Məhkəmə qərarları › İş №1(011)-402/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-402/2025

10.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-402/2025 10.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, tərcüməçi- X5, müdafiəçi – Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1992-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri. Xətai rayonu, Şahid2 küçəsi 4 (İnzibati bina) ünvanında qeydiyyatda olmaqla, ünvan 2ında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,566 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 23 aprel 2025-ci il tarixdə saat 19:10-da Xətai RPİ-nin 36-cı PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Xətai rayonu, M.Əliyev küçəsində saxlanılıb videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0.566 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, Şahid2 küçəsi 4 (İnzibati bina) ünvanında qeydiyyatda olmaqla. ünvan 4 Subaydır, övladı yoxdur, işləmir və əvvəllər məhkum olunmuşdur. Psixotrop maddə metamfetamindən çəkmək yolu ilə istifadə edir. Psixotrop maddəni tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. Sonuncu dəfə 23 aprel 2025-ci il tarixdə saat 15:30 radələrində qonşusu və dostu olan X11 ilə söhbət edən zaman narkotik vasitə və psixotrop maddə istifadə etmək qərarına gəlmişlər. Bundan sonra Orxan Elnur adı ilə tanıdıqları şəxslə telefonda danışmışdır. Elnur telefonda Orxana Xətai rayonu. M.Əliyev küçəsində hansısa tanışının onun üçün narkotik vasitə və psixotrop maddə gizlətdiyini, özünün uzaqda olduğundan bükümləri götürə bilmədiyini və onların götürəcəyi təqdirdə istifadə edə biləcəklərini bildirmişdir. Orxanla birlikdə Elnur adlı şəxsin bildirdiyi ünvana, yəni Xətai rayonu. M.Əliyev küçəsinə gəlmişlər. X20 təsvir etdiyi göy qapını taparaq qapının altından 01 ədəd bükümü götürmüşlər. Həmin bükümü açdıqda birinin içərisində psixotrop maddəmetamfetamin. digərinin içərisində narkotik vasitə -heroin olan 02 ədəd büküm aşkar etmişlər. Orxan heroin istifadə etdiyindən içərisində heroin olan bükümü götürmüşdür. İçərisində metamfetamin olan digər bükümü isə özü götürüb əynindəki qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. Həmin tarixdə saat 19:10-da Xətai rayonu. M.Əliyev küçəsində fərdi yaşayış evlərinin arasında dostu Orxanla birlikdə dayanıb əldə etdikləri narkotik vasitə və psixotrop maddələri harada və necə istifadə edəcəkləri barədə danışarkən iki nəfər mülki geyimdə olan şəxslər və onların ardınca isə bir nəfər əlində telefonla çəkiliş edən şəxslər onlara yaxınlaşaraq, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları onları saxlamaqlarının səbəbini bildirməklə, hüquqlarını eləcə də müdafiəçisi, həmçinin tərcüməçi ilə təmin olunmaq hüquqlarının olmasını izah etməklə üzərilərində dövriyyəsi qanunla qadağan olunmuş əşya predmet varsa təqdim etmələrini təklif etmişlər. Bu təklifdən sonra Orxan İbrahimov əynindəki şalvarın sağ yan cibindən içərisində heroin olan 01 ədəd şəffaf sellofan bükümü, o isə əynindəki qara rəngli şalvarın sağ yan cibindən içərisində metamfetamin olan bir ədəd şəffaf sellofan bükümünü, sol yan cibindən özünə məxsus içərisində istifadəsində olan 077 ***-**-** saylı mobil nömrə olan “Samsung" markalı mobil telefonu çıxarıb polis əməkdaşlarına təqdim etmişlər. Təqdim etdiyi büküm elektron tərəzidə çəkilərkən çəkisinin qablaşdırması ilə birlikdə 0.63 qram, Orxanın ləqdim eldiyi büküm elektron tərəzidə çəkilərkən çəkisinin qablaşdırması ilə birlikdə 0,52 qramda olması müəyyən edilmişdir. Onun və Orxanın təqdim etdikləri bükümlər polis əməkdaşları tərəfindən ayrı-ayrı zərflərdə qablaşdırılmaqla zərflərin üzəriləri möhürləndikdən sonra o, Orxan və polis əməkdaşları tərəfindən imzalanmışdır. Bundan sonra o və Orxan polis əməkdaşları tərəfindən Xətai RPİ-nin 36-cı PŞ-nə aparılmışlar. Psixotrop maddə metamfetamindən istifadə etsə də, heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, hər hansı şəxsə pay olaraq verməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan və polis şöbəsində olarkən ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. Elnur adlı şəxsi tanımır, onun anket məlumatları və mobil telefon nömrəsini bilmir. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəlai RPİ-nin 36-cı PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və X8 Bakı şəhəri, Xətai rayonu M.Əliyev küçəsində psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə şöbənin rəhbərliyinə məruzə edildi. Şöbə rəhbərliyinin göstərişindən sonra Təqsirləndirilən şəxs və X8 cinayət əməllərinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi ona, Xətai RPl-nin 36-cı PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və sahə inspektoru, polis baş leytenantı X3 həvalə edilmişdir. Bundan sonra Şahid2 və Səməndər Soltanovla birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 23 aprel 2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu M. Əliyev küçəsinə getmişlər. Həmin tarixdə saat 19:10-da M.Əliyev küçəsində əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs və X8 əlamətləri ilə üst-üstə düşən iki nəfər şəxsin dayandıqlarını görüb onlara yaxınlaşıb özlərini təqdim edərək, həmin şəxslərdən də özlərini təqdim etmələrini istəmişlər. Həmin şəxslər özlərini Təqsirləndirilən şəxs və X4 təqdimetmişlər. Bundan sonra onlara psixotrop maddələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək, üzərilərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığından videoçəkilişb üzərlərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs və X11 buna etiraz etməmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və X9 hüquq və vəzifələri izah edilməklə onlara üzərilərində qanunsuz olaraq əldə edilmiş, narkotik vasitə, psixotrop maddə və ya əşya varsa təqdim etmələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə ağ rəngli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni və sol cibindən qara rəngli deməsinə görə üzərində 077 ***-**-** nömrə olan “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkildikdə çəkisi 0,63 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzəri yoxlanıldıqda başqa əşya, küllə aşkar edilməmişdir. Həmin büküm bir ədəd zərfdə qablaşdırılmaqla zərfin üzəri onlar Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs 23 aprel 2025-ci il tarixdə Bakı şəhəri. Xətai rayonu M.Əliyev küçəsində saxlanılıb üzərinə şəxsi axtarış keçirilərkən ondan aşkar edilmiş içərisində ağ rəngli kristalik hissəciklərdən ibarət küllə olan büküm elektron tərəzidə çəkilərkən ümumi çəkisi 0,63 qram, həmin büküm təhqiqatçı tərəfindən çəkildikdə isə ümumi çəkisi 0.62 qram olmuşdur. Həmin büküm birinci dəfə onlar tərəfindən çəkilərkən elektron tərəzi nahamar asfalt-beton səkinin üzərinə qoyularaq çəkilmişdir. Həmin yer üfüqi olmadığından iki çəki arasındakı fərq bu səbəbdən yaranmışdır. Təqsirləndirilən şəxs tərəfinizdən saxlanılarkən. 36-cı PŞnə gətirilərkən və üzərində şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdikləri ifadələri elan olunmuş Şahid2 və sahə inspektoru, polis baş leytenantı X7 ifadələri şahid X1 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 24 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; (i.v.1) - 23 aprel 2025-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair protokoldan görünür ki, Yemelin X12 RPİ-nin 36-cı PŞ- nin polis əməkdaşları tərəfindən 23 aprel 2025-ci il tarixdə saat 19:10-da Bakı şəhəri, Xətai rayonu, M.Əliyev küçəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə ağ rəngli, kristallik hissəciklərdən ibarət olan psixotrop maddə-metamfetaminə oxşar maddə aşkar edilmişdir. Həmin psixotrop maddə-metamfetaminə bənzər küllə elektron tərəzi ilə çəkilən zaman 01 ədəd şəffaf sellofan bükümdə metamfetamin qablaşdırma ilə birlikdə 0,63 qram olması müəyyən edilmişdir.; (i.v.9-11) - 23 aprel 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2025-ci il tarixdə saat 19:10 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 34) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1527 nömrəli 24 aprel 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün N151” dairəvi möhür əksləri olan"..Təqsirləndirilən şəxs "imza" Bədəlov Həbib .. “imza”; Şahid2 .. “imza”: (ad soyad oxunmur) “imza” yazıları qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.566 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- melamietamindir. Aparılmış tədqiqatlardan sonra 0.516 qram çəkidə psixotrop maddə-metamfetaminin qalmışdır. İstintaq zamanı Təqsirləndirilən şəxs Ehlibar oğlundan aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,566 qram psixotrop maddə-metamfetamin maddi sübut kimi tanınmış və qalıq qalmış 0,516 qram psixotrop maddə-metamfetamin saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v.48-50, 166) - 25 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə nəzərdə tutulan ittiham elan edilmişdir; (i.v.62-63) - 25 aprel 2025-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Xətai RPİ-nin istintaq şöbəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir; (i.v.82-83) - 25 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; (i.v.84-87) - 28 aprel 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “Samsung” markalı telefonda cinayət işi üzrə əhəmiyyət kəsb edən heç bir hal müəyyən edilməmişdir. Mobil telefon qəbzə imza etdirməklə sahibinə qaytarılmışdır; (i.v.88-91) - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin 11 iyun 2025-ci il tarixli məktubundan görünür ki, avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Təqsirləndirilən şəxs barəsində hər hansı vətəndaşlıq vəziyyəti akt qeydinə dair məlumat aşkar edilmədi (i.v.119) - Azərbaycan Respublikası “Bakı şəhər Narkoloji Mərkəzi” X21 30 aprel 2025-ci il tarixli məktubundan görünür ki, 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs BŞNM-da qeydiyyatda yoxdur; (i.v.98) - Azərbaycan Respublikası “Respublika Narkoloji Mərkəzi” X21 30 aprel 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adıçəkilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur; (i.v.107) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 12 may 2025-ci il tarixli tələbnamədən və işdə olan digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası məhkəməsinin 29 yanvar 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4-cü maddələri ilə təqsirli bilinərək. 04 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş. 01 may 2013-cü il tarixli Nərimanov rayon məhkəməsinin qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş qalan 05 ay 10 gün müddətindən vaxtından əvvəl şərli azad edilmişdir. Belə olduğu halda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilmişdir. (İ.v 105-106, 132-140) - 30 iyun 2025-ci il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan və məhkəmə iclasında diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Ehıibar oğlu və X2 RPİ-nin 36-cı PŞ-nin inzibati binasının qarşısında baş əməliyyat müvəkili, polis mayoru Bədəlov Həbbulah oğlu, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və sahə inspektoru, polis baş leytenantı X7 tərəfindən müşayiət olunaraq Xətai RPİ-nin 36-cı PŞ-nin növbətçi hissəsinə təhvil verildikdən sonra əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Xətai RPİ-nin 36-cı PŞnin baş təhqiqatçısı polis mayoru X10 iş otağına daxil olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm olan zərfi və bir ədəd mobil telefonu təhqiqatçıya təqdim edilir. Təqdim edilmiş bir ədəd zərf təhqiqatçı tərəfindən açılıb, içərisində ağ rəngli kristallardan ibarət olan şəffar sellofan bükümü çıxarılıb, nəzərdən keçirildikdən sonra büküm içərisində ağ rəngli kristalik hissəciklərdən ibarət küllə ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkildikdə çəkisinin 0.62 qaram olduğu müəyyən edilir. İçərisində ağ rəngli kristalik hissəciklərdən ibarət küllə olan həmin büküm isə yenidən zərfə qoyularaq zərfin üzəri möhürlənir. Təqdim edilmiş bir ədəd mobil telefon nəzərdən keçirildikdə üzərində “Samsung” yazısı olmaqla qapalı olduğu müəyyən edilir. Bundan sonra əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 cibindən bir ədəd mobil telefonunu çıxarıb oradakı Təqsirləndirilən şəxs saxlanılaraq üzərində şəxsi axtarış aparılarkən çəkilmiş videogötüntüləri təhqiqatçıya göstərir və həmin görüntülərin DVD diskə köçürüldükdən sonra təqdim ediləcəyini bildirilir; (i.v.15, 121) - 25 iyun 2025-ci il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan və məhkəmə iclasında diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, “HP'markalı kompüterin DVD oxuyucusu vasitəsilə açıldıqda 01 ədəd “mp4" formatlı videofayl aşkar olundu. Həmin “mp4” formatlı video fayl açıldıqda müəyyən olunur: Təqsirləndirilən şəxs Ehlibar oğlu və X11 özlərini Xəlai RPİ-nin 36-cı PŞ-nin baş əməliyyat müvəkili, polis mayoru Bədəlov Həbbulah oğlu, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və sahə inspektoru, polis baş leytenantı X7 olaraq təqdim edən mülki geyimdə şəxslər tərəfindən 23 aprel 2025-ci il tarixdə, saat 19:10-da Bakı şəhəri. Xətai rayonu M.Əliyev- küçəsində saxlanılıb üzərilərnə videoçəkilişlə baxış keçirilən zaman Təqsirləndirilən şəxs və X9 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri vermələri təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs Ehlibar oğlu əynində olan qara rəngli şalvarın sağ yan cibindən l(bir) ədəd şəffaf sellofan bükümdə ağ rəngli, psixotrop maddə əlan metamfetaminə bənzər kütləni və qara rəngli deməsinə görə üzərində 077 ***-**-** nömrə olan “Samsung" markalı mobil telefonu çıxarıb təqdim edir. Həmin büküm elektron tərəzidə çəkildikdə çəkisi 0,63 (sıfır tam yüzdə altmış üç) qram olması müəyyən edilir. Təqsirləndirilən şəxs üzəri polis əməkdaşı tərəfindən yoxlanıldıqda başqa əşya, kütlə aşkar edilmir. Həmin büküm bir ədəd zərfdə qablaşdırılmaqla zərfin üzəri polis əməkdaşları və Təqsirləndirilən şəxs tərəfindən imzalandıqdan sonra götürülür. Eləcə də. X11 əynində olan tünd qəhvəyi rəngli şalvarın sağ yan cibindən l(bir) ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütləni və qızılı rəngli “Samsung” markalı mobil telefonu çıxarıb təqdim edir. Narkotik maddəyə bənzər kütlə elektron tərəzidə çəkildikdə çəkisinin 0,52 (sıfır tam yüzdə əlli iki) qram olması müəyyən edilir. X8 üzəri polis əməkdaşı tərəfindən yoxlanıldıqda başqa əşya, kütlə aşkar edilmir. Götürülmüş həmin kütlə bir ədəd zərfdə qablaşdırılmaqla zərfin üzəri polis əməkdaşları və X11 tərəfindən imzalandıqdan sonra götürülür. Təqsirləndirilən şəxs görüntülərdə olan üzərinə şəxsi axtarış aparılan şəxsin həqiqətən də o, özü olduğunu, üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan ağ rəngli kristal şəkilli kütlənin özünün istifadəsi üçün aldığı psixotrop maddə-metamfetamin olduğunu bildirmişdir. İş üzrə Təqsirləndirilən şəxs üstünün yoxlanılması və baxış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir.; (i.v.12, 120) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X19 Şəxsinin 30 iyun 2025-ci il tarixli 3859 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixoslimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür.; (i.v.150-151) - 09 iyul 2025-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, bir ədəd "CD" fomatlı diskdə daxil və xaric olan zənglərin siyahısı və anten dairəsi göstərilmişdir. Həmin siyahıya baxış keçirilsə də, iş üçün sübut əhəmiyyəti kəsb edən hal aşkar edilməmişdir. "xxxx" MMC tərəfindən daxil olmuş 21 aprel 2025-ci il tarixli sorğuya cavabdan görünür ki, 1 ədəd CD disk iş materiallarına əlavə edilmişdir; (i.v.14-149, 152) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz çəkisi 0,566 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və əməlindən peşman olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 23 aprel 2025-ci il tarixdən 25 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai RPİ-də saxlanılan 01 ədəd bükümdə çəkisi 0,516 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), 89 (səksən doqquz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 6 ünvanında, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) saat iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0, 516 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş üç ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 165 (bir yüz altmış beş) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar