Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-40/2022 16.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi - Qanuni nümayəndə3, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 2005-ci ildə Abşeron rayonu, Hökməli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədi ilə tanışı X4 ilə qabaqcadan razılaşmaqla, əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs təşkil etmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün aralarında əldə edilmiş razılığa görə, 21 may 2021-ci il tarixdə, saat 18 radələrində ünvan 2 ünvanında olan binanın qarşısında ilk olaraq Təqsirləndirilən şəxs azyaşlı Zərərçəkmiş şəxs məxsus 280 manat dəyərində “Saft” markalı velosipedi, Rafiq Qasımov isə azyaşlı Şahid məxsus 300 manat dəyərində “Saft” markalı velosipedi binanın həyətində sürmək adı ilə alıb idarə edərək qaçırmaqla, açıq yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 280 (iki yüz səksən) manat, Şahid cəmi 300 (üç yüz) manat maddi ziyan vurmaqla, soyğunçuluq etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə3 iştirakı ilə dindirilmiş xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayır. 21 may 2021-ci il tarixdə, axşam saatlarında tanışı Rafiq Qasımovla birlikdə Xətai rayonunun ərazisində gəzən zaman, yaşayış binalarının birinin həyətində uşaqların futbol oynadığını və velosiped sürdüklərini görmüşdür. Həmin vaxt Rafiq ona velosiped oğurlamağı təklif etmişdir. Belə ki, Rafiq ona binanın həyətində olan uşaqlarla futbol oynayaraq, onlarda inam yaratmağı, uşaqlardan velosipedləri sürmək adı ilə götürüb aparmağı təklif etmişdir. Pula ehtiyacı olduğundan, Rafiqin təklifi ilə razılaşmışdır. Onlar binanın qarşısında dayanmış iki azyaşlı uşaqlara yaxınlaşıb, özlərini həmin məhəllədə yaşayan uşaq kimi təqdim etmiş və uşaqlarla futbol oynamağa başlamışlar. Bir qədər sonra, o, həmin uşaqlardan birinə velosipedini sürmək istədiyini demiş və həmin uşaq da velosipedi ona vermişdir. Həmin vaxt Rafiq də digər uşaqdan velosipedini sürmək istədiyini demiş, lakin həmin uşaq velosipedini Rafiqə verməmişdir. Bundan sonra, Rafiq kənarda olan qara rəngli velosipedi götürüb, sürərək oradan uzaqlaşmağa başlamışdır. Həmin vaxt, o da, digər uşağın velosipedini götürüb sürərək, oradan uzaqlaşmağa başlamışdır. Uşaqlar onların arxasınca qaçaraq, qışqırmağa başlamışlar. Onlar isə dayanmayıb oradan uzaqlaşmış və velosipedləri Rafiqin yaşadığı Nəsimi rayonundakı mənzilə çatdırmışlar. Səhəri gün, yəni 22 may 2021-ci il tarixdə velosipedləri satmaq üçün, onlar birlikdə Sabunçu rayonunda olan “əşya bazarı” adlanan yerə gedib, velosipedləri orada satıb əldə etdikləri pulu öz aralarında bölmüşlər. Alıcılara satılan velosipedləri özlərinə məxsus olmasını demişlər. 03 noyabr 2021-ci il tarixdə isə polis əməkdaşları ona yaxınlaşaraq, Xətai rayonunda baş vermiş oğurluq hadisəsində şübhəli olduğu üçün, onu Xətai Rayon Polis İdarəsinə dəvət etmişlər. Polis idarəsində cinayətin artıq açıldığını başa düşüb, etdiyi əməli etiraf etmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə2 məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Eyni zamanda iş materiallarından görünür ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə2 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilməyəcəklər, ibtidai istintaqda verdikləri ifadəni təsdiq edirlər, onlara dəymiş olan ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmadığını və barışdıqlarını bildirərək, məhkəmədən iştirakları olmadan işə baxılmasını və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Xətai rayonu, İ.Zülfüqarov küçəsində yerləşən mənzildə valideynləri ilə birlikdə yaşayır. 2020-ci ilin yay aylarında atası ona sürmək üçün 280 manata “Saft” markalı velosiped almış və həmin vaxtdan o, asudə vaxtlarında velosiped sürmüşdür. 21 may 2021-ci il tarixdə, saat 18 radələrində yaşadığı binanın qarşısında onunla bir məhəllədə yaşayan dostları ilə birlikdə futbol oynamışdır. Onunla bir binada qonşuluqda yaşayan Kənan isə binanın qarşısında özünə məxsus olan velosipedi sürmüşdür. O, dostları ilə futbol oynadığı üçün, özünə məxsus olan velosipedi binanın qarşısında divarın yayında saxlamışdır. Onlar futbol oynayan zaman, iki nəfər tanımadığı şəxs onlara yaxınlaşaraq, birlikdə futbol oynamağı təklif etmişlər. O, razılaşmış və onlar birlikdə oynamağa başlamışlar. Bir qədər futbol oynadıqdan sonra, tanımadığı şəxslərdən qısa boylu olanı ona yaxınlaşaraq, sürmək üçün velosipedini istəmişdir. O, həmin şəxsə velosipedi yalnız binanın həyətindən kənara çıxmamaq şərti ilə verə biləcəyini bildirmişdir. Həmin şəxs velosipedi həyətdə sürəcəyini bildirdiyi üçün, velosipedi həmin şəxsə vermişdir. Bundan sonra, həmin şəxslərdən uca boylu olanı heç bir söz demədən, Kənana məxsus binanın qarşısında olan velosipedi götürüb, sürməyə başlamışdır. Kənan həmin şəxsin arxasınca qaçaraq, velosipedi tutub saxlamışdır. Həmin şəxs Kənana and içərək, binanın həyətindən kənara çıxmayacağını deyib, velosipedi sürüb qaytaracağını bildirmişdir. Buna baxmayaraq, həmin şəxslərin binanın həyətindən çıxıb uzaqlaşmaq istədiklərini görüb, Kənanla birlikdə həmin şəxslərin arxasınca qaçmağa başlamışlar. Lakin, həmin şəxslər velosipedi sürətlə idarə edərək, oradan uzaqlaşmışlar. O, yaşadığı mənzilə gedib, baş vermiş hadisə barədə atasına bildirmişdir. Atası isə baş vermiş hadisə barədə 36-cı Polis Bölməsinə müraciət etmişdir. Həmin hadisə nəticəsində onlara 280 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri özünün etirafı ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 18 avqust 2021-ci il tarixli qərardan görünür ki, fakta görə 01 iyun 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, törətdiyi cinayət əməlinə görə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Lakin, istintaq zamanı aparılmış bir sıra təxirəsalınmaz istintaq və əməliyyat tədbirlərinə baxmayaraq, Təqsirləndirilən şəxs olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılması qərara alınmışdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə məhkəməyə verilmiş, məhkəmə baxış iclaslarına gəlmədiyindən və məhkəmədən gizləndiyindən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs X3 barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 12 noyabr 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın məbləği 280 manat hesab edilmişdir. İş materiallarından görünür ki, 03 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətdiyini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət törədərkən təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona qarşı şikayət və tələbinin olmamasını, ailəsinin həyat şəraitinə təsirini və onun yetkinlik yaşına çatmayan şəxs olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaidırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və ona 1 (bir) il 6 (altı) ay sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-40/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-40/2022
16.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver