Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-399/2021 19.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1984-cü il tarixdə Qax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu Masazır qəsəbəsi nömrəsiz fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə qohumu X2 həbsdən azad edilməsi üçün ona müraciət etmiş Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verib aldadaraq 2019-cu ilin noyabr ayının əvvəlində ünvan 3 ünvanda yerləşən Azərbaycan Respublikasının Ali Məhkəməsinin qarşısında 6500 (altı min beş yüz) manat daha sonra isə 2019-cu ilin noyabr ayının sonunda ünvan 3 ünvanda yerləşən Azərbaycan Respublikasının Ali Məhkəməsinin qarşısında 20000 (iyirmi min) pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirdikdən sonra, ələ keçirdiyi pul vəsaitinin 9800 (doqquz min səkkiz yüz) manatını Zərərçəkmiş şəxs qaytararaq sonuncunun xeyli miqdarda 16700 (on altı min yeddi yüz) manat pul vəsaitini ələ keçirirək dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 4-ildən çox müddətdir ki tanıyır. İsmayıl ilə aralarında həmişə normal münasibətlər olmuşdur. 2019-cu ilin təxminən noyabr ayında İsmayıl ona müraciət edərək qohumu X2 cinayət işi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsində cinayət işinin həlli üçün köməklik lazım olduğunu bildirmişdir. O da həmin vaxtı İsmayıla Ali Məhkəmədə tanışının olduğunu mümkün qədər bu məsələni həll edə biləcəyini söyləmişdir. Bundan sonra, İsmayıl ilə məsələnin həlli üçün İsmayıl ilkin 6500 manat pul lazım olduğunu bildirmişdir. İsmayıl da öz növbəsində ona həmin pulu 2019-cu ilin noyabr ayının əvvəlində Ali Məhkəmənin qarşısında görüşərək vermişdir. Daha sonra isə o, Zərərçəkmiş şəxs məsələnin həlli üçün əlavə 20000 manat da pul lazım olduğunu bildirmişdir. Onların danışığından sonra Zərərçəkmiş şəxs 2019-cu ilin noyabr ayının sonlarında 20000 manatı yuxarıda qeyd edilən ünvanda yəni Ali Məhkəmənin qarşısında ona yenidən vermişdir. Sonradan o, İsmayıla verdiyi vədə əməl edə bilməmişdir. Belə ki, müəyyən səbəblərdən o, İsmayılın qohumu X9 Məhkəmədə olan cinayət işinin həlli məsələsi ilə bağlı köməklik edə bilməmişdir. İsmayıldan aldığı pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Daha sonra isə həmin puldan 9800 manat geri qaytarmışdır. İsmayıl maddi ziyanın ödənilməsi ilə bağlı notariat qayadada ərizə versə də, bunu onun ev dustaqlığına buraxılması üçün etmiş, lakin, İsmayıla pul qaytarmamışdır. Hazırda İsmayıla 16700 (on altı min yeddi yüz) manat borcu vardır. Əməlindən peşmandır, himayəsində azyaşlı övladı vardır. Qeyd olunanları nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsi 4-5 ilə yaxın müddətdir ki tanıyır. Dilqəm ilə aralarında həmişə normal münasibətlər olmuşdur. 2019-cu ilin sonlarında qohumu X2 Azərbaycan Respublikasının Ali Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-cü maddəsi ilə olan cinayət işi ilə əlaqədar onlara köməklik edəcək vəkil axtarmışdır. Bu zaman o, bu məsələ ilə bağlı tanışı Təqsirləndirilən şəxs ilə məsləhətləşmişdir. Dilqəm isə bu məsələ ilə bağlı heç bir vəkilə ehtiyacın olmadığını Ali Məhkəmədə çalışan şəxslərin əksəriyyətinin onun tanışı olduğunu bildirmişdir. O, Dilqəmlə söhbətləşən zaman Dilqəm ona bu məsələ ilə maraqlanıb dəqiq bir söz deyəcəyini söyləmişdir. Daha sonra, Dilqəm ona qohumunun məsələsi ilə maraqlandığını və heç bir problemin olmadığını bildirmişdir. Dilqəm ona bu işin həll edilməsi üçün ilkin olaraq 6500 manat pul lazım olduğunu bildirmişdir. O da Dilqəmin etdiyi təklif ilə razılaşmış və 2019-cu ilin noyabr ayının əvvəllərində Ali Məhkəmənin qarşısında Təqsirləndirilən şəxs 6500 manat pul vermişdir. Bundan 10 gündən sonra Təqsirləndirilən şəxs məsələnin həlli üçün əlavə olaraq 20000 manat da pul lazım olduğunu bildirmişdir. Dilqəm ona bildirmişdir ki, 20000 manat pul verildikdən sonra Malik Allahverdiyev həbsdən azad olunacaqdır. O da Təqsirləndirilən şəxs verdiyi vədə inanaraq 2019-cu ilin noyabr ayının sonlarında yenə Ali Məhkəmənin qarşısında Təqsirləndirilən şəxs 20000 manat pul vermişdir. Dilqəm pulu alan zaman ona bildirmişdir ki, 1 ay müddətinə bütün məsələlər həll olunacaqdır. Onların danışığından 1 ay keçməsinə baxmayaraq qohumu Malik Allahverdiyevin barəsində Ali Məhkəmə də istintaq olunan cinayət işi üzrə köməklik olmamış və Malik Allahverdiyev həbsda saxlanılaraq barəsində verilmiş ittiham hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. O, bu barədə Dilqəm Ramzanov ilə danışan zaman heç bir problem olmadığını, tezliklə ittiham hökmünün dəyişiləcəyi barədə ona bildirmişdir. Daha sonra o, Dilqəmin onu aldatdığını görüb pulunu ondan geri tələb etməyə başlamışdır. Bu söhbətlərdən sonra Təqsirləndirilən şəxs həmin pulun 9800 manatını ona geri qaytarmışdır. Maddi ziyanın ödənilməsi ilə bağlı notariat qayadada ərizə versə də, bunu Dilqəmin ev dustaqlığına buraxılması üçün etmiş, lakin, Dilqəm ona pul qaytarmamışdır. Bu səbəbdən həmin ərizənin nəzərə alınmamasını xahiş etmişdir. Bu günə kimi Dilqəm pulun qalan hissəsini geri qaytarmamışdır. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 04 may 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır ( i.v. 1); zərərçəkmiş şəxs qismində tanımaq haqqında 11 may 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 12); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə 09 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 09.06.2021-ci il tarixdə, saat 14:20-də tutulmuşdur ( i.v. 35); təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında 11 iyun 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir ( i.v. 49); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-241/2021 saylı, 11.06.2021-ci il tarixli qərarından görünür ki, həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət qismən təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 01 (bir) ay 23 (iyirmi üç) gün həddində müəyyən edilmiş, həbsdə olma müddətinin əvvəli 09 iyun 2021-ci il tarixdən hesablanmışdır ( i.v. 68-72); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 17.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01.12.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 69.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 3 (üç) il 2 (ay) 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm Bakı Apelyasiya Məhkəməsinin 16.02.2017-ci il tarixli qərarına əsasən dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 12.12.2017-ci il tarixli qərarına əsasən Bakı Apelyasiya Məhkəməsinin 16.02.2017-ci il tarixli qərarı dəyişdirilmiş, cəzası 02 ilə endirilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti 01 (bir) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, 06.02.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur ( i.v. 74-76); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 dekabr 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26.12.2015-ci il tarixdən 27.09.2016cı il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı müddət nəzərə alınaraq, ona təyin olunmuş cəzadan çıxılmaqla, üzərində çəkilməli olan yekun cəza 3 (üç) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 08 noyabr 2016-cı il tarixdən hesablanması hökm edilmişdir ( i.v. 77-82); Zərərçəkmiş şəxs notarial təsdiqli, 16 iyun 2021-ci il tarixli, 8İ-5100 reyestr nömrəli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, onun tərəfindən ona vurulan maddi ziyan ödənilmişdir. Ərizəsinin nəzərə alınmasını xahiş edir ( i.v. 83); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-262/2021 saylı, 24.06.2021-ci il tarixli qərarından görünür ki, Bak şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-241/2021 saylı, 11 iyun 2021ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş 1 (bir) ay 23 (iyirmi üç) gün həddində “həbs” qətimkan tədbiri həmin müddətə “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir ( i.v. 84-87); Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında daxil olmuş 02.07.2021-ci il tarixli 2- 940/21 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasında 2019-cu il 24 dekabr tarixli 1(102)-1114/2019 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 14 iyul tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2, 308.2 və 313-cü maddələri ilə X1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 183- 1.3.2, 320.1 və 320.2-ci maddələri ilə X2 məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2017-ci il 22 noyabr tarixli qərarından məhkum X3 və məhkum X4 və müdafiəçisi-vəkil X5 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır ( i.v. 89); qətimkan tədbirinin seçilməsi barədə 02 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir ( i.v. 99- 100); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 09 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cm-in 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və barəsində tərəfindən seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmış, iş üzrə 02.07.2021-ci il tarixli 2- 940/21 saylı Azərbaycan Respublikası Ali Məhkəməsinin Aparatında daxil olmuş məktub sübut əhəmiyyəti kəsb etdiyindən sübut növü kimi tanımış və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 178.2.2, 32.4, 312-ci və Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-in 312.1 və 32.4, 312-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası Baş prokurorunun “İşin təşkili qaydalarının” 346.113.04 bəndinə əsasən cinayət işi üzrə cinayət təqidinin başlanmasının rədd edilməsi epizodları ilə əlaqədar materiallar cinayət işindən ayrılaraq Bakı şəhəri Xətai rayon prokurorluğunun dəftərxanasına təhvil verilmişdir ( i.v. 104-109); Bakı İstintaq Təcridxanasının 09 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 04 noyabr 2021-ci il tarixdə tutularaq 06 noyabr 2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 2010-cu il təvəllüdlü Zəhra və 2012-ci il təvvəlüdlü Leyla adlı iki övladı vardır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əmlakı qəsdən məhv etmə və ya zədələmə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimaihüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində iki azyaşlı uşağının olmasını (CM-in 59.1.4), nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır (CM-61.1.1). Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 iyun 2021-ci il tarixdən 02 avqust 2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 01 (bir) ay 23 (iyirmi üç) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 02 (iki) il 10 (on) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-399/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-399/2021
19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver