Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-396/2025 23.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs, müdafiəçi –Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxx 1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o,istintaqa məlum olmayan vaxtda, naməlum şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,559 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlayaraq daşımış, onun narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumata əsasən Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 08 may 2025-ci il tarixdə saat 12:31-də ünvan 3 ünvanın yaxınlığında saxlanılıb videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli eins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,559 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, narkotik vasitələr və psixotrop maddələrdən istifadə edir, lakin üzərində olmamışdır. Həmin gün “Biləcəri” hoteldən gəlmişdir, cibində hotelin çeki də var. Metro ilə gəlmiş, lombarda girmişdir. Müdir olmamış, sonra təkrar gəlmiş, üzüyü vermişdir. Elə orada onu tutmuşlar. Öz qızılı olduğunu desə də, saxta qızıl olduğunu demişlər. Sonradan portaldan baxıb görmüşlər ki, narkotiklə məhkumluqları olub, onu aldatmışlar. Heç nəyə imza etməmişdir. Çəkilişdə həmin şəxslərin adlarını çəkir. Təzə tutulmuş olsa idi, necə adlarını bilə bilərdi. Onu döyməmişlər, lakin həbs üçün gətirəndə təzyiq etmişlər. Göstərilənlərə əsasən barəsində bəraətverici hökm çıxarılmasını xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PB-nin sahə inspektoru Şahid2 ifadəsində bildirmişdir ki, 08 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində daşıması, hazırda Bakı şəhəri, Xətai rayonu ərazisində olacağı barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat tədbiri keçirilməsi üçün rəhbərlik tərəfindən müvafiq əmr imzalanmış və 3 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. 08 may 2025ci il tarixdə saat 12:31 radələrində Təqsirləndirilən şəxs qanunsuz əməlini ifşa etmək üçün Xətai rayonu, M.Rüstəmov küçəsinə gedib əməliyyat mövqeyi seçmişlər. Təqsirləndirilən şəxs həmin küçədə 153 saylı ünvanın qarşısında piyada hərəkətdə olmasını görüb saxlamışlar. Xidməti vəsiqələri göstərərək özlərini təqdim elmiş və narkotik vasitə daşımaqda şübhəli olduğunu deyib üzərində qanunsuz hər hansı bir əşya vardırsa təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs üzərinə saxlanıldığı ünvanda videoçəkiliş aparmaqla şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik olmasını etiraf elmiş və əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə metamfetamin adlanan psixotrop maddə olmasını, həmin psixotrop maddəni öz istifadəsi üçün üzərində daşıdığını, yaşadığı ünvanın yaxınlığında küçədən tapdığını, özünün narkotik istifadəçisi olmasını, əvvəllər qanunsuz olaraq narkotik vasitə daşımaqda ittiham edilərək məhkum edildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 08 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində daşıması, hazırda Bakı şəhəri, Xətai rayonu ərazisində olacağı barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat tədbiri keçirilməsi üçün rəhbərlik tərəfindən müvafiq əmr imzalanmış və 3 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. 08 may 2025ci il tarixdə saat 12:31 radələrində Təqsirləndirilən şəxs qanunsuz əməlini ifşa etmək üçün Xətai rayonu, M.Rüstəmov küçəsinə gedib əməliyyat mövqeyi seçmişlər. Təqsirləndirilən şəxs həmin küçədə 153 saylı ünvanın qarşısında piyada hərəkətdə olmasını görüb saxlamışlar. Xidməti vəsiqələri göstərərək özlərini təqdim etmiş və narkotik vasitə daşımaqda şübhəli olduğunu deyib üzərində qanunsuz hər hansı bir əşya vardırsa təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs üzərinə saxlanıldığı ünvanda videoçəkiliş aparmaqla şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs- üzərində narkotik olmasını etiraf etmiş və əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə metamfetamin adlanan psixotrop maddə olmasını, həmin psixotrop maddəni öz istifadəsi üçün üzərində daşıdığını, yaşadığı ünvanın yaxınlığında küçədən tapdığını, özünün narkotik istifadəçisi olmasını, əvvəllər qanunsuz olaraq narkotik vasitə daşımaqda ittiham edilərək məhkum edildiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki paltarlarının ciblərini yoxlamış, 24 manat milli pullar, bir ədəd açar, bir ədəd “Nokia" markalı içərisində ***-***-**-** saylı nömrə olan mobil telefon, siqaretlər, bir ədəd şəxsiyyət vsəiqəsi, plastik bank kartı və bir ədəd Bakı kartı aşkar etmişdir. Təqsirləndirilən şəxs təqdim eldiyi bükümü açıb içərisindəki kristalşəkilli kütləni aşkar etmiş və elektron tərəzi vasitəsi ilə çəkisinin 2 qram olmasını müəyyən edib, zərfə qoyaraq qablaşdırıb üzərini möhürləmişdir. Bundan sonra 34-cü polis şöbəsinə gəlmiş və təhqiqatçı tərəfindən çəkilişə baxıldıqdan sonra aşkar edilmiş büküm tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndərilmişdir. Məhkəmənin təşəbbüsü ilə dəvət edilmiş şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 34-cü PB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirmişdir ki, 08 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi və üzərində daşıması, hazırda Bakı şəhəri, Xətai rayonu ərazisində olacağı barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanılmış və üzərinə saxlanıldığı ünvanda videoçəkiliş aparmaqla şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik olmasını etiraf etmiş və əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə metamfetamin adlanan psixotrop maddə olmasını, həmin psixotrop maddəni öz istifadəsi üçün üzərində daşıdığını, yaşadığı ünvanın yaxınlığında küçədən tapdığını, özünün narkotik istifadəçisi olmasını, əvvəllər qanunsuz olaraq narkotik vasitə daşımaqda ittiham edilərək məhkum edildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 09 may 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir; (i.v.1) - 08 may 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 may 2025-ci il tarixdə saat 12:31-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v.27) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 may 2025-ci il tarixli, 6/1738 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №152" dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs.. (imza)" yazısı və imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1, 559 qram olan ağ rəngli maddə kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Metamfetaminin təmiz çəkisi – 1,559 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 1,509 qram (i.v.40-42) - 10 may 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Nokia” markalı mobil telefona baxış zamanı telefondakı sms mətnlərində, foto qalereyasında iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Fotoşəkil protokola əlavə edilmişdir; (i.v.49-50) - 10 may 2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və iş materiallarında olan 02 ədəd DVD-R formatlı diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, birinci diskin içərisində 01 ədəd "mp4" formatlı video görüntü mövcuddur. Belə ki, birinci videogörüntünün birinci saniyəsindən etibarən 08 may 2025-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və həmin şöbənin sahə inspektoru Şahid2, əməliyyat müvəkkili Şahid3 videoçəkiliş aparması ilə özlərini təqdim edərək həmin gün saat 12:31-də Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 153 ünvanın qarşısında narkotiklərin qanunsuz dövriyyəsində şubhəli bilinərək saxlanılan şəxs Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmadı ilə bağlı üzərinə şəxsi axtarış keçirdiyini elan edir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa təqdim etməsi təklif edilir. Bu təklifindən sonra X1 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə metamfetamin adlanan psixotrop maddə olmasını, həmin psixotrop maddəni öz istifadəsi üçün üzərində daşıdığını, yaşadığı ünvanın yaxınlığında küçədən tapdığını, özünün narkotik istifadəçisi olmasını, əvvəllər qanunsuz olaraq narkotik vasitə daşımaqla ittiham edilərək məhkum edildiyini, polis tərəfindən saxlanılan zaman heç bir təziqə məruz qalmadığını, eyni zamanda heç bir xəsarətinin olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki paltarlarının cibləri yoxlanılır 24 manat milli pullar və bir ədəd açar, bir ədəd "Nokia" markalı içərisində ***-***-**-** saylı mobil nömrə olmasını bildirdiyi mobil telefon, siqaretlər, bir ədəd şəxsiyyət vsəiqəsi, plastik bank kartı və bir ədəd Bakı kartı aşkar edilir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılaraq içərisindəki kütlə aşkar edilir və elektron tərəzi vasitəsi ilə ölçülərək çəkisinin 2 qram olması müəyyən edildikdən sonra zərfə qoyularaq qablaşdırılıb üzəri möhurlənir. İkinci diskdəki videogörüntünün birinci saniyəsindən etibarən 08 may 2025-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və həmin şöbənin sahə inspektoru Şahid2. əməliyyat müvəkkili Şahid3 bir neçə dəqiqə əvvəl keçırılmış əməliyyat tərbiri zamanı saat 12:31-də Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi 153 ünvanın qarşısında narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan şəxs Təqsirləndirilən şəxs aşkar edilərək qablaşdırılmış bükümün olduğu zərli və əməliyyat çəkilişini Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı polis mayoru Telman Camalova təqdim edirlər. Təhiqatçı tərəfindən təqdim edilmiş bükümə eyni zamanda əməliyyat çəkilişinə baxış keçirildikdən sonra bükümdəki kütlə tərkibinin və çəkisinin müəyyən edilməsi məqsədi ilə ekspetizaya göndərilir; (i.v.51-52) - 10 may 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur; (i.v.56-57) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 may 2025-ci il tarixli, 4(011)-244/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilmişdir. Həbsetmənin əvvəli 08 may 2025-ci il tarixdən hesablanmışdır; (i.v.81-84) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs: Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2004-cü ildə Nərimanov rayon məhkəməsinin qərarı ilə AR CM-nin 76-cı maddəsinə əsasən 5 ay 23 gün müddətə vaxtından əvvəl şərti azad edilmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsininxx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2009-cu ildə Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən cəzası 1 il azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. xx.xx.2009-cu ildə AR MM-nin xx.xx.2009-cu il AR Amnistiya qərarının 1.1-ci bəndinə əsasən 4 ay 25 gün azad edilmişdir. Moskva şəhəri Beskudnikovsk rayonu 343№-li sahə məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə RF 30 m, 1-ci hissə, 158 m, 1-ci hissə əsasən 5000 rubl cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü il tarixdən həbsdə olduğu müddət nəzərə alınaraq cəzasının sonu ilə azad olunmuşdur. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixlihökmü iləAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Çelyabinsk şəhəri Kurçatov rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə RF 186 M 1 H 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 23 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 07 ay 21 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci ildə Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. xx.xx.2021-ci ildə Gəncə Apellyasiya Məhkəməsinin hökmü ilə xx.xx.2021ci il tarixli hökm ləğv edilib və CM-nin 234.4.2, 66.5 və 69.3-c maddəsinə əsasən üzərində 06 il 02 ay 22 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü ildə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. xx.xx.2023-cü ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə 01 ay vaxtından əvvəl şərti azad olunmuşdur; (i.v.94-97) - Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 may 2021-ci il tarixli, 1(100)-31/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 17 dekabr 2019-cu il tarixdən 19 dekabr 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində (2) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs üzərində saxlanılmış 1 (bir) il 8 (səkkiz) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrum etmə növündə cəzanı hazırki hökm üzrə təyin edilmiş (2) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 15 yanvar 2020-cu il tarixdən hazırki iş üzrə hökm çıxarılan günə, yəni “24” may 2021-ci ilədək çəkdiyi cəza ona təyin edilmiş qəti cəzadan çıxılmaqla üzərində 3 (üç) il 7 (yeddi) ay (21) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 24 may 2021-ci il tarixdən hesablanmışdır; (i.v.99-113) - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-1107/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 1 (bir) ay müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir; (i.v.115-119) - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubundan və əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmü telefonun ***-***-**-** saylı mobil nömrəsinin anten məlumatlarında hadisə günü yəni 08 may 2025-ci il tarixdə Bakı şəhəri Xətai rayonu, M.Rüstəmov küçəsi ilə qonşu olan Qaçaq Nəbi küçəsində 34-cü polis şöbəsinin inzibati ərazisində olması öz təsdiqini tapmışdır; (i.v.131-132) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X3 xx.xx.2025-ci il tarixli 4335 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN VƏ kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Gəncə şəhər ND-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. (i.v.142-143) - 21 iyul 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234-cu maddəsinin qeydinin 1-ci bəndi tətbiq edilməsi, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş hesab edilməsi və əməlində cinayətlərin residivinin olması nəzərə alınması, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən (cinayətlərin residivin Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halın müəyyən edilməsi nəzərə alınması, video görüntülərin köçürüldüyü 02 ədəd DVD disk maddi sübut kimi tanınsın və cinayət işi materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 1.559 qram metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması, həmin metamfetaminin 1,509 qram qalığı saxlanılması üçun Xətai RPİ nin Növbətçi Hissəsinə təhvil verilsin və ekspert rəyində qeyd edilən miqdar əsas götürülməsi qərara alınmışdır; (i.v.144-149) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma— bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmişmüvafiq siyahıya əsasən təmiz çəkisi 1,559 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. İş üzrə cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi məhkəmə tərəfindən onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, 83.3.2-1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə,83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdəonların məhkumluqları ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən, amnistiya aktının özündə məhkumluğun götürülməsi birbaşa nəzərdə tutulduğu hallar istisna olmaqla, qalan hallarda cəzadan (cəzanın çəkilməsindən) azad edilmiş şəxs məhkum olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 08 may 2025-ci il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halların olmasını, şəxsiyyətini səciyyələndirən digər halları nəzərə, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur.İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 08 may 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və xx.xx.2024-cü il tarixdən Gəncə şəhər ND-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1,509 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 08 may 2025-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs digər cinayət işi üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,509 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan – iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi AzərbaycanRespublikasıdövlətbüdcəsivəsaitihesabına 330 (üç yüz otuz) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-396/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-396/2025
23.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver