Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-397/2024 25.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Şahid3 məxsus olan, etibarnamə əsasında “B1, B” kateqoriyalı “BA038058” nömrəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai Elantra minik” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobili 02 dekabr 2023-cü il tarixdə, saat 12:30-da Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi ilə N.Rəfiyev küçəsi istiqamətində 20 km/saat sürətlə idarə edərkən R.Bağırov küçəsi 32 saylı ünvanın yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda o, həmin qaydanın tələblərini pozub avtomobilin sağ yan güzgüsü ilə piyada Zərərçəkmiş şəxs kürək nahiyəsindən vurması nəticəsində sonuncu avtomobilə tərəf çevrilmiş və avtomobilin sağ arxa təkəri ilə sağ ayağının pəncəsi üzərindən keçib ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs sağ navikulyar sümük korpus laterialında lateral cuneiform korpus lateralında, cuboid korpus anteriorunda, İİİ metotarsal sümük proskimal oynaq başında yerdəyişən sınıqları (sağ ayaq pəncəsi sümüklərinin yerdəyişən qapalı sınıqları) ilə müşaiyət olunan və dərəcələrinə görə uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində qonşusu Şahid1 ilə birlikdə etibarnamə ilə idarə etdiyi, qardaşı Şahid3 məxsus, “Hyundai Elantra” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xətai rayonu, OPD deyilən ərazidə yerləşən mağazaya gedərkən Şahid1 avtomobilin sağ tərəf ön oturacağında əyləşmişdir. İdarə etdiyi avtomobil ilə saatda 20 km sürətlə ünvan 2 ünvanın yaxınlığında hərəkətdə olduğu zaman şəxsiyyəti sonradan məlum olan Zərərçəkmiş şəxs avtomobil yolunun əks tərəfinə keçməyə çalışdğını görmüş, lakin düşünmüşdür ki, sonuncu hərəkətini başa çatdıraraq səkinin üzərinə keçər. Ona görə də dayanmadan hərəkətini davam etdirib Zərərçəkmiş şəxs yanından keçəndə idarə etdiyi avtomobilin sağ tərəf yan güzgüsü Zərərçəkmiş şəxs sağ yan tərəfinə dəyib fırladaraq avtomobilinə tərəf çevirmişdir. Dərhal avtomobili dayandırıb Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Tanımadığı şəxslərdən kimsə mağazadan stul gətirib Zərərçəkmiş şəxs əyləşdirib su vermişdir. Zərərçəkmiş şəxs təklif etmişdir ki, bədənini müayinə etdirmək üçün avtomobil ilə xəstəxanaya aparsın. Lakin Zərərçəkmiş şəxs onunla xəstəxanaya getməkdən imtina edib dostuna zəng edib hadisə yerinə dəvət etmişdir. Qısa zamanda hadisə yerinə Zərərçəkmiş şəxs Urfan adlı dostu gəlmiş və onun avtomobili ilə birlikdə K.X1 Xidmətinin hospitalına aparmışlar. Hospitalda həkimlər Zərərçəkmiş şəxs bədənini müayinə edib sağ ayağında sınıq xəsarətləri olduğunu bildirib tibbi yardımlar göstərdikdən sonra evə göndərmişlər. Hospitalda olduqları zaman əri Şahid2 hospitala gəlmiş və Zərərçəkmiş şəxs müayinəsi üçün hospitala yadında qalmayan məbləğdə ödəniş etmiş, eyni zamanda müalicə olunması üçün aptekdən dərmanlar alıb vermişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, tərəfindən ona dəymiş maddi ziyanın tam olaraq ödənildiyini, onun ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 02 dekabr 2023-cü il tarixdə, saat 12:30 radələrində Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsində nömrəsini bilmədiyi Azərpoçtun yaxınlığında idarə etdiyi “Toyota Rav 4” minik markalı, ** GV *** dövlət qeydiyyat nişanlı avtomobili dayandırıb piyada avtomobil yolunun əks tərəfinə keçməyə başlayıb hərəkətini başa çatdırıb sol ayağını səkinin üzərinə qoyduğu an sağ ayağının daban hissəsinə avtomobilin təkəri, kürək hissəsinə isə sağ yan güzgüsü dəymiş və zərbədən yola tərəf çevrilmişdir. Bu zaman avtomobilin sağ tərəf arxa təkəri sağ ayağının pəncəsinin üzərindən keçmişdir. Avtomobilə tərəf baxanda görmüşdür ki, “Hyundai Elantra” minik markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin xanım sürücüsü avtomobili yolun sağ hissəsində dayandırmışdır. Hadisə zamanı zəbənin təsirindən yerə oturmuşdur. Qısa zamanda hadisə yerinə toplanmış tanımadığı şəxslər, eyni zamanda idarə etdiyi avtomobil ilə onu vurub bədən xəsarəti yetirən və hadisədən sonra şəxsiyyəti məlum olan sürücü Təqsirləndirilən şəxs yanında olan sərnişin qadınla birlikdə ona yaxınlaşmışlar. Kimsə stul vermiş və əyləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs istəmişdir ki, bədənini müayinə etdirmək üçün idarə etdiyi avtomobil ilə xəstəxanaya aparsın. Lakin Təqsirləndirilən şəxs hadisənin şokunda olduğunu, qorxduğundan avtomobil idarə etmək iqtidarında olmadığını görüb dostu X7 zəng edib hadisə yerinə dəvət etmişdir. U.Əliyev də qısa zamanda idarə etdiyi “Hyundai Sonata” minik markalı, ** OE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hadisə yerinə gəlib bədənini müayinə etdirmək üçün “Dövlət Təhlükəsizlik Xidmətinin” hospitalına aparmışdır. Təqsirləndirilən şəxs da onlarla birlikdə hospitala getmiş, yanında olan qadın isə hadisə yerində qalmışdır. Hospitalda həkimlər bədənini müayinə edib sağ ayağının bir neçə yerində sınıq xəsarətləri olduğunu bildirib tibbi yardımlar göstərmişlər. Tibbi yardımdan sonra hospitaldan yaşadığı evə gəlib ev şəraitində müalicəsini davam etdirmişdir. Hazırda da müalicəsi davam etdirilir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın tam olaraq ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, “Hyundai Elantra” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Ancaq avtomobili etibarnamə əsasında bacısı Təqsirləndirilən şəxs idarə edir. xx.xx.2023-cü il tarixdə, saat 13:25 radələrində Təqsirləndirilən şəxs ona zəng edib bildirmişdir ki, avtomobil ilə Xətai rayonu, R.Bağırov küçəsində hərəkətdə olduğu zaman sağ yan güzgüsü avtomobil yolunun əks tərəfinə keçən piyada oğlana dəymiş və nəticədə piyada xəsarət almışdır. Həmin vaxt işdə olduğuna görə hadisə yerinə gedə bilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 02 dekabr 2023-cü il tarixdə, saat 12:30 radələrində qonşusu Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Elantra” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadıqları evdən Xətai rayonu, OPD qəsəbəsində yerləşən mağazaya gedərkən avtomobilin sağ tərəf ön oturacağında əyləşmişdir. Təqsirləndirilən şəxs avtomobil ilə saatda 20 km sürətlə Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsində hərəkətdə olduğu zaman görmüşdür ki, cavan bir oğlan avtomobil yolunun əks tərəfinə keçir. Həmin oğlan səkiyə çatıb ayağının birini səkinin üzərinə qoyan anda Təqsirləndirilən şəxs avtomobil ilə piyada oğlanın yaxınlığından keçmiş və bu zaman avtomobilin sağ tərəf yan güzgüsü oğlana dəyib arxaya doğru çevirmişdir. Təqsirləndirilən şəxs dərhal avtomobili hadisə yerində dayandırıb yerə enib oğlana yaxınlaşmışdır. Kimsə yaxınlıqdakı mağazadan stul gətirib oğlanı əyləşdirib su vermişdir. Təqsirləndirilən şəxs piyada oğlana təklif etmişdir ki, bədənini müayinə etdirmək üçün xəstəxanaya aparsın. Lakin oğlan dostuna zəng edəcəyini və xəstəxanaya onunla birlikdə gedəcəyini demişdir. Təxminən 10 dəqiqə ərzində piyadanın dostu avtomobil ilə hadisə yerinə gəlib piyadanı markasına və dövlət qeydiyyat nişanına baxmadığı avtomobilinə əyləşdirib xəstəxanaya aparmışdır. Təqsirləndirilən şəxs da onlarla birlikdə xəstəxanaya getmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, xx.xx.2011-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahlarından xx.xx.2012-ci ildə oğlu X3, xx.xx.2019-cu il tarixdə qızı X4 doğulmuşlar. xx.xx.2023-cü il tarixdə, saat 12:30 radələrində Təqsirləndirilən şəxs zəng edib bildirmişdir ki, idarə etdiyi “Hyundai Elantra” markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsində hərəkətdə olduğu zaman şəxsiyyəti sonradan məlum olan Zərərçəkmiş şəxs avtomobil ilə vurmuş və birlikdə Dövlət Təlükəsizlik Xidmətinin hərbi-tibb idarəsinə gedirlər. Ona görə də həmin tibb idarəsinə getmiş və çatandan təxminən 20 dəqiqə sonra Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs sonuncunun Urfan adlı dostunun avtomobili ilə gəlmişlər. Tibb idarəsində həkimlər Zərərçəkmiş şəxs bədənini müayinə edib sağ ayağının pəncə nahiyəsində sınıq xəsarətləri olduğunu bildirib tibbi yardımlar göstərmişlər. Zərərçəkmiş şəxs göstərilən xidmətə görə təxminən 350 manat pul ödəmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Urfanla evinə getmişdir. Daha sonra aptekdən 62 manat 30 qəpik dəyərində dərman alıb Zərərçəkmiş şəxs evinə getmişdir. Aralarında olan danışıq zamanı Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi barədə hər hansı bir söz deməmişdir. Lakin evindən çıxandan bir neçə saat sonra keçmiş istifadəsində olan telefonuna səs göndərmişdir ki, dəymiş zərərlə bağlı 3000 manat pul versə Təqsirləndirilən şəxs şikayəti olmayacaq. Zərərçəkmiş şəxs təklifi ilə razılaşmış və nağd olaraq 1.500 manat pul verəcəyini, 1.500 manat da avtomobilin icbari sığortasından alacağını bildirmişdir. Təxminən 3-4 gün keçəndən sonra Zərərçəkmiş şəxs zəng edib danışan zaman təkrar həkim müayinəsinə getdiyini dediyinə görə kart hesabının nömrəsini atıb xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 1.000 manat pul köçürmüşdür. Lakin Zərərçəkmiş şəxs şikayəti olmamasına dair ərizə yazmayıb əlavə 5000 manat pul tələb etmiş, o da 5000 manat pulu tapıb verə bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 05 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi ibtidai istintaq aparılması üçün Xətai RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 1); sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan xx.xx.2023-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman ayıq olmuşdur (i.v. 9); hadisə yerinə baxış keçirilməsi haqqında 02 dekabr 2023-cü il tarixli protokoldan və sxemdən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Bakı şəhəri, Xətai rayonu, OPD qəsəbəsi, R.Bağırov küçəsinə baxış keçirilmiş və sxem tərtib olunaraq protokola əlavə olunmuşdur (i.v. 10-15); nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 02 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, “Hyundai Elantra minik” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilin sağ tərəf yan güzgüsünün sınması müəyyən edilmiş və nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 16- 21); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2022-ci il tarixdə 10 il müddətinə «B1, B» kateqoriyalı BA 038058 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v. 24); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” X8 23 dekabr 2023-cü il tarixli, 1423 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - sağ navikulyar sümük korpus laterialında lateral cuneiform korpus lateralında, cuboid korpus anteriorunda, İİİ metotarsal sümük proskimal oynaq başında yerdəyişən sınıqları (sağ ayaq pəncəsi sümüklərinin yerdəyişən qapalı sınıqları) küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər, ümumilikdə dərəcələrinə görə uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. “Döyülmə” məfhumu hüquqi məfhum olub, məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyildir (i.v. 34-36); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 15 yanvar 2024-cü il tarixli, 3-16-16/2- 8/10 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Elantra minik” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 37-40); cinayət işinin icraata qəbul edilməsi haqqında 15 aprel 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır (i.v. 41); zərərçəkmiş şəxs qismində tanınma haqqında 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə istntaq olunan ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 44-45); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında heç bir məlumat yoxdur (i.v. 55); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 107-108); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 04 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 123); Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 11374396 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İbrahim Cəfərov xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Şahid2, anası Təqsirləndirilən şəxsdır (i.v. 128); Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Amelia Cəfərova xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Şahid2, anası Təqsirləndirilən şəxsdır (i.v. 128); sübutların qiymətləndirilməsi haqqında 08 iyun 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, hadisə yerinə və nəqliyyat vasitəsinə baxış protokolları, məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının rəyləri sübut növü kimi qiymətləndirilmiş, “Hyundai Elantra minik” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanımış və saxlanılması üçün sahibinə verilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (i.v. 133-138); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi ziyanın tam olaraq ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir; Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışdığını, tərəfindən ona dəymiş maddi ziyanın tam olaraq ödənildiyini, onun ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-cü maddəsinin qeydinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs ilə zərərçəkmiş şəxsin barışması ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə razı olduqlarını qeyd etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan iş üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət təqibinə xitam verilməli, iş üzrə maddi sübut kimi tanınmış “Hyundai Elantra minik” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılmalı və həmin avtomobilin ibtidai istintaq zamanı saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınmalı, iş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir (CPM-198.1). Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə xitam verilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 43.1, 186, 321, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası CM-nin 73.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ciayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə xitam verilsin. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai Elantra minik” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılsın və həmin avtomobilin ibtidai istintaq zamanı saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-397/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-397/2024
25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver