Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-40/2023 09.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə müdafiəçilər – “Abşeron ” Vəkil Bürosunun vəkili Müdafiəçi və X9, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-ci ildə Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmaması, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər yəni, xuliqanlıq etmişdir. Belə ki, o, təqsirləndirilir ondan ötrü ki, o, Təqsirləndirilən şəxs 03 may 2022-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 16A ünvanında yerləşən yaşayış binasının daş divarla hasara alınmış və sakinlərin ümumi istifadəsində olan həyətyanı sahəsində tanışları Şahid4, Zərərçəkmiş şəxs, Şahid2, Şahid1, Şahid3 və başqalarının “Ramazan” bayramı ilə əlaqədar təşkil etdikləri bayram süfrəsinin yanından keçib yaşayış binasının girişinə doğru hərəkət edərkən Zərərçəkmiş şəxs arxadan onu çağırmasına görə geri qayıdıb sonuncuya yaxınlaşdıqdan sonra Zərərçəkmiş şəxs özü və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı ona irad tutmasını cüzi səbəb kimi bəhanə edərək həmin vaxt yaşayış binasında və həyətyanı sahədə olan sakinlərin və digər şəxslərin istirahətinə mane olmaqla onların gözü qarşısında kobud şəkildə Zərərçəkmiş şəxs və digərlərinin ünvanına uca səslə nalayiq ifadələr işlədib söyməklə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış və birgəyaşayış qaydalarını pozmaqla, ətrafdakı şəxslərə etinasızlıq göstərərək, onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan əli ilə qəsdən Zərərçəkmiş şəxs üz nahiyəsindən vurub sonuncunu itələyərək yerə yıxmış, Zərərçəkmiş şəxs, qardaşı Şahid4, Şahid2 və Şahid3 bir qrup şəxs halında Təqsirləndirilən şəxs qarşı xuliqanlıq hərəkətləri etdikdən sonra Zərərçəkmiş şəxs sonuncunu digər şəxslərdən kənara çəkib əynindəki gödəkçəni düzəldərək sakitləşdirməyə çalışarkən Təqsirləndirilən şəxs yenidən Zərərçəkmiş şəxs və digərlərinin ünvanına uca səslə nalayiq ifadələr işlədib söyməklə ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən xuliqanlıq hərəkətlərini davam etdirib qəfildən Zərərçəkmiş şəxs üz nahiyəsindən qəsdən yumruq zərbəsi vuraraq sonuncunu yenidən yerə yıxmış, bununla da qəsdən vurduğu zərbələrlə Zərərçəkmiş şəxs baş beyin silkələnməsi, başın sol təpə-gicgah nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, üst dodağının əzilmiş yarası kimi ayrı-ayrılıqda və ümumilikdə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmiş, nəticədə Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər yəni, xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini zərər çəkmiş şəxsin ifadəsi, şahid ifadələri, habelə digər toplanmış istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 221.1-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o xx.xx.1980-ci ildə Dəvəçi şəhərində doğulmuş, 1986-1997-ci illərdə həmin şəhərin 2 saylı tam orta məktəbində təhsil almış, 1999-2001-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdə olduğu vaxt Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi xidməti vəzifələrini yerinə yetirən zaman düşmənin açdığı atəş nəticəsində üz nahiyəsindən xəsarət almışdır, hazırda ikinci qrup əlil, Prezident təqaüdçüsü və qazidir. 2002-2006-cı illərdə Bakı şəhəri balıq sənayesi texnikomunda orta-ixtisas təhsili almışdır. 2005-ci ildə ailə həyatı qurmuş, birgə nikahdan 2011ci il təvəllüdlü Firdevs Məhərrəmli və 2017-ci il təvəllüdlü Vəfa Məhərrəmli adlı övladları vardır. Öz ailəsiylə yanaşı valideynləri də onun himayəsində yaşayır, ailədə yeganə qazanc gətirən şəxs odur. O, 2011-ci ildən anket məlumatlarında qeyd etdiyi ünvanda yəni, ünvan 3mrəli mənzilində ailə üzvləriylə yaşayır. “Şaurma №1” restoranlar şəbəkəsində 2004-2011-ci illərdə işləmiş, 2007-2011-ci illərdə isə həmin şirkətdə icraçı direktor işləmişdir. O təxminən 2005-ci ildən Zərərçəkmiş şəxs və qardaşı Zauru ortaq tanışları vasitəsilə tanımış, sözü gedən hadisəyə qədər aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Təxminən 2021-ci ilin avqust ayında “Şaurma №1” restoranlar şəbəkəsinin şəriki Aqil Babayev BMCMİ tərəfindən Faiq və digərlərinin şikayətləri əsasında dələduzluq ittihamı ilə həbs edilmiş, o da həmin cinayət işi üzrə təxminən həmin ilin sentyabr ayında həmin polis idarəsində dələduzluq ittihamı üzrə şahid qismində ifadə verib iş üzrə həqiqətləri bildirmişdir. Bundan sonra Faiq öz istifadəsində olan ********** saylı telefon nömrəsindən onun istifadəsində olan ********** saylı mobil telefon nömrəsinə zəng vurub bu işdən kənara çəkilməyini, həmin cinayət işi üzrə ifadə verməməyini bildirmişdir. Eyni zamanda Faiq qardaşı Şahid4, dostları Elnur Mehdiyev, Teyyub, Bəhruz Kavi onunla tarixini xatırlamadağı ayrı-ayrı vaxtlarda hadisədən bir neçə ay əvvəl yaşadığı binanın həyətində görüşüb ona həmin iş üzrə Aqilin xeyrinə ifadə verməməyini bildirmişlər. Həmin şəxslərdən Zaur yaşadığı bir bloklu binanın 4 və 5-ci mərbələrində, Bəhruz da həmin 4-5-ci mərtəbələrdə, Teyyub 2-ci mərtəbədə, Elnur isə 2-ci mərtəbədə yaşayırmış, Elnur bir müddətdir ki, onların binasından köçmüşdür. Mahiyyəti üzrə bildirmişdir ki, Faiq və onun arasında dəfələrlə qeyd etdiyi səbəbə görə mübahisə baş vermişdir. Sözü gedən hadisədən 2-3 ay öncə Faiqin həyat yoldaşı Çin vətəndaşı olan şəxs həyat yoldaşı Şahid9 ilə dalaşdığı üçün 36-cı polis bölməsində inzibati məsuliyyətə cəlb edilmişdi. Beləliklə, o 03 may 2022-ci il tarixdə 22 radələrində o taksi fəaiyyəti ilə məşğul olduğu Mersedes E-klas 220 markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilini binanın yanında olan mağazasının yanında saxladıqdan sonra avtomobilindən düşmüşdür. O, binanın həyətinə yaxınlaşan zaman qapıda qonşuları Elnur və Bəhruz onu görüb içəri daxil olmuşlar. O da həyətə girən zaman Elnur və Bəhruza salam verib binaya doğru getməyə başlamış, həmin vaxt Faiq, qardaşı Zaur, Araz və Şahid5 qardaşları, Teyyub, Elnur Mehdiyev, Xəyal və Daşqın adlı şəxsin stol arxasında dayanmalarını görmüşdür. Bu zaman Faiqin o gələn istiqamətdə hazır dayandığını görmüş, ona elə gəlmişdir ki, Elnur və Bəhruz onun gəlişini Faiqə məlumat vermişdir və həmin şəxslər əvvəlcədən onun ora gəlməyini gözləyirmişlər. O sakit formada həmin yerdən keçən zaman Faiq ona nalayiq ifadə işlədərək bildirmişdir ki, “sənə bu yoldan çəkilməyini demişdim, indi gördün düşdüm əlimə”. Həmin vaxt onu yumruq və təpiklə vurmuş, o da özünü müdafiə etməsi üçün təpiyindən tutub çəkmişdir. Həmin vaxt orada olan Zaur, Araz, Xəyal və Teyyub onun üstünə düşüb əl və ayaqları ilə döyməyə başlamışlar. Həmin vaxt Zaur əlində olan taxta parçası ilə bədəninə və baş nahiyəsinə vururmuş. Daşqın, Elnur və Bəhruz isə onu vurmasa da ona xəsarət yetirən şəxsləri sözləri ilə tərifləyib ona hədə-qorxu gəlirmişlər. Onu ilkin olaraq əyləşdikəri stolun yaxınlığında döydükdən sonra Faiq onu həyətin digər tərəfinə aparıb ona nalayiq ifadələr işlədib öldürmək və tutdurmaqla hədələmiş, bu zaman yenə də əli ilə üz nahiyəsindən vurmuş, o da sağ əliylə Faiqin üz nahiyəsindən yumruqla vurmuş, bundan sonra yenidən Faiq, Zaur, Araz, Xəyal və Teyyub onun üstünə düşüb yumruq və təpiklə vurmağa başlamışlar, həmçinin Faiqin sağ əlinin barmağında ucu şiş olan üzüyü ilə onun qarın nahiyəsinə zərbələr vururmuş. Bu zaman o həmin şəxslərin əlindən çıxıb yaşadığı evə qalxmağa başlamış, onun arxasınca həmin şəxslər yenə də gəlsələr də ona çata bilməmişlər. Həmin şəxslərin onu döyməyi təxminən 5-10 dəqiqə çəkmişdir. Həmin vaxt ona xəsarət yetirən şəxsləri arvadları və digər qonşular yaşadıqları mənzillərin pəncərəsindən baxır, həmçinin binanın pəncərəsində qonşuları Nübar adlı qadın da var imiş. Qeyd etdiyi şəxslər ona xəsarət yetirən zaman eyni zamanda uca səslə kobud və nalayiq ifadələr işlədib ağır təhqirlər edirmişlər. Həmin şəxslərin onu yaşadığı binanın həyətində ailə üzvlərinin gözü qarşısında o formada döymələri ona çox pis təsir etmişdi. Buna görə də o özünü müdafiə etmək üçün təkcə Faiqi yumruqla vurmuşdur. O həmin şəxslərin nalayiq ifadələrinə eyni qayda ilə cavab verib verməməyi dəqiq yadında deyil, amma əgər həmin şəxslər onu söydükləri üçün yəqin ki, o da həmin şəxsləri söymüşdür. Onu da demişdir ki, Faiqgil onu döydükdən sonra kamera görüntülərindən də göründüyü kimi o mənzilinə qalxan zaman Zaur öz “AUDİ” 10FJ222 dövlət qeydiyyat nişanlı avtomobilinin baqaj hissəsini açıb buradan bitanı götürüb Araza vermiş, Daşqın isə özünün istifadəsində olan markasını bilmədiyi avtomobildən bıçaq götürüb onların həyətlərinə gələrək ona hədə-qorxu gəlib aşağı düşməyini tələb edirmişlər. Təxminən 15-20 dəqiqə orda ona təhdidlər yağıdırırmışlar. Həmin hadisədən sonra birinci mərtəbədə yaşayan Xəyalə İsgəndərovanın halı pisləşmiş ürəyi getmişdi. Bilmədiyi şəxsin çağırışı ilə həmin ünvana təcili tibbi yardım gəlmiş, o da əvvəlcə qadına yardım göstərilməsi üçün həkimləri Xəyalə xanıma yönəltmiş, daha sonra həkimlər Xəyalə xanımın mənzilində ona tibbi yardım göstərmişlər. Həmin hadisə nəticəsində üzündən, dodağından sol qabırğaları, döş nahiyəsi, dizləri və bədəninin digər nahiyələrindən xəsarətlər almışdır. O bu xəsarətlərlə bağlı əvvəlcə Sabunçu tibb mərkəzinə, “Ege” hospital, Respublikası Neyrocərrahiyyə Xəstəxanasına və hazırda adını dəqiq xatırlamadığı digər kilinikalara müraciət edib ambulator qaydada müalicə almışdır. Sonradan binanın kameralarına baxan zaman ona məlum olmuşdur ki, Faiqgil əvvəlcədən əllərində olan ağacla bir kameranın istiqamətini dəyişib digər kameranın üzünün hansısa rəngli maye ilə rəngləmişlər ki, görüntüləri qeydə almaq mümkün olmasın. 44 saniyə və 01 dəqiqə 19 saniyə ibarət montaj olunaraq qısa şəkildə əsas məqamlardan ibarət video görüntünü istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi əlavə ifadəsində verilmiş suallara cavab olaraq bildirmişdir ki, o hadisə yerində heç bir əşyanı dağıtmamış, həmin vaxtı o xəsarət aldığı üçün özünü yaxşı hiss etmirmiş. Görüntüdə ona nümayiş etdirilən şəxsin kim olması məlum deyil. Həmçinin bildirmişdir ki, hadisə yerində əşyaların dağıdılması məhz sözü gedən hadisədən sonra baş verir, bunun onların hadisəyə heç bir aidiyyəti yoxdur və həmin görüntülərin nə zaman çəkilməsi də məlum deyil. Sözü gedən hadisə zamanı iştitrakçıların əlində olan əşyaları dəqiq təsvir edə bilmir və həmin əşyaların hazırda harada olması ona məlum deyil. O ifadələrində bildirdiyi əlində götürdüyü bıçaqlarla kiməsə xəsarət yetirmək niyyəti olmamışdır. Sadəcə olaraq həmin şəxslər onun üstünə hücum etdiklərində həmin şəxsləri qorxuzmaq məqsədi ilə əlində bıçaq götürmüş, onsuzda bunları heç kimə qarşı istifadə etməyəcəkmiş. Hazırda həmin bıçaqlarında harada olmasını da bilmir. O, xuliqanlıq etməmişdir. Göstərilənlərə əsasən ona barəsində bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, xx.xx.1968-ci ildə Bakı şəhərində doğulmuş, 1974-cü ildə Xətai rayonu 194 saylı orta məktəbə daxil olub, 1982-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmiş, 1983-1986-ci illərdə Xətai rayonu 2 saylı peşə məktəbində təhsil almış, 1988-1990-ci illərdə Səbail rayonunda ticarət ixtisası üzrə peşə məktəbində orta-ixtisas təhsili almışdır. 1986-1988-ci illərdə sovet ordusunda hərbi xidmətdə olmuşdur. 2004-cü ildə ailə həyatı qurmuş, himayəsində 2017-ci il təvəllüdlü Zahid Abdullayev, 2006-cı il təvəlüldlü Süleyman Abdullayev, 2006-cı il təvəllüdlü Yaqub Abdullayev adlı övladları vardır. İşin mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs 2004-cü ildən Aqil Babayev vasitəsilə tanımış, əvvəllər aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. 2000-2004-cü illərdə o Çin Xalq Respublikasında ayaqqabı ticarəti ilə məşğul olmuş, 2004-cü ildən Bakı şəhərinə köçüb burada yaşamağa başlamışdır. O Bakıya köçdükdən sonra Aqil Babayevlə tanış olmuş, Aqil özünü onlara dini rəhbər kimi təqdim etmiş, onlar da Aqilə inanmış və ətrafına toplaşmışlar. Daha sonra Aqil ona və tanışlarına qarşı külli miqdarda dələduzluq cinayəti törətdiyi üçün o və başqaları BMCMİ-ə şikayət etmişlər və Aqil Babayev 2021-ci ilin avqust ayında həbs edilmişdir. Aqildən o, qardaşı Şahid4 və bəzi dostları şikayətçi olduqları üçün Aqilin tərəfdarları olan qardaşı Zaurun yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 16A saylı binada yaşayan Ceyhun Mərhərrəmov, Emin və Aslan adlı şəxslər ona və digər şəxslərə qarşı özlərini qərəzli aparmağa, həmin şəxslərlə düşmənçilik etməyə başlamışlar. Ceyhun 2021-ci ilin avqust ayında müxtəlif sosial şəbəkələrdə onların və ailələrinin ünvanına nalayiq ifadələr işlədir, onları biabır edən hərəkətlər edirmiş, lakin bununla bağlı hər hansı bir hüquq mühafizə orqanlarına şikayət etməmişlər. Bununla bağlı həmin ərəfədə 2021-ci ilin avqust ayının sonlarında o əslən olduğu Gədəbəy rayonunda olan zaman istifadəsində olan ********** saylı mobil telefon nömrəsindən Ceyhunun istifadəsində olan ********** nömrəsinə zəng vurub onun sosial şəbəkədə nə üçün bu məlumatları yaydığını, onları təhqir etdiyini soruşmuş, onların bu danışıqları zamanı aralarında sözlə mübahisə olmuş və Ceyhun ona “varyox söyüşü” söymüşdür. O isə Ceyhuna söyüşlə cavab verməmiş və Ceyhunla sonra görüşəcəklərini demişdir. Həmin hadisə olana qədər o Ceyhunla qarşılaşmamışdır. Lakin sözü gedən hadisəyə qədər onun həyat yoldaşı Çin Xalq Respublikasının vətəndaşı Zhang Xiaojuan ilə Aqilin həyat yoldaşı Lalə və digərləri ilə arasında mübahsə olmuş, lakin burada Ceyhunun həyat yoldaşı iştirak etməmişdi. Faktiki olaraq Aqilin tərəfdarları ilə sonuncunun əməllərindən zərərçəkmiş şəxslər yəni, onların arasında münaqişələri yaranmış, həm də Ceyhun onu söymüşdü. O Ceyhunla hər hansı bir şəraitdə görüşməyi planlaşdırmasa da Ceyhunu görən zaman söyüşü ilə bağlı cavab verməsini tələb etməyi düşünürmüş, lakin bu fikri barədə yaxınlarına bildirməmiş, səhv etmirsə Ceyhunun onu söyməyini yalnız qardaşı Zaura demişdir. Beləliklə, 03 may 2022-ci il tarixdə o, qardaşı Zaur, dostları Araz, Teyyub, Daşqın, Elnur, Bəhruz, Xəyal, Fuad və Elmar adlı şəxslər yığışıb “Ramazan” bayramını qeyd edirmişlər. Həmin vaxt onlar qardaşı Zaur, Teyyub, Elnur və Bəhruzun yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 16A saylı binanın həyətində Ramazan bayramı ilə əlaqədar məclis təşkil edib yığışmışlar. Həmin binanın həyəti qapalı yəni, hasarlanmış formadadır, həmin binanın həyətinə giriş üçün ayrıca qapı, binaya giriş üçün həyətdə yerləşən başqa qapı vardır. Binanın həyəti üstü qapalı olmasa da burada oturacaq və besetka mövcudddur. Onlar həyətə girişdən qarşıda stolu qoyub əyləşmişlər. Ona bu hadisədən sonra məlum olduğu ki, həmin binanın həyətində Aqilin tərəfdarı olan binanın birinci mərtbəsində yaşayan Emin adlı şəxsin quraşdırdığı onların süfrəsinin üstünü çəkən kamera vadır, o həmin kameranın üstünü görüntü qeydə almasın deyə kabab çəkməyə istifadə etdikləri şişin ucunda olan şokaladı yaxışdırmışdır. Bunu etməkdə məqsədi o olmuşdur ki, yeyib içdikləri görüntüləri heç kim görməsin. O, bundan başqa heç bir kameraya müdaxilə edib görüntünün istiqamətini dəyişməmişdir. Adlarını qeyd etdiyi şəxslərlə burada yığışıb yemək yedikdən sonra Fuad və Elmar işlər olduğu üçün bir qədər tez oradan çıxıb getmişlər. Saat təxminən 22:30 radələrində həmin şəxslər artıq məclislərini yekunlaşdırıb süfrəni yığışdırmışlar, bu zaman Ceyhun həmin binanın həyətinə daxil olub heç kimlə salamlaşmadan oradan keçib gedirmiş, o, Ceyhunun gəldiyini görüb bir neçə metr uzaqlaşdıqdan sonra Ceyhuna dayanmasını deyib yaxınlaşaraq nə üçün onu söydüyünü bildirmiş, Ceyhun da yaxşı etdiyini demişdir. O da bunun yaxşı hərəkət olmadığını bildirib Ceyhundan getməsini istəmiş, bu zaman Ceyhun onu sağ yumruğu ilə sol yan üzündən vurmuş, o da özünü müdafiə etmək üçün sağ ayağıyla Ceyhuna zərbə endirmək istəyərkən Ceyhun onun ayağını havada tutub onu yerə yıxmış və üstünə hücum çəkmişdir. Həmin vaxt o sonradan kamera görüntülərinə baxan zaman dəqiq görmüşdür ki, Zaur, Araz və hazırda dəqiq deyə bilmədiyi orada olan şəxslər onu müdafiə etmək üçün Ceyhuna yaxınlaşıb sonuncunu ondan aralaşdırırmışlar. Həmin vaxt Zaurun əlində stolun yanında olan bir qədər kənarı yanmış formada, təxminən 2 sm qalınlığında 5 sm enində 60 sm uzunluğunda preslənmiş karton var imiş, Zaur bir neçə dəfə kartonla sağa sola hərəkətlər edirmiş ki, Ceyhunu ondan aralaya bilsin. Bu vaxt o ayağa qalxmışdır ki, Ceyhunu aralasın. Ceyhunu digər şəxslərdən bir qədər kənara uzaqlaşdırmışdır. Hətta gödəkçəsini də düzəltmişdir. Bu vaxt yenidən Ceyhun onun qardaşıgilə tərəf üzünü tutub nalayiq söyüş söymüşdür. O əliylə çıxıb getməsini deyəndə Ceyhun ona sağ yumruğu ilə dodaq nahiyəsindən zərblə vurmuşdur. O da müvazinətini itirib yerə yıxılmışdır. Daha sonra yenə o ayağa qalxmış və bu zaman görmüşdür ki, Araz və digərləri Ceyhunun üstünə gedən zaman Ceyhun Araza zərbə endirmək istəmiş, həmin vaxt o hirsini soyutmaq üçün yumruğu ilə Ceyhunun sol böyür hissəsinə iki dəfə zərbə vurmuş, Ceyhunun başqa şəxs tərəfindən vurulmasını həmin vaxt görməmişdir. Bundan sonra onlar Ceyhunu sakitləşdirib yola salmışlar, Ceyhun binaya daxil olub özünün yaşadığı 3-cü mərtəbədəki mənzilinə qalxmışdır. Ceyhun həmin vaxt “gözlüyün gəlirəm gəlirəm” deyib qaçdığı üçün onlar şübhələnmişlər ki, Ceyhun yəqin onlara xəsarət yetirmək üçün əlində nəyləsə geri qayıdacaq. Bu zaman Ceyhun bir dəqiqə keçməmiş geri qayıtmış və Daşqın ilk olaraq qapının həyətə giriş qapısının ağzında görmüşdür ki, Ceyhun hər iki əlində bıçaqla binanın həyətindən bayıra çıxmağa çalışır, bu zaman onlar qapını saxlayıb çıxmasına mane olmuşlar. Həmin vaxt Ceyhun onun adını hallandırıb bıçağını ona soxacağını deyirmiş. Onu da demişdir ki, Araz özlərini müdafiə etmək üçün xatırlamadığı avtomobildən taxta dəyənək götürsə də bunu kiməsə qarşı tətbiq etməmişdir. O da Ceyhunun əlində bıçaq olduğu üçün sonuncuya xəsarət yetirmək məqsədi ilə deyil sadəcə Ceyhunu qorxuzmaq üçün əlinə götürdüyü şüşə butulkanı ondan xeyli qarşı tərəfinə atmış, butulka yerə dəyib sınsa da heç kimə xəsarət yetirməmişdir. Bir qədər sonra onlar binanın həyətində Ceyhunla söhbət edib sonuncunu sakitləşdirməyə çalışmışlar, Ceyhun yenidən binaya qalxıb birinci mərtəbədə ayağı ilə mərtəbənin şüşələrini vurmuş, şüşələr sınıb Arazın üstünə tökülsə də xəsarət yetirməmişdir. Daha sonra onlar hadisə yerindən çıxıb getmişlər. Sonradan ona görüntülərdən məlum olmuşdur ki, Ceyhun və ailə üzvləri tərəfindən hadisə yerində əşyalar dağıdılır və burada münaqişə baş verməsi görüntüsü yaradılır. Həmin hadisə nəticəsində o dodağından və sol üz nahiyəsindən, başından xəsarətlər almışdır. Həmin xəsarətləriylə bağlı Azərbaycan Tibb Universitetinin X6, X19 və Keşlə qəsəbəsində yerləşən poliklinikaya müracət etmişdir. Onun təkcə ağız nahiyəsinə 7-8 ədəd cərrahi tikiş qoyulmuş, həmçinin kəllə beyin travması ilə əlaqədar uzun müddət müalicə də olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, o Ceyhuna qeyd etdiyi kimi böyür nahiyəsinə iki dəfə ona görə zərbə endirmişdir ki, Ceyhun onun ağız nahiyəsindən Ceyhunun əyin başını düzəldib sakitləşdirən zaman yumruqla zərblə vurmuş, o da dodağındakı qanı görüb özünü itirmişdir. Bundan başqa əlinə butulka götürməyinin səbəbi kiməsə xəsarət yetirmək olmamışdı. Onu da demişdir ki, Təqsirləndirilən şəxs hadisə baş verib qurtardıqdan sonra özü dəfələrlə qışqırıb bildirmişdi ki, “elə mənə bu lazım idi”. Hadisənin video görüntüləri nümayiş etdirildikdən sonra verilmiş suallara cavab olaraq bildirmişdir ki, o hadisə barədə gördüyü və ona məlum olan xüsuatları ifadəsində bildirmişdir. Bütün hadisənin özü gördüyü və dərk etdiyim tərzdə geniş formada ifadəsində qeyd etmişdir. Hadisə gecə və bir neçə dəqiqə ərzində baş verdiyi üçün dava-dalaşın iştirakçılarının əlində olan həmin əşyaların əlamətləri dəqiq yadında qalmamış, hadisədən sonra Ceyhunla yenidən münaqişə yaranmaması üçün həmin yerə getmədiyindən bu əşyaların harada olmasını bilməmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun üzləşdirmə istintaq hərəkətindən dərhal sonra hamının yanında ona bildirmişdir ki, Aqil Babayevin təqsirləndirildiyi cinayət işində o və digər zərərçəkmiş şəxslər hər biri sonuncudan şikayətlərini geri götürdükləri və azadlığa çıxacağı təqdirdə o da bu iş üzrə şikayətini geri götürəcəyini bildirmişdi. Əks halda özünü yalandan “Qarabağ” qazisi kimi təqdim edərək həmin addan istifadə edib hamısını həbs etdirəcəyini bildirmişdi. O istintaq zamanı dəfələrlə Ceyhunla barışmaq təklifini etsə də buna razı olmayıb hadisədən əlində yaranmış fürsətdən istifadə edərək onları Aqil Babayevə qarşı olan şikayətlərindən çəkindirməyə çalışmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir, barışmamışdır və onun barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, anket məlumatlarında göstərdiyi ünvanda yəni ünvan 5şayır, qeyd etdiyi “Şaurma №1” restoranında 2007-ci ildən müxtəlif işlərdə, hazırda isə inzibatçı kimi işləyir. O, Təqsirləndirilən şəxs təxminən 2011-ci ildən hazırda yaşadığı vaxtdan qonşusu olaraq yəni, onun mənzilinin altında yerləşən mənzilin sahibi kimi tanımışdır. Ceyhunla hər zaman münasibətləri yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Ceyhunu 2007-2010-cu illərdə “Şaurma №1” restoranlar şəbəkəsində işçi kimi işlədiyi vaxtdan ortaq tanışları vastəsilə tanımış, münasibətləri yaxşı olmuşdur. O 2000-ci ildən ortaq tanışları Aqil Babayevi həmin vaxtlar o Xətai rayonu Vunktau 11A ünvanında yaşadığı vaxtdan həmin ərazidə yaşayan şəxs kimi tanımışdır. Həmin vaxtdan sonra Aqillə münbasibətləri yaxşı olmuş, birlikdə ibadət etməyə başlamışlar. Aqil özünü onlara dini rəhbər və Allaha ibadətə həsr etmiş şəxs kimi təqdim etmiş, onlar da Aqilə inanmış və ətrafına toplaşmışlar. Həmin ərəfədə o, 2004-2005-ci illərdən Faiq onun qardaşı Zauru tanımışdır. Daha sonra Aqil ona və tanışlarına qarşı külli miqdarda dələduzluq cinayəti törətdiyi üçün o və başqaları BMCMİ-ə şikayət etmişlər. Aqil Babayev 2021-ci ilin avqust ayında həbs edilmiş, onlar da həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. Aqildən o, Zərərçəkmiş şəxs, qardaşı Şahid4 və bəzi dostları şikayətçi olduqdan sonra Ceyhunla bu barədə heç bir münasibəti olmamışdır. Ona ortaq tanışları vasitəsilə məlum olmuşdu ki, Ceyhun Faiqin ünvanına nalayiq ağır formada söyüş söymüşdür. Ceyhunla Faiqgilin arasında sözü gedən hadisəyə qədər hər hansı bir münaqişə olub-olmamasını ona məlum deyil, onunla və ya qardaşı Arazla arasında heç bir münaqişə olmamışdır. Beləliklə, 03 may 2022-ci il tarixdə o, qardaşı Araz, Faiq, Teyyub, Daşqın, Elnur, Xəyal, Rövşən və Anar adlı şəxslər yığışıb Ramazan bayramını qeyd edirmişlər. Həmin vaxt Zaur, Teyyub, Elnur və onun yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 16 saylı binanın həyətində Ramazan bayramı ilə əlaqədar məclis təşkil edib yığışmışlar. Onu da demişdir ki, həmin binanın həyəti qapalı yəni, hasarlanmış formadadır, binalarının həyətinə giriş üçün ayrıca qapı, binaya giriş üçün həyətdə yerləşən əlavə başqa qapı vardır. Onlar həyətə giriş hissədən qarşıda stolu qoyub burada əyləşib yemək yemişlər. Onların məclisləri normal davam edirmiş, onlar burada yemək yeyib yekunlaşdırdıqdan sonra saat təxminən 22:30 radələrində onlar artıq məclisləri yekunlaşdırıb süfrəni yığışdırmağa başlamışlar. Həmin vaxta kimi Rövşən və Anar oradan çıxıb getmiş adlarını qeyd etdiyi digər şəxslər orada qalmışdır. O qapının yanında olsa da başı işə qarışıq olsa da Ceyunun həyətə girib onlarla başı ilə salamlaşıb binaya getməyə başlamışdır. Sonradan o başını qaldırıb gözləmədiyi halda görmüşdür ki, bir qədər kənarda Ceyhun nalayiq uca səslə ifadələr işlədib Faiqlə dalaşır və anidən Faiq yerə yıxılır. Onu da demişdir ki, Ceyhun yerdə olan Faiqi yumruqla vurmaq istəyirmiş. Bunun qarşısını almaq üçün orada olan şəxslər müdaxilə edib Ceyhunu Faiqdən aralaşdırmışlar, o hələ şokda olduğundan nə baş verdiyini bilmirmiş. Həmin vaxt ona heç kim xəsarət yetirməmiş və o da heç kimi vurmamışdır. Faiq Ceyhunu aralayıb kənara aparmış, həmin şəxslər bir qədər aralıda tək dayanmışlar, Faiq Ceyhunu sakitləşdirməyə çalışırmış. Bu vaxt Ceyhun Faiqi bir daha yumruqla üz nahiyəsindən zərblə vurmuş və Faiq yenə də yerə yıxılmışdır. Bu vaxt qardaşı Araz və digərləri Ceyhunla Faiqə yaxınlaşıb həmin şəxsləri aralaşdırmaya başlamışlar, bu vaxt Ceyhun Araza yumruq atmış, Araz da bir neçə yumruq zərbəsi ilə Ceyhunu dəqiq bilmədiyi yerdən vurmuşdur. Çox qısa müddət sonra ikinci dəfə yaranmış münaqişə davam edib yekunlaşmış, həmin vaxt orada olan Daşqın Ceyhunu aralayıb yaşadığı binaya salmışdır ki, o qalxsın. Bu mübahisə zamanı Ceyhun onların ünvanlarına nalayiq formada uca səslə söyüşlər söyüb səs küy salırmış. Ceyhun binaya daxil olub özünün yaşadığı 3-cü mərtəbədəki mənzilinə qalxmışdır. Bu zaman Ceyhun bir dəqiqə keçməmiş geri qayıtmış, onlar pilləkənlərin arasından və Daşqın ilk olaraq binanın həyətə giriş qapısının ağzında görmüşdür ki, Ceyhun əlində bıçaqla binadan həyətə çıxmağa çalışır, bu zaman onlar qapını saxlayıb çıxmasına mane olmuşlar. Daşqın həmin vaxtı Ceyhunun əllərindən tutub binaya tərəf geri itələmiş və onlar binanın qapısını çöldən tutub Ceyhunu çıxmağa qoymamışlar. Həmin vaxt qardaşı Araz bıçaqlara qarşı özlərini müdafiə etmək üçün taxta parçası götürsə də bunu kiməsə qarşı tətbiq etməmişdir. Ceyhun yenidən binaya qalxıb birinci mərtəbədə ayağı ilə mərtəbədə olan şüşələri vurmuş, şüşələr sınıb Arazın üstünə tökülsə də sonuncuya xəsarət yetirməmişdir. Daha sonra onlar hadisə yerindən çıxıb getmişlər. Həmin hadisə zamanı o heç bir xəsarət almamış və heç kimə xəsarət yetirməmişdir. Sonradan tanışlarının deməsindən ona məlum olmuşdur ki, onlar oranı tərk etdikdən sonra Ceyhun onların yemək yedikləri yerə yaxınlaşıb burada ona və orada olan digər qonşulara məxsus əşyaları dağıtmışdır. Sözü gedən hadisə zamanı həmin yerdə adlarını qeyd etdiyi şəxslərdən başqa heç kim yəni, qonşu və ya başqa bir şəxs olmamışdır. Ceyhun həmin vaxtı Faiqin ünvanına nalayiq uca səslə kobud ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, anket məlumatlarında göstərdiyi ünvanda iki aydır ki, ailə üzvləriylə birlikdə yaşayır, bundan öncə isə 3-4 il imiş ki, ünvan 7 ünvanında yaşamışdır. Qeyd etdiyi “Şaurma” restoranlar şəbəkəsində 5-6 ildir ki, müxtəlif işlərdə, hazırda isə anrbardar kimi işləyir. O, Təqsirləndirilən şəxs təxminən 10 ildən çoxdur ki, həmin restoranda işlədikləri vaxtdan tanımış, Ceyhunla həmdə Xətai rayonu Əbilov küçəsi 16A ünvanında olan binada qonşu kimi yaşamışdır. Ceyhun 3-cü mərtəbədə onun mənzilinin üstündə, o isə 2-ci mərtəbədə yaşayırmış. Ceyhunla hər zaman münasibətləri yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. O 2004-cü ildən ortaq tanışları vasitəsilə Aqil Babayevi tanımışdır, həmin vaxtdan sonra Ceyhunla münbasibətləri yaxşı olmuş, birlikdə ibadət etməyə başlamışlar. Aqil özünü onlara dini rəhbər və Allaha ibadətə həsr etmiş şəxs kimi təqdim etmiş, onlar da Aqilə inanmış və ətrafına toplaşmışlar. Həmin ərəfədə o 2004-2005-ci illərdən Faiq qardaşı Zauru tanımışdır. Daha sonra Aqil ona və tanışlarına qarşı külli miqdarda dələduzluq cinayəti törətdiyi üçün o və başqaları BMCMİ-ə şikayət etmişlər və Aqil Babayev 2021-ci ilin avqust ayında həbs edilmiş, onlar da həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. Aqildən o, Zərərçəkmiş şəxs, Şahid4 və bəzi dostları şikayətçi olduqdan sonra da Ceyhun Aqili dəstəkləyirmiş deyə yaxın olmasa da münasibətləri normal qalmış, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Ona ortaq tanışları vasitəsilə daha doğrusu Faiqdən eştimişdir ki, Ceyhun Faiqin ünvanına nalayiq ağır formada söyüş söymüşdür. Ceyhunla Faiqgilin arasında sözü gedən hadisəyə qədər hər hansı bir münaqişə olub-olmaması ona məlum deyil, onunla Ceyhunun arasında heç bir münaqişə olmamışdır. Beləliklə, 03 may 2022-ci il tarixdə o, Araz, Faiq, Teyyub, Daşqın, Bəhruz, Xəyal, Rövşən və Anar adlı şəxslər yığışıb Ramazan bayramını qeyd edirmişlər. Həmin vaxt Zaur, Teyyub, Elnur və onun yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 16A saylı binanın həyətində Ramazan bayramı ilə əlaqədar məclis təşkil edib yığışmışlar. Onu da demişdir ki, həmin binanın həyəti qapalı yəni, hasarlanmış formadadır, binalarının həyətinə giriş üçün ayrıca qapı, binaya giriş üçün həyətdə yerləşən əlavə başqa qapı vardır. Onlar həyətə giriş hissədən qarşıda stolu qoyub burada əyləşib yemək yemişlər. Onların məclisləri normal davam edirmiş, onlar burada yemək yeyib yekunlaşdırdıqdan sonra saat təxminən 22:30 radələrində artıq məclislərini yekunlaşdırıb süfrəni yığışdırmağa başlamışlar. Həmin vaxta kimi Rövşən və Anar oradan çıxıb getmiş adlarını qeyd etdiyi digər şəxslər orada qalmışdır. O hazırda dəqiq bilmədiyi Xəyal və ya Daşqını yola salmaq üçün həyətə giriş qapısından çölə çıxmışdır. Bu zaman Ceyhunun piyada formada həyətə tərəf gəldiyini görmüşdür. Ceyhun onun yanından keçən zaman salamlaşıb içəri həyətə keçmişdir. Heç bir dəqiqə keçməmiş o görməsə də sonradan orada olanların deməsindən ona məlum olmuşdur ki, Ceyhun içəri girəndən sonra səhv etmirsə Faiqin nüvanına nalayiq ifadə işlətmişdir. Bu vaxt birdən-birə səs küy düşmüş, o da həyətə daxil olmuşdur. Bu zaman görmüşdür ki, Ceyhun Faiqi sağ yumruğu ilə vurmuş, Faiq də yerə yıxılmışdır. Bu zaman dəqiq görmədiyi orada olan adlarını qeyd etdiyi şəxslər Ceyhunu Faiqdən aralaşdırmışlar. Bu vaxt o geridə olduğu üçün həmin şəxslərin yanına yaxınlaşa bilməmişdir. Bu zaman Ceyhunu heç kim vurmamış, yalnız onu aralaşdırmışlar. Sonra Faiq ayağa qalxıb Ceyhunu kənara çəkib sonuncunu sakitləşdirərək üst başını düzəltmişdir. Buna baxmayaraq bu zaman Faiq Ceyhunla söhbət edən zaman sonuncu qəfildən sağ yumruğu ilə Faiqin üzündən bir dəfə də vurmuşdur. Bu vaxt Faiq yenə də yerə yıxılmışdır. Həmin vaxt Araz Ceyhunun üstünə cumub sonuncunu qucaqlayıb divara tərəf sıxmış, Faiq də ayağa qalxıb sonuncunun sol böyür nahiyəsinə bir neçə dəfə yumruqla zərbələr endirmişdir. Daha sonra yenə də Ceyhunu aralaşdırmışlar, Ceyhun binaya girib yuxarı doğru qalxmışdır. O bu hadisə zamanı heç kimə xəsarət yetirməmiş, heç kimi aralaşdırmamış, heç kim də ona xəsarət yetirməmişdir. Onu da demişdir ki, yaranmış münaqişə zamanı səs-küy olsa da kiminsə söyüş söydüyünü eşitməmişdir. Ceyhun binaya daxil olub özünün yaşadığı 3-cü mərtəbədəki mənzilinə qalxmışdır. Bu zaman Ceyhun bir dəqiqə keçməmiş geri qayıtmış, onlar binanın həyətə giriş qapısının ağzında görmüşlər ki, Ceyhun əlində bıçaqla binadan həyətindən onların olduğu yerə çıxmağa çalışır, bu zaman onlar qapını saxlayıb Ceyhunun çıxmasına mane olmuşlar. O həmin vaxt həyətdən çölə çıxmışdır. Həmin vaxt Araz bıçaqlara qarşı özlərini müdafiə etmək üçün taxta parçası götürsə də bunu kiməsə qarşı tətbiq etməmişdir. Ceyhun yenidən binaya qalxıb birinci mərtəbədə ayağı ilə mərtəbədə olan şüşələri vurmuş, şüşələr sınıb Arazın üstünə tökülsə də heç kimə xəsarət yetirməmişdir. Həmin vaxt Faiq əlindəki şüşə butulkanı pilləkənin pəncərəsinə tərəf atmışdır ki, Ceyhunu qorxuzsun, həmin butulka pəncərəyə dəysə də Ceyhuna heç bir xəsarət yetirməmişdir. Daha sonra onlar hadisə yerindən çıxıb getmişlər. Həmin hadisə zamanı o heç bir xəsarət almamış və heç kimə xəsarət yetirməmişdir. Sonradan tanışlarının deməsindən ona məlum olmuşdur ki, onlar hadisə yerini tərk etdikdən sonra Ceyhun onların yemək yedikləri yerə yaxınlaşıb burada ona və orada olan digər qonşulara məxsus əşyaları dağıtmışlar. Sözü gedən hadisə zamanı həmin yerdə adlarını qeyd etdiyi şəxslərdən başqa heç kim yəni, qonşu və ya başqa bir şəxs olmamışdır. Onu da demişdir ki, Ceyhun yuxarı qalxıb balkonda dayanıb Faiqin ünvanına nalayiq ifadələr işlətməyə başlamış, o da bu vaxt Ceyhuna bu sözlərinə görə irad tutmuşdur. Hadisə nəticəsində Faiqin dodağı partladığı üçün həkimə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, anket məlumatlarında göstərdiyi ünvanda 2013-cü ildən ailə üzvləriylə birlikdə yaşayır, fərdi şəkildə 2010-cu ildən avtomobil alqı-satıqısı ilə məşğul olur. O, Təqsirləndirilən şəxs təxminən 2005- 2006-cı illərdən ortaq tanışları vasitəsilə birgə ibadət etdiyi şəxs kimi tanımışdır. Ceyhunla hər zaman münasibətləri yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. O, 2004-2005-ci ildən ortaq tanışları vasitəsilə Aqil Babayevi tanımış, həmin vaxtdan sonra sonuncu ilə də münbasibətləri yaxşı olmuş, birlikdə ibadət etməyə başlamışlar. Aqil özünü onlara dini rəhbər və Allaha ibadətə həsr etmiş şəxs kimi təqdim etmiş, onlar da Aqilə inanmış və ətrafına toplaşmışlar. Həmin ərəfədə o, 2004-2005-ci illərdən Ceyhunla yanaşı, Faiq, sonuncunun qardaşı Zauru və digərlərini tanımışdır. Daha sonra Aqil ona və tanışlarına qarşı külli miqdarda dələduzluq cinayəti törətdiyi üçün o başqaları ilə birlikdə BMCMİ-ə şikayət etmişlər və Aqil Babayev 2021-ci ilin avqust ayında həbs edilmiş, onlar da həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. Aqildən o, Zərərçəkmiş şəxs, qardaşı Şahid4 və bəzi dostları şikayətçi olduqdan sonra da Ceyhun Aqili dəstəkləyirmiş deyə yaxın olmasalar da münasibətləri normal qalmış, bir qədər soyuqlaşmış, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır, Aqilin həbsindən sonra sözü gedən hadisəyə qədər Ceyhunu görməmişdir. O, ortaq tanışları vasitəsilə eşitmişdir ki, Ceyhun sosial şəbəkələrdə və telefon danışığı zamanı Faiqin ünvanına nalayiq ifadələr işlətmişdir. Ceyhunla Faiqgilin arasında sözü gedən hadisəyə qədər hər hansı bir münaqişə olub-olmaması ona məlum deyil, onunla Ceyhunun arasında heç bir münaqişə olmamışdır. Beləliklə, 03 may 2022-ci il tarixdə o, Araz, Faiq, Xəyal, Teyyub, Bəhruz, Elnur, Rövşən və Anar adlı şəxslər yığışıb Ramazan bayramını qeyd edirmişlər. Həmin vaxt Zaur, o və Elnurun yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 16A saylı binanın həyətində Ramazan bayramı ilə əlaqədar məclis təşkil edib yığışmışlar. Onu da demişdir ki, həmin binanın həyəti qapalı yəni, hasarlanmış formadadır, binanın həyətinə giriş üçün ayrıca qapı, binaya giriş üçün həyətdə yerləşən əlavə başqa qapı vardır. Onlar həyətə giriş hissədən qarşıda stolu qoyub burada əyləşib yemək yemişlər. Onların məclisləri normal davam edirmiş, onlar burada yemək yeyib yekunlaşdırdıqdan sonra saat təxminən 22:30 radələrində süfrəni yığışdırmağa başlamışlar. Həmin vaxta kimi Rövşən və Anar oradan çıxıb getmiş adlarını qeyd etdiyi digər şəxslər orada qalmışdır. Məclis yekunlaşmaq ərəfəsində o həyətdə olan şəxslərlə sağollaşıb həyətdən çıxıb idarə etdiyi Mercedes E300 markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşib avtomobilin mühərrikini işə salmış, bu vaxt Ceyhun onun yanından keçib həyətə daxil olmuş, Ceyhun salam verdiyi üçün sonuncu ilə salamlaşmışdır. Heç bir dəqiqə keçməmiş həyətdə səs-küy düşdüyünü eşitmiş, bu vaxt dərhal həyətə daxil olmuş, Ceyhunun Faiqi yumruqla vurmasını və Faiqin yerə yıxılmasını görmüşdür. Faiq yerə yıxıldıqdan sonra Teyyub, Faiqin qardaşı Zaur və digərləri Ceyhunu Faiqdən aralaşdırmışlar, həmin şəxsləri aralaşdıran kifayət qədər adam olduğu üçün o özü ora yaxınlaşmışdır. Həmin vaxt Ceyhuna xəsarət yetirən hər hansı bir şəxsi də görməmiş, hadisə vaxtı həmin şəxslərə ümumiyyətlə qarışmamışdır. Hadisənin ikinci hissəsində Ceyhunu aralaşdırdıqdan sonra Faiq ayağa qalxıb Ceyhunu kənara çəkib sakitləşdirərək üst başını düzəltmişdir. Buna baxmayaraq bu zaman Faiq Ceyhunla söhbət edən zaman sonuncu qəfildən sağ yumruğu ilə Faiqin üzündən bir dəfə vurmuşdur. Bu vaxt Faiq yenə də yerə yıxılmışdır. Həmin vaxt Araz, Teyyub və digərləri Ceyhunu aralaşdırmağa başlamışlar, bu vaxt qarışıqlıq olduğu üçün burada kimin kimi vurmasını görməmişdir. Mübahisənin bir qədər də böyüdüyünü görüb bu zaman davaya müdaxilə edib həmin şəxsləri aralaşdırmağa başlamışdır. Bundan sonra Ceyhunu sakitləşdirib qarşısını kəsib dava etməməyi sonuncudan tələb etmişdir. Ceyhun da evinə qalxacağını demişdir. Ceyhun həm birinci həm də ikinci epizod zamanı həm Faiqin həm də orada olan digər şəxslərin ünvanına nalayiq uca səslə ifadələr işlədib nalayiq söyüşlər söyürmüş. O Ceyhunu aralaşdırdıqdan sonra binaya girib yuxarı doğru qalxmışdır. Həmin hadisə zamanı o heç kimə xəsarət yetirməmiş, heç kim də ona xəsarət yetirməmişdir. Ceyhun binaya daxil olub özünü yaşadığı 3-cü mərtəbədəki mənzilinə qalxmışdı. Bu zaman Ceyhun bir dəqiqə keçməmiş geri qayıtmış, onlar binanın həyətə giriş qapısının ağzında görmüşdür ki, Ceyhun əlində iki bıçaqla binadan həyətə çıxmağa çalışır, bu zaman onlar qapını saxlayıb Ceyhunun çıxmasına mane olmuşlar. Ceyhun yenidən binaya qalxıb birinci mərtəbədə ayağı ilə mərtəbədə olan şüşələri vurmuş, şüşələr sınıb Arazın üstünə tökülsə də sonuncuya xəsarət yetirməmişdir. Həmin vaxtı Faiq özü də şüşə butulkanı blokun pəncərəsinə atmışdır ki, Ceyhunu sakitləşdirib onun sonuncunun kiməsə xəsarət yetirməsinə mane olsun. O özü Ceyhunun əllərindən tutub bıçaqla kiməsə xəsarət yetirməsinin qarşısını almış və binaya tərəf itələyib binanın giriş qapısını bağlamışdır. Bir neçə dəqiqə sonra Ceyhun evinə qalxmış, oradan balkona çıxıb nalayiq ifadələr işlədib söyüşlər söyürmüş. Daha sonra onlar hadisə yerindən çıxıb getmişlər. Həmin hadisə zamanı o heç bir xəsarət almamış və heç kimə xəsarət yetirməmişdir. Sonradan tanışlarının deməsindən ona məlum olmuşdur ki, onlar hadisə yerini tərk etdikdən sonra Ceyhun onların yemək yedikləri yerə yaxınlaşıb burada olan qonşulara məxsus əşyaları dağıtmışdır. Sözü gedən hadisə zamanı həmin yerdə adlarını qeyd etdiyi şəxslərdən başqa heç kim yəni, qonşu və ya başqa bir şəxs olmamışdır. Hadisə nəticəsində Faiqin dodağı partladığı üçün sonuncunu həkimə aparmışlar. Ceyhun bu hadisədən sonra balkondan dəfələrlə qışqırmışdır ki, “mənə də elə bu lazım idi”. Məhkəmə iclasında videokonfrans vasitəsilə şahid qismində dindirilmiş Şahid9 anket məlumatlarında göstərdiyi ünvanda yəni, ünvan 8ltı nömrəli mənzillərində 2012-ci ildən, hazırda da ailə üzvləriylə yəni, həyat yoldaşı Təqsirləndirilən şəxs və iki övladı 2011-ci il təvəllüdlü X4, 2017-ci il təvəllüdlü X11 ile birlikdə yaşayır. Ceyhun Məhərəmli ilə 2006-cı ildə ailə həyatı qurmuşdur. Zərərçəkmiş şəxs, qardaşı Şahid4 hazırda yaşadıqları ünvana köçdükləri vaxtdan tanımışlar, həmin şəxslər və digər qonşularla heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Aqil Babayevi 2006-cı ildən həyat yoldaşı “Şaurma №1” restoranlar şəbəkəsində işlədiyi vaxtdan həmin restoranlar şəbəkəsinin sahibi kimi tanımışdır. Aqil Babayev 2021-ci ilin avqust ayından Faiq və yaxınlarının şikayəti ilə həbs edildikdən sonra onlarla qarşı tərəfin arasında soyuq münasibətlər başlamışdır. Belə ki, Zərərçəkmiş şəxs 2021-ci ilin səhv etmirsə iyul ayında artıq Aqil Babayevin həbsindən əvvəl onun barəsində şikayət və qarayaxma işlərinə başlayan vaxt Faiq həyat yoldaşı Ceyhuna zəng vurub sonuncunun bu məsələdə kənarda qalmasını, Aqili müdafiə etməməsini ağır təhqirlərlə bildirmişdir. Həmin vaxtda o əllərində sübut olsun deyə Faiqin bu danışığını səs yazısı formasında öz istifadələrində “Samsung A10” markalı mobil telefon vasitəsilə səs yazısını yazmışdır. Bundan sonra 2022-ci ilin yanvar ayında o Ukrayna dairəsi yaxınlığında yaşayan bacısı Şəbnəm İskəndərovagilə gedən zaman burada Faiqin həyat yoldaşı Çin vətəndaşı “Zeynəb” kimi tanıdıqları şəxs və Faiqin bacısının həyat yoldaşı Aydın Niftəliyevlə onun arasında həmin şəxslər onu yenidən məlum məsələlərə görə təhdid etdikləri üçün münaqişə yaranmış, aralarında sözlə mübahisə olmuş, ona qarşı ağır təhqirlər etmişlər. Bundan sonra da onların yaşadıqları binanın həyətində Zaurun həyat yoldaşı Lyudmila və qarşı tərəfdən olan şəxslər arasında sözlə mübahisələr olur, onlar bu üsullarla və sosial şəbəkələrdə onun ünvanına təhqirlər etməklə münaqişəyə sövq edirmişlər. Bu münaqişələrin qarışısını almaq üçün onlar özləri həyətdə kameralar quraşdırmışlar, həmin vaxt buna qarşı tərəf də etiraz etmişdi. Mahiyyəti üzrə bildirmişdir ki, 03 may 2022-ci il tarixdə Faiq, qardaşı Zaur, dostları Araz, Teyyub, Daşqın, Elnur, Bəhruz, Xəyal onların yaşadıqları binanın həyətində manqal yandırıb kabab çəkərək süfrə qurub burada yığışmışlar. O həmin günü övladlarıyla təxminən 16 radələrində parka gəzintiyə gedib 18 radələrində geri həyətə qayıtmışdır. Həyətə qayıdanda həyətin girişində çoxlu sayda avtomobillərin olmasını həyətdə də çoxlu sayda adlarını qeyd etdiyi şəxslərin olmasını görmüşdür. O övladlarıyla həyətə daxil olub mənzilinə gedən zaman orada olan şəxslərin təhqiramiz ifadələr işlətməsini eşitmişdir. O mənzillərinə qalxandan sonra həyat yoldaşı Ceyhunla əlaqə saxlayıb Faiqgilin həyətdə yığışmasını bildirib münaqişə yaranmaması üçün bir qədər gec evə gəlməsini xahiş etmiş, Ceyhunda ona “yaxşı” demişdir. Bundan sonra Ceyhunla yenə zəngləşmişlər, saat 22 radələrində yoldaşı ona həmin vaxtlar məşğul olduğu taksi işində artıq yorulmasını bildirib evə qayıtmaq istədiyini demişdir. O da yoldaşı evə gəldiyi üçün eyvana çıxıb gözləməyə başlamışdır. Həmin vaxt həyətdə olan adlarını qeyd etdiyi şəxslərdən başqa Daşqının 15-16 yaşlarında olan oğlu Müntəzir də hadisə yerində olmuşdur. Bu vaxt Ceyhun həyətə daxil olub, burada olan şəxslərin yanından sakit formada keçib getmiş, həmin vaxt Ceyhunun əlində bazarlıq paketləri də var imiş. Həmin şəxslərin yanından bir neçə metr aralanmış Faiq Ceyhunu arxadan bir neçə dəfə kobud formada uca səslə çağırmış, Ceyhun da arxaya çevrilib Faiqdan nə istəməsini soruşmuş, Faiq Ceyhuna yaxınlaşdıqdan sonra Ceyhunu təhqir edib əli və ayağı ilə vurmuş, bu vaxt Ceyhun özünü müdafiə etmək üçün Faiqi itələmiş, Faiq yerə yıxılmışdır. Bundan sonra Faiqin qardaşı Zaur əlində olan taxta dəyənəklə Ceyhunu vurmuş, həmin vaxt digər şəxslər Araz, Xəyal və Teyyub Ceynunu əlləri və ayaqları ilə vurmuşlar. Bu vaxtı da həmin şəxslər Ceyhunu ağır söyüşlərlə təhqir edir, ünvanına nalayiq ifadələr işlədirmişlər. Artıq binalarının eyvanlarına qonşular çıxıb bu hadisənin şahidi olmağa başlamışdılar. Həmin münaqişənin gedişində Ceyhun ayağa qalxdıqdan sonra özünü müdafiə etmək üçün Faiq yenidən Ceyhunu vurduqda sonuncu Faiqin üzündən yumruqla vurmuş, bundan sonra əsasən Faiq və Araz olmaqla Ceyhunu divara söykəyib yenidən döymüşlər, həmin vaxt Daşqın Ceyhuna təhqirlə sonuncuya çəkilməsini bildirirmiş. Bu vaxtı Faiqin əlində nəsə parlaq olan böyük qaşı olan üzük olmuşdur ki, sonuncu həmin üzüklə Ceyhunun böyrünə zərbələr endirirmiş. Ceyhun həmin şəxslərin əlindən çıxıb mənzilə qalxanda üzü qanın içərisində imiş, bu vaxt övladları da atalarını bu formada görüb çox böyük travma almışlar, sonra həmin şəxslər hadisə yerindən çıxıb getməyib ağır təhqirlər etdiyi üçün Ceyhun yenidən aşağı düşüb yuxarı qalxmış, Ceyhunun ağzında olan protezi düşdüyü üçün yenidən həyətə düşmüşdür, bu vaxt o da Ceyhunla birlikdə aşağı düşmüşdür. Həmin vaxt Araz əlində bita götürmüş, Faiqin əlində isə dolu limonat şüşələri var imiş. Faiq butulkalardan birini binanın giriş qapısında olan şüşəyə atmışdı, biri isə onun yanından keçib həyətə düşmüşdür. Həmin vaxtı o, hər hansı bir xəsarət almamışdır. Bu zaman o, 102 zəng xidmətinə zəng vurmuş, bunu Faiqgil bilməsinə baxmayaraq həmin şəxslər xeyli dayanıb bir müdət sonra hadisə yerindən çıxıb getmişlər. Onu da demişdir ki, münaqişədən əvvəl Faiqgildən biri kameranın görüntünü qeydə almasın deyə üzünü rəngələmiş, həmin şəxslər Ceynunu döydükdən sonra Xəyal digər kameranın istiqamətini dəyişmişdi. Münaqişə ümumilikdə təxminən 15 dəqiqə davam etmiş, münaqişə zamanı burada Faiqgil uca səslə nalayiq kobud ifadələr işlətmişdir. Həyətdə adlarını qeyd etdiklərindən başqa şəxslər olmasa da qonşular səs-küyə görə eyvanlara yığışmış, hər şeyin şahidi olurmuşlar. Həmin şəxslər də özlərinin quraşdırdıqları kamera görüntüsünün tam 7-8 saatlıq görüntüsü var, Zaurun Ceyhunu telefonda təhdid etməsi ilə bağlı səs yazısı var. Bunları istintaqa təqdim edəcəkdir. Məhkəmə iclasında videokonfrans vasitəsilə şahid qismində dindirilmiş anket məlumatlarında göstərdiyi ünvan 9 ünvanında yerləşən binanın birinci mərtəbədə olan 2 nömrəli mənzillərində 2012-ci ildən, hazırda da ailə üzvləriylə yəni, anası Məlahət Zeynalova, həyat yoldaşı Emin İskəndərov və oğlu Aqil İskəndərovla birlikdə yaşayır. O 2012-ci ildən ailə üzvləriylə birlikdə Əbilov küçəsi 16 ünvanına köçən vaxtdan 3-cü mərtəbədə olan qonşusu Təqsirləndirilən şəxs, sonuncunun həyat yoldaşı Leyla xanım və digərləri ilə çox yaxşı münasibətləri olmuş, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Zərərçəkmiş şəxs də qardaşı Şahid4 və həyat yoldaşı Lyudmila adlı şəxs həmin binanın 4-cü mərtəbəsində yaşadıqları üçün bu şəxslərlə də qonşu kimi münasibətləri hər zaman yaxşı olmuşdur. Aqil Babayevi 2000-ci illərdən bir xeyriyyəçi iş adamı kimi tanımış, Aqil onun mərhum atası Siyavuş Zeynalov ağır xəstə olduğu vaxt atasına maddi yardım etmiş və atasının uzun müddət yaşamasına səbəb olmuşdur. O və atası Aqili tanıyan vaxtdan öncə də ibadətlə məşğul olurmuşlar, sadəcə Aqili də ibadət edən şəxs kimi tanımışlar. 2021-ci ilin yay aylarında Aqil Babayev hələ həbs edilməmişdən bir müddət öncə onunla qonşu olan və həmin vaxtlar aralarında çox yaxşı münasibətləri olduğu 4-cü mərtəbədə yaşayan Şahid5 adlı qonşusunun həyat yoldaşı Aytən onun evinə gələrək müraciət edib bildirmişdir ki, həmin şəxslər Aqil Babayevdən şikayət etməyə hazırlaşmışlar, onun da həmin şəxslərə qoşulmağını, artıq hazırlanmış guya Aqil tərəfindən ona təcavüz və dələduzluq olması ilə bağlı hazır ərizəyə imza etmələrini və birlikdə Aqildən şikayət etməyini təklif etmişlər. Bunun müqabilində isə ona hələ ki, miqdarını demədikləri qədər pul verəcəklərini bildirmişlər. O da bununla qətiyyən razılaşmamışdır. Ona həmin ərəfədə məlum olmuşdur ki, Zərərçəkmiş şəxs və sonuncunun tərəfdarları Aqil Babayevin evindən külli miqdarda pul oğurlamışlar. Bu hadisədən sonra onunla qarşı tərəf arasında faktiki olaraq soyuqluq yaranmış və həmin şəxlər ona ərizəyə qol çəkdirməkdikləri üçün dəfələrlə hədə-qorxu gəlib onun ünvanına nalayiq ifadələr işlədərək təyziqlər edirmişlər. Həmin şəxslər daimi olaraq həyətdə çoxlu sayda şəxslərlə yığışıraraq mənzilinin pəncərəsinin qarşısında manqal yandırmış, onun ünvanına nalayiq ifadələr işlədir, ona daimi psixoloji təsir və təyziqlər edir, balkonun içərisinə zibillər atır və daimi olaraq onu münaqişəyə məcbur edirmişlər. Bu faktlarla bağlı 102 zəng xidmətinə, Xətai Rayon Polis İdarəsinə, 36-cı polis bölməsinə dəfələrlə müraciətləri olmuş və nəticəsiz qalmışdır. Həmin münaqişələrdən sonra 2021-ci ilin əvvəlindən etibarən onun tərəfindən həyətdə iki kamera, mənzilinin giriş qapısının qarşısında bir, həyətdən bayırda isə bir kamera quraşdırtmışlar ki, həmin şəxslərin ona olan təyziqlərini qeydə alsın və əlində sübutları olsun. 03 may 2022-ci il tarixdə Faiq, qardaşı Zaur, dostları Araz, Teyyub, Daşqın, Elnur, Bəhruz, Xəyal, Fuad, Anar və Rövşən adlı şəxslər yığışıb süfrə açmışlar. Fuad, Anar və Rövşən adlı şəxslər isə sözü gedən dava zamanı artıq orada olmamış, çıxıb getmişlər. 03 may 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nizami metrosunun yaxınlığında olan kosmetologiya kursuna getmiş, onun kursu saat 15 radələrində bitmiş, lakin o onlayn formada həyətə quraşdırdığı kameradan görmüşdür ki, yenə də Faiq və sonuncunun yaxınları çoxlu sayda olmaqla həyətlərində yığışmışlar, manqalı da onun pəncərəsinin yanında elektrik naqillərinin altında quraşdırmışlar. Buna görə də o münaqişədən uzaq olsun deyə kursdan çıxıb evinə yox Əhmədli qəsəbəsində yaşayan qayınanasıgilə getmişdir. Anar Faiqlə nəsə danışdıqdan sonra sonuncu kameranın görüntüsünü qeydə almaması mqəsədilə üzünü nəyləsə rəngləmişdir. Həmin vaxt onların evlərində heç kim olmamış, anası və oğlu da onunla və yoldaşıyda birlikdə imişlər. Bundan sonra axşam saat 22 radələrində kameranı onlayn izləyən zaman Faiqgil həyətdə olduğu vaxt Ceyhunun həyətə daxil olmasını və sakitcə həmin şəxslərin yanından keçib getmək istəyərkən Faiqin onu çağırmasını və aralardında dava başlamasını görmüş, bu vaxt bir neçə şəxs Ceyhunu döyməyə başlamışdır. Birlikdə Ceyhunu döydükdən sonra burada olan Şahid2 əlinə dəyənək, Daşqın adlı şəxs isə avtomobildən silahı götürmüşdür. Bunda sonra həmin şəxslər bir-birinə işarə edərək onun tərəfindən həyətə qurşadırılan ikinci kameranı yuxarı istiqamətdə qaldırmışlar. Bu zaman o məsələnin ciddi olduğunu görüb dərhal qayınanasıgildən çıxıb evinə gəlmiş, yolda olan zaman o öz istifadəsində olan ********** saylı telefon nömrəsindən 102 zəng xidmətinə zəng vurub həyətlərindən münaqişə olmasını bu işin planlı şəkildə olduğu üçün kameranı söndürmələrini, ona təcavüz etmək istədiklərini bildirmişdir. Dava olan vaxtı həyətdə adlarını qeyd etdiyi şəxslərdən başqa heç kim olmamış, sadəcə Ceyhunun yoldaşı kömək etmək üçün sonradan həyətə düşmüşdü. Təxminən hadisə bitib oradan hamı getdikdən 3-4 dəqiqə sonra burada o özü tək həyətə çatmış, bu zaman hər yer dağılıb sınmış, bu Arazgilin həyat yoldaşları balkonlarda dayanıb həyətə baxırmışlar, bu zaman həmin şəxslər onun mərhum atasının ünvanına nalayiq söyüşlər söyməyə başlamışlar, o da eyni qaydada həmin şəxslərə qarşılıq vermişdir. Bu zaman həmin şəxslərin sayı çox olduğu üçün konkret olaraq orada kimlərin olmasını görməmişdir. İş üzrə digər Şahid1, Şahid2 Füzuli oğlu, Şahid3, Şahid4 məhkəmə iclasının vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə şahidlər Şahid1, Şahid2 Füzuli oğlu, Şahid3, Şahid4 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onlarn iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə istintaq dövründə vermiş olduğu ifadəsi elan olunmuşdur. Həmin ifadələrində onlar iş üzrə digər Şahid5 və Şahid6 və Şahid7 ilə oxşar məzmunlu ifadə verərək onların qeyd etdikləri xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 sentyabr 2022-ci il tarixli cinayət işinin materillarından başqa cinayət işinin ayrılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işindən X1 barəsində Zərərçəkmiş şəxs qarşı xuliqanlıq etməsi faktına görə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılması qərara alınmışdır (cild 1, i.v.01-2); 20 may 2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu və Zərərçəkmiş şəxs müraciətləri əsasında Xətai RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır(cild 1, i.v 3-4) Zərərçəkmiş şəxs tərəfindən Bakı Şəhəri Xətai Rayon Polis İdarəsi 36-cı PB-nə ünvanlanmış xx.xx.2022-ci il tarixli şikayət ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi xuliqanlıq hərəkətlərinə hüquqi qiymət verilməsi xahiş olunmuşdur(cild 1, i.v 18) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12” X22 10 may 2022-ci il tarixli 483 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs baş-beyin silkələnməsi, başın sol-təpə gicgah nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, üst dodağının əzilmiş yaraları bərk küt əşya (əşyaların) təsirindən törənmişlər, xx.xx.2022-ci il tarixdə kənar şəxslər tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs müəyyən edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə özü-özünə yetirməsi inkar olunur. (İ cild,i.v 48-49) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12” X22 xx.xx.2022-ci il tarixli 458 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bəhrəm oğlunda alt dodağın əzilmiş yarası, döş qəfəsinin, qarının ön divarının, sağ sağrı nahiyəsinin dərialtı hematomaları, sağ gözətrafı nahiyənin, oğlunu hər iki bazunun, sağ çiyin oynağı nahiyəsinin qançırları, boyun və sağ diz oynağı edilmiş nahiyələrinin sıyrıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə kənar şəxs(lər) tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zǝrǝrvurmaya aid edilir. Təqsirləndirilən şəxs Bəhrəm oğlunda müəyyən edilmiş xəsarətin xarakter və lokalizasiyasına görə özü-özünə yetirməsi inkar olunur.(cild 1, i.v 50-51) Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim edilmiş içərisində 02 ədəd video görüntü olan diskə baxış keçirilməsi barədə 07 iyul 2022-ci il tarixli protokoldan görünür ki, həmin diskdə şərti olaraq nömrələnmiş 1) “Shahidin doyulmesi” və 2) “Shahidi doyenler 2” adlı video görüntü mövcuddur. Hər iki video görüntü montaj olunub kəsilməklə sözü gedən hadisənin müəyyən fraqmentlərindən ibarətdir. Həmin video görüntülərdən birincisi-“Shahidin doyulmesi” adlı video görüntü 1 dəqiqə 19 saniyədən ibarətdir. İş materiallarına əsasən müəyyən olunduğu kimi görüntünün əvvəlində 03 may 2022-ci il tarixdə saat 18:46 radələrində Şahid1, Zərərçəkmiş şəxs və Şahid4 ünvan 11 ünvanında yerləşən yaşayış binasının həyətinə daxil olması əks olunur. Daha sonra sözü gedən hadisənin ikinci hissəsində baş vermiş Şahid2, Şahid1 və Zərərçəkmiş şəxs əl və yaqları ilə Təqsirləndirilən şəxs döyməsi əks olunur. Video görüntünün davamında Şahid6 və digər şəxslərin manqalın ətrafında dayanması, həmin vaxt Zərərçəkmiş şəxs tərəfindən oranı qeydə alan kameranın önünün görüntü qeydə almasının qarşısı almaq məqsədi ilə naməlum maddə ilə rənglənməsi görünür. Görüntünün davamında hadisənin birinci hissəsində baş vermiş Zərərçəkmiş şəxs binanın giriş hissəsinə tərəfə gedən Təqsirləndirilən şəxs çağırması ilə sonuncunun geri qayıtması, daha sonra Şahid4 əlində olan istintaqa məlum olmayan dəyənək, Zərərçəkmiş şəxs və Şahid3 əl zərbələri ilə Ceyhun Məhərəmovu vurması, ardınca Təqsirləndirilən şəxs adına olan VÖEN və digər sənəddən fotoşəkillər görünür. Daha sonra hadisənin sonunda baş vermiş Şahid2 əlində dəyənəklə, həmçinin Teyub Vəliyev və Şahid3 hadisənin baş verdiyi həyətə daxil olması əks olunur, ardınca yuxarıda qeyd edilmiş hadisənin birinci hissəsində baş verənlər təkrarən görünür və hadisə yerini çəkən kameranın istiqamətinin Şahid3 tərəfindən yuxarı doğru qaldırılması müəyyən olunur. Görüntünün davamında yuxarıda qeyd edilən hadisənin yenidən ikinci hissəsində baş verənlər əks olunur. Görüntünün sonunda hadisənin baş verdiyi binanın həyətinin giriş hissəsində təcili tibbi yardım və polis xidməti avtomobillərinin gəlməsi, daha sonra Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinin məlumat lövhəsinin fotoşəkili əks olunur. “Shahidi doyenler 2” adlı ikinci video görüntü 44 saniyədən ibarətdir. Həmin görüntünün əvvəlində sözü gedən hadisədən öncə 03 may 2022-ci il tarixdə saat 18:39 radələrində Şahid3, Şahid1, Şahid6, Şahid2, Zərərçəkmiş şəxs və digərlərinin manqalın ətrafında dayanması, daha sonra birinci video görüntünün təkrarı olaraq yuxarıda qeyd edildiyi kimi Zərərçəkmiş şəxs kameranın önünün naməlum maddə ilə rəngləməsi, Zaur və Zərərçəkmiş şəxs qardaşlarının, Şahid1 hadisə yerinə gəlməsi, hadisənin sonunda iş materiallarında məlum olduğu kimi Şahid3 kameranın istiqamətini dəyişdirməsi, Xətai Rayon Polis İdarəsinin inzibati binasının qarşısının fotoşəkili, qərarın nəticə hissəsininin fotoşəkil, Zərərçəkmiş şəxs olduğu Aqil Babayevin təqsirləndirildiyi iş üzrə müsahibə verməsi əks olunur.(İ cild, i.v 111) Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim edilmiş içərisində 16 ədəd video görüntü və 11 ədəd fotoşəkil olan yaddaş kartına baxış keçirilməsi barədə 16 iyul 2022-ci il tarixli protokolla müəyyən edilmişdir ki, 1) “ch01_**********0000” adlı video görüntü 01 saat 04 dəqiqə 46 saniyə davam edir. Həmin video görüntüdə olan məlumata və cinayət işi materiallarına əsasən bu görüntü 03 may 2022-ci il tarixdə saat 17:00-dan 18:04-ə kimi davam edir və sözü gedən hadisənin baş verdiyi ünvan 12 ünvanında yerləşən yaşayış binasının qarşısındakı həyatyanı sahəni qyedə alır. Video görüntünün 23-cü dəqiqə 23-cü saniyəsindən etibarən saat 17:23-dən sonra iş materiallarından məlum olduğu kimi Şahid3, bir neçə saniyə sonra Şahid4 bir nəfər azyaşlı uşaqla birlikdə həyatyanı sahədən çıxıb gedirlər. Görüntünün 32-ci dəqiqə 10cu saniyəsindən sonra saat 17:32-də Şahid6 başqa bir nəfər işi ilə birlikdə müxtəlif ərzaqları və ləvazimatları həmin ünvanda olan həyətə girişdə olan üstü bağlı vəziyyətdə olan oturacağa gətirir, görüntünün 32-dəqiqə 58-ci saniyəsindən etibarən Şahid3 də həmin şəxslərə kömək edir və birlikdə yemək hazırlayırlar. Daha sonra həmin şəxslər masanı kameranın altına binanın giriş hissəsindən qarşısına qoyurlar. Görüntünün 42-ci dəqiqə 19 saniyəsindən etibarən Şahid5 həmin yerə gəlir, görüntünün 47-ci dəqiqə 34-cü saniyəsində etibarən həmin yerə uzun boylu kök bədən quruluşlu saçı olmayan bir nəfər kişi şəxs gəlir, 51-ci dəqiqə 38-ci saniyədən etibarən Şahid1 həmin gəlir, 57-ci dəqiqə 02-ci saniyədən etibarən Şahid3 manqalın yanına içərisində taxtalar olması görünən ağ rəngli kisəni gətirərək yerə qoyur. 58-ci dəqiqə 32-ci saniyədən etibarən Şahid3 həmin torbanın içərisindəki taxtaları manqalın yanına boşaldır və manqalı yandırmağa başlayır. Görüntünün 01-ci saat 03-cü dəqiqə dəqiqə 57-ci saniyəsindən etibarən göy rəngli şalvar və görəkçə geyinmiş bir nəfər kişi gəlir, həmin tarixdə saat 18:04-da video görüntü bitir. 2) “ch01_**********0447” adlı ikinci video görüntü 01 saat 07 dəqiqə 14 saniyə davam etməklə əvvəlki görüntünün qeydə aldığı sahəni əhatə edir. Həmin video görüntüdə olan məlumata əsasən görüntü 03 may 2022-ci il tarixdə saat 18:05-dən 19:11 kimi davam edir. Görüntünün əvvəlindən Şahid3, Şahid6, bundan başqa birinci görüntüdə təsvir edilmiş əlavə 02 nəfər şəxs və 01 nəfər sarı gödəkçəli azyaşlı uşaq həmin binanın həyətində olur. Burada olan şəxslər manqalı yanıdırıb süfrə hazırlamaq üçün hazırlıq görür. Saat 18:16 radələrində həmin yerə Şahid4 və əynində qara köynək, boz gödəkçə, qara şalvar, ağ və qara rənglərdən ibarət idman ayaqqabısı olan şəxs gəlir. Saat 18:16 radələrindən etibarən Şahid3 əvvəlcədən ağ rəngli kisədə həmin yerə gətirdiyi biri qalın digəri bir qədər nazik olan taxta parçalarını əlinə götürüb onları manqalda olan közləri yaymaq üçün istifadə etdiyindən hər iki taxta parçasının ucu yanaraq tüstüləyib bir qədər közərir. Saat 18:22 radələrində iş materiallarına əsasən məlum olduğu kimi Təqsirləndirilən şəxs həyat yoldaşı hicab geyimində olan Şahid9 yanında biri hicab geyimiin olmaqla iki nəfər azyaşlı qız uşağı ilə birlikdə həyətə daxil olub binanın girişinə gedir və binaya daxil olur. Saat 18:25 radələrində həmin yerə bir nəfər hərbi səhra geyiminə bənzər geyimdə oğlan uşağı gəlir. Saat 18:38 radələrində qara rəngli şalvar, göy rəngli köynək və qara gödəkçədə olan Zərərçəkmiş şəxs həmin yerə gəlir. Saat 18:42 radələrində iş materialalrından məlum olduğu kimi Zərərçəkmiş şəxs tərəfindən həmin yeri qeydə alan kameranın üzünə naməlum maddə yaxır və kameranın görüntü qeydə almasının böyük qismini məhdudlaşır. Bundan sonra yalnız Zərərçəkmiş şəxs ağ gödəkçədə olması görünür. 3) “ch01_**********1202” adlı video görüntü 01 saat 07 dəqiqə 16 saniyə davam etməklə əvvəlki görüntünün qeydə aldığı sahəni əks etdirir. Həmin video görüntüdə olan məlumata əsasən bu görüntü 03 may 2022-ci il tarixdə saat 19:12-dən 20:18 radələrinə kimi davam edir. Lakin əvvəlki görüntüdən də məlum olduğu kimi kameranın önünə naməlum maddə yaxıldığı üçün kamera işləsə də hər hansı bir görüntünün qeydə alınması mümkün olmur. 4) “ch02_**********0000” adlı video görüntü əvvəlki görüntülərdən fərqli olaraq sözü gedən hadisənin baş verdiyi binanın həyətinin giriş hissəsini küçə tərəfdən qeydə alır, 01 dəqiqə 34 saniyə davam edir, həmin video görüntüdə olan məlumata əsasən bu görüntü 03 may 2022-ci il tarixdə saat 17:00-dan 17:01 radələrinə kimi davam edir. Həyətin giriş hissəsində yalnız qara rəngli Audi markalı avtomobiin olması görünür. 5) ch02_**********0134 adlı video görüntü əvvəlki görüntüdə olduğu kimi binanın həyətinin giriş hissəsini küçə tərfədən qeydə alır, 01 saat 17 dəqiqə 18 saniyədən ibarət olmaqla, həmin video görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 17:01 radələrindən 18:08 radələrinə kimi davam edir, baxış keçirilmiş birinci video görüntüdə qeydə alındığı kimi həmin ünvana ardıcıllıqla gələn qeyd edilmiş şəxslərin gəlməsi məlum olur. Həmin tarixdə saat 17:31 radələrində qara rəngli Mercedes markalı avtomobillə Şahid6, saat 18:46 radələrində qara rəngli **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobildə əvvəlcədən təsvir edilmiş uzun boylu kök bədən quruluşlu saçı olmayan bir nəfər kişi, saat 18:03 radələrində növbəti qara rəngli avtomobillə göy gödəkçəli orta boylu arıq bədən quyruluşlu şəxs həmin yerə gəlir. Həmin görüntüdə saat 17:56 radələrində Şahid3 boş qarton qutu və içərisində taxta parçaları olan ağ kisə torbanı həmin həyətyanı sahəyə gətirir. 6) ch02_**********0853 adlı video görüntü əvvəlki görüntüdə olan sahəni qeydə alır, 01 saat 07 dəqiqə 18 saniyədən ibarət olmaqla görüntüdə olan məlumata əsasən bu görüntü 03 may 2022-ci il tarixdə saat 18:08 radələrindən 19:16 radələrinə kimi davam edir. Görüntüdən məlum olur ki, saat 18:18 radələrində Şahid4 və əvvəlcədən təsvir edilmiş boz rəngli gödəkçəsi olan şəxs gəlir, 18:41 radələrində ağ rəngli avtomobildə Zərərçəkmiş şəxs həmin yerə gəlir və saat 18:45 radələrində gəldiyi avtomobilin arxa yük yerindən ağ rəngli gödəkçəsini götürüb əyninə geyinir və həyətə daxil olur, saat 19:08 radələrində bir kişi hicab geymində olan bir qadınla birlikdə, 19:10 radələrində növbəti bir kişi, 19:12 radələrində əlavə bir kişi həyətə daxil olur. 7) ch02_**********1612 adlı video görüntü əvvəlki görüntüdə olan sahəni qeydə alır, 01 saat 07 dəqiqə 19 saniyədən ibarət olmaqla görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 19:16 radələrindən 20:23 radələrinə kimi davam edir. Görüntüdən məlum olur ki, həmin tarixdə saat 19:23 radələrində ağ qara rəngli idman ayqqabısı, boz rəngli şalvar, qara köynək və qara qısaqol gödəkçə geyinmiş Şahid2 həyətə daxil olur, saat 19:43 radələrində əlavə bir nəfər kişi və 20:12 radələrində hicab geyimində bir qadın həyətə daxil olur. 8) ch02_**********2333 adlı video görüntü əvvəlki görüntüdə olan sahəni qeydə alır, 01 saat 07 dəqiqə 20 saniyə ibarət olmaqla həmin görüntüdə olan məlumata əsasən 03 may 2022ci il tarixdə saat 20:23 radələrindən 21:30 radələrinə kimi davam edir. Həmin tarixdə saat 20:24 radələrində iş materiallarından məlum olduğu kimi Şahid8 əvvəlcə özü həmin həyətyanı sahəni tərk edir, daha sonra bir nəfər hicablı qadını küçədən həyətə ötürüb yenidən özü çıxıb gedir. Saat 20:28, 20:40 və 20:55 radələrində hər birində bir nəfər olmaqla 03 nəfər kişi həyətə gəlir, saat 21:29 radələrində iki nəfər yeniyetmə uşaq həyətə daxil olur. 9) ch02_**********3052 adlı video görüntü əvvəlki görüntüdə olan sahəni qeydə alır, 01 saat 07 dəqiqə 19 saniyədən ibarət olmaqla görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 21:30 radələrindən 22:37 radələrinə kimi davam edir. Həmin görüntüdən iş materiallarına əsasən məlum olur ki, Şahid4, Zərərçəkmiş şəxs, Şahid2, Şahid3, Şahid1, Şahid7, Şahid6, Şahid5 başqa bütün şəxslər həyətdən çıxıb gedir. Saat 22:34 radələrində Təqsirləndirilən şəxs əlində sellofan paket olmaqla həyətin qapısına doğru gəlməyə başlayır, bu vaxt həyətə giriş qapısının önündə Şahid5 və Şahid7 dayanıb söhbət edir. Şahid6 isə öz avtombilinə əyləşib getməyə hazırlaşır. Saat 22:35 radələrində həyətdə səs-küy olduğu üçün əvvəlcə Şahid7, ardınca Şahid5, daha sonra Şahid6 cəld formada həyətə daxil olur. Saat 22:36 radələrində əvvəlcə Şahid2, ardınca Şahid4, Şahid5, Şahid7, Şahid1 və Şahid3 həyətdən çıxır. Saat 22:37 radələrində isə Zərərçəkmiş şəxs əlində olan salfetlə üz nahiyəsini silərək həyətədn çıxıb bir qədər kənarda dayanmış digərlərinin yanına yaxınlaşır, həmin vaxtı ən sonda Şahid6 həyətdən çıxır. Daha sonra saat 22:37 radələrində Şahid6 səs gəldiyi üçün yenidən qapıya tərəf yönəlir həyətə giriş qapısını əli ilə saxlayıb iş materiallarına əsasən Təqsirləndirilən şəxs içəridən çıxmasına mane olur. 10) ch02_**********3813 adlı video görüntü əvvəlki görüntüdə olan sahəni qeydə alır, 52 dəqiqə 47 saniyədən ibarət olmaqla həmin görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 21:30 radələrindən 22:37 radələrinə kimi davam edir. Saat 22:38 radələrində Şahid6 həyətə giriş qapısını saxlayır, Şahid4 özünün idarə etdiyi avtombilin arxa saxlanc yerindən bir ədəd taxta dəyənək (bita) götürüb Şahid2 verir, əvvəlcə Zərərçəkmiş şəxs daha sonra Şahid2 olmaqla orada olan şəxslər hadisənin baş verdiyi həyətə daxil olur. Həmin vaxt saat 22:39 radələrində həyətin giriş hissəsinin qarşısında olan yolda piyada gedən üç nəfər qadın səs küyə dayanıb həyətə doğru baxırlar. Saat 22:39 radələrində Şahid5, Şahid4, Şahid7, Şahid2, Şahid1, Zərərçəkmiş şəxs, Şahid6 və Şahid1 adları qeyd edilmiş ardıcıllıqla həyətdən çıxırlar, Şahid6 öz avtomobilinə yələşib həmin yerdən gedir. Şahid2 götürdüyü taxta dəyənəyi Şahid4 verir, sonuncu da həmin dəyənəyi avtomobilinin arxa yük yerinə qoyur. Həmin şəxslər bir qədər kənarda dayanıb öz aralarında danışırlar. Sonra yenidən Şahid1 həyətə geri qayıdır. Daha sonra Şahid6 həmin yerə qayıdır, sonuncu və Zərərçəkmiş şəxs binaya tərfə baxıb əl işarələri ilə danışaraq nəsə deyirlər. 11) ch04_**********0000 adlı video görüntü əvvəlki görüntülərdən fərqli olaraq hadisənin baş verdiyi həyatyanı sahənin binanın giriş hissəsinin yaxınlığında quraşdırılmış kamera vasitəsilə qeydə alır və 1-3-cü video görüntüdə olan sahəni digər əks tərəfədən qeydə alır, 13 dəqiqə 04 saniyədən ibarət olmaqla həmin görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 17:00 radələrindən 17:13 radələrinə kimi davam edir. Həmin görüntü birinci video görüntüdə olan qeyd edilmiş şəxslərin hərəkətlərini əks tərəfdən bir qədər uzaq formada qeydə alınmış təsviridir. 12) ch04_**********1305 adlı video görüntü əvvəlki görüntüdə olan sahəni və 1-3-cü video görüntüdə olan sahəni digər əks tərəfədən qeydə alır, 01 saat 07 dəqiqə 18 saniyədən ibarət olmaqla həmin görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 17:00 radələrindən 17:13 radələrinə kimi davam edir. Həmin görüntü ikinci video görüntüdə olan qeyd edilmiş şəxslərin hərəkətlərini əks tərəfdən bir qədər uzaq formada qeydə alınmış təsviridir. 13) ch04_**********2024 adlı video görüntü əvvəlki görüntüdə olan sahəni və 1-3-cü video görüntüdə olan sahəni digər əks tərəfədən qeydə alır, 01 saat 07 dəqiqə 18 saniyədən ibarət olmaqla həmin görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 18:20 radələrindən 19:27 radələrinə kimi davam edir. Üçüncü video görüntüdə qeyd edildiyi kimi saat 18:42-də Zərərçəkmiş şəxs kameranın üzünü rəngli maddə ilə rəngləməsi, daha sonra ağ gödəkçəni geyinməsi əks olunur. Burada olan şəxslər yemək hazırlnaması ilə məşğul olurlar. Saat 19:02 radələrində binanın girişində olan solbir ədəd sol və iki ədəd skamya həyətə giriş qapısının önündə qoyulur. 14) ch04_**********2744 adlı video görüntü əvvəlki görüntüdə olan sahəni və 1-3-cü video görüntüdə olan sahəni digər əks tərəfədən qeydə alır, 01 saat 07 dəqiqə 19 saniyədən ibarət olmaqla həmin görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 19:27 radələrindən 20:34 radələrinə kimi davam edir. Həmin video görüntüdə qeyd edilmiş saatlarda şəxslərin həyətə gəlməsi əks olunur, orada olan şəxslərin süfrənin hazırlanması ilə məşğul olurlar. Saat 20:12 radələrində əvvəlcə Şahid1 daha sonra Şahid6 namaz qılması görünür. Saat 20:24 radələrində əvvəlcədən qedy edildiyi kimi Şahid8 həyətdən çıxır, bir müddət sonra sonuncu həyətin qapısına kimi gətidiyi bir nəfər hicablı qadın əvvəlcə həyətyanı sahəyə sonra binaya daxil olur. 15) ch04_**********3503 adlı video görüntü əvvəlki görüntüdə olan sahəni və 1-3-cü video görüntüdə olan sahəni digər əks tərəfədən qeydə alır, 01 saat 07 dəqiqə 19 saniyədən ibarət olmaqla həmin görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 20:35 radələrindən 21:42 radələrinə kimi davam edir. Səkkizinci video görüntüdə təsvir edilmiş şəxslərin həıyətyanı sahəyə daxil olması müşahidə edilir. Həyətdə olan şəxslər yeməklərin və süfrənin hazırlanması ilə məşğul olurlar. 16) ch04_**********4223 adlı video görüntü əvvəlki görüntüdə olan sahəni qeydə alır, 01 saat 07 dəqiqə 20 saniyədən ibarət olmaqla həmin görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 21:42 radələrindən 22:49 radələrinə kimi davam edir. Lakin 22:39 radələrində kameranın istiqaməti dəyişildiyi üçün iş üçün əhəmiyyət kəsb edən görüntünün qeydə alınması mümkün olmur. Saat 22:30 radələrinə kimi olan müddətdə həyətyanı sahədə olan şəxslrə yeməık yedikdən yekunlaşdırır, Şahid4, Zərərçəkmiş şəxs, Şahid2, Şahid3, Şahid1, Şahid7, Şahid6, Şahid5 başqa bütün şəxslər həyətdən həmin yerdən çıxıb gedir. Adları qeyd olunan şəxslər həmin yerdə qalıb yır-yığışla məşğul olur. Saat 22:34-da yaşayış binasının sakini olan tanışı Təqsirləndirilən şəxs həmin şəxslərin təşkil etdiyi süfrənin yanından keçib yaşayış binasının girişinə doğru hərəkət etdiyi zaman Zərərçəkmiş şəxs iş materiallarından məlum olduğu kimi Təqsirləndirilən şəxs arxadan çağıraraq özü də ona yaxınlaşıb əvvəllər onun ünvanına nalayiq ifadələr işlətməsini bildirib Təqsirləndirilən şəxsla mübahisə edib onun üz nahiyəsindən sillə, bədən nahiyəsindən isə təpik zərbəsi ilə qəsdən vurur, sonra bunun qarşılığında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ayağından tutaraq itələyib onu yerə yıxır, bunu görən Şahid4 istintaqa məlum olmayan silah qismində istifadə olunan dəyənəyə oxşar əşya ilə, Şahid2 və Şahid3 isə çoxsaylı əl zərbələri ilə Təqsirləndirilən şəxs qəsdən vurub sonuncunun müqavimətini qırır, Zərərçəkmiş şəxs yerdən ayağa qalxaraq Təqsirləndirilən şəxs əlləri ilə bir neçə dəfə üz nahiyəsinə qəsdən zərbə vurub daha sonra onu qrupun digər üzvlərindən bir qədər kənara çəkir, bu dəfə sol əli ilə Təqsirləndirilən şəxs üz nahiyəsinə sillə vurur, bunun qarşılığında Təqsirləndirilən şəxs onu yumruq zərbəsi ilə vurub yerə yıxır, həmin anda Şahid4 bir anlıq Ceyhun Məıhərrəmovu itələyib onu tutsa da daha sonra buraxıb oradan uzaqlaşır, Şahid2 Təqsirləndirilən şəxs üstünə hücum edib əl və ayaq zərbələri, Şahid1 isə ayaq zərbəsi ilə Təqsirləndirilən şəxs vurub onu divara sıxaraq müqavimətini qırdıqdan sonra Zərərçəkmiş şəxs bükülü vəziyyətdə olan Təqsirləndirilən şəxs qarın nahiyəsindən bir neçə dəfə yumruq zərbələri ilə qəsdən vurur, daha sonra Təqsirləndirilən şəxs ayağa durub onlardan aralanaraq yaşadığı mənzilə qalxır. Saat 22:38 radələrində Təqsirləndirilən şəxs evindən bıçaq götürərək binanın həyətinə düşdükdən sonra Zərərçəkmiş şəxs oturduqları süfrənin yanında olan silah qismində istifadə edilə bilən bir ədəd şüşə butulkanı götürüb binanın giriş hissəsində dayanmış Təqsirləndirilən şəxs istiqamətində atır, həmin şüşə butulka yerə düşüb sındıqdan sonra başqa bir şüşə butulkanı götürüb bu dəfə Təqsirləndirilən şəxs doğru gedərək ona yaxınlaşdıqdan sonra həmin əşyanı əlində yuxarı qaldırıb zərbə endirmə vəziyyətini alıb gözləyir, həmin vaxt əvvəlki video görüntüdəndə göründüyü kimi Şahid2 əlində taxta dəyənək yəni bita olsa da bunu heç kimə qarşı tətbiq etmir. Saat 22:39 radələrində iş materiallarından məlum olduğu kimi Şahid3 kameranın istiqamətini dəyişdiyi üçün bundan sonra görüntü qeydə alınması mümkün olmur. (İ cild,i.v 128-131) 19 iyul 2022-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən həmin məcəllənin 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır.(cild 1, i.v 139-140) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12” X22 xx.xx.2022-ci il tarixli T375/2022 saylı rəyi ilə müəyyən edilmişdir ki, 1980-ci il təvəllüdlü X2 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Vətəndaş Təqsirləndirilən şəxs alt dodağın əzilmiş yarası, döş qəfəsin, qarının ön divarının, sağ sağrı nahiyələrin dərialtı hematomaları, sağ gözətrafı nahiyənin, hər iki bazunun, sağ çiyin oynağı nahiyəsinin qançırları, boyun və sağ diz oynağı nahiyələrinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşya (əşyaların) təsirindən törənmiş, kənar şəxs tərəfindən yumruq və təpiklə həmin nahiyələrə yetirilən zərb nəticəsində qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilirlər.(cild1, i.v 184- 189) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12” X22 təkrar məhkəmə-tibbi ekspertizasının 03 avqust 2022-ci il tarixli T374/2022 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs baş-beyin silkələnməsi, başın sol-təpə gicgah nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, üst dodağının əzilmiş yaraları bərk küt əşya (əşyaların) təsirindən törənmiş, kənar şəxs tərəfindən yumruqla həmin nahiyələrə yetirilən zərb nəticəsində xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə istər ümumilikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilirlər.(cild 1, i.v 190-194) 13 sentyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi barəsə protokoldan görünür ki, Şahid4 tərəfindən istintaqa təqdim edilmiş içərisində 24 saniyə, 04 saniyə, 01 dəqiqə 08 saniyə, 52 saniyə və 09 saniyədən ibarət olan 05 ədəd video görüntü və 01 ədəd fotoşəkil olan diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin diskdə şərti olaraq nömrələnmiş 1) “VİD- 20220927-WA0007”, 2) “VİD-20220927-WA0008”, 3) “VİD-20220927-WA0009”, 4) “VİD- 20220927-WA0010” və 5) “VİD-20220927-WA0011” adlı video görüntülər, həmçinin “WhatsApp İmage 2022-09-27 at 10.22.17” adlı fotoşəkil olması müəyyən edildi. Həmin video görüntülərdən birincisi 25 saniyədən ibarət olmaqla video görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 22:43 radələrində qeydə alınmışdır. Həmin görüntüdə iş materiallarına əsasən Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 16A ünvanında yerləşən yaşayış binasının qarşısındakı həyatyanı sahədə bir nəfər kişi cinsindən olan şəxsin hadisə yerində olan əşyaları götürüb həyətyanı sahənin giriş qapısına tərəf tullaması, daha sonra binaya daxil olması əks olunur. İkinci video görüntü 4 saniyədən ibarət olmaqla video görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 22:31 radələrində qeydə alınmışdır. Bu görüntüdə iş materiallarına əsasən Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi 16A ünvanında yerləşən yaşayış binasının pilləkənlərindən Təqsirləndirilən şəxs əlində olan bıçağa bənzər iki ədəd əşya ilə sürətli şəkildə aşağı düşməsi öz əksini tapmışdır. Üçüncü video görüntü 01 dəqiqə 08 saniyədən ibarət olmaqla video görüntüdə olan məlumata əsasən 04 may 2022-ci il tarixdə saat 02:10 radələrində qeydə alınmışdır. Həmin video görüntüdə biri yuxarıda qeyd edilmiş birinci video görüntüdə olan şəxs olmaqla əlavə bir nəfər kişi cinsindən olan şəxslə birlikdə sözü gedən hadisənin baş verdiyi yerdə əllərində olan işıqla nə isə axtarması, daha sonra həmin şəxslər tərəfindən görüntünü qeydə alan video kameranın istiqamətinin yuxarı doğru dəyişməsi əks olunur. Kameranın istiqaməti dəyişsə də görüntü qeydə alması davam edir, daha sonra görünür ki, həmin şəxslərlə yanaşı əlavə bir nəfər kişi cinsindən olan şəxslə birlikdə əllərində olan işıqlarla nə isə axtarmağa davam edirlər. Dördüncü video görüntü 09 saniyədən ibarət olmaqla video görüntüdə olan məlumata əsasən 04 may 2022-ci il tarixdə saat 02:10 radələrində qeydə alınmışdır. Bu görüntüdəngörünür ki, birinci və üçüncü ördüncü video görüntüdə olan şəxsin sözü gedən hadisə yeri yəni, həyatyanı sahəyə daxil olması əks olunur. Beşinci video görüntüdə 52 saniyədən ibarət olmaqla video görüntüdə olan məlumata əsasən 03 may 2022-ci il tarixdə saat 22:49 radələrində qeydə alınmışdır. Bu video görüntüdə iki nəfər hicab geyimli qadın sözü gedən hadisə yerində olan əşyaları dağıtması, daha sonra polis əməkdaşlarının həyətyanı sahəyə daxil olaraq həmin şəsləri danışaraq sakitləşdirməsi əks olunur. Bunlardan başqa diskdə olan 01 ədəd fotoşəkildə 15 nəfər şəxsin süfrə arxasında dayanıb fotoşəkil çəkdirməsi, iş materiallarına əsasən həmin fotoşəkildə X7, Şahid2 və Şahid8 mehriban formada dayanması əks olunur. Həmin fotoşəkil çap olunraq protokola əlavə edilmişdir. (cild İ, i.v 223) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(cild 1, i.v 229) 23 sentyabr 2022-ci il tarixli diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 18093 saylı müşayiət məktubu ilə göndərilmiş 01 ədəd diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olan **********, Şahid2 istifadəsində olan ********** və Şahid1 istifadəsində olan ********** saylı mobil telefon nömrələrinin 01 yanvar 2021-ci il tarixdən 01 avqust 2022-ci il tarixədək olan müddətdə girişçıxış zəngləri, sms mətnləri və anten dairələrinə dair məlumatlar mövcuddur. Həmin məlumatlara baxış keçirilən zaman məlum olmuşdur ki, Zərərçəkmiş şəxs istinfadəsində olan ********** saylı mobil telefon nömrəsindən xx.xx.2022-ci il tarixdə saat 12:18 radələrində iş üzrə zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil telefon nömrəsi arasında 260 saniyə müddətində danışıq olmuşdur. Həmin danışıq zamanı anten məlumatlarına əsasən Zərərçəkmiş şəxs Gədəbəy rayonu ərazisində olması müəyyən edilmişdir. Şahid1 istifadəsində olan ********** saylı telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı nömrə arasında zənglərə dair məlumatlar aşağıdakı kimidir: Zəng edən: Zəngi qəbul edən: Tarix və saat: Müddət: (saniyə) **********30 **********3333 2021-04-15 00:18:25 14 **********30 ********** 2021-10-28 15:40:28 45 **********30 ********** 2022-01-23 15:51:41 528 **********30 ********** 2022-03-30 20:34:59 58 **********30 ********** 2022-04-01 13:48:07 26 ********** 505563030 2022-04-01 13:51:04 46 ********** 505563030 2022-04-01 13:53:26 7 Baxış keçirilmiş məlumatlarda cinayət təqibi üçün əhəmiyyət kəsb edən başqa hal aşkar edilməmişdir(cild İİ, i.v 7) Cinayət işi üzrə Azərbaycan Respublikası “Məhkəmə-Tibbi Ekspertiza və X12” publik hüququi şəxsin təkrari ekspertizalar şöbəsinin rəisi X3 ifadəsində 03 avqust 2022-ci il tarixli T375/2022 saylı rəyi ilə bağlı bildirmişdir ki, Təqsirləndirilən şəxs alt dodağında olan əzilmiş yara, döş qəfəsi, qarının ön divarı, sağ sağrı nahiyəsinin dərialtı hemotomaları istər birlikdə, istərsə də ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər yəni, sağ gözətrafı nahiyənin, iki bazunun, sağ çiyin oynağı nahiyəsinin qançırları, boyun və sağ diz oynağı nahiyələrinin sıyrıqları sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Cinayət işi materiallarında olan ifadələrdə işlənmiş preslənmiş karton məhkəmə-tibbi ekspertiza rəylərində qeyd edilmiş bərk küt əşya hesab edilir. (cild İİ, səh 23-25) xx.xx.2022-ci il tarixli zərərçəkmiş şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır(cild İİ, i.v 26) 29 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona ittiham elan eidlməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan olunması qərara alınmışdır(cild İİ, i.v 39-41) Bakı şəhəri 61 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və 2 uşağı var, 1-ci X10 iştirakçısıdır və 2-ci qrup əlildir.(cild İİ, i.v 60) Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X11 və xx.xx.2011-ci il təvəllüdlü X5 adlı övladları vardır.(cild İİ, i.v 61) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatının verilməsi barədə arayışından görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir, əlilliyi müddətsizdir.(cild İİ, i.v 62) 06 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Bahram oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham ve onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılması, iş üzrə toplanmış sübutlanın məcmusu Təqsirləndirilən şəxs Bahram oğluna verilmiş ittihamın həlli üçün kifayət hesab edilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrində ittiham olunduğu cinayət əməli üzrə xuliqanlıq törətməməsi kimi öz müdafiəsi üçün gətirdiyi dəlillər istintaq zamanı toplanmış mötəbər sübutlar məcmusu ilə təkzib edilməsi nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılması, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 221.3 ve 228.4-cü maddələri ilə cinayət təqibinin başlanılması Azərbaycan Respublikası CM-in 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən rədd edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidlər Şahid4, Şahid2, Şahid1 və Şahid3, Şahid5, Şahid6, Şahid7, X8, Şahid9, Şahid11 Ələsgər qızı, Şahid10 və Şahid12 ifadələri, üzləşdirmə protokolları, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi içərisində videogörüntülər və fotoşəkillər olan 02 ədəd diskə, şahid qisminde dindirilmiş Şahid4 istintaqa təqdim etdiyi içərisində videgörüntülər və fotoşəkil olan 01 ədəd disk və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 18093 saylı müşayiət məktubu ilə göndərilmiş 01 ədəd diskə baxış keçirilməsi haqqında protokollar, məhkəmə-tibbi ekspertizasının 03 avqust 2022-ci il tarixli T374/2022 saylı və 10 may 2022-ci il tarixli 483 saylı rəyləri sübut hesab edilməsi, cinayət işi üzrə təqsirləndirilən şexs Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi içərisində videogörüntülər və fotoşəkillər olan 02 ədəd disk, Şahid4 istintaqa taqdim etdiyi içərisində video görüntülər və fotoəşkil olan 01 ədəd disk, həmçinin "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 18093 saylı müşayiət məktubu ilə göndərilmiş 01 ədəd disk maddi sübut hesab edilməsi və iş materiallarında saxlanılmasının nəzərə alınması qərara alınmışdır.(cild İİ, i.v 63-95) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-499/2022 saylı hökmündən görünür ki, Şahid4 Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hökm olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxsin nümayəndələri X15 və Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)- 499/2022 saylı hökmü verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs xuliqanlıq etməməsi ilə ibtidai istintaq və məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır və zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, hadisənin baş verdiyi yeri çəkən videokamera görüntüləri, şahid ifadələri və iş materiallarında olan digər sübutlarla təkzib olunur. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-499/2022 saylı hökmü ilə Zərərçəkmiş şəxs əməli əməlinə və cinayət işinin hallarına hüquqi qiymət verilmiş və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən həmin məcəllənin 128-ci maddəsinə tövsif edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-499/2022 saylı hökmünün dəyişdirilmədən saxlanılması hökm olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər— min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 141.1.3-cü maddəsinə əsasən məhkəmə üçün preyudisial qaydada məcburi qüvvəyə malik qərarla müəyyən edilmiş hallar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur. 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 8 yanvar 2020-ci il tarixli qərarından görünür ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür .Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını(CM 59.1.4), Azərbaycan Respublikası torpaqlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etməsini, ikinci qrup əlil olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2nda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxsə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Saatlı rayonu, Çolpı kənd ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Cinayət işi üzrə hadisənin videogörüntülərini özündə əks etdirən 03 ədəd disk və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 18093 saylı müşayiət məktubu ilə göndərilmiş 01 ədəd disk maddi sübut hesab edilməklə iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2nı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə hadisənin videogörüntülərini özündə əks etdirən 03 ədəd disk və "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 18093 saylı müşayiət məktubu ilə göndərilmiş 01 ədəd disk maddi sübut hesab edilməklə iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-40/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-40/2023
09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver