Məhkəmə qərarları › İş №1(011)-391/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-391/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-391/2024 17.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X16 və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X17 və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X18 müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X40, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X29 iştirakları ilə, X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri, X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilmələri haqqında X19 və X20 xüsusi ittiham qaydasında verdikləri şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət vermiş X41 və X42 onları xüsusi ittihamçı qismində tanımaqla onların şərəf və ləyaqətlərini, işgüzar nüfuzlarını ləkələyən, barələrində təhqir və böhtan xarakterli məlumatlar yaymış X38, X43, X44, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilmələri və barələrində ittihamedici hökm çıxarılması barədə qərar qəbul edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, X12 TV-nin Tik-tok səhifəsində, ideal media saytında bilə-bilə yalan çıxışlar edərək bildirmişdir ki, guya X30 - 75000 (yetmiş beş min) AZN pul vermişdir. Halbuki o, onların şirkətinin "xxxx" MMC-nin 50% ortağıdır. Bank çıxarışları ilə birlikdə 32000 “Ziraat bank” çıxarışlarına əsasən şirkətə yatırım etmişdir. Qalan yatırımı ödəyəcəyini bildirsə də ödəməmişdir. X37 şikayət etmiş Tiktokda bildirmişdir ki, guya X6 xəstəsidir, 50 nəfərə qədər adamı dələduzluq edərək aldatmışdır, guya şəhid və qazi ailələrini aldatmışlar. X62 məşğulluq idarəsi ilə birgə əməkdaşlıq haqqında müqavilə imzalamışdır. Əmək haqqının ödənilməsinin 50%ni Dövlət Məşğulluq İdarəsi ödəməlidir. İşə götürülən şəhid ailələri də Dövlət Məşğulluq İdarəsi tərəfindən işə qəbul olunmuşdur. X27 Cabbarovun qara Kaşeloku, arxalarında guya Xanlar Vəliyev durur. Hal-hazırda da guya onların arxalarında Məzahir Pənahov durur. Azər türk Amerikan Xəstəxanasının şəkər diabet, endokrinoloji xəstəlikləri ilə bağlı X19 arayışları şirkətin Gənclikdə yerləşən ofisindən mənimsəyərək onların şəxsi məlumatlarını həmin səhifəyə qoyub, şəhid ailələrinin adından yalançı ərizələr sosial şəbəkəyə yerləşdirib. Eyni zamanda bütün bu xəbərləri onların şəxsiyyət vəsiqələrini sayta yerləşdirərək nümayişkəranə çıxışlar etmişdir. Bundan başqa onların şəxsi məlumatlarını, yəni X7 yazılarını X19 razılığı olmadan həmin Tik-Tok səhifəsində və İdeal Media saytında yerləşdirmişdir. Bu səbəbdən onlar çox sarsılmışlar, iztirab keçirmişlər, X17 şikayəti üzrə başladılmış cinayət işi xitam edilmişdir. Respublikada haqsız yerə şər böhtan nəticəsində rüsvay olmuşlar, özlərinə yer tapa bilmirlər, onları özlərini öldürmə həddinə gətirib çıxarmışlar. X38 şirkətin təsisçisi olduğu halda kütləvi informasiya vasitəsi ilə İdeal media da və Azad tv youtube və tik-tok kanallarında çıxış edərək guya şirkətdə toxucu işlədiyini bildirmiş və oğlunun "xxxx" MMCyə sürücü vəzifəsinə işə düzəltməyi üçün qonşularından borc xərc etdiyi 60 000 (altmış min) manat pulu X30 rüşvət verdiyini bildirmişdir. X48 İdarəsi tərəfindən işə qəbul edilənləri təsdiqləmək hüququ olanlardan biri də X21r. X19 şirkətdə işçiləri işə götürmək hüququ yoxdur. Bundan başqa şirkətin Türkiyədəki əvvəlki vəkili Eser Çeliyin şəkli yerləşdirilərək şəklin altından dələduz ifadəsi yazılmışdır. Özlərinin tanıdığı və onlara qarşı əlbir olduqları şəxslərin adlarını çəkərək onların onlara külli miqdarda borclu olduqlarını yazmışlar və demişlər, saxta surətdə bütün X37, Prezident Aparatına, İqtisadiyyat Nazirliyinə şikayətlər etmişlər və hal-hazırda da edirlər. Bununla da bunların əməlləri bitmir 75 yaşlı X31 fiziki zorakılıq göstərərək X43 və X57 xəsarətlər yetirmişdir, X8 rayon prokurorluğuna şikayət etmiş, həmin şikayət əsasında Məhkəmə Tibbi Ekspertizasından keçmişdir, ekspertizada bu fiziki zorakılığı təsdiqləmişdir. Hal-hazırda həmin şikayət üzrə araşdırmalar aparılır. Halbuki, həmin şəxslərlə birlikdə şirkətin Sabunçu rayonu ərazisində yerləşən anbarında olan şirkətə və onlara məxsus əşyaları oğurlayaraq lombardlara qoyulmuş və satmışdır. Bundan başqa “Qartal S” mühazizə şirkəti ilə əlbir olaraq şirkətə və onlara məxsus əşyaları oğurlamışlar. Şirkətin Türkiyyədəki Baş Ofisindən saxta asan imza əldə etməklə külli miqdarda pulları bank hesablarından çəkmişlər. Onlar bu haqda məlumatı İqtisadiyyat Nazirliyinin nəznində olan Vergilər Xidmətinin Nərimanov Şöbəsindən şirkətə yeni asan imza sertifikatı əldə edərkən məlumatlandırılmışlar. Bütün əməliyyatlar xx.xx.2024-cü ildən başlanmışdır. Bu barədə Azərbaycan Respublikasının Prezidenti X70, X27 Cabbarova, Azərbaycan Respublikasının Baş X49 məktub vasitəsilə müraciət etmişlər. X38 şirkəti aldadaraq Qazax rayonu, Ağ köynək kəndində yerləşən “Access Bank”da girovda olan evini şirkətə vermək adı ilə şirkətə ortaq olmuşdur. Girovda olduğunu isə gizlətmişdir. Şirkət həmin kənddə bu evdə təmir və tikinti işi apararkən külli miqdarda pul itkisi ilə qarşılaşmışdır. Bunu şirkətə gələn elektron qaimələrdə sübut edir. Ümumilikdə şirkətə 500 min dollardan çox zərər vurulmuşdur. X57 isə Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən “SOCAR Neft Şirkətinə” məxsus torpaq sahəsinin özünə məxsus olduğunu bildirərək onları aldadaraq şirkətə ortaq olmuşdur. Hər iki torpağa aid olan doğru məlumatları şirkət dövlət orqanlarına sorğular verərək yazılı surətdə rəsmi məlumatlar almışdır. Yuxarıda adları çəkilən şəxslər və X57 tərəfindən törədilən bütün bu işlərin təşkilatçısı isə X11 jurnalist kartı ilə təmin edən hərkəsi şantaj etmək məqsədi ilə X32r. Bunların məqsədi X33 öldürmək və X34 həbs etdirmək, şirkətin Türkiyyədəki malvarlığına sahiblənmək idi. Azad TV adı altında Tik-Tok səhifəsində və İdeal Media saytında X44 şərəf və ləyaqətlərini alçaldıcı ifadələrlə şərhlər vərərək onların təqsirsizlik prezumpsiyası oduğu halda dələduz adlandırmışdır, (hal-hazırda X19 şikayəti üzrə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsində AR Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək həbs edilmişdir). xx.xx.2023-cü il tarixdə həmin rəsmi məlumat internet İnformasiya vasitələrinə yüklənmişdir. Şirkətin keçmiş sürücüsü maaş kartları vasitəsi ilə şirkətdən maaş alan İdeal Media saytında yazdığı ərizəni İdeal Medianın internet saytında nümayiş etdirərək guya X30 50 000 (əlli min) manat rüşvət vermək üçün pul verib ki, guya X41 həmin pulu Gəncə Apellyasiya Məhkəməsinin hakimi Salman Hüseynova rüşvət vermək məqsədi ilə vermişdir. Həm də bu barədə X37 şikayətlər etmişdir. Onun saxta şahidi isə şirkətin keçmiş hüquqşünası X14r. X4 aldadaraq oğlunun maşın alveri edəcəyi ilə əlaqədar "xxxx" ASC-nin 28 may filialından,”Turan Bank” ASC-nin Mərkəz filialından, "xxxx" ASC-nin Nəsimi filialından, "xxxx" ASC-nin Əhmədli filialından kreditlər götüzdürmüş, lakin ödəməkdən boyun qaçırmışdır. Bütün bu kreditlər "xxxx" istisna olmaq şərti ilə tam bağlanmışdır. "xxxx" isə X46 tam bağlaya bilməmişdir. "xxxx" Nizami Rayon Məhkəməsinə müraciət etmiş, hakim Sitarə Əliyevanın sədrliyi ilə qərar qəbul olunmuş və Nizami Rayon Məhkəmə İcrasına yönəlmişdir. X22 bilmişdir ki, burda başqa heç bir kreditdən pul almayan X23 var və məcbur Dövlət işində işlədiyi üçün bu krediti banka geri ödəyəcəkdir. Onu da bildirirlər ki, X23 şirkətin ortaqlarından biridir. X22 banka geri ödədiyi pulları X35 geri qaytarmaqdan qurtulmaq üçün onun həbsi üçün yalançı şahidlik etmək daha sərfəli idi. Sonradan məlum olmuşdur ki, X22 bu pulları maşın alqı-satqısı üçün deyil hal-hazırda həbsdə olan vəkil X1 vermək məqsədi ilə əldə etmişdir. Bütün bunların şikayətləri və baş vermiş hallar şər və böhtandır. Eyni zamanda yuxanda yazılan faktları öz ifadələri ilə təsdiq edə bilən şəhid ailələri də vardır. Həmin şəhid ailələrinin adlarını və ünvanlarını şahid qismində şikayət ərizəsində göstərir: X36 - ünvan: Zığ qəsəbəsi Rəşad Quliyev küçəsi, bina 23 b, mənzil 3; X15- ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli Y/m “V” massivi, ev 29, mənzil 118; X50-ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Zığ bağları. Bütün yuxarıda deyilənləri internet informasiya vasitələrindən yükləyərək disklərə köçürüb məhkəməyə təqdim edirlər. Hazırda da həmin video çəkilişlər internet informasiya vasitəsi ilə nümayiş etdirilərək hər gün bizi təkrar-təkrar mənəvi sarsıntılar və iztirablar keçirməklərinə səbəb olur. Artıq özlərini öldürmə həddinə çatdırıblar. Onlar bu şəxslərin əlindən hara gedəcəklərini, sakitçilik tapacaqlarını bilmirlər. Bu şəxslərin Cinayət Məcəlləsində göstərilən qaydada ən ağır cəza ilə cəzalandırılmalarını xahiş edirlər. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X47 və onun müdafiəçisi X9 hər biri ayrı-ayrılıqda şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X43 və onun müdafiəçisi X10 hər biri ayrı-ayrılıqda şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X24 və onun müdafiəçisi X51 hər biri ayrı-ayrılıqda şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X18 müdafiəçisi X60 şikayətə etiraz edərək, şikayətin məhkəmənin icraatına qəbul edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X41 və X42 məhkəmənin hazırlıq iclasında iştirak etməmişlər. Məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsləri və onların müdafiəçilərini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1, 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul etsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 293.3.1-ci maddəsinə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi). 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanın məbləği əks olunmalıdır. 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, şikayət ərizəsində ümumi formada X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi, X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri xahiş edilsə də, X18, X16, X17 və X13 CM-nin 147-ci maddəsinin məhz hansı hissəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri göstərilməmişdir. Bundan başqa, şikayət ərizəsində X16, X17 və X13 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri xahiş edilsə də, şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərin məhz hansı təhqiredici hərəkətləri törətdikləri göstərilməmiş, X16, X17 və X13 hansı ifadələrlə şərəf və ləyaqəti nalayiq formada qəsdən alçaltdıqları, habelə törədilməsi güman edilən cinayət əməllərinin məhz hansı tarixdə törədilməsi, yəni X44, X47, X43 və X24 tərəfindən böhtan xarakterli və təhqiredici məlumatların hansı tarixdə yayılması qeyd olunmamışdır. Bundan başqa, şikayət ərizəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X13 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrinin tərkibini yaradan hansı hərəkətlərə yol verməsi ümumiyyətlə öz əksini tapmamışdır. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X41 tərəfindən Azərbaycan Respublikası CPM-nin şikayət ərizəsinin məzmununa dair tələblər pozularaq şikayətçinin doğulduğu il, məşğuliyyət növü, vəzifəsi, habelə X42 tərəfindən də eyni qaydada doğulduğu il qeyd edilməmişdir. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1 və 293.3.2-ci maddələrinin tələbləri pozulmuşdur. Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hazırlıq iclaslarının xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərə təyin edilməsinə, məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada X41 və X20 yaşadıqları ünvana bildiriş və istifadələrində olan mobil nömrələrə SMS bildiriş göndərilməsinə baxmayaraq, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər məhkəmənin hazırlıq iclasında iştirak etməmişlər. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X41 məhkəməyə ünvanladığı teleqramda ağır şəkər, ürək və onkoloji xəstə olması səbəbindən xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etsə də, onun məhkəmənin hazırlıq iclasında üzrlü səbəblərdən iştirak edə bilməməsini təsdiqləyən hər hansı bir sənəd sonradan məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini və xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin təkrarən üzrlü səbəb olmadan məhkəmənin hazırlıq iclasına gəlməmələrini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri, X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri, X17 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilmələri haqqında X41 və X42 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar