Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-393/2024 13.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, X7 katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-2.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində "başqa yerə getməmək barədə iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qumar oyunları təşkil edib keçirmə, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamaq məqsədilə İşlətdiyi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 64 ünvanında yerləşən "Elit pub" adlı kafeyə gələn müştərilər Şahid5, Şahid8 Sefyalı oğlu, Şahid6, Şahid7, Şahid4, Şahid2, Şahid1 və Şahid3 qumar oynamaq üçün otaq verməklə, qumar oynayan həmin şəxslərə qumar oyunu prosesində qida və içki məhsulları təqdim etməklə, müştərilərin qumar oynadığı müddətdə otağa kənar şəxslərin daxil olmasının qarşısını alıb mühafizə tədbirləri görməklə 11 may 2024-cü il tarixdə saat 02 radələrindən etibarən həmin kafenin otağında qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlamış və qeyd olunan müştərilərin pul vəsaitləri, maddi və sair nemətlər barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və təsadüfdən asılı olan «Poker» qumar oyunu oynamalarını təşkil edib keçirmiş, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 11 may 2024-cü il tarixdə saat 03:36-da həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində kafedə onun razılığı və iştirakı ilə baxış və götürmə İstintaq hərəkəti həyata keçirilərkən Şahid5, Şahid8 Sefyalı oğlu, Şahid6, Şahid7, Şahid4, Şahid2, Şahid1 və Şahid3 qumar oyunu oynamaları müəyyən edilərək otaqda masanın üzərindən qumar oyunlarından əldə edilmiş 692 manat məbləğində pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 01 dəst oyun kartı aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 244- 1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 64 ünvanında yerləşən "Elit pub" adlı kafe qardaşı X2 məxsusdur, faktiki rəhbərliyi isə özü həyata keçirir, 2024-cü ilin may ayının 11də saat təxminən 02 radələrində kafeyə gələn Şahid1, Şahid3, Şahid2, Şahid7, Şahid5, Şahid6, Şahid4 və Şahid8 "Elit çay evi" adlı kafedə qumar oynamalarına şərait yaratmasını istədikdə onlarla razılaşaraq obyektin ən geniş kabinetinə yönləndirmiş, oyunçuların kart vasitəsi ilə qumar oynamaları üçün bir dəst kart alıb masaya qoymuş, bundan əlavə olaraq obyektin içərisində çay dəmləmək, pivə süzmək və xeyli sayda şirniyyat və məzə alaraq həmin obyekti qumar oynamaq üçün tam hazır vəziyyətə gətirmişdir. Bundan sonra həmin şəxslər kart vasitəsi ilə qumar oynamağa başlamışlar, özü ümumi gedişə nəzarət edərək başqa yad adamın qumar oynanılan otağa daxil olmasına imkan verməmiş, bununla da oyunçular rahat və təhlükəsiz şəkildə pul müqabilində kart oynamışdırlar. Həmin şəxslərə qumar oynamağa şərait yaratdığına görə oyunçular ona pul da vermiş, qumar oyunu zamanı hər bir gediş 5 manatdan olmuş, "seka" isə özü tərəfindən toplanılmışdır. 11 may 2024-cü il tarixdə saat 03:36-da polis əməkdaşları qumar oynanılan yerə gələrək onları müəyyən etmiş, polislərin sorğu-sualları zamanı özü qumar oynanılmasını təşkil etdiyini, bundan əlavə qumar oynayan şəxslər də onun təşkil etməsini bildirmişlər, Törətdiyi əməldən səmimi peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Elçin İmamquliyevə məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 64 ünvanında yerləşən "Elit Çay evi" adlı kafeni faktiki olaraq qardaşı Təqsirləndirilən şəxs idarə edir, 2024-cü il may ayının 11-i dostları - Şahid1, Şahid3, Şahid7, Şahid5, Şahid4, Şahid8 və Şahid6 ilə birlikdə "Elit çay evi adlı kafedə toplaşmışlar, qumar oynamaq üçün rahat və təhlükəsiz yer axtardıqları üçün Elnura müraciət edərək kafedə qumar oynamalarına şərait yaradılmasını istəmişlər, qumar oynanılmasına şərait yaradıldığı halda ona pul formasında hörmət ediləcəyini, həmçinin ortada yığılan "seka pulunu da Elnurun götürəcəyini bildirmişdirlər. Təqsirləndirilən şəxs həmin şəxslərin təklifləri ilə razılaşmış, qumar oynanılması üçün bir ədəd kart dəsti almış, geniş otağı qumar oynanılması üçün ayırmış, qumar oynayacaqları otağın pəncərəsinə pərdələr çəkmiş, qumar oynanılarkən çay dəmləməklə, pivə süzməklə qulluq etmişdir. Kartla "poker" adlı qumar oyunları oynamışlar, qumar oyunları zamanı ilkin gediş 5 manat pul olmuş, qumar oyunları zamanı "seka" olduqda seka pulu Təqsirləndirilən şəxs verilmişdir. Bir saatdan artıq qumar oynadıqdan sonra 11 may 2024-cü il tarixdə polis əməkdaşları kafeyə onların qumar oynadıqları yerə gələrək baxış keçirmiş, kart dəsti, qumar oyunlarının oynanılması zamanı istifadə edilən pul vəsaitləri aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7, Şahid1, Şahid5, Şahid8, Şahid3 dediklərini təsdiq etməklə onunla eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v.01); 11 may 2024-cü il tarixli raportdan görünür ki, sosial şəbəkələrdən ünvanlanmış coxsaylı müraicətlərdə Bakı şəhəri, Xətai rayonu,Babək pr 64 ünvanında yerləşən “Elit çay evi” adlı kafedə qumar oyunlarının təşkil edilib keçirildiyi bildirilmişdir. (i.v4) Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Babək pr 64 ünvanında yerləşən “Elit çay evi ” kafesinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazı yoxdur.(i.v 13) baxış keçirilməsi və əşyaların götürülməsi haqqında 11 may 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 03:36-da həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs işlətdiyi Bakı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 64 ünvanında yerləşən "Elit pub adlı kafeyə baxış keçirilən zaman müştərilər Şahid5, Şahid8, X3, Şahid7. Şahid4, Şahid2, Şahid1 ve Şahid3 qumar oyunu oynamaları müəyyən edilmiş və həmin masanın üzərindən qumar oyunlarından əldə edilmiş 692 manat məbləğində pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 01 dəst oyun kartı aşkar edilərək götürülmüşdür. (i.v. 14-16); 11 may 2024-cü il tarixli raportdan görünür ki, ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri.Xətai rayonu, Babək pr 64 ünvanında yerləşən “Elit çay evi” ünvanında qumar oyunlarının keçirilməsi üçün yer təşkil edib saxlaması müəyyən edilmişdir (i.v54) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.2.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. (i.v. 121-133) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.(i.v 122-133) 25 may 2024-cü il tarixli üzıəşdirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs ilə digər şahidlər Şahid5, Şahid8, Şahid6, Şahid7, Şahid4, Şahid2, Şahid1 və Şahid3 arasında üzləşdimə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı şahidlər Təqsirləndirilən şəxs üzünə kafedə qumar oyunu oynamalarına şərait yaratdığını bildirmişlər və Təqsirləndirilən şəxs onların dediklərini tam təsdiq etmişdir. (134-157) 27 may 2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”Publik Hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda göstərilən xəstəxanada müalicədə olmamışdır. (i.v158) Sübutların qiymətləndirilməsi haqqında 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 244-1.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb olunması həmin maddədə nəzərdə tutulan ittihamın ona elan edilməsi və barəsində qətimkan tədbiri seçilməsi, cinayət əməlini törətməsi ilə əlaqədar etirafedici ifadələri iş üzrə digər mötəbər sübutların məcmusu ilə təsdiqini tapdığı üçün CPM-in 126.6-cı maddəsinə əsasən ona qarşı ittiamın əsası kimi qəbul edilməsi, Təqsirləndirilən şəxs, Şahid8 Seyfali oğlu, Şahid3 , Şahid7 və Şahid5 ilə əlavə dindirmə istintaq hərəkəti zamanı çəkilmiş videogörünülər olan 05 ədəd DVD disklər öz xüsusiyyətlərinə və əlamətlərinə , mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilməsi və iş materiallarına tikilməsi, "Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında" 11 may 2024-cü il tarixli protokol istintaq zamanı toplanmış digər sübutlarla təsdiq edildiyindən eləcə də işin faktiki hallarına uyğun gəldiyindən iş üzrə sübut növü kimi qiymətləndirilməsi, baxış keçirilməsi və əşyaların götürülməsi zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd DVD disk öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilməsi və iş materiallarına tikilməsi, baxış zamanı otaqdakı qumar oyunlarından əldə edilmiş 692 manat məbləğində pul vəsaiti, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş 01 dəst oyun kartı öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək 692 pul vəsaiti və 01 dəst oyun kartı Azərbaycan Respublikası DİN- in KMBİ-nin Maddi sübutların saxlanılması kamerasında saxlanması, kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən 11 may 2024- cü il tarixdə Bakı şəhəri Xətai rayonu ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 11 may 2024- cü il tarixli qərarı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi X4 14 may 2024-cü il tarixli qərarı iş üzrə sübut növü kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 244-1.2.1 və 244-1.2.4-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, X1 barəsində Azərbaycan Respublikası CM-nin 244-1.2.1 və 244-1.2.4-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid5, Şahid8, X3, Şahid7, Şahid4, Şahid2, Şahid1 və Şahid3 inzibati məsuliyyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti ərazi polis orqanına göndərilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs ilkin izahat və ifadələri, şahidlərin ifdələri, üzləşdirmə protokolları və cinayət işinin digər materialları sübut növü kimi qiymətləndirilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş prokurora göndərilməsi qərara alınmışdır. (i.v. 159-164). təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 05 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 244-1.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 175-176); 05 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 187) Bakı Şəhər Probasiya İdarəsinin 13 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə məhkum olunduğu 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 09 ay 02 gün hissəsini çəkmiş, 02 il 02 ay 28 gün hissəsi isə çəkilməmiş qalmışdır. Təqsirləndirilən şəxs 11 dekabr 2023-cü il tarixdə qeydiyyata alınmış, cəzanın əvvəli həmin tarixə, sonu isə 11 dekabr 2026-ci il tarixə hesablanmışdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzasnı yüngülləşdirən hal kimi qiymətləndirilir. 61.1.6-ci maddəsinə əsasən cinayətin milli, irqi və ya dini düşmənçilik, dini fanatizm, digər şəxslərin qanuni hərəkətlərinə görə qisas almaq zəminində, tamah məqsədi ilə və ya sair alçaq niyyətlərlə, habelə başqa cinayəti ört-basdır etmək və ya onun törədilməsini asanlaşdırmaq məqsədi ilə törədilməsi cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 244-1.2.1-ci maddəsinə əsasən qumar oyunlarının təşkili və ya keçirilməsi, habelə qumar oyunlarının keçirilməsi üçün yer təşkiletmə və ya saxlama təkrar törədildikdə — on min manatdan on beş min manatadək miqdarda cərimə və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14 və 353.2.8-ci maddələrinin tələblərinə görə cinayət qanununun müvafiq maddələrinin sanksiyasında müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının əlavə cəza kimi tətbiq edilməsi və ya edilməməsi nəzərdə tutulduğu hallarda, məhkəmələr onun təyin edilməsinin zəruri olubolmaması məsələsini müzakirə etməli və hökmdə bu cəzanın təyin edilməsi haqqında qərarın motivlərini göstərməlidirlər. Azərbaycan Respublikası CM-in 61.1.6-cı maddəsinə əsasən cinayətin tamah məqsədilə törədilməsi Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olması(CM59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs 06 noyabr 2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 244-1.2.1-ci maddəsi ilə təqsirli bilinərək üç il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halın olması, yaşayış üzrə müsbət xarakterizə olunmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Şəəhri Xətai Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi hazırki höküm ilə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə qəti olaraq azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsi tədbiq edilməklə əlavə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan 692 manat məbləğində pul dövlət nəfinə müsadirə edilməli, 01 ədəd oyun kartı dəsti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, baxış keçirilməsi zamanı çəkilmiş görüntülər olan 01 ədəd və əlavə dindirmə zamanı çəkilmiş videogörüntülər olan 05 ədəd DVD disklər, ümumilikdə 06 ədəd DVD disklər cinayət işi materillarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52- 1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən)manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə ediləcək əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tədbiq edilməklə həmin məcəllənin 244-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il 06 (altı) ay müddətinə ictimai iaişə fəaliyyəti ilə məşqul olmaq hüququndan məhrum edilməklə ona 02 iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci və 67.5-ci maddələrinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün hissəsi hazırki höküm ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudladşırılması cəzası ilə qismən birləşdirilsin və qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə ictimai iaişə fəaliyyəti ilə məşqul olmaq hüququndan məhrum edilməklə 03 (üç) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. . Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 13 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut- baxış keçirilməsi zamanı çəkilmiş görüntülər olan 01 ədəd və əlavə dindirmə zamanı çəkilmiş videogörüntülər olan 05 ədəd DVD disklər, ümumilikdə 06 ədəd DVD disklər cinayət işi materiallarında saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd oyun kartı dəsti hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 692 manat pul dövlət nəfinə müsadirə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 13 Vəkil Bürosunun vəkili Müdafiəçi 30 (otuz) saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-393/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-393/2024
13.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver