Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-399/2023 14.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hal-hazırda Azərbaycan Respublikası ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1.556 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Xətai rayon Polis İdarəsininin 35-ci PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı 08 fevral 2023-cü il tarixdə saat 21:30-da Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 39B ünvanının yaxınlığında saxlanılıb ünvan 3şən Xətai RPİ-nin 35-ci PB-nə gətirilərək orada videoçəkilişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1.556 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 0,346 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Xətai rayon Polis İdarəsininin 36-cı PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı 10 fevral 2023-cü il tarixdə saat 22:00-da ünvan 5 ünvanının yaxınlığında saxlanılıb ünvan 6i RPİ-nin 36-cı PB-nə gətirilərək orada videoçəkilişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,346 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan əlavə o, Xətai RPİ-nin İstintaq Şöbəsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs olaraq xx.xx.2022-ci il tarixdə axtarışa verilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları əsasında Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Qaraçuxur qəsəbəsində 13 mart 2023-cü il tarixdə, saat 16.50-də saxlanılıb Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 49-da yerləşən Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasına gətirilərək orada videoçəkilişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamaqla daşıdığı bir ədəd bükümdə təmiz çəkisi 0,599 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2015-ci ildən narkotik vasitələrdən olan heroin qəbul edir. Narkotik vasitələri adətən Xətai rayonu, H.Aslanov metrosunun yaxınlığında anket məlumatlarını bilmədiyi şəxslərdən müxtəlif qiymətlərə əldə edərək inyeksiya üsulu ilə qəbul etmişdir. 08 fevral 2023-cü il tarixdə təxminən axşam saatlarında Bakı şəhəri, Xətai rayonu, H.Aslanov metrosunun yaxınlığında əvvəllər də bir neçə dəfə narkotik vasitəni aldığı üzdən tanıdığı, adını və anket məlumatlarını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 01 büküm “kakos” adlanan heroini 35 manata əldə etmiş, üzərində gəzdirmişdir. xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində ünvan 8 ünvanının yaxınlığında olan vaxtı iki nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitənin istifadəsində ondan şübhələndikləri üçün onu saxlayıb onlarla birgə Xətai rayon 35-ci Polis Bölməsinə getməyi izah etmişlər. Onlarla birgə 35-ci Polis Bbölməsinə getmiş, şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri ona izah edilməklə üzərində təqdim olunmuş vəkillərin siyahısı əsasında seçmiş olduğu vəkilin, polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparılması ətraflı izah edilmişdir. Bununla bağlı üzərində olan qeyri qanuni və digər əşyaları masanın üzərinə qoymaq təklif olunmuş, təklifdən sonra əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş, həmin bükülünün içərisində qəhvəyi rəngli daş şəkilli maddəni təqdim etmişdir. Həmin 01 ədəd bükümün içərisində nə olması ondan soruşulduqda, bükümdəki kütlənin narkotik maddə olan “heroin” olmasını bildirmişdir. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin bükülünün çəkisi 1,77 qramdır. Həmin narkotik maddəni nə vaxt və haradan almağı soruşulduqda, o, bildirmişdir ki, 08 fevral 2023-cü il tarixdə Xətai rayonu, M.Aslanov metrosunun yaxınlığında tanımadığı şəxsdən 35 manata almış, özünün istifadə etməyi üçün bir büküm edib üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və həmin protokolla tanış olaraq iştirakçılarla birgə imza etmişdir. 09 fevral 2023-cü il tarixdə barəsində cinayət işi başlanaraq təqsirləndirilən şəxs qismində 10 fevral 2023-cü il tarixdə cəlb olunduqdan sonra yaşadığı ünvanın olması və əvvəllər cinayət törətməməsi nəzərə alınaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad olunmudur. Bundan sonra narkotik aludəçisi olduğundan, 2 gün ərzində istifadə etmədiyi üçün artıq narkotikə olan tələbatı yaranmış və özünü narahat hiss etmişdir. Bu səbəbdən özünə narkotik vasitə axtarmağı qərara almış və əvvəldən Xətai rayonu, Əbilov küçəsində rastlaşdığı Zakir adlı şəxsi axtarmağa başlamışdır. Zakiri tapıb özü üçün narkotik vasitə olan heroini nisyə alıb qara rəngli sellofana bükülmüş şəkildə 10 fevral 2022-ci il tarixdə saat 20 radələrində pulsuz əldə edib şalvarının sağ yan cibinə qoymuşdur ki, sonra istifadə edə bilsin. xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində Xətai rayonu, Əbilov küçəsi 18 ünvanının yaxınlığında olan vaxtı iki nəfər mülki geyimdə olan polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitənin istifadəsində ondan şübhələndikləri üçün onu saxlayaraq onlarla birgə Xətai rayonu 36-cı Polis Bölməsinə getməyini izah etmişlər. Onlarla birgə 36cı Polis Bölməsinə gəlmiş, şübhəli şəxs qismində tutularaq hüquq, vəzifələri izah edilməklə üzərinə təqdim olunmuş vəkillərin siyahısı əsasında seçmiş olduğu vəkilin, polis əməkdaşlarının iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparılması ətraflı izah edilmişdir. Bununla bağlı üzərində olan qeyri qanuni və digər əşyaları masanın üzərinə qoymaq təklif olunmuşdur. Bu təklifdən sonra əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd qara rəngli sellofana bükülmüş, həmin bükülünün içərisində qəhvəyi rəngli maddəni təqdim etmişdir. Həmin 01 ədəd bükümün içərisində nə olması soruşulduqda, həmin 01 ədəd bükümdəki kütlənin narkotik maddə olan “heroin” olmasını bildirmişdir. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin bükülünün çəkisi 0,54 qramdır. Həmin narkotik maddəni nə vaxt və haradan almağı ondan soruşulduqda, bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Xətai rayonu, Əbilov küçəsində Zakir adlı şəxsdən nisyə olaraq alıb özü üçün istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 151 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və həmin protokolla tanış olaraq iştirakçılarla birgə imza etmişdir. Sonradan Xətai Rayon Məhkəməsi tərəfindən tutulmadan azad olunmuşdur. Buraxıldıqdan sonra da bir neçə dəfə tanımadığı şəxslərdən narkotik vasitə alıb istifadə etmişdir. Zakir adlı şəxsin ünvanını bilmir. Onunla təsadüfən rastlaşıb narkotik almışdır. Bundan əlavə, 13 mart 2023-cü il tarixdə, təxminən saat 12 radələrində Xətai rayonu, G.Mehmandarov küçəsində yerləşən 555 nömrəli avtotəmir müəssisəsinin yaxınlığı ilə gedən zaman görsə tanıya bilməyəcəyi bir nəfər narkotik vasitələrdən istifadə edən şəxsə oxşadıb yaxınlaşmış və narkotiki olub-olmamasını, əgər varsa sata biləcəyini soruşmuşdur. Həmin şəxs bildirmişdir ki, onda təxminən yarım qram heroin var və 20 manata sata bilər. Həmin tanımadığı şəxsə 20 manat verib ondan bir bükümdə narkotik vasitə olan heroini alıb əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoymuşdur ki, ağrıları olanda istifadə edər. 13 mart 2023-cü il tarixdə, saat 16:50 radələrində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını və özünü təqdim etməyini bildirmişlər. Özünü təqdim etdikdən sonra narkotik vasitələrdən istifadə etməkdə şübhəli bilindiyi üçün onu Xətai RPİ-nin 35-ci Polis Bölməsinə dəvət etmişlər. Onların təklifi ilə razılaşıb könüllü olaraq onlarla birlikdə Xətai RPİ-nin 35-ci PB-nə getmişdir. Bölmədə polis əməkdaşları tərəfindən vəkillə təmin olunduqdan sonra videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı üzərində qanunla qadağan olunmuş maddə və ya əşya varsa təqdim etməsi xahiş olunmuşdur. Təklifdən sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir bükümdə olan maddəni çıxarıb stolun üzərinə qoymuşdur. Həmin maddənin nə olması soruşulduqda bildirmişdir ki, həmin maddə narkotik vasitə olan heroindir, onu 13 mart 2023-cü il tarixdə, saat 12 radələrində Xətai rayonu, G.Mehmandarov küçəsində yerləşən 555 nömrəli avtotəmir müəssisəsinin yaxınlığından tanımadığı şəxsdən özü üçün istifadə etmək məqsədilə 20 manata alıb üzərində saxlamışdır. Bundan sonra həmin maddə bükümlə birlikdə çəkilmiş və 0,67 qram olması müəyyən edilmişdir. Sonra üzərində axtarış davam etdirilsə də hər hansı bir qanunla qadağan olunan maddə və ya əşya aşkar olunmamışdır. Daha sonra həmin maddə zərfə qoyulub qablaşdırılmış, möhürlənmiş və protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Xətai RPİ-nin 35-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis baş leytenantı rütbəsini daşıyır. Təqsirləndirilən şəxs əvvəl tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 08 fevral 2023-cü il tarixdə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 9 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən Polis Bölməsinə məlumat daxil olmuşdur. Tərəfindən həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəisinə raportla məruzə edilmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai Rayon Məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmışdır, həmin qrupun rəhbəri o, özü, üzvü isə 35-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 təyin olunmuşdur. Sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Keçirilmiş ilkin əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin gün Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 39B ünvanının qarşısı və ətraf ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. 08 fevral 2023-cü il tarixdə saat 21:30 dəqiqədə Təqsirləndirilən şəxs ünvan 10 ünvanının yaxınlığında piyada hərəkət etdiyini görüb əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. O da adının Samir, soyadının isə İsmayılov olmasını bildirdikdə onlar sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər, o da heç bir etiraz etməyərək razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinə gətirmişlər. Bölmədə Təqsirləndirilən şəxs şəxsiyyəti dəqiqləşdirildikdən sonra bu barədə raport yazıb bölmə rəisinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. 35-ci Polis Bölməsində hüquq və vəzifələri izah edilərək dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üstünə baxış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, əks təqdirdə üzərinə baxış keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş, içərisində toz şəkilli, qəhvəyi rəngli spesifik iyə malik olan maddəni masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə nə olması barədə sual verildikdə o, həmin bükümdə narkotik vasitə «kakos», yəni heroinin olduğunu, onu Xətai rayonu, «Həzi Aslanov» metro stansiyasının yaxınlığında şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 35 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər maddə «Pocket Scale» markalı elektron tərəzi ilə çəkilən zaman 01 ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə heroinin çəkisinin 1.77 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş büküm Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 154 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və o, həmin protokolla tanış olaraq iştirakçılarla birgə imza etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs yenə də narkotiklə tutulmuş və Xətai RPİ-nin İŞ-də ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmədiyi üçün istintaqdan gizlənmişdir. Ona görə barəsində axtarış elan olunmuş və axtarış onlar tərəfindən icra edilmişdir. 13 mart 2023-cü il tarixdə barəsində axtarış elan olunmuş Təqsirləndirilən şəxs yenə də qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən Polis Bölməsinə məlumat daxil olmuşdur. Tərəfindən həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəisinə raportla məruzə edilmişdir. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilərək həmin qərar bölmə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai Rayon Məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvü isə 35-ci Polis Bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ləyin olunmuşdur. Sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanılmışdır. Keçirilmiş ilkin əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin gün, yəni 13 mart 2023-cü il tarixdə saat 16:50 dəqiqədə barəsində axtarış işi açılmış Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində piyada hərəkət etdiyini görüb əməliyyat qrupunun üzvü Şahid2 ilə birlikdə ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması və cinayət işi üzrə axtarışda olduğunu bildirib onu Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər, o da heç bir etiraz etməyərək onlarla razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinə gətirmişlər. Bölmədə Təqsirləndirilən şəxs şəxsiyyəti dəqiqləşdirildikdən sonra bu barədə raport yazıb bölmə rəisinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. 35-ci Polis Bölməsində hüquq və vəzifələri izah edilərək dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üstünə baxış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, əks təqdirdə üzərinə baxış keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofan torbaya bükülmüş, içərisində bərk şəkilli, qəhvəyi rəngli spesifik iyə malik olan maddəni masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə nə olduğu barədə sual verildikdə o, həmin bükümdə narkotik vasitə heroinin olduğunu, onu Xətai rayonu, General Mehmandarov küçəsində şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 20 manata aldığını və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində olarkən tutulub 35-ci PB-nə gətirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər maddə elektron tərəzi ilə çəkilən zaman 01 ədəd şəffaf sellofan torbaya bükülmüş narkotik vasitə heroinin çəkisinin 0.67 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş büküm Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 154 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və o, həmin protokolla tanış olaraq iştirakçılarla birgə imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 10 fevral 2023-cü il tarixdə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 9-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 39 B, mənzil 71-də faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən Polis Bölməsinə məlumat daxil olmuşdur. Tərəfindən həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəisinə raportla məruzə olunmuşdur. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai Rayon Məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, özü, üzvü isə 36-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru Şahid4 təyin olunmuşdur. Sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanmışdır. Keçirilmiş ilkin əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin gün həmin ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. 10 fevral 2023-cü il tarixdə saat 22:00 dəqiqədə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 18 ünvanının yaxınlığında piyada hərəkət etdiyini görüb əməliyyat qrupunun üzvü Şahid4lə birlikdə ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. O da adının Samir, soyadının isə İsmayılov olmasını bildirdikdə sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Xətai RPİ-nin 36cı PB-nə dəvət etmişlər, o da heç bir etiraz etməyərək onlarla razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinə gətirmişlər. Bölmədə Təqsirləndirilən şəxs şəxsiyyəti dəqiqləşdirildikdən sonra bu barədə raport yazıb bölmə rəisinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. 36-cı Polis Bölməsində hüquq və vəzifələri izah edilərək dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üstünə baxış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, əks təqdirdə üzərinə baxış keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd «POCO» markalı mobil telefonu və 01 ədəd qara rəngli sellofana bükülmüş, içərisində toz şəkilli, qəhvəyi rəngli spesifik iyə malik olan maddəni masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə nə olması barədə sual verildikdə o, həmin bükümdə narkotik vasitə heroinin olduğunu, onu Xətai rayonu, Əbilov küçəsində tanışı Zakir adlı şəxsdən şəxsi istifadə üçün pulsuz aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər maddə Çin istehsalı olan elektron tərəzi ilə çəkilən zaman 01 ədəd qara sellofana bükülmüş narkotik vasitə heroinin çəkisinin 0,54 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş büküm Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 151 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və o, həmin protokolla tanış olaraq iştirakçılarla birgə imza etmişdir. Aşkar edilmiş 01 ədəd «POCO» markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, 10 fevral 2023-cü il tarixdə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 9-da qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 39 B, mənzil 71-də faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində daşıması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən Polis Bölməsinə məlumat daxil olmuşdur. Xətai RPİ-nin 36-cı PB-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəisinə raportla məruzə olunmuşdur. Rəis tərəfindən həmin məlumatın qanuna uyğun formada yoxlanılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlamasına görə və onun ifşa edilməsi məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar bölmə rəisi tərəfindən təsdiq edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair təsdiq olunmuş qərar barədə Xətai rayon prokuroruna və Xətai Rayon Məhkəməsinin sədrinə məlumatlar verilmişdir. Bundan sonra əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri Xətai RPİ-nin 36-cı PB-nin əməliyyat müvəkkili Şahid3, üzvü isə o, təyin olunmuşdur. Sonra Təqsirləndirilən şəxs ətrafında tədbirlər keçirilməyə başlanmışdır. Keçirilmiş ilkin əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin gün həmin ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. 10 fevral 2023-cü il tarixdə saat 22:00 dəqiqədə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 18 ünvanının yaxınlığında piyada hərəkət etdiyini görüb əməliyyat qrupunun rəhbəri Şahid3la birlikdə ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. O da adının Samir, soyadının isə İsmayılov olmasını bildirdikdə sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib onu Xətai RPİ-nin 36-cı PB-nə dəvət etmişlər, o da heç bir etiraz etməyərək onlarla razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinə gətirmişlər. Bölmədə Təqsirləndirilən şəxs şəxsiyyəti dəqiqləşdirildikdən sonra Xətai RPİnin 36-cı PB-nin əməliyyat müvəkkili Şahid3 bu barədə raport yazıb bölmə rəisinə məruzə etmişdir. Bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra polis bölməsinə vəkil dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. 36-cı Polis Bölməsində hüquq və vəzifələri izah edilərək dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üstünə baxış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuş, əks təqdirdə üzərinə baxış keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd «POCO» markalı mobil telefonu və 01 ədəd qara rəngli sellofana bükülmüş, içərisində toz şəkilli, qəhvəyi rəngli spesifik iyə malik olan maddəni masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə nə olması barədə sual verildikdə o, həmin bükümdə narkotik vasitə heroinin olduğunu, onu Xətai rayonu, Əbilov küçəsində tanışı Zakir adlı şəxsdən şəxsi istifadə üçün pulsuz aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər maddə Çin istehsalı olan elektron tərəzi ilə çəkilən zaman 01 ədəd qara sellofana bükülmüş narkotik vasitə heroinin çəkisinin 0,54 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş büküm Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 151 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və o, həmin protokolla tanış olaraq iştirakçılarla birgə imza etmişdir. Aşkar edilmiş 01 ədəd «POCO» markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 14 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v. 1); şübhəli şəxsin tutulması haqqında 13 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:50-də Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 19); şəxsi axtarış və götürmə aparılması haqqında 13 mart 2023-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli, bərk şəkilli, spesifik iyli maddəni çıxarıb təqdim edərək, həmin maddənin narkotik vasitə hesab edilən heroin (kakos) olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat müqabilində aldığını, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli, bərk şəkilli, spesifik iyli maddənin ümumi çəkisinin 0.67 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 154 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, i.v. 30-31); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 mart 2023-cü il tarixli, 6/1551 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,599 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, i.v. 37-40); cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 15 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır (cild 1, i.v. 50- 51); cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 11 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (cild 1, i.v. 55); şübhəli şəxsin tutulması haqqında 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:00-da Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 72-73); şəxsi axtarış və götürmə aparılması haqqında 10 fevral 2023-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd “POCO” markalı mobil telefon və 01 ədəd qara rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoyub, həmin maddənin narkotik vasitə hesab edilən heroin olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə Əbilov küçəsində tanışı Zakir adlı şəxsdən pulsuz alaraq üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər maddə “Çin” istehsalı olan elektron tərəzidə çəkilərək maddənin ümumi çəkisinin 0.54 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 151 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, i.v. 82-83); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 fevral 2023-cü il tarixli, 6/855 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №151” dairəvi möhür əksi və “...Təqsirləndirilən şəxs – imza, İştirakçılar – üç imza, R.İsmayılov – imza ...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 01 ədəd bükümdəki təmiz çəkisi - 0,346 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, i.v. 91-94); cinayət işinin icraata qəbul edilərək bir icraatda birləşdirilməsi haqqında 11 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi onun CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir (cild 1, i.v. 104-105); şübhəli şəxsin tutulması haqqında 08 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30-da Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 129); şəxsi axtarış və götürmə aparılması haqqında 08 fevral 2023-cü il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində spesifik iyli, qəhvəyi rəngli, toz şəkilli narkotik maddə hesab olunan heroinə bənzər maddəni çıxarıb təqdim edərək, həmin maddənin narkotik vasitə hesab edilən heroin (kakos) olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Bakı şəhəri, Xətai rayonu, metronun H.Aslanov stansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 35 manat müqabilində aldığını, Gen.Şıxlinski küçəsi 39B ünvanının yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddə “Pocket Scale” markalı elektron tərəzi vasitəsilə çəkilmiş və sellofanla birlikdə ümumi çəkisinin 1.77 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 154 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, i.v. 140-141); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2023-cü il tarixli, 6/788 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs O. imza...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 1.556 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir (cild 1, i.v. 148-151); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 10 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur (cild 1, i.v. 158-159); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 10 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Xətai RPİ-nin MSY-dən azad olunmuşdur (cild 1, i.v. 177-178); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 10 fevral 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 1, i.v. 179-180); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 11 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş yenidən ittiham elan olunmuşdur (cild 2, i.v. 1-2); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-101/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (cild 2, i.v. 26-29); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə 12 fevral 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 2, i.v. 30-31); Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(103)-155/2023 saylı qərarından görünür ki, apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-101/2023 saylı qərarı ləğv edilmiş, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv olunaraq 03 ay müddətinə “həbs” qətimkan tədbirinin seçilməsi və həbsin əvvəlinin onun həbsə alındığı tarixdən hesablanması qərara alınmışdır (cild 2, i.v. 39-42); təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində tutularaq cinayət təqibini həyata keçirən orqanın sərəncamına təhvil verilməsi məqsədilə axtarış elan edilmişdir (cild 2, i.v. 43-44); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir; TR Büyükçekmece 3 X2 hökmü ilə təqsirli bilinmiş, xx.xx.2019-cu ildə TR Büyükçekmece 15 Asliye Ceza məhkəməsinin qərarı ilə azad edilmişdir (cild 2, i.v. 50-51); diskə baxış keçirilməsi haqqında 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd “CD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 08 fevral 2023-cü il tarixli protokola uyğun olmuşdur (cild 2, i.v. 58); diskə baxış keçirilməsi haqqında 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 10 fevral 2023-cü il tarixli protokola uyğun olmuşdur (cild 2, i.v. 59); diskə baxış keçirilməsi haqqında 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, bir ədəd “CD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 13 mart 2023-cü il tarixli protokola uyğun olmuşdur (cild 2, i.v. 60); təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 15 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı ciayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş yenidən ittiham elan olunmuşdur (cild 2, i.v. 61-63); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsinin xx.xx.2023-cü il tarixli 831 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, i.v. 74-75); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 22 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/788 saylı, xx.xx.2023-cü il tarixli, 6/855 saylı və xx.xx.2023-cü il tarixli, 6/1551 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 831 nömrəli rəyləri, şəxsi axtarış və götürmə aparılması haqqında protokollar, diskə baxış protokolları sübut növü kimi qiymətləndirilmişlər, 03 ədəd bükümdə ilkin təmiz çəkiləri 1.556 qram, 0.346 qram və 0.599 qram olan, tədqiqatdan sonra qalıq qalmış 1.456 qram, 0.296 qram və 0.549 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 03 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmışdır, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 2, i.v. 106-116); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(011)-372/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin müddəti 20 gün olmaqla, yəni 03 iyul 2023-cü il tarixədək uzadılmışdır (cild 2, i.v. 142-148); elektron portaldan əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X1 vardır. Məhkəmə istintaqı zamanı birinci video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli, bərk şəkilli, spesifik iyli maddəni çıxarıb təqdim edərək, həmin maddənin narkotik vasitə hesab edilən heroin (kakos) olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Bakı şəhəri, Xətai rayonu, G.Mehmandarov küçəsində anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat müqabilində aldığını, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini bildirir. Məhkəmə istintaqı zamanı ikinci video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd “POCO” markalı mobil telefon və 01 ədəd qara rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoyub, həmin maddənin narkotik vasitə hesab edilən heroin olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə Əbilov küçəsində tanışı Zakir adlı şəxsdən pulsuz alaraq üzərində saxlayıb gəzdirdiyini bildirir. Məhkəmə istintaqı zamanı üçüncü video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində spesifik iyli, qəhvəyi rəngli, toz şəkilli narkotik maddə hesab olunan heroinə bənzər maddəni çıxarıb təqdim edərək, həmin maddənin narkotik vasitə hesab edilən heroin (kakos) olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Bakı şəhəri, Xətai rayonu, metronun H.Aslanov stansiyasının yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 35 manat müqabilində aldığını, Gen.Şıxlinski küçəsi 39B ünvanının yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirildiyini bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 1.556 qram, 0.346 qram və 0.599 qram olan narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının 13-cü bəndində göstərilir ki, Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-in 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını (CM-59.1.4), həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən CM-nin 18.4.3-cü maddəsinə əsasən cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar cinayətin residivinin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayətin təkrar törədilməsi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmayacağını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmayacağını, təqsirkarın şəxsiyyətini, üzərində olan qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə heroinin miqdarını, cinayət əməlini təkrar törətməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, 08 fevral 2023-cü il tarixdən 10 fevral 2023-cü tarixədək, 10 fevral 2023-cü il tarixdən 12 fevral 2023-cü tarixədək həbsdə saxlanıldığı 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzasının əvvəli 13 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, ilkin təmiz çəkisi 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1.556 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.456 qram narkotik vasitə heroin, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.346 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.296 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.599 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.549 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “CD-R” və 01 ədəd “DVD- R” formatlı disklərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı (CPM-132), 228 (iki yüz iyirmi səkkiz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdən 10 fevral 2023-cü tarixədək, 10 fevral 2023-cü il tarixdən 12 fevral 2023-cü tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 13 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, ilkin təmiz çəkisi 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1.556 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.456 qram narkotik vasitə heroin, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.346 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.296 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.599 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.549 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd “CD- R” və 01 ədəd “DVD-R” formatlı disklər iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-399/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-399/2023
14.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver