Məhkəmə qərarları › İş №1(011)-395/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-395/2022

18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-395/2022 18.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, nəhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədilə 22 mart 2022-ci il tarixdə təxminən saat 02 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus “Arif” marketin qapısının kilidini əvvəlcədən özü ilə götürdüyü dəmir parçası ilə sındırıb açmaq yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab edilən kassa aparatının siyirməsində olan 300 manat nağd pulu gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin ifadəsi, hadisə hadisəsinin görüntüsü və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Ailələrini dolandırmaq üçün çətinlik çəkmişdir. Ona görə də o, oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 2022-ci ilin mart ayının 22-də təxminən saat 02 radələrində Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsində bir qədər piyada gəzişdikdən sonra Arif marketi görmüş və bağlı olduğuna görə fikirləşmişdir ki, asanlıqla həmin mağazaya daxil olub oradan müəyyən qədər pul oğurlayar. Ona görə dəmir parçası ilə mağazanın qapısını açmış və mağazaya daxil olmuşdur. İçəri daxil olub kassaya tərəf getmiş, kassada 300 manat pul olmuşdur. O, pulları götürüb cibinə qoymuş və oradan çıxıb getmişdir. O, əldə etdiyi 300 manat pulu şəxsi işlərinə xərcləmişdir. Oğurluq etdiyi barədə heç kimə heç nə deməmişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmamasını, ilk dəfə cinayət törətdiyini, himayəsində xəstə anasının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun özünə məxsus Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yerləşən Arif marketi vardır. Həmin marketdə həm geyim əşyaları, həm də ərzaq məhsullarının satışı ilə məşğul olmuşdur. Mağazanı hər gün səhər saat 08 radələrində açaraq işə başlamış və həmin gün axşam saat 24 radələrində başlayaraq yaşadığı ünvana getmişdir. 21 mart 2022-ci il tarixdə həmişəki kimi saat 08 radələrində işlədiyi “Arif” marketi açaraq işə başlamış və həmin gün saat 24 radələrində bağlayaraq yaşadığı ünvana getmişdir. 22 mart 2022-ci il tarixdə saat 08 radələrində işlətdiyi “Arif” marketi açmağa gedən zaman marketin giriş qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra o, kassa hissəsinə yaxınlaşan zaman kassa aparatının qapısının açıq olduğunu və orada olan 300 manat nağd pulun yerində olmadığını, oğurlandığını aşkar etmişdir. DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları ilə birlikdə marketdə olan müşahidə kamerasına baxan zaman bir nəfər cavan oğlanın marketə daxil olaraq kassa aparatında olan 300 manat pulu götürməsini müşahidə etmişlər. Baş vermiş oğurluq hadisəsi ilə bağlı Xətai RPİ-nin 37-ci PŞ-nə ərizə ilə müraciət etmişdir. Həmin hadisə nəticəsində ona 300 manat maddi ziyan dəymişdir. Bir neçə gün sonra ona məlum olmuşdur ki, marketdən oğurluq edən şəxs Təqsirləndirilən şəxsdur. Sonradan Rəşadın valideynləri onun zərərini ödəmişlər. Hazırda onun Rəşada qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Daha sonra təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın tam ödənildiyini, ona qarşı tələb və şikayətinin olmamasını bildirərək bu barədə olan ərizəsini məhkəməyə təqdim etmiş və təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 08 aprel 2022-ci il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən “Arif” marketin müşahidə kamerasından götürülmüş 01 ədəd “DVD” formatlı diskə baxış keçirilmiş, baxış zamanı bir nəfər kişi cinsindən olan şəxsin xx.xx.2022-ci il tarixdə 02:02:32-də Zərərçəkmiş şəxs məxsus “Arif” marketə daxil olması, mağazada kassa hissəsində olan kassa aparatında olan pulları götürməsi, daha sonra marketdə olan “E Manat” aparatını yerə yıxıb açmağa çalışması müşahidə edilmişdir. Baxışda iştirak etmiş Təqsirləndirilən şəxs video görüntüdə olan və “Arif’ marketə daxil olan şəxsin özü olmasını bildirmişdir. İş materiallarında olan 20 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Kazımağa Kərimov küçəsində yerləşən “Arif” marketdə baş vermiş oğurluq hadisəsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, sonuncu istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib necə baş verməsini əyani təsvir etmişdir. İş materiallarında olan 07 aprel 2022-ci il tarixli tutma protokolundan (iş vərəqi 30)məlum olur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi 07 aprel 2022-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Xətai rayon prokuroru Sərdar İmanovun 09 aprel 2022-ci il tarixli qərarından (iş vərəqi 67-68) görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və Xətai RPİ MSY-dən dərhal azad edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi barədə 09 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir. İş materiallarında olan DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı tələb və şikayəti yoxdur, dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, hadisə anının videogörüntüləri və digər iş materialları ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən vurulmuş ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxslə barışmasını, ilk dəfə az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını, zərərin ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Bu səbəbdən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Kazımağa Kərimov küçəsində yerləşən “Arif’ marketdə baş vermiş oğurluq hadisəsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X2 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X1 şübhəli şəxs kimi saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli X1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X1 üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:30-dan 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. X1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. X1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Kazımağa Kərimov küçəsində yerləşən “Arif’ marketdə baş vermiş oğurluq hadisəsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar