəzalandırılmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş X4 ərizəsinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və cəzalandırılması barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cii il tarixdə “tribuna.az” internet saytında vətəndaş X3 şikayət ərizəsi əsasında "xxxx" MTK-dan prezidentə şikayət var” başlıqlı müsahibə tipli yazı verilmişdir. X10 şikayətində həqiqətə uyğun olmayan, yalan və böhtan xarakterli məlumatlar qeyd etməklə bu məlumatların sayt vasitəsi ilə yayılmasını təşkil etmişdir. X10 açıq-aşkar şəkildə yalan olduğunu bilə-bilə “tribuna.az” internet saytına ünvanladığı şikayətdə bildirmişdir ki, guya X8 Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində 4 dəfə dələduzluğa görə və 1 dəfə də qadına təcavüzlə əlaqədar, ümumilikdə 5 dəfə rəsmən təcridxanada saxlanılmışdır. Bundan başqa şikayət ərizəsində bir neçə mötəbər şəxsin adı hallandırılmaqla guya həmin şəxslərin ona havadarlıq etdiyini bildirmişdir. Göründüyü kimi xx.xx.1966-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan vətəndaş X7 yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları yaymış, həmçinin onu ağır cinayətdə ittiham elməklə böhtan atmışdır. X7 "xxxx" MTK ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli “Podrat" müqaviləsinə əsasən MTK tərəfindən ünvan 2 ünvanında inşa olunmuş hündürmərtəbəli və çoxmənzilli yaşayış binasında öz işçi heyəti ilə birlikdə dam örtüyünün vurulması işlərini görmüşdür. Lakin görülmüş işlər standartlara, tikinti norma və qaydalarına uyğun olmamışdır. Bu səbəbdən də mövcud olan qüsurların aradan qaldırılması və görülmüş işlərin müvafiq aktla MTK-ya təhvil verilməsi tələbilə cavabdeh X5 qarşı Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi verilmişdir. Hal-hazırda həmin kommersiya mübahisəsi məhkəmənin hakimi Emin Əliyevin icraatındadır. O, hesab edir ki, İlham Quliyev böhtan və təhqir xarakterli məlumatları saytlarda yaymaqla ona qarşı məhkəmədə irəli sürülmüş iddiadan onları çəkindirmək istəyir. Bundan başqa “Tiktok” sosial şəbəkəsində yayımlanan bir xəbərin rəy bölməsində açıq şəkildə onu təhqir etdiyi üçün tərəfindən X7 barəsində CM-nin 148-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət ərizəsi ünvanlanmışdır. O, X3 cinayət məsuliyyətinə cəlb olunmasını və ona layiqli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş X4 nümayəndəsi Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili X2 xüsusi ittiham qaydasında şikayətin icraata götürülərək baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 “tribuna.az” internet saytı haqqında burada eşitdiini, həmin saytla heç bir əlaqəsinin olmamasını, ora heç bir məqalə və yaxud şikayət ünvanlamadığını, bu barədə heç bir sübutun olmadığını nəzərə alaraq xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında müdafiəçisi Müdafiəçi xüsusi ittiham qaydasında verilmiş şikayətin icraat qəbul edilməsindən imtina edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Bundan başqa Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, “tribunainfo.az” internet saytında paylaşılmış yazının X7 tərəfindən yazılması barədə sübut iş materiallarına əlavə olunmamışdır. Bundan başqa şikayət ərizəsində şikayətin verildiyi tarix (il, ay və gün) göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və cəzalandırılmasına dair X4 xüsusi ittiham qaydasında verilmiş şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.1.7 , 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və cəzalandırılmasına dair X4 xüsusi ittiham qaydasında verdiyi şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar