Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-392/2025 07.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs –Zərərçəkmiş şəxs, Müdafiəçi –Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, orta təhsilli, evli, işsiz, əvvəllər məhkumluğu olmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olanmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyədək sadələşdirilmiş icraatın materialına əsasən, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 23 radələrində yaşadığı küçəsi Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7Q ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının önündə, məhəllədə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qəsdən yumruq zərbələri ilə tanışı Zərərçəkmiş şəxs baş və sifət nahiyələrinə vurmaqla döyərək, sonuncuya sol qaş nahiyəsinin əzilmiş yarası kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 23 radələrində yaşadığı küçəsi Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7Q ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının önündə, məhəllədə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qəsdən yumruq zərbələri ilə tanışı Zərərçəkmiş şəxs baş və sifət nahiyələrinə vurmaqla döyərək bədən xəsarətləri yetirmişdir. Əməlindən səmimi peşman olduğunu, Zərərçəkmiş şəxs ilə barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 23 radələrində küçəsi Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7Q ünvanında inşa edilmiş hündürmərtəbəli yaşayış binasının önündə, məhəllədə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı tanışı Təqsirləndirilən şəxs qəsdən yumruq zərbələri ilə baş və sifət nahiyələrinə vurmaqla döyərək xəsarət yetirmişdir. Hazırda isə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərərək cinayət təqibinə xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X4 tərəfindən verilmiş 17 iyul 2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb; (i.v.18) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 tərəfindən verilmiş 17 iyul 2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs mərkəzdə narkoloji qeydiyyatda yoxdur. (i.v.20) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X3 14 iyul 2025-ci il tarixli, 679 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol qaş nahiyəsinin əzilmiş yarası müəyyən edildi. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Vətəndaş Zərərçəkmiş şəxs oğłunda aşkar edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə özü-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur. (i.v.23-24) - zərərçəkmiş şəxs qismində tanınma haqqında 22 iyul 2025-ci il tarixli qərardan görünür ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır; (i.v.25) - Bakı şəhəri Xətai Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 90 saylı Mənzil Kommunal İstismar Sahəsinin 23 iyul 2025-ci il tarixli 140 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır; (i.v.54) - Bakı şəhəri Xətai Rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyi 90 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi tərəfindən verilmiş 23 iyul 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, o, həqiqətən Bakı şəhəri Xətai rayonunun 90 saylı MKİS-nin ərazisində yerləşən Neapol küçəsi, ev 7Q, mənzil 43-də 1997-ci ildən valideynləri ilə birlikdə qeydiyyatda olmaqla yaşayır. Onun haqqında qeyd olunan ünvanda yaşadığı gündən bugünə 90 saylı MKİS-nə bina və məhəllədaxili sakinlər tərəfindən heç bir şikayət daxil olmamışdır; (i.v.55) - Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 01 il şərti sınaq müddəti tətbiq edilmişdir. (i.v.56-57) - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-639/2011 saylı, xx.xx.2011-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1.-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs 2011-ci il martn 14-dən həbsdə saxlandığı 2 (iki) ay 29 (iyirmi doqquz) gün təyin edilmiş cəzadan çıxılmaqla barəsində Azərbaycan Respublikasının CMnin 70-ci maddəsi tətbiq olunsun, 1 (bir) il sınaq müddəti müəyyən edilərək üzərindəki 2 (iki) il 9 (doqquz) ay 1 (bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzası şərti hesab olunmuşdur. (i.v.58-64) - sadələşdirilmiş icraat materialının araşdırılması ilə əlaqədar sübutların qiymətləndirilməsi haqqında 22 iyul 2025-ci il tarixli qərardan görünür ki, məhkəməyədək sadələşdırılmış material üzrə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs etirafedici ifadəsi toplanmış bütün sübutların məcmusu ilə təsdiq olunduğundan, Zərərçəkmiş şəxs ifadəsi, xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokol. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "MTE və PAB" X4n Xətai rayon şöbəsinin verdiyi xx.xx.2025-ci il tarixli, 679 saylı ekspert rəyi sübut kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v.65-67) - Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, AR CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ərizəni özü heç bir təzyiq altında olmadan könüllü olaraq yazmışdır. Bu halın nəzərə alınaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. - cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, AR CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilir, əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu halları nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, aparılmış məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, eləcə də işin tədqiq olunmuş digər materialları ilə sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs izahatını, zərərçəkmiş şəxsin barışıq barədə ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayət təqibi ictimaixüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verib, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və əvvəllər cinayət məsuliyyətindən azad edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, cinayət məsuliyyətindən azad edilməsi və onun barəsində olan cinayət təqibinə xitam verilməsi məqsədə uyğundur. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 07 (yeddi) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 77 (yetmiş yeddi) manat ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, xüsusi müsadirəyə məruz qalınmalı əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 40.3, 43.1.2, 300.1.7, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 07 (yeddi) saat üçün nəzərdə tutulan 77 (yetmiş yeddi) manat pul ödənilsin Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qeyd olunan müddət ərzində qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, növbəti gün qərar qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-392/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-392/2025
07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver