Məhkəmə qərarları › İş №1(011)-400/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-400/2025

08.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-400/2025 08.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Əhədzadə Firdovsi Hüseyn oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penilensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən Təqsirləndirilən şəxs 2025-ci ilin mart ayuıın 29-dan 31-dək cəmi iki gün dönərçi kimi işlədiyi "xxxx" MMCdən özgənin əmlakını talama məqsədi ilə 03 aprel 2025-ci il tarixdə saat 22:30-da həmin MMC-nin Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda “fast food" yeməkləri daşınan köşkün giriş qapısının açarını onu iş yerindən tanıyan mühafizəçi Şahid4 aldadaraq əldə etdikdən sonra giriş qapısını açıb qanunsuz daxil olmaqla saxlanc yeri hesab edilən kassa aparatından dəyəri 75 manat olan siyirtmə ilə birlikdə 5.175 manat nağd pul vəsaitini gizli olaraq talamaqla zərərçəkmiş hüquqi şəxs "My Bro” MMC-yə 5.250 (beş min iki yüz əlli) manat xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, işsiz olduğuna görə internet vasitəsi ilə iş axtaran zaman "xxxx" MMC-də dönərçi axtarıldığını görmüşdür. 28 mart 2025-ci il tarixdə elanda qoyulan nömrə ilə əlaqə saxlamış, Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən “Bravo" Hipermarketinin qarşısında “My Bro" adlı iaşə obyektinə dəvət elmişlər. Qeyd olunan ünvana getmişdir. 29 mart 2025-ci il tarixdə saat 15 radələrində obyektə ilkin olaraq sınaq müddəti kimi işə qəbul edilmişdir. 29 mart və 30 mart 2025-ci il tarixdə işlədikdən sonra iş qabiliyyəti qənaətbəxş olmadığı üçün 2 günlük zəhmət haqqı olan 60 manat pulunu 4169- 8388-2120-9180 nömrəli bank kartına göndərib və bir daha işə gəlməməyi barədə xəbardar edilmişdir. Obyektdə təhlükəsizlik qaydalarına riayət etmək məqsədi ilə hər axşam iş qurtardıqdan sonra obyektin giriş qapısını bağlayaraq açarı “Bravo" Hipermarketin mühafizəçisinə verib gedirdilər ki, anidən yanğın hadisəsi baş verən zaman dərhal giriş qapısını aça bilsinlər. 28 mart 2025-ci il tarixdə Şahid3 ona axşam açarı mühafizəçiyə vermək barədə məlumat vermişdir. Həmçinin Əli onu mühafizə otağına apararaq açarı iş qurtardıqdan sonra hara vermək və səhər gəlib almaq lazım olduğunu göstərmişdir. 03 aprel 2025-ci il tarixdə saat 22:30-da oğurluq etmək məqsədi ilə mühafizəçi Tofiqi aldadadaraq açarı ondan almış və içəri daxil olub kassa aparatının daxılı ilə birlikdə təxminən 800 manat nəğd pulları oğurlayıb obyektdən çıxmışdır. Taksi sifariş edərək yaşadığı ünvana getmişdir. Törətdiyi əməldən səmimi peşmandır, bu səbəbdən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi (təsisçisi) qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 27 avqust 2024-cü il tarixdən “My Bro" MMC-nin təhsisçisidir. 05 mart 2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanda yerləşən “Bravo" Hipermarketin qarşısında “My Bro" adlı iaşə obyektinin yerini icarə müqaviləsi bağlayaraq istifadəyə vermişdir. Həmin kafedə bir neçə nəfər şəxs müəyyən işləri görür. Kafedə dönərçi kimi vakant yer olduğu üçün işçi axtarmışlar. 28 mart 2025-ci il tarixdə dönərçi kimi işləmək istəyən sonradan ad soyadını bildiyi Təqsirləndirilən şəxs “şef povor” Şahid1 zəng edərək müraciət etmişdir. Təqsirləndirilən şəxs əvvəllər dönərçi işlədiyini bildirib. Əvəz onu qeyd etdiyi ünvana dəvət etmişdir. 29 mart 2025-ci il tarixdə saat 15 radələrində Ramin obyektə ilkin olaraq sınaq müddəti kimi işə qəbul edilmişdir. Raminin əl qabiliyyətinə baxdıqdan sonra rəsmi olaraq işə qəbul ediləcəyi ilə bağlı ona məlumat vrilmişdir. 30 mart 2025-ci il tarixdə saat 10 radələrindən saat 22 radələrinədək işlədikdən sonra Raminin iş qabiliyyəti qənaətbəxş olmadığı üçün Əvəz 2 günlük zəhmət haqqısı olan 60 manat pulu 4169-8388-2120-9180 nömrəli bank kart hesabına göndərib və bir daha işə gəlməməsi barədə xəbardar etmişdir. Obyektdə təhlükəsizlik qaydalarına riayət elmək məqsədi ilə hər axşam iş qurtardıqdan sonra obyektin giriş qapısını bağlayaraq açarı “Bravo" Hipermarketin mühafizəçisinə verib getmişlər ki, anidən yanğın hadisəsi baş verən zaman dərhal giriş qapısını aça bilsinlər. 04 aprel 2025-ci il tarixdə saat 10 radələrində obyektə yaxınlaşarkən Əli adlı işçi zəng edərək obyektin girişi qapısını açarla açılaraq içəri daxil olunub kassa aparatının 75 manat dəyərində daxılı ilə birlikdə 5.175 manat nəğd pulun naməlum şəxs tərəfindən oğurladığını və hadisə yerindən uzaqlaşarkən obyektin açarını kilidin üzərində saxladığını bildirmişdir. O, hadisə yerinə gedib oğurluq hadisəsi ilə bağlı video müşahidə kameralarına baxarkən müəyyən olunmuşdur ki, 03 aprel 2025-ci il tarixdə saat 22:30-da həmin oğurluq hadisəsini 2 gün dönərçi işləmiş Təqsirləndirilən şəxs Elnur oğlu etmişdir. O, işləri ilə bağlı həmin günü müraciət edə bilməsə də 07 aprel 2025-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, kassadan həftəlik hesabat çıxarır, həmin ayın 1-i bazar gününə düşürdü. Buna görə də 1 həftəlik hesabat aparılmamışdır. Ayın 5-nə qədər əməkhaqqılar ödənir. 9-10 günlük hesabat qalmışdır. Hər kassada alver zamanı istifadə etmək üçün 500 manat depozit pulu olmuşdur. Kassada 500 manat depozit olub. Post terminal ödənişlərin 40%-i, nağd ödənişlər isə 60%-i olur. Zərfin içində 450 yox, 500 manat olub. Həmin pul onun depoziti olmuş, özü demişdir ki, kassa sayılanda onu ayrı qoysunlar. Həmin gün 800- 900 manat civarında iş görülüb. Kassada 240 manat olmağı məntiqli deyil. Hesabatı həftəlik aparır, ayın 5-ə qədər əməkhaqqılar ödənir. Aprelin 1-i bazar günü olduğu üçün məhz Babək filialından hesabat götürməmişdir ki, orda əməkhaqqılar ödənəcək. Hazırda dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 25 fevral 2025-ci il tarixdə "Paşa" Holding tərəfindən mühafizəçi kimi işə qəbul olunmuşdur. İşə qəbul olunduqdan sonra onu Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən "Bravo" Hippermarketinə mühafizəçi kimi işə qəbul etmişlər. Həmin obyekt saat 10:00-dan saat 22:00-dək işləyir. 30 mart 2025-ci il tarixdə saat 22 radələrində "xxxx" obyektində işləyən Əli adlı şəxs yanında Ramin adlı şəxs ilə yaxınlaşaraq obyektin giriş qapısının açarını təqdim etmişlər. Əli Ramin adlı şəxsə onun yanında açarı hər axşam mühafizəçiyə verdiklərini bildirmişdir. O, Əlidən açarı götürüb ofisdə açarlar olan yerə qoymuşdur. 03 aprel 2025-ci il tarixdə saat 22:30-da həmin obyekdə işləmiş Ramin ona yaxınlaşaraq obyektin açarının onda olub-olmadığını soruşmuşdur. Raminə açarın olduğunu bildirib açarı cibindən çıxarıb vermişdir. O, bir saatdan bir növbəni dəyişdiyi üçün açarı üzərində saxlamışdır ki, mühafizə otağına istirahətə gedən zaman açarı otaqda açarlar olan yerə qoysun. Həmin vaxtı növbə rəisi market üçün ərzaqları qəbul etdiyinə görə bu barədə məlumat verə bilməmişdir. O, Raminə açarı verdikdən sonra saat 23:00-da növbəni dəyişərkən Raminə verdiyi açarı sonuncudan almağı unutmuşdur. Səhəri günü məlum olmuşdur ki, Ramin onu aldadaraq açarı alıb və həmin obyektdən kassa aparatını pul ilə birlikdə oğurlayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən "Bravo" Hipermarketinin qarşısında "xxxx" adlı iaşə obyektinə 07 mart 2025-ci il tarixdə kassir kimi işə düzəlmişdir, həmin obyekt saat 10:00-dan saat 22:00-dək işləyir. Həmin kafedə bir neçə nəfər şəxs müəyyən işləri görür. Kafedə dönərçi kimi vakant yer olduğu üçün işçi axtarılırdı. 28 mart 2025-ci il tarixdə dönərçi kimi işləmək istəyən sonradan ad soyadını bildiyi Təqsirləndirilən şəxs baş aşbaz Şahid1 zəng edərək müraciət etmişdir. Təqsirləndirilən şəxs əvvəllər dönərçi işlədiyini bildirmişdir. Şahid1 onu qeyd etdiyi ünvana dəvət etmişdir. 29 mart 2025-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs obyektə ilkin olaraq sınaq müddəti kimi işə qəbul edilmişdir. 30 mart 2025-ci il tarixdə saat 10 radələrindən saat 22 radələrinədək Təqsirləndirilən şəxs işlədikdən sonra iş qabiliyyəti qənaətbəxş olmadığı üçün Şahid1 onun 2 günlük zəhmət haqqısı olan 60 manat pulunu 4169-8388-2120-9180 nömrəli bank kartına göndərib və bir daha işə gəlməməsi barədə xəbərdarlıq etmişdir. Obyektdə təhlükəsizlik qaydalarına riayət etmək məqsədi ilə hər axşam iş qurtardıqdan sonra obyektin giriş qapısını bağlayaraq açarı "Bravo" Hipermarketin mühafizəçisinə verib gedirdi ki, anidən yanğın hadisəsi baş verən zaman dərhal giriş qapısını aça bilsinlər. 28 mart 2025-ci il tarixdə Şahid3 Təqsirləndirilən şəxs axşam açarı mühafizəçiyə verdiyini deyərək Tofiq adlı mühafizəçini Raminə göstərib tanış etmişdir. 04 aprel 2025-ci il tarixdə saat 10 radələrində Şahid3 obyektə gələrkən obyektin giriş qapısının açarla açılaraq içəri daxil olunub kassa aparatının daxılı ilə birlikdə pulların oğurlandığını və obyektin açarının kilidin üzərində saxlandığını görüb bu barədə dərhal Zərərçəkmiş şəxs məlumat vermişdir. Hadisə ilə bağlı video müşahidə kameralarına birlikdə baxarkən müəyyən olunmuşdur ki, 03 aprel 2025-ci il tarixdə saat 22:30-da həmin oğurluq hadisəsini 2 gün dönərçi işləmiş Təqsirləndirilən şəxs etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 12 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 01); 07 aprel 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən “Bravo" Hipermarketin qarşısında “My Bro" adlı iaşə obyektinə Zərərçəkmiş şəxs, hal şahidləri X2 və X3 iştirakları ilə hadisə yerinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir.(i.v.15-19); zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi qismində tanımaq haqqında 14 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə hüquqi şəxs "xxxx" MMC zərərçəkmiş hüquqi şəxs, Zərərçəkmiş şəxs zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tanınmışdır.(i.v. 28); iittiham elan edilməsi üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında 01 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir.(i.v. 58); cinayət təqibi üzrə icraatın dayandırılması haqqında 01 may 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır.(i.v. 60); axtarışda olan şəxsin tutulması haqqında 29 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan 29 may 2025-ci il tarixdə, saat 16:00-da tutulmuşdur (i.v.63); cinayət təqibi üzrə icraatın təzələnməsi haqqında 29 may 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir.(i.v. 65); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 30 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.80-81); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 may 2025-ci il tarixli 4(011)-298/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 29 may 2025-ci il tarixdən hesablanmaqla 02 ay 12 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında bildirmişdir ki, törətdiyi əməli etiraf edir, ona verilən ittiham doğrudur, vurmuş olduğu zərərin ödənilməsi üçün həbs olunmamasını xahiş etmişdir (i.v. 100-103); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1, 177.2.2, 66.3, 69.3-cü maddəsinə əsasən təqsirli bilinərək 03 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1, 180.2.2, 66.3, 66.5-ci maddəsinə əsasən təqsirli bilinərək 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 06 il müddətinə azadlıqdan məhrumetmə cəzası olaaraq saxlanılıb, Şabran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti olaraq azad edilib, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır (i.v 104-105; 107-116); Qaradağ Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli qərarından görünür ki, Azarbaycan Respublikası Ədliyyə Nazirliyı Penitensiar Xidmətin 13 saylı cazacəkmə müəssisəsində cəza çəkən məhkum Mirzəyev X4 Rayon Məhkəməsinin 20 noyabr 2014cu il tarixli hökmünə əsasən CM-nin 178.1 və 177.2.2-ci maddələri ilə təyin edilmiş cazadan azad olunsun və həmin hökm üzrə məhkumluğu olmayan hesab edilməsi, məhkum Təqsirləndirilən şəxs məhkum olunduğu Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli hökmündən əsasən “CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla 06 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyinin edilməsi, CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 20 noyabr 2014-cu il tarixli hökmü ilə təyin edilmiş 03 il 11 ay 28 gün múddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplanılmaqla qəti olaraq 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi və əvvəlki hökmlə təyin olunmuş cəzanın çəkilməmiş hissəsi qəta cəza müddətinə hesablansın” müddəalarının xaric edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 sentyabr 2015-ci il tarixli hökmündə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1 va 180.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, CM-nin 178.1-ci maddəsi ilə 01 11 06 ay müddətins azadlıqdan məhrumetmə cəzasına, CM-nin 180.2.2-ci maddəsi ilə 05 il 06 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi CM-nin 66 3-ce maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla 06 il müddətins azadlıqdan mahrumetmə cazası təyin edilsin" müddəlarının saxlanılması qərara alınmışdır. Həmin qərar ilə müəyyən edilir ki, əvvəlki redaksiyada CM-nin 180.2.2-ci maddəsində azadlıqdan məhrumetmə cəzasının müddəti 3 ildən 8 ilədək nəzərdə tutulsa da, 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli qərarı ilə CMnin 180.2.2-ci maddəsində azadlıqdan məhrumetmə cəzasının müddəti 3 ildən 7 ilədək olması müəyyən edilmişdir. CD-R formatlı diskə baxış keçirilməsi barədə 19 iyul 2025-ci il tarixli protokoldan görünür ki, TŞ 5-250 nörməli şəhər kameralarınına köçürülmüş videogörüntüyə və Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yerləşən “Bravo" Hipermarketdən götürülmüş videogörüntüyə baxış keçirilmişdir.(i.v. 124-125); ifadənin yerində yoxlanılması haqqında 19 iyul 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvana çatdıqdan sonra bildirmişdir ki, 29 mart 2025-ci il tarixdə saat 15 radələrində obyektə ilkin olaraq sınaq müddəti kimi işə qəbul edilmiş, 29 mart və 30 mart 2025-ci il tarixdək işlədikdən sonra iş qabiliyyəti qənaətbəxş olmadığı üçün 2 günlük zəhmət haqqı olan 60 manat pulunu 4169-8388-2120-9180 nömrəli bank kartına göndərib və bir daha işə gəlməməyi barədə xəbardar edilmişdir. Obyektdə təhlükəsizlik qaydalarına riayət etmək məqsədi ilə hər axşam iş qurtardıqdan sonra obyektin giriş qapısını bağlayaraq açarı "Bravo" Hipermateketin mühafizəçisinə verib getdiklərini müşahidə etmişdir. 28 mart 2025-ci il tarixdə Şahid3 ona axşam açarı mühafizəçiyə vermək barədə məlumat vermişdir. Həmçinin Əli onu mühafizə otağına aparaq açarı iş qurtardıqdan sonra hara vermək və səhər gəlib almaq lazım olduğunu göstərmişdir. 03 aprel 2025-ci il tarixdə saat 22:30-da oğurluq etmək məqsədi ilə mühafizəçi Tofiqi aldadadaraq açarı ondan almış və içəri daxil olub kassa aparatının daxılı ilə birlikdə təxminən 800 manat pulu oğurlayıb obyektdən çıxmış, taksi sifariş edərək yaşadığı ünvana getmişdir. (i.v 121-123) 19 iyul 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 may 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılmış və barəsində Xətai rayon məhkəməsinin hakimi X1 qərarı ilə 02 (iki) ay 12 (on iki) gün müddətinə seçilmiş həbs növündə qətimkan tədbirinin qüvvədə olduğu nəzərə alınması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibi üzrə icraata xitam verilməsi, iş üzrə Təqsirləndirilən şəxs ifadəsi toplanmış subutların məcmusu ilə təsdiq edildiyindən Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2, Şahid5, Şahid3 Əlihüseyn oğlunun, Şahid4 ifadəsi, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, "diskə baxışı keçirilməsi haqqında" protokol, ifadənin yerində yoxlanması haqqında protokol, üzləşdirmə protokolları və Təqsirləndirilən şəxs əməlinin ifşa olunması ilə bağlı toplanmış digər sənədlər iş üzrə sübut növü kimi qiymətləndirilmiş, cinayət işi üzrə oğurluq hadisəsinin görüntüləri əks olunmuş 02 ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır.(i.v. 132-138); Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaqda, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu vurulmuş zərərin 800 manat oğurluq etməsi ilə bağlı ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü cinayət məsuliyyətindən kənarda qoymaq niyyətinə dəlalət edir. Məhkəmə həmin xüsusat ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin bu ifadəsi zərərçəkmiş şəxsin nümayəndəsinin təqdim etdiyi ödəniş hesabat cədvəlləri ilə və digər sübutlarla təkzib edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq xeyli miqdarda talama – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli qərarı ilə onun barəsində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli qərarı tədbiq edilmiş və o, az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs hesab olunduğundan, Şabran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti olaraq azad edildiyi tarixdən 02 il müddət keçdikdən sonra cinayət törətdindən o,məhkumluğu ödənilmiş şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), cəzasının əvvəli 29 may 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut – 02 ədəd DVD-R disk cinayət işi materiallarında saxlanılmalıdır. (CPM- 198.1.). İş üzrə müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmək üçün iş materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 29 (iyirmi doqquz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 29 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 02 ədəd DVD-R disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 29 (iyirmi doqquz) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Bürosunun vəkili Müdafiəçi 319 (üç yüz on doqquz) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar