Məhkəmə qərarları › İş №1(011)-39/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-39/2021

01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-39/2021 01.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1988-ci ildə Əli-Bayramlı (hazırkı Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “xxxx” MMC-nin direktoru vəzifəsində işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə, öz qulluq mövqeyindən istifadə etməklə özgənin xeyli miqdarda əmlakını ələ keçirib təkrarən dələduzluq etmişdir. Belə ki, o, “xxxx” MMC-nin direktoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə Zərərçəkmiş şəxs4 oğlu Elvin Namazovu 1500 manat müqabilində bir ay müddətində Türkiyə Respublikasının Malatya şəhərində yerləşən “İnönü” universitetinin İdarəetmə və iqtisadiyyat fakültəsinin əyani şöbəsinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldatmaqla 06 avqust 2016-cı il tarixdə ünvan 3 ünvanda yerləşən “X61” biznes mərkəzindəki ofisində 1500 manat pulu alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs4 1500 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs “xxxx” MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən, qulluq mövqeyindən istifadə etməklə özgənin xeyli miqdarda əmlakını hissəhissə olmaqla vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə Zərərçəkmiş şəxs2li oğlunun oğlu Himmətəli Rüstəmovu 2000 manat müqabilində bir ay müddətində Türkiyə Respublikasının hər hansı bir dövlət universitetinin Kimya mühəndisliyi fakültəsinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldatmaqla 09 avqust 2016-cı il tarixdə Bakı şəhəri Binəqədi rayonu Xocasən qəsəbəsində Zərərçəkmiş şəxs2 yaşadığı evdə 1000 manat, daha sonra müxtəlif adlarla Bakı şəhərinin müxtəlif yerlərində hissə-hissə olmaqla 2400 manat pulunu əldə edib cinayətkar niyyətinin davamı olaraq 6800 manata bərabər 4000 ABŞ dollar əlavə ödəmək şərti ilə oğlu Himmətəli Rustəmovu üç ay müddətində Türkiyə Respublikasının X44 Universitetinin Kimya mühəndisliyi fakültəsinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldatmaqla 25 aprel 2017-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 37 ünvanda yerləşən “Dəmirçi Plaza” biznes mərkəzindəki ofisində 6808,8 manata bərabər 4000 ABŞ dollar pulu vahid niyyətlə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs2 ümumilikdə xeyli miqdar hesab edilən 10208,8 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs “xxxx” MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən, qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə Zərərçəkmiş şəxs3 qızları X22 və X15 hər birini 990 manat müqabilində 7 ay müddətində Türkiyə Respublikasının Mersin şəhərində yerləşən Mersin universitetinin Dizayn fakültəsinin əyani şöbəsinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldatmaqla 28 mart 2018-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 37 ünvanda yerləşən “Dəmirçi Plaza” biznes mərkəzindəki ofisində 1980 manat pulu alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs3 1980 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs “xxxx” MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən, qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını hissə-hissə olmaqla vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə Zərərçəkmiş şəxs5 oğlu X12 990 manat müqabilində 2 ay müddətində Türkiyə Respublikasının Karabük universitetinin “İqtisadi və İdari elmlər” fakültəsinin əyani şöbəsinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldatmaqla 25.07.2018-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Xocalı prospekti 37 ünvanda yerləşən “Dəmirçi Plaza” biznes mərkəzindəki ofisində 990 manat pulu alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək X32 Respublikasının Kastamonu Universitetinə qəbul etdirmiş, daha sonra əvvəlcədən xidmət haqqı kimi aldığı 990 manat pulu 600 ABŞ dollar kimi nəzərə alaraq illik təhsil haqqı olan 2500 ABŞ dollar pulu öncədən ödəmək şərti ilə X26 Şehir Universitetinə qəbul etdirəcəyinə dair yalan vəd verib yenidən cinayətkar niyyətinin davamı olaraq 2018-ci ilin dekabr ayında Türkiyə Respublikasının İstanbul şəhərində Məhərrəm Nəbiyevdən 1020 manata bərabər olan 600 ABŞ dollar pulu, 2019-cu ilin yanvar ayında Türkiyə Respublikasının İstanbul şəhərində Zərərçəkmiş şəxs5 680 manata bərabər olan 400 ABŞ dollar pulu və 2019-cu ilin fevral ayının əvvəlində ünvan 5 ünvanında yerləşən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaxınlığında onun cinayətkar niyyətindən xəbərsiz olan Şahid2 vasitəsilə Zərərçəkmiş şəxs5 1530 manata bərabər olan 900 ABŞ dollar pulu vahid niyyətlə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək X32 Respublikasının İstanbul şəhərində fəaliyyət göstərən Nişantaşı Universitetinə qəbul etdirib 2500 ABŞ dollar puldan 1125 ABŞ dollar pulu təhsil haqqını ödəmək üçün Məhərrəm Nəbiyevə qaytarmış, qalan 1912,5 manata bərabər olan 1125 ABŞ dollar pulu ələ keçirib Zərərçəkmiş şəxs5 1912,5 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs “xxxx” MMC-nin direktoru vəzifəsində işləyərkən təkrarən, qulluq mövqeyindən istifadə etməklə, özgənin xeyli miqdarda əmlakını hissəhissə olmaqla vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə Zərərçəkmiş şəxs1 qızı X5 22100 manata barəbər 13000 ABŞ dollar müqabilində 2019-2020-ci tədris ilində Türkiyə Respublikasının hər hansı bir dövlət universitetinin tibb fakültəsinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldatmaqla onun cinayətkar niyyətindən xəbərsiz olan Şahid1 vasitəsilə 2018-ci ilin noyabr ayının sonunda Bakı şəhəri Xətai rayonu Nobel prospekti 15 ünvanda yerləşən “Azure” biznes mərkəzindəki ofisində 9350 manata bərabər 5500 ABŞ dolları, 01 mart 2019-cu il tarixdə Bakı şəhəri Xətai rayonu Nobel prospekti 15 ünvanda yerləşən “Azure” biznes mərkəzindəki ofisində 12750 manata bərabər 7500 ABŞ dollarını vahid niyyətlə alıb ələ keçirdikdən sonra verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs1 ümumilikdə xeyli miqdar hesab edilən 22100 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs4 2016-cı ilin avqust ayında rəhbəri olduğu «xxxx» MMC-yə müraciət edərək oğlu Elvini Türkiyə Respublikasının Malatya şəhərində fəaliyyət göstərən «İnönü» Universitetini İqtisadiyyat fakültəsinə qəbul etdirmək istədiyini bildirmişdir. Həmin vaxt ofisi Nərimanov rayonu Əhməd Rəcəbli küçəsi 186 ünvanda yerləşən «X61» biznes mərkəzində fəaliyyət göstərmişdir. Eldənizlə aralarında olan danışığa əsasən 1500 manat xitmət haqqı müqabilində sonuncunun oğlunu bir illik hazırlıq dil kursuna qəbul etdirməli, kursu bitirəndən sonra isə Elvini «İnönü» Universitetinin İqtisadiyyat fakültəsinə qəbul etdirməli olmuşdur. Eldəniz təklifini qəbul edəndən sonra 06.08.2016-cı il tarixdə müqavilə bağlamış və həmin vaxt ofisdə Eldəniz 1500 manat pul ödəmişdir. Danışığa əsasən Elvini «İnönü» Universitetinin nəzdində fəaliyyət göstərən hazırlıq kursuna qəbul etdirmişdir. Bu işdə Türkiyədə əməkdaşlıq etdiyi Mehmet adlı şəxs köməklik etmişdir. Mehmet özü Türkiyənin İstanbul şəhərində əcnəbi vətəndaşlara təhsil sahəsində xidmət göstərərək onlara Türkiyədə fəaliyyət göstərən universitetlərə qəbul olunmasında köməklik göstərmişdir. Mehmetin anket məlumatlarını və hazırda istifadə etdiyi mobil nömrəni bilmir. Mehmetlə İstanbulda olanda ofisinə gedib görüşmüşdür. Elvin kursu bitirəndən sonra Mehmetin vasitəsilə 2017-ci ilin sentyabr ayında Elvini «İnönü» universitetinin İqtisadiyyat fakültəsinə qəbul etdirmişdir. Lakin birinci semestr imtahanlarında məlum olmuşdur ki, Mehmet Elvini saxta yolla universitetə qəbul etdirmişdir. Elvinin atası bir neçə dəfə bu məsələ ilə bağlı zəng edib narahatlığını bildirmişdir. Eldənizə bu məsələni həll edəcəyini desə də, bunu edə bilməmişdir. Maddi vəziyyəti ağır olduğu üçün isə 1500 manat pulu Eldənizə qaytara bilməmişdir. Hətta Eldəniz sonradan Elvinin işi ilə bağlı 11000 manat pul xərclədiyini deyərək oğlunu universitetə qəbul etdirməyəcəyi təqdirdə həmin pulu ödəmək öhdəliyi ilə bağlı sənəd yazdırmışdır. Eldənizdən 1500 manat pul almış, hazırda isə ona 5000 manat pul vermişdir. 2016-cı ilin təxminən fevral ayında, dəqiq vaxtı xatırlamır, Zərərçəkmiş şəxs2 zəng edərək oğlu Himmətəlinin Türkiyədə ali təhsil almaq istədiyini və bu haqda söhbət etmək istədiyini bildirmişdir. Elşəni Bakıya – ofisinə dəvət etmişdir. Növbəti gün Elşən ofisinə gəlmişdir. Elşənə 2000 manat müqabilində oğlu Hümmətəlini Türkiyənin hər hansı bir dövlət universitetinin kimya mühəndisliyi fakültəsinə qəbul etdirəcəyini, ilkin ödəniş kimi 1000 manat pul verməli olduğunu, qalan 1000 manat pulu isə Himmətəli ali məktəbə qəbul olunduqdan sonra verməli olduğunu bildirmişdir. Elşən təklifi qəbul edib əlaqə saxlayacağını demişdir. Bir neçə dəfə Zərərçəkmiş şəxs2 həm oğlu Himmətəlinin, həm də digər oğlu Vaqifin işi ilə bağlı ofisinə gəlib-getmiş, belə ki, Vaqifi İstanbul şəhərində yerləşən Yıldız Texniki Universitetinə qəbul etdirmiş və Vaqif hazırda həmin universitetdə təhsil alır. Nəhayət Zərərçəkmiş şəxs2 09 avqust 2016-cı il tarixdə ofisinə gəlmiş və oğlu Himmətəlinin Türkiyədə ali təhsil alması ilə bağlı müqavilə bağlamaq istədiyini bildirmişdir. Həmin gün Zərərçəkmiş şəxs2la müvafiq müqavilə bağlamışdır. Müqaviləyə əsasən xidmət haqqı 2000 manat olmuş, 1000 manat əvvəlcədən ödənilməli, qalan 1000 manat pul isə Himmətəli ali məktəbə qəbul olunduqdan sonra ödənilməli olmuşdur. Müqaviləyə əsasən Himmətəlini bir ay müddətində ali məktəbə qəbul etdirməliydi. Müqaviləni bağlayandan sonra Zərərçəkmiş şəxs2 onu və həmin vaxt işlərində ona köməklik edən Şahid2 Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən evinə qonaq dəvət etmişdir. Həmin evdə Elşən ilkin ödəniş kimi 1000 manat pul vermişdir. Şahid2 işçisi olmamış, sadəcə xaricdə təhsil sahəsini yanında öyrənirmişdir ki, gələcəkdə müstəqil şəkildə işləyə bilsin. Turalın işlərinə heç bir aidiyyəti olmamış, arabir Turala cib xərcliyi vermişdir. 2016-cı ilin sentyabr ayında Himmətəlini və başqa uşaqları Türkiyənin Bursa şəhərinə aparmış və yol xərci kimi Elşəndən 500 ABŞ dollar pul almışdır. Həmin pulu Elşən «Black Pearl» biznes mərkəzində yerləşən ofisində vermişdir. Türkiyədə təxminən bir həftə qalmışlar. Bursada Himmətəli və digər uşaqlar dövlət universiteti hesab edilən «Uludağ» universitetinə qəbul olunmaq üçün müsahibədə iştirak etmişlər. Himmətəli və bir neçə uşaq müsahibədən keçə bilməmişlər. Müsahibə qurtarandan sonra Bakıya qayıtmışlar və Elşənə oğlunun müsahibədən keçə bilmədiyini bildirmişdir. 17.10.2016-cı il tarixdə Himmətəlini və başqa uşaqları İstanbul şəhərinə, oradan isə Zonquldağ şəhərinə aparmışdır. Belə ki, Zonquldağ şəhərində yerləşən Bülənt Ecevit adına olan dövlət universitetinə əcnəbi tələbələrin qəbulu attestat əsasında həyata keçirilmişdir. Həmin universitetdə təhsil həm türk, həm də ingilis dilində aparılmışdır. Lakin Himmətəli və digər uşaqlar ingilis dilini bilmədikləri üçün onları Ecevit adına olan dövlət universitetinin nəzdində təşkil edilmiş ingilis dilindən hazırlıq kurslarına qəbul etdirmişdir. Belə ki, Himmətəli və digər uşaqlar yalnız həmin kursu bitirdikdən sonra həmin universitetin Mühəndislik fakültəsinə qəbul oluna bilərdilər. Həmin kursda təhsil müddəti beş ay olmuşdur. 27.10.2016-cı il tarixdə Elşənə zəng edərək oğlu Himmətəlini ingilis dili kursuna yazdırdığını, kursa ödəniş etmək üçün 500 ABŞ dollar pulun, Zonquldağ şəhərində qeydiyyata düşməsi və sığortalanması üçün isə əlavə 350 ABŞ dollar pulun lazım olduğunu bildirmişdir. 850 ABŞ dollar pulu Şahid2 Zərərçəkmiş şəxs2 yaşadığı Xocasən qəsəbəsindəki evinə gedib oradan götürmüş və həmin pulu bank vasitəsilə göndərmişdir. Lakin Himmətəli və digər uşaqlar kursda birinci pilləni keçə bilməmiş, bu səbəbdən kursun müəllimləri uşaqların həmin kursda təhsil almasına lüzum görməmişlər. Bu səbəbdən kursun digər aylıq ödənişlərini etməmiş və valideynlərin ona verdikləri pulları uşaqların gündəlik yeməklərinə xərcləmişdir. Lakin uşaqların qeydiyyat və sığorta pulunu ödəməmişdir. Sonradan məlum olmuşdur ki, Himmətəli və digər uşaqlar dövlət sərhədini keçən zaman hər biri 100 ABŞ dollar məbləğində cərimələnmiş və üç ay müddətində onlara Türkiyəyə qayıtmağa qadağa qoyulmuşdur. Bakıya qayıdandan sonra Elşənə oğlunun işinin alınmadığını bildirərək üzr istəmişdir. Elşənlə aralarında olan danışığa əsasən Elşənın ona hissə-hissə verdiyi pulları 2000 ABŞ dollar kimi qiymətləndirmişlər. Elşən ondan həmin pulu geri istəmiş, lakin Elşənə əlavə 4000 ABŞ dollar ödəniş etmək şərti ilə Himmətəlini növbəti il X44 Universitetinə qəbul etdirəcəyini demişdir. Elşən təklifi qəbul etmişdir. 2017-ci ilin mart ayında «Xətai» metrostansiyasının yaxınlığında yerləşən «Dəmirçi» biznes mərkəzinin 4-cü mərtəbəsində icarəyə ofis götürüb ora köçmüşdür. 25.04.2017-ci il tarixdə Zərərçəkmiş şəxs2 «Dəmirçi» biznes mərkəzində yerləşən ofisinə gələrək əvvəl verdiyi və 2000 ABŞ dollar məbləğ kimi qiymətləndirdikləri pul nəzərə alınmaqla əlavə 4000 ABŞ dollar pul vermiş, Zərərçəkmiş şəxs2la həmin gün oğlunun xaricə təhsil alması ilə bağlı müqavilə bağlamışdır. Müqaviləyə əsasən üç ay müddətində Himmətəlini ali məktəbə qəbul etdirməli olmuşdur. Lakin özündən asılı olmayan səbəblərə görə danışılan üç ay ərzində X21 Texniki Universitetinə qəbul etdirə bilməmişdir. Belə ki, bir il öncə özünün vasitəsilə universitetə qəbul olunan Himmətəlinin sinif yoldaşlarından ikisi xidmət haqqı ödəmədikləri üçün həmin uşaqların qəbulunda köməklik göstərən Yıldız Texniki Universitetinin məsul işçisi əməkdaşlıqdan imtina etmişdir. Zərərçəkmiş şəxs2 6000 ABŞ dollar pulunu geri istəmiş, lakin Zərərçəkmiş şəxs2 imkanının olmadığını və oğlu Himmətəlini növbəti il ali məktəbə qəbul etdirəcəyini demişdir. Zərərçəkmiş şəxs2 təklifi ilə razılaşmışdır. 2018-ci ilin noyabr ayında Himmətəlini və digər dörd uşağı İstanbul şəhərinə aparmış və onları İstanbul Şehir Universitetinə qəbul etdirmişdir. Himmətəli isə həmin universitetin Mühəndislik fakültəsinə qəbul olunmuşdur. Mühəndislik fakültəsində illik təhsil haqqı 10000 ABŞ dollardır, lakin sayəsində Himmətəliyə və digər uşaqlara rektorluq tərəfindən 75% endirim olunmuş və onların təhsil haqqı 10000 ABŞ dollardan 2500 ABŞ dollara enmişdir. Həmin Universitetə abituriyent heç bir imtahan vermədən qəbul olunmuş, sadəcə təhsil haqqını ödəmək lazım olmuşdur. Birinci semestrə görə hər uşağa görə 1000 ABŞ dollar pul ödəmiş və onlar universitetin birinci kurs tələbəsi olmuşlar. Bir semestr oxuyandan sonra Himmətəli və digər dörd uşaq bütün semestr imtahanlarından kəsildikləri üçün kursda qalmış, bu səbəbdən ikinci semestrə görə 1500 ABŞ dollar ödəməyə lüzum olmamış, belə ki, növbəti tədris ilində onlar yenidən birinci kursda oxumalıydılar. Lakin sonradan məlum olmuşdur ki, Himmətəli birinci kursu oxumadan Bakıya qayıtmış, yəni Himmətəli universitetdən xaric olunmamış və özü oxumaqdan imtina edərək Bakıya qayıtmışdır. Sonradan Zərərçəkmiş şəxs2 6000 ABŞ dollar pulunu geri tələb etməyə başlamış, həmin vaxt Türkiyədə olduğu üçün Zərərçəkmiş şəxs2 Bakıya qayıdandan sonra pulu qaytaracağını demişdir. Lakin Bakıya 30.11.2019-cu il tarixdə qayıtsa da, Zərərçəkmiş şəxs2 6000 ABŞ dollar pulu qaytarmağa imkanı olmamışdır. Hazırda Zərərçəkmiş şəxs2 pulunu tam şəkildə qaytarmışdır. Zərərçəkmiş şəxs3 2018-ci ilin mart ayında rəhbərlik etdiyi «xxxx» MMC-yə müraciət edərək qızları Zeynəb və İlahəni Türkiyədə fəaliyyət göstərən ali məktəblərin birinin rəssamlıq fakültəsinə qəbul etdirmək istədiyini bildirmişdir. Həmin vaxt ofisi «Xətai» metrostansiyasının yaxınlığında fəaliyyət göstərən «Dəmirçi Plaza» biznes mərkəzində fəaliyyət göstərmişdir. Zərərçəkmiş şəxs3 qızlarını 1980 manat xidmət haqqı müqabilində (hər qıza görə 990 manat) Türkiyənin Mersin şəhərində fəaliyyət göstərən Mersin Universitetinin Dizayn fakültəsinin əyani şöbəsinə qəbul etdirməyi təklif etmişdir. Gülüstan təklifini qəbul edib ofisində 28.03.2018-ci il tarixdə 1980 manat pul ödəmiş və Türkiyədə təhsillə bağlı iki müqavilə bağlamışlar. Aralarında olan danışığa əsasən qızları 2018-ci ilin yayında Mersin Universitetinə qəbul etdirməli olmuşdur. Lakin qızları həmin universitetə qəbul etdirə bilməmişdir. Gülüstanın ödədiyi 1980 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmiş və imkansızlıqdan həmin pulu qaytara bilməmişdir. Hazırda Gülüstanın ödədiyi pulu tam qaytarmış və sonuncu onunla barışmışdır. Zərərçəkmiş şəxs5 2018-ci ilin iyul ayında rəhbərlik etdiyi «xxxx» MMC-yə müraciət edərək oğlu Məhərrəmin İstanbul şəhərindəki ali təhsil müəssisələrinin birində təhsil alması arzusunda olduğunu bildirmişdir. Zülfiyyə əri Sahiblə birlikdə ofisə gəlmişdir. Həmin vaxt ofisi «Xətai» metrostansiyasının yaxınlığında fəaliyyət göstərən «Dəmirçi Plaza» biznes mərkəzində fəaliyyət göstərmişdir. Zülfiyyəyə İstanbul şəhərində fəaliyyət göstərən universitetlərə qəbulun çox qəliz olduğunu və çox xərc tələb etdiyini bildirmiş və oğlu Məhərrəmi Türkiyə Respublikasının Karabük Universitetinin əyani şöbəsinə imtahansız qəbul etdirməyi təklif etmiş, sonradan isə istəyinə uyğun olaraq oğlunun İstanbul Universitetlərinin birinə köçürülməsi işinə köməklik edə biləcəyini bildirmişdir. Zülfiyyə bu təkliflə razılaşmışdır. 25 iyul 2018-ci il tarixdə Zülfiyyənin əri Sahiblə «Türkiyədə Təhsil Proqramı haqqında» müqavilə bağlamış və Məhərrəmin Universitetə qəbul olunması üçün tələb edilən 990 manat pulu Zülfiyyə ofisdə ödəmişdir. Həmin ilin yayında Məhərrəmi Karabük universitetinə deyil, Kastamonu universitetinə qəbul etdirə bilmişdir. 2018-ci ilin dekabr ayında Zülfiyyə oğlu Məhərrəmin İstanbulda fəaliyyət göstərən universitetlərinin birinə qəbul olunmasını istəmişdir. X11 Şehir Universitetinə qəbul etdirə biləcəyini, həmin universitetin illik ödənişinin 10000 ABŞ dolları olduğunu, lakin illik ödənişini qabaqcadan ödəyəcəyi təqdirdə illik ödənişin 2500 ABŞ dollar olacağını və xidmət haqqı kimi öncədən ödədiyi 990 manat pulu nəzərə alacağını, əlavə xidmət haqqı ödəməyəcəyini bildirmişdir. Zülfiyyə təkliflə razılaşmışdır. Məhərrəm 2018-ci ilin dekabr ayında İstanbul şəhərində görüşüb ilkin olaraq 600 ABŞ dolları pul vermiş, 400 ABŞ dolları pulu 2019-cu ilin yanvar ayında X14 şəhərində görüşüb vermişdir. Həmin ilin fevral ayının əvvəlində Azərbaycanda Zülfiyyə köməkçisi Şahid2 900 ABŞ dollar pul vermiş, Tural da həmin pulu Türkiyəyə gələn bir tələbənin vasitəsilə göndərmişdir. Zülfiyyənin əvvəlcədən müqavilə bağlanarkən ödədiyi 990 manat pulu yuvarlaq şəkildə 600 ABŞ dolları kimi qəbul edərək sonuncunun verdiyi 1900 ABŞ dollar pulla kifayətlənmişdir. X52 Universitetinə qəbul etdirə bilməmiş, X8 Universitetinə qəbul etdirmişdir. Zülfiyyədən aldığı puldan 1125 ABŞ dollarını oğlu Məhərrəmə vermişdir ki, birinci semestrin pulunu ödəsin. İkinci semestrin ödənişi olan 1125 ABŞ dollar pulu isə pandemiyaya görə ödəyə bilməmişdir. 11.08.2020-ci il tarixdə isə həmin puldan Zülfiyyəyə 800 ABŞ dollar pul ödəmişdir. Hazırda Zülfiyyəyə qalan pulunu da ödəmiş, sonuncu ilə barışıq əldə etmişdir. Zərərçəkmiş şəxs1 təxminən 2018-ci ilin noyabr ayında 070 700 00 70 saylı nömrəsinə «WhatsApp» mesenceri vasitəsilə zəng edərək qızı Neginin Türkiyədə dövlət universitetlərinin birində tibb fakültəsində təhsil almaq istədiyini bildirmiş, Arzu xanıma 13000 ABŞ dollar müqabilində qızını Türkiyədə fəaliyyət göstərən dövlət universitetlərinin birinin tibb fakültəsinə qəbul etdirə biləcəyini demişdir. Həmin vaxt Türkiyədə olduğu üçün Arzu xanımı işçisi olan Şahid1 yönəltmişdir. Onu da qeyd etmişdir ki, Şahid1 yanında 2017-ci ilin sonundan başlayaraq qeyri-rəsmi işləməyə başlamış, Hüseyn əsasən şirkətin reklamı ilə məşğul olmuş və ümumiyyətlə xaricdə təhsil sahəsini öyrənmişdir. Hüseynə imkan düşdükcə cib xərcliyi vermişdir. Hüseyn sadəcə ona verdiyi tapşırıqları yerinə yetirmişdir. Şirkətin fəaliyyəti öz üzərində olmuş və bu işdə yalnız Şahid1 kömək etmişdir. Həmin vaxt rəhbəri olduğu «xxxx» şirkəti müvəqqəti olaraq ünvan 7 ünvanda fəaliyyət göstərən «Azure» biznes mərkəzinin 12-ci mərtəbəsində yerləşən tanışı Fuad Hacıyevin direktoru olduğu «Study in Turkey» şirkətinin ofisində fəaliyyət göstərmişdir. Arzu xanım da ofisə gələrək ilkin ödəniş kimi X23 9350 manat ekvivalentində olan 5500 ABŞ dollar pul vermişdir. Arzu xanım pulu Hüseynə verəndən sonra ona «WhatsApp» mesenceri vasitəsilə zəng edib bu haqda demişdir. Arzu xanıma narahat olmamağı və qalan 7500 ABŞ dollar pulu 2019-cu ilin fevral ayının sonuna kimi ödəməli olduğunu və qızının Bakı şəhərində YÖS imtahanlarına hazırlaşmasını demişdir. Arzu xanımla aralarında olan razılaşmaya əsasən qızı Negin YÖS imtahanında yüksək bal toplayıb özü Universitetə qəbul olunacağı təqdirdə «xxxx» şirkəti ödəniləcək puldan bir hissəsini çıxıb böyük hissəsini Arzu xanıma qaytarmalı olmuşdur. Abituriyentin qəbulu isə Universitet rəhbərliyindən asılı olmuşdur. 28 fevral 2019-cu il tarixdə Arzu xanım «WhatsApp» mesenceri vasitəsilə zəng edərək qalan 7500 ABŞ dollar pulu hazırladığını bildirmiş, həmin pulu ofisə aparıb Şahid1 verməyi demişdir. Özü də Hüseynə «WhatsApp» mesenceri vasitəsilə zəng edərək Arzu xanımı qəbul edib sonuncudan pulu götürməyi və öz adından Arzu xanımla müqavilə bağlamağı tapşırmışdır. 01 mart 2019-cu il tarixdə Arzu xanım «xxxx» MMC-nin ünvan 7 ünvanda yerləşən «Azure» biznes mərkəzinin 12-ci mərtəbəsində yerləşən ofisinə gəlib orada işçisi X23 7500 ABŞ dollar ekvivalentində olan 12750 manat pul vermişdir. Şahid1 isə Arzu xanımla qızının xaricdə təhsil alması ilə bağlı müqavilə bağlamışdır. Müqavilədə Arzu xanımın «xxxx» MMC-yə ödədiyi məbləğ 22100 manat kimi qeyd edilmişdir. Həmin məbləğ məzənnəyə uyğun olaraq 13000 ABŞ dollar pul etmişdir. Müqaviləyə əsasən «xxxx» MMC Arzu xanımın qızını 7 ay müddətində Türkiyə Respublikasında fəaliyyət göstərən dövlət universitetlərinin birinin tibb fakültəsinə qəbul etdirməli olmuşdur. Müəyyən səbəblərə görə Arzu xanımın qarşısında götürdüyü öhdəliyi vaxtında icra edə bilməmiş, Arzu xanım isə narahat olmağa başlamışdır. 2019-cu ilin oktyabr ayında Arzu xanımın qızı Negini İstanbul şəhərində yerləşən özəl universitet hesab edilən «Aydın» universitetinə qəbul etdirmiş, həmin universitetdə illik təhsil haqqı 17500 ABŞ dollar olmuş, lakin universitet rəhbərliyi ilə danışıqlar aparandan sonra təhsil haqqı 3500 ABŞ dollara düşmüşdür. Bunun müqabilində Arzu xanımdan əlavə olaraq 4000 ABŞ dollar pul istəmişdir. Lakin Arzu xanım illik təhsil haqqının yüksək olduğunu, universitetin özəl olduğunu və əlavə 4000 ABŞ dollar pul verməyə imkanının olmadığını əsas gətirərək bu təklifdən imtina etmiş və pulunu geri istəmişdir. Arzu xanıma pulunu tez bir zamanda qaytaracağını demişdir. Qısa müddət sonra Negin üçün İstanbul şəhərində yerləşən dövlət universiteti hesab edilən «Sağlıq bilimləri» universitetinə qəbul almışdır. Həmin universitetdə təhsil haqqı 2000 ABŞ dollar olmuşdur. Bu haqda Arzu xanıma demiş, lakin Arzu xanım illik təhsil haqqının yüksək olduğunu əsas gətirərək bu təklifdən də imtina etmiş və pulunu geri istəmişdir. 2019-cu ilin oktyabr ayında məlum olmuşdur ki, Arzu xanımın qızı «Metropol» YÖS kurslarında topladığı balla Ərzurum şəhərində yerləşən dövlət universiteti hesab edilən «Atatürk» universitetinin Tibb fakültəsinə qəbul olunmuşdur. Arzu xanım bu haqda demiş və pulunu geri istəmişdir. Lakin həmin pulu qaytarmağa imkanı olmamışdır. Əməlindən peşmandır, zərərçəkmiş şəxslərə dəyən zərəri tam ödəmiş, onlarla barışıq əldə etmişdir. Qeyd olunanları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X29 ifadəsində göstərmişdir ki, 1997-ci il təvəllüdlü oğlu Himmətəli Rüstamov 9-cu sinifdən Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Heydər Əliyev adına texniki peşə liseyində oxumağa başlamışdır. Oğlu həmin liseyə SOCAR şirkətinin xətti ilə göndərilmişdir. Oğlu həmin liseyə 2013-cü ildə göndərilmiş və həmin liseyi 2016-cı ildə qurtarmışdır. 2016-cı ilin yayında Təqsirləndirilən şəxs adlı şəxs oğlunun təhsil aldığı liseyə gələrək oğlu və digər uşaqlarla münasibət yaratmış, onlara Bakı şəhərində şirkətinin olduğunu və şirkətinin Türkiyə Respublikasında təhsil almaq istəyən vətəndaşlara xidmət göstərdiyini bildirmişdir. Oğlu təhsilini bitirdikdən sonra Bakıya qayıdıb bu haqda demiş və Ceyhunun əlaqə nömrəsini vermişdir. Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlamışdır. Ceyhun onu «Dərnəgül» bazarının yaxınlığında yerləşən adını xatırlamadığı biznes mərkəzindəki ofisinə dəvət etmişdir. Növbəti gün Ceyhunun ofisinə gəlmişdir. Ceyhunun işlətdiyi şirkətin adı «xxxx» olmuşdur. Ofisdə bir neçə əməkdaş olmuş, onu Ceyhun özü qarşılamışdır. Ceyhun 2000 manat müqabilində oğlu Hümmətəlini Türkiyənin hər hansı bir dövlət universitetinin kimya mühəndisliyi fakültəsinə qəbul etdirəcəyini, ilkin ödəniş kimi 1000 manat pul verməli olduğunu, qalan 1000 manat pulu isə oğlu ali məktəbə qəbul olunduqdan sonra verməli olduğunu demişdir. Ceyhunun təklifi ilə razılaşıb əlaqə saxlayacağını demişdir. Bundan bir neçə gün sonra Ceyhunu və onun işçilərini Binəqədi rayonu Xocasən qəsəbəsində yerləşən evinə qonaq dəvət etmiş və orada ilkin ödəniş kimi Ceyhuna 1000 manat pul verəcəyini bildirmişdir. 09 avqust 2016-cı il tarixdə Ceyhun işçisi Turalla birlikdə evinə qonaq gəlmiş, orada Ceyhuna 1000 manat pul vermiş, Ceyhun isə oğlunun təhsil alması ilə bağlı müqavilə bağlamışdır. Müqaviləyə əsasən Ceyhun oğlunu bir ay müddətində ali məktəbə qəbul etdirməli olmuşdur. 2016-cı ilin sentyabr ayında Ceyhun oğlunu ali məktəbə qəbul etdirmək adı ilə oğlunu beş nəfərlə birlikdə Türkiyənin Bursa şəhərinə aparmış və yol xərci kimi 500 ABŞ dollar pul almışdır. Lakin bir həftədən sonra Ceyhun uşaqlarla birlikdə geri qayıtmış və işin alınmadığını bildirmişdir. 17.10.2016-cı il tarixdə Ceyhun oğlunu başqa uşaqlarla birlikdə ali məktəbə qəbul etdirmək adı ilə İstanbula, oradan isə Zonquldağ şəhərinə aparmışdır. Ceyhun oğlunu ali məktəbə qəbul etdirmək əvəzinə, Zonquldağ şəhərində yerləşən Ecevit adına İnstitutun nəzdində təşkil edilmiş ingilis dili kursuna yazdırmışdır. Ceyhun həmin vaxt yalan danışaraq bildirmişdir ki, oğlu 5 ay həmin kursda ingilis dilini öyrənəndən sonra birbaşa nüfuzlu bir ali məktəbə qəbul olunacaq. 27.10.2016-cı il tarixdə Ceyhun telefon əlaqəsi saxlayaraq oğlunun Zonguldağ şəhərinə getdiyi ingilis dili kursuna ödəniş etmək üçün 500 ABŞ dollar pulun, həmin şəhərdə qeydiyyata düşməsi və sığortalanması üçün isə əlavə 350 ABŞ dollar pulun lazım olduğunu bildirmişdir. Buna etiraz etməmiş və həmin gün Ceyhunun işçisi olan Tural adlı şəxs Xocasən qəsəbəsindəki evinə gəlib 850 ABŞ dollar pulu götürmüşdür. Lakin sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs oğlunun və digər uşaqların həmin kursda ingilis dilinin öyrənməsi üçün yalnız ay yarımın ödənişini etmiş, qeydiyyat və sığorta pulunu ümumiyyətlə ödəməmişdir. Belə ki, ödəniş edilmədiyinə görə ay yarımdan sonra oğlunu digər uşaqlarla birlikdə kursdan kənarlaşdırmış, Təqsirləndirilən şəxs uşaqların qeydiyyat və sığorta ödənişlərini etmədiyi üçün dövlət sərhədini keçən zaman oğlunu 100 ABŞ dollar məbləğində cərimələnmiş və üç ay müddətində Türkiyəyə qayıtmağa qadağa qoymuşlar. Oğlu Bakıya qayıdandan sonra Ceyhunla əlaqə saxlamış və işlərin nə üçün bu vəziyyətə düşdüyünü soruşmuş, Ceyhun isə üzr istəyərək müxtəlif bəhanələr gətirməyə başlamışdır. Ceyhunla aralarında olan razılaşmaya əsasən sonuncuya verdiyi pulları ümumilikdə 2000 ABŞ dollar kimi qiymətləndirmişlər. Həmin pulu Ceyhundan geri istəsə də, Ceyhun həmin pulu verməmiş və əlavə ödəniş etmək şərti ilə oğlunu növbəti il X44 Universitetinə qəbul etdirəcəyini demişdir. Məcbur olub Ceyhunun təklifini qəbul etmişdir. 25.04.2017-ci il tarixdə Bakı şəhəri «Xətai» metrostansiyasının yaxınlığında yerləşən «Dəmirçi» biznes mərkəzində olan Təqsirləndirilən şəxs ofisində sonuncuya əvvəl verdiyi və 2000 ABŞ dollar məbləğ kimi qiymətləndirdikləri pul nəzərə alınmaqla əlavə 4000 ABŞ dollar pul vermiş, Ceyhun isə oğlunun Türkiyədə təhsil alması ilə bağlı müqavilə bağlamışdır. Müqaviləyə əsasən Təqsirləndirilən şəxs üç ay müddətində oğlunu ali məktəbə qəbul etdirməli olmuşdur. Lakin üç ay ərzində Ceyhun oğlunu ali məktəbə qəbul etdirə bilməmişdir. Ceyhundan pulu geri tələb etsə də, Ceyhun imkanının olmadığını və oğlunu növbəti il ali məktəbə qəbul etdirəcəyini demişdir. Məcburiyyət qarşısında qalıb bu dəfə də Ceyhunun təklifini qəbul etmişdir. 2018-ci ilin noyabr ayında Ceyhun oğlunun və digər uşaqların adını İstanbul şəhərinin Kartal rayonunda yerləşən özəl ali məktəb hesab edilən Şehir Universitetinə yazdırmışdır. Həmin Universitetə abituriyent heç bir imtahan vermədən qəbul olunmuş, sadəcə təhsil haqqını ödəmək lazım olmuşdur. Ceyhun isə bu dəfə də aldadaraq, oğlunun və digər uşaqların təhsil haqqını yarımçıq ödəmiş, yəni hər uşağa görə Universitetə 1000 ABŞ dollar pul ödəmiş, halbuki həmin universitetdə illik təhsil haqqı 2500 ABŞ dollar olmuşdur. Fikirləşmişdir ki, Ceyhuna ümumilikdə verdiyi 6000 ABŞ dollar puldan Ceyhun xidmət haqqı kimi 2000 manat çıxar və qalan pulu qaytarar, həmin pul ilə oğlunun təhsil haqqını ödəyər. Ceyhun oğlu və digər dörd nəfərə görə təhsil haqqını yarımçıq ödədiyi üçün uşaqları universitetdən xaric etmişlər və uşaqlar Bakıya geri qayıtmışlar. Bundan sonra bir neçə dəfə Təqsirləndirilən şəxs zəng etmiş, lakin Ceyhun cavab verməmişdir, Ceyhuna «WhatsApp» mesenceri vasitəsilə mesajlar yazsa da, Ceyhun cavab verməmişdir. Artıq başa düşmüşdür ki, Ceyhun bu illər ərzində onu aldadaraq pullarını ələ keçirmişdir. Ona görə də Təqsirləndirilən şəxs polisə şikayət etmək qərarına gəlmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, onunla barışıb, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X17 ifadəsində göstərmişdir ki, uşaqları X22 2016-cı il tarixdə digər qızı X30 isə 2017-ci il tarixdə orta məktəbi bitirmişlər. Orta məktəbi bitirdikdən sonra qızları Rəssamlıq Akademiyasına test və qabiliyyət imtahanları ilə qəbul olunmuşlar. Böyük qızı Zeynəb Akademiyanın 1-ci kursunda oxuyan zaman qızlarının Türkiyə Respublikasının Ali məktəblərinin birinin rəssamlıq fakültəsinə qəbul olunmasını istəmişdir. 2018-ci ilin mart ayında sosial şəbəkə vasitəsi ilə «xxxx» MMC-nin direktoru Təqsirləndirilən şəxs müraciət etmişdir. 2018-ci ilin mart ayının sonlarında Ceyhunun Xətai rayonu ərazisində yerləşən «Dəmirçi Plaza»dakı ofisinə gedib sonuncu ilə görüşmüşdür. Danışıq zamanı Ceyhun qızlarını Türkiyə Respublikasının Mersin şəhərində yerləşən Mersin Universitetinin dizayn fakültəsinin əyani şöbəsinə qəbul etdirə biləcəyini demişdir. Bunun üçün Ceyhun hər uşağa görə xidmət haqqı kimi 990 manat pul istəmişdir. Ceyhuna inanıb təklifi ilə razılaşmışdır. Sonra Ceyhun uşaqlarının ali məktəbə qəbul olunmaları üçün lazım olan sənədləri gətirib təqdim etməyi demişdir. 28 mart 2018-ci il tarixdə Ceyhunun ofisində iki qızının Türkiyədə ali məktəbə qəbul olunmaları üçün Ceyhuna 1980 manat pul və uşaqlarının sənədlərini vermişdir. Bu barədə Ceyhunla müqavilə bağlamışdır. Ceyhun 2018-ci ilin yay aylarında qızlarını Türkiyənin Mersin şəhərində yerləşən Universitetin dizayn fakültəsinin əyani şöbəsinə qəbul etdirəcəyini demişdir. Ceyhunun dediyi vaxtı gözləsə də, Ceyhun verdiyi vədə əməl etməmişdir. Ceyhuna zəng edib bu haqda deyəndə, Ceyhun bir az da gözləməyi demişdir. Lakin Ceyhunun dediyi vaxtı da gözləsə də görmüşdür ki, Ceyhun yalan danışaraq hər dəfə müxtəlif bəhanələr gətirir, uşaqlarını ali məktəbə qəbul etdirmir. Belə olan halda Ceyhunun ofisinə gedib sonuncuya «ali məktəb işini düzəltmirsən, sənə verdiyim 1980 manat pulumu qaytar» demişdir. Ceyhun yenə də müxtəlif bəhanələr gətirərək pulu tez bir zamanda qaytaracağını demişdir. Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını görüb polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs dələduzluq yolu ilə 1980 manat pulunu alıb ələ keçirmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 03.08.1999-cu il təvəllüdlü oğlu X24 2014-cü ildə Bakı şəhəri Xətai rayonu H.Aslanov qəsəbəsində yerləşən 59 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir. Həmin il Bakı şəhəri Sabunçu rayonunda yerləşən 12 saylı Liseyə qəbul olunmuş və 2017-ci ildə tam məktəb həcmində buraxılış imtahanlarını versə də dövlət imtahanına qatıla bilməmişdir. Oğlunun dövlət imtahanına qatıla bilməməsinin səbəbi sonuncuda əsəb-sinir sistemindəki xəstəliyi ilə əlaqədar olmuşdur. Oğlu Məhərrəmin xəstəliyi ilə əlaqədar müalicə alması üçün həmin il Türkiyə Respublikasının İstanbul şəhərinə yola düşmüşlər. Türkiyədə oğlu Məhərrəm İstanbul şəhərindəki «Asiya» xəstəxanasında ambulator qaydada müalicə almağa başlamışdır. Bu dövrdə xəstəxanadan 12 saylı Liseyə uşağın xəstə olması barədə tibbi arayış verilmiş və möhlət alınmışdır. Türkiyədə olduğu müddətdə oğlu Məhərrəmdə Türkiyə Respublikasında Ali təhsil almaq arzusu yaranmış, onun bu istəyini bir valideyn kimi dəstəkləmişlər. 2018-ci ilin aprel ayınadək oğlu müalicə almış və həmin ilin aprel ayında Azərbaycana qayıtmışlar. Azərbaycana qayıdan kimi ilk olaraq oğlunun hərbi xidmət məsələsinə görə Bakı şəhəri Xətai rayonu Səfərbərlik və Hərbi xidmətə Çağırış İdarəsinə müraciət etmişlər. Oradan oğlunun hərbi xidmətdən möhlət hüququndan yararlanması üçün mütləq surətdə Ali təhsil müəssisəsində oxuması barədə müvafiq arayışın qeydiyyatda olduğu yer üzrə Səfərbərlik və Hərbi xidmətə Çağırış İdarəsinə təqdim edilməli olduğunu bildirmişlər. Türkiyədən qayıdanda yolda tanış olduqları Türkiyədə təhsil alan tələbələrin biri ilə söhbət edərkən Türkiyədə hansı qaydada təhsil alması ilə maraqlananda həmin tələbə Türkiyə Respublikasında təhsillə bağlı Bakı şəhərində «xxxx» şirkətinin olduğunu və həmin şirkətin təşkilatçılığı ilə Türkiyədə təhsil aldığını bildirmişdir. Buna görə də həmin tələbədən şirkətin ünvanını və şirkətin rəhbəri olan Təqsirləndirilən şəxs mobil telefon nömrəsini götürmüşdür. Həmin ərəfədə oğlu Məhərrəmin İstanbul şəhərində yerləşən Ali təhsil müəssisələrindən birində təhsil almasını istəmişlər. Buna görə də 2018-ci ilin iyul ayının ortalarında «xxxx» şirkətinin rəhbəri, əvvəllər tanımadığı Təqsirləndirilən şəxslə əlaqə saxlayıb sonuncuya istəyini bildirmişdir. Təqsirləndirilən şəxs də ünvanına, yəni ofisinə dəvət edib görüşməyi təklif etmişdir. Bundan sonra əri Sahiblə birlikdə Bakı şəhəri Xətai rayonunda metronun «Xətai» stansiyasının yaxınlığında yeləşən «Dəmirçi» Biznes mərkəzində fəaliyyət göstərən «xxxx» şirkətinə getmişlər. Həmin şirkət biznes mərkəzinin 21-ci mərtəbəsində yerləşmişdir. Təqsirləndirilən şəxs qarşılamışdır. Təqsirləndirilən şəxs gəlişinin səbəbini bildirib oğlu Məhərrəmin İstanbul şəhərindəki ali təhsil müəssisələrinin birində təhsil alması arzusunda olduğunu demişlər. Təqsirləndirilən şəxs də İstanbul Universitetlərinə qəbul məsələlərinin xərci çox olduğunu, oğlunu ancaq Türkiyə Respublikasının Karabük Universitetinin əyani şöbəsinə imtahansız tələbə kimi qəbul etdirə biləcəyini, sonradan isə istəyinə uyğun olaraq İstanbul Universitetlərinin birinə köçürülməsi işinə köməklik edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxslə razılaşmışlar. Bir neçə gündən sonra, yəni 25 iyul 2018-ci il tarixdə əri ilə birlikdə yenidən «xxxx» şirkətinin ofisinə getmişlər və ofisdə Təqsirləndirilən şəxslə əri Şahid3 arasında «Türkiyədə Təhsil Proqramı haqqında» müqavilə bağlanılmış və oğlunun Universitetə düzəlməsi üçün tələb edilən 990 manat pulu Təqsirləndirilən şəxs özü vermişdir. Orada söhbət zamanı Ceyhuna oğlu Məhərrəmin artıq 18 yaşı tamam olduğunu, buna görə də hərbi mükəlləfiyyətli şəxs kimi dövlət sərhəddini keçəndə keçişinə icazə verilməyəcəyini, bunu hansı qaydada yoluna qoyacağını soruşanda o, müqavilə bağlanıldığı andan oğlunun sənədlərini Türkiyə Respublikasının Karabük Universitetinə göndəriləcəyini və az müddət ərzində oğlunun Universitetdə təhsil alması barədə arayış əldə edib təqdim edəcəyini bildirmişdir. Aradan təxminən 6 gün keçəndən sonra, yəni 31 iyul 2018-ci il tarixdə Təqsirləndirilən şəxs ərini ofisə dəvət etmiş və əri ofisə gedib Təqsirləndirilən şəxs oğlu X27 Respublikası Karabük Universitetinin İqtisadi və X33 İqtisad Bölümünün 1-ci kursunda təhsil alması barədə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyin nəzdində fəaliyyət göstərən Təhsil Müşavirliyinin adından imzalı və möhürlü türk dilində olan arayışı təqdim etmiş və həmin arayışı tərcümə etdirib notariusda təsdiqləməklə Səfərbərlik və Hərbi xidmətə Çağırış şöbəsinə təqdim edilməsini təklif etmiş, bundan sonra əri həmin arayışı 01.08.2018-ci il tarixdə Bakı şəhərindəki Tərcümə Mərkəzində tərcümə etdirib Bakı şəhəri 1 saylı Notariat Kontorunda təsdiqlədib həmin arayışı Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinə təqdim etmişdir. X46 08 aprel 2017-ci il tarixdən 2018-ci ilin avqust ayınadək Türkiyə Respublikasında oturum izni almadan yaşadığına görə Azərbaycan Respublikasına gələrkən cərimə ödəməli və 3 ay Azərbaycan Respublikasında qalmalı və bu müddət ərzində Türkiyə Respublikasının ərazisinə keçməməli idi. X34 3 aydan tez Türkiyə Respublikasına qayıtması üçün əsaslar göstərilməli idi. Bu barədə Təqsirləndirilən şəxslə əlaqə saxlayanda o, bu məsələni yoluna qoyacağını, əlavə bir arayış veriləcəyini və həmin arayışın Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinə təqdim edilməli olduğunu bildirmişdir. Ceyhunun sözlərinə görə Türkiyə Səfirliyi həmin arayış əsasında oğlu Məhərrəmin Karabük Universitetində oxuyuboxumaması barədə həmin universitetə sorğu göndərəcək, Məhərrəmin həmin universitetdə oxuması təsdiqlənərsə Səfirlik Məhərrəmə ölkədən çıxmaq üçün müvafiq sənəd verəcək. 11.09.2018-ci il tarixdə ofisində Təqsirləndirilən şəxslə görüşmüş və 11.09.2018-ci il tarixli oğlunun Türkiyə Respublikasının Karabük Universitetinin İqtisadi və X35 İqtisad Bölümünün 3-cü kursunda təhsil alması barədə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyin nəzdində fəaliyyət göstərən Təhsil Müşavirliyinin adından imzalı və möhürlü Türk dilində olan arayışı təqdim etmiş və həmin arayışı Türkiyə Səfirliyinə təqdim etməli olduğunu bildirmişdir. Lakin Ceyhun həmin arayışı Səfirliyə təqdim etməzdən əvvəl məhz həmin gün, iş saatının sonunadək Təhsil Müşavirliyinə gedib oğlunun orta təhsil attestatının müşavir tərəfindən təsdiqlənməli olduğunu bildirmiş və oğlunun Türkiyəyə gedəcəyi avtobusun çıxış tarixi, dövlət qeydiyyat nişanı olan kağız parçasını verib Müşavirlikdə soruşulacağı təqdirdə yazılanları təqdim etməyi tapşırmışdır. Bundan sonra elə həmin gün oğlu Məhərrəmlə birlikdə bir təhər özlərini ünvan 8 ünvanda yerləşən Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Təhsil Müşavirliyinə çatdırmış və Təhsil Müşavirinin müavinin qəbulunda olmuşdur. Müşavirin müavini oğlunun attestatının təsdiqlənməsini xahiş etmişdir. Həmin şəxs isə oğlunun Türkiyədə hansı Universitetdə təhsil alması barədə sənəd olmadığı halda attestatı təsdiqləyə bilməyəcəyini, bunun üçün də mütləq surətdə bunu təsdiqləyəcək sənəd təqdim edilməli olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs verdiyi arayışı Müşavirin müavininə təqdim etmişdir. Müavin arayışı nəzərdən keçirəndən sonra arayışın saxta olduğunu və həmin arayışın Təhsil Müşavirliyi tərəfindən verilmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs verdiyi arayışın saxta olduğunu öyrənmişdir. Bunu öyrənəndən sonra Təqsirləndirilən şəxs müraciət etmiş və pulunu geri verməsini tələb etmiş, Təqsirləndirilən şəxs isə öz növbəsində oğlunun Türkiyədə təhsil alacağını öz öhdəsinə götürüb bu işdə heç bir problemin olmayacağını bildirmişdir. 25.09.2018-ci il tarixdə oğlu digər tələbə namizədlərlə birlikdə qrup halında Bakıdan avtobusla Türkiyəyə yollanmışlar. Türkiyə sərhəddinə sərhədçi oğlundan hansı məqsədlə Türkiyəyə keçdiyini soruşanda oğlu Karabük Universitetinin tələbəsi olduğunu bildirəndə sərhədçi həmin qrupdakı digər tələbələrin Kastamonu Universitetində təhsil almağa getdiyini demiş və bundan sonra oğlu Karabük Universitetində deyil, məhz Kastamonu Universitetində təhsil alacağını öyrənmişdir. Bundan sonra Ceyhunla əlaqə saxlayanda sonuncu «nə fərqi var, Karabüklə Kastamonu yaxın yerlərdir və hər iki Universitet eyni statusludur» deyərək bildirmişdir. Əlacsız qalmışlar və həmin ildən etibarən 6 ay müddətində Məhərrəm Kastamonu Universitetində təhsil almışdır. Sonra isə oğlunun təhsilini İstanbul şəhərindəki Universitetlərin birində davam etdirməsini istədikləri üçün Təqsirləndirilən şəxs müraciət etmişlər, sonuncu da bu işdə köməklik edə biləcəyini söz vermişdir. Bundan sonrakı proseslərdə Ceyhun İstanbul şəhərindəki Universitetləri göstərmiş və yekunda oğlunu İstanbul Şehir Universitetinə düzəldəcəyini və həmin universitetin illik ödənişinin 5000 ABŞ dolları olduğunu, lakin illik ödənişini qabaqcadan ödəyəcəkləri təqdirdə illik ödənişin 2500 ABŞ dollar olacağını və xidmət haqqı kimi öncədən ona ödənilmiş 990 manat pulu nəzərə alacağını və ona əlavə xidmət haqqı ödəməyəcəklərini bildirmişdir. Bununla razılaşmışlar və oğlu Məhərrəm 2018-ci ilin dekabr ayında İstanbul şəhərində Ceyhunla görüşüb ilk olaraq sonuncuya 600 ABŞ dolları pul vermiş, qalan 400 ABŞ dolları pulu 2019-cu ilin yanvar ayında Türkiyənin İstanbul şəhərində Ceyhunla görüşüb vermişdir. Həmin ilin fevral ayının əvvəllərində Azərbaycanda Xətai rayonu ərazisində Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaxınlığında Ceyhunun işçisi Turalla görüşüb sonuncuya 900 ABŞ dolları pul vermişdir. Ceyhun əvvəlcədən müqavilə bağlanarkən ödədikləri 990 manat pulu yuvarlaq şəkildə 600 ABŞ dolları kimi qəbul edərək verdikləri 1900 ABŞ dollar pulla kifayətlənmişdir. Lakin sonradan məlum olmuşdur ki, Ceyhun onları aldadaraq X42 Universitetinə deyil, İstanbulun Nişantaşı Universitetinə qəbul etdirərək Məhərrəmin təhsil haqqına görə 1125 ABŞ dolları pul ödəmiş, qalan pulu isə ödəməmişdir. 1125 ABŞ dolları pulu Ceyhun oğlu Məhərrəmə vermiş və təhsil haqqı sonuncunun adından ödənilmişdir. 11.08.2020-ci il tarixdə 1125 ABŞ dollar puldan Təqsirləndirilən şəxs ona 800 ABŞ dollar pul qaytarmışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2018-ci ilin təxminən noyabr ayında qızı Neginin xaricdə təhsil alması ilə bağlı fikrə gəlmişdir. Həmin vaxt internetdə «xxxx» şirkətinin rəsmi səhifəsinə rast gəlmişdir. İnternet səhifəsində göstərilən telefon nömrəsinə zəng etmişdir. Həmin vaxt «xxxx» şirkətinin direktoru Təqsirləndirilən şəxs cavab vermişdir. Ceyhun Türkiyədə olduğunu və işçisi olan Şahid1 nömrəsini verərək sonuncu ilə əlaqə saxlamağı demişdir. Təqsirləndirilən şəxs 13000 ABŞ dolları müqabilində qızını Türkiyə Respublikasında fəaliyyət göstərən dövlət universitetlərinin birinin tibb fakültəsinə ödənişli əsaslarla qəbul etdirə biləcəyini demişdir. Ceyhunun təklifini qəbul etmiş və sonuncuya 13000 ABŞ dolları pulu hissə-hissə verəcəyini demişdir. Ceyhun etiraz etməmişdir. Təxminən 2018-ci ilin noyabr ayının sonunda Şahid1 ilə əlaqə saxlayıb onların ünvan 7 ünvanda yerləşən «Azure» biznes mərkəzinin 12-ci mərtəbəsində yerləşən ofisinə getmişdir. Sonradan məlum olmuşdur ki, həmin ofisdə bir neçə şirkət fəaliyyət göstərmişdir. Ofisdə ilkin ödəniş kimi X23 9350 manat ekvivalentində olan 5500 ABŞ dollar pul vermişdir. Hüseyn pulu götürüb əlaqə saxlayacağını, qızının Bakı şəhərində YÖS imtahanlarına hazırlaşmasını demişdir. Aralarında olan razılaşmaya əsasən qızı YÖS imtahanında yüksək bal toplayıb özü Universitetə qəbul olunacağı təqdirdə «xxxx» şirkəti onlara ödəniləcək puldan bir hissəsini çıxıb böyük hissəsini qaytarmalı olmuşdur. Abituriyentin qəbulu isə Universitet rəhbərliyindən asılı olmuşdur. Pulu Hüseynə verəndən sonra «WhatsApp» mesenceri vasitəsilə Ceyhunun işlətdiyi 070 700 00 70 saylı mobil nömrəyə zəng edib Ceyhuna 5500 ABŞ dollar pulu işçisi Şahid1 verdiyini bildirmişdir. Ceyhun isə qalan 7500 ABŞ dollar pulu fevral ayının sonuna kimi onlara ödəməli olduğunu demişdir. Buna etiraz etməmişdir. 01 mart 2019-cu il tarixdə «xxxx» MMC-nin ünvan 7 ünvanda yerləşən «Azure» biznes mərkəzinin 12-ci mərtəbəsində yerləşən ofisinə gəlib orada X23 7500 ABŞ dolları ekvivalentində olan 12750 manat pul vermişdir. Bir gün öncə isə Təqsirləndirilən şəxslə əlaqə saxlayıb pulu Hüseynə gətirib verəcəyini demişdir. Hüseynə pulu verəndən sonra Hüseyn qızının xaricdə təhsil alması ilə bağlı müqavilə bağlamışdır. Müqavilədə «xxxx» MMC-yə ödədiyi məbləğ 22100 manat kimi qeyd edilmişdir. Həmin məbləğ məzənnəyə uyğun olaraq 13000 ABŞ dollar pul edir. Qızı Türkiyənin 6 şəhərində olan universitetlərinə YÖS imtahanı vermişdir. Hər dəfə də qızının topladığı balı Ceyhuna göndərmişdir. Ceyhun narahat olmamağı, qızının işi ilə bağlı müəyyən görüşlər keçirdiyini bildirmişdir. 2019-cu ilin avuqst-sentyabr aylarında Ceyhun və Hüseynlə mütəmadi olaraq əlaqə saxlamağa başlamış, üç-dörd dəfə onların ofisində olmuş, lakin həmin şəxslər hər dəfə narahat olmamağını və qızının işinin tez bir zamanda düzələcəyini demişlər. 2019-cu ilin oktyabr ayında Ceyhun zəng edərək qızı Negini İstanbul şəhərində yerləşən özəl universitet hesab edilən «Aydın» universitetinə qəbul etdirdiyini, həmin universitetdə illik təhsil haqqının 17500 ABŞ dollar olduğunu, lakin universitet rəhbərliyi ilə danışıqlar aparandan sonra qızının təhsil müddəti ərzində universitetə hər il 3500 ABŞ dollar ödəyəcəyini və əlavə 4000 ABŞ dollar pulu xidmət haqqı kimi verməli olduğunu demişdir. Ceyhuna buna imkanının çatmayacağını bildirmiş və pulunu geri qaytarmağı xahiş etmişdir. Ceyhun pulu tez bir zamanda qaytaracağını demişdir. Təxminən iki-üç gün sonra Ceyhun ona Türkiyədən zəng edərək qızının İstanbul şəhərində yerləşən özəl universitet hesab edilən «Sağlıq bilimləri» universitetinə də qəbul olunduğunu demişdir. Həmin universitetdə də illik təhsil haqqı yüksək olmuşdur. Ceyhunun bu təklifindən də imtina edib qızının Bakı şəhərində oxuyacağını bildirmiş və pulu qaytarmağı xahiş etmişdir. Ceyhun bu dəfə də pulu tez bir zamanda qaytaracağını demişdir. Türkiyənin əksər özəl universitetlərinə qəbul olunmaq üçün YÖS imtahanlarını vermək lazım olmamış, sadəcə gedib həmin universitetə ərizə ilə müraciət edib sənədlərini verməklə təhsil haqqını ödəyib oxumağa başlamaq mümkün olmuşdur. Özü də Türkiyəyə gedib bu məsələni həll edə bilərdi və bunun üçün hər hansı bir şirkətə müraciət etməzdi. Lakin Ceyhun qızının iki özəl universitetə qəbul olunduğunu deyəndə artıq başa düşmüşdür ki, Ceyhun onu aldadır. 22.10.2019-cu il tarixdə Bakıda fəaliyyət göstərən «Metropol» YÖS kurslarından zəng edərək qızının topladığı balla Ərzurum şəhərində yerləşən dövlət universiteti hesab edilən «Atatürk» universitetinin Tibb fakültəsinə qəbul olunduğunu bildirmişlər. Buna çox sevinmişlər, belə ki, qızı özü Bakıda imtahan verərək buna nail olmuşdur. Təqsirləndirilən şəxs isə bu məsələyə heç bir aidiyyəti olmamışdır. Qızı hazırda həmin universitetin birinci kursunda oxuyur. 2020-ci ilin yanvar ayında Ceyhunun və Hüseynin pulu qaytarmaq fikirlərinin olmadığını görüb onlardan 37-ci PŞ-nə şikayət etmişdir. Şikayət edəndən sonra Ceyhun zəng edərək Bakı şəhərində olduğunu və görüşmək istədiyini demişdir. Ceyhunla «Azure» biznes mərkəzindəki yerləşən yeni ofisində görüşmüşdür. Ceyhuna qızının «Atatürk» universitetinə qəbul olunduğunu bir daha bildirib 22100 manat pulunu geri tələb etmişdir. Ceyhun narahat olmamağını, pulunu guya qızının təhsili ilə bağlı Türkiyədə yerləşən hansısa şirkətə köçürdüyünü və pulunu həmin şirkətdən geri alıb verəcəyini demişdir. İkiüç gündən sonra Ceyhuna və Hüseynə zəng edib mesaj yazsa da, onlar cavab verməmişlər. Təxminən bir həftə sonra isə Hüseyn zəng edərək qızının «Atatürk» universitetinə qəbulu ilə bağlı sənədlərin fotoşəkillərini göndərməyi xahiş etmiş, lakin bundan imtina etmiş, belə ki, «Metropol» kursunun saytında qızı Neginin «Atatürk» universitetinə qəbul olunması ilə bağlı məlumat yerləşdirilmiş və istənilən şəxs sayta daxil olub maraqlana bilərdi. Hətta sonradan Şahid1 «Metropol» kursunun «instagram» sosial şəbəkəsində olan səhifəsinə daxil olub qızının universitetə qəbul olunması ilə bağlı məlumatı oxuduğunu demişdir. Bir müdət sonra Hüseyn zəng edərək qızının işi ilə bağlı Türkiyəyə gedəcəyini və bu haqda xəbər verəcəyini demişdir. Ərizəsi əsasında 37-ci PŞdə toplanmış material istintaqa veriləndən sonra Hüseyn zəng edərək şikayət ərizəsini geri götürməyi xahiş etmişdir. Lakin bundan imtina edərək 22100 manat pulu tələb etmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2016-ci ilin yayında oğlu Elvin Bakı şəhərində 251 nömrəli orta məktəbi bitirib ali təhsil müəssisəsinə qəbul olunmaq üçün imtahan vermiş, lakin ali məktəbə qəbul olunmaq üçün Elvin kifayət qədər bal toplaya bilməmişdir. Həmin vaxt Elvini ali təhsil almaq üçün Türkiyə Respublikasının Malatya şəhərində yerləşən «İnönü» universitetinin iqtisadiyyat fakültəsinə qəbul etdirmək istəmiş, belə ki, bir tanışı da həmin universitetdə dərs demişdir. Bu məqsədlə internetdə xaricdə təhsil almaq istəyən abituriyentlərə xidmət göstərən şirkətlərlə maraqlanmağa başlanmış və «xxxx» şirkətinin rəsmi səhifəsinə rast gəlmişdir. İnternet səhifəsində göstərilən telefon nömrəsinə zəng etmişdir. Həmin vaxt «xxxx» şirkətinin bir xanım əməkdaşı cavab vermiş və maraqlandıran suallara cavab almaq üçün «xxxx» şirkətinin Bakı şəhəri Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən ofisinə dəvət etmişdir. 2016-cı ilin avqust ayının əvvəlində «xxxx» şirkətinin ofisinə gəlmişdir. Orada həmin şirkətin direktoru Təqsirləndirilən şəxslə görüşmüşdür. Təqsirləndirilən şəxs şirkət haqda məlumat verəndən sonra sonuncuya oğlu Elvini Türkiyə Respublikasının Malatya şəhərində yerləşən «İnönü» universitetinin iqtisadiyyat fakültəsinə qəbul etdirmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs oğlunun bir il türk dili üzrə hazırlıq kurslarına getməli olduğunu və orada üç sertifikatı alandan sonra oğlunu istədiyi universitetə qəbul etdirə biləcəyini və göstərdiyi xidmət müqabilində şirkətə 1500 manat pul ödəməli olduğunu bildirmişdir. Bu məbləğə oğlunun hazırlıq kurslarına qəbul olunması, sonradan isə «İnönü» universtitetinə qəbul olunması daxil olmuşdur. Təqsirləndirilən şəxs təklifini qəbul etmiş və 06.08.2016-cı il tarixdə sonuncunun ofisinə gələrək 1500 manat pulu Təqsirləndirilən şəxs ödəmişdir. Ceyhunla müvafiq müqavilə bağlamışlar. 2016-cı ilin okytabr ayında oğlu ilə Türkiyənin Malatya şəhərinə getmişdir. Orada «İnönü» universitetinin nəzdində təşkil edilmiş hazırlıq kurslarına görə təxminən 1000 Türk lirası məbləğində ödəniş etmişdir. Elvin bir ilə həmin kursları müvəffəqiyyətlə bitirib üç sertifikat almışdır. Kursları bitirəndən sonra isə Elvin avtomatik olaraq 2017-ci ilin sentyabr ayında «İnönü» universitetinin «İdarəetmə və iqtisadiyyat fakültəsi»nə qəbul olunmuşdur. İllik təhsil haqqını da ödəmişdir. Elvin birinci semestri bitirib bir neçə imtahanı verəndən sonra Elvini rektorluğa dəvət edib saxta yolla universitetə qəbul olunduğu üçün universitetdən xaric edildiyini bildirmişlər. Bu 2018-ci ilin yanvar ayına təsadüf etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs zəng edib bu haqda məulmat vermiş, Ceyhun isə oğlunun xaric olma səbəbini izah etməyərək məsələni həll edəcəyini və oğlunun orada qalıb gözləməyini demişdir. Lakin bir neçə gün keçsə də, Ceyhundan konkret bir cavab gəlməmişdir. Universitet rəhbərliyi isə oğlundan Universiteti tərk etməyi tələb etmişdir. Növbəti də Ceyhunla əlaqə saxlayıb oğlunun Universitetə buraxılmadığını demiş, Ceyhun isə narahat olmamağı, oğlunun Bakıya qayıtmasını və buradan məsələni yoluna qoyacağını demişdir. 2018-ci ilin mart ayında oğlu Elvin Bakıya qayıtmışdır. Elvin Bakıya qayıdandan sonra Ceyhuna bir neçə dəfə zəng etmiş, lakin Ceyhun cavab verməmişdir. X57 Rəcəbli küçəsində yerləşən ofisinə getmiş, lakin onların oradan köçdüyünü görmüşdür. Sonra öyrənmişdir ki, «xxxx» şirkəti «Dəmirçi plaza»ya köçmüşdür. Bundan sonra həmin plazaya getmiş və orada Təqsirləndirilən şəxslə görüşüb nə üçün zənglərinə cavab vermədiyini soruşmuş, Təqsirləndirilən şəxs isə oğlunun işini həll edə bilmədiyi üçün zənglərinə cavab vermədiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs 2018-ci ilin sentyabr ayında oğlunu Türkiyənin Kastamon şəhərində yerləşən dövlət universitetinin iqtisadiyyat fakültəsinə qəbul etdirəcəyini, oğlunun birinci kursdan təhsilə başlayacağını və birinci semestrin ödənişini öz hasabına universitetə ödəyəcəyini demişdir. Ceyhunun bu təklifi ilə razılaşmış və sonuncudan oğlunu universitetə qəbul etdirməyəcəyi təqdirdə oğlunun Malatya şəhərində təhsil alması və orada yaşaması ilə bağlı xərclədiyi 11000 manat pulu ödəyəcəyi ilə bağlı yazılı öhdəlik verməyi tələb etmişdir. 12.03.2018-ci il tarixdə Təqsirləndirilən şəxs bu öhdəliyi üzərinə götürərək imzalı və möhürlü bir sənəd vermişdir. 2018-ci ilin sentyabr ayında Ceyhun Türkiyədən oğlunun Kastamon şəhərində yerləşən universitetə qəbul olunması ilə bağlı bir sənəd göndərmiş və telefon əlaqəsi saxlayaraq Elvini İstanbula göndərməyi demişdir. Belə ki, Ceyhunun sözlərinə görə o, başqa abituriyentlərlə birlikdə avtobusla İstanbuldan Kastamon şəhərinə getməli olmuşdur. Ceyhunun dediyi kimi edib oğlu Elvini 2018-ci ilin sentyabr ayında İstanbul şəhərinə yola salmışdır. Lakin oğlunu İstanbul şəhərinin hava limanında saxlayıb «İnönü» universitetinə saxta sənədlər təqdim etdiyi üçün barəsində cinayət işinin başlanıldığını bildirmişlər və oğlunu müvəqqəti saxlama yerinə yerləşdirmişlər. Bu haqda xəbər alandan sonra dərhal Ceyhunla əlaqə saxlamış və sonuncudan bu məsələni yoluna qoymağı tələb etmiş, belə ki, məhz Ceyhun bütün bu məsələdə təqsirkar olmuş, lakin Ceyhun bu məsələni həll edəcəyinə dair söz versə də, heç nə etməmiş, əksinə oğlu ilə görüşərək araşdırma zamanı onun şirkətinin adını hallandırmamağı xahiş etmişdir. Məhkəmənin qərarı ilə oğlu Azərbaycana deportasiya olunmuş və iki il müddətinə Türkiyəyə gəlmək qadağan edilmişdir. Oğlu Bakıya gələndən sonra pulunu tələb etmək üçün Ceyhunla bir neçə dəfə əlaqə saxlamağa çalışmış, lakin Ceyhun zənglərinə cavab verməmiş, artıq başa düşmüşdür ki, Ceyhun aldadaraq pulunu ələ keçirmişdir. Ona görə də Təqsirləndirilən şəxs polisə şikayət etmək qərarına gəlmişdir. Həmçinin, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs yanında işləmiş Tural və Hüseyn adlı şəxslərə pul vermədiyini göstərmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 5000 (beş min) manatı ödənilmiş, 4000 (dörd min) manatı qalmışdır. Ziyanın tam ödənilməsini tələb edir. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Zərərçəkmiş şəxs5 ifadəsinə oxşar ifadə vermişdir. Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatladırılmasına baxmayaraq, o, məhkəmənin baxış iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbi barədə əvvəlcədən məhkəməyə məlumat verməmişdir. Məhkəmə şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, Təqsirləndirilən şəxs 2014-cü ildən tanıyır. Ceyhun Türkiyə Respublikasında fəaliyyət göstərən Sakariya Universitetinə qəbul olunmasında köməklik göstərmişdir. Həmin vaxtdan aralarında dostluq münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs «xxxx» şirkətinin təsisçisi və direktorudur. «xxxx» şirkəti xaricdə təhsil almaq istəyən tələbələrə xidmət haqqı müqabilində xidmətlər göstərir. Türkiyədə təhsil aldığı müddətdə Ceyhun abituriyentlərin Türkiyə Universitetlərinə qəbulu ilə bağlı tapşırıqlar vermişdir. Ceyhuna bu işdə köməklik göstərmişdir. Türkiyədə ali məktəbi bitirəndən sonra Bakıya qayıtmışdır. Bakıya qayıdandan sonra təhsil işini öyrənmək üçün Təqsirləndirilən şəxs yanına tez-tez gedib-gəlmişdir. Təqsirləndirilən şəxs rəsmi olaraq işçisi olmamış, sadəcə ictimai əsaslarla köməklik göstərmişdir. «xxxx» şirkətinə müraciət etmiş bir çox tələbəni Ceyhunun xahişi ilə aparıb Türkiyədə universitet yataqxanalarına yerləşdirmiş və sair işlər görmüşdür. Ceyhun Türkiyədə olanda sonuncunun göstərişi ilə «xxxx» şirkətinə müraciət etmiş bir neçə şəxsdən ödənişlər qəbul edib onları Təqsirləndirilən şəxs tələbələr vasitəsilə göndərmişdir. Həmin ödənişlərdən Ceyhun pul verməmişdir. Əsas məqsədi Ceyhunun yanında qalıb işi öyrənmək olmuş, belə ki, gələcəkdə xaricdə təhsil xidmətləri göstərən şirkət yaratmaq istəmişdir. Ceyhun arabir cib xərcliyi kimi 50-100 manat pul vermiş, Türkiyəyə gedəndə isə yol və orada qalmaq xərclərini ödəmişdir. Təqsirləndirilən şəxs Türkiyədə olduğu müddətdə sonuncunun göstərişi ilə 2018-ci ilin noyabr ayında Lotfipur X1 qızı X4 Türkiyə Respublikasında fəaliyyət göstərən hər hansı bir universitetə qəbul olunmasından ötrü Bakı şəhəri Xətai rayonu Nobel prospekti 15 ünvanda yerləşən “Azure” biznes mərkəzindəki ofisdə ilkin olaraq “xxxx” şirkətinə ödədiyi 5500 ABŞ dollar pulu və 2019-cu ilin mart ayında ödədiyi 7500 ABŞ dollar pulu alıb həmin pulları tələbələr vasitəsilə Türkiyəyə Ceyhuna göndərmişdir. Təqsirləndirilən şəxs Türkiyəyə gedəndə “xxxx” şirkəti adından müqavilə imzalamaq səlahiyyəti vermişdir. Həmin etibarnamə əsasında Arzu xanımla müvafiq müqavilə bağlamışdır. Arzu xanımdan aldığı pullardan Ceyhun heç nə verməmişdir. Təqsirləndirilən şəxs əldə etdiyi pulları hara xərcləməsini və ya kimə verməsini bilmir. Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatladırılmasına baxmayaraq, o, məhkəmənin baxış iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbi barədə əvvəlcədən məhkəməyə məlumat verməmişdir. Məhkəmə şahidin məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, Zərərçəkmiş şəxs5 900 ABŞ dollar pulu ona vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs zəng edərək Zülfiyyə adlı bir qadının zəng edəcəyini və 900 ABŞ dollar pul verəcəyini bildirmişdir. Həmin pulu götürüb Ceyhuna Türkiyəyə göndərməliydi. Zərərçəkmiş şəxs5 ilə Hərbi Liseyin yaxınlığında görüşüb 900 ABŞ dollar pulu sonuncudan götürmüş və bir neçə gündən sonra Türkiyəyə gedən bir tələbənin vasitəsilə həmin pulu tam şəkildə Təqsirləndirilən şəxs göndərmişdir. Ceyhun aldığı pullardan heç nə verməmişdir. Ceyhun yemək pulu və yol pulu kimi arabir 50-100 manat pul vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 01 may 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən vətəndaşlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq pullarının ələ keçirilməsinə dair müraciətləri əsasında toplanmış materiallar əsasında fakta görə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət işi ayrılmış və icraata qəbul edilmişdir (İ cild, i.v. 1-2); 09 avqust 2016-cı il tarixli müqavilədən görünür ki, “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış müqavilə ilə “xxxx” MMC tələbəni Türkiyə Respublikasında ali təhsil müəssisəsinə bakalavr (əyani) pilləsinə qəbul prosesini təşil etməsi ilə bağlı münasibətləri təşkil etməli, öhdəliyi 01 ay müddətinə icra etməlidir, təmin edilmiş öhdəliyin ölçüsü 2000 manatdır, ödənilən məbləğ 1000 manatdır ( İ cild, i.v. 26-30); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 29.02.2020-ci il tarixli tələbnamədən görünür ki, Hacıyev X20 Rayon Məhkəməsinin 14.06.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 69.4-cü maddələri ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, 01.12.2017-ci il tarixdə cərimə məbləği tam şəkildə ödənildiyindən şöbənin qeydiyyatından çıxarılmışdır ( İ cild, i.v. 47-48); 01 mart 2019-cu il tarixli müqavilədən görünür ki, “xxxx” MMC-nin nümayəndəsi Şahid1 ilə X3 arasında bağlanmış müqavilə ilə “xxxx” MMC tələbəni Türkiyə Respublikasında ali təhsil müəssisəsinə bakalavr (əyani) pilləsinə tibbi təhsilə qəbul prosesini təşil etməsi ilə bağlı münasibətləri təşkil etməli, öhdəliyi 07 ay müddətinə icra etməlidir, təmin edilmiş öhdəliyin ölçüsü 22100 manatdır, ödənilən məbləğ 22100 manatdır ( İ cild, i.v. 61-64); zərərçəkmiş şəxs qismində tanınma haqqında 06 mart 2020-ci il tarixli qərardan görünür ki, X3 zərərçəkmiş şəxs qismində tanınmışdır ( İ cild, i.v. 54); zərərçəkmiş şəxs qismində tanınma haqqında 12 mart 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır ( İ cild, i.v. 71); axtarışda olan şəxsin yaxalanması haqqında 13.05.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13.05.2020-ci il tarixdə, saat 16:10 radələrində keçirilən əməliyyat axtarış tədbirləri zamanı Yasamal rayonu İnşaatçılar prospekti 5 ünvanı yaxınlığında saxlanılmışdır (İ cild, i.v. 92); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 15 may 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham elan olunmuşdur ( İ cild, i.v. 120); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.05.2020-ci il tarixli, 4(011)-326/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i.v. 137-140); 20.05.2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qardaşı X43 2500 manat pulu Zərərçəkmiş şəxs1 ödəmişdir ( İ cild, i.v. 141); 20.05.2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qardaşı X43 2500 manat pulu Zərərçəkmiş şəxs2li oğluna ödəmişdir ( İ cild, i.v. 142); Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-114/2017 saylı, 14 iyun 2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 4000 (dörd min) manat məbləğində cərimə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs 12 iyun 2017-ci il tarixdən 14 iyun 2017-ci il tarixədək həbsdə saxlanılması nəzərə alınaraq təyin edilmiş cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən yüngülləşdirilmiş və üzərində qəti olaraq 3500 (üç min beş yüz) manat cərimə cəzası saxlanılmışdır (İ cild, i.v. 149-162); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-381/2020 saylı, 11.06.2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-326/2020 saylı, 15 may 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş 3 (üç) ay həddində “həbs” qətimkan tədbiri həmin müddətə “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir (İ cild, i.v. 173-176); 25 iyul 2018-ci il tarixli müqavilədən görünür ki, “xxxx” MMC-nin nümayəndəsi Təqsirləndirilən şəxs ilə Şahid3 Abasəli oğlu arasında bağlanmış müqavilə ilə “xxxx” MMC tələbəni Türkiyə Respublikasında ali təhsil müəssisəsinə bakalavr (əyani) pilləsinə qəbul prosesini təşil etməsi ilə bağlı münasibətləri təşkil etməli, öhdəliyi 02 ay müddətinə icra etməlidir, təmin edilmiş öhdəliyin ölçüsü 990 manatdır, ödənilən məbləğ 990 manatdır ( İİ cild, i.v. 101-104); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2018-ci il tarixli, 26323 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Şöbəsinin Sənan Rəcəblinin adına 13.08.2018-ci il tarixli 19095349-996 saylı və Məhərrəm Nəbiyevin adına 11.09.2018-ci il tarixli 19094349-996 saylı arayışlarda olan möhür əksləri sənəd üzərinə birbaşa vurlmuşdur. Tədqiqata təqdim edilmiş Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Şöbəsinin Sənan Rəcəblinin adına 13.08.2018-ci il tarixli 19095349-996 saylı və Məhərrəm Nəbiyevin adına 11.09.2018-ci il tarixli 19094349-996 saylı arayışlarda olan möhür əksləri ekspertizaya təqdim edilmiş eyni məzmunlu möhürün eksperimental əks nümunəsi ilə eynilik təşkil etmir. Tədqiqata təqdim edilmiş Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Şöbəsinin Sənan Rəcəblinin adına 13.08.2018-ci il tarixli 19095349-996 saylı və Məhərrəm Nəbiyevin adına 11.09.2018-ci il tarixli 19094349- 996 saylı arayışlarda olan “X54 Müşaviri” yazıların altındakı imza hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa icra edilmişdir. Tədqiqata təqdim edilmiş Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Şöbəsinin Sənan Rəcəblinin adına 13.08.2018-ci il tarixli 19095349-996 saylı və Məhərrəm Nəbiyevin adına 11.09.2018-ci il tarixli 19094349- 996 saylı araşdırmalarda əvvəlcə imza icra edilmişdir, sonra möhür əksi vurulmuşdur (İİ cild, i.v. 31-34); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2018-ci il tarixli, 26324 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 11.09.2018-ci il tarixli 19094349-996/ saylı və 13 avqust 2018-ci il tarixli 19095349-996/ saylı sənədlərdə “Eğitim Müşaviri” qrafalarındakı imzalar Mahmut Ağırman tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur (İİ cild, i.v. 35-37); Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməinin Bakı şəhəri Xətai Rayon İdarəsinin 31.10.2018-ci il tarixli, 2015 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsinin rəisi polis polkovniki İsmayıl Əliyevə ünvanlanan məktubundan görünür ki, 1999-cu il təvəllüdlü çağırışçı X24 28.08.2018-ci il tarixdə Suraxanı rayonu Əmircan qəsəbəsi Baladin 42 ünvanına qeydiyyata düşdüyü üçün şəxsi işi qeydiyyatdan çıxarılaraq 29.08.2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon idarəsinə göndərilmişdir (İİ cild, i.v. 52); Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməinin Bakı şəhəri Suraxanı Rayon İdarəsinin 13.11.2018-ci il tarixli, 1533 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsinin rəisi polis polkovniki İsmayıl Əliyevə ünvanlanan məktubundan görünür ki, 03.08.1999-cu il təvəllüdlü X13 təhsil aldığı üçün 21.1.5 maddəsinə əsasən 30.06.2023-cü il tarixədək çağırışdan möhlət verilmişdir (İİ cild, i.v. 58); Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməinin Bakı şəhəri Suraxanı Rayon İdarəsinin 22.11.2019-cu il tarixli, 86 nömrəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsinin rəisi polis polkovniki İsmayıl Əliyevə ünvanlanan məktubundan görünür ki, 03.08.1999-cu il təvəllüdlü X13 təhsil aldığı üçün 21.1.5 maddəsinə əsasən 30.06.2023-cü il tarixədək çağırışdan möhlət verilmişdir (İİ cild, i.v. 98); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 fevral 2019-cu il tarixli, 3602 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, Maharram Nabiyevin adına olan 19094349-996 nömrəli 11 sentyabr 2018-ci il tarixli və 19095349-987 nömrəli 31 iyul 2018-ci il tarixli, Senan Racablinin adına olan 19095349-996 nömrəli 13 avqust 2018-ci il tarixli, Senan Racabovun adına olan 19095349-996 nömrəli 13 avqust 2018-ci il tarixli TC X36 Müşavirliyi İlgili Makama adlı sənədlərdə “X54 Müşaviri” yazılarından aşağıda yerləşən imzalar-Mahmut Ağırman tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, Maharram Nabiyevin adına olan 19094349-996 nömrəli 11 sentyabr 2018-ci il tarixli və 19095349-987 nömrəli 31 iyul 2018-ci il tarixli, Senan Racablinin adına olan 19095349-996 nömrəli 13 avqust 2018-ci il tarixli, Senan Racabovun adına olan 19095349-996 nömrəli 13 avqust 2018-ci il tarixli TC X36 X38 adlı sənədlərdə X54 Müşaviri” yazılarından aşağıda yerləşən imzaların-Təqsirləndirilən şəxs tərəfindən, Şahid2 tərəfindən, X48 tərəfindən, X40 tərəfindən, X24 tərəfindən, Şahid3 tərəfindən, Zərərçəkmiş şəxs5 tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı (İİ cild, i.v. 140-142); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6 mart 2019-cu il tarixli, 3601 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin Sənan Rəcəblinin adına 13.08.2018-ci il tarixli 19095349-996/ saylı arayışlarının və Məhərrəm Nəbiyevin adına 11.09.2018-ci il tarixli 19094349-996/ saylı və 31.07.2018-ci il tarixli 19095349-987/ saylı arayışlarının mətnləri elektrofotoqrafik çap qurğuda (lazer printer, surətçıxaran və s.) çap edilmişdir. Tədqiqata təqdim edilmiş Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin Sənan Rəcəblinin adına 13.08.2018-ci il tarixli 19095349-996/ saylı arayışlarında və Məhərrəm Nəbiyevin adına 11.09.2018-ci il tarixli 19094349-996/ saylı və 31.07.2018-ci il tarixli 19095349-987/ saylı arayışlarında olan möhür əksləri relyef klişeden sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin Sənan Rəcəblinin adına 13.08.2018-ci il tarixli 19095349-996/ saylı arayışlarında və Məhərrəm Nəbiyevin adına 11.09.2018-ci il tarixli 19094349-996/ saylı və 31.07.2018-ci il tarixli 19095349-987/ saylı arayışlarında olan möhür əksləri ekspertizaya təqdim edilmiş möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. Tədqiqata təqdim edilmiş Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin Sənan Rəcəblinin adına 13.08.2018-ci il tarixli 19095349-996/ saylı arayışlarında və Məhərrəm Nəbiyevin adına 11.09.2018-ci il tarixli 19094349-996/ saylı və 31.07.2018-ci il tarixli 19095349-987/ saylı arayışlarında olan hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa icra edilmişdir. Tədqiqata təqdim edilmiş Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Təhsil Müşavirliyinin Sənan Rəcəblinin adına 13.08.2018-ci il tarixli 19095349- 996/ saylı arayışlarında və Məhərrəm Nəbiyevin adına 11.09.2018-ci il tarixli 19094349- 996/ saylı və 31.07.2018-ci il tarixli 19095349-987/ saylı arayışlarında əvvəl imza icra edilmişdir, sonra möhür əksi vurulmuşdur (İİ cild, i.v. 143-147); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir ( İİ cild, i.v. 188-189); axtarışda olan şəxsin yalanması haqqında 30.11.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 17:05 radələrində Bakı şəhəri Xəzər rayonunda yerləşən Heydər Əliyev adına X39 yaxalanaraq Nəsimi RPİ-nin 21-ci PB-nə gətirilmişdir (İİ cild, i.v. 204); təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 02 dekabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v. 223-224); Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X55 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1369 nömrəli, 21.02.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən, o şəhərin N.Tusi küçəsi ev 2 ünvanında qeydiyyatdadır və yaşayır ( İİ cild, i.v. 251); Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X55 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 072 nömrəli, 21.02.2020-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 X55 Ərazi Dairəsi üzrə Nümayəndəliyinə yazılı və ya şifahi heç bir şikayət daxil olmamışdır ( İİ cild, i.v. 253); cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında 11 iyun 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəi cinayət işi üzrə icraat Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi il olan ********* nömrəli cinayət işi üzrə icraatla birləşdirilmiş və cinayət işi üzrə istintaq ********* nömrə altında davam etdirilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cm-in 178.2.2, 178.2.3 və 178.2.4cü maddələrindən CM-in 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələrinə tövsif edilmişdir (İİİ cild, i.v. 3-4); 28 mart 2018-ci il tarixli müqavilədən görünür ki, “xxxx” MMC-nin nümayəndəsi Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında bağlanmış müqavilə ilə “xxxx” MMC tələbəni Türkiyə Respublikasında ali təhsil müəssisəsinə bakalavr (əyani) pilləsinə qəbul prosesini təşil etməsi ilə bağlı münasibətləri təşkil etməli, öhdəliyi 07 ay müddətinə icra etməlidir, təmin edilmiş öhdəliyin ölçüsü 990 manatdır, ödənilən məbləğ 990 manatdır ( İİİ cild, i.v. 36-37); 28 mart 2018-ci il tarixli müqavilədən görünür ki, “xxxx” MMC-nin nümayəndəsi Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında bağlanmış müqavilə ilə “xxxx” MMC tələbəni Türkiyə Respublikasında ali təhsil müəssisəsinə bakalavr (əyani) pilləsinə qəbul prosesini təşil etməsi ilə bağlı münasibətləri təşkil etməli, öhdəliyi 07 ay müddətinə icra etməlidir, təmin edilmiş öhdəliyin ölçüsü 990 manatdır, ödənilən məbləğ 990 manatdır ( İİİ cild, i.v. 34-35); polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 14 avqust 2020ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir ( İİİ cild, i.v. 80-81); zərərçəkmiş şəxs qismində tanınma haqqında 25 avqust 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır ( İİİ cild, i.v. 101); 06 avqust 2016-cı il tarixli müqavilədən görünür ki, “xxxx” MMC-nin nümayəndəsi Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs4 arasında bağlanmış müqavilə ilə “xxxx” MMC tələbəni Türkiyə Respublikasında ali təhsil müəssisəsinə bakalavr (əyani) pilləsinə qəbul prosesini təşil etməsi ilə bağlı münasibətləri təşkil etməli, öhdəliyi 01 ay müddətinə icra etməlidir, təmin edilmiş öhdəliyin ölçüsü 1500 manatdır, ödənilən məbləğ 1500 manatdır ( İİİ cild, i.v. 108-110); zərərçəkmiş şəxs qismində tanınma haqqında 01 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır ( İİİ cild, i.v. 113); zərərçəkmiş şəxs qismində tanınma haqqında 11 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır ( İİİ cild, i.v. 125); sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında 21 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 320.1-ci maddələrindən CM-nin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələrinə tövsif edilmiş və Təqsirləndirilən şəxs yenidən təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona yeni məzmunda ittiham elan edilmiş, Təqsirləndirilən şəxs barəsində 14.08.2020-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2li oğlu, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, şahidlər X48, Şahid3, Şahid2 və Şahid1 ifadələri, üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10.10.2018-ci il tarixli 26323 nömrəli rəyi, 11.10.2018-ci il tarixli 26324 nömrəli rəyi, 18.02.2019-cu il tarixli 3602 nömrəli rəyi, 06.03.2019-cu il tarixli 3601 nömrəli rəyi və Təqsirləndirilən şəxs əməllərinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmiş, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün Təqsirləndirilən şəxs oğunun barəsində Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilmiş, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün X31 barəsində Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət təqibinin başlanması rədd edilmiş, X19 Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmədiyi üçün bu xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilməli, Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmədiyi üçün bu xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Şahid3 Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmədiyi üçün bu xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, X10 Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmədiyi üçün bu xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Şahid1 əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmədiyi üçün bu xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Şahid2 Azərbaycan Respublikası CM-nin 178.2.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmədiyi üçün bu xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işinin materiallarında Zərərçəkmiş şəxs2 soyadı səhvən “Rüstəmov” kimi yazıldığından “Rüstəmov” sözü “Rustamov” kimi oxunması qərara alınmışdır (İİİ cild, i.v. 148-171); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 22 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur ( İİİ cild, i.v. 172-173); Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanlanan ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənilib, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 12.11.2020-ci il tarixli məhkəməyə ünvanlanan ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zoyan tam olaraq ödənilmişdir. Buna görə də, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 16.02.2021-ci il tarixli məhkəməyə ünvanlanan ərizəsindən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfinsən ona vurulmuş maddi ziyan tam həcmdə ödənilmişdir. Buna görə də, ondan heç bir şikayət və tələbi yoxdur. zərərçəkmiş şəxs X2 27.05.2021-ci il tarixli məhkəməyə ünvanlanan ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışıb, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 01.06.2021-ci il tarixli məhkəməyə ünvanlanan ərizəsindən görünür ki, hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 5000 (beş min) manatı ödənilmiş, 4000 (dörd min) manatı qalmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, təkrar, öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Həmin qərarın 27-ci bəndinə əsasən mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Məhkəmə nəzərə alır ki, zərərçəkmiş şəxslərlə təqsirləndirilən şəxs arasında müvafiq müqavilələr olsa belə, təqsirləndirilən şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olması iş materialları ilə təsdiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), zərərçəkmiş şəxslərlə (Zərərçəkmiş şəxs4 başqa) barışıq əldə etməsini ( 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini müsbət, əvvəllər məhkum edilməsini onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs əvvəllər də dələduzluq cinayət əməlini törətməyə görə məhkum edilmiş, yenidən eyni məzmunlu cinayət əməlini törətmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, təqsirləndirilən şəxsin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edir, təqsirləndirilən şəxsə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğu nəzərə alınmaqla və Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək ona əlavə cəza təyin edilməklə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət nəzərə alaraq, təyin edilmiş cəza yüngülləşdirilməli (CM 69.4), barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət, yerli özünüidarə orqanlarında və hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6000 (altı min) manat məbləğində cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 noyabr 2019-cu il tarixdən 02 dekabr 2019-cu il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün, 13 may 2020-ci il tarixdən 11 iyun 2020-ci il tarixədək həbsdə və 11 iyun 2020-ci il tarixdən 13 avqust 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 03 (üç) ay, ümumilikdə 03 (üç) ay 02 (iki) gün müddət nəzərə alınaraq təyin edilmiş 6000 (altı min) manat məbləğində cərimə cəzası yüngülləşdirilsin və qəti olaraq üzərində 01 (bir) il müddətinə dövlət, yerli özünüidarə orqanlarında və hüquqi şəxslərdə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4000 (dörd min) manat məbləğində cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 285,04 (iki yüz səksən beş, sıfır dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar