Məhkəmə qərarları › İş №1(011)-400/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-400/2021

23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-400/2021 23.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs Nəsrullayeva (Cəbrayılova) Səidə İsrafil qızının, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xətai rayonu Zeytun küçəsi ev 25B-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərardadını və qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmənin eyni tarixli qərarı ilə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini və qərardadını tam icra etdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilmiş və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, internet üzərindən tanış olduğu şəxsiyyəti istintaqla müəyyən olunmayan “Dəryanur” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamini 50 manat pul müqabilində əldə etməyi razılaşdıqdan sonra, “Dəryanur” adlı şəxsin verdiyi istintaqa məlum olmayan hesab nömrəsinə ödəmə terminalı vasitəsi ilə pulu köçürmüş, 25.05.2021-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən “Movida Plaza” şadlıq sarayının yaxınlığında külli miqdarda ümumi təmiz çəkisi 2,775 qram narkotik vasitə olan heroin və ümumi təmiz çəkiləri 1,867 qram olan psixotrop maddə metamfetaminin olduğu bükümlərin qoyulduğu yerdən götürüb satış məqsədi olmadan qanunsuz olaraq üzərində daşımaqla əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış, 25.05.2021-ci il tarixdə saat 07:50-də ünvan 1 ünvanında yerləşən “Movida Plaza” şadlıq sarayının qarşısından keçərkən özünü şübhəli apardığı üçün Xətai RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən saxlanılmış və ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci Polis şöbəsinə gətirilərək orada üzərində şəxsi axtarış keçirilmiş, bu zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə, külü miqdarda ümumi təmiz çəkisi 2,775 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, iki ədəd bükümdə şəxsi istehlak miqdarından artıq təmiz çəkiləri 1,607 qram və 0,260 qram, ümumi təmiz çəkiləri 1,867 qram olan ağ rəngli kristal hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan bir ay əvvəl müxtəlif narkotik vasitələrdən istifadə etmişdir. 25.05.2021-ci ildə saat 07 radələrində Dəryanur adlı şəxslə telefon əlaqəsi saxlayaraq ondan narkotik vasitə almaq istədiyini demiş və ondan 2 qramdan çox heroin və 1 çet metamfetamin, yəni “şüşə” almaq istədiyini bildirmişdir. Dəryanur ona hesab nömrəsi deyərək alacağı narkotik vasitə və metamfetaminin müqabilində həmin hesaba 50 manat pul göndərməsini bildirmişdir, O da həmin məbləği Neapol dairəsi yaxınlığında yerləşən “Səbət" marketin içərisində yerləşən “Milli ön" ödəmə terminal vasitəsilə Dəryanurun bildirdiyi hesab nörməsinə köçürmüşdür. Təxminən 15 dəqiqə sonra Dəryanur ona zəng edərək narkotik vasitənin "Movida Plaza" şadlıq sarayının yanında yerləşən “Azza" şirniyyat dükanının qapısının önünə yerləşdirdiyini demişdir. O da dərhal Dəryanurun bildirdiyi ünvana getmiş və orada ağ rəngli salfetə bükülmüş bükümü yerdən götürmüşdür. Həmin bükümü açıb içindən 1 ədəd şəffaf rəngli salfetə bükülmüş kakos yəni heroin və 1 ədəd sellafona bükülmüş siqaret kağızına bükülmüş 2 ədəd “şüşə” yəni metamfetamin olan bükümlərin olduğunu görmüşdür. Təxminən 15 dəqiqə sonra saat 08 radələrində narkotik vasitələrin bir hissəsini istifadə etmək üçün münasib yer axtaran zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona harda yaşadığını soruşmuşlar. Sorğu-sualdan özünü itirdiyi üçün onlara düzgün cavab verə bilməmiş və beləcə şübhəli hərəkətləri diqqət çəkdiyi üçün polis əməkdaşları onu 35-ci PB dəvət etmişlər. Polis bölməsində dövlət hesabına təyin olunmuş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri elan edilmiş və üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilməyə başlayarkən, təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığını soruşmuşdur. O da öz növbəsində bir neçə saat əvvəl əldə etdiyi heroin və metemfetaminin olduğu bükümləri əynindəki gödəkçənin sağ yan cibindən çıxarıb təqdim etmişdir. Həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra zərfə qablaşdırılaraq möhürlənmişdir. Bu barədə təhqiqatçı tərəfindən tərtib edilmiş protokolu o da imzalamışdır. Himayəsində azyaşlı övladı, yaşlı valideynəri vardır, ailəsinə yeganə qazanc gətirən şəxsdir. Qeyd olunanları nəzərə alaraq barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində bildirmişdir ki, onun Təqsirləndirilən şəxs ilə heç bir qohumluq əlaqələri, əvvəllər aralarında heç bir tanışlıq münasibətləri və ya ədavəti olmamışdır. 25.05.2021-ci il tarixdə saat təxminən 07:50-də o, həmkarı Şahid4 ilə birlikdə 65-56 çağırışlı avtopatrulla Bakı şəhəri Xətai rayonu Tusi küçəsində hərəkətdə olarkən “Movida Plaza” şadlıq sarayının qarşısında bir nəfər vətəndaşın özünü şübhəli apardığını görüb ona yaxınlaşmışlar. Özlərini polis əməkdaşı olduğunu ona təqdim etdikdən sonra həmin şəxsdən harada yaşadığını soruşmuşlar. Lakin həmin vətəndaşın ziddiyyətli cavablar verdiyini görüb, onun narkotik maddələrin təsirində olduğundan şübhələnib həmin şəxsi Xətai RPİ-nin 35-ci PB-nə dəvət etmişlər. Bölmədə müəyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Polis bölməsində həmin şəxs təhqiqatçı İlahi Heydərov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Dəvət olunmuş vəkilin, eləcə də polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərindəki ağ rəngli "Xiomi Note 10" markalı mobil telefonu, eləcə də əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən ağ rəngli slafetin içərisindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli narkotik vasitə hesab olunan heroinə bənzər kütlə, eləcə də həmin salfetin içerisində 01 ədəd gümüşü rəngli siqaret kağızına və 01 ədəd şəffaf rengli sellofana bükülmüş, içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə hesab olunan metamfetaminə oxşar bükümləri tədqim etmişdir. Təqsirləndirilən şəxs həmin kütlələrin nə olduğunu və haradan əldə etdiyi soruşulduqda, o həmin kütlələrin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, öz şəxsi istifadəsi üçün həmin günü bir neçə saat əvvəl tanışı Dəryanur adlı şəxsdən mobil telefonla əlaqə saxladıqdan sonra onun bildirdiyi hesab nömrəsinə Neapol dairəsi yaxınlığında yerləşən “Səbət” marketin qarşısındakı “Million” ödəmə terminalı vasitəsi ilə 50 manat ödədikdən sonra aldığını qeyd etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin 2.89 qram olması müəyyən edilmişdir. Eləcə də içərisində psixotrop maddə hesab olunan metanfetaminə bənzər 02 ədəd büküm də elektron tərəzidə çəkilmiş, çəkilərinin 1.83 qram və 0,31 qram olması müəyyən edilmişdir. Həmin kütlələr zərfə qablaşdırıldıqdan sonra Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün» 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə təhqiqatçı tərəfindən müvafiq protokol tərtib edilmiş, o da öz növbəsində həmin protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 may 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); şübhəli şəxsin tutulması haqqında 25 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 25 may 2021-ci il tarixdə, saat 08:30-da Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nin inzibati binasında tutulmuşdur (i.v. 15); şəxsi axtarış və götürmə aparılması haqqında 25 may 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə şəxsi axtarış və götürülmə aparılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərindəki ağ rəngli "Xiomi Note 10" markalı mobil telefonu, eləcə də əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən ağ rəngli slafetin içərisindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli narkotik vasitə hesab olunan heroinə bənzər kütlə, eləcə də həmin salfetin içerisində 01 ədəd gümüşü rəngli siqaret kağızına və 01 ədəd şəffaf rengli sellofana bükülmüş, içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə hesab olunan metamfetaminə oxşar bükümləri tədqim etmiş, heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin 2.89 qram olması müəyyən edilmiş, psixotrop maddə hesab olunan metanfetaminə bənzər 02 ədəd büküm də elektron tərəzidə çəkilmiş, çəkilərinin 1.83 qram və 0,31 qram olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. (i.v. 24-25); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/2064 nömrəli 25 may 2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,775 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,607 qr., 0,260 qr., ümumi təmiz çəkisi 1,867 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikaynın Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir, metamfetamin Azerbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in Siyalara (siyahi İ) daxildir (i.v. 34-38); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 26 may 2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 48); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-222/2021 saylı, 26.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində üç ay həddində həbs qismində qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 yanvar 2021-ci il tarixdən hesablanmışdır (i.v. 66-71); disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə 13 iyun 2021-ci il tarixli protokoldan görünür ki, DVD-R formatındakı disk məlumatlarına “HP” komputerdən istifadə edilərək baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunması, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsinin təklif edildiyi müəyyən edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərindəki ağ rəngli "Xiomi Note 10" markalı mobil telefonu, eləcə də əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən ağ rəngli salfetin içərisindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli narkotik vasitə hesab olunan heroinə bənzər kütlə, eləcə də həmin salfetin içerisində 01 ədəd gümüşü rəngli siqaret kağızına və 01 ədəd şəffaf rengli sellofana bükülmüş, içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə hesab olunan metamfetaminə oxşar bükümləri tədqim etmiş, heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin 2.89 qram olması müəyyən edilmiş, psixotrop maddə hesab olunan metamfetaminə bənzər 02 ədəd büküm də elektron tərəzidə çəkilmiş, çəkilərinin 1.83 qram və 0,31 qram olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür (i.v. 79-80); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi Ambulator X1 01.07.2021-ci il tarixli, 2113 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olamamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v. 86-87); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 27 iyul 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 91-92); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 04 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 306.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuş, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, “Dəryanur” adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmadığından faktla bağlı cinayət işi ayrılmış, narkotik vasitə və psixotrop maddənin çəkiləri ekspertiza rəyinə əsasən götürülmüş, 2,675 qram narkotik vasitə heroin və 1,767 qram metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, "Xiomi Note 10" markalı mobil telefonun Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmış, 01 ədəd DVD disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir (i.v. 240-248); Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs üzərindəki ağ rəngli "Xiomi Note 10" markalı mobil telefonu, eləcə də əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən ağ rəngli salfetin içərisindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü, 01 ədəd gümüşü rəngli siqaret kağızına və 01 ədəd şəffaf rengli sellofana bükülmüş bükümləri çıxarıb masanın üzərinə qoyur. Ondan bükümdə nə olması soruşulduqda, həmin bükümlərin narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, öz şəxsi istifadəsi üçün həmin günü bir neçə saat əvvəl tanışı Dəryanur adlı şəxsdən mobil telefonla əlaqə saxladıqdan sonra onun bildirdiyi hesab nömrəsinə Neapol dairəsi yaxınlığında yerləşən “Səbət” marketin qarşısındakı “Million” ödəmə terminalı vasitəsi ilə 50 manat ödədikdən sonra aldığını bildirir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 2,775 qram olan heroin şəxsi istehlak miqdarından artıq küllü miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 1,867 qram olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini (CM-59.2), himayəsində iki azyaşlı övladının olmasını (CM-59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, narkotik vasitə və psixotrop maddənin miqdarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə və psixotrop maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 25 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 2,675 (iki, altı yüz yetmiş beş) qram narkotik vasitə heroin, 1,767 (bir, yeddi yüz altmış yeddi) qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 81,82 (səksən bir, səksən iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar