Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-400/2024 01.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi “Qanunçuluq” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1999-cu ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuş, həmçinin zərərçəkmiş şəxsə şəxsiyyətini bəlli etmədən hadisə yerindən yayınmışdır. Belə ki, o, X4 məxsus, etibarnamə əsasında “B1,B, C1, C” kateqoriyalı “BD 510993” nömrəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə “Toyota Prius minik” markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobili 23 fevral 2024-cü il tarixdə saat 18:57-də Bakı şəhəri, Xətai rayonu Neapol küçəsi ilə Ukrayna dairəsi istiqamətində 40 km/saat sürətlə idarə edərkən Neapol küçəsi 39 ünvanın yaxınlığında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq qarşıda piyada keçidinin olmasını və keçidə yaxınlaşarkən piyada keçidi ilə piyadanın yolu keçməsini nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi “Toyota Prius” markalı avtomobili piyada keçidinə daxil etmədən dayandırmalı, piyadaya yol verməli, piyada keçidi ilə yolu keçən piyadanın onun hərəkət zolağını boşaltdıqdan sonra hərəkətini davam etdirməli və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda piyada keçidi ilə yolu sağdan sola doğru keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq orta hissəsi ilə vuraraq ona ehtiyatsızlıqdan sol gözətrafı nahiyənin hematoması, alt çənənin cırılmış yarası, burunla tənəffüsün pozulması ilə müşaiyət olunmuş burunun deformasiyalaşmış sınığı, burun, sol əlin İ barmağı və hər iki diz oynağı nahiyələrinin sıyrıqları ilə müşaiyət olunan və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətməklə özünü zərər çəkmiş şəxsə (tərəfə) bəlli etmədən hadisə yerindən qaçmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasы CM-nin 263.1 və 264cü maddələri ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 23 fevral 2024-cü il tarixdə saat 19-da yaşadığı evə gedərkən Bakı şəhəri Xətai rayonu, Neapol küçəsində yerləşən piyada zolağının üzəri ilə avtomobil yolunun əks tərəfinə keçməyə çalışdığı zaman hərəkətini başa çatdırmağına az qalmış ondan sol tərəfdən gələn qırmızı rəngli, markasına və dövlət qeydiyyat nişanına baxa bilmədiyi minik avtomobilinin sürətlə üzərinə tərəf gəldiyini görüb yerində dayanmış və darhalda qeyd olunan avtomobilin qabaq orta hissəsi ilə sol yan tərəfindən güclü zərbə ilə vurub 7-8 metr qarşıya atmışdır. Avtomobil vurandan sonra hansı hadisələrinin baş verdiyini xatırlamır. Bir də özünə gələndə minik avtomobilinin salonunda sifətinin və geyim əşyalarının qan içində olduğunu görmüşdür. Avtomobilin sürücüsündən xəbər almışdır ki haradadır, nə olub. Həmin avtomobilin sürücüsü də qara rəngli cip modelli avtomobilin sürücüsünün avtomobili ilə onu vurduğunu, köməklik etmək məqsədi ilə öz avtomobilinə əyləşdirdiyini demişdir. Həmin vaxt burnunda, sifət nahiyəsində, bütöv bədənində kəskin ağrılar olduğuna görə sürücüdən şəhərin hansı yerində olduqlarını və hara apardığını xəbər almışdır. Sürücü də demişdir ki, heç bir ciddi xəsarəti yoxdur, ona görə də həkimə müraciət etməyinə, eyni zamanda hadisə barədə polisə məlumat verməyinə ehtiyac yoxdur, avtomobil ilə vurulmağında günahkar sürücü yox özü olduğunu bir neçə dəfə israrla deyib yaşadığı ünvanı xəbər almışdır. O da çətinliklə olsa da, yaşadığı ünvanı sürücüyə demiş və sürücü yaşadığı binanın həyətinə gətirmişdir. Avtomobildən sərbəst olaraq yerə enə və yeriyə bilmədiyinə görə sürücü avtomobildən yerə enməyində və yeriməyində köməklik edib 2-ci mərtəbədə yerləşən mənzilinə qaldırmış, qapını anası Şahid1 açanda pis vəziyyətdə olduğunu görüb nə hadisəsi baş verdiyini xəbər almışdır. Sürücü də anasına demişdir ki, qara rəngli, cip modelli avtomobil vurub, avtomobil ilə vurulmağında günah onun özündədir, həkimə və polisə müraciət etməyə də ehtiyac yoxdur. Anası sürücüdən xahiş etmişdir ki, şahid kimi əlaqə nömrəsini versin ki, polis dəvət edəndə şahid kimi izahatını verər. Sürücü də demişdir ki, xəsarəti yoxdur, ona görə də polisə müraciət etməyə ehtiyac yoxdur deyib əlaqə nömrəsini verməyib getmişdir. Sürücü gedəndən təxminən 10-15 dəqiqə sonra əri Şahid3 və qardaşı Şahid2 evə gəlmişlər. Onlar pis vəziyyətdə olduğunu görüb müayinə olunması və tibbi yardım göstərilməsi üçün Şahid3 şəxsi avtomobili ilə X17 klinikasına getmişlər. Klinikada həkimlər bədənini müayinə edib burun sümüklərinin sındığını, sol göz ətrafı nahiyəsində hematoma olduğunu, alt çənəsində cırılmış yarası, sol əlinin barmağında və hər iki diz oynaqlarında sıyrıqlar olduğunu bildirib tibbi yardımlar göstərdikdən sonra müalicə olunması üçün palataya yerləşdirmək istəmişlər. Lakin qalmaqdan imtina edib evinə getmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdir, ona vurulmuş zərər tam olaraq ödənilmişdir. Məhkəmə iclasında dövlət ittihamçısının suallarına cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, ona təqsirləndirilən şəxs deməmişdir ki, xəstəxanaya aparım. Özü təqsirləndirilən şəxsə bildirmşdir ki, evinə gedib oğlunu görmək istəyir. Həmçinin təqsirləndirilən şəxs bildirmişdir ki, X16 çağırmağa ehtiyac yoxdur. Onu maşınla vuran şəxsin Təqsirləndirilən şəxs olmasını sadəcə olaraq hadisədən müəyyən müddət keçdikdən sonra bilmişdir. Ona həyat yoldaşı bildirmişdir ki, hadisəni törədən şəxs Təqsirləndirilən şəxs olub. Polisə məlumat verəndən sonra hadisəni törədən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, özü anasına bildirmişdir ki, ana həmin şəxsin nömrəsini götür, əgər şahiddirsə lazım olar deyə. Təqsirləndirilən şəxs bildirmişdir ki, ambulansa ehtiyac yoxdur. O yolu keçərkən bir maşın ötüb keçmiş, daha sonra piyada keçidinə girərkən Təqsirləndirilən şəxs ona xəsarət yetirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23 fevral 2024cü il tarixdə saat 19:20 radələrində qızı Zərərçəkmiş şəxs yaşadığı mənzildə olduğu zaman mənzilin qapısı döyülmüş və qapını açanda görmüşdür ki, cavan bir oğlan Məltəmin qolundan tutub ayaq üzərində saxlayır, sonuncunun sifəti və geyim əşyaları isə qan içindədir. Nə hadisəsi baş verdiyini xəbər alanda Məltəmin qolundan tutaraq saxalayan cavan oğlan bildirmişdir ki, narahat olmasın qara rəngli, cip modelli avtomobil vurub qaçmışdır. Ona görə köməklik edib evinə gətirib. Bununla yanaşı cavan oğlan onu da bildirmişdir ki, hadisənin necə baş verdiyini görüb, günah Zərərçəkmiş şəxs olub, ciddi xəsarəti yoxdur, keçib gedəcək, həkimə aparmağa ehtiyac yoxdur. Cavan oğlana bildirmişdir ki, eybi yoxdur, vurub qaçıb, cəzasını da çəkər. Bu məzmunda danışıqdan sonra cavan oğlan getmişdir. Bundan sonra Məltəmi divanda əyləşdirib əri Şahid3 zəng edib bildirmişdir ki, Məltəmin başı ağryır evə tez gəlsin. Daha sonra oğlu Şahid2 da zəng edib hadisə barədə məlumat verib evə dəvət etmişdir. Danışıqlarından 5 dəqiq keçmiş Şahid3 evə gəlmiş, ondan 5-10 dəqiqə sonra Toğrul da gəlmiş və İlkinin avtomobili ilə X13 Plaza klinikasına aparmışlar. Klinikada həkimlər Zərərçəkmiş şəxs bədənini müayinə edib burun sümüklərinin sındığını, sol göz ətrafı nahiyəsində hematoma, alt çənəsində cırılmış yara, sol əlin barmaqlarında və hər iki diz oynaqlarında sıyrıqlar olduğunu bildirib tibbi yardımlar göstərib müalicə olunması üçün palataya yerləşdirmək istəmişlər. Lakin Məltəm klinikada qalmaqdan imtina etdiyinə görə evə getmişlər. Məhkəmə iclasında suallara cavab olaraq Şahid1 bildirmişdir ki, onların yaşadığı mənzildə həmişə adam olmuşdur. Əgər təqsirləndirilən şəxs gəlsə idi, bilərdilər. Qızını vuran şəxsin şəxsiyyəti polis əməkdaşları tərəfindən müəyyən edilmişdir. Ona Təqsirləndirilən şəxs bildirmişdir ki, X16a ehtiyac yoxdur. Xəstəxanada bildirilmişdir ki, vuran şəxs vurub qaçıb. Təqsirləndirilən şəxs ilkin olaraq verdiyi nömrəyə zəng vursa da, həmin nömrəyə zəng çatmamışdır. Təqsirləndirilən şəxs ona həkim filan çağırmaqla bağlı heçnə deməyib. Əksinə demişdir ki, həkimə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə qara cip markalı avtomobil tərəfindən törədilib. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 23 fevral 2024cü il tarixdə saat 19:20 radələrində Bakı şəhəri Xətai rayonu, metronun “Əhmədli” stansiyasının yaxınlığında işdə olduğu zaman anası Şahid1 zəng edib harada olduğunu xəbər almışdır. O da işdə olduğunu bildirmişdir. Bundan sonra anası demişdir ki, narahat olmasın ciddi bir iş yoxdur, bacısı Məltəmi avtomobil vurub onlara gəlsin. Dərhal işdən çıxıb Məltəmin yaşadığı mənzilə getmiş və görmüşdür ki, Məltəmin sifəti və geyim əşyaları qan içindədir. Nə hadisəsinin baş verdiyini xəbər alanda Şahid3 demişdir ki, avtomobil vurub. Bundan sonra Məltəmi İlkinin avtomobili ilə X17 klinikasına aparmışlar. Klinikada həkimlər Məltəmin bədənini müayinə etməyə başlamışlar. Həmin vaxt Azərbaycan Respublikası DİN-nin 102 Xidməti-zəng mərkəzinə zəng edib Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində bacısı Zərərçəkmiş şəxs avtomobil vuraraq xəsarət yetirdiyini bildirmişdir. Zəngindən sonra Xətai RPİ-nin əməkdaşı onunla əlaqə saxlayıb araşdırmaya başlamışdır. Həkimlər Zərərçəkmiş şəxs bədənini müayinə edib burun sümüklərində sınq xəsarəti, sol göz ətrafı nahiyəsində hematoma, alt çənəsində cırılmış yara, sol əlin barmaqlarında və hər iki diz oynaqlarında sıyrıqlar olduğunu bildirib tibbi yardımlar göstərib müalicə olunması üçün palataya yerləşdirmək istəmişlər. Lakin Məltəm klinikada qalmaqdan imtina etdiyinə görə evə aparmışlar. İş üzrə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, “Toyota Prius” minik markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili etibarnamə əsasında idarə etmək üçün 2024-cü ilin fevral ayının əvvəlində dostu Təqsirləndirilən şəxs vermişdir. Təxminən 25 fevral 2024-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs demişdir ki, avtomobil ilə Bakı şəhəri Xətai rayonu, Neapol küçəsində hərəkətdə olduğu zaman piyada qıza dəymişdir. Piyadanın vəziyyətyinin necə olduğunu xəbər aldıqda Təqsirləndirilən şəxs piyadanın elə də ciddi xəsarət almadığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə özünü təqsirli bildiyini, həmin məcəllənin 264-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, axşam vaxtı evə gedirdi, yağış yağırdı. Yolda piyada keçidi görünmürdü. Sürəti aşağı idi. Qarşısında maşınlar var idi. Qarşısından bir maşın sürətlə keçəndən sonra Məltəm xanım qarşısına çıxdı, düşünmüşdür ki, həmin maşın Məltəm xanımı vurub onun maşının üstünə atıb. Məltəm xanımı götürərək aparıb yolda su almış, daha sonra Məltəm xanım bildirmişdir ki, oğlunu görmək istəyir və onu evinə aparsın. O da zərərçəkmiş şəxsi evinə aparmış, qapını sonuncunun anası açmışdır. Öz nömrəsin yazıb Məltəm xanımın anasına vermişdir. Nömrəsin yazanda dəqiq bilmir ki, hansısa rəqəmi səhv yazıb. Məltəm xanımın anası zərərçəkənin paltarını dəyişdirmiş, daha sonra anası ona bildirmişdir ki, yoldaşı gələcək aparacaq xəstəxanaya o getsin. O da oranı tərk etmişdir. Sabahı günü həmin ünvana gəldikdə qapını açmamışlar. Məltəm xanımın əri İlkinə zəng vursalar da, telefonu açan olmayıb. Onlar dəfələrlə zərərçəkənə yğsalar da, onlara bildirmişlər ki, özünüzə hörmət edirsinizsə yğmayın. Hal-hazırda zərərçəkmiş şəxslə barışmış, ona vurulmuş zərər tam olaraq ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə işinə xitam verilməsini xahiş emiş, həmin məcəllənin 264-cü maddəsi ilə isə ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısının suallarına cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, onun 102-yə zəng vurmamaqla səhv etmişdir. Belə ki, o 102 xidmətinə yığıb bildirməli idi ki, o hadisə törədib. Sadəcə olaraq qorxudan zəng etməmişdir. O, nömrəsin vermişdir, səhv etmirsə düzgün verməmişdir. 2-3 gün sonra zəng vurmuşdur. Həmin müddət ərzində maraqlanmamışdır. Hadisədən sonra evlərinə getmiş qapını qaçan olmamışdır. Müdafiəçinin suallarında cavab olaraq bildirmişdir ki, Diqanostika xəstəxanasına aparmaq istəyərkən Məltəm xanım oğlunu görmək istədiyini bildirərək evə getmək istədiyini bildirmişdir. X16 çağırmaq istədikdə ona bildirmişlər ki, Məltəm xanımın yoldaşı gəlib aparacaq. Onu təhqiqatçı çağırarkən dəfələrlə zərərçəkmiş şəxsə yığmışdır. Bir daha onun bacısı zəng vurarkən bildirmişlər ki, özünüzə hörmət edirsinizsə zəng vurmayın. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, heç bir xəstəliyi yoxdur və hər hansı xəstəliklə bağlı tibb müəssisəsində qeydiyyatı yoxdur. 23 fevral 2024-cü il tarixdə saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz olan" Toyota Prius" minik markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə saat da 40 km sürətlə Bakı şəhəri Xətai rayonu, Neapol küçəsi ilə, Neapol dairsəi istiqamətindən Ukrayna dairəsi istiqamətinə 3 zolaqdan ibarət avtomobil yolunun sağdan 3-cü zolağı ilə hərəkət edərkən Neapol küçəsi 39 saylı ünvanın yaxınlığında yerləşən piyada zolağına çatanda qarşısında, sağ zolaqda hərəkətdə olan avtomobillərin sürücüləri dayanmadan hərəkətlərini davam etdirdiklərinə görə idarə etdiyi avtomobil ilə hərəkətini davam etdirib piyada zolağına çatanda qarşısında piyada qadının olduğunu görmüş və həmin anda da idarə etdiyi avtomobilin qabaq orta hissəsi piyada qadına dəyib yerə yıxmışdır. Dərhal avtomobilini dayandırıb yerə enərək qadına yaxınlaşıb yerdən qaldırıb avtomobilinə mindirib bədənini müayinə etdirmək üçün yaxınlıqda yerləşən "Diaqnostika" klinikasına aparmaq qərarına gəlmişdir. Lakin "Diaqnostika" klinikasına çatana yaxın qadın klinikaya getməkdən imtina edib oğlunu istidəyini deyib yaşadığı evinə aparmağı xahiş etmişdir. Qadından ciddi xəsarət alıb- almadığını xəbər almış qadın da ciddi xəsarət alımadığını və bədinində elədə şiddətli ağrılar olmadığını bildirdib evinə getmək istəmişdir. Avtomobilini yol kənarında dayandırıb içmək üçün köşkdən qadına su alıb verdikdən sonra evinə aparmışdır. Yolda gedərkən qadın yaşdığı evin yollarının istiqamətlərini demiş və onu yaşadığı mənzilə aparmışdır. 2-ci mərtəbədə yerləşən mənzilə çatanda qapını döymüş və qapını qadının anası açıb nə hadisəsi baş verdiyini xəbər almışdır. Xəsarət alan qadının anasına bildirmişdir ki, yolu keçərkən avtomobil ilə vurmuş, klinikaya aparmaq istəmiş, lakin piyada imtina edib evə aparmağı xahiş etdiyinə görə evə gətirmişdir. Bundan sonra piyada qadınla birlikdə mənzilə daxil olmuş və qadının adının Məltəm oldğunu bilib sonuncunun mobil telefon aparatı ilə əl çantasını Məltəmin anasına təqdim edib mənzillərinə həkim briqadası dəvət etmək üçün TTYS-na zəng etmək istəmişdir. Lakin Məltəm xanımın anası TTYS-na zəng etməyinə ehtiyac olmadığını, özü Məltəmin ərini dəvət edib birlikdə həkimə aparacaqlarını bildirmişdir. O da Məltəmin anasının mobil telefonunu sonuncudan alıb öz nömrəsini qeyd etmişdir. Bundan sonra Məltəmin anası tələsik mənzildən bayıra çıxarmışdır ki, əri gəlib hər şeyi həll etsin. Bu səbəbdən onların mənzilindən getmişdir. Ertəsi günü, yəni xx.xx.2024-cü il tarixdə təxminən saat 12:20 radələrində Məltəmin vəziyyəti ilə maraqlanmaq üçün yaşadıqları mənzilə gedib qapını nə qədər döysə də açan olmamış, Məltəmin anasının mobil nömrəsini isə öz telefonunda qeyd etmədiyinə görə nömrəsini tapıb zəng edə bilməmişdir. Hadisədən 3 gün sonra Xətai RPİ-nin əməkdaşı polis idarəsinə dəvət etmiş və idarəyə gedib hadisə barədə izahat vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Şahid3 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsi elan edilmişdir. Həmin ifadəsində o bildirmişdir ki, iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 23 fevral 2024-cü il tarixdə saat 19:30 radələrində qayınansı X2 istifadəsində olan mobil nömrəsinə zəng edib həyat yoldaşı Zərərçəkmiş şəxs başı ağrıdığını deyib evə tez gəlməyini xahiş etmişdir. Həmin vaxt yaxınlıqda olduğuna görə təxminən 5 dəqiqə ərzində yaşadığı evə gəlmişdir. İçəri daxil olanda görmüşdür ki, həyat yoldaşı Zərərçəkmiş şəxs sifəti və geyim əşyaları qan içində divanda uzanıb. Tünzalə Hümbətovadan nə hadisəsinin baş verdiyini xəbər alanda Məltəmi cavan bir oğlanın evə gətirdiyini və həmin oğlanın deməsinə görə qara rəngli, cip modelli avtomobil vuraraq xəsarət yetirdiyini bildirmişdir. Təxminən 5-10 dəqiqə sonra qaynı Şahid2 da gəlmiş və birlikdə Məltəmi avtomobili ilə X17 klinikasına aparmışlar. Klinikada həkimlər Məltəmin bədənini müayinə edib burun sümüklərinin sındığını, sol göz ətrafı nahiyəsində hematoma, alt çənəsində cırılmış yara, sol əlin barmaqlarında və hər iki diz oynaqlarında sıyrıqlar olduğunu bildirib tibbi yardımlar göstərib müalicə olunması üçün palataya yerləşdirmək istəmişlər. Lakin Məltəm klinikada qalmaqdan imtina etdiyinə görə evə getmişlər.(i.v 49-51) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması aidiyyəti üzrə göndərilməsi haqqında 22 aprel 2024-cü il tarixli qərardan görünür ki, yol nəqliyyat hadisəsi ilə əlaqədar toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanılmış və iş icraata qəbul edilmişdir (i.v.1-2); 23 fevral 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il saat 20:08-də vətəndaş X3 DİN-in 102 ZMX-nə ***-***-**-** nömrəli telefon nömrəsindən məlumat verərək, Xətai rayonu N.Tusi küçəsində bacısı Zərərçəkmiş şəxs avtomobil vurmasını bildirmişdir.(i.v 7); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 26 fevral 2024-cü il tarixli protokoldan, sxemdən və şəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Xətai rayonu, Neopol küçəsi 39 ünvanın yaxınlığında baş vermişdir. Hadisə yerinin və avtomobilin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. (i.v. 8-11); 26 fevral 2024-cü il tarixli protokoldan görünür ki, X4 məxsus Toyoto Prius markalı “** DM ***” dövlət qeydiyyat nömrə nişanlı albalı rəngli nəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi ilə əlaqədar baxış keçirilmiş, müəyyən edilmişdir ki, ön mühərrik örtüyünün dəmirinin orta şüşəsi içəriyə doğru batmış və ön şüşəsinin orta hissəsini vurmuşdur.(i.v 12); sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən xx.xx.2017-ci il tarixdə 10 il müddətinə «B» kateqoriyalı AC064897 nömrəli sürücülük vəsiqəsi verilmişdir (i.v.16); 7E-17114 nömrəli, xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, X8 tərəfindən Təqsirləndirilən şəxs “Toyoto Prius” markalı nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir.(i.v 18); 27 fevral 2024-cü il tarixli, 2/10905 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, alkoqol qəbulu əlamətləri yoxdur.(i.v 19); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X14 06 mart 2024-cü il tarixli, 193 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər-sol gözətrafı nahiyənin hematoması, alt çənənin cırılmış yarası, burunla tənəffüsün pozulamsı ilə müşaiyət olunmuş burunun deformasiyalaşmış sınığı, burun sol əlin İ barmağı və hər iki diz oynağı nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyaların) təsirindən yaranmış, yaranma müddəti xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdilər və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır qərərvurmaya aiddirlər.(i.v 22-24); məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli 8/687 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən “Toyota Prius” markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur .(Məhkəmə ekspertiza xərci 85 manat) (i.v 31-33); 30 aprel 2024-cü il tarixli zərərçəkmiş şəxs haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v 37-38); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə cavabdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v. 60); 01 iyun 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs, Şahid1 və Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CPM-nin 235-ci maddəsi qaydasında Xətai rayon Polis İdarəsinin istintaq şöbəsinin 214-cü otağında üzləşdirilib, Şahid1 sonuncunu qızını yaşadığı evə gətirərkən gördüyünü, X1 İsgəndərovun xx.xx.2024-cü il tarixdə onu vuraraq bədən xəsarəti yetirmiş sürücü olduğunu qeyd etmişdir.(i.v 68-73); 03 iyun 2024-cü il cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilmiş cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsindən həmin məcəllənin 263.1 və 264-cü maddələrinə tövsif edilmişdir.(i.v 74-75); 12 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması və ona həmin maddə ilə nəzərdə tutulan ittiham edilməsi qərara alınmışdır.(i.v 81-82); 12 iyun 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 98-99); 12 iyun 2024-cü il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:54:59-dan başlayaraq 19:09:59-dək olan müddət ərzində ünvan 2 ünvanda iki istiqamətli yolun ümumi görüntüsü vardır,görüntüyə baxan zaman yolun hər iki istiqamətində müxtəlif avtomobillərin hərəkətdə olması və yolun işlək hissəsində ağ rənglə rənglənmiş piyada zolağının olması görünür. Video faylın 18:57:05 anında Təqsirləndirilən şəxs idarə etdiyi “Toyoto Prius” markalı 77DM140 dövlət qeydiyyat nişanlı avomobil ilə piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq yol-nəqliyyat hadisəsini törətdikdən sonra avtomobildən düşdüyü müşahidə olunur, 18:57:40-da Təqsirləndirilən şəxs Məltəm Əmədzadəni idarə etdiyi avtomobilə mindirərək hadisə yerindən getməsi müşahidə olunur.(i.v 101-102); 12 iyun 2024-cü il tarixli vəsatətin rədd edilməsi barədə qərardan görünür ki,Təqsirləndirilən şəxs vəsatəti təmin edilmədən rədd edilsin.(i.v 107-108); 985145 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2024-cü il təvəllüdlü X6 adlı övladı vardır. (i.v 109); Sübutların qiymətləndirilməsi haqqında 13 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci və 264-cü maddələri ilə elan olunmuş ittiham və barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri qüvvəsində saxlanılması, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, 01 ədəd DVD disk, hadisə yerinə və nəqliyyat vasitəsinə baxış protokolları, məhkəmə-tibbi və məhkəmə yol- nəqliyyat hadisələri ekspertizalarının rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilməsi, 01 ədəd DVD-R disk və idarə etdiyi və yol-nəqliyyat hadisəsini törətdiyi “Toyoto Prius” markalı, ** DM *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınması, avtomobil saxlanması üçün sahibinə təhvil verilməsi qərara alınmışdır.( i.v. 111-118); Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notarial ərizənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Valeh oğlu tərəfindən ona vurulmuş zərər tam olaraq ödənilmiş və onlar barışmışlar. Təqsirləndirilən şəxs Valeh oğluna qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında hadisənin baş verdiyi yerin görüntülərini əks etdirən diskə baxış keçirilmiş, görüntülərə baxış keçirilməsi protokolunda qeyd edilənlər bir daha öz təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxsin özünü hadisə yerindən qaçmaması, zərərçəkmiş şəxsi evinə aparması, habelə ilkin olaraq zərərçəkmiş şəxsi özünün yox qara cip markalı maşının vurması ilə bağlı vermiş olduğu ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü cinayət məsuliyyətindən yayınmaq niyyətinə dəlalət edir və iş üzrə zərərçəkmiş şəxsin, şahidlərin və özünün qismən vermiş olduğu etirafedici ifadələri ilə təkzib edilir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə iclas zalında bildirmişdir ki, ilkin olaraq hadisəni özünün yox, başqa maşın tərəfindən vurmasını zənn etməsi, daha sonra polis idarəsində olarkən bilmişdir ki, hadisəni özü törətmişdir. Daha sonra məhkəmə iclasında suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, qorxduğu üçün 102 xidmətinə zəng vurmamışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin özünün vermiş olduğu ifadəsindən də məlum olur ki, o zərərçəkmiş şəxsi hadisə yerindən götürərək maşınına mindirmiş və zərərçəkmiş şəxsin bildirdiyi ünvana aparmış, hadisə baş verdikdən bir neçə gün sonra, yəni polis əməkdaşları tərəfindən onun şəxsiyyəti məlum olduqdan sonra zərərçəkmiş şəxsin ərinə telefonla zəng vurmağa çalışmışdır . Həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclas zalında zərərçəkmiş şəxs və Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxs ilkin olaraq xəsarəti onun yetirmədiyini, qara cip tərəfindən yetirildiyini, onun sadəcə kömək etmək istədiyini və X16 çağırmağa ehtiyacın olmamasını bildirmişdir. İş materialları və məhkəmə iclas zalında təqsirləndirilən şəxsin vermiş olduğu ifadəsi ilə məlum olur ki, təqsirləndirilən şəxs hadisə barədə polisə məlumat verməmiş, X16 çağırmamış və şəxsiyyətini zərərçəkmiş şəxsə və ya onun anası Şahid1 bildirməmiş və özü məhkəmə iclas zalında bildirmişdir ki, 102 xidmətinə qorxduğu üçün məlumat verməmişdir. Qeyd edilən ifadədən də məlum olur ki, təqsirləndirilən şəxs ilkin olaraq hadisəni törədərkən hadisəni özünün törətdiyini dərk etmişdir. Təqsirləndirilən şəxsin hadisəni ilkin olaraq qara cip markalı maşının törətməsini hesab etməsi, lakin zərərçəkmiş şəxsi götürərək xəstəxanaya aparmaq istəməsini bildirməsi və hadisə barədə polisə məlumat verməməsi, zərərçəkmiş şəxsə və onun anası Şahid1 şəxsiyyətini bildirməməsi kimi hərəkətləri ona dəlalət edir ki, təqsirləndirilən şəxs ilkin olaraq hadisəni özünün törətdiyini dərk etmiş, lakin bu kimi hərəkətlərlə məsuliyyətdən kənarda qalacağını hesab etmişdir. Təqsirləndirilən şəxs özü məhkəmə iclas zalında bildirmşdir ki, zərərçəkmiş şəxsin anası Şahid1 özünə məxsus nömrəni bilməyərəkdən düzgün verməmişdir. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün qismən, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması; üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşağının olması(CM-59.1.4), zərərçəkmiş şəxslə barışması(CM 59.1.12), zərərçəkmiş şəxsə vurulmuş zərərin tam olaraq ödənilməsi(CM59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsi hesabına keçirilməli, maddi sübut olan “Toyota Prius” markalı, 77MD 140 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınmalı və höküm qanuni qüvvəyə mindikdən sonra sahibinin istifadəsində saxlanılmalı, iş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52- 1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01(bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01(bir) il 06(altı)ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxsnın üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsnın cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “Toyota Prius” markalı, 77MD 140 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün sahibinə təhvil verilməsi nəzərə alınsın və höküm qanuni qüvvəyə mindikdən sonra sahibinin istifadəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsi hesabına keçirilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-400/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-400/2024
01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver