Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-396/2021 16.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkum olunmayan, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İbtidai istintaq ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 23 mart 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 03 ədəd bükümdə 1,693 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə 0,032 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla ünvan 3 ünvana daşımışdır, Təqsirləndirilən şəxs qanunsuz əməlləri barədə Xətai Rayon Polis İdarəsininin 35-ci PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı o, 24 mart 2021-ci il tarixdə saat 18:30-da ünvan 3 ünvanın yaxınlığında saxlanılıb ünvan 5 yerləşən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək orada videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda 03 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,033 qram; 0,553 qram; 0,107 qram olmaqla ümumi təmiz çəkisi 1,693 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 0,032 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2013-cü ildə rəsmi nikaha daxil olmuşdur. Nikahdan iki azyaşlı uşağı var. Rəsmi olaraq heç bir yerdə işləmir. Müxtəlif yerlərdə fəhlə kimi işləyib ailəsini dolandırır. Təxminən 2 ildir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələrin aludəçisidir. Əvvəllər məhkum olunmayıb. Narkotik vasitələri çox vaxt tanımadığı şəxslərdən alır. Narkotik vasitələrin satışı ilə məşğul olan bir neçə şəxsləri tanıyır, lakin həmin şəxslərin anket məlumatlarını bilmir. Sonuncu dəfə 23 mart 2021-ci il tarixdə saat 20:30 radələrində Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 75 manata metamfetamin və heroin narkotik vasitələrdən almışdır. Həmin narkotik vasitələr bir neçə bükümdə ona verilmişdir. Bükümlərin dəqiq sayı yadında deyil. Narkotik vasitələri aldıqdan sonra istifadə etmək üçün evə getmişdir. Həmin gün bir neçə bükümdə narkotik vasitələri yaşadığı evdə özü üçün ayırdığı otaqda istifadə etmiş, qalanlarını isə əynindəki qara rəngli cins şalvarının sol yan cibinə qoymuşdur. 24 mart 2021-ci il tarixdə axşam saatlarında evdən çıxaraq məhləyə düşmüşdür. Narkotik vasitələrin evdə qalmasından ehtiyat edib onları yerləşdirdiyi şalvarı geyinib evdən çıxmışdır. Saat 18:30 radələrində ünvan 7 ünvanda piyada şəkildə hərəkət edən zaman mülki geyimdə olan bir neçə şəxs ona yaxınlaşıb özlərini Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları kimi təqdim edərək narkotik vasitələrin dövriyyəsində şübhəli olduğuna görə onu polis bölməsinə dəvət etmişdirlər. Polis bölməsində ona hüquq və vəzifələri izah edilmiş, oraya müdafiəçi dəvət olunmuşdur. Daha sonra üzərinə axtarış keçirilmiş, ona təklif edilmişdir ki, üzərində hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet varsa onları təqdim etsin. O, əynindəki qara rəngli cins şalvarın sol cibində olan 1 ədəd bükümdə metamfetamin və 3 ədəd sellofana bükülmüş narkotik vasitə heroini təqdim etmişdir. Narkotik vasitənin haradan əldə etməyi barədə sual verildikdə o, ifadədə qeyd olunanları bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitələr qablaşdırılaraq möhürlənmişdir. Daha sonra əməlindən peşman olduğunu, himayəsində iki yetkinlik yaşına çatmayan övladlarının olduğunu, ilk dəfə cinayət törətməsini, səmimi etirafını qeyd edərək azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 35-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru rütbəsi daşıyır. xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi ev 56, mənzil 19-da yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əmrə əsasən onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və 35-ci PB-nin əməliyyat müvəkkili Şahid2 qrupun üzvü olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün 24 mart 2021-ci il tarixdə saat 18:30-da ünvan 7 ünvanın yaxınlığında piyada olaraq hərəkət edən zaman saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs 35-ci Polis bölməsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs saxlanılmasının səbəbləri izah olunmuş və şübhəli şəxs qismində ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri barədə ətraflı məlumat verilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, bölməyə müdafiəçi dəvət olunmuşdur. Müdafiəçinin, onun və Şahid2 iştirakı ilə 35-ci PB-nin təhqiqatçısı, polis mayoru Müşfiq Cəbrayılov tərəfindən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın əvvəlində təhqiqatçı özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini elan etmişdir. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını soruşaraq, könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ cibindən “Samsung” markalı mobil telefonu və şalvarın sol cibindən siqaretin şəffaf sellofanında olan 01 ədəd siqaretin qızılı rəngli kağız bükümündə və 03 ədəd şəffaf sellofan bükümlərdə olan maddələri təqdim edərək onları masanın üzərinə qoymuşdur. Təhqiqatçı təqdim olunan maddələrin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs 01 ədəd qızılı rəngli kağızda olan maddənin narkotik vasitə “şüşə”, 03 ədəd şəffaf sellofanlarda olan maddələrin narkotik vasitə heroin olduğunu bildirmişdir. Təhqiqatçı təqdim olunan bükümlərdə olan maddələri zərfə qoyaraq qablaşdırmış və zərfin üzərinə iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsi Şahid1 ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində 01 ədəd “mp4” formatlı video görüntü mövcuddur. Həmin videogörüntünün adı “00091” adı ilə qeyd olunmuşdur. “00091” saylı fayla baxış keçirdikdə, həmin faylın 06 dəqiqə 32 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Daxili İşlər Nazirliyinin Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı, polis mayoru X2 özünü və iştirakçıları təqdim edərək saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirəcəyini elan edir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs özünü təqdim etməsini və anket məlumatları barədə məlumat verməsini təklif edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının bu tələbindən sonra özünü təqdim edərək anket məlumatları barədə məlumat verməyə başlayır. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrinin izah olunduğunu bildirir və bununla bağlı onun hər hansı etirazının olubolmaması barədə maraqlanır. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirir. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı bir qeyriqanuni əşya və ya predmet olub olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ cibindən “Samsung” markalı mobil telefonu və şalvarın sol cibindən siqaretin şəffaf sellofanında olan 01 ədəd siqaretin qızılı rəngli kağız bükümündə və 03 ədəd şəffaf sellofan bükümlərdə olan maddələri təqdim edərək onları masanın üzərinə qoyur. Təhqiqatçı təqdim olunan maddələrin nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs 01 ədəd qızılı rəngli kağızda olan maddənin narkotik vasitə “şüşə”, 03 ədəd şəffaf sellofanlarda olan maddələrin narkotik vasitə heroin olduğunu bildirir. Bundan sonra təhqiqatçı təqdim olunan bükümlərdə olan maddələri zərfə qoyaraq qablaşdırır və zərfin üzərinə iştirakçılar tərəfindən imzalanır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 25 mart 2021-ci il tarixli 6/1172 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 154” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan zərfdəki 03 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,033 qram; 0,553 qram; 0,107 qram olmaqla ümumi təmiz çəkiləri 1,693 qram olan qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 03 ədəd bükümdəki heroinlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, 01 ədəd bükümdə təmiz çəkisi 0,032 qram olan ağ rəngli kristallşəkilli kütlə kustar üsulla hazırlanmış pixotrop maddə metamfetamindir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 28 iyul 2021-ci il tarixli 2508 saylı rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müəlicənin əks təsiri yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 06 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqatdan sonra qalıq qalan təmiz çəkisi 1,603 qram olan narkotik vasitə heroin və 0,012 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut qismində tanınaraq saxlanılması üçün Xətai RPİ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 24 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 26.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Xətai RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə 24 iyul 2021-ci il tarixdə axtarış qərarına əsasən tutulmuşdur. İş materiallarında olan 26.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Xətai RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 09.04.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Xəlilov X1 Sahilə Bərşad qızı ilə 2013-cü il tarixdə nikah bağlamış və həmin nikahdan 2012-ci il təvəllüdlü X6 və 2014-cü il təvəllüdlü X7 adlı iki uşağı var. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin məhkəmə iclasında və istintaqda verdikləri ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Lakin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,032 qram olan ağ rəngli kristallşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin çəkisi şəxsi istehlak miqdarından, yəni 0.15 qramdan az olduğundan və tərkib yaratmadığından həmin bənd ittihamdan çıxardılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən. Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə, Təqsirləndirilən şəxs oğluna cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, səmimi etirafını, ilk məhkumluğunu, himayəsində 2 uşağının olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müsbət xasiyyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halların mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə olınmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 04 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin maddi sübutlar anbarına verilmiş tədqiqatdan sonra qalıq qalan təmiz çəkisi 1,603 qram olan narkotik vasitə heroin və 0,012 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı zaman narkotik vasitənin üzərindən aşkar edilərək götürülməsini əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – 109.90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs oğlundan alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan 01 ədəd bükümdə təmiz çəkisi 0,032 qram olan ağ rəngli kristall şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin ilə bağlı bənd çıxardılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 04 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 08 (səkkiz) gün çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi 1,603 qram olan narkotik vasitə heroin və 0,012 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman çəkilişi əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 109.90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-396/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-396/2021
16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver