Məhkəmə qərarları › İş №1(011)-397/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-397/2021

17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-397/2021 17.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İbtidai istintaq ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd bükümdə təmiz çəkisi 1,101 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlayaraq daşımış, özünü şübhəli apardığı üçün Təqsirləndirilən şəxs Xətai RPİnin PPXB-nin əməkdaşları tərəfindən 28 may 2021-ci il tarixdə saat 04:00 radələrində Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsində saxlanılıb ünvan 2 ünvanda yerləşən Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilərək video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman, əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən üzərində sarı fonda qırmızı hərflərlə “ZEBRA” və “SAFETY MATCHES” sözləri yazılan kibrit qutusunun içərisində təmiz, çəkisi 1.101 qram olan 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyi və işin tədqiq olunmuş digər halları ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir ildir narkotik vasitə hesab edilən heroindən istifadə edir. 28 may 2021ci il tarixdə gecə saatlarında çörək almaq məqsədi ilə yaşadığı evi tərk edərək küçəyə çıxmışdır. O, yaşadığı evdən bir qədər aralaşdıqda iki nəfər polis əməkdaşları ilə rastlaşmışdır. Gecə saatları olduğundan və küçədə demək olar ki, ondan başqa heç kimin olmadığından polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu sorğu-sual etməyə başlamışlar. Bundan sonra polis əməkdaşları onun narkotik vasitə istifadəçisi olduğundan şübhə edərək onu şübhəli şəxs qismində 37-ci Polis Şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının təklifi əsasında və onların müşayiəti ilə qeyd olunan şöbəyə getmişdir. Polis şöbəsinə gətirildikdən sonra həmin şöbənin xidməti otaqlarından birinə keçmişlər və burada onun hüquqlarını müdafiə etmək üçün şöbəyə vəkil dəvət olunmuşdur. Hüquqlarını müdafiə etmək üçün dəvət olunmuş vəkil şöbəyə gəldikdən sonra polis əməkdaşlarından biri ona video çəkiliş ilə üzərində şəxsi axtarış aparacaqlarını bildirmişdir. Bundan sonra ona üzərindəki əşyaları çıxarıb stolun üstünə qoyması təklif ediləndə, o, əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən içərisində 01 ədəd şəffaf sellofan bükümü olan kibrit qutusunu masanın üzərinə qoymuşdur. Həmin vaxt kibrit qutusunun içərisindəki bükümün içərisində nə olduğu soruşulanda, o, səmimi olaraq həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan əlavə olaraq həmin heroini təxminən 10 gün öncə yaşadığı evin yaxınlığında olan məişət tullantıları qablarının yanından tapdığını bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitələr qablaşdırılaraq möhürlənmişdir. Daha sonra əməlindən peşman olduğunu, ilk məhkumluğunu və səmimi etirafını qeyd edərək ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Xətai RPİ-nin Post Patrul Xidməti Bölüyününü polis nəfəri vəzifəsində işləmişdir. Təyin olunmuş marşrut üzrə 28 may 2021-ci il tarixdə Xətai RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Rəşid Rəşidzadə ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Mingəçevir küçəsində xidmət aparırmışlar. Həmin gün saat 04:00 radəiərində qeyd olunan ünvanda xidmət aparan zaman bir nəfər şəxsin küçədə özünü şübhəli apardığı üçün həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Həmin şəxs özünü 1991-ci il təvəllüdlü, ünvan 5 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi özünü təqdim etmişdir. Narkotik vasitənin təsiri altında olmasını görüb Əhmədzadəni Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. X2 təhvil vermişlər, Kamran Muxtarov, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunun içərisində olan 01 ədəd şəffaf sellofan bükümünü çıxarıb masanın üzərinə qoymuşdur, Təqsirləndirilən şəxs 01 ədəd bükümlərin içərisində nə olduğunu soruşduqda Elvin həmin 01 ədəd şəffaf sellofan bükümünün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 10 gün əvvəl yaşadığı evin yaxınlığında olan məişət tullantıları qablarının yanında yerdən tapdığını bildirmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid X1 ifadəsi elan edilərək tədqiq edilmişdir, onun ifadəsi Şahid2 ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində 01 ədəd “mp4” formatlı video görüntü mövcuddur. Həmin videogörüntünün adı “İMG_0948” adı ilə qeyd olunmuşdur. “İMG_0948” saylı fayla baxış keçirdikdə, həmin faylın 08 dəqiqə 39 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki, Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoyur. Daha sonra təhqiqatçı Kamran Muxtarov həmin qutuda nə olmasını soruşduqda, Təqsirləndirilən şəxs həmin kibrit qutusunun içərisindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş içərisində qəhvəyi rəngli maddə olan bükümü çıxarıb masanın üzərinə qoyur. Ondan bükümdə nə olması soruşulduqda, Təqsirləndirilən şəxs “kokos” adlandırdığı narkotik vasitə olan heroin olduğunu bildirir. Həmin narkotik vasitəyə bənzər maddənin çəkisini müəyyən etmək üçün şöbənin təhqiqatçısı, polis kapitanı Kamran Muxtarov həmin maddəni elektron tərəziyə qoyur və bükümdə olan “kokos” adlandırdığı heroinə bənzər maddənin miqdarının kağızla birlikdə 1.29 qram olması müəyyən edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd içərisində narkotik vasitəyə bənzər maddə olan bükülü görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 153 saylı möhürü ilə möhürlənir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 28 may 2021-ci il tarixli 6/2123 saylı rəyindən məlum olur ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 153” möhür əksi, “ Vət. Təqsirləndirilən şəxs üzərindən” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə, təmiz çəkisi 1,101 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 0,05 qram tədqiqat zamanı istifadə edilmiş, qalıq 1,051 qram qalmışdır. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 29 may 2021-ci il tarixli 1635 saylı rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müəlicənin əks təsiri yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 05 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1,101 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 1,051 qram çəkidə narkotik vasitə olan heroin maddə saxlanılması üçün Xətai RPİ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 may 2021-ci il tarixdə saat 04:50-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 29.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Xətai RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08.06.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xətai rayon İcra Hakimiyyəti 66 saylı Mənzil Kommunal İstismar Sahəsinin 18.06.2021-ci il tarixli verdiyi xasiyyətnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs ünvan 6 ünvanda qeydiyyatdadır, onun barəsində şikayət daxil olmamışdır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, yəni satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun özünün səmimi etirafı, şahidlərin məhkəmə iclasında və istintaqda verdikləri ifadələri, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, ilk məhkumluğnu, səmimi etirafını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsi, şəxsiyyəti, özünə tənqidi yanaşması, doğurdan da əməlindən peşman olması, əməlində yüngülləşdirici halların mövcud olması, ağırlaşdırılan halların olmaması kimi hallar məhkəmənin diqqətini cəlb etmişdir. Məhkəmə hesab edir ki, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri həmçinin yuxarıda sadalanan bütün hallar nəzərə olınmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Beləliklə, cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin onun ərazi narkoloji dispanserdə qeydiyyatda alınmasını məqsədəmüvafiq sayır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və saxlanılması üçün Xətai Rayon Polis İdarəsinin maddi sübutlar anbarına verilmiş tədqiqatdan sonra qalıq qalan 1,051 qram çəkidə narkotik vasitə olan “heroin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs şəxsi axtarışı zaman narkotik vasitənin üzərindən aşkar edilərək götürülməsini əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – 109.90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxsüzərinə Bakı şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,051 qram olan narkotik maddə olan “heroin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman çəkilişi əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci 109.90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar