Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-39/2023 26.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cü ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)- 39/2022 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək qəti olaraq 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədilə 05 avqust 2022-ci il n tarixdə saat 14:30 dəqiqədə Zərərçəkmiş şəxs icarədarı olduğu ünvan 2 ünvanda yerləşən dəmirçi sexinin açıq olan qapısından içəri daxil olub sexin giriş hissəsində masanın üzərinə qoyduğu sonuncuya məxsus üzərində 10 manat dəyərində ***-***-**-** saylı nömrə olan bir ədəd 2.990 manat dəyərində "İphone" markalı, "13 Pro Max" modelli telefon aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3.000 (üç min) manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş hüquqi şəxsin ifadəsi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər dəfələrlə Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş və sonuncu dəfə 07 yanvar 2022-ci il tarixdə Xətai rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasını 16 saylı cəzaçəkmə müəssisəsində çəkmiş və 25 iyul 2022-ci il tarixdə azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra isə heç bir yerdə işləməmişdir. 05 avqust 2022-ci il tarixdə günorta saatlarında yaşadığı evdən çıxaraq Xətai rayonu ərazisində olan 7 nömrəli poliklinikanın yaxınlığında tanıdığı, lakin adını bilmədiyim kafeyə gəlmişdir. Həmin kafeyə gəlməkdə məqsədi çay içmək olmuşdur. Kafeyə daxil olub əyləşmiş və çay sifariş etmişdir. Çay gəldikdən sonra içməyə başlamış və mobil telefonuna zəng gəlmişdir. Danışmaq üçün kafenin arxasında olan avtomobil təmiri servisinin həyətinə çıxmışdır. Həyətdə telefonla danışanda görmüşdür ki, üzərinə dəmirçi yazılan sexin giriş hissəsində içəridə masanın üzərində telefon vardır. Bundan sonra həmin telefonu oğurlamaq niyyətinə düşmüşdür. İlkin olaraq ətrafa nəzarət etmiş və sexdə işləyən ustanın başının qarışıq olmasını görmüşdür. Dəmirçi sexi açıq olmuş və içəridə bir nəfər şəxs avtomobil təmiri etmişdir. Sakit şəkildə ustanın xəbəri olmadan sexǝ daxil olub saat 14:30 dəqiqədə kiçik masanın üzərində olan bir ədəd "phone" markalı, "13 Pro" max modelli telefonu götürüb cibinə qoyaraq sexi tərk edib oradan uzaqlaşmışdır. Yolla gələn zaman telefonu cibindən çıxarıb baxmış və telefonun şifrəli olmasını görmüşdür. Telefonun üzərində nömrə də olmuşdur. Nömrəni telefonun üzərindən çıxarıb sındırmışdır. Həmin günü telefonu satmaq üçün Bakı Metropolitenin "Neftçilər" stansiyası yaxınlığına gəlmişdir. Orada əvvəllərdən tanıdığı İlqar adlı şexsin icarǝdarı olduğu telefon alqı-satqısı mağazasına daxil olmuşdur. İlqarı uzun müddətdir ki, tanıyır, belə ki, sonuncu ilə əvvəllər eyni cəzaçəkmə müəssəsində cəza çəkmiş və həmin vaxtdan da sonuncunu tanımışdır. Mağazaya daxil olub İlqara yaxınlaşmış və görüşüb telefonu göstərib satdığını bildirmişdir. İlqara bildirmişdir ki, telefon ona məxsusdur, telefonun şifrəsini untumuş və satmaq istəyir. İlqar da telefonu götürüb baxmış və görmüşdür ki, telefon şifrəlidir. İlqar telefonu şifrəli olduğu üçün ucuz məbləğə alacağını demişdir. İlqarın telefonun şifrəli olduğuna görə ehtiyyat hissələrinə bölərək satışını həyata keçirəcəyini bildirmişdir. İlqarla telefonu 430 manata razılaşmışdır. İlqar 430 manat pul vermiş və telefonu sonuncuya satmışdır. Bundan sonra isə mağazadan çıxıb getmişdir. Əldə etdiyi 430 manat pulu öz şəxsi məqsədləri üçün xərcləmişdir. 01 sentyabr 2022-ci il tarixdə isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin hadisəni özü tək etmiş və heç kim kömək etməmişdir. Törətdiyi əməldən peşmandır, oğurluğu maddi vəziyyətinin ağır olması ilə əlaqədar törətmişdir. Odur ki, qeyd edilənərin nəzərə alınaraq, məhkəmə tərəfindən ona yüngül cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər dəfələrlə Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş və sonuncu dəfə 07 yanvar 2022-ci il tarixdə Xətai rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasını 16 saylı cəzaçəkmə müəssisəsində çəkmiş və 25 iyul 2022-ci il tarixdə azadlığa buraxılmışdır. Azadlığa çıxdıqdan sonra isə heç bir yerdə işləməmişdir. 05 avqust 2022-ci il tarixdə günorta saatlarında yaşadığı evdən çıxaraq Xətai rayonu ərazisində olan 7 nömrəli poliklinikanın yaxınlığında tanıdığı, lakin adını bilmədiyim kafeyə gəlmişdir. Həmin kafeyə gəlməkdə məqsədi çay içmək olmuşdur. Kafeyə daxil olub əyləşmiş və çay sifariş etmişdir. Çay gəldikdən sonra içməyə başlamış və mobil telefonuna zəng gəlmişdir. Danışmaq üçün kafenin arxasında olan avtomobil təmiri servisinin həyətinə çıxmışdır. Həyətdə telefonla danışanda görmüşdür ki, üzərinə dəmirçi yazılan sexin giriş hissəsində içəridə masanın üzərində telefon vardır. Bundan sonra həmin telefonu oğurlamaq niyyətinə düşmüşdür. İlkin olaraq ətrafa nəzarət etmiş və sexdə işləyən ustanın başının qarışıq olmasını görmüşdür. Dəmirçi sexi açıq olmuş və içəridə bir nəfər şəxs avtomobil təmiri etmişdir. Sakit şəkildə ustanın xəbəri olmadan sexǝ daxil olub saat 14:30 dəqiqədə kiçik masanın üzərində olan bir ədəd "phone" markalı, "13 Pro" max modelli telefonu götürüb cibinə qoyaraq sexi tərk edib oradan uzaqlaşmışdır. Yolla gələn zaman telefonu cibindən çıxarıb baxmış və telefonun şifrəli olmasını görmüşdür. Telefonun üzərində nömrə də olmuşdur. Nömrəni telefonun üzərindən çıxarıb sındırmışdır. Həmin günü telefonu satmaq üçün Bakı Metropolitenin "Neftçilər" stansiyası yaxınlığına gəlmişdir. Orada əvvəllərdən tanıdığı İlqar adlı şexsin icarǝdarı olduğu telefon alqı-satqısı mağazasına daxil olmuşdur. İlqarı uzun müddətdir ki, tanıyır, belə ki, sonuncu ilə əvvəllər eyni cəzaçəkmə müəssəsində cəza çəkmiş və həmin vaxtdan da sonuncunu tanımışdır. Mağazaya daxil olub İlqara yaxınlaşmış və görüşüb telefonu göstərib satdığını bildirmişdir. İlqara bildirmişdir ki, telefonu oğurlamış və satmaq istəyir. İlqar da telefonu götürüb baxmış və görmüşdür ki, telefon şifrəlidir. İlqar telefonu şifrəli olduğu üçün və oğurladığına görə ucuz məbləğə alacağını demişdir. İlqarın telefonun şifrəli olduğuna görə ehtiyyat hissələrinə bölərək satışını həyata keçirəcəyini bildirmişdir. İlqarla telefonu 430 manata razılaşmışdır. İlqar 430 manat pul vermiş və telefonu sonuncuya satmışdır. Bundan sonra isə mağazadan çıxıb getmişdir. Əldə etdiyi 430 manat pulu öz şəxsi məqsədləri üçün xərcləmişdir. 01 sentyabr 2022-ci il tarixdə isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin hadisəni özü tək etmiş və heç kim kömək etməmişdir. Telefonu satdığı İlqar adlı şəxsi 2017-ci ildən tanımış, belə ki, sonuncu ilə Ədliyyə Nazirliyinin 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişlər. İlqarın telefon alqı-satqısı ilə məşğul olduğunu bilmiş və işlədiyi mağazanı da tanımışdır. İlqara telefonun şifrəli olmasını və oğurladığını bildirmişdir. İlqar da telefonun şifrəli olmasına və oğurladığına görə 430 manata almışdır. İlqara ilk dəfə olmuşdur ki, cinayət yolu ilə ələ keçirilmiş telefon satmışdır. (i.v 72-74) Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 05 avqust 2022-ci il tarixdə saat 09 radələrində sexin giriş qapısını açmış və sexdə olan avtomobildə çilingər işlərini görməyə başlamışdır. İşlədiyi sexin qarşısında müşahidə kameraları vardır. Saat 12:30 dəqiqə özünə məxsus olan üzərində ***-***-**-** saylı nömrə olan "İphone" markalı, "13 Pro Max" modelli, "256 GB" yaddaş tutumlu olan telefonunu sexin giriş hissəsində olan kiçik masanın üzərinə qoymuş və avtomobil təmir etməyə başlamışdır. Saat 15-16 radələrində işlərini yekunlaşdırıb telefonunu götürmək istədikdə masanın üzərində olmadığını görmüşdür. Ətrafa baxmış, lakin telefonu tapa bilməmiş və heç bir şübhəli hal görməmişdir. Sexin qarşısında olan müşahidə kameralarına baxdıqda bir nəfər dolu bədən qruluşlu şəxsin sexǝ daxil olaraq avtomobil təmir etməyindən istifadə edərək xəbəri olmadan telefonu götürüb getməsini görmüşdür. Həmin şəxsi tanımamış və görməmişdir. İlkin olaraq şikayət etməmiş və gözləmişdir ki, həmin şəxsi özü tapsın. Lakin həmin şəxsin telefonu gətirmədiyini və tapa bilmədiyinə görə axşam saatlarında yaşadığı evə getmişdir. Evdə özünə məxsus olan digər telefonla DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Həmin günü mobil telefonuna zəng gəlmiş və Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. 34-cü PŞ-nə gedərək ərizə ilə müraciət etmiş və izahatı alınmışdır. Səhəri günü isə işlədiyi sexə polis əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirib fotoşəkillərini çəkmişlər. Həmin hadisə nəticəsində ümumilikdə 3.000 manat ziyan dəymişdir. Belə ki, sexdən 2.990 manat dəyərində telefonu oğurlanmışdır. Üzərində olan ***-***-**-** saylı nömrənin dəyəri isə 10 manat olmuşdur. Telefonun imei kodunu bilməmişdir. Telefonun üzərində heç bir aksessuar və danışıq konturu olmamışdır. Ona vurulmuş zərər ödənilməmiş və təqsirləndirilən şəxsdən şikayətçidir. Dəymiş ziyanın ödənilməsini, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etmişdir. İş üzrə Şahid məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, dövlət itithamçısı Şahid ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin elan edilməsini xahiş etmiş, digər tərəflər dövlət ittihamçısının vəsatətinə etiraz etməmişlər. Məhkəmə Şahid məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, evlidir, üç azyaşlı uşağı vardır və 2015-ci il tarixdə Nəriman rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Cəzasını Ədliyyə Nazirliyinin 17 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin 15 ildir ki, telefon alqı-satqısı ilə məşğul olur. Belə ki, Bakı Metropolitenin "Neftçilər" stansiyası yaxınlığında olan mağazanı icarəyə götürmüş və həmin mağazada mobil telefonların alqı-satqısı ilə məşğul olur. Mağaza sahibi ilə icarə müqaviləsi bağlamış və vergidən VÖEN-im olmaqla dövlət vergidə ödəyir. Mağazada tək işləyir. Təqsirləndirilən şəxs 15 il olar ki, tanıyır. Afər ilə aralarında narazılığı, ədavəti və düşmənçiliyi olmamışdır. 05 avqust 2022-ci il tarixdə günorta saatlarında işlədiyi mağazada olmuşdur. Saat 15-16 radələrində Təqsirləndirilən şəxs işlədiyi mağazaya gəlmiş və bildirmişdir ki, "İphone" markalı "13 Pro" modelli telefon vardır, lakin telefon şifrəlidir və satmaq istəyir. Telefonu alaraq baxmış və görmüşdür ki, telefon "İphone" markalı "13 Pro Max" modellidir. Afərlə 15-20 dəqiqə ərzində telefonun dəyəri söhbətlər aparmışlar. Belə ki, məbləğdə razılaşa bilməmişlər. Çünki Afər telefonu 500 manata satmaq istəmişdir. Telefon şifrəli olduğundan Afərlə sonunda 430 manata razılaşmışlar. Afəri tanıdığı üçün sonuncudan şəxsiyyət vəsiqəsi tələb etməmişdir. Həmin telefonu ehhtiyat hissəsi kimi satmaq üçün almışdır. Afǝrǝ 430 manat pul vermiş və sonuncu çıxıb getmişdir. Həmin günü telefonun platasını 110 manata, ekranı isə 510 manata satmışdır. Təqsirləndirilən şəxs həmin telefonu alan zaman cinayət yolu ilə əldə olunmasını bilməmişdir. Belə ki, Afər telefonun özünə məxsus olmasını bildirmişdir. Afər telefonu oğurlamasını deməmişdir. Telefonu ehtiyat hissəsi kimi satmaq üçün almışdır. Belə ki, telefon şifrəli olduğu üçün satışa yararsız olmuşdur. Afər telefonun şifrəsini unutmasını bildirmişdir. Bundan sonra Afərə inanmış və telefonu almışdır. Təqsirləndirilən şəxs barəsində göstərdikləri yalandır. Təqsirləndirilən şəxs telefonu oğurlamasını ona bildirməmişdir.(i.v 25-27) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir ( i.v. 01); Xətai RPİ-nin 34-cü PŞ-yə ünvanlanan HK-1-1856 saylı raportdan görünür ki, Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi, ünvan 4 ünvanında yerləşən “Qızılaçar” avtotəmir sexindən ona məxsus “İphone 13 pro max” markalı mobil telefonun oğurlamasını avtotəmir sexinin kamera görüntüsündə aşkar etməsini bildirmişdir ( i.v. 06); Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai rayonu, M.Rüstəmov küçəsi 92 ünvanında yerləşən “Qızılaçar” avtotəmir sexinə baxış keçirilmiş, fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir (i.v. 10-12); Şübhəli şəxsin tutulması haqqında 01 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2022-ci il tarixində, saat 18:30-da tutulmuş, tutulmanın əvvəli 01 sentyabr 2022-ci il tarixidən, saat 18:30-dan hesablanmışdır(i.v 37) 01 sentyabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsində dediklərini Şahid üzünə deyərək bir daha təsdiq etmişdir(i.v 48-50) Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə elektron qərardan görünür ki, Gürcüstan Respublikasının vətəndaşı Zərərçəkmiş şəxs vəsatəti əsasında müvəqqəti olma müddəti xx.xx.2029-cu il tarixədək uzadılmışdır(i.v 52) Zərər çəkmiş şəxs qismində tanınma haqqında 02 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs zərər çəkmiş şəxs qismində tanınmışdır(i.v 54) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 03 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir.(i.v 62) 03 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, X1 RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(i.v 75-76) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnamənin xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək aylıq qazancının 15%-i olmaqla 09 ay 06 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tədbiq edilməklə 03 il şərti sınaq müddəti tədbiq edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsi ilə 04 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 02 ay 14 gün müddətinə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2018-ci il tarixli Bakı şəhəri Sabunçu RPİ arayışına əsasən cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək aylıq qazancının 20%-i olmaqla 11 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir (i.v. 85-87); Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş 11 ay 24 gün müddətə islah işləri cəzasından “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən azad edilmişdir. (i.v. 88) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-39/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 gün müddət cəzasından çıxılaraq üzərində çəkməsi üçün 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. (i.v 96-102) xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 2 ünvanın yaxınlığında yerləşən avtomobil təmiri sexində olan müşahidə kameralarında qeydə alınmış 05 avqust 2022-ci tarixli götüntülərin olduğu bir ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin diskdə üç ədəd fayıl vardır, fayılların bir fotoşəkildir, ikisi isə videogörüntüdür, fotoşəkildə olan şəxs dolu bədən qruluşlu, alçaq əynində qara rəngli idman köynəyi, qara rəngli şalvarı və qara rəngli ayaqqabısı vardır. Birinci videogörüntü 10 saniyədən ibarətdir, görüntüdə olan şəxs fotoşəkildə olan şəxsdir, həmin şəxs avtomobilin yolunun kənarında dayanmış taksi avtomobilinə yaxınlaşır, avtomobilin qabaq sağ pəncərəsindən əlini sürücüyə uzadaraq əlində olan görüntüdə görünməyən əşyanı vermiş və oradan uzaqlaşmışdır. İkinci görüntü 34 saniyədən ibarətdir, görüntüdə ətrafda çoxsayda sexlər vardır, sexlərin qarşısında təmir olunmalı avtomobillər saxlanılmış, fotoşəkildə olan və birinci görüntüdə olan şəxs qapısı açıq olan qaraja daxil olmuş və bir neçə saniyə sonra qarajdan çıxıb getmişdir.(i.v 106) Sübutların qiymətləndirilməsi barədə 08 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittihama əlavələr edilməsi zərurəti yaranmadığı üçün həmin ittihamın dəyişdirilməməsi və qüvvəsində saxlanılması, təqsirləndirilən şəxs Məmmədov Afǝr Nazim oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, təqsirləndirilən şəxs Məmmədov Afǝr Nazim oğlunun ifadələri toplanmış sübutların məcmusi ilə təqsdiq edildiyindən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi, şahid qismində dindirilmiş Şahid ifadəsi, üzləşdirmə, hadisə yerinə və diskə baxış protokolları iş üzrə sübut kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin 27 yanvar 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan sonra cəzasımı çəkib qurtardığı gündən bir il müddət keçmədiyi üçün əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi, Təqsirləndirilən şəxs Xətai rayon məhkəməsinin 27 yanvar 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 05 il 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğundan sonra yenidən cinayət törətməsinə görə əvvəlki cəzası residiv kimi qiymətləndirilməməsi, 05 avqust 2022-ci il tarixdə ünvan 5 ünvandan götürülmüş Təqsirləndirilən şəxs cinayət hadisəsi törətməsini göstərən görüntülərin olduğu bir ədəd disk maddi sübut kimi tanınsın və cinayət işinə əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 77.2.3-cü maddəsi ilə cinayət təqibi başlanması rədd edilməsi, Şahid barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılması, bir ədəd "İphone" markalı, "13 Pro max" modelli telefonun qiyməti Zərərçəkmiş şəxs ifadəsinə qeyd etdiyi miqdara əsasən götürülməsi qərara alınmışdır. (i.v. 107-114); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-522/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında məcburi iştirakının təmin edilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-522/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında iştirak etməkdən yayındığı üçün iş üzrə icraat dayandırılmış, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və təqsirləndirilən şəxsin axtarışı elan edilmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, 10515836 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saxlanılaraq Xətai RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin ona elan edilmiş müvafiq maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Şahid telefonun ona məxsus olmasını, oğurluq olmadığını, telefonun şifrəli olması ilə bağlı məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünün vəziyyətinin yüngülləşdirilməsi məqsədi daşıyır və özünün məhkməyədək icraat dövründə verdiyi ifadələri, şahid ifadələri ilə təkzib olunur. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxsin ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş, həmin ifadələrində Şahid telefonu oğurladığını bildirdiyini, Şahidda oğurluq telefon olduğu və telefonun şifrəli olduğu üçün ucuz qiymətə alacağını bildirməsini qeyd etmişdir. Sübutların qiymətləndirilməsi barədə 08 oktyabr 2022-ci il tarixli qərardanda göründüyü kimi, Şahid barəsində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 16.3-cü maddəsinə əsasən əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmanlıq çəkməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də eyni məzmunlu cinayət əməli törətməsini, həmin cinayətə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını, məhkumluğu ödənilmədən yenidən eyni məzmunlu cinayət əməlini törətdiyini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, dəymiş ziyanı ödəməməsini, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı, ağırllaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), iş üzrə maddi sübut - cinayətin görüntülərini əks etdirən 01 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə günə gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin olunmuş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində çəkməsi üçün 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 14 dekabr 2022-ci il tarixdən hesablansın Təqsirləndirilən şəxs barəsində seçilmiş “ “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-39/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-39/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver