Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-395/2021 17.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və onların müdafiəçiləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3 iştirakları ilə, xx.xx.1990-cı ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Ağdam rayonu Saybalı kəndində qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu Məştağa qəsəbəsi Daş karxanası yeni tikilidə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi, xx.xx.1983-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyyatda olan və yaşayan, ********* saylı cinayət işi üzrə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi və xx.xx.1995-ci ildə Lənkəran rayonu Küvənil kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Aşağı Nüvədi kəndində qeydiyyatda olan və yaşayan, barəsində ********* saylı cinayət işi üzrə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını talama məqsədi ilə 12.05.2021-ci il tarixdə saat 04 radələrində ünvan 1 ünvanının qarşısında dayanmış Zərərçəkmiş şəxs məxsus göy rəngli 2007-ci il istehsallı, ** OL *** dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobilin səs boğucu hissəsini (katalizatorsuz) söküb gizli talamaqla ümumilikdə zərərçəkmiş şəxsə 175 manat dəyərində ziyan vuraraq oğurluq etmişlər. Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını talama məqsədi ilə 12.05.2021-ci il tarixdə saat 04 radələrində ünvan 1 ünvanının qarşısında dayanmış Zərərçəkmiş şəxs məxsus göy rəngli 2007-ci il istehsallı, ** OL *** dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobilin səs boğucu hissəsini (katalizatorsuz) söküb gizli talamaqla ümumilikdə zərərçəkmiş şəxsə 175 manat dəyərində ziyan vuraraq oğurluq etmişlər. Təqsirləndirilən şəxs3 tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində özgənin əmlakını talama məqsədi ilə 12.05.2021-ci il tarixdə saat 04 radələrində ünvan 1 ünvanının qarşısında dayanmış Zərərçəkmiş şəxs məxsus göy rəngli 2007-ci il istehsallı, ** OL *** dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobilin səs boğucu hissəsini (katalizatorsuz) söküb gizli talamaqla ümumilikdə zərərçəkmiş şəxsə 175 manat dəyərində ziyan vuraraq oğurluq etmişlər. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə qeyd etdiyi ünvanda yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 1 ilə yaxın müddətdir ki tanıyır, Təqsirləndirilən şəxs3 isə 5-6 ay zaman müddətində tanıyır. 2021-ci ilin may ayının 9-da o, özünə məxsus VAZ 2106 markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qorxmaz və Rəfaili Nizami rayonu Diqlas ticarət mərkəzinin qarşısında götürmüş, avtomobildə olan zaman Qorxmaz və Rəfail ona, “Toyota Prius” markalı avtomobillərin katalizatorunun 1500 manat qiymətində olmağını deyərək onu oğurlayıb satmağı, beləcə bir müddət maddi ehtiyaclarını qarşılayacaqlarını təklif etmişlər. Bir neçə gün sonra 2021-ci ilin may ayının 12-də saat təxminən 04 radələrində Qorxmaz və Rəfail ilə birlikdə ona məxsus VAZ 2106 markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi köhnə “Bakı Kinoteatrı” adlanan yerə gəlmişlər. Rəfail və Qorxmaz oğurluq edən zaman onun özü kənarda dayanaraq ətrafı izləmiş, kimsə gəldiyi təqdirdə xəbər etməyi düşünmüşdür. Beləcə Qorxmaz və Rəfail “Toyota Prius” markalı avtomobilin səs boğucusunu sökərək onun idarə etdiyi VAZ 2106 markalı avtomobilə yükləmiş, o, özü isə sükan arxasına keçib oradan uzaqlaşmışlar. X2 metrostansiyası yaxınlığına gəlib “qluşitel” adlanan qurğuya baxanda içərisində dəyəri 1500 manat olan katalizatorun olmadığını görüb onun dəyərsiz olduğunun fərqinə varıb Akay Servisin yanında yerləşən Əlibaba kafesinin arxa tərəfinə tullayaraq oradan uzaqlaşmışlar. Bir neçə gündən sonra Xətai RPİnin əməkdaşları onu oğurluq etdiyinə görə saxlayaraq 34-cü PŞ-ə gətirmiş və o təqsirini tam olaraq etiraf etmişdir. Daha sonra əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Lənkəran rayonunda qeydiyyatda olsa da, ailəsi ilə birlikdə müvəqqəti olaraq Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi ev 36-da kirayədə yaşayır. Son zamanlar işləmədiyi üçün maddi vəziyyəti pisləşmiş və asan yoldan pul qazanmaq üçün oğurluq etmək qərarına gələrək tanışı Təqsirləndirilən şəxs3 ilə razılaşmışdır. Tanışları Təqsirləndirilən şəxs1 katalizator oğurluğu barədə danışıb onlara nəqliyyat vasitəsi ilə köməklik etməsini təklif edib sonuncu ilə razışdırdıqdan sonra, Elvinin idarə etdiyi VAZ 2106 markalı **-MR- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 12 may 2021-ci il tarixdə təxminən 04 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi köhnə “Bakı Kinoteatrı” adlanan yerə gəlmişlər. Elvinin kənarda dayanaraq ətrafı izlədiyi vaxtda o, Rəfail ilə birlikdə “Toyota Prius” markalı avtomobilin katalizatorunu söküb yerindən çıxarmış və Elvinin idarə etdiyi VAZ 2106 markalı avtomobilin yük yerinə yükləyib oradan uzaqlaşmışlar. Oğurladıqları “qluşitel” adlanan qurğuya Xalqlar Dostluğu metrostansiyası yaxınlığında gəlib baxanda içərisində dəyəri 1500 manat olan katalizatorun olmadığını görüb onun dəyərsiz olduğunun fərqinə varıb oğurladıqları aləti Akay Servisin yanında yerləşən Əlibaba kafesinin arxa tərəfinə tullayaraq oradan uzaqlaşmışlar. Bir neçə gündən sonra o və tanışı Rəfail Nizami rayonu ərazisində törətdikləri oğurluğa görə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı tələb və şikayətin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Lənkəran rayonu, Aşağı Nüvədi kəndində qeydiyyatda olsa da, hazırda anası Quliyeva Elnarə ilə birlikdə müvəqqəti olaraq Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 29, mənzil 8-də kirayədə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 təxminən 5 ilə yaxın müddətdir ki tanıyır, belə ki, 4-5 il əvvəl avtomobilini əzmiş və təmir etdirməsi üçün Qorxmaza vermişdir. Tanışlıqları belə başlamış və həmyerli olduqları üçün aralarında yaxşı münasibət yaranmışdır. Təqsirləndirilən şəxs1 isə təxminən 4-5 aydır ki, tanıyır. Son zamanlar işləmədiyi üçün maddi vəziyəti pis olduğu üçün tanışı X3 markalı avtomobillərin katalizatorunu oğurlamaq təklifi ilə razılaşmışdır. Belə ki, Qorxmazın deməsinə görə belə katalizatorun 1500 manata satmaq mümkündür. Bu təkliflə razılaşdıqdan sonra katalizator oğurlamaq üçün tanışları Təqsirləndirilən şəxs1lə birlikdə onun idarə etdiyi VAZ 2106 markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 12 may 2021-ci il tarixdə təxminən 04 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi köhnə “Bakı Kinoteatrı” adlanan yerə gəlmişlər. Elvinin kənarda dayanaraq ətrafı izlədiyi vaxtda o Qorxmaz ilə birlikdə “Toyota Prius” markalı avtomobilin katalizatorunu söküb yerindən çıxarmış və Elvinin idarə etdiyi VAZ 2106 markalı avtomobilin yük yerinə yükləyib oradan uzaqlaşmışlar. Xalqlar Dostluğu metrostansiyası yaxınlığına gəlib “qluşitel” adlanan qurğuya baxanda içərisində dəyəri 1500 manat olan katalizatorun olmadığını görüb onun dəyərsiz olduğunun fərqinə varıb oğurladıqları aləti Akay Servisin yanında yerləşən Əlibaba kafesinin arxa tərəfinə tullayaraq oradan uzaqlaşmışlar. Bir neçə gündən sonra o Nizami rayonu ərazisində Qorxmazla birlikdə törətdikləri oğurluğa görə Nizami RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Daha sonra əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəlidir, həkim işləyir. 11 may 2021-ci il tarixdə özünə məxsus “Toyota Prius” markalı avtomobil ilə yaşadığı ünvan 2 ünvanının qarşısında saxlayaraq yaşadığı mənzilə getmişdir. 12.05.2021-ci il səhər saatlarında o, işə gedən zaman, avtomobilini işə saldıqda avtomobilin normal işləmədiyini və səs saldığını görüb avtomobilə baxış keçirdikdə, onun naməlum şəxs və ya şəxslər tərəfindən səsboğucu qluşitelinin oğurlandığını görmüşdür. Buna görə də dərhal Xətai RPİ-nin 34-cü PŞ-ə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, ona məxsus avtomobildən oğurluğu Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X1 oğurlamış, həmin şəxslər səs boğucusunu oğurladıqdan sonra “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığına atmışlar. Avtomobilin səs boğucusunun dəyərinin 1500 manat olmasını eşitdiyi üçün ilkin ərizəsində ona ümumilikdə 1500 manat dəyərində ziyan dəydiyini bildirmişdir. Daha sonra dəymiş ziyanın ödənilmədiyini, lakin təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı tələb və şikayətinin olmamasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili Şahid ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadəsinə oxşar olmuşdur. Bununla da cinayət işinin yuxarıda təhlil edilən xüsusatları bir daha öz təsdiqini tapmışdır. İş materiallarında olan 15 may 2021-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Elxan Qəribov tərəfindən Zərərçəkmiş şəxs Tofiq oğluna məxsus “Toyota Prius 20” markalı ** OL *** dövlət qeydiyyat nişanlıavtomobilə aid bir ədəd səs boğucu Zərərçəkmiş şəxs iştirakı ilə Bakı şəhəri Nizami rayonu E.Süleymanov küçəsi 120 saylı binanın həyətindən götürülmüşdür. İş materiallarında olan "xxxx" MMC-dən verilən 17.05.2021-ci il tarixli arayışdan görünür ki, “Toyota Prius” markalı avtomaşına məxsus səs boğucunun bazar satış qiyməti 175 (yüz yetmiş beş) manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 16 iyul 2021-ci il tarixli 9/4817 saylı rəyinə əsasən 01 ədəd 2007-ci il buraxlışlı “Toyota Prius” minik xetçbek markalı avtomobilin səs boğucu hissəsinin (katalizatorsuz) orta istismar intensivliyi parametrlərinə uyğun olaraq olaraq orta bazar qiyməti nəzəri qaydada təxminən 175 manat kimi müəyyən edilmişdir. İş materiallarında olan 20 iyul 2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, bir ədəd laqonda, Zərərçəkmiş şəxs məxsus “Toyota Prius” markalı avtomobilə aid səs boğucu hissəsi cinayət işi üzrə maddi sübut qismində tanınaraq, saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan 16 may 2021-ci il tarixli tutma protokolundan məlum olur ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi 16 may 2021-ci il tarixdə tutulmuşdur.17 may 2021-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs1 həbsdən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 07 iyul 2021-ci il tarixli cinayət işlərinin bir icraata birləşdirilməsi haqqında qərardan məlum olur ki, Nizami rayonu üzrə baş vermiş bir epizod oğurluq faktına görə başlanılmış ********* saylı cinayət işi Xətai rayonu üzrə başlanılmış ********* saylı cinayət işinə birləşdirilmişdir. İş materiallarında olan 17 may 2021-ci il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs2 barəsində ********* saylı cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmişdir. Həbsin əvvəli 15 may 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 20 iyul 2021-ci il tarixli qərardan məlum olur ki, Nizami rayon üzrə baş vermiş bir epizod oğurluq faktına görə başlanılmış ********* saylı cinayət işi Xətai rayonu üzrə başlanılmış ********* saylı cinayət işindən ayrılaraq aidiyyəti üzrə baxılması üçün Nizami rayonuna göndərilmişdir. İş materiallarında olan 06 sentyabr 2021-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırlıq iclasının qərarından məlum olur ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından 06 sentyabr 2021-ci il tarixdə həbsdən azad edilmiş və barəsində ********* saylı cinayət işi üzrə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 17 may 2021-ci il tarixli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs3 barəsində ********* saylı cinayət işi üzrə həbs qətimkan tədbiri seçilmişdir. Həbsin əvvəli 15 may 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan 06 sentyabr 2021-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırlıq iclasının qərarından məlum olur ki, Təqsirləndirilən şəxs3 məhkəmə iclas zalından 06 sentyabr 2021-ci il tarixdə həbsdən azad edilmiş və barəsində ********* saylı cinayət işi üzrə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17.09.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14.07.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14.07.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilməmişdir, lakin təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslərin səmimi etirafları, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən zərərçəkmiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbin olmamasını, ilk məhkumluğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxslə razılıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, eləcə də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Məhkəmə, bu səbəbdən Təqsirləndirilən şəxs1 barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs1 saxlandığı 01 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərərçəkmiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbin olmamasını, ilk məhkumluğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, eləcə də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Məhkəmə, bu səbəbdən Təqsirləndirilən şəxs2 barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 15 may 2021-ci il tarixdən 06 sentyabr 2021-ci il tarixədək həbsdə olduğu müddət Nizami RPİ-də istintaqı davam edən ********* saylı cinayət işi üzrə seçildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırda baxılan ********* saylı cinayət işi üzrə təyin ediləcək cəza müddətinə daxil edilə bilməz. Həmin müddət yalnız Nizami rayonunda istintaqı davam edən ********* saylı cinayət işi üzrə cəza təyin edildiyi zaman nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 cəza təyin edərkən zərərçəkmiş şəxslə barışdığını, ona qarşı şikayət və tələbin olmamasını, ilk məhkumluğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cinayət əməlini etiraf edib səmimi peşman olmasını, zərərçəkmiş şəxslə razılıq əldə etməsini, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, eləcə də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Məhkəmə, bu səbəbdən Təqsirləndirilən şəxs3 barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 15 may 2021-ci il tarixdən 06 sentyabr 2021-ci il tarixədək həbsdə olduğu müddət Nizami RPİ-də istintaqı davam edən ********* saylı cinayət işi üzrə seçildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən hazırda baxılan ********* saylı cinayət işi üzrə təyin ediləcək cəza müddətinə daxil edilə bilməz. Həmin müddət yalnız Nizami rayonunda istintaqı davam edən ********* saylı cinayət işi üzrə cəza təyin edildiyi zaman nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmış bir ədəd “Toyota Prius” markalı avtomobilə aid səs boğucu hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra onun istifadəsinə verilmiş hesab edilməlidir. İş üzrə keçirilmiş ekspertiza ilə əlaqədar məhkəmə xərci 50 manat müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınaraq dövlət büdcəsinə köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 02 (iki) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmış bir ədəd “Toyota Prius” markalı avtomobilə aid səs boğucu hissəsi hökm qanuni qüvvəsini aldıqdan sonra onun istifadəsinə verilmiş hesab edilsin. İş üzrə keçirilmiş ekspertiza ilə əlaqədar məhkəmə xərci 50 (əlli) manat müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınaraq dövlət büdcəsinə köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-395/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-395/2021
17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver