Məhkəmə qərarları › İş №1(011)-40/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-40/2025

18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-40/2025 18.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs6, təqsirləndirilən şəxs – X45, tərcüməçisi – X1 və müdafiəçisi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1, müdafiəçiləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X19 və Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1984-cü ildə Türkmənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Mehdiabad qəsəbəsində ünvansız evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X27 xx xxxxxx 1995-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs X45 barədə verilmiş ittihama əsasən o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə ona müraciət etmiş Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək qızı Şahid1 Ukrayna Respublikasında almış olduğu ali təhsil haqqında diplomun Azərbaycan Respublikasında tanınmasını təsdiq edəcək Təhsil Nazirliyindən şəhadətnamələrin alınmasında və Şahid1 "SOCAR" şirkətinə işə qəbul olunmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitlərini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 2019-cu ilin fevral ayından noyabr ayına qədər olan müddət ərzində Zərərçəkmiş şəxs4, eləcə də Şahid1 Bakı şəhərinin müxtəlif ərazilərində, sonuncu dəfə ünvan 3 ünvanında «Bakı» kinoteatrının qarşısında vahid qəsdlə əhatə olunan niyyətlə hissə-hissə olmaqla, ümumilikdə 21.121 (iyirmi bir min yüz iyirmi bir) manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz oləraq ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ona müraciət etmiş Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edərək "Maliyyə və kredit" ixtisası üzrə Ukrayna Respublikasında bitirdiyi X14 Akademiyasının bakalavr və magistr diplomlarının Azərbaycan Respublikasında tanınmasını təsdiq edəcək Təhsil Nazirliyindən şəhadətnamələrin alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitlərini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 2020-ci ilin dekabr ayının sonundan 2022-ci ilin oktyabr ayının sonunadək müddət ərzində ünvan 5 ünvanda fəaliyyət göstərmiş ofisdə Zərərçəkmiş şəxs8 nağd aldığı pul vəsaitini, sonuncunun Bakı şəhərində müxtəlif yerlərdən elektron ödəmə terminalları vasitəsilə onun bank hesablarına köçürdüyü pul vəsaitini, sonuncu dəfə Xətai rayonu, Sarayevo küçəsi, 2325-ci məhəllə, bina 22A ünvandakı ofisdə nağd aldığı və ümumilikdə 10290 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirmiş və istintaqla müəyyən edilməyən şəxs tərəfindən saxtalaşdırılmış Zərərçəkmiş şəxs8 adına olan ali təhsil haqqında diplomların guya Azərbaycan Respublikası ərazisində tanınmasını təsdiq edən Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamələri saxta olduğunu bilə-bilə Zərərçəkmiş şəxs8 təqdim edib əldə etdiyi pul vəsaitlərini Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək Zərərçəkmiş şəxs8 ümumilikdə 10.290 (on min iki yüz doxsan) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ona müraciət etmiş Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək 'İqtisadiyyat” ixtisası üzrə Ukrayna Respublikasında bitirdiyi Milli Nəqliyyat Universitetinin diplomunun Azərbaycan Respublikasında tanınmasını təsdiq edəcək Təhsil Nazirliyindən şəhadətnamələrin alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitlərini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 2021-ci ilin mart ayının əvvəlindən oktyabr ayının ortalarınadək olan müddət ərzində ünvan 5 ünvanda fəaliyyət göstərmiş ofisdə Zərərçəkmiş şəxs1 nağd aldığı pul vəsaitini, sonuncunun Xətai rayonu ərazisində müxtəlif yerlərdən elektron ödəmə terminalları vasitəsilə onun bank hesablarına köçürdüyü, mobil tətbiq vasitəsilə hesabdan hesaba köçürdüyü pul vəsaitlərini, ümumilikdə 7.200 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirmiş və istintaqla müəyyən edilməyən şəxs tərəfindən saxtalaşdırılmış Zərərçəkmiş şəxs1 adına olan ali təhsil haqqında diplomun guya Azərbaycan Respublikası ərazisində tanınmasını təsdiq edən Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamələri saxta olduğunu bilə-bilə Zərərçəkmiş şəxs1 təqdim edib ələ etdiyi pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək Zərərçəkmiş şəxs1 7.200 (yeddi min iki yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ətə keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək sonuncunun oğlu Pərviz Abasovun "Menecment" ixtisası üzrə Rusiya Federasiyasında bitirdiyi X67 Təsərrüfatı Universitetinin diplomunun Azərbaycan Respublikasında tanınmasını təsdiq edəcək Təhsil Nazirliyindən şəhadətnamələrin alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitlərini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 2021-ci ilin may ayında ünvan 5 ünvanda fəaliyyət göstərmiş ofisdə onun cinayətkar niyyətindən xəbərsiz olan Zərərçəkmiş şəxs2 tanışı Şahid5 Fizuli oğlunun vasitəsilə 13.000 manat pul vəsatini alıb ələ keçirmiş və istintaqla müəyyən edilməyən şəxs tərəfindən saxtalaşdırılmış Pərviz Abasovun adına olan ali təhsil haqqında diplomun guya Azərbaycan Respublikası ərazisində tanınmasını təsdiq edən Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamələrin saxta olduğunu bilə-bilə 2022-ci ilin yanvar ayının əvvəlində Şahid5 təqdim edib ələ etdiyi pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək Zərərçəkmiş şəxs2 13.000 (on üç min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı X46 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək "Hüquqşünaslıq” ixtisası üzrə Ukrayna Respublikasında bitirdiyi X34 Hüquq fakültəsinin diplomunu Azərbaycan Respublikasında tanınmasını təsdiq edəcək Təhsil Nazirliyindən şəhadətnamələrin alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitlərini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 2021-ci ilin may ayının sonunda ünvan 6 ünvanda fəaliyyət göstərmiş ofisdə onun cinayətkar niyyətindən xəbərsiz olan Zərərçəkmiş şəxs3 baldızı Şahid6 vasitəsilə 6.700 manat pul vəsatini alıb ələ keçirmiş və istintaqla müəyyən edilməyən şəxs tərəfindən saxtalaşdırılmış Zərərçəkmiş şəxs3 adına olan ali təhsil haqqında diplomun guya Azərbaycan Respublikası ərazisində tanınmasını təsdiq edən Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamələrin saxla olduğunu bilə-bilə Şahid6 təqdim etmiş, rəsmi sənədin saxta olması məlum olduqdan sonra buna narazılıq edən Zərərçəkmiş şəxs3 ələ keçirdiyi pul vəsaitindən 1.200 manat qaytarıb qalan 5.500 manat pulu Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək Zərərçəkmiş şəxs3 5.500 (beş min beş yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ona müraciət etmiş Zərərçəkmiş şəxs5 "Nəqliyyat texnologiyaları'' ixtisası üzrə Ukrayna Respublikasında bitirdiyi Xarkov Milli Avtomobil Yollan Universitetinin Nəqliyyat texnologiyaları fakültəsinin diplomunu Azərbaycan Respublikasında tanınmasını təsdiq edəcək Təhsil Nazirliyindən şəhadətnamələrin alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitlərini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 2021-ci ilin oktyabr ayında ünvan 5 ünvanda fəaliyyət göstərmiş ofisdə hissə-hissə olmaqla, ümumilikdə 6.000 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirmiş və istintaqla müəyyən edilməyən şəxs tərəfindən saxtalaşdırılmış Zərərçəkmiş şəxs5 adına olan ali təhsil haqqında diplomun guya Azərbaycan Respublikası ərazisində tanınmasım təsdiq edən Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamələri saxta olduğunu bilə-bilə Zərərçəkmiş şəxs5 təqdim edib ələ eldiyi pul vəsaitini Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək Zərərçəkmiş şəxs5 6.000 (altı min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq elmişdir. Bundan başqa o: təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək sonuncunun oğlu X2 “Politologiya uzrə təcrübəçi-tədqiqatçı" ixtisası üzrə Ukrayna Respublikasında bitirdiyi Kiyev Milli Universitetinin Politologiya fakültəsinin diplomunu Azərbaycan Respublikasında tanınmasını təsdiq edəcək Təhsil Nazirliyindən şəhadətnamələrin alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitlərini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 2022-ci ilin yanvar ayının ortalarından fevral ayının ortalannadək olan müddət ərzində ünvan 5 ünvanda fəaliyyət göstərmiş ofisdə onun cinayətkar niyyətindən xəbərsiz olan Zərərçəkmiş şəxs6 qohumu Şahid3 vasitəsilə 7.000 manat və Zərərçəkmiş şəxs6 əri Hacırnurad Mollaçiyevin vasitəsilə 5.300 manat, ümumilikdə 12.300 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirdikdən sonra həmin pulu Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək Zərərçəkmiş şəxs6 12.300 (on iki min üç yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə ona müraciət etmiş Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edərək Fövqəladə Hallar Nazirliyinin X50 Xidmətinin ərazi qurumlarından birinə yanğın söndürən vəzifəsinə işə qəbul olunmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitlərini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 2022-ci Hin mart ayının əvvəllərində ünvan 5 ünvanda fəaliyyət göstərmiş ofisdə Zərərçəkmiş şəxs5 2500 manat, 2022-ci ilin avqust ayının ortalarında Nərimanov rayonu, Heydər əliyev prospekti, 58 ünvanında Azərbaycan X6rşısında 2000 manat, daha sonra Bakı şəhərinin müxtəlif ərazilərində ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə, sonuncu dəfə 26 yanvar 2023-cü il tarixdə Xətai rayonu, 8 Noyabr prospekti, 22 ünvanında “Nargilə" dairəsi yaxınlığında "MilllÖn" elektron ödəmə terminalı vasitəsilə onun “Kapital Bank" ASC-yə aid olan 416973'****‘4699 nömrəli bank kartına bağlı olan hesaba köçürdüyü 160 manat, ümumilikdə 8.500 manat pul vəsaitini ələ keçirməklə Zərərçəkmiş şəxs5 8.500 (səkkiz min beş yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ona müraciət etmiş Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək sonuncunun bacısı Şahid4 "X28" ixtisası üzrə Ukrayna Respublikasında bitirdiyi X29 Akademiyasınının Hüquq fakültəsinin diplomunu Azərbaycan Respublikasında tanınmasını təsdiq edəcək Təhsil Nazirliyindən şəhadətnamələrin alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitlərini qaytarmaq məqsədi güdməyərək hər hansı İşin görülməsi marağında olmadan bu məqsədlə 2022-ci ilin aprel ayının əvvəllərində ünvan 6 ünvanda fəaliyyət göstərmiş ofisdə Orxan Abdurahmanlının ona verdiyi 18.025 manat pul vəsaitini alıb ələ keçirmiş və istintaqla müəyyən edilməyən şəxs tərəfindən saxtalaşdırılmış Şahid4 adına olan ali təhsil haqqında diplomun guya Azərbaycan Respublikası ərazisində tanınmasını təsdiq edən Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamələri saxta olduğunu bilə-bilə Zərərçəkmiş şəxs7 təqdim etmiş, rəsmi sənədin saxta olması məlum olduqdan sonra buna narazılıq edən Zərərçəkmiş şəxs7 ələ keçirdiyi pul vəsaitindən 6.000 manat qaytarıb qalan 12.025 manat pulu Təqsirləndirilən şəxs1 ilə aralarında bölərək Zərərçəkmiş şəxs7 12025 manat (on iki min iyirmi beş) xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 barədə verilmiş ittihama əsasən o, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı X45 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncuya müraciət etmiş Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edərək "Maliyyə və kredit" ixtisası üzrə Ukrayna Respublikasında bitirdiyi X14 Akademiyasının bakalavr və magistr diplomlarının Azərbaycan Respublikasında tanınmasını təsdiq edəcək Təhsil Nazirliyindən şəhadətnamələrin alınmasında köməklik göstəriləcəyi barədə Zülfiyyə Bəbirovanın yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitlərini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə Zülfiyyə Bəbirovanın 2020-ci ilin dekabr ayının sonundan 2022-ci ilin oktyabr ayının sonunadək müddət ərzində ünvan 5 ünvanda fəaliyyət göstərmiş ofisdə Zərərçəkmiş şəxs8 nağd aldığı pul vəsaitini, sonuncunun Bakı şəhərində müxtəlif yerlərdən elektron ödəmə terminalları vasitəsilə Zülfiyyə Bəbirovanın bank hesablarına köçürdüyü pul vəsaitini, sonuncu dəfə X41 rayonu, Sarayevo küçəsi, 2325-ci məhəllə, bina 22A ünvandakı ofisdə nağd aldığı və ümumilikdə 10290 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirmiş və istintaqla müəyyən edilməyən şəxs tərəfindən saxtalaşdırılmış Zərərçəkmiş şəxs8 adına olan ali təhsil haqqında diplomların guya Azərbaycan Respublikası ərazisində tanınmasını təsdiq edən Təhsil Nazirliyindən verilmiş şəhadətnamələri saxta olduğunu bilə-bilə Zərərçəkmiş şəxs8 təqdim edib əldə etdiyi pul vəsaitlərini aralarında bölərək Zərərçəkmiş şəxs8 cəmi 10,290 (on min iki yüz doxsan) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı X45 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncuya müraciət etmiş Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək “iqtisadiyyat" ixtisası üzrə Ukrayna Respublikasında bilirdiyi Milli Nəqliyyat Universitetinin diplomunun Azərbaycan Respublikasında tanınmasını təsdiq edəcək Təhsil Nazirliyindən şəhadətnamələrin alınmasında köməklik göstəriləcəyi barədə Zülfiyyə Bəbirovanın yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitlərini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə Zülfiyyə Bəbirovanın 2021-ci ilin mart ayının əvvəlindən oktyabr ayının ortalannadək olan müddət ərzində ünvan 6 ünvanda fəaliyyət göstərmiş ofisdə Zərərçəkmiş şəxs1 nağd aldığı pul vəsaitini, sonuncunun Xətai rayonu ərazisində müxtəlif yerlərdən elektron ödəmə terminalları vasitəsilə Zülfiyyə Bəbirovanın bank hesablarına köçürdüyü, mobil tətbiq vasitəsilə hesabdan hesaba köçürdüyü pul vəsaitlərini, ümumilikdə 7.200 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirmiş və istintaqla müəyyən edilməyən şəxs tərəfindən saxtalaşdırılmış Zərərçəkmiş şəxs1 adına olan ali təhsil haqqında diplomun guya Azərbaycan Respublikası ərazisində tanınmasını təsdiq edən Təhsil Nazirliyindən verilmiş şəhadətnamələri saxta olduğunu bilə-bilə Zərərçəkmiş şəxs1 təqdim edib ələ etdiyi pul vəsaitini aralarında bölərək Zərərçəkmiş şəxs1 cəmi 7.200 {yeddi min iki yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı X45 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək sonuncunun oğlu Pərviz Abasovun ‘'Menecment" ixtisası üzrə Rusiya Federasiyasında bitirdiyi X67 Təsərrüfatı Universitetinin diplomunun Azərbaycan Respublikasında tanınmasını təsdiq edəcək Təhsil Nazirliyindən şəhadətnamələrin alınmasında köməklik göstəriləcəyi barədə Zülfiyyə Bəbirovanm yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitlərini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə Zülfiyyə Bəbirova 2021-ci ilin may ayında ünvan 5 ünvanda fəaliyyət göstərmiş ofisdə Zərərçəkmiş şəxs2 tanışı Şahid5 Fizuli oğlu vasitəsilə göndərilən 13.000 manat pul vəsatini alıb ələ keçirmiş və istintaqla müəyyən edilməyən şəxs tərəfindən saxtalaşdırılmış, Pərviz Abasovun adına olan ali təhsil haqqında diplomun guya Azərbaycan Respublikası ərazisində tanınmasını təsdiq edən Təhsil Nazirliyindən verilmiş şəhadətnamələrin saxta olduğunu bilə-bilə 2022-ci ilin yanvar ayının əvvəlində Şahid5 təqdim edib ələ etdiyi pul vəsaitini aralarında bölərək Zərərçəkmiş şəxs2 13.000 (on üç min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı X45 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək “Hüquqşünaslıq" ixtisası üzrə Ukrayna Respublikasında bitirdiyi X34 Hüquq fakültəsinin diplomunu Azərbaycan Respublikasında tanınmasını təsdiq edəcək Təhsil Nazirliyindən şəhadətnamələrin alınmasında köməklik göstəriləcəyi barədə Zülfiyyə Bəbirovanm yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitlərini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə Zülfiyyə Bəbirova 2021-ci ilin may ayının sonunda ünvan 5 ünvanda fəaliyyət göstərmiş ofisdə Zərərçəkmiş şəxs3 baldızı Şahid6 vasitəsilə göndərilən 6.700 manat pul vəsatini alıb ələ keçirmiş və istintaqla müəyyən edilməyən şəxs tərəfindən saxtalaşdırılmış Zərərçəkmiş şəxs3 adına olan ali təhsil haqqında diplomun guya Azərbaycan Respublikası ərazisində tanınmasını təsdiq edən Təhsil Nazirliyindən verilmiş şəhadətnamələrin saxta olduğunu bilə-bilə Şahid6yə təqdim etmiş, rəsmi sənədin saxta olması məlum olduqdan sonra buna narazılıq edən Zərərçəkmiş şəxs3 Zülfiyyə Bəbirova tərəfindən 1.200 manat qaytarılmış, qalan 5.500 manat pulu aralarında bölərək Zərərçəkmiş şəxs3 5.500 (beş min beş yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı X45 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncuya müraciət etmiş Zərərçəkmiş şəxs5 “Nəqliyyat texnologiyaları" ixtisası üzrə Ukrayna Respublikasında bitirdiyi Xarkov Milli Avtomobil Yollan Universitetinin Nəqliyyat texnologiyaları fakültəsinin diplomunu Azərbaycan Respublikasında tanınmasını təsdiq edəcək Təhsil Nazirliyindən şəhadətnamələrin alınmasında köməklik göstəriləcəyi barədə Zülfiyyə Bəbirovanm yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitlərini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 2021-ci ilin oktyabr ayı üçün ünvan 5 ünvanda fəaliyyət göstərmiş ofisdə hissə-hissə, ümumilikdə 6.000 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirmiş və istintaqla müəyyən edilməyən şəxs tərəfindən saxtalaşdırılmış Zərərçəkmiş şəxs5 adına olan ali təhsil haqqında diplomun guya Azərbaycan Respublikası ərazisində tanınmasını təsdiq edən Təhsil Nazirliyindən verilmiş şəhadətnamələri saxta olduğunu bilə-bilə Zərərçəkmiş şəxs5 təqdim edib ələ etdikləri pul vəsaitini aralarında bölərək Zərərçəkmiş şəxs5 cəmi 6.000 (altı min) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı X45 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edərək sonuncunun oğlu X3 "Politologiya üzrə təcrübəçitədqiqatçı" ixtisası üzrə Ukrayna Respublikasında bitirdiyi Kiyev Milli Universitetinin Politologiya fakültəsinin diplomunu Azərbaycan Respublikasında tanınmasını təsdiq edəcək Təhsil Nazirliyindən şəhadətnamələrin alınmasında köməklik göstəriləcəyi barədə Zülfiyyə Bəbirovanın yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitlərini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə Zülfiyyə Bəbirovanın 2022-ci ilin yanvar ayının ortalarından fevral ayının ortalarınadək olan müddət ərzində ünvan 5 ünvanda fəaliyyət göstərmiş ofisdə Zərərçəkmiş şəxs6 qohumu Şahid3 vasitəsilə 7.000 manat və Zərərçəkmiş şəxs6 əri Hacımurad Mollaçiyev vasitəsilə göndərilən 5.300 manat, ümumilikdə 12.300 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib aralarında bölərək Zərərçəkmiş şəxs6 cəmi 12.300 (on iki min üç yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədi ilə tanışı X45 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncuya müraciət etmiş Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edərək bacısı Şahid4 "X28” ixtisası üzrə Ukrayna Respublikasında bitirdiyi X29 Akademiyasınının Hüquq fakültəsinin diplomunu Azərbaycan Respublikasında tanınmasını təsdiq edəcək Təhsil Nazirliyindən şəhadətnamələrin alınmasında köməklik göstəriləcəyi barədə Zülfiyyə Bəbirovanın yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitlərini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə Zülfiyyə Bəbirovanın 2022ci ilin aprel ayının əvvəllərində ünvan 6 ünvanda fəaliyyət göstərmiş ofisdə Orxan Abdurahmanlının ona verdiyi 18.025 manat pul vəsaitini alıb ələ keçirmiş və istintaqla müəyyən edilməyən şəxs tərəfindən saxtalaşdırılmış Şahid4 adına olan ali təhsil haqqında diplomun guya Azərbaycan Respublikası ərazisində tanınmasını təsdiq edən Təhsil Nazirliyindən verilmiş şəhadətnamələri saxta olduğunu bilə-bilə Zərərçəkmiş şəxs7 təqdim etmiş, rəsmi sənədin saxta olması məlum olduqdan sonra Zülfiyyə Bəbirova buna narazılıq edən Zərərçəkmiş şəxs7 6.000 manat qaytarıb qalan 12.025 manat pulu aralarında bölərək Zərərçəkmiş şəxs7 12.025 manat (on iki min iyirmi beş) xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X45 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, AR CM 320.2-ci maddəsi ilə özünü təqsirli bilmir. İttiham aktı ilə razı deyil. Heç bir sənəd saxtalaşdırmamış, Mehdi ilə əlbir olmamışdır. Sənədlər hazırlanarkən saxta olduğunu bilməmişdir. Şəhadətnamələrdəki imza və möhürlər saxta olmamışdır. Valideynlər müraciət etdikdə diplomların və arayışların saxta olduğunu bilmişdir. Mehdini Vahir adlı şəxsin vasitəsilə tanımışdır. Sənədləri təsdiq etmək üçün Vahirə göndərmiş, lakin o gecikdirirdi. Mehdi adlı şəxs zəng edərək sənədlər üçün Vahirin adından vaxt istəmişdir. Bir dəfə 2021-ci ilin sentyabr ayında Mehdi ilə görüşmüşdür. Eminlə işləməmişdir, o, arayışları verirdi. İşlərlə “Urfan” adlı şəxs məşğul olurdu. “Urfan”-ı heç vaxt görməmişdir. Nömrəsini Aqildən almışdır, sadəcə yazışmışlar. Pulları Mehdinin bank kartı vasitəsilə köçürmüşdür. Saxta link yaratmışdılar, link vasitəsilə təqdim olunmuş şəhadətnamələr portalda görünürdü. Valideynlər sənədləri həmin linkdən götürmüşdülər. Lakin 2 ay sonra müraciət etmişlər ki, diplomlar Təhsil Nazirliyinin saytında görünmür. Həmin vaxt sənədlərin saxta olması ilə bağlı müraciət etmişdir. Özü özəl müəssisədə müəllimə işləyir, hazırlıq kursu var. İmtahandan kəsilənlər və ya dil öyrənmək istəyənlər müraciət edir. Zərərçəkmiş şəxs4 epizodu üzrə Afaq özü müraciət etməmişdir. Sədaqət adlı bir şəxs nəvəsi üçün müraciət etmişdir. Sənədlər üçün kömək etməyi xahiş etmiş, lakin etiraz etmişdir. Nəvəsi kəsilmiş, bunun üçün rus dili öyrənməyə kömək etməsini istəmişdir. “Socar”-da işə düzəltmək məsələsi olmamışdır. 3600 manat almışdır. 3600 manatı “Şahsuvar” adlı müstəntiqə qaytarmışdır. Hazırda dəymiş zərərdən 2000 manat ödəmişdir. Zərərçəkmiş şəxs8 epizodu üzrə Asəf diplomun təsdiqi ilə bağlı əvvəllər bir neçə yerə müraciət etmişdir. Kömək istədikdə online imtahan verə biləcəyini, keçsə təsdiq edə biləcəyini demişdir. Asəf rus dilini öyrənmiş, imtahan vermiş, lakin keçə bilməmişdir. Bundan sonra 5500 manatı işi həll etmək üçün “Urfan” almış, düzəldə biləcəyini demişdir. Pul kart vasitəsilə atılmış, o da şəhadətnaməni göndərmişdir. Asəfə dəymiş ziyandan pul ödəməmişdir. Zərərçəkmiş şəxs1 epizodu üzrə Rasimin tanışı müraciət etmişdir. Ondan 7200 manat almış, “Urfan”-a ödəmişdir. Hazırda dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş şəxs2 epizodu üzrə Qədirin özünü tanımır. Samir adlı şəxs müraciət etmişdir. Diplomun tez hazır olmasını istəmişlər, sonradan diplomun saxta olduğunu deyib heç olmasa iş yerinə təqdim etmək üçün arayış vermələrini istəmişlər. Bunun üçün Mehdiyə müraciət etmiş, Emin 5 nəfərin arayışını göndərmişdir. Arayışlar notariusda və “ASAN Xidmət”-də təsdiq olunmuşdur. Arayış işə təqdim olunmuş, o da saxta çıxmışdır. 13000 manat almış, dəymiş ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxs3 epizodu üzrə Keymanın qohumu Nigar müraciət etmişdir. Keymana dəymiş 5500 manat ziyan tam şəkildə ödənmişdir. Zərərçəkmiş şəxs5 epizodu üzrə Ayxan tanışı vasitəsilə müraciət etmişdir. Rus dili öyrənmək üçün gəlmiş, kursa qoşulmuş, şəxsi kabinet yaradılmışdır. Müsahibədən keçə bilməmişdir. Ayxanın sənədin saxta olduğundan xəbəri olmamışdır. 6000 manat almış, dəymiş ziyandan öz adına 2750 manat qaytarmışdır. Zərərçəkmiş şəxs7 epizodu üzrə Orxanın özü dövlət işçisidir, Pentitensiar Xidmətdə işləmişdir. İşlədiyi yerdə 3 vətəndaşdan pul almışdır. Bacısının işləri üçün müraciət etmişdir. Bacısı rus dilini öyrənmiş, 1-ci mərhələni keçmiş, şifahi mərhələdən keçə bilməmişdir. Bundan sonra “Urfan” kömək etmişdir. Orxandan 6000 manat almış və alığı pulu geri qaytarmışdır. Zərərçəkmiş şəxs6 epizodu üzrə dəymiş ziyandan 6150 manatı ödənilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zülfiyyəni Vahirin vasitəsilə tanımışdır. Zülfiyyənin pul məsələsi var idi, onunla bağlı telefonla zənglə danışmışlar. Ona səbirli olmasını, pulunun verəcəklərini demişdir. Zərərçəkmiş şəxslərin heç birini əvvəllər tanımamışdır, hamısını ilk dəfə polis bölməsində görmüşdür. Heç bir ittihamı qəbul etmir. İttihamda elə epizod var ki, 2021-ci ilin fevral-mart aylarına aiddir, hansı ki, həmin vaxt Zülfiyyəni tanımırdı. Zülfiyyə öz bank kartı ilə ödəniş edə bilmədiyindən bəzi ödənişləri mənim kartım vasitəsilə etmişdir. Onun kartından edilmiş ödənişlər böyük hissəsi Gürcüstandakı tələbələrin təhsil ödənişi üçün edilmişdir. Lakin bu köçürmələri təsdiq edən qəbzləri saxlamamışdır. Dəymiş zərərdən Zərərçəkmiş şəxs6 6150 manat, Zərərçəkmiş şəxs5 3000 manat, Zərərçəkmiş şəxs8 5145 manat dəymiş ziyandan qaytarmışdır. Göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə, təqsirləndirilən şəxs X27 və Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, özlərini təqsirli bilməyərək məhkəmə iclasında verdikləri ifadələri özlərini müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2014cü ildə Ukrayna Respublikasının Regionlararası Heyətin idarə olunması X13 ixtisası üzrə fakültəsinə daxil olmuş, 2018-ci ildə bakalavr və 2019-cu ildə həmin yeri magistrini bitirmişdir. Ondan sonra diplomumun tanınması üçün Təhsil Nazirliyinə müraciət etsə də səbəbsiz olaraq imtina olunmuşdur. Belə ki, 2020-ci ilin dekabr ayında Xətai rayonu, Sarayevo küçəsi, 20 ünvanında yerləşən ofisdə işləyən X45 ilə tanış olmuş, Zülfiyyə bildirmişdir ki, diplomu tanıtdıra bilər. Zülfiyyəyə inanmış və dekabr ayının sonlarından başlayaraq həmin ünvanda və Bakı şəhərinin müxtəlif ünvanlarından aparatlar vasitəsi ilə ona müxtəlif məbləqlərdə pul köçürməyə başlamışdır. Hətta 2021-cı ilin aprel may aylarında Zülfiyyənin sozü ilə Xətai məhkəməsinə müraciət etsə də müəyyən çatışmazlıq olduğundan oradan da imtina almışdır. Buna baxmayaraq Zülfiyyə demişdir ki, narahat olma məsələni həll edəcəkdir. Bundan sonra da Zülfiyyəyə pul göndərməyini davam etdirərək 2021-ci ilin avqust ayının sonlarına kimi ümumlikdə 10290 manat pul köçürmüşdür. Sonda isə sənədlər vermişdir ki. diplom tanınmışdır. Lakin 2023-cü ilin iyul ayında hər ehtimala qarşı Təhsil Nazirliyinə müraciət etmiş, lakin diplonunun tanınması ilə bağlı hər hansı bir sənəd verilmədiyini müəyyən etmişdir. Bundan sonra aldandığını görüb pulunu tələb etməyə başlamış, sonra şikayət etmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs8 məhkəməyə təqdim etdiyi 04 iyul 2025-ci il tarixli ərizəsində qeyd olunmuşdur ki, ona dəymiş ziyandan 5145 manat məbləğində pul ödənilmişdir. Təqsirləndirilən şəxs1 ilə razılaşmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Digər təqsirləndirilən şəxs Bəbirova Zülfiyyə qalan məbləği 5145 manat ödəyəcəyinə söz vermiş və bu halın nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2011ci ildə Ukrayna Respublikasının Milli Nəqliyyat Universitetinin iqtisadiyyat fakültəsinə daxil olmuş və 2016-cı ildə həmin fakültəni bitirmişdir. 2021-ci ilin əvvəllərində diplomunun tanınması üçün Təhsil Nazirliyinə müraciət etmək fikrinə düşmüş və bu məqsədlə ona köməklik edə bilən şəxs axtarmağa başlamışdır. 2021-ci ilin mart ayının əvvəllərində Xətai rayonu, Sarayevo küçəsi, 20 ünvanında yerləşən rus dili hazırlığı ilə məşğul olan ofisin rəhbəri X27 yanında kurs keçmişdir. Zülfiyyə ona bildirmişdir ki, bu kimi işlərlə məşğul olur və ona köməklik edə bilər. Belə ki, köməkliyinin əvəzində 7200 manat alacağını demişdir. Onunla razılaşmış və həmin vaxtlardan başlayaraq sənədlərini ona verərək hissə-hissə olmaqla oktyabr ayının ortalannadək olan müddət ərzində Zülfiyyəyə iş yerində nağd, yaşadığı Xətai rayonunun müxtəlif ərazilərindəki Millön vasitəsilə və öz kartı ilə verdiyi müxtəlif kart nömrələrinə göndərməklə ümumilikdə ona 7200 manat vermişdir. Sonradan o diplomunun Təhsil Nazirliyində tanınmasına dair Şəhadətnamə vermişdir. 2023-cü ilin əvvəllərində Təhsil Nazirliyinin saytına girib sənədin həqiqi olub-olmasını yoxladıqda məlum olmuşdur ki, həmin sənədin qeydiyyatı yoxdur. Belə olan halda onun tapıb pulunu tələb geri təlləb etdikdə onu aldadaraq pulunu qaytarmamış və buna görə də 2023-cü ilin sentyabr ayında Zülfiyyədən şikayət etmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi 06 iyun 2025-ci il tarixli ərizəsində qeyd olunmuşdur ki, X45 ilə barışmışdır, ona vurduğu ziyanı tam ödəmişdir, ona görə də ondan heç bir iddiası, tələbi və şikayəti yoxdur, gələcəkdə də olmayacaq. Onun ərizəsinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2008ci ildə Ukrayna Respublikasının Odessa şəhərində yerləşən X34 Hüquq fakültəsinə daxil olmuş, fasilələrlə ara verməklə 2019-cu ildə bakalavr diplomu almışdır. Ondan sonra diplomunun tanınması üçün cəhd etsə də diplomu tanıtdıra bilməmiş və buna görə də qohumlara bildirmişdir ki, kim kömək edə bilərsə bu işdə ona köməklik etsin. Belə ki. 2021ci ilin may ayının sonlarında baldızı Şahid6 ona zəng edərək Xətai rayonu, Sarayevo küçəsi, 20 ünvanında yerləşən ofisdə işləyən X45 ilə tanış olduğunu və onun belə bir işlə məşğul olduğunu, diplomu 6700 manata tanıtdıra biləcəyini demişdir. Həmin vaxtlar Nigara 6700 manat və sənədləri verərək özü rayona getmiş və bildirmişdir ki, bu işlə özün məşğul ol. Bir neçə ay sonra Nigar ona Zülfiyyənin verdiyi diplomunun tanınması ilə bağlı şəhadətnamə vermişdir. 2023-cü ilin əvvəllərində Təhsil Nazirliyinin saytına girib baxdıqda şəhadətnamənin oradan verilmədiyi məlum olmuşdur. Bundan sonra Zülfiyyəyə müraciət etmişlər və pulun 1200 manatını Nigara qaytarsa da 5500 manatını qaytarmamışdır. Həmin 1200 manatı Nigar ona vermiş, bundan sonra avqust ayında Nigar Zülfiyyədən şikayət etmişdir. Həmin pulların ona məxsus olduğunu bildirmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi 29 aprel 2025-ci il tarixli ərizəsində qeyd olunmuşdur ki, Bəbirova Zülfiyyə ilə barışmışdır, ona vurduğu ziyanı, yəni 5500 manatı tam ödəmişdir, ona görə də ondan heç bir iddiası, tələbi və şikayəti yoxdur, gələcəkdə də olmayacaq. Onun ərizəsinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2019cu ilin fevral ayında tanışı Sədaqətlə aralarında olan söhbət zamanı qızı Xədicənin Ukraynda aldığı diplomunu Azərbaycanda tanıtmaq istədiyini bildirmişdir. Sədaqət ona Aygün adlı tanışının diplomunu Zülfiyyə adlı qadının təsdiq etdirib verdiyini və buna görə də Aygünə müraciət etmək lazım olduğunu bildirmişdir. X52 danışıb Zülfiyyənin mobil nömrəsini öyrənmişdir. Daha sonra Sədaqət Zülfiyyə ilə danışmış və bildirmişdir ki, diplomu 3500 manata tanıtdıra bilər. Bundan sonra 2019-cu ilin fevral ayında qızı Xədicə Zülfiyyə ilə danışmışdır. Belə ki, Xədicə onunla görüşdükdən sonra diplomunun tanınmasına söz vermiş və ilkin olaraq işə başlamaq üçün 895 manat istədiyindən Xədicə ona işlərin görülməsi üçün etibarnamə və istədiyi məbləği ona vermişdir. Bir neçə gün sonra Zülfiyyə ona zəng edərək 3500 manat istəmişdir. Belə ki, Zülfiyyə 3000 manatı 28 may metrosunun yanında almış və 500 manatı da iş həll edildikdən sonra verilməli olacağını bildirmişdir. Bundan sonra da bir neçə dəfə Zülfiyyə ilə görüşüb diplom işinin sənədləşməsi üçün ona müxtəlif məbləğlərdə pul vermişdir. Bundan sonra isə 2019-cu ilin noyabr ayınadək olan müddət ərzində qızının diplomunun tanınması və Şahid1 "SOCAR" şirkətinə işə qəbul olunmasında köməklik göstərəcəyi üçün Bakı şəhərinin müxtəlif rayonları ərazisində, sonuncu dəfə isə Xətai rayonu, Əhmədli metrosunun yaxınlığında, diplomun tanınması üçün 15389 manat, işə düzəlmək üçün isə 5732 manat olmaqla ümumilikdə ona 21121 manat verilmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi 07 iyul 2025-ci il tarixli ərizəsində qeyd olunmuşdur ki, ona dəymiş ziyandan 2000 manat məbləğində pul ödənilmişdir. Təqsirləndirilən şəxs Bəbirova Zülfiyyə qalan pulu ödəyəcək və o hələ də şikayətçidir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, X30 xalası oğlunun qayınanası Vəsilənin bacısı Nərgizin vasitəsi ilə tanımışdır. Belə ki, Zülfiyyənin Xətai rayonu, Sarayevo küçəsi, 20 ünvanında yerləşən ofisdə işlədiyini və əsasən xaricdə alınmış təhsilə dair diplomların tanınması ilə məşğul olduğunu bilmişdir. O, 2011-2016-cı illərdə Ukrayna Respublikasının Xarkov Milli Avtomobil Yolları Universitetinin Nəqliyyat texnologiyaları fakültəsini oxumuş, lakin diplomunu tanıtdıra bilmirmiş. 2021-ci ilin oktyabr ayının əvvəllərində Zülfiyyə ilə görüşmüş və razılıq əsasında Zülfiyyəyə həmin vaxtlar 5500 manat vermiş və Zülfiyyə 2022-ci ilin yanvar ayının əvvəllərində diplomunu tanıtdırıb qaytarmışdır. Həmçinin həmin vaxtlar əlavə xərclər üçün 500 manat da almışdır. Ümumilikdə dipolmun tanınması üçün Zülfiyyəyə 6000 manat vermişdir. 2021-ci ilin noyabr ayında isə həmin ofisdə olan zaman Zülfiyyə onun işsiz olduğunu bilib onu Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə idarəsinə yanğın söndürən vəzifəsinə işə düzəldə biləcəyini demişdir. Zülfiyyədən bu işi hansı qiymətə həll edə biləcəyini soruşduqda hörmət etmək şərti ilə bu işi 12000 manata həll edə biləcəyini demişdir. Həmçinin pulu hissə-hissə ödəməyi və iş düzələndən sonra da qalan hissəni verə biləcəyini demişdir. Zülfiyyə ilə razılaşmış və birinci dəfə Zülfiyyəyə 2022-ci ilin mart ayının əvvəllərində yuxarıda göstərdiyi iş yerində 2500 manat və dediyi sənədlərini vermişdir. Zülfiyyə bildirmişdir ki, aprel ayında iş düzələcəkdir. Aprel ayında işə çıxmadıqda bildirmişdir ki, müəyyən problemlər var narahat olma iş düzələcəkdir. Lakin buna baxmayaraq pulu hissə-hissə verməyini demişdir. Zülfiyyəyə inanıb ikinci dəfə 2022-ci ilin avqust ayının ortalarında Nərimanov rayonu, H.Əliyev prospektində yerləşən Rəssamlıq Akademiyasının qarşısında 2000 manat Zülfiyyəyə vermiş, işi geciksə də müxtəlif bəhanələr gətirərək işimin düzələcəyini demişdir, işinin gecikməsinə baxmayaraq pulu hissə-hissə vermişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Xətai rayonu, 28 noyabr prospekti 22-də yerləşən Nargilə kafesinin yanında olan milliön vasitəsilə onun kartına 160 manat göndərmişdir. Beləliklə ümumilikdə ona işə düzəlməyi ilə əlaqədar olaraq 8500 manat vermişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs5 məhkəməyə təqdim etdiyi 04 iyul 2025-ci il tarixli və 14 iyul 2025-ci il tarixli ərizələrində qeyd olunmuşdur ki, ona dəymiş ziyandan Mehdi tərəfindən 3000 manat məbləğində pul ödənilmişdir. Təqsirləndirilən şəxs1 ilə razılaşmış, ona qarşı heç bir şikayəti yoxdur. Digər təqsirləndirilən şəxs Bəbirova Zülfiyyə qalan məbləği 11500 manat ödəyəcəyinə söz vermiş, lakin 2750 manat ödənilmişdir. Bu halı nəzərə alınmasını və əgər ödəniş etməsə X27 həbs olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Şahid4 doğma bacısıdır. Səxavətin 2015-2020-ci illərdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində yerləşən X29 Akademiyasının Huqüq fakültəsinin X28 ixtisası üzrə təhsil aldığını göstərmişdir. Lakin Azərbaycana qayıtdıqdan sonra Təhsil Nazirliyinə müraciət etslər də əsassız olaraq diplomu tanımaqdan imtina etmişlər. Bundan sonra onlar müxtəlif yollar axtarmağa başlamışlar. 2022-ci ilin aprel ayının əvvəllərində eşitmişlər ki. ünvan 10 ünvanında ofis icarəyə götürüb işlədən X45 diplom tanınma məsələlərində insanlara köməklik edə bilir. Bundan sonra Zülfiyyə xanıma müraciət etmişdir. Zülfiyyə bu işi 18025 manata həll edə biləcəyini demişdir. Zülfiyyəyə inanıb özünə məxsus həmin məbləği Zülfiyyəyə vermişdir. Zülfiyyə bir neçə dəfə diplomun tanınması ilə bağlı sənədlər vermişdir. Lakin həmin sənədlərə baxdıqda saxta olması müəyyən olunurmuş. Bundan sonra onun heç bir iş görmədiyini bildirib sənədlərini özünə qaytarıb demişdir ki, verdiyi pulu qaytarsın. Zülfiyyə də heç bir iş görmədiyini etiraf edib pulunun 6000 manatını qaytarsa da qalan pulunu qaytarmamışdır. Zülfiyyə deyirmiş ki, güya ona pulu dil öyrənmək üçün kurs pulu vermişdir. Bunun yalan olduğunu və onun hərəkətlərindən Xətai RPİ-nin 34-cü PŞ-nə şikayət etmişdir. Həmçinin Zülfiyyənin sonradan dediyi X47 tanımadığını Zülfiyyə ilə başqa heç bir iş görmədiyini, yalnız bacısının məsələsi ilə bağlı danışdığını göstərmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, X55 doğma oğludur. Onun 2013-2018-ci illərdə Rusiya Federasiyasının Dağıstan Respublikasının Maxaçkala şəhərində yerləşən X67 Təsərrüfatı Universitetinin Menecment fakültəsində təhsil aldığını, lakin Azərbaycana qayıtdıqdan sonra diplomunu tanıtdıra bilməmiş, bundan sonra müxtəlif yollar axtarmağa başlamışlar. 2021-ci ilin may ayının əvvəllərində yaşadığı Biləsuvar rayonunda olan zaman tanışı Şahid5 Fizuli oğlu demişdir ki, Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, 20-də ofisdə işləyən X45 adında tanışı var və bu kimi işləri görə bilir. Samirə razılıq vermiş və o Bakı şəhərinə getdikdən sonra zəng edib bildirmişdir ki, Zülfiyyə bu işi həll etməyi 13000 manata boynuna götürür. Razılaşmış və həmin ayın ortalarında Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, 6/4də yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nin yaxınlığında Samirə 13000 manat və Pərvizin sənədlərini vermişdir. Sonradan Samir zəng edib bildirmişdir ki, pulu Zülfiyyəyə verib və dekabr ayına kimi diplomun tanınmasına dair şəhadətnaməni verəcəkdir. Lakin dekabr ayında şəhadətnamə verilmədiyi üçün Samirlə birlikdə Zülfiyyənin yanına getmişlər. Zülfiyyə həqiqətən 13000 manatı almasını təsdiq etdi və qısa müddətdə şəhadətnaməni verəcəyini bildirmişdir. 2022-ci ilin əvvəllərində Səmir Şəhadətnaməni gətirib onlara vermiş, lakin Təhsil Nazirliyinin saytına girib yoxlatdırdıqda şəhadətnamənin saxta olması məlum olmuşdur. Bundan sonra Samirlə birlikdə Zülflyyənin yanına gedib bu barədə soruşduqda Zülfiyyə aldandığını bildirmiş və pulu qaytaracağını demişdir. Lakin onları aldadıb pulu vermədiyi üçün onun sözü ilə Samir şikayət etmişdir. Həmçinin oğlu Pərviz N saylı hərbi hissədə xidmət etdiyi üçün ifadə verməyə gələ bilmir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi 03 iyun 2025-ci il tarixli ərizəsində qeyd olunmuşdur ki, X45 ilə barışmışdır, ona vurduğu ziyanı, yəni 13.000 manatı tam ödəmişdir, ona görə də ondan heç bir iddiası, tələbi və şikayəti yoxdur, gələcəkdə də olmayacaq. Onun ərizəsinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, X7 doğma oğludur. Mühiddinin 2013-2018-ci illərdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində yerləşən Taras Şevçenko adına Kiyev Milli Universitetinin Politologiya fakültəsinin Siyasi Menecment ixtisası üzrə təhsil almışdır. Lakin Azərbaycana qayıtdıqdan sonra diplomunu tanıtdıra bilməmişlər. Bundan sonra həyat yoldaşı X8 ilə birlikdə müxtəlif yollar axtarmağa başlamışlar. 2022-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhərində yaşayan qohumları X31 rayonda onlarda olan zaman bu məsələni danışdıqda bildirmişdir ki, ünvan 10-də ofisdə işləyən X45 adında tanışının bu kimi işləri görə bildiyini demişdir. Pirdas Bakı şəhərinə getdikdən sonra ona zəng edib bildirmişdir ki, Zülfiyyə bu işi həll etməyi 12300 manata boynuna götürüb və Zülfiyyəyə hissə-hissə pulu vermək lazımdır. O, razılaşmış və yanvar ayının ortalarında Pirdasa ilkin olaraq 7000 manat göndərmişdir ki, Zülfiyyəyə versin. Pul Pirdasa çatdıqdan sonra ona zəng edib pulu Zülfiyyəyə verdiyini qalan pulu da fevral ayının ortalannadək çatdırmaq lazım olduğunu demişdir. Bundan sonra isə Pirdas Zülfiyyənin iş yerini həyat yoldaşına göstərmiş və bundan sonra qalan pulu bir neçə dəfəyə həyat yoldaşı Hacımurada vermiş və o da aparıb Bakı şəhəri, Xətai rayonunda olan iş yerində Zülfiyyəyə çatdırmışdır. Lakin Zülfiyyə pulu aldıqdan sonra hər dəfə Pirdas vasitəsilə onlara xəbər göndərmişdir ki, narahat olmasınlar iş həllini tapacaqdır. Həmçinin Pirdasın vasitəsilə onlara xəbər göndərirmişdir ki, həmin məsələni Təqsirləndirilən şəxs1 adlı şəxslə həll edir. Onların Mehdi adlı şəxsi tanımadıqlarını göstərmişdir. Lakin Zülfiyyə işi həll etmədiyinə görə rayonda olduqlanndandan Pirdasa demişlər ki, «Zülfiyyəni sən tanıyırsan və sən də şikayət et». Bundan sonra 2023-cü ilin əvvəllərində Pirdas Zülfiyyədən şikayət etmişdir. Belə ki, ki, həmin pulu Zülfiyyəyə hissə-hissə qohumları Pirdas və həyat yoldaşı Hacimurad vermişdir. X59 və Hacımurad versə də həmin pulun ona məxsus olmasını bildirmişdir. Belə ki, həyat yoldaşının bir neçə ildir ki, xəstə olmasını və heç bir yerdə işləmədiyi üçün o pulu özünün işləyərək qazanıb yığdığını göstərmişdir. Hazırda həyat yoldaşı Hacımuradın halı daha da pisləşərək yatağa düşdüyündən ifadə vermək iqtidarında olmadığını göstərmişdir. Həmçinin 12300 manat pulun ona məxsus olduğundan ziyanın ona dəyməsinin nəzərə alınmasını xahiş etmişdir. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs6 məhkəməyə təqdim etdiyi 04 iyul 2025-ci il tarixli ərizəsində və 15 iyul 2025-ci il tarixli teleqramda qeyd olunmuşdur ki, ona dəymiş ziyandan 6150 manat məbləğində pul ödənilmişdir. Təqsirləndirilən şəxs1 ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Digər təqsirləndirilən şəxs Bəbirova Zülfiyyə qalan məbləği ödəyəcəyinə söz vermişdir. O X20 o şərtlə şikayətçi deyil ki, yerdə qalan məbləği 6 ay müddətinə ödəyəcək. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs4 ifadəsinə uyğun ifadə verərək onun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Zərərçəkmiş şəxs7 ifadəsinə uyğun ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Zərərçəkmiş şəxs3 ifadəsinə uyğun ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 Zərərçəkmiş şəxs6 ifadəsinə uyğun ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 1998-2013-cü illərdə Gəncə Texnologiya Universitetində müəllim və baş müəllim işləmiş, texniki elmlər namizədidir. X30 2021-ci ilin yayından tanıyır. Belə ki, həmin vaxt Zülfiyyə Bəbirova ona zəng edərək nömrəsini Gürcüstanda yaşayan bacısı Aidədən aldığını bildirmiş və ondan iki nəfər şəxsin xaricdə aldıqları diplomların tanınmasında köməklik göstərməyi xahiş etmişdir. Zülfiyyəyə kömək edəcəyini demiş, belə ki, həmin vaxt Gürcüstanda yaşayan Ofeliya Hacırəhimova adlı tanışı qayını oğlu Xəyalın diplomunun tanınmasında köməklik göstərmişdir, Ofeliya Gürcüstanda yaşayır və abituriyentlərin Gürcüstan və digər xarici universitetlərinə qəbulu ilə məşğuldur. O vaxt Ofeliya ona əslən Gürcüstanlı olan Samir adlı şəxslə tanış olduğunu, həmin şəxsin Azərbaycanda Təhsil Nazirliyində yüksək vəzifədə işlədiyini və həmin şəxsin vasitəsilə qayını oğlu Xəyalın diplomunu tanıtdıra biləcəyini demişdir. Ofeliya Xəyalın diplomunun tanınmasına görə 3500 manat pul istəmişdir. Razılaşmış və Ofeliyanın ona WhatsApp vasitəsilə göndərdiyi xarici bank hesabına «Unibank»ın Gəncə şəhərində yerləşən filialından 2020-ci ilin yayında üç dəfəyə bir ay müddətində 3500 manat pul göndərmişdir. Ofeliya ay yarıma Xəyalın diplomunu tanıtdıracağını desə də, Xəyaiın məsələsi uzanmışdır. Bir müddət sonra bir taksi sürücüsü zəng edərək ona sənəd çatacağını bildirmişdir. Taksi sürücüsünə Gəncə şəhərində işlətdiyi kafenin yerini izah edəndən sonra taksi sürücüsü ona Xəyalın diplomunun tanınması ilə bağlı bir şəhadətnamə gətirib vermişdir. Həmin şəhadətnamə Təhsil Nazirliyinin müvafiq qurumu tərəfindən verilmişdir. Onu da qeyd etmişdir ki, Ofeliya ona bir link də göndərmişdir. İnternetdə həmin linkə daxil olanda Təhsil Nazirliyinin portalında Xəyalın diplomunun tanınması ilə bağlı məlumat çıxırdı. Bütün proseslər 2021ci ilin yayına təsadüf etmişdir. Lakin sonradan məlum olmuşdur ki, Xəyalın adına verilmiş şəhadətnamə və portal saxtadır. Bu işdə qazancın olduğunu görüb bu haqda dostu Arifin oğlu olan Aqil Həsənova demişdir. Aqil özü də Gürcüstan Respublikasında ali təhsil almış və Ofeliyanı da tanıyır. Belə ki, Azərbaycandan Gürcüstana gedən tələbələrin müəyyən hissəsi Ofeliyanın Tbilisi şəhərində işlətdiyi hosteldə qalırdılar. Lakin, bir müddət sonra Aqil ona WhatsApp vasitəsilə Urfan adlı şəxsin xarici mobil nömrəsini göndərmiş və bildirmişdir ki, birbaşa həmin şəxsin özünə çıxıb və aşağı qiymətə Urfanın vasitəsilə diplomları tanıtdıra biləcəklərini demişdir. Urfana zəng etsə də, sonuncu cavab verməmiş, məcbur olub onunla yazışmışdır. Urfan da yazışmada Aqilin sözlərini təsdiq edərək Təhsil Nazirliyində işlədiyini və diplomların tanınması ilə məşğul olduğunu bildirmişdir. Urfana arxayın olub Zülfiyyəyə diplomların tanınmasında köməklik edə biləcəyini demişdir. Zülfiyyə ona iki nəfər şəxsin diplomlarının, qiymət cədvəllərini və şəxsiyyət vəsiqələrinin fotoşəkillərini WhatsApp vasitəsilə göndərmiş, özu isə həmin sənədlərin fotoşəkillərini WhatsApp vasitəsilə Urfana göndərmişdir. Sözügedən şəxslərdən birinin adı Sərvan Quliyev idi, digər şəxsin adını xatırlamır. Onu da qeyd etmişdir ki, Urfan hər bir şəxsə görə 2000 manat pul istəmiş, özü isə Zülfiyyədən hər bir şəxsə görə 3000 manat istəmişdir ki, 2000 manat ona xeyir qalsın. Urfan ödənişi öncə istəmişdir. Zülfiyyə ilə aralarında olan danışığa əsasən 4000 manatı öncə ödəyir, qalan 2000 manatı isə Zülfiyyə diplomların tanınması ilə bağlı şəhadətnamələr hazır olandan sonra və həmin şəhadətnamələrlə bağlı Təhsil Nazirliyinin portalında məlumatlar yerləşdirildikdən sonra verməliydi. Urfan pulun köçürülməsi üçün WhatsApp vasitəsilə ona kart nömrəsi göndərmişdir, həmin kart nömrəsini Zülfiyyəyə göndərmişdir ki, 4000 manat pulu həmin bank hesabına köçürtsün. Lakin Zülfiyyə pulu bank hesabına köçürə bilməmiş və bu haqda ona demişdir. Səhv etmirsə Urfan ona başqa bir bank hesabı göndərmişdir, həmin hesabı Zülfiyyəyə göndərmişdir. Ola bilsin ki, həmin bank hesabı Mehdinin hesabı idi. Mehdini Aqilə görə tanımışdır. Mehdinin Gəncə şəhərində MTSU adlı şirkəti var idi. Mehdinin şirkəti xaricdə təhsil amlaq istəyən şəxslərin qəbulu ilə məşğul idi. Zülfiyyə 4000 manatı bank hesabına köçürmüşdür. Təxminən bir aya Urfan şəhadətnamələri tanımadığı taksi sürücüsü vasitəsilə Təranəyə göndərmiş, özü isə həmin vaxt Tbilisi şəhərində olmuşdur. Həmin şəhadətnamələrlə bağlı portalda da məlumatlar yerləşdirilmişdir (sonradan məlum olmuşdur ki, həmin portal da saxtadır). Lakin Zülfiyyə portalda məlumatların düzgün yerləşdirilmədiyini demiş, bu haqda Urfana yazmış, sonuncu isə hər bir nəfərə görə 500 manat veriləcəyi təqdirdə şəhadətnamələri əsas portalda yerləşdirəcəyini demişdir. Bu haqda Zülfiyyəyə heç nə deməmiş, belə ki, Zülfiyyə artıq onu bezdirmişdir. Urfana 1000 manat köçürəcəyini söz vermiş, sonradan Zülfiyyə də ona 1000 manat söz vermişdir. Urfan 10-15 gün vaxt istəmişdir. Zülfiyyəyə 10-15 gün gözləməyi demişdir. Lakin bu müddət ərzində əsas portalda məlumatlar yerləşdirilməmişdir, bu haqda Urfandan soruşanda sonuncu ona mesajlar yazaraq ehtiyatla işlədiyini, risk etdiyini və buna vaxt lazım olduğunu bildirmişdir. Zülfiyyəyə isə ondan əl çəkməmiş və artıq pulunu geri tələb etməyə başlamışdır, hər gün zəng edib pulunu tələb etmişdir. Zülfiyyə ondan 4000 manat deyil. 8000 manat tələb edirdi. Belə ki, dediyinə görə pulun sahibi ondan pulu faizlə tələb etmişdir. Həmin vaxt Gürcüstanda Mehdi və Emin də yanında olmuşdur. Belə ki, Gürcüstanda yeni bir universitet açmaq istəmişlər və həmin universitetə azərbaycanlı abituriyentlərin də qəbulunu təşkil etmək istəmişlər, Mehdi isə öz şirkəti vasitəsilə azərbaycanlı abituriyentləri bu qəbul prosesinə cəlb edəcəydi. Mehdi ilə 2021-ci ilin yay ayında Aqil Həsənovun vasitəsilə tanış olmuşdur. Emini isə təxminən 2021-ci ilin yaz aylarından tanıyır. Emin həmin vaxt Gəncə şəhərində tərcümə mərkəzini işlədirdi. Bir neçə dəfə onun mərkəzində azərbaycan dilindən gürcü dilinə sənədlər tərcümə etdirmişdir. Həmin vaxtdan aralarında münasibətlər yaranmış, sonradan həmin münasibətlər dostluğa çevrilmişdir. Emin və Mehdi Zülfiyyə ilə danışıb pulu qaytarmaq üçün vaxt verməyi xahiş etmişlər. Zülfiyyə isə vaxt verməmişdir. Sonra Mehdi Bakıya qayıtmış və Zülfiyyə ilə görüşüb söhbət etmişdir. Zülfiyyə pulu qaytarmaq üçün ona bir həftə vaxt vermişdir. Gürcüstanda olan zarnan Bakıda yaşayan Elnur adlı qayınından xahiş etmişdir ki, Zülfiyyənin pulunu ödəsin. Elnur da iki gün müddətində səhv etmirsə Zülfiyyənin bank kartına bağlı olan bank hesabına 8000 manat pul köçürmüşdür. Bundan sonra Zülfiyyə ilə heç bir iş görməmişdir. Urfana mesaj yazıb onun verdiyi sənədlərin saxta olduğunu, ona görə Zülfiyyəyə 8000 manat pul ödədiyini bildirsə də, Urfan sənədlərin saxta olmadığını və heç kimə pul qaytarmayacağını yazmışdır. Maddi sıxıntıları olduğu üçün Urfanla işləməyə davam etmişdir, belə ki, Urfan ona söz vermişdir ki, növbəti şəxslərin şəhadətnamələrini Təhsil Nazirliyinin əsas portalına salacaq. Bu sahədə anlayışı olmadığından Urfana inanmışdır, lakin sonradan məlum olmuşdur ki, Urfan onu aldadıb. Hətta Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş idarəsində istintaq aparılmış, lakin sonradan barəsində başlanmış cinayət təqibinə xitam verilmişdir. Həmçinin bildirmişdir ki, Urfan adlı şəxslə aralarında olan WhatsApp yazışmaları mobil telefonundan silinmiş, Urfan adlı şəxsə inanmış, eyni zamanda portalda Sərvanın və digər şəxsin şəhadətnamələri ilə bağlı məlumatın yerləşdirilməsi onda Urfana qarşı inam yaratmışdır. O Zülfiyyə Bəbirovanın ona 4500 manat köçürmədiyini, Zülfiyyənin bank hesabına yalnız 500 manat köçürdüyünü, həmin pulu Zülfiyyənin Mehdinin sözləri ilə ona köçürdüyünü istisna etmədiyini, 4000 manatı isə X35 vasitəsilə köçürdüyünü göstərmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2009-cu ildən Gəncə şəhərində tərcüməçi kimi fəaliyyət göstərir, 2009- 2020-ci illərdə Gəncə şəhərində tərcümə mərkəzini işlətmişdir. Şahid7la işlətdiyi tərcümə mərkəzində 2019-cu ilin yayında tanış olmuşdur. Həmin vaxt Vahir bir neçə sənədi gürcü dilindən azərbaycan dilinə tərcümə etdirmişdir. O vaxtdan aralarında münasibət yaranmışdır. 2021-ci ilin yayında Vahir ona Tbilisi şəhərində «Millenium» adlı özəl ali məktəbdə təhsil almış azərbaycanlı tələbələrin diplom ala bilmədiklərini bildirmiş və ali hüquq təhsili olduğu üçün Vahir onunla birlikdə Gürcüstana gedib məsələni hüquqi müstəvidə həll etməyi xahiş etmişdir. Gürcüstanda olan zaman Vahirə Zülfiyyə adlı bir qadın zəng edib ondan 8000 manat pul tələb edirdi. Vahir həmin vaxt ona Zülfiyyənin tanışlarının diplomlarının tanınması ilə bağlı 6000 manat pulun «Urfan» adlı şəxsə verildiyini, lakin işin düzəlmədiyini və Zülfiyyənin onu tanıdığını və pulu ondan tələb etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 da onlarla birlikdə Gürcüstana gəlmişdir. Mehdi ilə Vahirin vasitəsilə 2021-ci ilin yayında tanış olmuşdur. Mehdinin Gəncə şəhərində şirkəti var idi və o, azərbaycanlı abituriyentlərin Gürcüstan və Ukrayna Respublikasında fəaliyyət göstərən ali məktəblərə qəbulunu təşkil edirdi. Mehdinin Gürcüstana getməkdə məqsədi orada fəaliyyət göstərən yeni ali məktəblərlə müqavilə bağlayıb əməkdaşlıq etmək olmuşdur. Zülfiyyə Vahirə tez-tez zəng etdiyi üçün özü və Mehdi Zülfiyyə ilə ayrı-ayrılıqda danışıb Vahirə vaxt verməyi xahiş etmişlər, Zülfiyyə də pulu qaytarmaq üçün çox az vaxt vermişdir. Sonra elə olmuşdur ki, Mehdi Bakıya qayıtmış və Zülfiyyə ilə atçılıq mərkəzində görüşüb Vahirə görə vaxt istəmişdir. Zülfiyyə pulu ödəmək üçün az vaxt vermişdir. Vahirlə Gürcüstanda olan zaman Vahir məcburiyyət qarşısında qalıb qayınından xahiş etmişdir ki, sonuncu Zülfiyyənin 8000 manat pulunu ödəsin, baxmayaraq kı, Zülfiyyə Urfan adlı şəxsə Mehdinin vasitəsilə 6000 manat pul köçürmüşdür. Zülfiyyə pul aldığı şəxslərin ondan 6000 manatdan əlavə 2000 manat da faiz kimi tələb etdiklərini demişdir. Vahir də canını Zülfiyyədən qurtarmaq üçün sonuncuya 8000 manat ödəmək istəmişdir, Vahirin qayını iki həftəyə Zülfiyyənin bank hesabına iki-üç dəfəyə 8000 manat pulu köçürmüşdür. Biri müddət sonra WhatsApp vasitəsilə ona videozəng gəlmişdir. Həmin vaxt Gürcüstanda olmuşdur. Zəngə cavab verib bir qadının videoəlaqədə olduğunu görmüşdür. Həmin qadın ona özünü Zülfiyyə kimi təqdim edərək diplomlarının tanınması ilə bağlı pul aldıqları şəxslərin onu «öldürdüklərini», pullarını geri istədiklərini bildirmiş və onların səsini kəsmək üçün guya diplomların Təhsil nazirliyi tərəfindən tanınmasını təsdiq edən saxta arayışların alınmasında ona köməklik etməyi xahiş etmişdir. Zülfiyyəyə belə işlərə baxmadığını bildirmişdir. Bundan bir neçə gün sonra Zülfiyyə WhatsApp vasitəsilə ona audiozəng edərək telefonda ağlamış və ondan kömək istəmişdir. Zülfiyyəyə Tbilisi şəhəri, Sabutalo rayonunda Gürcüstan Politexnik Universitetinin yanında bir yerin olduğunu və həmin yerdə istənilən məzmunda arayış hazırlaya biləcəklərini demişdir. Sonra isə həmin yerdə işləyən bir gürcünü Zülfiyyə ilə əlaqələndirmişdir, Zülfiyyəni həmin şəxslə necə danışdığını, həmin şəxsdən saxta arayış alıb-almadığını və yə həmin şəxsə pul verib-vermədiyini bilmir. Həmin vaxtdan sonra Zülfiyyə ilə heç bir əlaqəsi olmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X64 ifadəsində göstərmişdir ki, 2013-2018-ci illərdə Ukrayna Karpat Universitetinin Gürcüstan filialında Maliyyə və kredit ixtisası üzrə təhsil almışdır. Həmin ali məktəbdə təhsil aldığı müddətdə Aida Hümbətova ilə tanış olmuşdur. Aida həmin ali məktəbin rektorunun köməkçisi vəzifəsində işləyir. Təhsil aldığı müddətdə Aida imtahanlarının yazılmasında ona köməklik göstərmişdir. Ali məktəbi bitirəndən sonra yaşadığı Gəncə şəhərinə qayıtmışdır. Günlərin birində WhatsApp ani mesajlaşma proqramı vasitəsilə Aida xanımın «statusuna» baxıb orada Aidanın xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması ilə bağlı köməklik göstərilməsi qeyd edilmişdir. Aida ilə əlaqə saxlayıb diplomunun tanınması ilə bağlı köməklik göstərməyi xahiş etmişdir. Aida ona bu işlə qardaşı Şahid7 məşğul olduğunu bildirmiş və sonuncunun Gəncə şəhərində «Borçalı» restoranını işlətdiyini, Vahirin bir neçə diplomu, o cümlədən qohumu Xəyalın diplomunu təsdiq etdirdiyini bildirmişdir. 2019-cu ilin iyun ayında Vahirin işlətdiyi restorana gedib orada Vahirlə görüşmüşdür. Vahirə bitirdiyi ali məktəb haqda məlumat verərək diplomunu təsdiq etdirmək istədiyini bildirmişdir. Vahir bu cür işlərlə məşğul olduğunu bildirib yanında Gürcüstanda yaşayan Ofeliya adlı qadınla danışıb sonuncuya diplomunu təsdiq etdirmək lazım olduğunu bildirmişdir. Ofeliya etiraz etməmiş və diplomun təsdiq olunması üçün lazım olan sənədlərin siyahısını göndərəcəyini və həmin sənədləri toplamaq lazım olduğunu bildirmişdir. Növbəti gün Vahir WhatsApp ani mesajlaşma proqramı vasitəsilə ona diplomun təsdiq olunması üçün lazım olan sənədlərin siyahısını göndərmişdir (diplomun və qiymət cədvəlinin tərcüməsinin notariat qaydasında təsdiqi, şəxsiyyət vəsiqəsinin və pasportunun notariat qaydasında təsdiq olunmuş surətləri). Onu da qeyd etmişdir ki, Vahir ona öncə 2000 manat ödəmək lazım olduğunu, diplomun tanınması ilə bağlı şəhadətnamənin ad və soyadının göstərildiyi hissəsinin fotoşəkili ona göndəriləndən sonra qalan 2000 manatı ödəmək lazım olduğunu, bu ödənişdən sonra ilk ödənişin günündən 72 gün ərzində adının Təhsil Nazirliyinin portalında çıxacağını bildirmişdir, iki günə lazım olan sənədləri toplayıb Vahirin yanına getmişdir, eyni zamanda topladığı sənədləri skan edilmiş şəkildə Ofeliyanın istifadə etdiyi, hazırda xatırlamadığı WhatsApp nömrəsinə göndərmişdir. Həmin gün Ofeliya ödəniş etmək üçün ona «Unİbank» Kommersiya Bankına aid olan X21 adına olan bank kartının fotoşəkilini göndərmişdir. Həmin vaxt Şəmkir rayonunda işlədiyi üçün həmin rayona qayıtmış və orada yerləşən marketərin birində quraşdırılmış elektron ödəmə terminalı vasitəsilə Elxan Əlləzovun bank kartına bağlı olan bank hesabına 2000 manat pul köçürmüşdür. Ödəniş qəbzinin fotoşəkilini isə Ofeliyanın WhatsApp nömrəsinə göndərmişdir. Arabir Vahirə və Ofeliyaya zəng edib işi ilə maraqlanmışdır. Həmin ərəfədə Gəncə şəhərində təsadüfən Təqsirləndirilən şəxs1 ilə görüşmüşdür. Mehdini 2011-ci ildən tanıyır. Belə ki, həmin vaxt Gəncə şəhərində birlikdə hazırlığa getmişlər. Mehdi ilə görüşüb hal-əhval tutmuşdur. Mehdi də Gürcüstanda ali təhsil aldığı üçün ondan diplomunu tanıtdıra bilib-bilməməsini soruşmuşdur. Mehdi diplomunu tanıtdıra bilmədiyini demişdir. Mehdiyə Vahir adlı şəxsin vasitəsilə diplomunu tanıtdırmağa çalışdığını demiş və ona ödənişlə bağlı Vahirin şərtləri haqda məlumat verilmişdir. Həmin vaxt Mehdi ona Vahiri tanıyıb-tanımadığını deməmiş, lakin Mehdinin Ofeliyanı dəqiq tanıdığını bilir, belə ki, Ofeliya Mehdinin ali təhsil aldığı ali məktəbdə işləmişdir və Mehdi də həmin vaxtdan Ofeliyanı tanıyırdı. Mehdi ona bir neçə tanışının diplomunu tanıtdırmaq lazım olduğunu və hər diploma görə 4000 manat verə biləcəyini, diplomlar tanındıqda diplom sahiblərindən hər birindən 300-500 manat alıb ona verəcəyini demişdir. Etiraz etməmiş və bu haqda Vahirlə danışacağını demişdir. Vahirin bu işlə bağlı razılığını alandan sonra Mehdi hissəhissə olmaqla ona dörd nəfər şəxsin sənədlərini və hər bir şəxsə görə 2000 manat pul vermişdir. Mehdi həmin sənədləri və pul vəsaitlərini Gəncə və Şəmkir şəhərlərində ona vermişdir. Mehdinin verdiyi 8000 manat pulu hissə-hissə olmaqla Ofeliyanın sözü ilə X21 adına olan, «Unibank» KB-a aid olan bank hesabına köçürmüşdür. Onu da qeyd etmişdir ki, Ofeliya ona bu işləri Təhsil Nazirliyində işləyən Samir adlı şöbə müdirinin vasitəsilə həll etdiyini demişdir. Mehdiyə pul vermiş şəxslər tez-tez Mehdiyə zəng edib şəhadətnamələrlə maraqlanırdı, Mehdi isə ona zəng edirdi, o da öz növbəsində Ofeliyaya və Vahirə zəng edirdi. Ofeliya Mehdinin təqdim etdiyi sənədləri onun sənədindən qabağa sala biləcəyini demişdir. Buna etiraz etməmişdir. Artıq 2020-ci il idi. Tez bir zamanda Ofeliya ona WhatsApp vasitəsilə Mehdinin təqdim etdiyi 4 nəfər şəxsin şəhadətnamələrinin ad və soyad göstərilən hissəsinin fotoşəkillərini göndərmiş, həmin fotoşəkilləri həmin 4 nəfər şəxsə göndərmişdir. Yerdə qalan 8000 manatı da Mehdi hissə-hissə olmaqla ona vermişdir. Həmin pul vəsaitlərinin bir hissəsini X21 bank kartına bağlı olan bank hesabına və «Kapital Banks ASC-yə aid olan bank kartına bağlı olan bank hesabına köçürmüşdür. Hazır olmuş şəhadətnamələri səhv etmirsə Mehdi Bakı və Gəncə şəhərlərində götürüb sahiblərinə vermişdir. Təxminən 5-10 gün sonra şəhadətnamə sahibləri onların saxta olduğunu bildirmişlər, belə ki, həmin şəxslərin adlan Təhsil Nazirliyinin portalında yerləşdirilməmişdir. Mehdi isə ona verdiyi 16000 manat pulu geri tələb etməyə başlamışdır. Özü isə 16000 manat pulu Ofeliya və Aidədən tələb etmişdir. Bir neçə gün sonra Ofeliya, Vahir, özü və Mehdi sonuncunun təşəbbüsü ilə videokonfrans vasitəsilə əlaqə saxlamışlar. Ofeliya onun və digər dörd nəfər şəxsin adlarının portalda yerləşdirilməsi üçün hər bir şəxsə görə 500 ABŞ dolları pul istəmişdir. Uşaqların əvəzindən və özünə görə 2000 manatı Mehdinin hazırda xatırlamadığı bank kartına bağlı olan bank hesabına köçürmüşdür ki, Mehdi çatışmayan məbləği düzəldib Ofeliyaya göndərsin. Mehdi də pulu düzəldib Ofeliyaya göndərmişdir. Təxminən bir gün sonra səhv etmirsə Ofeliya ona bir link göndərmişdir. İnternetdə həmin linkə daxil olub «edu.gov.az» adlı sayta oxşar bir sayta keçid etmişdir. Həmin saytda (portalda) müvafiq bölümdə onun harada təhsil almağı haqda məlumatlar və diplomunun tanınması ilə bağlı məlumatlar olmuşdur. Buna baxmayaraq bütün bunlara inanmamış və Ofeliya və Vahirdən həm özünə görə, həm də Mehdinin adamlarına gör Ofeliyanın dediyi bank hesablarına hissə-hissə olmaqla köçürdüyü 22500 manat pulu geri tələb etməyə başlamışdır. Ofeliyadan pulları geri tələb edəndə ona xarici nömrədən WhatsApp vasitəsilə bir şəxs zəng edərək adının Samir olduğunu, Təhsil Nazirliyində işlədiyini və heç kimə pul qaytarmayacağını deyib ona hədəqorxu gəlməyə başlamışdır. Bundan sonra Vahirin yanına gəlib sonuncudan pulunu tələb etməyə başlamış və ona Samir haqda danışmışdır, Vahir isə ona həmin şəxsi tanımadığını və Samirlə yalnız bir dəfə WhatsApp vasitəsilə danışdığını bildirmişdir. Sonra Ofeliya və Aidəyə zəng edib narazılığını bildirmişdir. Sonra Vahir ondan Samirlə danışmaq üçün sonuncunun nömrəsini götürmüşdür. Vahir ona Samirlə iş görəcəyini və Samirin yavaşyavaş ona pulunu qaytaracağını demişdir. Vahirə inanmışdır. Lakin sonradan aldanıldığını başa düşmüşdür. Mehdinin adamları ondan kəskin şəkildə pullarını tələb etməyə başlamışlar. Məcbur olub öz cibindən həmin dörd nəfər şəxsə 16000 manat pulu qaytarmışdır. Zülfiyyə Bəbirovaya gəldikdə isə göstərmişdir ki, dəqiq tarixi xatırlamır – Bakı şəhərində olan zaman Vahir ona zəng edib Bakıdan ona sənədlərin gələcəyini demiş və həmin sənədləri götürməyi xahiş etmişdir. Etiraz etməmişdir. Vahir ona əlaqə saxlamaq üçün Zülfiyyə adlı qadının mobil nömrəsini göndərmişdir və sənədləri həmin qadından götürəcəyini demişdir. Zülfiyyə ilə əlaqə saxlayıb, Əhmədli qəsəbəsində yerləşən ofisinə gəlmişdir. Zülfiyyə orada ona A4 ölçüdə olan ağ rəgli zərf vermişdir. Zərf qırmızı lentlə bağlanmışdır. Zərfi götürüb Gəncə şəhərinə qayıtmış və zərfi Vahirə vermişdir. Vahir isə ona hörmət olaraq 50 manat pul vermişdir. Həmçinin bildirmişdir ki, «...Urfan məndən Elvin və Zərərçəkmiş şəxs1 adlı şəxslərin diplomlarının təsdiq olunması üçün 10000 manat pul istədi. Mən isə Urfana öncə 8000 manat verəcəyimi, diplomlarını təsdiq edilməsi haqqında şəhadətnamələr hazır olandan sonra isə qalan 2000 manat verəcəyimi bildirdim. Urfan razılaşdı. Pulu və diplomları götürmək üçün Urfan 2021-ci ilin sentyabr ayında iş yerimə Aqil adlı şəxsi göndərdi. Mən iş yerimdə Aqilə Elvin və Rasimin diplomlarını və 8000 manat pul verdim». Bu haqda nə deyə bilərsiniz?» sualına cavab olaraq bildirmişdir ki. Zülfiyyə Bəbirova yalan danışır, Zülfiyyə ona yalnız bir zərf vermiş, pul verməmişdir. Zülfiyyə Bəbirova ona Vahirə vermək üçün 8000 manat pul versəydi həmin pulu götürüb Vahir və Ofeliyanın ona borclu olduqları puldan çıxardı. Urfan adlı şəxsi isə şəxsən görməmiş, onunla yalnız bir dəfə WhatsApp vasitəsilə danışmışdır. Samir və Urfan eyni şəxsdir. Həmin şəxsi səsindən tanımışdır. Həmçinin bildirmişdir ki, xx.xx.2021-ci il tarixli qəbzlər ona məxsusdur. Qeyd edilən tarixdə pul vəsaitlərini Ofeliyanın sözü ilə X21 bank kartına bağlı olan bank hesabına köçürmüşdür. Səs yazısında olan kişi səsi isə Urfan və Samir kimi tanıdığı şəxsə məxsusdur. Həmin səs yazısını ona Ofeliya göndərmişdir. Belə ki, hazırda xatırlamadığı ödənişi "xxxx" ASC-yə aid olan bank hesabına etmək istəmişdir, lakin Urfan və ya Samir kimi tanıdığı şəxs Ofeliyaya səsli mesaj göndərərək pulu "xxxx" hesabına deyil, «Unibank» kommersiya bankına aid olan bank hesabına köçürtməyi deyir. Urfan və Samir kimi tanıdığı şəxs X21 oğludur. Bunu müəyyən araşdırmalar aparmaqla müəyyən etmiş, hətta Elxanın adına olan 050 *** ** ** mobil nömrəsinə istifadəsində olmuş 055 *** ** ** mobil nömrədən zəng edib Elxanın oğlu ilə danışmış, həmin vaxt Elxanın oğlu əsl adını ona deməmiş və atasının öldüyünü bildirmişdir, hətta atasının məzarının fotoşəkilini çəkib göndərmişdir. Lakin hazırda həmin fotoşəkil onda yoxdur. Həmçinin bildirmişdir ki, Vahir yalan danışır. Vahirdən pulunu tələb edəndə Vahir pul göndərdiyi adamın mobil nömrəsinin onda olmadığını demiş, o da Samir kimi tanıdığı şəxsin xarici mobil nömrəsini vermişdir ki, Vahir onunla danışıb pulu geri alsın. Həmin vaxt Urfan adını eşitməmişdir. Urfan adını ilk dəfə Ofeliyanın təşəbbüsü ilə sonuncunun, onun və Mehdi ilə aralarında WhatsApp-da baş vermiş konfrans telefon əlaqəsi zamanı eşitmiş, belə ki, həmin vaxt Ofeliya Urfan müəllim kimi təqdim etdiyi şəxsin bir neçə şəxsin diplomlarını tanıtdıraraq adlarını portalda yerləşdirdiklərini bildirmiş, sonra isə konfrans əlaqəsinə dediyi Urfan adlı şəxsi də qoşmuşdur. Urfan Ofeliyanın sözlərini təsdiq edərək verdiyi şəhadətnamələrə cavabdeh olduğunu, işlərini gördüyü şəxslərin adlarını da Təhsil Nazirliyinin portalında yerləşdirdiyini bildirmişdir. Həmin vaxt Urfanı təhqir etmiş, sonuncu isə konfrans əlaqədən çıxmışdır. Ofeliyaya da öz narazılığını kəskin şəkildə bildirmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid5 Fizuli oğlu Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, X45 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin materiallarından başqa cinayət işi ayrılması haqqında 17 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən X45 və Təqsirləndirilən şəxs1 ilə əlbir olub cinayət əməllərini törətmiş istintaqa məlum olmayan şəxslər barəsində X4 oğlu X26 bitirdiyi universitetin diplomunun Azərbaycan Respublikasında tanınması və digər xüsusatlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır; (Cild 1, i.v 1-4) - Cinayət işi başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 19 avqust 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 müraciəti əsasında Xətai RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır; (Cild 1, i.v 6) - Cinayət işinin icraata qəbul olunması haqqında 19 avqust 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir; (Cild 1, i.v 15) - Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 19 avqust 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir; (Cild 1, i.v 16-18) - Cinayət işinin materiallarından başqa cinayət işi ayrılması haqqında 19 may 2023cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən X45 ilə əlbir olub cinayət əməlini törətmiş istintaqa məlum olmayan “Urfan” adlı şəxs barəsində və digər xüsusatlarla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır; (Cild 1, i.v 19-21 və cild 4 i.v. 89-91) - Cinayət işi başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 09 mart 2023-cü il tarixli qərardan görünür ki, vətəndaş X15 müraciəti əsasında Xətai RPİ-nin İŞdə toplanmış material üzrə fakta görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır; (Cild 1, i.v 23) - Cinayət işinin icraata qəbul olunması haqqında 09 mart 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* saylı cinayət işi icraata qəbul edilmişdir; (Cild 1, i.v 27) - Cinayət işi başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında 13 dekabr 2022-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs7 müraciəti əsasında Xətai RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır; (Cild 1, i.v 28) - İş materiallarında olan B20 № 271093 bakalavr diplomunun təsdiq edilmiş surətindən görünür ki, X16 2020-ci ildə Özəl Səhmdar Cəmiyyəti Ali Təhsil müəssisəsi “X29 Akademiyası”-nın tam kursunu bitirmişdir. O, hüquq ixtisası, X28 üzrə bakalavr dərəcəsi ilə təltif olunmuşdur; (Cild 1, i.v 33-34) - Cinayət işinin icraata qəbul olunması haqqında 15 dekabr 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* saylı cinayət işi icraata qəbul edilmişdir. (Cild 1, i.v 35) - Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 26 dekabr 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işində Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır; (Cild 1, i.v 36) Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, X27 əvvəllər məhkumluğu olmamışdır.(Cild 1, i.v 44) - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkumluğu olmamışdır; (Cild 1, i.v 50) - Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 11 may 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işində Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır; (Cild 1, i.v 67) - İş materiallarında olan B18 № 164978 bakalavr diplomunun təsdiq edilmiş surətindən görünür ki, X7 2018-ci ildə Taras Şevçenko adına Kiyev Milli Universitetinin tam kursunu bitirmiş və “politologiya” istiqaməti üzrə “siyasi menecment” təhsil proqramı üzrə “politologiya üzrə təcrübəçi-tədqiqatçı” ixtisası üzrə bakalavr dərəcəsi almışdır; (Cild 1, i.v 72-73) - Cinayət işinin tövsif olunması haqqında 11 may 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə istintaq edilən ********* saylı cinayət işi həmin Məcəllənin 178.2.1, 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələrinə tövsif olunmuşdur; (Cild 1, i.v 74-75) - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 may 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X45 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir; (Cild 1, i.v 76-78) - İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 025001 nömrəli şəhadətnamədən görünür ki, X22 xx.xx.2019-cu il tarixdə X68 Universiteti tərəfindən verilmiş ali təhsil haqqında 000742 saylı mütəxəssis diplomu Azərbaycan Respublikasında tanınmışdır; (Cild 1, i.v 86) - İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 080032 nömrəli şəhadətnamədən görünür ki, X22 xx.xx.2019-cu il tarixdə X68 Universiteti tərəfindən verilmiş ali təhsil haqqında 000742 saylı 050404 iqtisadiyyat diplomu Azərbaycan Respublikasında tanınmışdır; (Cild 1, i.v 87) - İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 080030 nömrəli şəhadətnamədən görünür ki, X37 xx.xx.2019-cu il tarixdə Mahaçqala Maliyyə və Hüquq İnstitutu tərəfindən verilmiş ali təhsil haqqında 130505 ******* saylı 050212 hüquqşünaslıq diplomu Azərbaycan Respublikasında tanınmışdır; (Cild 1, i.v 88) - İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 024999 nömrəli şəhadətnamədən görünür ki, X37 xx.xx.2019-cu il tarixdə Mahaçqala Maliyyə və Hüquq İnstitutu tərəfindən verilmiş ali təhsil haqqında 130505 ******* saylı 050212 mütəxəssis diplomu Azərbaycan Respublikasında tanınmışdır; (Cild 1, i.v 89) - İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 080019 nömrəli şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs5 xx.xx.2016-cı il tarixdə Xarkov Milli Avtomobil Yolları Universiteti tərəfindən verilmiş ali təhsil haqqında 046272 saylı mütəxəssis diplomu 050621 nəqliyyat texnologiyaları diplomu Azərbaycan Respublikasında tanınmışdır; (Cild 1, i.v 90-91) - İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, X27 və Təqsirləndirilən şəxs1 bank hesablarına müxtəlif tarixlərdə və miqdarda pul vəsaiti köçürülmüşdür; (Cild 1, i.v 92-99) - Cinayət işinin icraata qəbul olunması haqqında 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* saylı cinayət işi icraata qəbul edilmişdir; (Cild 1, i.v 129-131) - Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 13 iyul 2023-cü il tarixli məktubundan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs5 Ukraynada yerləşən Xarkov Milli Avtomobil-Yol Universiteti tərəfindən ona verilmiş diplom üzrə kvalifikasiyasının tanınması məqsədilə xx.xx.2021-ci il tarixində elektron ərizə ilə Agentliyə müraciət etmiş, xx.xx.2021-ci il tarixində onun əldə etdiyi kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə qərar qəbul edilmişdir. Sorğuda adları göstərilmiş digər vətəndaşlar X38 və X37 xarici diplomlar üzrə əldə etdiklər kvalifikasiyalarının tanınması barədə müraciətləri aşkar edilməmişdir. Nəticə etibarilə, sözügedən vətəndaşlardan heç birinə Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınma haqqında şəhadətnamələr təqdim olunmamışdır. Qeyd etmək istərdik ki, istifadə rahatlığını təmin etmək çərçivəsində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarının sahibləri barədə məlumat bazası (https://apply.enic.edu.az/e-reference/) istifadəyə verilmişdir. Həmin məlumat bazasından xarici ali təhsilə aid kvalifikasiyaları Azərbaycan Respublikası ərazisində tanınmış müvafiq diplom sahibləri barədə məlumat əldə etmək mümkündür; (Cild 1, i.v 159-160) - Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 22 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işində Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır; (Cild 2, i.v 1) - İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 024356 nömrəli şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2016-cı il tarixdə Milli Nəqliyyat Universiteti tərəfindən verilmiş ali təhsil haqqında 171875 saylı mütəxəssis diplomu 050404 iqtisadiyyat diplomu Azərbaycan Respublikasında tanınmışdır; (Cild 2, i.v 7) - Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işində Zərərçəkmiş şəxs8 zərərçəkmiş şəxs qismində tanınmışdır; (Cild 2, i.v 8) - Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işində Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır; (Cild 2, i.v 19) - Azərbaycan Respublikası Təhsil Nazirliyi Akkreditasiya və Nastrifikasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X32 ali təhsil haqqında diplomun təsdiqi etibarlıdır; (Cild 2, i.v 28) - Təhsildə Keyfiyyət Təminatı Agentliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X32 110505 seriyalı ali təhsil haqqında diplomu hal-hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınmışdır; (Cild 2, i.v 29) - İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 080017 nömrəli şəhadətnamədən görünür ki, X39 xx.xx.2018-ci il tarixdə X67 Təsərrüfatı Universiteti tərəfindən verilmiş ali təhsil haqqında 110505 saylı mütəxəssis diplomu 050407 menecment diplomu Azərbaycan Respublikasında tanınmışdır; (Cild 2, i.v 31) - Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 05 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işində Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır; (Cild 2, i.v 34) - İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 053311 nömrəli şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs3 xx.xx.2019-cu il tarixdə X53 tərəfindən verilmiş ali təhsil haqqında 252151 saylı mütəxəssis diplomu 050212 hüquqşünaslıq diplomu Azərbaycan Respublikasında tanınmışdır; (Cild 2, i.v 39) - Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 17 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işində Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır; (Cild 2, i.v 52) - Toplanmış sübutların qiymətləndirilməsi haqqında 17 noyabr 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2. 178.2.4 və 320.2-ci maddələrinə tövsif edilmişdir. X33 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə yenidən ittaham elan olunmuşdur. İş üzrə Zərərçəkmiş şəxs4 övladı Şahid1 xaricdə aldığı təhsilə dair diplomunun tanıtdırması və sonuncunun işə düzəltməsi ilə bağlı təqsirləndirilən şəxs X11 yazılarını özündə əks etdirən 1 ədəd DVD, 1 ədəd CD diski, Bakcell MMC-dən danışıqlarına dair 1 ədəd CD diski, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1, daxil olmuş X45 ilə Təqsirləndirilən şəxs1 arasında aparılmış telefon Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 Ukrayna, X39 Dağıstan Respublikasında aldıqları ali təhsilə dair diplomlarının Azərbaycan Respublikasının Təhsil Nazirliyində tanınmalarına dair saxta şəhadətnamələr, X27 şəxslərdən aldığı pulların Təqsirləndirilən şəxs1 göndərdiyi çeklər maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 qızı. Zərərçəkmiş şəxs8. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5, şahidlər Şahid1, Şahid2, X31, Şahid4, Şahid5 Fizuli oğlu və Şahid6 ifadələri, Şahid1, X7, Şahid4 diplomlarının surətləri və məhkəməfonoskopik ekspertizasının 17 dekabr 2021-ci il tarixli, 4/1575-4/1597 saylı rəyi sübut növü kimi qəbul olunmuşdur; (Cild 2, i.v 57-68) - Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X45 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir; (Cild 2, i.v 70-72) - 22 noyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 22 noyabr 2023-cü il tarixdə saat 11:55 dəqiqədən tutulmuş hesab edilmişdir; (Cild 2, i.v 73) - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir; (Cild 2, i.v 85-86) - Qətimkan tədbirinin seçilməsi haqqında 22 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; (Cild 2, i.v 93) - Cinayət işi üzrə icraatın dayandırılması barədə 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə olan ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır; (Cild 2, i.v 139-141) - Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul olunması haqqında 02 mart 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* saylı cinayət işinin icraatı təzələnmişdir; (Cild 2, i.v 143-145) - Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 02 mart 2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir; (Cild 2, i.v 154-164) - Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. Cinayət işi ********* saylı altında istintaq davam etdirilmişdir; (Cild 3, i.v 40-42) - Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 10 mart 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. (Cild 3, i.v 54-55) - Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. (Cild 3, i.v 85-86) - Cinayət işinin başlanması haqqında 10 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs4 müraciəti əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (Cild 3, i.v 88) - İş materiallarında olan 17 yanvar 2019-cu il tarixli etibarnamədən görünür ki, Şahid1 etibarnamə üzrə verilən səlahiyyətləri: bütün dövlət orqanlarında, idarə və təşkilatlarda, təhsil şöbələrində, təhsil müəssisələrində, Azərbaycan Respublikası Təhsil Nazirliyində təmsil etməyi, ona aid diplomu leqallaşdırmağı, təsdiq etdirməyi, bununla bağlı lazımi sənədləşdirmə işlərini aparmağı, sənəd verməyi, sənəd almağı, sənəd imzalamağı adından ərizə verməyi və bu tapşırıqların yerinə yetirilməsilə əlaqədar olan bütün digər hərəkətləri etməyi X33 etibar edir. (Cild 3, i.v 94) - İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli ödəniş qrafikindən görünür ki, Şahid1 tərəfindən 1600 manat kredit məbləğinin ödənişi həyata keçirilmişdir. (Cild 3, i.v 100) - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 dekabr 2019-cu il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs4 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd olunmuşdur. (Cild 3, i.v 108-110) - Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və materialın əlavə araşdırmaya qaytarılması haqqında 18 may 2021-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs4 müraciəti əsasında toplanmış material üzrə Xətai RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis kapitanı Şahsuvar Əliyevin cinayət işinin başlanmasının rədd edilməsi barədə 13 dekabr 2019-cu il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir. (Cild 3, i.v 114-115) - Cinayət işini icraata qəbul etmək haqqında 16 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. (Cild 3, i.v 127) - Zərərçəkmiş şəxs qismində tanımaq haqqında 17 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 3, i.v 131-132) - Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 24 noyabr 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* saylı cinayət işinin icraatı təzələnmişdir. (Cild 3, i.v 173) - Cinayət işi üzrə icraata xitam verilməsi haqqında 26 noyabr 2021-ci il tarixli qərardan görünür ki, X45 barəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. (Cild 3, i.v 176-181) - Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilərək cinayət işinin əlavə istintaqa qaytarılması haqqında 12 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi barədə 26 noyabr 2021-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilmişdir. (Cild 3, i.v 183-185) - Cinayət işini icraata qəbul etmək haqqında 14 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. (Cild 3, i.v 190) - Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-fonoskopik ekspertizasının 17 dekabr 2021-ci il tarixli, 4/1575-4/1597 nömrəli ekspert rəyindən görünür ki, fayllarda aşağıdakı məzmunda səs yazıları vardır. WhatsApp Audio 2021-11-01 at 15.17.44 (1).ogg 00.00- 02.32 Q1 - Bu sənəddi, baxın. Ba, görürsüz?///Onu necə yoxlayırlar? Ba, portala indi girirsiz. Ba, de portal. Bax, sənədin yoxlanması. Ba, vururux, adın yazırıq. Məsələn, oğlanın adı Həsənov Rasim. Ba, yazırsız. Amma dəqiqliknən Q - Dəqiqliknən deyəndə sən aparassan işləri/// Q1 Yox, adını da. Sora atasının adı. Danışa-danışa yoxluyubdu. Həsənov Rasim...Sən də yadında saxla///Hə, çünki biri səhv gedən kimi açılır... Q-... kodun hanı? Q1...səs gəlmir Q - Mən əsəbləşirəm, təsir eliyir Q1 - Bax, koddu. 6921, yoxla. Ba, indi sistemdə xəta var. Təzdən girsin. Elə olur hərdən yüklənmir. Həsənov Rasim ... Elə olur 2-3 dəfə vurursan, sora çıxır///Sənəddə xəta var. Vayfayınız var sizin? Q - Var 05.34-06.47 Q1 - Elə söhbət qətiyyən yoxdu K- O sizin 8 minə diplomun təsdiqi. Pul nə qədər qalır? Q-21 minnən 8 min çıxanda 13 min K-13 min? 13 min bəs nə vaxta verirsən pulu? Q1-Onun o, 5 mini müstəntiqdədi/// K-8 mini bəlkə elə ...götür-qoy eliyim, şey olsun də, bütöv olsun/// Q- Nə olsa sənsiz eləmiyəciyik ki, biz K-Yəni, o şeydə 14 min///13 min nə qədəri/// Q - Bəlkə sən heç Şahsuvarı 1 il tapmıyassan? Q1-Yox, Şahsuvarı tapacaqlar olar. Olar dedi ki, tez bir zamanda WhatsApp Audio 2021-11-01 at 15.17.45 (1).ogg 00.00-03.06 Q1 - İndi işi əgər olsa desə Q-Mənə iş lazım döyül. Yox. Doğrudan deyirəm, iş istəmirəm mən. Bir dənə diplomu, heç onu da belənçi yox. Gətir pulumu ver, mən adam doğrudan da danışmışıq. Qurana and olsun. İndi deyirəm zərər yoxdu, elə. Diplomu eliyirsən, elə. Ancaq düzdüknən///Demirsən, dekabrın axırına kimi. 30-u, 31-nə kimi. Heç 30-u, 31-i də döyül. Ayın 25-nən sora bayramdı. 25-nən sora yeni ildi. 25-nə qədər Q1 - Axır Yeni ilə keçmiyəcək, hə Q-Keçmiyəcək, o tərəfə keçməsin. 25-nə qədər yaxşı diplom. Amma o 25-nən o tərəfə bir gün keçsə, pulumu istiyəcəm///Diplomu da alanda gedib yoxlanılacaq/// Q1 - Yox e, elə şey yoxdu, portalı da göndərəcəm sənə, girib baxarsan/// Q - Mənim pulumu da vaxt de görüm, havax verirsən, mən bilim, mənim pulumu uzatma///İndi yanı mənim pulumu da de. Allaha and olsun, yenə öz pulum olseydi deyərdim bala, zərər yoxdu. Yarım ilə verərsən. Mən rayonda biabır olmuşam, Allah haqqı. Mənnən aşağı mənə desin ki, sən mənə niyə yalan dedin, belə elədin, helə elədin, aldatdın məni. Mənə nolub, mən həmişə hörmətdi xanım olmuşam. Uşağıma görə. Qazaxıstannan 4 min pul aldım e, sən mənə saniyə vaxt vermədin. Quran haqqı. İndi hər dəfə mənə deyir ki, noldu, bəs sən mənə deyirdin ki. Deyirəm vallah düzəldə bilmirəm, çatdıra bilmirəm. Xəstəliyim bir yannan. Bilirsən, nə qədə mənim həkimlərə pulum çıxır? Nə qədər analizlərə pul verdim///450 idi, nə qədər idi///Allaha and olsun, bilirsən nə qədər xərcim çıxır həkimlərə?/// Ekspertizaya təqdim olunmuş 1 ədəd DVD və 1 ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı tədqiqatı tələb olunan danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitq X33 məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd DVD və 1 ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı tədqiqatı tələb olunan danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərindən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd DVD və 1 ədəd CD diskdə olan mübahisəli fonoqramlardakı tədqiqatı tələb olunan danışıqlarda “mart” və “dekabr” ayları barədə söhbətlər aşkar olunmuşdur. Ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 300 (üç yüz) manatdır. (Cild 3, i.v 192-199) - Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 20 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir. (Cild 3, i.v 215-216) - Cinayət işi üzrə icraatın dayandırılması haqqında 20 aprel 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (Cild 3, i.v 218) - Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında 27 yanvar 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilməklə iş üzrə icraat təzələnmişdir. (Cild 3, i.v 226) - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X45 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 4, i.v 7-8) - Qətimkan tədbirinin seçilməsi haqqında 02 fevral 2023-cü il tarixli qərardan görünür ki, X27 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild 4, i.v 18-19) - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 may 2023-cü il tarixli qərardan görünür ki, material üzrə aparılan araşdırma zamanı Şahsuvar Əliyevin əməlində cinayət tərkibinin əlamətləri olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (Cild 4, i.v 95-96) - Toplanmış sübutların qiymətləndirilməsi haqqında 01 iyun 2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarında olan «Təqsirləndirilən şəxs2 soyadı və adı X45 və «Fidan» adı isə X12 oxunması, iş üzrə Zərərçəkmiş şəxs4 qzının övladı Şahid1 xaricdə aldığı təhsilə dair diplomunun tanıtdırması və sonuncunun işə düzəltməsi ilə bağlı təqsirləndirilən şəxs X11 yazılarını özündə əks etdirən 1 ədəd DVD və 1 ədəd CD diski maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi, cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 qızı, şahidlər Şahid1, Şahid2, X31, Şahid4 iladələri, Şahid1, X7, X9 diplomlarının surətləri və digər sənədlər, məhkəmə-fonoskopik ekspertizasının 17 dekabr 2021-ci il tarixli, 4/1575-4/1597 saylı rəyi sübut növü kimi qəbul olunması, Xətai RPİ-nin İŞ-nin sabiq müstəntiqi X23 X20 ziyanın ödənilməsi üçün 5500 manat alması faktı təsdiqini tapmadığından Xətai rayon prokurorluğu tərəfindən 16 may 2023-cü il tarixdə qəbul olunmuş cinayət başlanılmasının rədd olunması barədə qərarın nəzərə alınması barədə qərar qəbul edilmişdir. (Cild 4, i.v 98-105) - Vəsatətin qismən təmin edilməsi haqqında 04 iyun 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən təqsirləndirilən şəxs X27 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirildiyindən Z.Bəbirovanın müdafiəçisi Müdafiəçi3 vəsatəti qismən təmin olunmaqla qaldırılmış xüsasatlar Z.Bəbirovanın Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işindən 19 may 2023cü il tarixdə Z.Bəbirova ilə əlbir olub cinayət əməlini törətmiş istintaqa məlum olmayan «Urfan» adlı şəxs barəsində və digər xüsusatlarla bağlı Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə ayrılmış ********* saylı cinayət işinə əlavə olunub araşdırılması qərara alınmışdır. (Cild 4, i.v 166-167) - Cinayət işi üzrə icraatın dayandırılması barədə 22 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə olan ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. (Cild 5, i.v 39-41) - Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul olunması haqqında 17 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* saylı cinayət işinin icraatı təzələnmişdir. (Cild 5, i.v 46-48) - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X45 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 5, i.v 59-60) - İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 025134 nömrəli şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs8 xx.xx.2018-ci il tarixdə X14 Akademiyası tərəfindən verilmiş ali təhsil haqqında 233861 saylı mütəxəssis diplomu 050403 maliyyə və kredit diplomu Azərbaycan Respublikasında tanınmışdır. (Cild 5, i.v 70) - Təhsildə Keyfiyyət Təminatı Agentliyinin № 3-29-61/2-572/2023 məktubundan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs8 B18 233861 nömrəli bakalavr diplomu və M21 056405 nömrəli magistr diplomu üzrə xarici ali təhsil ixtisaslarının tanınması haqqında müvafiq olaraq xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarlar qəbul edilmişdir. Buna müvafiq olaraq vətəndaşa NS00010715 və NS00014051 nömrəli elektron şəhadətnamələr təqdim edilmişdir. Nəticə etibarı ilə məktuba əlavə olunmuş 025134, 034117, 001891 qeydiyyat nömrəli şəhadətnamələr Zərərçəkmiş şəxs8 Elm və Təhsil Nazirliyi tərəfindən təqdim edilməmişdir. (Cild 5, i.v 74-75) - 05 noyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır; (cild 6, i.v. 3) - "xxxx" MMC tərəfindən daxil olmuş 07 noyabr 2023-cü il tarixli sorğuya cavabdan görünür ki, izahlı qaimədə əlaqə saxlanılmış digər nömrələrin əhatə dairəsinə dair məlumatların təqdim edilməsi texniki cəhətdən mümkün deyil. Həmçinin 1 ədəd CD disk iş materiallarına əlavə edilmişdir; (cild 6, i.v.15) - 17 noyabr 2023-cü il tarixli telefon məlumatlarına dair diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, iş üzrə təqsirləndirilən şəxs X45 ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** saylı mobil nömrəsi ilə aralarında dəfələrlə telefon danışıqları olmuşdur. Lakin iş üçün əhəmiyyət kəsb edən digər SMS yazışmaları və yaxudda başqa məlumatlar müəyyən edilməmişdir; (cild 6, i.v.16-72) - 17 noyabr 2023-cü il tarixli Təhsil Nazirliyinin saytına baxış keçirilməsi haqqında protokoldan görünür ki, icraatda olan Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə Təhsil Nazirliyinə məxsus Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən Azərbaycan Respublikası ərazisində tanınan xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarının sahibləri barədə məlumat bazası olan https.//apply.enic.edu.az/e-reference saytına daxil olub baxış keçirilmiş. Baxış zamanı müəyyən edilmişdir ki, X55, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs3 xaricdə aldıqları diplomun Azərbaycan Respublikasında tanınmasına dair şəhadətnamələr verilməmişdir; (cild 6, i.v.73-77) - 17 noyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır; (cild 6, i.v. 79) - 17 noyabr 2023-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələrinə tövsif edilmiş, X33 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə yenidən ittiham elan olunmuş və barəsində 02 fevral 2023-cü il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ittiham elan olunmuşdur; (cild 6, i.v.87-98) - 17 noyabr 2023-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işi ayrılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işindən X45 və Təqsirləndirilən şəxs1 ilə əlbir olub cinayət əməllərini törətmiş istintaqa məlum olmayan şəxslər barəsində, X4 oğlu X26 bitirdiyi Universitetin diplomunun Azərbaycan Respublikasında tanınması və digər xüsusatlarla bağlı Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə ********* saylı cinayət işi ayrılıb istintaqı davam etdirilməsi və ********* saylı cinayət işindən sənədlərin surəti ayrılmış cinayət işinə əlavə edilməsi qərara alınmışdır; (cild 6, i.v.100-103) - 22 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X45 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir; (cild 6, i.v.107-110) - 22 noyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 22 noyabr 2023-cü il tarixdə saat 11:55 dəqiqədən tutulmuş hesab edilmişdir; (Cild 2, i.v 111) - 22 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir; (cild 6, i.v.129-131) - 22 noyabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx xxxxxx 1995-ci il ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, rəsmi işləməyən, Şəmkir rayonunun Könüllü kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; (cild 6, i.v.141-142) - Azərbaycan Respublikası Abşeron rayon Hakimiyyəti Başçısının Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 26 dekabr 2023-cü il tarixli 2809 №-li arayışından görünür ki, X5 rayonu Mehdiabad qəsəbə Əlimərdan Bəy Topçubaşov küçəsində qeydiyyatsız yaşayır; (cild 7, i.v.92) - Z.Məmmədov adına 171 nömrəli tam orta məktəb 435№-li 11 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, X45 həqiqətən də 2000-2001-ci tədris ilində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin rus bölməsinin 11a sinfini bitirmişdir; (cild 7, i.v.93) - Bakı Slavyan Universitetinin 22 yanvar 2024-cü il tarixli 13 №-li arayışından görünür ki, Bakı Slavyan Universitetinin arxiv fondunda saxlanılan sənədlərə əsasən xx.xx.1984-cü il təvəllüdlü X45 27 avqust 2003-cü ildə Bakı Slavyan Universitetinin "Rus dili və ədəbiyyatı" ixtisasının rus bölməsinə 230/3 nömrəli əmrlə əyani təhsil formasında qəbul olmuşdur. Z.Ə.Bəbirova 07 iyun 2007-ci ildə 275/3 nömrəli əmrlə həmin ixtisasın rus bölməsini əyani təhsil formasında bitirmişdir. Adi diplomun verilmə seriyası B № 100694, qeydiyyat № 3087; (cild 7, i.v.101) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 1(011)-75/2024 saylı qərarından görünür ki, Müdafiəçi3 vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs1 və X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilmiş və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai rayon prokuroruna qaytarılmışdır. Təqsirləndirilən şəxslər X27 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır; (cild 7, i.v.144-153) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 1(011)-75/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və X27 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin ibtidai araşdırması zamanı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X10 barəsində xüsusi qərar çıxarılmışdır; (cild 7, i.v.154-161) - 02 mart 2024-cü il tarixli cinayət işinin icraata qəbul olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə olan ********* saylı cinayət işi icraata qəbul edilərək istintaq aparılmışdır; (cild 7, i.v.183-193) - 02 mart 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə olan ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır; (cild 7, i.v.195-206) - 30 mart 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul olunması haqqında qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilərək istintaq aparılmışdır; (cild 7, i.v.208-219) - 30 mart 2024-cü il tarixli cinayət işinin icraata qəbul olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir; (cild 8, i.v.3-4) - 30 mart 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPMnin 53.4-cü maddəsinə əsasən dayandırılmışdır; (cild 8, i.v.6-7) - 23 aprel 2024-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir; (cild 8, i.v.10-11) - 26 aprel 2024-cü il tarixli tərcüməçi dəvət etmək haqqında qərardan görünür ki, cinayət işi üzrə istintaqda iştirak etmək üçün azərbaycan və rus dillərində sərbəst oxuya və yaza bilən - Gürcüstan Respublikasında doğulmuş, ali təhsilli, evli, Gürcüstan Respublikasının vətəndaşı, ünvan 11 ünvanda müvəqqəti qeydiyyatla yaşayan, X40 tərcüməçi qismində dəvət edilmişdir; (cild 8, i.v.14) - İş üzrə Təqsirləndirilən şəxs1 tərəfindən istintaqa təqdim etdiyi səs yazısı olan disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir; - 01 may 2024-cü il tarixli elektron informasiya daşıyıcısında olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, elektron informasiya daşıyıcısına bir ədəd audioyazı köçürülüb. Həmin audioyazıda kişi cinsindən olan diktor aşağıdakıları deyir: «bir də müəllimə pulu zəhmət olmazsa "xxxx" hesabına yox, bura atsınlar, yaxşımı? «Unibank»ın özünə getsinlər, burdan atsınlar, çünki bu dəqiqə o kart blokdadır, pul gedər ora biabırçılıq olar. Bayaqları SMS göndərdilər ki, «ora göndərməsinlər, bura göndərsinlər». Zəhmət olmazsa bura göndərsinlər»; (cild 8, i.v.98) - 10 may 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPMnin 53.4-cü maddəsinə əsasən dayandırılmışdır; (cild 8, i.v.252-253) - 13 may 2024-cü il tarixli X45 tərəfindən yazılmış qəbzdən görünür ki, ona məxsus olan Təhsil Nazirliyi tərəfindən verilmiş iki şəhadətnaməni müstəntiqdən təhvil almışdır; (cild 9, i.v.65) - "xxxx" MMC tərəfindən daxil olmuş 27 may 2024-cü il tarixli məktubun icrasından görünür ki, qeyd edilən ********* saylı nömrədə xx.xx.2020-xx.xx.2024-cü il tarixlərində mövcud olan zəng və SMS siyahısına, SMS mətnlərinə, abunəçilərə və əhatə dairəsinə dair məlumat təqdim edilir. Qeyd edilən digər nömrə "xxxx" MMC-yə məxsus deyil. "xxxx" MMC-də qısa nömrələrdən, xidmət nömrələrindən (internet üzərindən) göndərilən SMS mətnlərinin qeydiyyatı aparılmır. Həmçinin 1 ədəd disk iş materiallarına əlavə edilmişdir; (cild 9, i.v.83-84) - "xxxx" MMC tərəfindən daxil olmuş 07 iyun 2024-cü il tarixli məktuba cavabdan görünür ki, ********** saylı mobil nömrədə daşınma xidməti aktiv edilməmişdir. Həmçinin 1 ədəd CD disk iş materiallarına əlavə edilmişdir; (cild 9, i.v.88-89) - "xxxx" MMC tərəfindən daxil olmuş 07 iyun 2024-cü il tarixli məktuba cavabdan görünür ki, məlumatları məktuba əlavə edilmiş qoşmada CD disk şəklində təqdim edilmişdir; (cild 9, i.v.90-91) - "xxxx" MMC tərəfindən daxil olmuş 25 iyun 2024-cü il tarixli sorğuya cavabdan görünür ki, ********** saylı nömrə sorğulanan tarixlərdə Bakcell şəbəkəsində istifadə olunmamışdır. Həmçinin 1 ədəd CD disk iş materiallarına əlavə edilmişdir; (cild 9, i.v.92- 93) - Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2024-cü il tarixli 5/549 №-li ekspert rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı "Android 11" əməliyyat sistemi ilə təhciz olunmuş "Samsung Galaxy A30s" markalı "SM-A307FN/DS" modelli "**********55729, **********55727" "imeı" kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan "Samsung Galaxy A30s" markalı "SM-A307FN/DS" modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, SMS mesajlar, sənədlər, foto, video fayllar, "WhatsApp" proqram təminatı vasitəsi ilə aparılmış audio, foto, video fayllar və sairə) mövcud olan məlumatlar müəyyən olundu. Rəyin "Tədqiqi hissəsi"nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş "Samsung Galaxy A30s" markalı "SM-A307FN/DS" modelli mobil smartfonun yaddaşından hər hansı bir məlumatın (kontakt, zəng, "SMS" mesaj, foto, audio, video fayllar, "WhatsApp" proqram təminatı vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) pozulubpozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş "Samsung Galaxy A30s" markalı "SM-A307FN/DS" modelli mobil smartfonun yaddaşına quraşdırılmış "WhatsApp" proqram təminatı vasitəsi ilə aparılmış məlumat (çat seansı, gedən, buraxılmış səsli və video zənglər) mübadilələri müəyyən olundu, lakin rəyin "Tədqiqi hissəsi"nin 3-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan məlumat mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. Təqdim edilmiş "Samsung Galaxy A30s" markalı "SM-A307FN/DS" modelli mobil smartfonun yaddaşında hal hazırda “WhatsApp Business" proqram təminatı müəyyən olunmadı; (cild 9, i.v.94-98) - “Unibank” KB tərəfindən daxil olmuş 21 iyun 2024-cü il tarixli məktuba cavabdan görünür ki, 409809******5740 nömrəli kart üzrə xx.xx.2020-ci il tarixindən xx.xx.2024-cü il tarixinədək həyata keçirilən əməliyyatlar barədə məlumatlar disk daşıyıcıda təqdim olunmuşdur; (cild 9, i.v.100-101) - 08 iyul 2024-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir; (cild 9, i.v.106-107) - 08 iyul 2024-cü il tarixli elektron daşıyıcıda olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" mobil operatoru tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 5(011)-371/2024 nömrəli qərarı icra edilərək iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 077 *** ** ** mobil nömrənin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əhatə dairəsinə dair məlumatlar, həmin nömrənin abunəçisi haqqında məlumatlar, həmin müddətdə 077 *** ** ** mobil nömrəsinə daxil olmuş və çıxmış zənglər, həmin nömrələrin abunəçiləri barədə məlumatlar, həmin müddətdə 077 *** ** ** mobil nömrəsinə daxil olmuş və çıxmış SMS mətnlərinə dair məlumatlar bir ədəd optik diskdə istintaqa təqdim edilmişdir. Təqdim edilmiş məlumatlara baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilməmişdir; (cild 9, i.v.109) - 08 iyul 2024-cü il tarixli elektron daşıyıcıda olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" mobil operatoru tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tarixli 5(011)-371/2024 nömrəli qərarı icra edilərək iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 055 *** ** ** mobil nömrənin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əhatə dairəsinə dair məlumatlar, həmin nömrənin abunəçisi haqqında məlumatlar, həmin müddətdə 055 *** ** ** mobil nömrəsinə daxil olmuş və çıxmış zənglər, həmin nömrələrin abunəçiləri barədə məlumatlar, həmin müddətdə 055 *** ** ** mobil nömrəsinə daxil olmuş və çıxmış SMS mətnlərinə dair məlumatlar bir ədəd optik diskdə istintaqa təqdim edilmişdir Təqdim edilmiş məlumatlara baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilməmişdir; (cild 9, i.v.110) - 08 iyul 2024-cü il tarixli elektron daşıyıcıda olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" mobil operatoru tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 5(011)-390/2024 nömrəli qərarı icra edilərək iş üzrə şübhəli şəxs olmuş Elsevar Allazovun istifadəsində olan 070 *** ** ** mobil nömrənin xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əhatə dairəsinə dair məlumatlar, həmin nömrənin abunəçisi haqqında məlumatlar, həmin müddətdə 070 *** ** ** mobil nömrəsinə daxil olmuş və çıxmış zənglər, həmin nömrələrin abunəçiləri barədə məlumatlar, həmin müddətdə 070 *** ** ** mobil nömrəsinə daxil olmuş və çıxmış SMS mətnlərinə dair məlumatlar bir ədəd optik diskdə istintaqa təqdim edilmişdir. Təqdim edilmiş məlumatlara baxış keçirildi, iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilməmişdir; (cild 9, i.v.114) - 08 iyul 2024-cü il tarixli elektron daşıyıcıda olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" mobil operatoru tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 5(011)-390/2024 nömrəli qərarı icra edilərək iş üzrə şübhəli şəxs olmuş Elsevar Allazovun istifadəsində olan 050 *** ** ** mobil nömrənin xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək əhatə dairəsinə dair məlumatlar, həmin nömrənin abunəçisi haqqında məlumatlar, həmin müddətdə 050 *** ** ** mobil nömrəsinə daxil olmuş və çıxmış zənglər, həmin nömrələrin abunəçiləri barədə məlumatlar, həmin müddətdə 050 *** ** ** mobil nömrəsinə daxil olmuş və çıxmış SMS mətnlərinə dair məlumatlar bir ədəd optik diskdə istintaqa təqdim edilmişdir. Təqdim edilmiş məlumatlara baxış keçirildi, iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilməmişdir; (cild 9, i.v.115) - 08 iyul 2024-cü il tarixli elektron daşıyıcıda olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, «X54» ASC tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli 5(011)-392/2024 nömrəli qərarı qismən icra edilərək həmin banka aid olan 4098 0944 2012 5740 nömrəli bank hesabı üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə məxaric əməliyyatları, o cümlədən pul vəsaitlərinin köçürüldüyü banklar haqda məlumatlar istintaqa bir ədəd optik diskdə təqdim edilmişdir. Təqdim edilmiş məlumatlara baxış keçirildi, iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatlar aşkar edilməmişdir; (cild 9, i.v.116) - 22 iyul 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxslər X45 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulan yeni məzmunda ittiham elan edilmiş, təqsirləndirilən şəxs X27 barəsində 02 fevral 2023-cü il tarixdə Xətai RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis polkovnik-leytenantı Məmmədağa Əhmədov tərəfindən seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs1 barəsində 22 noyabr 2023cü il tarixdə Xətai RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis polkovnik-leytenantı Məmmədağa Əhmədov tərəfindən seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5 əməllərində Azərbaycan Respublikası CM-nin 29, 312.1-ci maddəsinin tərkibi olmadığından bu xüsusat üzrə barələrində cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs5, şahidlər Şahid1, Şahid2, X31, Şahid4, Şahid5 Fizuli oğlu, Şahid6, Şahid7, Şahid8 və X51 ifadələri və məhkəməfonoskopik ekspertizasının 17 dekabr 2021-ci il tarixli, 4/1575-4/1597 saylı rəyi, cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" ASC-ə aid olan X45 və Təqsirləndirilən şəxs1 bank hesablarından çıxarışlar sübut növü kimi tanınmışdır; (cild 9, i.v.125-156) - 22 iyul 2024-cü il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, X22, X37, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və X39 adına guya Təhsil Nazirliyi tərəfindən verilmiş saxta şəhadətnamələri, həmçinin X39 adına guya Təhsil Nazirliyi tərəfindən verilmiş saxta arayışları hazırlayan şəxsin şəxsiyyətinin müəyyən edilməsi və əməlinə hüquqi qiymət verilməsi, həmçinin, Şahid8 əməlinə hüquqi qiymət verilməsi və Çinarə adlı qadının şəxsiyyətinin müəyyən edilməsi və əməlinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə olan ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. Ayrılmış cinayət işinə ********* nömrəsi verilmişdir; (cild 9, i.v.157-160) - 22 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan edilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur; (cild 9, i.v.162-165) - 23 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs X33 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur; (cild 9, i.v.175-179) - Zərərçəkmiş şəxs6 məhkəməyə təqdim etdiyi 04 iyul 2025-ci il tarixli ərizəsindən və 15 iyul 2025-ci il tarixli teleqramdan görünür ki, ona dəymiş ziyandan 6150 manat məbləğində pul ödənilmişdir. Təqsirləndirilən şəxs1 ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Digər təqsirləndirilən şəxs Bəbirova Zülfiyyə qalan məbləği ödəyəcəyinə söz vermişdir. O X20 o şərtlə şikayətçi deyil ki, yerdə qalan məbləği 6 ay müddətinə ödəyəcək. - Zərərçəkmiş şəxs5 məhkəməyə təqdim etdiyi 04 iyul 2025-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyandan 3000 manat məbləğində pul ödənilmişdir. Təqsirləndirilən şəxs1 ilə razılaşmış, ona qarşı heç bir şikayəti yoxdur. Digər təqsirləndirilən şəxs Bəbirova Zülfiyyə qalan məbləği 11500 manat ödəyəcəyinə söz vermişdir. Daha sonra 2750 manat ödənilmiş. Bu halı nəzərə alınmasını və əgər ödəniş etməsə X27 həbs olunmasını xahiş etmişdir. - Zərərçəkmiş şəxs8 məhkəməyə təqdim etdiyi 04 iyul 2025-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyandan 5145 manat məbləğində pul ödənilmişdir. Təqsirləndirilən şəxs1 ilə razılaşmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Digər təqsirləndirilən şəxs Bəbirova Zülfiyyə qalan məbləği 5145 manat ödəyəcəyinə söz vermiş və bu halın nəzərə alınmasını xahiş etmişdir. - Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi 07 iyul 2025-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyandan 2000 manat məbləğində pul ödənilmişdir. Təqsirləndirilən şəxs Bəbirova Zülfiyyə qalan pulu ödəyəcək və o hələ də şikayətçidir. - Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi 29 aprel 2025-ci il tarixli ərizəsindən görünür ki, Bəbirova Zülfiyyə ilə barışmışdır, ona vurduğu ziyanı, yəni 5500 manatı tam ödəmişdir, ona görə də ondan heç bir iddiası, tələbi və şikayəti yoxdur, gələcəkdə də olmayacaq. Onun ərizəsinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. - Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi 03 iyun 2025-ci il tarixli ərizəsindən görünür ki, X45 ilə barışmışdır, ona vurduğu ziyanı, yəni 13.000 manatı tam ödəmişdir, ona görə də ondan heç bir iddiası, tələbi və şikayəti yoxdur, gələcəkdə də olmayacaq. Onun ərizəsinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. - Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi 06 iyun 2025-ci il tarixli ərizəsindən görünür ki, X45 ilə barışmışdır, ona vurduğu ziyanı tam ödəmişdir, ona görə də ondan heç bir iddiası, tələbi və şikayəti yoxdur, gələcəkdə də olmayacaq. Onun ərizəsinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Beləliklə, X27 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirləri zərərçəkmiş şəxs, şahidlərin ifadələri və işdə olan digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətmiş olduqları cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməsi nəzərə alınmalıdır. X27 Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməsi nəzərə alınmalıdır. X27 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4 maddələrində göstərilən hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4 maddələrində göstərilən hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər X27 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildikləri maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində. Təqsirləndirilən şəxslərə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətlərin az ağır cinayətlər sırasına aid edilməsini, onların şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslərin bir qismi ilə barışıq əldə olunaraq dəymiş ziyanın ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs X33 cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslərin bir qismi ilə ilə barışıq əldə olunaraq dəymiş ziyanın qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri X27 təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş üzrə maddi sübut kimi tanınan - səkkiz ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 380 (üç yüz səksən) manat məbləğində məhkəmə xərci təqsirləndirilən şəxslərdən tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.1, 178.2.2 və 178.2.4 maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməsi nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə 01 (bir) gün həbsdə saxlama müddəti 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 18 iyul 2025-ci il tarixdən hesablansın; barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə zalında həbsə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X45 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X27 Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməsi nəzərə alınsın. X45 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 18 iyul 2025ci il tarixdən hesablansın; barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə zalında həbsə alınsın. X27 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan – səkkiz ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 380 (üç yüz səksən) manat məbləğində məhkəmə xərci təqsirləndirilən şəxslərdən tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs1 və X33 hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar