Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-394/2024 05.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci ildə Füzuli rayonu, Kərimbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Füzuli rayonu, Kərimbəyli Ərazi Dairəsi, Kərimbəyli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, naməlum şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda ümumi təmiz çəkisi 0,967 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 30 aprel 2024-cü il tarixdə Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə DİNnin 102 xidmətindən daxil olmuş məlumat əsasında şöbənin əməliyyat qrupunun əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində həmin tarixdə saat 08:10-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq ünvan 3lis Şöbəsinə gətirilib müdafiəçinin iştirakı, videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli şalvarın sağ yan cibindən iki ədəd sarı rəngli kağız bükümdə və bir ədəd qızılı rəngli kağız bükümdə olan ayrı-ayrılıqda təmiz çəkiləri, 0,358 qram, 0,389 qram, 0,220 qram, ümumi təmiz çəkisi 0,967 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, yaşadığı evdə arvadı ilə aralarında mübahisə etdiklərinə görə qonşuları 102 xidmətinə zəng etmişdir. Daha sonra polis əməkdaşları onun yaşadıqları ünvana gələrək onu polis bölməsinə aparmışlar. Polis Bölməsində olan zaman üzərində videoçəkilişlə şəxsi axtarış aparılmış və ona üzərində olan qanunla qadağan edilmiş hər hansı bir əşya varsa etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, özünə məxsus olan 03 ədəd bükümü çıxarıb təqdim etmişdir. Lakin həmin bükümlər onun üzərində olmamış, polis əməkdaşları onu tutub bölməyə apardıqdan sonra evinə daxil olaraq stolun üzərindən həmin maddələri götürmüşlər və bölmədə ona təqdim etmişlər. Həmin bükümlərdən ikisinin içərisində psixotrop maddə metamfetaminin hissəcikləri olmuşdur, belə ki o, həmin maddəni istifadə etdiyindən miqdarları az qalmışdır. Həmin bükümlərdəki metamfetamin ona məxsus olmuşdur, lakin üzərində olmamışdır, evində stolun üzərində olmuşdur. Polis əməkdaşları tərəfindən evdə saxlanılan zaman aralarında dartışma olmuşdur. Həmçinin, müvəqqəti saxlama yerinə aparılan zaman da başını dəmirə vuraraq xəsarət almışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, uzun müddətdir narkotik istifadə edir. Müxtəlif vaxtlarda tanımadığı şəxslərdən narkotik əldə edir. xx.xx.2024-cü il tarixdə onlayn ödəmə yolu ilə Bakı şəhəri, Yasamal rayonunda qəbiristanlıq olan əraziyə gedib tanımadığı şəxs tərəfindən bildirilmiş yerdən şübhə doğurmadan ödədiyi 75 manat pul qarşılığında şəxsi istifadəsi üçün 3 ədəd bükümlərdə adını “patı” kimi bildiyi psixotrop maddə “metamfetamin” almışdır. Həmin narkotiki üzərində gizlədib yaşadığı Xətai rayonunda yerləşən mənzilə gəlmişdir. Məqsədi bədənində ağrı olan zaman həmin narkotikdən istifadə etmək olmuşdur. Narkotik maddə satışı ilə məşğul olmur. xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı evdə olan zaman həyat yoldaşı Lətafət Zeynalova ilə aralarında mübahisə yaranmışdır. Səs-küylə bağlı gecə saatlarında qapıya polis əməkdaşları gəlmişlər. Həmin vaxt narkotik təsiri altında olduğundan qapını açmayıb polislərin getməsini gözləmişdir. Səhər saat 08:10-da bir gün öncədən aldığı narkotikləri üzərində olan göy rəngli şalvarının cibinə qoyub yaşadığı evdən çıxmaq istəmişdir. Qapını açıb evdən çıxdıqda polislər pilləkəndə qarşısına çıxmışlar. Polislər özlərini təqdim etmiş və onu, eyni zamanda, həyat yoldaşı Lətafət Zeynalovanı şikayət olması barədə məlumatlandırıb 34 nömrəli Polis Şöbəsinə dəvət etmişlər. O, əlverişli şərait yaranmadığı üçün şübhə doğurmaq istəməyib polislərlə birlikdə şöbəyə getmişdir. Şöbədə olan zaman narkotik təsiri altında olduğundan polis əməkdaşları zahiri görünüşündən şübhə edib, sakitləşməyini bildirmişlər. Bir qədər özündən çıxıb şöbədə səs-küy salmışdır. Özünə xəsarət yetirəcəyini bildirib başını divara vurub, yerə yıxılıb səs-küy salmağa başlamışdır. Şöbədən qurtulmaq məqsədində olmuşdur. Çünki üzərində narkotik olduğunun bilinməsini istəməmişdir. Lakin, bunu bir faydası olmadığını başa düşüb narkotik istifadəçisi olduğunu və üzərində narkotik olduğunu polis əməkdaşlarına etiraf etmişdir. Şöbədə olan zaman hüquq və vəzifələri izah olunmuşdur. Vəkillə təmin edilməyinə dair ərizə ilə müraciət etmiş və vəkil dəvət edilib təqdim edilmişdir. Təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Şöbədə otaqların birində polis əməkdaşları və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Polis əməkdaşı üzərində qanunla qadağan edilmiş əşya vardırsa təqdim etməyini bildirmişdir. Şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindəki ümumilikdə 3 ədəd olmaqla iki ədəd sarı rəngli kağız kəsiyə bükülmüş və bir ədəd qızılı rəngli kağız kəsiyə bükülmüş halda bükümləri çıxardaraq masanın üzərinə qoymuş və üzərində başqa heç-bir əşya olmadığını bildirmişdir. Sorğu zamanı təqdim etdiyi bükümlərdə adını “patı” kimi bildiyi narkotik olduğunu, həmin narkotiki öz istifadəsi üçün 75 manat pul ödəməklə tanımadığı şəxsdən əldə edib üzərində daşıdığını və narkotik istifadəçisi olduğunu demişdir. Aşkar edilmiş bükümlər zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunaraq, iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, 30 aprel 2024cü il tarixdə saat 03:34-də əməliyyat qrupunda xidmətdə olduğu zaman şöbənin növbətçi hissəsinə 102 xidmətindən ünvan 4 ünvanda 87 nömrəli mənzildən səs-küy gəlməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat qrupunun digər üzvü Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşı Şahid1la birlikdə məlumatda qeyd edilən ünvana getmişlər. Mənzilin qapısını dəfələrlə döysələr də qapını açan olmamış, lakin oranı tərk etməyib gözləməyə davam etmişlər. Həmin tarixdə saat 08:10 radələrində mənzilin qapısı açılmış və bir nəfər şəxs çıxmışdır. Həmin şəxsin narkotik təsiri altında olmasını hiss edib yaxınlaşaraq özlərini təqdim edib, polis şöbəsinə dəvət etmişlər. Şöbədə olan zaman həmin şəxsin 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Təqsirləndirilən şəxs şöbədə olarkən mütəmadi olaraq narkotik istifadə etdiyini, üzərində narkotik olmasını etiraf etmişdir. Bununla bağlı raport tərtib edilmiş və aidiyyatı üzrə təhqiqata təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından Bakı şəhəri Vəkillər kollegiyasının 13 saylı Vəkil Bürosundan müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin iştirakı və videoçəkilişlə X6 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edib, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən iki ədəd sarı rəngli kağız bükümü və bir ədəd qızılı rəngli kağız büküm olmaqla ümumilikdə üç ədəd bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün nə olduğunu, harada, kimdən və nə məqsədlə almasını soruşmuş və Asif həmin bükümlərin içərisində psixotrop maddə olmasını 29 aprel 2024-cü il tarixdə Yasamal rayonunda yerləşən qəbiristanlıq ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 75 manat pul müqabilində alıb üzərində daşıdığını, istifadəçi olduğunu bildirmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 30 aprel 2024-cü il tarixdə, saat 03:34-də əməliyyat qrupunda xidmətdə olduğu zaman şöbənin növbətçi hissəsinə 102 xidmətindən ünvan 4 ünvanda 87 nömrəli mənzildən səs-küy gəlməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat qrupunun digər üzvü Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşı Şahid2la birlikdə məlumatda qeyd edilən ünvana getmişlər. Mənzilin qapısını dəfələrlə döysələr də qapını açan olmamış, lakin oranı tərk etməyib gözləməyə davam etmişlər. Həmin tarixdə saat 08:10 radələrində mənzilin qapısı açılmış və bir nəfər şəxs çıxmışdır. Həmin şəxsin narkotik təsiri altında olmasını hiss edib yaxınlaşaraq özlərini təqdim edib, polis şöbəsinə dəvət etmişlər. Şöbədə olan zaman həmin şəxsin 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Təqsirləndirilən şəxs şöbədə olarkən mütəmadi olaraq narkotik istifadə etdiyini üzərində narkotik olmasını etiraf etmişdir. Bununla bağlı raport tərtib edilmiş və aidiyyatı üzrə təhqiqata təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından Bakı şəhəri Vəkillər kollegiyasının 13 saylı Vəkil Bürosundan müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin, iştirakı və videoçəkilişlə X6 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edib, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən iki ədəd sarı rəngli kağız bükümü və bir ədəd qızılı rəngli kağız büküm olmaqla ümumilikdə üç ədəd bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün nə olduğunu, harada, kimdən və nə məqsədlə almasını soruşmuş və Asif həmin bükümlərin içərisində psixotrop maddə olmasını 29 aprel 2024-cü il tarixdə Yasamal rayonunda yerləşən qəbiristanlıq ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 75 manat pul müqabilində alıb üzərində daşıdığını, istifadəçi olduğunu bildirmişdir. X6 təqdim edilən bükümləri kiçik ölçülü elektron tərəzinin üzərinə qoyaraq çəkisinin 1,46 qram olmasını müəyyən etmişdir. Təhqiqatçı şübhəli şəxs tərəfindən təqdim edilmiş bükümləri zərfə qoyaraq qablaşdırmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata götürülməsi haqqında 01 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata götürülmüşdür (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 30 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 08:10-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 17); şəxsi axtarış və götürmə aparılması haqqında 30 aprel 2024-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmiş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 2 (iki) ədəd sarı rəngli kağız kəsiyinə bükülmüş ağ rəngli və 1 (bir) ədəd qızılı rəngli kağız kəsiyinə bükülmüş ağ rəngli olan kütləni çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs 2 (iki) ədəd sarı rəngli kağız kəsiyinə bükülmüş ağ rəngli və 1 (bir) ədəd qızılı rəngli kağız kəsiyinə bükülmüş ağ rəngli olan kütləni çıxararaq nə olması soruşulduqda, o, özünün “patı” adlandırdığı maddə olmasını bildirmişdir. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkilmiş, 2 (iki) ədəd sarı rəngli kağız kəsiyinə bükülmüş ağ rəngli şəkilli və 1 (bir) ədəd qızılı rəngli kağız kəsiyinə bükülmüş ağ rəngli olan kütlənin çəkisinin 1.46 qram olması məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda o, bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yasamal qəbiristanlığı adlanan yerin yaxınlığında tanımadığı şəxsdən almış və bunun qarşılığında 75 manat pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 152 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (i.v. 28-29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/2378 nömrəli, 01 may 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...(imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki üç ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,358 qr., 0,389 qr., 0,220 qr., ümumi təmiz çəkisi 0,967 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir (i.v. 36-40); şübhəli şəxsin dindirilməsi haqqında 01 may 2024-cü il tarixli protokoldan görünür ki, o, xx.xx.2024-cü il tarixdə onlayn ödəmə yolu ilə Bakı şəhəri, Yasamal rayonunda qəbiristanlıq olan əraziyə gedib tanımadığı şəxs tərəfindən bildirilmiş yerdən şübhə doğurmadan ödədiyi 75 manat pul qarşılığında şəxsi istifadəsi üçün 3 ədəd bükümlərdə adını “patı” kimi bildiyi psixotrop maddə “metamfetamin” aldığını, həmin narkotiki üzərində gizlədib yaşadığı Xətai rayonunda yerləşən mənzilə gəldiyini, xx.xx.2024-cü il tarixdə səhər saat 08:10-da bir gün öncədən aldığı narkotikləri üzərində olan göy rəngli şalvarının cibinə qoyub yaşadığı evdən çıxmaq istədiyini və pilləkənlərdə polis əməkdaşlarının qarşısına çıxdığını, şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindəki ümumilikdə 3 ədəd olmaqla iki ədəd sarı rəngli kağız kəsiyə bükülmüş və bir ədəd qızılı rəngli kağız kəsiyə bükülmüş halda bükümləri çıxardaraq masanın üzərinə qoyduğunu, təqdim etdiyi bükümlərdə adını “patı” kimi bildiyi narkotik olduğunu, həmin narkotiki öz istifadəsi üçün 75 manat pul ödəməklə tanımadığı şəxsdən əldə edib üzərində daşıdığını və narkotik istifadəçisi olduğunu bildirdiyini etiraf etmiş və “oxudum, düzgün yazılıb, əlavəm yoxdur, imzamla təsdiq edirəm” qeyd edərək müdafiəçinin iştirakı ilə imzalamışdır (i.v. 46-48); şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 02 may 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:50-də MSYdən azad edilmişdir (i.v. 49-50); “DVD-R” diskə baxış keçirilməsi haqqında 02 may 2024-cü il tarixli protokoldan görünür ki, diskdə olan həmin görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 30 aprel 2024-cü il tarixli protokola uyğun olmuşdur (i.v. 52-53); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 55-56); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 02 may 2024-cü il tarixli protokoldan görünür ki, o, xx.xx.2024-cü il tarixdə onlayn ödəmə yolu ilə Bakı şəhəri, Yasamal rayonunda qəbiristanlıq olan əraziyə gedib tanımadığı şəxs tərəfindən bildirilmiş yerdən şübhə doğurmadan ödədiyi 75 manat pul qarşılığında şəxsi istifadəsi üçün 3 ədəd bükümlərdə adını “patı” kimi bildiyi psixotrop maddə “metamfetamin” aldığını, həmin narkotiki üzərində gizlədib yaşadığı Xətai rayonunda yerləşən mənzilə gəldiyini, xx.xx.2024-cü il tarixdə səhər saat 08:10-da bir gün öncədən aldığı narkotikləri üzərində olan göy rəngli şalvarının cibinə qoyub yaşadığı evdən çıxmaq istədiyini və pilləkənlərdə polis əməkdaşlarının qarşısına çıxdığını, şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarının sağ yan cibindəki ümumilikdə 3 ədəd olmaqla iki ədəd sarı rəngli kağız kəsiyə bükülmüş və bir ədəd qızılı rəngli kağız kəsiyə bükülmüş halda bükümləri çıxardaraq masanın üzərinə qoyduğunu, təqdim etdiyi bükümlərdə adını “patı” kimi bildiyi narkotik olduğunu, həmin narkotiki öz istifadəsi üçün 75 manat pul ödəməklə tanımadığı şəxsdən əldə edib üzərində daşıdığını və narkotik istifadəçisi olduğunu bildirdiyini etiraf etmiş və “oxudum, düzgün yazılıb, əlavəm yoxdur, imzamla təsdiq edirəm” qeyd edərək müdafiəçinin iştirakı ilə imzalamışdır (i.v. 67-69); vəsatətin müdafiəsindən imtina edilməsi haqqında 02 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir (i.v. 74-75); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 02 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 76-78); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq gəlirindən 20% dövlət nəfinə tutulmaqla 09 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir (i.v. 91-92); 1 saylı Xüsusi Təyinatlı MKTB-nin 122 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 109); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin xx.xx.2024-cü il tarixli, 3925 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 110-111); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində seçilmiş qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0.967 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.867 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v. 112-117); elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X1 vardır; Füzuli rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 29 iyul 2024-cü il tarixli, 245 nömrəli məktubdan görünür ki, xx xxxx 1982-ci il təvəllüdlü məhkum Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 aprel 2019-cu il tarixli, 1(005)- 33/2019 saylı hökmü 04 dekabr 2020-ci il tarixdə təkrarən Füzuli rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan hökm üzrə aylıq qazancından 20 (iyirmi) faiz pul tutulmaqla 9 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, həmin cəzanı çəkməmiş və “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Ona görə də 15 dekabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Füzuli rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatından çıxarılmışdır. Məhkəmə iclasında bir ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 2 (iki) ədəd sarı rəngli kağız kəsiyinə bükülmüş ağ rəngli və 1 (bir) ədəd qızılı rəngli kağız kəsiyinə bükülmüş ağ rəngli olan kütləni çıxararaq təqdim edir. Təqsirləndirilən şəxs 2 (iki) ədəd sarı rəngli kağız kəsiyinə bükülmüş ağ rəngli və 1 (bir) ədəd qızılı rəngli kağız kəsiyinə bükülmüş ağ rəngli olan kütləni çıxararaq nə olması soruşulduqda, o, özünün “patı” adlandırdığı maddə olmasını bildirir. Təqsirləndirilən şəxs həmin narkotik maddəni nə vaxt və haradan alması soruşulduqda o, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Yasamal qəbiristanlığı adlanan yerin yaxınlığında tanımadığı şəxsdən aldığını və bunun qarşılığında 75 manat pul verdiyini bildirir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini qismən etiraf etməsinə və narkotik vasitəni üzərində daşımaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid1 ifadəsində bildirmişdir ki, müdafiəçinin iştirakı və videoçəkilişlə X6 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edib, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən iki ədəd sarı rəngli kağız bükümü və bir ədəd qızılı rəngli kağız büküm olmaqla ümumilikdə üç ədəd bükümləri çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün nə olduğunu, harada, kimdən və nə məqsədlə almasını soruşmuş və Asif həmin bükümlərin içərisində psixotrop maddə olmasını 29 aprel 2024-cü il tarixdə Yasamal rayonunda yerləşən qəbiristanlıq ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 75 manat pul müqabilində alıb üzərində daşıdığını, istifadəçi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunda ifadə verərək, həmin xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Bundan əlavə, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Həmçinin, məhkəmə iclasında verdiyi ifadəsində də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman təqdim etdiyi maddənin özünə məxsus olduğunu etiraf etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0.967 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan və ödənildiyindən Azərbaycan Respublikası CM-nin 18.4.3 və 18.4.4-cü maddələrinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin miqdarı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 30 aprel 2024-cü il tarixdən 02 may 2024cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0.967 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.867 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 81 (səksən bir) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 aprel 2024-cü il tarixdən 02 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0.967 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.867 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-394/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-394/2024
05.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver