Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-400/2022 06.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarasinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmayan, Yardımlı rayonu Köryədi kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 və 32.4,312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olmaqla lazımi kadr məsələlərini həll edə biləcək şəxs kimi təqdim edərək özünün vasitəsi ilə həmin Xidmətin general rütbəsi daşıyan “Nizami” və ya “Nazim” adlı yüksək vəzifəli şəxsinə rüşvət verməyə təhrik edərək, yəni həmin vəzifəli şəxsin xidməti vəzifəsinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs həmin Xidmətə zabit kimi sürücü vəzifəsinə işə düzəldilməsi üçün adının sürücülük kursuna yazdırılmasından ötrü 4.000 (dörd min) manat pulun guya həmin generala çatdırılması adı ilə Zərərçəkmiş şəxs aldatıb etibarından sui-istifadə edərək xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 22 ünvanının qarşısında idarə etdiyi **-SM-*** dövlət qeydiyyatlı “KİA Optima” markalı avtomobilin salonunda sonuncudan 4.000 (dörd min) manat pulu alıb ələ keçirməklə əmlak sahibinə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 və 32.4,312.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin 10 aprel tarixində ünvan 1 ünvanının kirayə verildiyini internet elanları arasında görüb zəng etmiş və mənzilin sahibi olan Şahid ilə danışıb həmin mənzildə kirayə qalmağa razılaşdığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə ailə qurmuş və ailəsi ilə birlikdə həmin mənzildə yaşamağa başlamış, zamanla mənzil sahibi Elnurla aralarında dostluq münasibəti yaranmışdır. Elnur ondan həmin vaxt harada işlədiyini soruşduqda Elnura dövlət işində işlədiyini bildirmişdir. Bir gün o, Elnur və Elnurun Məhərrəm adlı dostu ilə birlikdə restorana getmişdirlər. X1 tanış etmiş və bildirmişdir ki, Məhərrəm onun uşaqlıq dostudur. Elnur ondan xahiş etmişdir ki, Məhərrəmə bir iş tapsın işləsin. Səhəri gün Xətai rayonu, Zığ şosesi, ev 22-in qarşısında Məhərrəm ona 4.000 (dörd min) manat pul vermişdir. O, Məhərrəmə demişdir ki, gözləsin, xəbər edəcəkdir. Sabahı gün Elnur ona verdiyi 4000 (dörd min) manatı qaytarmağını istəmişdir. O isə Elnura demişdir ki, hal-hazırda pulu xərclədiyi üçün verə bilmir, bir qədər vaxt versinlər pulu qaytaracaqdır. O, bir neçə dəfə Elnura vaxt desə də, həmin vaxt pulu düzəldib Elnura verə bilmədiyi üçün Məhərrəm əsəbiləşərək bildirmişdir ki, onu polisə verəcəkdir. Bir neçə gün sonra DTX-dan ona zəng gələrək çağırıldığını və gedib DTX-da ifadəsini verdiyini demişdir. Daha sonra əməlindən peşman olmasını, ödəniş edilməsi üçün vaxt verilsə də ödəniş edə bilməməsini, ilk məhkumluğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun etirafı ilə yanaşı zərərçəkmiş şəxs və şahidlərin ifadələri və işdə olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid ilə uzun illərdir dostluq münasibətləri var. 2022-ci ilin yaz aylarında o, Elnura işsiz olduğunu bildirmiş və Elnur da ona demişdir ki, hər hansı iş elanı görsə ona xəbər edər. Həmin vaxtlarda Elnurun öz mənzilini kirayə verdiyini və Təqsirləndirilən şəxs adlı şəxsin kirayə götürərək orada ailəsi ilə birlikdə qaldığını demişdir. Kənan Elnura demişdir ki, guya o, DTX-da işləyir. Elnur da inanmışdır. Hətta Elnur ona bildirmişdir ki, Kənana xahiş etmişdir ki, ona iş düzəltsin. Bir müddət sonra Elnur ona bildirmişdir ki, gedib Kənanla görüşüb bu barədə söhbət etsinlər. Onlar 2022-ci ilin əvvəllərində Elnurla birlikdə Kənanla görüşmüşlər və getmişdirlər. Söhbət əsnasında Kənan bir daha DTX əməkdaşı olduğunu, qayınatasının da DTX generalı olduğu demişdir. Elnurla o, söhbətlər əsnasında Kənana tam inanmışdırlar. Bundan sonra Kənan bildirmişdir ki, onu da guya DTX-ya sürücü vəzifəsinə işə düzəltdirəcəkdir. Eyni zamanda Kənan bildirmişdir ki, o, əvvəlcə 3 aylıq kursa gedib, daha sonra işə başlayacaq və hətta ona rütbə də veriləcəyini bildirmişdir. Kənan guya bütün bu məsələlərə görə ümumi olaraq 4.000 (dörd min) manat pul lazım olduğunu əlavə etmişdir. Elnur isə sonradan ona bildirmişdir ki, onda pul var, o, 4.000 (dörd min) manatı borc kimi verər, işə düzəldikdən sonra işləyib qaytarar. Həmin günün səhəri gün o, Elnurdan borc aldığı 4000 (dörd min) manatı Kənanın kirayə qaldığı ünvanın qarşısında, yəni ünvan 2tdiyi **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobilində görüşüb zərfdə Kənana vermişdir. Kənan pulu ondan götürüb sabah görüşüb gedib ona paltar almağı bildirmişdir. Səhəri gün atasının ödündə olan problem kəskinləşdiyi üçün təcili cərrahiyyə əməliyyatına aparmalı olmuşdurlar, maddi vəziyyətinin zəif olduğunu bilib Kənana zəng etmiş və bildirmişdir ki, ona verdiyi 4.000 (dörd min) manatı qaytarsın, atasının əməliyyatına versin, işə düzəldikdən sonra maaşından hər ay çıxar. Kənan əvvəlcə demişdir ki, həmin pulu artıq verib çatası adama. Bir müddət sonra Kənana zəng edib işinin düzəlib-düzəlmədiyini soruşduqda Kənan bildirmişdir ki, səbr etsin, düzələcəkdir. Lakin həmin gündən bu günə qədər, dəfələrlə Kənanla danışsa da, Kənan müxtəlif bəhanələrlə ondan vaxt istəyib onu aldatmışdır. Dəymiş maddi ziyan bu günədək ödənilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu qeyd edərək onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs uşaqlıq dostudur. Məhərrəm son dövrlərdə işləməmiş və atası da xəstə olmuşdur. Bu səbəbdən Məhərrəmgilin ailəsinin maddi vəziyyətinin çox acınacaqlı olmağı onu də narahat etmişdir. O isə ünvan 3 ünvanını kirayə vermişdir. Həmin mənzildə 2021-ci ilin yay aylarından birində Kənan adlı oğlan ailəsi ilə birlikdə kirayə götürüb qalmağa başlamışdır. Kənanın söhbətlərində ona güc strukturlarından birində işlədiyini, lakin konkret olaraq harada işlədiyini deyə bilmədiyini bildirmişdir. Kənanla görüşlərinin birində Kənan ona bildirmişdir ki, iş yerində xidməti sürücüsünü yol verdiyi nöqsanlara görə işdən xaric edib və yerinə tərbiyəli və mədəni adam axtarır ki, sürücü kimi işə götürsün. Bunu dedikdə onun ağlına dostu Zərərçəkmiş şəxs gəlmişdir. Kənana bildirmişdir ki, həmin göstəricilərə uyğun onun bir dostu var, mümkündürsə, onu işə götürsün. Kənan da ilkin razılıq vermiş və Məhərrəmin də iştirakı ilə görüşməklərini təklif etmişdir. Beləlikə Məhərrəm və Kənanla birlikdə Xətai rayonu ərazisində olan Neapol dairəsinin yaxınlığındakı restoranlardan birində oturub söhbət etmişdirlər. Kənan onlara bildirmişdir ki, DTX-da işləyir, arxayın olsunlar, iş ən geci 1 ay ərzində həll olunacaqdır, sadəcə Məhərrəmin ilkin kurslara cəlb edilməsi, sürücü geyim forması olaraq 2 dəst mülki geyim, 2 dəst isə xidməti geyim forması tikdirilməsi və xidməti avtomobilin bəzi təmir işləri üçün ümumilikdə 4.000 (dörd min) manat pul lazımdır. Məhərrəmdə həmin pulun olmadığını bilib ona təklikdə təklif etmişdir ki, həmin 4.000 (dörd min) manatı o, Məhərrəmə borc verər, Məhərrəm də, işləməyə başladıqdan sonra həmin pulu ay-ay olmaqla hissələr şəklində ona qaytarar. Belə də etmişdirlər. O, Məhərrəmə 4.000 (dörd min) manat vermişdir. Məhərrəm isə ayrılıqda Kənanla görüşüb həmin pulu ona vermişdir. Kənan da ona demişdir ki, işini tezliklə həll edəcəkdir.Uzun bir müddət keçməsinə baxmayaraq Kənan vədinə əməl etməmişdir. Bundan sonra Məhərrəm özü də günlərlə Kənanla telefon əlaqəsi saxlayıb danışsa da, Kənandan nə pulunu ala bilmir, nə də Kənan onun işini düzəltməmişdir. Daha sonra onlar qərara almışdır ki, Kənanı DTX-ya şikayət etsinlər. Şikayət etmişdirlər və Kənanın barəsində cinayət işi başlanmışdır. Bu günə qədər də Kənan nə pulu qaytarmayıb, nə də işi düzəltməyib. İş materiallarında olan 10 iyun 2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş 01 ədəd CD diskinə baxış keçirilərkən daxilində 01 (bir) ədəd “AUDİO-2022-03-28-15-54-13” adlı 3 dəqiqə 05 saniyədən ibarət audio səsyazı faylı və 08 (səkkiz) ədəd isə “whatsapp” yazışmalarının ekran şəkli faylları olduğu müəyyən edilmişdir. Həmin audioyazıda Təqsirləndirilən şəxs səsyazısı olduğu, yazışmaların ekran şəkillərində isə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs İldirin oğlunun yazışmaları olduğu müəyyən edilir. Həmin audioyazıdan və yazışmaların ekran şəkillərindən aydın olur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul alaraq onu işə düzəltməyi söz vermiş, lakin sonradan nə işə düzəltməmiş, nə də pulu qaytarmamışdır. Həmin fayllara baxış keçirilərkən istintaq üzrə əhəmiyyət kəsb edən digər fayl müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində və CD diskə baxış zamanı həmin səs yazılarının ona məxsus olduğunu təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 10 iyun 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan məlum olur ki, səs yazısı yazılmış 01 ədəd CD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan ödənilməmiş, buna görə də Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu qeyd edərək onun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 36-cı bəndində qeyd olunmuşdur ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (CM-nin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (CM-nin 32.4,312-ci maddələri) kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-nin 32.4-cü maddəsinə əsasən ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 32.4,312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, onun özünün etirafı, zərərçəkmiş şəxs və şahid ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 32.4,312.1-ci maddələri ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağadakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Göstərilənləri həmçinin zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 32.4,312.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalında həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1 və 32.4,312.1-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.4,312.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 06 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-400/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-400/2022
06.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver