Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-392/2021 16.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, X2, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 sentyabr 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 04 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Xətai rayonu, 823-cü keçid, ev 4, mənzil 780-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,217 qram çəkidə narkotik maddə olan heroini üzərində saxlamaqla daşımış, 30 may 2021-ci il tarixdə saat 12:50 radələrində Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, 823-cü keçid, 4 saylı evin yaxınlığından narkotik maddə qəbul etməkdə şübhəli şəxs qismində ünvan 1 ünvanda yerləşən Xətai RPİ-nin 36-cı PB-nin inzibati binasına gətirilərək müdafiəçinin iştirakı ilə üzərinə keçirilən baxış zamanı sol əlində gizlətdiyi 1 ədəd gümüşü rəngli, ümumi təmiz çəkisi 0,217 qram çəkidə olan heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini qeyd edərək ifadə verməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 dindirmə zamanı ifadəsində bildirmişdir ki, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis mayoru xüsusi rütbəsi daşıyır. 30 may 2021-ci il tarixdə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə, X1suz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, onları daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 30 may 2021-ci il tarixdə 12:50 radələrində Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olan məlumat əsasında ünvan 3 ünvana gedib həmin məhəllədə xarici əlamətlərindən Təqsirləndirilən şəxs müəyyən edərək ona yaxınlaşıb özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxsə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşıb onlarla birlikdə Xətai RPİ-nin 36cı PB-nə gəlmişdir. Polis Bölməsində xidməti otaqlardan birində Bakı şəhəri, Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı polis kapitanı X7 tərəfindən X3 hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunaraq ona hüquq və vəzifələri izah edidikdən sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış və götürmə hərəkətləri keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs üzərində saxladığı bir ədəd 50 qəpik pul sikkəsini təqdim etmişdir. Daha sonra şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs sol əlində saxladığı gümüşü rəngli kağız bükülünün içərisində tünd qəhvəyi rəngli, kəskin iyli narkotik vasitəyə oxşar maddə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı götürülmüş bir ədəd gümüşü rəngli kağız bükülünün içərisindəki tünd qəhvəyi rəngli, kəskin iyli narkotik vasitəyə oxşar maddə təhqiqatçı tərəfindən iştirakçılara nümayiş edilərək qablaşdırılmış, 151 saylı möhürlə möhürlənmişdir. Bundan sonra bu barədə təhqiqatçı Emil Tahirov protokol tərtib etmiş və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ifadəsində bildirmişdir ki, 30 may 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin Narkotiklərlə X4 Salman İqramudinoviçin qanunsuz olaraq narkotik vasitələri və psixatrop maddələri əldə etməsi, onları daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır.30 may 2021-ci il tarixdə 12:50 radələrində Xətai RPİnin NMB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs müyyən edərək ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər. Polis Bölməsində xidməti otaqlardan birində Bakı şəhəri, Xətai RPİ-nin 36-cı PBnin təhqiqatçısı polis kapitanı X7 tərəfindən X3 hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət olunaraq ona hüquq və vəzifələri izah edildikdən sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış və götürmə hərəkətləri keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılması zamanı Təqsirləndirilən şəxs üzərində saxlanılması qadağan olunmuş əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əllərini cibinə salaraq sağ cibindən bir ədəd 50 qəpik pul sikkəsini çıxardaraq təqdim etmişdir. Daha sonra şəxsi axtarış nəticəsində Təqsirləndirilən şəxs sol əlində saxladığı gümüşü rəngli kağız bükülünün içərisində tünd qəhvəyi rəngli, kəskin iyli narkotik vasitəyə oxşar maddə aşkar edilərək götürüldü. Şəxsi axtarış zamanı götürülmüş bir ədəd gümüşü rəngli kağız bükülünün içərisindəki tünd qəhvəyi rəngli, kəskin iyli narkotik vasitəyə oxşar maddə təhqiqatçı tərəfindən iştirakçılara nümayiş edilərək qablaşdırılmış və 151 saylı möhürlə möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan 30 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, 30 may 2021-ci il tarixdə ünvan 3 evin yaxınlığından şübhəli şəxs qismində Bakı şəhəri, Xətai RPİ-nin 36-cı PB-yə gətirilərək üzərində şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs sol əlində gizlətdiyi, onun şəxsi istehlak miqdarından artıq miqdarda saxladığı bir ədəd gümüşü rəngli bükümün içərisində saxladığı narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Axtarış videoçəkilişlə aparılmış, bir ədəd “DVD” diskə köçürülmüş və iş materiallarına sübut kimi əlavə edilmişdir. Məhkəmə iclasında maddi sübut kimi tanınmış 30 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılmasını əks etdirən bir ədəd DVD-də (X10) olan videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai RPİ-nin 36-cı PŞ-in təhqiqatçısı, polis kapitanı X7 tərəfindən həmin şöbənin inzibati binasında xidməti iş otağında vəkil Səxavət Şahbazovun, Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları: Şahid2 və Şahid1 iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir. Qanunla qadağan olunmuş əşyanın olduğu təqdirdə könüllü təqdim etməsi təklif olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əllərini ciblərinə salır və sağ əli ilə əynindəki qara rəngli şalvarın sağ yan cibindən bir ədəd 50 qəpiklik sikkəni çıxardıb masanın üzərinə qoyaraq başqa heç bir əşyanın olmadığını bildirir. Təhqiqatçısı, polis kapitanı X7 ona yaxınlaşaraq üzərində axtarış aparır. Həmin zaman Təqsirləndirilən şəxs hər iki əlini ciblərindən çıxardır. Bu zaman sol cibindən çıxardaraq barmaqları arasında gizlətdiyi balaca büküm aşkar edilərək götürülür. Sol cibindən çıxardaraq əlində gizlətdiyi büküm masanın üzərinə qoyulur. Bükümün içərisində tünd qəhvəyi rəngli maddə aşkar edilir. Maddə elektron tərəzidə çəkildikdən sonra zərfə qoyulur və möhürlənir. Çəkiliş zamanı Təqsirləndirilən şəxs əlində gizlətdiyi bükümün ona məxsus olmadığını bildirir və imzalamaqdan imtina edir. Videogörüntüyə baxış keçirildikdən sonra hakimin suallarına cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, sol cibinə əlini saldıqda əlinə balaca siqaret falqası dəyir və o, həmin falqanı cibindən gizli çıxardır, onun ciblərini yoxladıqdan sonra əlində gizlətdiyi büküm sol əlindən aşkar edilir. Təqsirləndirilən şəxs bükümün ona məxsus olmadığı halda cibindən gizli olaraq çıxardıb barmaqları arasında gizlətmə səbəbini izah edə bilmir. Həmin bükümün onun cibinə atıldığını güman etmiş, həmin bükümün polis əməkdaşları tərəfindən bölmədə sıxlıq yaradılarkən cibinə atıla bildiyini güman etdiyini qeyd etmişdir. Daha sonra suallara cavab olaraq Təqsirləndirilən şəxs video çəkilişin montaj olunduğunu məhkəmə iclasında qeyd etmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2021-ci il tarixli 6/2180 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN-nin zərflər üçün №151” dairəvi möhür əksi olan soyad və imzalar qeyd edilmiş 1 ədəd zərfin içərisində 1 ədəd kağız bükümdə təmiz çəkisi 0,217 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövrüyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” daxildir (Siyahı 1). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsin məhkəmə-narkoloji ekspertizasının 08 iyun 2021-ci il tarixli, 1797 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 30 iyul 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,217 qram çəkidə narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və aparılmış tədqiqatdan sonra qalıq qalmış 0,167 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 may 2021-ci il tarixdə saat 13:30-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 01.06.2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 iyun 2021-ci il tarixdə “başqa yerə geməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09.06.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 30 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 234.1-ci maddələri ilə 04 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 25.12.2018-ci il tarixdə çəkilməmiş 08 ay 01 gün müddətində azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad olunmuş, 26.08.2019-cu il tarixdə cəzası başa çatmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ifadəsi özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirilməlidir. Belə ki, onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,217 qram çəkidə narkotik maddə olan heroini üzərində saxlamaqla daşıması şahid ifadələri, şəxsi axtarış və götürmə aparılmasını əks etdirən bir ədəd DVD disk və digər iş materialları ilə məhkəmə iclasında tam sübuta yetirilmişdir. Məhkəmə iclasında videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs balaca siqaret falqasını cibindən çıxardıb sol əlində gizlətdiyi açıq-aşkar görünür. Təqsirləndirilən şəxs bükümün ona məxsus olmadığı halda cibindən gizli olaraq çıxardıb barmaqları arasında gizlətmə səbəbini izah edə bilmir. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməməsini bildirsə də, məhkəmə-narkoloji ekspertizasının 08 iyun 2021-ci il tarixli, 1797 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Həmçinin əvvəllər CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, şahidlərin məhkəmə iclasında və istintaqda verdikləri ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalında həbsə alınmalıdır. Beləliklə, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinin ruhundan görünür ki, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən suiistifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,167 qram narkotik vasitə heroin - hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman çəkilişi əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 (iki) gün şübhəli şəxs kimi saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 16 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin maddi sübutlar otağına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış qalıq qalmış 0,167 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılan zaman video çəkilişi əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 91,76 (doxsan bir manat yetmiş altı qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-392/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-392/2021
16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver