Məhkəmə qərarları › İş №1(011)-393/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-393/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-393/2023 18.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Emin Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, müdafiəçilər “Alyans” Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxxxxxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 1(101)-140/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və CM-nin 70-ci maddəsi tətbiq edilərək üzərində 06 ay sınaq müddəti müəyyən edilməklə şərti məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 31 avqust 2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-cü maddəsi ilə xx xxxx 2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2022-ci il tarixli 1(101)-140/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilərək 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 70-ci maddəsi tətbiq edilərək üzərində 02 il sınaq müddəti müəyyən edilməklə şərti məhkum olunmuş, məhkumluğu ödənilməmiş və üzərindən götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittihama görə, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması, özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan hərəkətlərlə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilində 12 dekabr 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı ünvan 2 ünvanda yerləşən ictimai yer hesab olunan Z.Əhmədov adına 64 saylı tam orta məktəbin qarşısında avtomobildə Təqsirləndirilən şəxs1 sürücünün icazəsi olmadan maqnitofonun səsini artırmasına sürücü Zərərçəkmiş şəxs irad bildirərkən aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə sonuncunun ünvanına nalayiq sözlər deyərək silah qismində istifadə etdiyi üzərində olan istintaqla müəyyən edilməmiş bıçaqla Zərərçəkmiş şəxs vurarkən sonuncu özünü müdafiə etmək üçün bıçağı əli ilə tutduqda ona sol əlin İİİ, İV və V barmaqlarının, sağ əlin, sağ budun kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, Təqsirləndirilən şəxs3 isə avtomobilin salonunda arxadan Zərərçəkmiş şəxs sağ qol və sifət nahiyələrinə bir neçə dəfə yumruqla vuraraq sol qulaq seyvanını və sol gicgah nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərərvurmayan, Təqsirləndirilən şəxs2 də yumruq və təpiklə baş və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq ona alının sol yarısının, hər iki gözətrafı nahiyənin dərialtı hematomaları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər yetirmiş, həmin an Zərərçəkmiş şəxs avtomobilin idarəetməsini itirərək qabaq sol tərəfindən məktəbin hasarına vurmuş, Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 avtomobildən enərək bir daha yumruq və təpiklə sükan arxasında olan Zərərçəkmiş şəxs, eləcə də avtomobilə vuraraq 650 ( altı yüz əlli) manat miqdarda ziyan yetirməklə qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. -təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması və əmlakın zədələnməsi ilə müşayiət edilən hərəkətlərlə tanışları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilində 12 dekabr 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı ünvan 2 ünvanda yerləşən ictimai yer hesab olunan Z.Əhmədov adına 64 saylı tam orta məktəbin qarşısında avtomobildə Təqsirləndirilən şəxs1 sürücüdən icazəsiz maqnitofonun səsini artırmasına sürücü Zərərçəkmiş şəxs irad bildirərkən aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs1 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə sonuncunun ünvanına nalayiq sözlər deyərək silah qismində istifadə etdiyi üzərində olan istintaqla müəyyən edilməmiş bıçaqla Zərərçəkmiş şəxs vurarkən sonuncu özünü müdafiə etmək üçün bıçağı əli ilə tutduqda ona sol əlin İİİ, İV və V barmaqlarının, sağ əlin, sağ budun kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, Təqsirləndirilən şəxs3 avtomobilin salonunda arxadan Zərərçəkmiş şəxs sağ qol və sifət nahiyələrinə bir neçə dəfə yumruqla vuraraq sol qulaq seyvanının və sol gicgah nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərərvurmayan, Təqsirləndirilən şəxs2 də yumruq və təpiklə baş və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq ona alının sol yarısının, hər iki gözətrafı nahiyənin dərialtı hematomaları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər yetirmiş, həmin an Zərərçəkmiş şəxs avtomobilin idarəetməsini itirərək qabaq sol tərəfindən məktəbin hasarına vurmuş, o Təqsirləndirilən şəxs3 ilə avtomobildən enərək bir daha yumruq və təpiklə sükan arxasında olan Zərərçəkmiş şəxs, eləcə də avtomobilə vuraraq 650 ( altı yüz əlli) manat miqdarda ziyan yetirməklə qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. -təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması və əmlakın zədələnməsi ilə müşayiət edilən hərəkətlərlə tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilində 12 dekabr 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı ünvan 2 ünvanda yerləşən ictimai yer hesab olunan Z.Əhmədov adına 64 saylı tam orta məktəbin qarşısında avtomobildə Təqsirləndirilən şəxs1 sürücüdən icazəsiz maqnitofonun səsini artırmasına sürücü Zərərçəkmiş şəxs irad bildirərkən aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs1 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə sonuncunun ünvanına nalayiq sözlər deyərək silah qismində istifadə etdiyi üzərində olan istintaqla müəyyən edilməmiş bıçaqla Zərərçəkmiş şəxs vurarkən sonuncu özünü müdafiə etmək üçün bıçağı əli ilə tutduqda ona sol əlin İİİ, İV və V barmaqlarının, sağ əlin, sağ budun kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər, Təqsirləndirilən şəxs3 avtomobilin salonunda arxadan Zərərçəkmiş şəxs sağ qol və sifət nahiyələrinə bir neçə dəfə yumruqla vuraraq sol qulaq seyvanının və sol gicgah nahiyəsinin sıyrıqları kimi sağlamlığa zərərvurmayan, Təqsirləndirilən şəxs2 də yumruq və təpiklə baş və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq ona alının sol yarısının, hər iki gözətrafı nahiyənin dərialtı hematomaları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər yetirmiş, həmin an Zərərçəkmiş şəxs avtomobilin idarəetməsini itirərək qabaq sol tərəfindən məktəbin hasarına vurmuş, o Təqsirləndirilən şəxs2 ilə avtomobildən enərək bir daha yumruq və təpiklə sükan arxasında olan Zərərçəkmiş şəxs, eləcə də avtomobilə vuraraq 650 ( altı yüz əlli) manat miqdarda ziyan yetirməklə qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 221.3cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 12 dekabr 2022-ci il tarixdə saat 19:45 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qohumları Əlamət, Hüseyn və tanışları Elgün, Vahid “Futbol-kafe” adlanan yerdən yaşadığı Kənd Əhmədli qəsəbəsinə gəlmək üçün “Uber” mobil tətbiqi vasitəsi ilə taksi sifariş etmişlər. Bundan sonra “Toyota Prius” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil sifariş əsasında gəlmiş və onlar avtomobilə əyləşmişlər. O, qabaq sərnişin oturacağında, Əlamət və Hüseyn arxa sağ sərnişin oturacağında, Elgün arxada orta hissədə, Vahid isə arxa sol sərnişin oturacağında əyləşmişmişlər. Avtomobil Babək prospektində hərəkətdə olarkən, Kənd Əhmədliyə çatmağa az qalmış avtomobildə musiqi oxuyan zaman musiqini bəyəndiyi üçün əli ilə musiqinin səsini artırmışdır. Sürücü “icazəsiz səsi artırma” demiş və yüksək səslə musiqiyə qulaq asmağın düzgün olmamasını bildirmişdir. Lakin sonradan sürücü musiqinin səsini yüksəltmişdir. O, sürücüyə icazə verməməsinə baxmayaraq özünün musiqinin səsini artırmasına narazılıq etdikdə sonuncu “maşın mənimdir özüm bilərəm” ifadələrini işlətmişdir. Sürücüdən müştəri olmağını nəzərə alaraq istəyinə əsasən səsi azaltmasını tələb etmişdir. Sonradan sürücü musiqinin səsini azaltmış və aralarında söz mübahisəsi yaranmışdır. Saat 20 radələrində Xətai rayonu, 3-cü Əhmədli küçəsində yerləşən 64 saylı orta məktəbin qarşısına çatdıqda sürücünün hərəkəti xoş gəlmədiyi üçün yenidən sözlə narazılığını bildirib etdiyinin düz olmamasını demiş və onu qorxutmaq istədiyi üçün idman şalvarının sağ yan cibində olan, evdən götürdüyü bıçağı çıxarıb sürücüyə tərəf doğrultmuşdur. Sürücü isə sol əli ilə bıçağın uc hissəsindən tutmuş və sağ əli ilə də baş nahiyəsindən tutaraq boğaraq özünə tərəf çəkmişdir. Bu zaman arxada əyləşən dostları onun bədəninin müxtəlif nahiyələrinə vuraraq söyməyə başlamışlar. Sonradan arxa qapılar açılmış və arxada əyləşənlər avtomobildən düşərək avtomobilin ön qapılarının yanına gəlib sürücünü vurub onu əlindən almağa çalışmışlar. Bu zaman anidən avtomobil hərəkət etməyə başlamış, Əlamət, Hüseyn, Elgün və Vahid arxada qalmışlar, o isə həmin vaxt sol əlindən istifadə edərək avtomobilin dayanması üçün sükanı sol tərəfə döndərməyə başlamış və avtomobil biraz getdikdən sonra dayanmışdır. Dostları arxada qalmış və qaçaraq gəlib avtomobilin yanına çatmışlar. Ardınca yenidən qapılar açılmış, yenidən sürücüyə yumruq və təpiklə zərbələr vuraraq onu oradan çıxarmaq istəmişlər. Sürücü yenidən avtomobili hərəkət etdirmiş, lakin avtomobil maneəyə dəyməsi nəticəsində dayanmışdır. Daha sonra Əlamət və Vahid onu avtomobildən çəkib çıxarmışlar. Yaşadığı küçə tərəfdən Hüseynin də axsayaraq onlara tərəfə gəlməsini görmüş və sonuncuya uzaqlaşmasını deyib qaçaraq oradan uzaqlaşmışlar. Onlar qaçan ərəfədə bacısı Şahid2 onları görüb onu səsləyərək dayanmağını istəmiş, lakin dayanmamış və onlar qaçaraq oradan uzaqlaşmışlar. Bir neçə metr qaçdıqdan sonra bıçağı bilmədiyi istiqamətdə kənara ataraq qaçmağa davam etmiş, lakin haraya atmağını tam xatırlamır Təqsirləndirilən şəxs1 ifadəsində daha sonra göstərmişdir ki, münaqişə zamanı ətrafda 5-6 nəfər şəxs onları müşahidə etmiş, lakin heç kəs yaxınlaşmamışdır. Baş vermiş münaqişə 10-15 dəqiqə ərzində olmuşdur. Münaqişə zamanı taksi sürücüsünün boynundan tutaraq özünə çəkməsi nəticəsində o, üz nahiyəsindən xəsarət almış, lakin əhəmiyyət kəsb etmədiyi üçün tibbi müayinədən keçməkdən imtina etmişdir. Sürücüyə bıçaq doğrultduqda sonuncu sol əli ilə tutması nəticəsində əli kəsilmiş və sonuncuya başqa xəsarət yetirməmişdir. Bıçaq adi qatlanmayan mətbəx bıçağı olmuş, evdən götürmüş və məişət işlərində istifadə etmək üçün üzərində gəzdirmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 dekabr 2022-ci il tarixdə saat 19:45 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qohumları Riad və Hüseyn, həmçinin dostları Elgün və Vahid “Futbol-kafe” adlanan yerdən yaşadığı Kənd Əhmədli qəsəbəsinə gəlmək üçün “Uber” mobil tətbiqi vasitəsi ilə taksi sifariş etmişlər. Bundan sonra “Toyota Prius” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil sifariş əsasında gəlmiş və onlar avtomobilə əyləşmişlər. Arxa sağ sərnişin oturacağında əyləşmiş yanında, yəni qapı tərəfdə Hüseyn, onun sol tərəfində Elgün, ən sol oturacaqda isə Vahid əyləşmişdir. Riad isə qabaq sərnişin oturacağında əyləşmişdir. Babək prospektində hərəkətdə olarkən, Kənd Əhmədliyə çatmağa az qalmış avtomobildə musiqi oxuyan zaman Riad əli ilə musiqinin səsini artırmaq istədikdə sürücü “icazəsiz səsi artırma” demiş və musiqinin səsini azaltmış, lakin sonradan özü musiqinin səsini yüksəltmişdir. Riad isə sürücüyə icazə verməməsinə baxmayaraq özünün musiqinin səsini artırmasına narazılıq etdikdə sürücü Riada “maşın mənimdir özüm bilərəm” bildirmişdir. Ardınca Riad onların da müştəri olmağını və buna görə də ümumiyyətlə musiqini söndürməsini tələb etmiş, sürücü bu sözdən sonra musiqini söndürmüşdür. Saat 20 radələrində 64 nömrəli orta məktəbin yanına çatdıqda, anidən sürücü ilə Riadın arasında əlbəyaxa dava başlamış, bu zaman taksi sürücüsü Riadın başından tutaraq özünə tərəf çəkmiş və boğmağa başlamış, həmin ərəfədə o və Hüseyn avtomobilin arxa sağ qapısından düşmək istəmiş və anidən avtomobil hərəkət etdiyi üçün yerə yıxılmış, qalxaraq avtomobilə tərəf qaçsa da Hüseyn ayağı zədəli olması səbəbindən qaça bilməmiş, qaçıb avtomobilin qabaq sağ qapısının yanına gəlmişdir. Qapını açaraq sürücüyə yumruqla baş və sifətinin sağ nahiyəsinə zərbələr vurmuş, digər iki nəfər, yəni Vahid və Elgün isə sürücü tərəfdən qapını açmışlar. Elgün yumruqla sürücünün qoluna vurmağa başlamış, Vahid isə onun qolunu çəkərək Riaddan uzaqlaşdırmağa çalışmışdır. Anidən sürücü avtomobili hərəkət etdirmiş və yenidən geridə qalmış, avtomobil 20-30 metr getdikdən sonra divara toxunaraq dayanmışdır. Elgün, Vahid və o, avtomobilin arxasınca qaçaraq çatmış, Hüseyn isə ayağı zədəli olması səbəbindən arxada qalmış, onlar avtomobilə çatdıqda yenidən o, ön sağ qapıdan yumruqla 2-3 dəfə sürücünün bədəninin müxtəlif nahiyələrinə və sifətinə zərbə vurmuş, ardınca əlləri ilə avtomobilin dam hissəsindən tutaraq təpiklə sürücünün baş nahiyəsinə zərbə vurmuş, bu zaman Elgün sol tərəfdən sürücünun sol qolundan yumruqla zərbə vurmuşdur ki, sonuncu Riadı buraxsın. Vahid isə ilkin olaraq sürücünün yenidən avtomobili sürməsinin qarşısını almaq istədiyi üçün açarı çıxarmış, lakin buna baxmayaraq avtomobil yenidən 5-10 metr qabağa getmişdir. Onlar yenidən qaçaraq avtomobilə çatdıqda o və Vahid sağ tərəfdən Riadı çəkərək sürücünün əlindən almışlar. Bu zaman Hüseyn də onlara tərəf gəlib çatmış və hamısı Kənd Əhmədli istiqamətində qaçmağa başlamışlar. Sürücü isə avtomobildən düşərək ünvanlarına nalayiq ifadələr işlədərək arxalarınca gəlmək istəmiş, lakin sonradan dayanmışdır. Onlar qaçan ərəfədə Riadın bacısı Hicranə onları görmüş və dayanmalarını istəmiş, lakin onlar buna məhəl qoymayıb oradan uzaqlaşmışlar. O, ifadəsində daha sonra göstərmişdir ki, münaqişə zamanı ətrafda 5-6 nəfər şəxs onları müşahidə etmiş, lakin heç kəs yaxınlaşmamış, sonradan isə Riadın bacısı hadisə baş verən yerə gəlmişdir. Baş vermiş münaqişə 10-15 dəqiqə ərzində olmuşdur. Hadisə zamanı onu vurmamışlar və xəsarət yetirməmişlər. O, yumruqla və təpiklə sürücünün baş nahiyəsinə və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuşdur. Riadın arxasında oturduğu üçün sonuncunun sürücüyə bıçaqla xəsarət yetirməsini görməmiş, lakin sonradan sürücünün Riadın sağ əlində olan bıçağı sol əli ilə tutmasını və nəticədə əlinin yaralanmasını görmüş, onlar uzaqlaşdıqdan sonra isə Riadın bıçağı hara atması barədə məlumatı olmamışdır. Vahid adlı şəxs ilə bir neçə dəfə futbol oynamış və oradan tanımış, sonuncu ilə bağlı başqa hər hansı məlumatı yoxdur. İlkin olaraq yerə yıxılsa da heç bir xəsarət almamış, avtomobildən heç bir əşya götürməmiş, Vahid avtomobili dayandırmaq üçün avtomobilin açarını yerindən çıxarsa da avtomobilin dayanmadığını gördükdən sonra yenidən avtomobilin salonuna atmışdır. Törətdiyi əməldən səmimi peşmandır. Ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 dekabr 2022-ci il tarixdə saat 19:45 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində dostları Riad, Hüseyn, Əlamət və Əhmədli qəsəbəsində yaşayan Vahid adlı tanışı ilə “Futbol-kafe” adlanan yerdən yaşadığı Kənd Əhmədli qəsəbəsinə gəlmək üçün “Uber” mobil tətbiqi vasitəsi ilə taksi sifariş etmişlər. Bundan sonra “Toyota Prius” markalı **- TT-*** dövlət qeydiyyat nişanlı avtomobil sifariş əsasında gəlmiş və onlar avtomobilə əyləşmişlər. Belə ki, o, arxa sol, yanında Vahid, sağ sərnişin oturacağında Hüseyn və Əlamət, Riad isə qabaq oturacaqda əyləşmişdir. Yolda olan zaman sürücü onlarla kinayəli şəkildə danışaraq “bradyaqalar, cavanlar futboldan gəlir” tipli sözlər deyərək onlarla zarafat etməyə başlamış. Ardınca Riad musiqinin səsini artırdıqda sürücü səsi azaltmış və icazəsiz əl vurmamağını bildirmişdir. Sonra isə özü musiqinin səsini artırmış, bunu gördükdə Riad sürücüyə icazə verməyib özü etdiyini soruşduqda sürücü “maşın mənimdir özüm bilərəm” demişdir. Bundan sonra Riad və onlar “biz də müştəriyik” bildirib ardınca 64 nömrəli məktəbin yanında olan zaman sürücü avtomobili saxlayarkən Riadla aralarında söz mübahisəsi düşmüş və anidən onlar əlbəyaxa olmuşlar. Bu zaman Əlamət və Hüseyn arxa sağ qapıdan düşmüşlər və onlar yerə yıxılmışlar. O və Vahid isə Riadı sürücüdən uzaqlaşdırmaq üçün arxa tərəfdən ona müdaxilə edərək qolundan çəkmiş, lakin sonuncu buraxmadığı üçün onun sağ qol nahiyyəsinə bir neçə dəfə yumruqla zərbə vurmuş, ardınca yenidən onları ayırmağa çalışsalarda sonradan əyləşdikləri vəziyyədə bu mümkün olmamış, buna görə də avtomobildən düşüb qabaq tərəfə keçmək istəmişlər. Onlar avtomobildən düşdükdə sürücü qapılar açıq vəziyyətdə 10-15 metr irəli getmiş və sürücü hələ də Riadın başından tutaraq özünə tərəf çəkib buraxmamış, onlar da avtomobilin ardınca qaçaraq çatmış, o və Vahid sürücü tərəfdən olan qapının yanında dayanmış, o, yumruqla sürücünün sağ qoluna zərbələr endirməyə başlamış və qolundan tuaraq çəkmişdir. Vahid isə onu çəkərək uzaqlaşdırmağa çalışmışdır. Əlamət isə digər tərəfdən sürücüyə zərbələr vurmağa davam etmiş, Hüseyn isə ayağı zədəli olduğundan ilkin olaraq avtomobil hərəkətə başladıqda yerə yıxılmış və sonradan sonuncunu görməmişdir. Ardınca avtomobil yenidən irəliyə doğru hərəkət etməyə başlamış və onlar yenidən avtomobilin arxası ilə gedərək Riadı sürücünün əlindən almağa çalışmışlar. Yenidən sol tərəfdə olduqda sürücünün qolundan çəkmiş, Əlamət və Vahid isə sağ tərəfdən Riadı çəkərək avtomobildən çıxarmışlar. Sonra Hüseyn də axsayaraq onlara tərəfə gəlmiş və sonuncuya da uzaqlaşmasını bildirərək özüləri də qaçaraq oradan uzaqlaşmışlar. Bu zaman taksi sürücüsü arxadan onlara nalayiq ifadələr işlədərək ilkin olaraq qaçmağa çalışsa da sonradan dayanmışdır.İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsində daha sonra göstərmişdir ki, münaqişə zamanı ətrafda 5-6 nəfər şəxs onları müşahidə etmiş, lakin heç kəs yaxınlaşmamış, sonradan isə Riadın bacısı hadisə baş verən yerə gəlmişdir. Baş vermiş münaqişə 10-15 dəqiqə ərzində olmuşdur. Həmin hadisə zamanı hər hansı xəsarəti olmamışdır. Yumruqla sürücünün sağ qol nahiyəsinə Riadı buraxması üçün bir neçə zərbə vurmuşdur. Törətdiyi əməldən səmimi peşmandır. Bir daha cinayət törətməyəcəkdir. İlk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, , ünvan 3 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sovxoz-Ramanı qəsəbəsi, yeni tikili, nömrəsiz fərdi yaşayış evində yaşamışdır. Bir ildir ki taksi fəaliyyəti ilə məşğul olmuşdur. 12 dekabr 2022-ci il tarixdə saat 19:45 dəqiqədə idarə etdiyi “Toyota Prius” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Uber” taksi şirkətindən sifariş qəbul etmiş və Bakı şəhəri, Sabunçu rayonu, R.Qəmbərov küçəsindən 5 nəfər sərnişin avtomobilinə əyləşmişdir. Həmin şəxslərin sifarişi Bakı şəhəri, ünvan 5 ünvana qeyd olunmuşdur. Qeyd olunan ünvana tərəf getdikdə yanında ön sərnişin oturacağında əyləşən şəxs maqnitafonun səsini yüksəltmiş, arxada olanlar isə kinayəli şəkildə danışaraq söz atıb nalayiq ifadələr işlətmişlər. Onlara öz narazılığını bildirmiş və yanında əyləşən şəxsə Ümumilli Lider Heydər Əliyevin anım günü olması səbəbi ilə yüksək səslə bucür musiqiyə qulaq asmaq düzgün deyil deyib maqnitafonun səsini azaltmış, ardınca yanında əyləşən şəxs “biz müştəriyik və belə istəyirik” bildirmişdir. Daha sonra isə “belə də ki mən müştəri kimi narahat oluram ona görə də maqnitafonu ümumiyyətlə söndür” demişdir. Münaqişə yaranmaması üçün onun dediyini edərək “baş üstə” ifadələrini işlətmiş və maqnitafonu söndürmüşdür. 64 saylı orta məktəbin qarşısına çatan zaman həmin şəxs dediyini etməyindən sonra dostlarının yanında pərt olmasını düşünərək “yox e mən bunu vurmalıyam” ifadələrini işlətmiş və avtomobildən düşməyini bildirmişdir. O, isə əvəzində həmin şəxsin yaşının az olmasını, avtomobilin onun olmasını, pula ehtiyac olmadığını, problem yaratmadan avtomobildən düşüb getmələrini xahiş etmişdir. Yanında əyləşən şəxs anidən bıçaq çıxarmış və nalayiq ifadə işlədərək bıçağı qarın nahiyyəsinə tərəf vurmaq istəmiş, lakin sonuncu zərbə atan zaman sol əli ilə bıçağın uc hissəsindən tutmuşdur. Bu zaman arxada əyləşən şəxslərdən ikisi avtomobildən düşmək istəmiş və onların arasında mübahisə yaranan zaman avtomobil irəliyə tərəf getdiyindən onlar yerə yıxılmışlar. Digərləri isə arxadan yumruq zərbələri ilə baş, sifət və bədəninin müxtəlif hissələrindən vurmuşlar. Həmin ərəfədə sol əli ilə tutduğu bıçağı buraxmamış və sağ əli ilə yanında əyləşən şəxsin boyunundan tutaraq özünə tərəf çəkmişdir ki, sonuncu hərəkət edib onu vura bilməsin. Bir qədər irəli getdikdən sonra avtomobil dayanmış və onlardan 2 nəfəri avtomobilin sağ ön qapısının yanına gələrək qapını açmış, digər bir nəfər isə sol ön qapının yanına gələrək qapını açmaqla sifət nahiyəsinə və bədəninin müxtəlif hissələrinə zərbələr vurmağa başlamışdır. Sağ tərəfdə dayanan şəxslərdən biri avtomobilin dam hissəsindən tutaraq təpiklə baş nahiyəsinə zərbə vurmuş və solda dayanan bir nəfər də vurmağa davam etmişdir. Artıq vəziyyətinin pisləşməsini görmüş və əllərinin boşalmasını hiss etdiyi üçün avtomobili hərəkət etdirmişdir. Dizi ilə sükanı sola istiqamətləndirmişdir. Əsas yola çıxaraq insanlardan kömək istəməyi fikirləşmiş, həmin vaxt digər şəxslər avtomobilin arxası ilə qaçaraq yüksək səslə ünvanına nalayiq ifadələr işlətmişlər. Avtomobil hərəkətdə olan zaman hələ də yanında əyləşən şəxsi və onun əlində olan bıçağı buraxmamışdır. Həmin şəxs boş olan əlindən istifadə edərək sükanı sol tərəfə hərəkət etdirmişdir ki, avtomobil orada olan işıq dirəyinə dəysin. Artıq avtomobilin işıq dirəyinə dəyəcəyini hiss edib əyləcdən istifadə etmişdir. Bu zaman arxada olan şəxslər da gəlib çatmışlar və yenə qapıları açaraq yumruq zərbələri ilə vurmağa başlamışlar. Həmin vaxt avtomobili arxaya və önə hərəkət etdirmişdir ki, həm küçədən çıxa bilsin, həm də onlar vura bilməsinlər. Avtomobilinin sol tərəfi divara dəymiş, nəticədə açıq olan sol arxa qapı zədələnmişdir. Həmçinin sol tərəfdə olan detallara ziyan dəymişdir. Bununla yanaşı onlardan biri açarı çıxararaq avtomobili işlək vəziyyətdən söndürmək istəmiş, lakin idarə etdiyi avtomobil smart tipli olduğundan açar çıxarılsa belə işlək vəziyyətdə qalmışdır. Anidən sol tərəfdə olan şəxslər avtomobilin digər tərəfinə keçmək istədikdə ön sol qapı örtülmüş və yanında əyləşən şəxsin boynunu tutduğu sağ əli ilə qapıların kilidini bağlamışdır. Həmin ərəfədə isə digər qapılar açıq vəziyyətdə olmuşdur. Sonradan həmin şəxslərdən 2 nəfəri çiyin, qol və baş nahiyəsindən yumruq zərbələri ilə vurmaqla tutub saxladığı şəxsi çəkərək avtomobildən çıxarmışlar. Bu zaman sağ tərəfdən avtomobildən düşərək ilkin olaraq ətrafda olan şəxslərdən qışqıraraq kömək istəmişdir. Həmin şəxslərdən biri onlara tərəfə gəlmiş və digərləri də ona tərəf qaçararaq oradan uzaqlaşmışlar. Onların arxası ilə qaçmaq istəmiş, lakin onlara artıq çata bilməyəcəyini düşünüb dayanmışdır. Bu zaman ona tərəf bir nəfər xanım yaxınlaşaraq qaçan şəxslərdən birinin bacısı olmasını deyərək üzr istəyib taksi ödənişini edəcəyini, polisə məlumat verməməyini demişdir. Həmin vaxt bu barədə DİN-in 102 xidmətinə məlumat vermiş və 4-5 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə yaxınlaşmışlar. Mübahisə və dava dalaş 9-10 dəqiqə davam etmiş, həmin vaxt ətrafda kimlərinsə olmasını görməmiş, lakin avtomobildən düşdükdən sonra səs-küyə toplaşan 7-8 nəfər şəxsin kənardan müşahidə etməsini görmüşdür. Hadisədən 5-6 gün sonra avtomobilini özü fərdi avtomobil ustası yanında təmir etdirmişdir Avtomobilin təmirinə isə 650 manat pul xərcləmişdir. Yanında oturan şəxs vurmaq istəyən zaman əli ilə bıçağı saxlamağı nəticəsində sol əlinə və barmaqlarına xəsarət yetirmişdir. Həmçinin həmin şəxs ilə arasında yaşanan çəkişmə zamanı sağ bud nahiyəsinə bıçaqla xəsarət yetirilmişdir. Digər şəxslər isə bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik ilə zərbələr vurmuşlar. Hal-hazırda təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, dekabr 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı ünvana tərəf gedən zaman ünvan 6n toplaşmasını, qardaşı Riadı, dosltarı Elgün, qohumları Əlamət, Hüseyn və bir nəfər tanımadığı şəxsin qaçaraq uzaqlaşmalarını, bir nəfər şəxsin isə uca səslə onlara tərəf qışqıraraq dayanmalarını, polisə məlumat verəcəyini bildirməsini görmüşdür. Həmin şəxs “Toyota Prius” markalı avtomobilin yanında dayanmış və avtomobilin üzərində taksi işarəsi olmasını gördüyündən ilkin olaraq Riadgilin taksi ilə bağlı ödənişi etmədən uzaqlaşmalarını fikirləşdiyindən yaxınlaşıb uzaqlaşan şəxslərdən birinin qardaşı olmasını deyib ödənişi onunda edə biləcəyini demişdir. Həmin şəxs isə oradan uzaqlaşmamağını deyərək mobil telefonunu götürüb DİN-in 102 xidmətinə məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. 64 saylı məktəbin yanına çatdıqda həmin taksi sürücüsündən başqa orada tanımadığı 5-6 nəfər şəxs olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Şahid1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəfləri dinləyərək qeyd edilən şahidin iştirakı olmadan məhkəmə iclasının keçirilməsi mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və aidiyyatı üzrə göndərilməsi haqqında 07 fevral 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət işi başlanılmış, istintaq aparılması üçün aidiyyatı üzrə göndərilmişdir. (cild 1, i.v. 1); xx.xx.2022- ci il tarixli, NK-1-2473 saylı raportdan görünür ki, taksi fəaliyyəti ilə məşğul olan şəxs zəng edərək 5 nəfər şəxsin onunla münaqişə yaratgması, 1 nəfər şəxsin onu bıçaqla əl nahiyyəsindən bıçaqlamasını barədə məlumat daxil olmuşdur ( cild 1, i.v. 7); Hadisə yerinə baxış keçirilməsi haqqında 13 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-in baş təhqiqatçısı, polis kapitanı X2, Zərərçəkmiş şəxs X3, X1 iştirakı ilə Xətai rayonu, M.Hadi küsçəsi 116 ünvanı, KaTV-nin binasının arxa hissəsi, Xalqlar Dostliğu istiqamətindən Əhmədli metrosu istiqamətinə gələn yolda 1-ci işıqfordan “Karaca” mətbəx ləvazimatları satılan mağazanın yanından kənd Əhmədli istiqamətinə enən yolda ətrafda 16 və 9 mərtəbəli yaşayış binalarının olması müşahidə olunmuş, ətrafda videomüşahidə cihazı və kamera aşkar olunmamışdır. Hadisə yerinə dair fotoşəkillər iş materiallarına əlavə edilmişdir (cild 1 i.v. 8-10); Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi X12 13 dekabr 2022-ci il tarixli 1416 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs sol əlin İİİ, İV və V barmaqlarının, sağ əlin, sağ budun kəsilmiş yaraları, alının sol yarısının, hər iki gözətrafı nahiyəsinin dərialtı hematomaları, sol qulaq seyvanını və sol gicgah nahiyəsinin sıyrıqları müəyyən edildi. Xəsarətlərdən sol əlin İİİ, İV və V barmaqlarının, sağ əlin, sağ budun kəsilmiş yaraları kəsici alətin (bıçağın) təsirindən törənmişdir, alının sol yarısının, hər iki gözətrafı nahiyənin dərialtı hematomaları, sol qulaq seyvanını və sol gicgah nahiyəsinin sıyrıqları isə bərk kat əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022ci il tarixdə kənar şəxslər tərəfindən törənə bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə öz boyu hündürlüyündən yıxılması, eləcə də özü-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur.(cild1, i.v 23-25) Zərərçəkmiş şəxs qismində tanınma haqqında 04 mart 2023-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1 i.v. 38); Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı o, 12 dekabr 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Xətai rayonu, Əhmədli qəsəbəsi, 3-cü Əhmədli küçəsində yerləşən 64 nömrəli tam orta məktəbin qarşısında Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirməsini deyərək hadisə yerini göstərmiş, bu barədə protokol tərtib olunmuş və fotoşəkillər çəkilib protokola protokola əlavə olunmuşdur.(01 cild, 93-95) Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi X10 04 aprel 2023-cü il tarixli 05/1416 saylı əlavə rəyin ekspertizasından görünür ki, Zərərçəkmiş şəxs sol əlin İİİ, İV və V barmaqlarının, sağ əlin, sağ budun kəsilmiş yaraları, alının sol yarısının, hər iki gözətrafı nahiyənin dərialtı hematomaları, sol qulaq seyvanını və sol gicgah nahiyəsinin sıyrıqları müəyyən edildi. Xəsarətlərdən sol əlin İİİ, İV və V barmaqlarının, sağ əlin, sağ budun kəsilmiş yaraları kəsici alətin (bıçağın) təsirindən törənmişdir, alının sol yarısının, hər iki gözətrafı nahiyənin dərialtı hematomaları, sol qulaq seyvanını və sol gicgah nahiyəsinin sıyrıqları isə bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə kənar şəxslər tərəfindən törənə bilərdi, dərəcələrinə görə sol əlin İİİ, İV və V barmaqlarının, sağ əlin, sağ budun kəsilmiş yaraları, alının sol yarısının, hər iki gözətrafı nahiyənin dərialtı hematomaları ümumilikdə və ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir, sol seyvanını və sol gicgah nahiyəsinin sıyrıqları isə sağlamlığa zərərvurmaya aid edilir, sol qulaq seyvanını və sol gicgah nahiyəsinin sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə öz boyu hündürlüyündən yıxılması, eləcə də özü-özünə yetirməsi nəticəsində əmələ gəlməsi inkar olunur.(cild1, i.v 96-98) Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs2 üzünə deyərək bir daha təsdiq etmişdir.(cild 1, i.v 99-101) Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs3 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs2 üzünə deyərək bir daha təsdiq etmişdir.(cild 1, i.v 102-104) Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs2 üzünə deyərək bir daha təsdiq etmişdir.(cild 1, i.v 105-107) Şübhəli şəxsin tutulması haqqında 02 may 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğundan həmin tarixdə, saat 21:30-da tutulmuşdur ( cild 1 i.v. 123); Şübhəli şəxsin tutulması haqqında 02 may 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 221.2.1-ci və 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğundan həmin tarixdə, saat 22:55-də tutulmuşdur ( cild 1i.v. 141); Şübhəli şəxsin tutulması haqqında 02 may 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğundan həmin tarixdə, saat 23:55-də tutulmuşdur (cild 1 i.v. 159); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 04 may 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş ittiham ona elan edilmişdir (cild 1 i.v.175-176); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 04 may 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş ittiham ona elan edilmişdir (cild 1 i.v.187-188); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 04 may 2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş ittiham ona elan edilmişdir (cild 1 i.v.205-206); Bakı şəhəri Xətai rayon prokuroru Sərdar İmanovun xx.xx.2023-cü il tarixli vəsatətin müdafiə edilməsində imtina olunması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina olunmuş və onun dərhal MSY-dən azad olunması qərara alınmışdır.(cild 1, i.v 228-229) Bakı şəhəri Xətai rayon prokuroru Sərdar İmanovun xx.xx.2023-cü il tarixli vəsatətin müdafiə edilməsində imtina olunması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbikrinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imnina olunmuş və onun dərhal MSY-dən azad olunması qərara alınmışdır.(cild 1, 231-232) Bakı şəhəri Xətai rayon prokuroru Sərdar İmanovun xx.xx.2023-cü il tarixli vəsatətin müdafiə edilməsində imtina olunması haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbikrinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiəsindən imtina olunmuş və onun dərhal MSY-dən azad olunması qərara alınmışdır.(cild 1, i.v 234-235) 04 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(cild 1, i.v 236-238) 04 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(cild 1, i.v 241-243) 04 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir(cild 1, i.v 246-248) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci ildə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi məsuliyyətə cəld olunmuş və xx.xx.2021-ci il tarixdə cinayət işi materalları məhkəməyə göndərilmişdir. (cild 2 i.v.4 ) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayhətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müdddətə azadlıqdan məhremetmə cəzasına məhkum olunmuş, CM-nin 70-ci maddəsi tətbiq olunmaqla 06 sınaq müddəti müəyyən olunmaqla cəzası şərti hesab edilmiş, xx.xx.2022-ci iı tarixdə cəza müddəti başa çatmışdır. (cild 2 i.v. 1-2) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu barədə məlumat yoxdur.(cild 2, i.v 3) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-140/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona Azərbaycan Respublikası CM-in 126.2.4-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü madəsinin tələbələrinə əsǝasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunması, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunması və üzərində 2 (iki) il sınaq müddəti müəyyən edilməklə onun şərti məhkum olunması, sınaq müddəti ərzində onun üzərnə nəzarətin həyata keçirilməsi Bakı şəhər Baş probasiya idarəsinə tapşırılması, sınaq müddətində Təqsirləndirilən şəxs1 üzərinə ona özünün peşə fǝaliyyəti və ya məişət ehtiyacları ilə əlaqədar hallar istisna olmaqla ona kəsici, deşici alətləri əldə etməsi, gəzdirməsi, daşıması və üzərində nəzarəti həyata keçirən orqanın icazəsi olmadan yaşayış yerini dəyişdirmək qadağan olunması, ona təyin olunmuş cəzanın başlangıcı hökm icraya yönəldiyi tarixdən hesablanması, Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbiri qismində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 221.3-cüi maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunması və üzərində 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə onun şərti məhkum olunması, sınaq müddətində Təqsirləndirilən şəxs2 Üzərinə özünün həyata keçirdiyi peşə fǝlyyəti və məişət ehtiyacı ilə əlaqədar olan hallar istisna olmaqla hər hansı formada kəsici, deşici aldatələrin əldə etməsi, gəzdirməsi, daşıması və ona üzərində nəzarəti həyata keçirən orqanın icazəsi olmadan yaşayış yerini dəyişdirmək qadağan olunması, ona təyin olunmuş cəzanın başlanğıcı hökm icraya yönəldiyi tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm olunmuşdur. Sübutların qiymətləndirilməsi haqqında 10 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 221.2.1-ci maddəsi ilə elan edilmiş ittihamlar dəyişdirilmədən qüvvəsində saxlanılması, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ifadələri toplanmış sübutların məcmusu ile teqsdiq edildiyindən zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadələri, şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadələri, məhkəmə tibbi ekspertizasının 13 dekabr 2022-ci il tarixli 1416, 04 aprel 2022-ci tarixli 05/1416 saylı rəyi, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması, üzləşdirmə protokolları iş üzrə sübut kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər məhkəməsinin 20 aprel 2023-cü tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinərək 02 il sınaq müddəti müəyyən edilməklə o, şərti məhkum olunduqdan sonra cəzasını çəkib qurtardığı gündən altı il müddət keçmədiyi üçün əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi və Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən əvvəlki cəzası residiv kimi qiymətləndirilməməsi, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər məhkəməsi tərəfindən 02 il sınaq müddəti müəyyən edilməklə o, şərti məhkum edildikdən sonra Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun məsuliyyətini ağırlaşdıran kimi qiymətləndirilməməsi, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər məhkəməsinin 20 aprel 2023-cü tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə teqsirli bilinərək 06 ay sınaq müddəti müəyyən edilməklə o, məhkumluğu ödənişmiş şəxs hesab edilməsi və Azərbaycan Respublikası CM-nin 18.4.4cü maddəsinə əsasən əvvəlki cəzası residiv kimi qiymətləndirilməməsi, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş şəxs hesab edilməsi və Bakı Ağır Cinayətlər məhkəməsi tərəfindən 02 il sınaq müddəti müəyyən edilməklə o, şərti məhkum edildikdən sonra əməlini Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində nəzərdə tutulmuş cinayət törətməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilməməsi, Şahid1 və Vahid adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası CM-nin 170-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi qərara alınmışdır.(cild 2, i.v 24-38) Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ve Təqsirləndirilən şəxs3 cinayət işi üzrə təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş zərər ödənilmşdir. Təqsirləndirilən şəxslərlə barışmışdır, onlara qarşı şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslərin ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 71.4-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. 221.1-ci maddəsinə görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər— min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.2-ci maddəsinə görə eyni əməllər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.3-cü maddəsinə görə Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda — iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayəti törədərkən yetkinlik yaşına çatmamasını(CM59.1.2) zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12), törətdiyi əməldən səmimi peşman olmasını(CM59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-140/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona qəti olaraq 6 (altı) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunması, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunması və üzərində 2 (iki) il sınaq müddəti müəyyən edilməklə onun şərti məhkum olunması, sınaq müddəti ərzində yenidən qəsdən az ağır cinayət törətdiyindən məhkumluğu ödənilməmiş hesab edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12) törətdiyi əməldən səmimi peşman olmasını(CM59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-140/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla üzərində 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə onun şərti məhkum olunması və həmin sınaq müddəti bitdiyindən məhkumluğu ödənilmiş hesab edilməli, lakin göstərilən hal onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM 59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını (CM 59.1.13), törətdiyi əməldən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini(CM59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1, X4 və Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar(olmaması), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş şərti məhkum etmə ləğv olunmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetə cəzası ilə qismən birləşdirilməli həmin məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və ona qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablanmalı,barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilməli və onun haqqında həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclası zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablanmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilməli və həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclası zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılması və qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan təbdiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 8 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli X7 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs3 elektron nəzarət vasitəsi tətbiq edilməli, X5 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, X5 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı “Alyans” Vəkil bürosunun vəkilləri- Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş Müdafiəçi1 80(səksən) saat üçün nəzərdə tutulan 480(dörd yüz səksən) manat pul, Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqlarını müdafiə etmiş Müdafiəçi2 80(səksən) saat üçün nəzərdə tutulan 480(dörd yüz səksən) manat, Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş Müdafiəçi3 80(səksən) saat üçün nəzərdə tutulan 480(dörd yüz səksən) manat ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş şərti məhkum etmə ləğv olunsun. Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş 06(altı) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, bir günə bir gün hesabı ilə hesablanmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin edilmiş 02(iki) il müddətinə azadlıqdan məhrumetə cəzası ilə qismən birləşdirilsin və onun üzərində 06(altı) il 09(doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 06(altı) il 09(doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 06 (altı) il 08(səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilsin, onun haqqında həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taborunun vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli 18 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilsin, onun haqqında həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Ədliyyə Nazirliyi Penitensiar xidmətin Konvoy taborunun vasitəsilə Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04(dörd) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılsın və üzərində 02(iki) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 yaşadığı ünvan 8 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs3 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. “Alyans” Vəkil bürosunun vəkilləri- Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş Müdafiəçi1 80(səksən) saat üçün nəzərdə tutulan 480(dörd yüz səksən) manat pul, Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqlarını müdafiə etmiş Müdafiəçi2 80(səksən) saat üçün nəzərdə tutulan 480(dörd yüz səksən) manat, Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş Müdafiəçi3 80(səksən) saat üçün nəzərdə tutulan 480(dörd yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar