Məhkəmə qərarları › İş №1(011)-404/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-404/2024

15.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-404/2024 15.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə İmişli rayonu, Sarıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Yelkən bağları, B/Y.V-316-317/1115/1116 ünvanında qeydiyyatda olmaqla yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində ünvan 2 ünvanının qarşısında keçmiş arvadı Zərərçəkmiş şəxs qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən əl zərbələri ilə baş və bədəninin müxtəlif nahiyələrindən vurmaqla döyərək ona burun nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, dərialtı hematoması, burun qanaxması, tənəffüs pozulması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü ona CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, Fatimə ilə 2015-ci ildə ailə həyatı qurmuşdur və 2022-ci ildə aralarında mütəmadi baş verən mübahisələrə görə boşanmışlar. Buna baxmayaraq o, mütəmadi olaraq səkkiz yaşlı oğlu Rəhimi görmək üçün onun anası ilə kirayə yaşadığı Hövsan qəsəbəsində yerləşən evə gedib gəlir. Yəni ailəsi ilə əlaqəsini tam olaraq kəsməmişdir. xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində Fatimənin işlədiyi “Rahat Market”in yaxınlığından keçən zaman onu gözləmişdir ki, işdən çıxsın. Fatimə işdən çıxdıqdan sonra M.Hadi küçəsi 78 ünvanında yerləşən yaşayış binasının qarşısında dayanaraq onunla söhbət etməyə başlamışdır. Fatiməyə nə üçün haraya gedib-gəldiyini ona demədiyini soruşmuşdur. O da ona artıq boşandıqlarını, ona hesabat vermək borcu olmadığını demişdir. Bu zaman əsəbiləşdiyi üçün əlləri ilə Fatimənin bədəninin müxtəlif nahiyələrindən vurmaqla onu döymüşdür. Hadisə təxminən 1-2 dəqiqə ərzində davam etmişdir. Həmin vaxt onların yanında və yoldan keçən heç kəs yox idi. O, Fatiməni döydükdən sonra da oraya heç kəs yaxınlaşmamış və səs-küy yaranmamışdır. Əvvəlki arvadı Zərərçəkmiş şəxs qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə bədəninin müxtəlif nahiyələrinə vurmaqla döymüşdür. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2015-ci ildə ailə həyatı qurmuşdur və 2022-ci ildə aralarında mütəmadi baş verən mübahisələrə görə boşanmışlar. Buna baxmayaraq Kənan mütəmadi olaraq səkkiz yaşlı oğlu Rəhimi görmək üçün kirayə yaşadıqları Hövsan qəsəbəsində yerləşən evə gedib gəlir. Yəni Təqsirləndirilən şəxs onunla əlaqəni tam olaraq kəsməmişdir. xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində o, işlədiyi “Rahat Market”dən işdən çıxan zaman Kənanın orada onu gözlədiyini görmüşdür. Kənan onunla salamlaşdıqdan sonra bir qədər hərəkət etmişlər və M.Hadi küçəsi 78 ünvanında yerləşən yaşayış binasının qarşısında dayanaraq onunla söhbət etməyə başlamışlar. Kənan ondan nə üçün haraya gedib-gəldiyini ona demədiyini soruşmuşdur. O da ona artıq boşandıqlarını, ona hesabat vermək borcu olmadığını demişdir. Belə olduqda Təqsirləndirilən şəxs əlləri ilə başına və bədəninin müxtəlif nahiyələrindən vurmaqla onu döymüşdür. Hadisə təxminən 1-2 dəqiqə ərzində davam etmişdir. Həmin vaxt onların yanlarında və yoldan keçən heç kəs yox idi. Təqsirləndirilən şəxs onu döydükdən sonra da oraya heç kəs yaxınlaşmamış və səs-küy yaranmamışdır. Əvvəlki əri Təqsirləndirilən şəxs qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı əlləri ilə baş və bədəninin müxtəlif nahiyələrinə vurmaqla onu döymüşdür. Kənan onu döydüyü vaxt o, onu vurmamışdır. Həmçinin o, hal-hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: hadisə yerinə baxış keçirilməsi haqqında 14 iyun 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanına baş vermiş hadisə ilə əlaqədar olaraq baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur (i.v. 10-13); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X5 xx.xx.2024-cü il tarixli, 643 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun nahiyəsinin yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, dərialtı hematoması, burun qanaxması, tənəffüs pozulması müəyyən edilmişdir. Xəsarət bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2024-cü il tarixdə kənar şəxslər tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir (i.v. 16-17); zərərçəkmiş qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 20); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X5 xx.xx.2024-cü il tarixli 3382 saylı məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Yelkən bağları, B/Y.V-316-317/1115/1116 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qeyd olunan mərkəzdə qeydiyyatda olmamışdır (i.v. 47); Suraxanı RİHB-nın Hövsan qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 iyun 2024-cü il tarixi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur (i.v. 49); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 50); 4 saylı Bakı “ASAN xidmət mərkəzi” tərəfindən verilmiş AZ-İİİ seriyalı 823284 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Zərərçəkmiş şəxsdır (i.v. 54); sadələşdirilmiş icraat materialının araşdırılması ilə əlaqədar sübutların qiymətləndirilməsi və cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 221-ci maddəsinin tərkib əlamətləri yaranmadığından, həmin xüsusat üzrə barəsində cinayət işinin başlanması rədd edilmişdir, X3 barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialının araşdırılmasının davam etdirilməsi qərara alınmış, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələri, xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış protokolu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” X5 Xətai rayon şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 643 saylı ekspert rəyi sübut növü kimi qiymətləndirilmişdir (i.v. 55-56); Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənildiyini, zərərçəkmiş şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxsin barışması ilə əlaqədar cinayət təqibinə xitam verilməsinə razı olduqlarını qeyd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan işə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 40.3, 43.1, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar