Məhkəmə qərarları › İş №1(011)-389/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-389/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-389/2024 11.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ş, barəsində barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,583 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən 05 mart 2024-cü il tarixdə saat 12:30-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın yaxınlığında saxlanılıb ünvan 4İ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən, bir ədəd ağ rəngli kağıza bükülmüş vəziyyətdə təmiz çəkisi 0,583 qram olan qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqla müəyyən edilməyən vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,428 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən 08 aprel 2024-cü il tarixdə saat 15:00-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 3 ünvanın yaxınlığında saxlanılıb ünvan 6-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,428 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, ünvan 1-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 43, 2 saylı yataqxanada ailəsi ilə birlikdə yaşayır. Bir ildir ki tanımadığı şəxslərdən narkotik vasitə heroin alaraq istifadə edir. Narkotik vasitə heroin qəbul etməyə başlayanda Bakı şəhəri, Nizami rayonu, metronun “Neftçilər" stansiyasının yaxınlığında adını bilmədiyi bir şəxslə tanış olmuş və həmin şəxs ona narkotik vasitə heroin lazımı olanda gəlib ala biləcəyini bildirmişdir. O, da narkotik vasitə heroin lazım olanda metronun ‘'Neftçilər" stansiyasının yaxınlığına gedərək həmin şəxsi tapıb narkotik vasitə heroin aldıqdan sonra münasib yer taparaq orada qəbul etmişdir. 05 mart 2024-cü il tarixdə saat 10 radələrində metronun “Neftçilər” stansiyasının yanına gedib həmin şəxsi taparaq 10 manat verib narkotik vasitə heroin gətirməsini istəmişdir. Təxminən 15-20 dəqiqə sonra həmin şəxs 01 ədəd ağ rəngli kağıza bükülmüş narkotik vasitə heroin vermişdir. 01 ədəd bükümdə olan narkotik vasitə heroini əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoyub bədənində ağrılar olan zaman münasib yer taparaq istifadə edəcəkdir. 05 mart 2024-cü il tarixdə saat 12:30 radələrində Xətai rayonu, Neapol küçəsi 43 ünvanın yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını, narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirib Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsinə narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Hüquq və vəzifələri izah olunub müdafiəçi təqdim olunub və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyi bildirilmişdir. Gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, həmin maddəni öz istifadəsi üçün 05 mart 2024-cü il tarixdə saat 10 radələrində metronun “Neftçilər" stansiyasının yaxınlığında adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 10 manata aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, başqa heç bir şey aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş maddə elektron tərəzidə çəkilmiş və 0,70 qram olması müəyyən edilmişdir. Bundan sonra bütün hərəkətlər protokollaşdırılmış onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş, imzalarla protokolun doğruluğunu təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində metronun “Neftçilər” stansiyası yaxınlığında tək olan zaman üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsi təsadüfən görüb 10 manat pul müqabilində şəxsi istifadəsi üçün 01 ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş “patı” adı ilə tanıdığı psixotrop maddə metamfetamin alıb əynində olan tünd boz rəngli şalvarın sağ yan cibinə qoyub özündə saxlayıb ki, ehtiyacı olan zaman istifadə edər. Psixotrop maddə metamfetamini aldıqdan bir müddət sonra yaşadığı evə getmək üçün metronun “Neftçilər” stansiyası yaxınlığında yerləşən avtobus dayanacağında 40 saylı sərnişin avtobusuna minib və saat 15 radələrində yaşadığı evin yaxınlığında yerləşən avtobus dayanacağında yerə enib yaşadığı evə çatana yaxın iki polis əməkdaşı yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim edib 34-cü polis şöbəsinə dəvət etmişlər. Polis əməkdaşları ilə 34-cü PŞ-nə getmişdir. Şöbədə hüquq və vəzifələri izah olunduqdan sonra dövlət hesabına dəvət olunmuş müdafiəçi gəldikdən sonra polis şöbəsində xidməti otaqların birində polis əməkdaşları və vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman polis əməkdaşı üzərində saxlanılması və daşınması qanunla qadağan olan maddə və ya əşya varsa təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamini təqdim edib, həmin metamfetamini anket məlumatlarını bilmədiyi və tanımadığı şəxsdən 10 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığın bildirmişdir. Daha sonra üzərində şəxsi axtarış aparılmış başqa hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və sellofan kəsiyi ilə birlikdə 0.49 qram olduğu müəyyən edilmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırıldı onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və imzalarla protokolun doğruluğunu təsdiq edilmişdir. Ona qarşı hər hansı bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Etibar oğlu ifadəsində bildirmişdir ki, 05 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq, Təqsirləndirilən şəxs cinayət xarakterli əməlini ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Şahindən ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra 05 mart 2024-cü il tarixdə saat 12:30-da Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 43 ünvanın yaxınlığına gəlmişlər. Həmin vaxt xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edib özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət edib PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Asiman İmaməliyə təhvil vermişlər. Asiman İmaməli, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın qabaq sağ yan cibindən, 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü təqdim edib həmin maddənin heroin olmasını, heroini 05 mart 2024-cü il tarixdə saat 10 radələrində metronun “Neftçilər” stansiyasının yaxınlığında adını bilmədiyi və tanımadığı şəxsdən 10 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin büküm elektron tərəzidə qablaşdırılmış vəziyyətdə çəkilmiş, zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa o, qeyd etmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 08 aprel 2024-cü il tarixdə saat 15:00-da Şahid3 ilə birlikdə ünvan 7 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edib saxlama səbəbini izah edib 34-cü PŞ-nə dəvət edərək gətirmişlər. Polis şöbəsində olan zaman Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından, polis şöbəsinə müdafiəçi dəvət olunmuşdur. Onun, Xətai RPİ-nin 34-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid3 və müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməyə başlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən çıxardığı 01 ədəd bükümü masanın üzərinə qoyaraq içərisində “patı” olduğunu qeyd etmişdir. Həmin bükümü 08 aprel saat 13:30-da metronun “Neftçilər” stansiyasının yaxınlığında adını bilmədiyi şəxsdən 10 manat nağd pul müqabilində aldığını bildirmişdir. Bundan sonra təqdim olunan büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş, zərfə qoyularaq möhürlənmiş və zərfin üzəri iştirkçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 08 aprel 2024-cü il tarixdə saat 15:00-da Şahid2 Etibar oğlu ilə birlikdə ünvan 7 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim edib 34-cü PŞ-nə dəvət etmişlər. Polis şöbəsində olan zaman Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından, müdafiəçi dəvət olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilərkən Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən çıxardığı 01 ədəd şəffaf sellafon bükümü masanın üzərinə qoyaraq içərisində “patı” olduğunu qeyd etmişdir. Həmin bükümü “Neftçilər” stansiyasının yaxınlığında adını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra təqdim olunan büküm elektron tərəzi vasitəsi ilə çəkilmiş, zərfə qoyularaq möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir fiziki və ya psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin polis leytenantı, əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq, Təqsirləndirilən şəxs cinayət xarakterli əməlini ifşa edilməsi və bu məqsədlə yaxalanması üçün rəhbərliyin razılığı ilə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra Rövşən ilə birlikdə məlumat əsasında 05 mart 2024-cü il tarixdə saat 12:30-da Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 43 ünvanın yaxınlığına gəlmişdir. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Hafizin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edib həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs də özünü xx.xx.1977-ci ildə Ağdam şəhərində anadan olmuş, Ağdam şəhəri, M.F.Axundov küçəsi ev 97-də qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 43, 2 saylı yataqxanada yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib saxlayaraq Xətai RPİ- nin 34cü PŞ-nə dəvət edib PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Asiman İmaməliyə təhvil vermişlər. Asiman İmaməli, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün dəvət etdiyi vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə “Panasonic” markalı videokameradan Xətai RPİ-nin KTQ-nun inspektor kriminalisti Səftər Heydərov tərəfindən aparılan video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Hafizə üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş bükümü təqdim edib həmin maddənin “kakos" adlanan narkotik vasitə heroin olmasını 05 mart 2024- cü il tarixdə saat 10 radələrində metronun “Neftçilər" stansiyasının yaxınlığında adını bilmədiyi və tanımadığı şəxsdən 10 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin bükümün açılaraq iştirakçılara nümayiş etdirilib bükümün içərisinə baxdıqda büküm içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olması müəyyən edilmişdir. Hafizin üzərinə iştirakçıların iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanmış, lakin başqa qanunsuz heç bir maddə və ya əşya aşkar olunmamışdır. Həmin büküm elektron tərəzidə qablaşdırılmış vəziyyətdə çəkildikdə 0,70 qram olması müəyyən edilmişdir. Bundan sonra Hafizin üzərindən aşkar olunmuş kütlə qablaşdırılıb möhürlənib və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 09 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 08 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 23); şəxsi axtarış və götürmə aparılması haqqında 08 aprel 2024-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən 01 bükümdə ağ rəngli selofan kəsiyinə bükülmüş qəhvəyi rəngdə, toz formasında olan, spesifik qoxuya malik narkotik vasitəyə bənzər maddəni çıxararaq təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddələrin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirmişdir ki, əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən çıxan 01 bükümdə ağ rəngli sellofan kəsiyinə bükülmüş qəhvəyi rəngdə, toz formasında olan, spesifik qoxuya malik maddənin “metamfetamin” adlanan narkotik vasitə olduğunu, həmin vasitəni tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Götürülmüş kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş və 01 ədəd ağ rəngli selofan kəsiyində olan maddənin çəkisi 0,49 qram təşkil etdiyi müəyyən olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 bükümdə ağ selofan kəsiyinə bükülmüş qəxvəyi rəngdə, toz formasında olan, spesifik qoxuya malik maddə məhkəmə-kimyəvi ekspertizasına göndərilməsi üçün zərfdə qablaşdırılmışdır (i.v. 34-36); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1935 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...(imza) Təqsirləndirilən şəxs ....” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,428 qram olan ağ rəngli kristallik hissəcikdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 43-47); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 10 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (i.v. 55-56); diskə baxış keçirilməsi haqqında 10 aprel 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 08 aprel 2024-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 68-69); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-283/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (i.v. 76-79); cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirlməsi haqqında 09 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək ********* nömrə altında istintaqı davam etdirilmişdir (i.v. 96-97); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 06 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai araşdırma aparılması üçün icraata qəbul edilmişdir(i.v. 101); şübhəli şəxsin tutulması haqqında 05 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:30-da Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 122-123); şəxsi axtarış və götürmə aparılması haqqında 05 mart 2024-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş qəhvəyi toz şəkilli maddə halında olan kütləni çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin ağ rəngli kağız kəsiyinə bükülmüş qəhvəyi toz şəkilli maddənin nə olması soruşulduqda, o, narkotik maddə hesab edilən heroin (kakos) olmasını bildirmişdir. Həmin bükümdəki maddə elektron tərəzidə çəkilmiş və həmin ağ rəngli kağız kəsiyinə bükülmüş qəhvəyi toz şəkilli maddənin çəkisi 0.70 qram olması məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda, o, xx.xx.2024-cü il tarixdə təxminən saat 10 radələrində Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosu yaxınlığında anket məlumatlarını bilmədiyi tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası DİNnin “Zərflər üçün” 152 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (i.v. 136-139); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1328 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №152...” dairəvi möhür əksi və “...Şübhəli şəxs: Zeynalov-imza, üç-imza, A.İmaməli-imza ...” yazısı əlavə qeyd edilmiş bir ədəd kağız zərfdə 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0.583 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (i.v. 147-151); diskə baxış keçirilməsi haqqında 06 mart 2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd “CD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 05 mart 2024-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 164-165); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 07 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur (i.v. 166-167); qətimkan tədbirinin seçilməsi haqqında 07 mart 2024-cü tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.185-186); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 195); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsinin xx.xx.2024-cü il tarixli 2985 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolun, opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 207-208); yataqxanada məskunlaşmış məcburi köçkünklərlə iş üzrə nümayəndə tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 215); təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur (i.v. 235-236); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən elan edilmiş ittiham qüvvəsində saxlanılmış, məhkəmə fiziki-kimyəvi ekspertizasının 06 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1328 saylı, məhkəmə fiziki-kimyəvi ekspertizasının 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/1935 saylı və məhkəmə-narkoloji ekspertizasının 06 may 2024-cü il tarixli, 2985 saylı rəyləri sübut növü kimi tanınıb istintaq materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin təmiz çəkisi 0.583 qram və psixotrop maddə matamfetaminin təmiz çəkisi 0.428 qram kimi müəyyən edilmiş və maddi sübut kimi tanınmış və qalıq qalmış 0.533 qram nakotik vasitə heroin və 0.378 qram psixotrop maddə metmfetamin saxlanması üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 02 ədəd “DVD-R” formatlı disklər maddi sübut kimi tanınmışlar, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. 241-250); elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü övladı X1 vardır. Məhkəmə istintaqı zamanı birinci video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən 01 bükümdə ağ rəngli selofan kəsiyinə bükülmüş qəhvəyi rəngdə, toz formasında olan narkotik vasitəyə bənzər maddəni çıxararaq təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən sonuncu əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən çıxan 01 bükümdə ağ rəngli selofan kəsiyinə bükülmüş qəhvəyi rəngdə, toz formasında olan maddənin “metamfetamin” adlanan narkotik vasitə olduğunu və həmin vasitəni tanımadığı şəxsdən 10 manata aldığını bildirir. Götürülmüş kütlə elektron tərəzi vasitəsi ilə çəkilir və 01 ədəd ağ rəngli sellofan kəsiyində olan maddənin çəkisinin 0,49 qram təşkil etməsi müəyyən olunur. Məhkəmə istintaqı zamanı ikinci video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağız kəsiyinə bükülmüş qəhvəyi toz şəkilli maddə halında olan kütləni çıxararaq təqdim edir. Təqsirləndirilən şəxs həmin ağ rəngli kağız kəsiyinə bükülmüş qəhvəyi toz şəkilli maddənin nə olması soruşulduqda, o, narkotik maddə hesab edilən heroin (kakos) olmasını bildirir. Həmin bükümdəki maddə elektron tərəzidə çəkilir və həmin ağ rəngli kağız kəsiyinə bükülmüş qəhvəyi toz şəkilli maddənin çəkisi 0.70 qram olması məlum olur. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda, o, xx.xx.2024-cü il tarixdə təxminən saat 10 radələrində Bakı şəhəri, Nizami rayonu, Neftçilər metrosu yaxınlığında anket məlumatlarını bilmədiyi tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 10 manata aldığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0.583 qram olan narkotik vasitə heroin və «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0.428 qram olan psixotrop maddə metamfetamin hər iki halda xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının 13-cü bəndində göstərilir ki, Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-in 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayətin təkrar törədilməsi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, təqsirkarın şəxsiyyətini, üzərində olan qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddənin miqdarını, cinayət əməlini təkrar törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, 05 mart 2024-cü il tarixdən 07 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 08 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.583 qram olan tədqiqatdan sonra qalıq qalmış 0.533 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.428 qram olan tədqiqatdan sonra qalıq qalmış 0.378 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD-R” formatlı disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı (CPM-132), 173 (yüz yetmiş üç) manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 mart 2024-cü il tarixdən 07 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 10 (on) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 08 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.583 qram olan tədqiqatdan sonra qalıq qalmış 0.533 qram çəkidə narkotik vasitə heroin, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.428 qram olan tədqiqatdan sonra qalıq qalmış 0.378 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd “DVD-R” formatlı disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatlarının dəyəri 173 (yüz yetmiş üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar