Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-405/2023 20.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası "Kiçikbəyov və Partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs "xxxx" ASC-dən 50000 manat kredit pul alınmasına köməkli etmək adı ilə onun adına olan VÖEN hesabda 12500 manat pul vəsaitinin olmasının zəruri olduğunu bildirərək yalan vəd verib vahid niyyətlə əhatə olunan qəsdlə ona məxsus Unibank ASC-ə aid 4098- 0944-2025-2577 nömrəli və Azərtürk Bank ASC-ə aid 5213-6751-9896-2004 nömrəli kart hesablarına köçürmə yolu ilə Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanından xx.xx.2022-ci il tarixdə saat 17:54-də "xxxx" bank mobil tətbiqi vasitəsilə 280 (iki yüz səksən) manat, xx.xx.2022-ci il tarixdə saat 16:07-də "xxxx" mobil tətbiqi vasitəsilə 400 (dörd yüz) manat,xx.xx.2022-ci il tarixdə saat 01:15-də "xxxx" bank mobil tətbiqi vasitəsilə 300 (üç yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 01:21-də "xxxx" bank mobil tətbiqi vasitəsilə 400 (dörd yüz) manat,xx.xx.2022-ci il tarixdə saat 02:42-də "xxxx" mobil tətbiqi vasitəsilə 500 (beş yüz) manatxx.xx.2022-ci il tarixdə saat 13:12-də "xxxx"mobil tətbiqi vasitəsilə 200 (iki yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 17:15-də "xxxx" bank mobil tətbiqi vasitəsilə 400 (dörd yüz) manat, xx.xx.2022ci il tarixdə saat 09:40-da "Birbank” mobil tətbiqi vasitəsilə 200 (iki yüz) manat, xx.xx.2022ci il tarixdə saat 07:59-da “Birbank" mobil tətbiqi vasitəsilə 650 (altı yüz əlli) manat, xx.xx.2022-ci il tarixdə saat 08:06-da “Birbank" mobil tətbiqi vasitəsilə 460 (dörd yüz altmış) manat, xx.xx.2022-ci il tarixdə saat 17:45-də “Birbank” mobil tətbiqi vasitəsilə 750 (yeddi yüz əlli) manat, xx.xx.2022-ci il tarixdə saat 19:31- də “Birbank” mobil tətbiqi vasitəsilə 270 (iki yüz yetmiş) manat, xx.xx.2022-ci il tarixdə saat 21.09-da “Birbank” mobil tətbiqi vasitəsilə 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 14:24-də "xxxx" mobil tətbiqi vasitəsilə 1000 (min) manat,xx.xx.2022-ci il tarixdə saat 11:59-da “Birbank” mobil tətbiqi vasitəsilə 1200 (min iki yüz) manat.xx.xx.2022-ci il tarixdə saat 17:13-də "xxxx" bank mobil tətbiqi vasitəsilə 800 (səkkiz yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 13:14-də "xxxx" mobil tətbiqi vasitəsilə 650 (altı yüz əlli) manat, xx.xx.2022-ci il tarixdə saat 14:04-də "xxxx" mobil tətbiqi vasitəsilə 900 (doqquz yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 12:47-də “ABB” mobil tətbiqi vasitəsilə 250 (iki yüz əlli) manat, xx.xx.2022-ci il tarixdə saat 21:50-də “ABB” mobil tətbiqi vasitəsilə 2015 (iki min on beş) manat,xx.xx.2022-ci il tarixdə saat 09:32-də “Birbank” mobil tətbiqi vasitəsilə 375 (üç yüz yetmiş beş) manat olmaqla ümumilikdə 12500 (on iki min beş yüz) manat miqdarında pul vəsaitini ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2014-cü ildən fərdi qaydada mühasib fəaliyyəti ilə məşğul olmuşdur. 2021-ci ilin fevral ayından 2022-ci ilin aprel ayınadək olan müddət ərzində “MV” qrup şirkətində mühasib qismində vergi hesabatlarını hazırlamışdır. Həmin şirkətdə işləyən Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Münasibətləri ümumi olaraq yaxşı olmuşdur. 2022-ci ilin əvvəllərində Zərərçəkmiş şəxs ilə söhbət zamanı güzəştli şərtlərlə 25000 manat məbləğində kreditin təşkil edilməsini təklif etmiş, ilkin vaxtlarda onun təklifi ilə bağlı müraciət etməsə də, sonradan bildirmişdir ki, ona kreditə pul lazımdır. O, heç bir problemin olmadığını, həmin krediti təşkil edə biləcəyini, bunun üçün ilk növbədə adına VÖEN açılmalı olduğunu və hesabında ən azı 12000 manat məbləğində pulun görsənməli olduğunu, həmin pul hesabda olduqdan sonra müraciət edə biləcəyini söyləmişdir. Bunun üçün də o, Orxanın bank hesabları ilə maraqlanan zaman ona özünün VÖEN-in olduğunu və həmin VÖEN-ə bağlı “Rabitəbank" ASC-nin hesabının olmasını söyləmiş, belə olan halda Orxan üçün həmin hesaba pulun ona veriləcəyi təqdirdə köçürüb nəzarətində saxlayacağını, pul tam oturduqdan sonra bankdan onun üçün kreditə pul təşkil edə biləcəyini söyləmişdir. Həmin hesaba pulu köçürmək üçün Orxana özünə məxsus olan "xxxx"-a məxsus 4095-0944-2025- 2577 saylı bank kartının və "xxxx" ASC-yə məxsus 5213-6751-9896- 2004 saylı bank kartının məlumatlarını ötürmüşdür. Beləliklə də, 2022-cı ilin mart ayından etibarən Orxan ona məxsus olan bank kartlarına ayrı-ayrı vaxtlarda ümumilikdə 12500 manat məbləğində pulu köçürmüşdür. O, Orxanın inanması üçün kompyuter vasitəsilə onun adına olan VÖENə elektron qaimə kəsib şəklini ona göndərmiş, əslində isə həmin qaimənin heç bir əsası olmamış, onu özü tərtib edib göstərmşdir. Orxanın ayrı-ayrı vaxtlarda göndərdiyi pulları isə “Topaz” mərc oyunlarında uduzmuşdur. Həmin vaxtlarda isə Orxan onunla əlaqə saxladıqda pulunun hesaba otuzdurduğunu söyləmişdir. Beləliklə Orxan ona may ayınadək olan müddət ərzində 12500 manat pulu yalnız kartlar vasitəsilə göndərmiş, həmin pulu tam götürdükdən sonra işi həll edəcəyini söyləsə də, həmin pulları mərc oyunlarında uduzduğu üçün pulunun qarşılığında heç bir iş görməmişdir. Orxan onun vaxtı uzatdığını anladıqda ondan pulunu geri tələb etmiş, o da ona həmin pulu verəcəyini bildirmişdir. Bundan sonra Orxanla Bakı şəhəri, Nəsimi rayonu ərazisində, «Qış parkı»-nda görüşüb onu aldadıb ələ keçirdiyi pulun 1000 manatını geri qaytarmışdır. O, Orxanı aldadıb onun pulunu ələ keçirmiş, əməlindən peşman olmuş, dəymiş maddi ziyanı tam şəkildə ödəməyə söz vermiş və ən uzağı 2023-cü ilin may ayının sonuna qədər ödəyəcəyinə vəd vermişdir. O, Orxan Rəhimlidən ümumilikdə 12500 manat məbləğində pul almış, 1000 manatını qaytarmışdır. O, pulu nağdsız şəkildə ona məxsus "xxxx"-a aid 4095-0944-2025-2577 saylı bank kartı və "xxxx" ASC-yə aid 5213-6751-9896-2004 saylı bank kartları vasitəsi ilə pulu almışdır. İstintaqa məlum olmayan başqa bir cinayət əməli törətməmişdir. Həmin pulun ələ keçirilməsi barədə heç kimin məlumatı olmamışdır. Pulu da tam şəkildə “Topaz” mərc oyunlarında uduzmuşdur. Həmin məbləğdən məhkəməyə qədər dövrdə 4000 manat və iş məhkəmə baxışında olarkən 700 manat olmaqla hazırda ümumilikdə 4700 manat ödəmişdir, qalan hissəsini isə yaxın zamanda ödəyəcək. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 2018-ci ildən 2022-ci ilin aprel ayınadək olan müddət ərzində “MV2 qrup şirkətində “tabelçi” vəzifəsində çalışmışdır. İşlədiyi dövrdə həmin şirkətdə maliyyəçi vəzifəsində çalışan Təqsirləndirilən şəxsla tanış olmuş və onunla ümumi münasibəti yaxşı olmuşdur. Həmin dövrdə Təqsirləndirilən şəxs ona özünün maliyyəçi olduğu banklarda tanışı olduğunu, ona görə də lazım gələrsə onun üçün 50000 manat kredit pul təşkil edəcəyini təklif etmişdir. İlkin vaxtlarda həmin kredit pula ehtiyacı olmadığından onun təklifindən istifadə etməyib ona həmin pula ehtiyacı olmadığını bildirmişdir. Sonradan özü üçün yeni bir biznes qurmaq fikrinə düşmüş, həmin biznesi qurmaq üçün də ona pul lazım olmuşdur. O da, bu barədə Təqsirləndirilən şəxs demiş, o, heç bir problemin olmadığını ona həmin 50000 manat pulu təşkil edə biləcəyini, bunun üçün ilk növbədə adına VÖEN açılmalı olduğunu və hesabında ən azından 12500 manat pul görsənməli olduğunu, həmin pul hesabda olduqdan sonra müraciət edəcəyini söyləmişdir. O da, onun bu təklfi ilə razılaşaraq öz biznesini qurmaq üçün ilk növbədə özünə məxsus olan “Ford Fusion” markalı **-EX-*** dövlət qeydiyyat nişanlı avtomobilini “Xəzər” avtolizinq şirkətinə 5500 manat nağd pul qarşılığında avtozilinqə qoymuş, buna görə də onun lizinq şirkətinə 8000 manat faiz borcu yaranmışdır. Həmin 5500 manat pulu götürdükdən sonra 7000 manatı çatmadığından xalası oğlu olan Ruslan Cavadova ona borc verməsi üçün xahiş etmiş və ondan 7000 manat pulu almışdır. Təqsirləndirilən şəxs dediyi kimi 12500 manat pulu hissə-hissə olmaqla müxtəlif vaxtlarda onun təqdim etdiyi kart hesablarına köçürmüşdür. Ona 12500 manat pulu vermə səbəbi onun adına açılan VÖEN-də görsənməsi üçün olmuşdur. O, Təqsirləndirilən şəxs həmin pulları 2022-ci ilin fevral ayından 25 may 2022-ci il tarixədək olan müddət ərzində 12500 manat məbləğində nağd pulu onun təqdim etdiyi kart hesab nömrələrinə köçürməklə vermişdir. Həmin müddət ərzində Təqsirləndirilən şəxs özünü ona inandırmaq üçün kompyuterdən adına olan cədvəlin şəklini göstərərk ona ödəmiş olduğu müxtəlif məbləğlərdə olan pullar nəticəsində yığılmış ümumi pulu göstərmişdir. 25 may 2022-ci il tarixdə isə Təqsirləndirilən şəxsla mobil əlaqə saxladıqda Yunis ona iyun ayının 5-də banka gedib rahat şəkildə 50.000 manat pulu çıxaracağını, heç bir problemin yaranmayacağını söyləmişdir. Həmin vaxt çatdıqda isə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Bu zaman ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edib pulunu ələ keçirmişdir. Onun bəhanələri azalmadığı üçün ondan pulunu geri tələb etdikdə ona vermiş olduğu 12500 manat puldan 1000 manatını geri qaytarmışdır. O, Təqsirləndirilən şəxs 12500 manat pulu hissə-hissə olmaqla onun təqdim etdiyi “Unibank" ASC-yə aid 4098-0944-2025-2577 və "xxxx" ASC-yə aid 5213-6751-9896-2004 nömrəli kartlarına müxtəlif məbləğlərdə ümumilikdə 12500 manat məbləğində köçürmüşdür. Belə ki, 4098-0944-2025-2577 nömrəli plastik karta yaşadığı ünvan 3 ünvanından xx.xx.2022-ci il tarixdə saat 16:07-də "xxxx" mobil tətbiqi vasitəsilə 400 (dörd yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 01:15-də "xxxx" bank mobil tətbiqi vasitəsilə 300 (üç yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 01:21-də "xxxx" bank mobil tətbiqi vasitəsilə 400 (dörd yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 13:12-də "xxxx" mobil tətbiqi vasitəsilə 200 (iki yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 17:15-də "xxxx" bank mobil tətbiqi vasitəsilə 400 (dörd yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 14:24-də "xxxx" mobil tətbiqi vasitəsilə 1000 (min) manat, xx.xx.2022-ci il tarixdə saat 17:13-də "xxxx" bank mobil tətbiqi vasitəsilə 800 (səkkiz yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 13:14-də "xxxx" mobil tətbiqi vasitəsilə 650 (altı yüz əlli) manat, xx.xx.2022-ci il tarixdə saat 14:04-də "xxxx" mobil tətbiqi vasitəsilə 900 (doqquz yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 12:47-də “ABB” mobil tətbiqi vasitəsilə 250 (iki yüz əlli) manat, xx.xx.2022-ci il tarixdə saat 21:50-də “ABB” mobil tətbiqi vasitəsilə 2015 (iki min on beş) manat məbləğində pul köçürmüşdür. Bundan başqa onun istifadəsində olan 5213-6751-9896-2004 nömrəli plastik karta yaşadığı ünvan 2 ünvanından xx.xx.2022-ci il tarixdə saat 17:54-də "xxxx" bank mobil tətbiqi vasitəsilə 280 (iki yüz səksən) manat, xx.xx.2022-ci il tarixdə saat 02:42-də "xxxx" mobil tətbiqi vasitəsilə 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 09:40-da “Birbank" mobil tətbiqi vasitəsilə 200 (iki yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 07:59-da “Birbank” mobil tətbiqi vasitəsilə 650 (altı yüz əlli) manat, xx.xx.2022-ci il tarixdə saat 08:06-da “Birbank” mobil tətbiqi vasitəsilə 460 (dörd yüz altmış) manat, xx.xx.2022-ci il tarixdə saat 19:31-də “Birbank” mobil tətbiqi vasitəsilə 270 (iki yüz yetmiş) manat, xx.xx.2022-ci il tarixdə saat 17:45-də “Birbank” mobil tətbiqi vasitəsilə 750 (yeddi yüz əlli) manat, xx.xx.2022-ci il tarixdə saat 21.09-da “Birbank” mobil tətbiqi vasitəsilə 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 11:59-da “Birbank” mobil tətbiqi vasitəsilə 1200 (min iki yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 09:32-də “Birbank” mobil tətbiqi vasitəsilə 375 (üç yüz yetmiş beş) manat məbləğində pul köçürmüşdür. Ümumilikdə ona dəymiş maddi ziyan 12500 manat olmuşdur. Hazırda həmin məbləğdən 4700 manat ödəmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. İş materiallarında olan 27 yanvar 2023-cü il tarixli “cinayət işi başlanılması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Xətai RPİ-nin İŞ-də toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarında olan "xxxx" ASC-dən daxil olmuş HTİD/1949 nömrəli xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş bir ədəd CD diskə keçirilmiş baxış zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan 4098-0944-2025-2577 nömrəli plastik karta xx.xx.2022-ci il tarixdə saat 16:07-də "xxxx" mobil tətbiqi vasitəsilə 400 (dörd yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 01:15-də "xxxx" bank mobil tətbiqi vasitəsilə 300 (üç yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 01:21-də "xxxx" bank mobil tətbiqi vasitəsilə 400 (dörd yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 13:12-də “Unibank" mobil tətbiqi vasitəsilə 200 (iki yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 17:15-də "xxxx" bank mobil tətbiqi vasitəsilə 400 (dörd yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 14:24-də “Unibank" mobil tətbiqi vasitəsilə 1000 (min) manat, 14.04.2C22-Cİ il tarixdə saat 17:13-də "xxxx" bank mobil tətbiqi vasitəsilə 800 (səkkiz yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 13:14-də "xxxx" mobil tətbiqi vasitəsilə 650 (altı yüz əlli) manat, xx.xx.2022-ci il tarixdə saat 14:04-də "xxxx" mobil tətbiqi vasitəsilə 900 (doqquz yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 12:47-də “ABB” mobil tətbiqi vasitəsilə 250 (iki yüz əlli) manat, xx.xx.2022-ci il tarixdə saat 21:50-də “ABB” mobil tətbiqi vasitəsilə 2015 (iki min on beş) manat məbləğində, cəmi 7315 manat olmaqla pul köçürməsinə dair məlumatlar əks olunmuşdur. Qeyd olunan məlumatlar cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərtib edilmiş protokol və bir ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Bundan başqa iş materiallarında olan “Azər-Türk Bank" ASC-dən daxil olmuş 6- 3/xx/xx-1918 nömrəli xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş bir ədəd CD diskə keçirilmiş baxış zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan 5213- 6751-9896-2004 nömrəli plastik karta xx.xx.2022-ci il tarixdə saat 17:54-də "xxxx" bank mobil tətbiqi vasitəsilə 280 (iki yüz səksən) manat, xx.xx.2022-ci il tarixdə saat 02:42-də “Unibank" mobil tətbiqi vasitəsilə 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 09:40-da “Birbank” mobil tətbiqi vasitəsilə 200 (iki yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 07:59-da “Birbank” mobil tətbiqi vasitəsilə 650 (altı yüz əlli) manat, xx.xx.2022-ci il tarixdə saat 08:06da “Birbank” mobil tətbiqi vasitəsilə 460 (dörd yüz altmış) manat, xx.xx.2022-ci il tarixdə saat 19:31-də “Birbank” mobil tətbiqi vasitəsilə 270 (iki yüz yetmiş) manat, xx.xx.2022-ci il tarixdə saat 17:45-də “Birbank” mobil tətbiqi vasitəsilə 750 (yeddi yüz əlli) manat, xx.xx.2022-ci il tarixdə saat 21.09-da “Birbank” mobil tətbiqi vasitəsilə 500 (beş yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 11:59-da "Birbank" mobil tətbiqi vasitəsilə 1200 (min iki yüz) manat, xx.xx.2022-ci il tarixdə saat 09:32-də “Birbank” mobil tətbiqi vasitəsilə 375 (üç yüz yetmiş beş) manat məbləğində, cəmi 5185 manat olmaqla pul köçürməsinə dair məlumatlar əks olunmuşdur. Qeyd olunan məlumatlar cinayət işi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərtib edilmiş protokol və bir ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinn istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan 02 aprel 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 03 aprel 2023-cü il tarixli “ittiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixli “cinayət işi üzrə icraatın dayandırılması barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 27 aprel 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulmasına dair” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs 27 aprel 2023-cü il tarixdə saat 16:00 radələrində Xətai rayonu, M.Mehdizadə 69 ünvanı yaxınlığında saxlanılaraq 37ci PŞ-nə gətirilmişdir. İş materiallarında olan 27 aprel 2023-cü il tarixli “cinayət işinin icraatının təzələnməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PB-nin əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim edildiyindən, həmin tarixdə iş üzrə icraat təzələnmişdir və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan 29 aprel 2023-cü il tarixli “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmiş, Təqsirləndirilən şəxs dərhal Xətai RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, 29 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü azyaşlı övladı vardır . İş materiallarında olan, 25 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs “mpay” ödəniş terminalı vasitəsi ilə 700 azn pul məbləği ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 7 nömrəli Qərarında qeyd olunur ki, “...dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir”. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildiyi halda, cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Təqsirləndirilən şəxs 27 aprel 2023-cü il tarixdən 29 aprel 2023-cü il tarixədək təqsirləndirilən şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - "xxxx" ASC-dən daxil olmuş cinayət təqibi üzrə əhəmiyyət kəsb edən məlumatları özündə əks etdirən bir ədəd CD disk və “Azər-Türk Bank" ASC-dən daxil olmuş cinayət təqibi üzrə əhəmiyyət kəsb edən məlumatları özündə əks etdirən bir ədəd CD disk, “mpay” ödəniş terminalı vasitəsi ilə zərərçəkmiş şəxsə 700 azn pul məbləğinin ödənilməsinə dair qəbz cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasənvə Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 2 (iki) gün həbsdə saxlanılma müddəti 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Məhkum Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - cinayət təqibi üzrə əhəmiyyət kəsb edən məlumatları özündə əks etdirən iki ədəd disk, “mpay” ödəniş terminalı vasitəsi ilə zərərçəkmiş şəxsə pul məbləğinin ödənilməsinə dair qəbz cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-405/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-405/2023
20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver