Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-406/2022 23.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, Güləliyev Rahil Oqtay oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1977-ci ildə Əli Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, ona qəti olaraq 5 (beş) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, Şirvan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, 5-ci Əhmədli küçəsində yerləşən fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını talama məqsədi ilə, 24 aprel 2022-ci il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi ünvan 3 ünvanında yerləşən “Tunar” marketin havalıq kimi istifadə olunan plastik materialdan olan pəncərəsini açıb, qanunsuz olaraq marketə daxil olaraq, marketin içərisində saxlanc yeri hesab olunan kassadan 2036 manat nağd pulu, marketin içərisində vitrinin üstündə olan, ümumi dəyəri 1359 manat olan 12 blok “Sobranie” markalı, 2 blok “Kent” markalı, 10 blok “Winston” markalı, 4 blok “Vincester” markalı, 5 blok “Maqna” markalı, 5 blok “Rotmans” markalı və 4 blok “Arqo” markalı siqaretləri gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs2 3395 manat məbləğində maddi ziyan vurmaqla, oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə, 03 may 2022-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi ünvan 4 ünvanında yerləşən köşkün plastik materialdan olan qapısının kilidini sındırıb, qanunsuz olaraq köşkə daxil olaraq, içəridə saxlanc yeri hesab olunan vitrinin üstündə, ümumi dəyəri 1500 manat olan 35 ədəd “Kent 4” markalı, 25 ədəd “Sobranie” markalı, 15 ədəd “Classic” markalı, 18 ədəd “Winston” markalı, 15 ədəd “LD” markalı, 20 ədəd “Kingston” markalı, 18 ədəd “Kent 1” markalı, 25 ədəd “Pall Mall” markalı və 22 ədəd “Want” markalı siqaretləri və köşkün içərisində, şüşə qabın içərisində 45 manat dəyərində xırda qəpik pulları gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs3 1545 manat məbləğində maddi ziyan vurmaqla, oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını talama məqsədi ilə, 08 may 2022-ci il tarixdə, saat 04:30 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, S.Əhmədov küçəsi ilə Mingəçevir küçələrinin kəsişməsində yerləşən “Buta Farm” aptekinin jaluzdən olan giriş qapısının qıfılını özündə olan açarla açıb, qanunsuz olaraq aptekə daxil olaraq, aptekin içərisində saxlanc yeri hesab olunan siyirmələrdən 2210 manat kağız və 90 manat xırda qəpik pulları, aptekin içərisində, vitrinin üstündə olan, üzərində 5 manat dəyərində ***-***- **-** nömrə olan 40 manat dəyərində 1 ədəd “Nokia 105” markalı mobil telefonu gizli olaraq talayaraq, Zərərçəkmiş şəxs1 2345 manat məbləğində maddi ziyan vurmaqla, oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, son bir neçə ildə tikintidə, avtomobilyuma məntəqəsində işləmiş və Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışdır. Sonuncu yaşayış ünvanı Əhmədli qəsəbəsi, 5-ci Əhmədli küçəsində yerləşən fərdi yaşayış evi olmuşdur. İş yeri olmadığından və bu səbəbdən maddi imkansızlıq üzündən, oğurluq etmək qərarına gəlmişdir. 24 aprel 2022-ci il tarixdə, səhər saatlarında yaşadığı evdən çıxıb, piyada hərəkət edərək, Vunq Tau küçəsində olan “Tunar” marketə çatmışdır. O, yaxınlaşıb, marketin plastik pəncərəsini açmaqla, marketin içərisinə daxil olmuşdur. Marketin içərisində piştaxtanın üzərindən müxtəlif markalı siqaretləri və kassadan pulları götürüb, marketə daxil olduğu yerdən çölə çıxaraq, oradan uzaqlaşıb, yaşadığı evə qayıtmışdır. Bundan sonrakı gün marketdən oğurladığı siqaretləri tanımadığı şəxslərə ucuz qiymətə satmış, marketdən oğurladığı pulu isə öz xərclərinə sərf etmişdir. Həmçinin, 03 may 2022ci il tarixdə, gecə saatlarında yaşadığı evdən çıxıb, Sarayevo küçəsində yerləşən köşkə yaxınlaşaraq, köşkün plastikdən olan giriş qapısını yerdən tapdığı alətlə açmaqla, içəriyə daxil olmuşdur. Köşkün içərisinə daxil olub, içəridən müxtəlif markalı siqaretləri götürüb, çölə çıxmış və piyada yaşadığı evə qayıtmışdır. Köşkdən oğurladığı siqaretləri tanımadığı şəxslərə satmışdır. Bundan başqa, 08 may 2022-ci il tarixdə, səhər saatlarında yaşadığı evdən çıxıb, NZS qəsəbəsinə getmiş və orada aptekə yaxınlaşıb, yerdən tapdığı adi açarla aptekin jalüz qapısının üstündə olan qıfılını açarla açıb, plastikdən olan qapını əli ilə açaraq, aptekin içərisinə daxil olmuşdur. Aptekin içərisində daxil olub, siyirmələrin içərisindən qəpik və kağız pulları götürüb ciblərinə qoymuş, həmçinin, aşkar etdiyi “Nokia” markalı mobil telefonu da götürüb, çölə çıxmışdır. Küçədə mobil telefonu sındırıb yerə atmış və taksiyə minib, yaşadığı evə getmişdir. Aptekdən oğurladığı pulu sonradan şəxsi istifadəsinə xərcləmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, o, Xətai rayonu, NZS qəsəbəsində yerləşən «Buta Farm» aptekinin sahibidir. 07 may 2022-ci il tarixdə həmişəki kimi, saat 23 radələrində satıcı işləyən Şahid aptekin qapısını bağlayıb evə getmişdir. 08 may 2022-ci il tarixdə, səhər saat 08 radələrində Rumiyyə gedib, aptekin jalüzdən olan qapısını açmaq istəyən zaman görmüşdür ki, aptekin jalüzdən olan qapısının qıfılı açıq vəziyyətdədir. Rumiyyə ona zəng edib məlumat verdikdən sonra, o, dərhal aptekə gedib görmüşdür ki, naməlum şəxs aptekin jalüzdən olan qapısının qıfılını açıb, aptekin içərisində siyirmədən və kassadan pulları, bir ədəd «Nokia 105» markalı mobil telefonu oğurlamışdır. Daha sonra hesablayaraq, aptekdən 2300 manat pulun oğurlandığını müəyyən etmişdir. Oğurluq nəticəsində ona cəmi 2345 manat ziyan dəymişdir. Baş vermiş hadisə barədə o, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin növbətçi hissəsinə zəng edib məlumat vermiş və bir qədər sonra polis əməkdaşları gəlib, hadisə yerinə baxış keçirmişlər. Polis əməkdaşları ilə birlikdə aptekdə quraşdırılmış kamera görüntülərinə baxan zaman görmüşdür ki, bir nəfər şəxs aptekə daxil olub, içəridən pulu və mobil telefonu götürərək, çıxıb getmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, ona məxsus aptekdən oğurluğu Təqsirləndirilən şəxs adlı şəxs törətmişdir. Hal-hazıradək ona dəymiş ziyan ödənilməmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. İş üzrə digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Həmçinin, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı müraciətində, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini göstərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs3 isə məhkəməyə ünvanladığı müraciətində, hazırda ölkə hüdudlarından kənarda olduğunu və iş üzrə Təqsirləndirilən şəxs heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 2016-cı ildən icarə əsasında Xətai rayonu, Vunq Tau küçəsi 246 ünvanında yerləşən “Tunar” marketi işlədir. Marketdə ərzaq və tütün məhsulları, həmçinin alkoqollu və alkoqolsuz içkilərin satışı ilə məşğul olur. 2022-ci ilin aprel ayının 24-də adəti üzrə satıcı Xalidə səhər saat 09 radələrində mağazaya gələn zaman, naməlum şəxs və ya şəxslər tərəfindən mağazadan tütün və nağd pulun oğurlanmasını aşkar etmiş və buna görə də, o, tez mağazaya gedib, mağazadan həqiqətən də, oğurluq olmasını görmüşdür. Bundan sonra, DİN-nin 102 xidmətinə zəng edib, məlumat verərək, mağazasından oğurluq olmasını bildirmişdir. Daha sonra, polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Oğurluq nəticəsində mağazasından 42 blok müxtəlif markalı tütün məhsulları və kassadan 2036 manat nağd pul oğurlanmışdır. Naməlum şəxs və ya şəxslər mağazaya qanunsuz yolla, havalıq kimi istifadə etdiyi plastik pəncərədən daxil olmuşdur. Ona məxsus 42 blok siqaretlərin dəyəri 1359 manat təşkil etmişdir. Həmin oğurlanmış siqaretlərdən 12 blok “Sobranie” markalı, 2 blok “Kent” markalı, 10 blok “Winston” markalı, 4 blok ’’Vincester” markalı, 5 blok “Maqna” markalı, 5 blok “Rotmans” markalı və 4 blok “Aqro” markalı siqaretlər olmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 3395 manat dəyərində maddi ziyan dəymişidr. Tələbi oğurluq etmiş şəxs və ya şəxslərin müəyyən edilərək, cinayət məsuliyyətinə cəlb edilməsi və ona dəymiş maddi ziyanın ödənilməsidir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Xətai rayonu, Sarayevo küçəsi 22 ünvanında yerləşən köşkü icarəyə götürüb işlədir. Köşkdə tütün məhsulları, həmçinin alkoqolsuz içkilərin satışı ilə məşğul olur və köşkdə özü satıcı kimi işləyir. 03 may 2022-ci il tarixdə, gecə saat 01 radələrində köşkü bağlayaraq, evə getmiş və səhər saatlarında köşkə yaxınlaşan zaman, köşkün qapısının kilidinin naməlum şəxs və ya şəxslər tərəfindən sındırıldığını aşkar etmişdir. Köşkdə olan ona məxsus ümumi dəyəri 1500 manat olan 35 ədəd “Kent 4” markalı, 25 ədəd “Sobranie” markalı, 15 ədəd “Classic” markalı, 18 ədəd “Winston” markalı, 15 ədəd “LD” markalı, 20 ədəd “Kingston” markalı, 18 ədəd “Kent 1” markalı, 25 ədəd “Pall Mall” markalı və 22 ədəd “Want” markalı siqaretlərin və köşkün içərisində şüşə qabın içərisində 45 manat dəyərində xırda qəpik pulların oğurlanmasını müəyyən edib, dərhal DİN-nin 102 xidmətinə zəng edərək, köşkdən oğurluq olmasını bildirmişdir. Bir qədər sonra, polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Oğurluq nəticəsində ona ümumilikdə 1545 manat dəyərində ziyan dəymişdir. Sonradan məlum olmuşdur ki, ona məxsus köşkdən oğurluq etmiş şəxs Təqsirləndirilən şəxs olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 məxsus Xətai rayonu, NZS qəsəbəsində yerləşən «Buta Farm» aptekində satıcı işləyir. Apteki hər gün səhər saat 08 radələrində açıb, axşam saat 23 radələrində bağlayırlar. 07 may 2022-ci il tarixdə həmişəki kimi, saat 23 radələrində apteki bağlayıb evə getmişdir. 08 may 2022-ci il tarixdə, saat 08 radələrində aptekə gəlib, aptekin jalüzdən olan qapısını açmaq istəyən zaman görmüşdür ki, aptekin jalüzdən olan qapısının qıfılı açıq vəziyyətdədir. O, bu barədə Nailə xanıma telefonla zəng edib məlumat vermiş və bir qədər sonra Nailə xanım aptekə gəlmişdir. Həmin vaxt onlar naməlum şəxs tərəfindən aptekin içərisindən, siyirmədən və kassadan pulların, bir ədəd «Nokia 105» markalı mobil telefonun isə vitrinin üstündən oğurlandığını aşkar etmişlər. Daha sonra, Nailə xanım aptekdən oğurlanmış pulu hesablayıb müəyyən etmişdir ki, aptekin siyirmələrindən və kassasından 2300 manat pul oğurlanmışdır. Oğurluq nəticəsində Nailə xanıma ümumilikdə 2345 manat ziyan dəymişdir. Belə ki, aptekdən 2210 manat kağız pul, 90 manat isə qəpik pullar oğurlamışdır. Nailə xanım aptekdən oğurluq olması barədə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin növbətçi hissəsinə zəng edib, məlumat vermiş və bir qədər sonra polis əməkdaşları gəlib, hadisə yerinə baxış keçirmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin arayışından görünür ki, 24 aprel 2022-ci il tarixdə ünvan 3 ünvanında Zərərçəkmiş şəxs2 məxsus marketdə baş vermiş oğurluq faktı ilə əlaqədar, hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi xx.xx.1977-ci ildə Şirvan şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağının əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin arayışından görünür ki, 03 may 2022-ci il tarixdə ünvan 4 ünvanında Zərərçəkmiş şəxs3 məxsus köşkdə baş vermiş oğurluq faktı ilə əlaqədar, hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİnin ADİS-in bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi xx.xx.1977-ci ildə Şirvan şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük barmağının əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 iyun 2022-ci il tarixli, 3/754 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 1,13 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri, 2 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi, 3 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 1,2 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 1,13 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri 2,3,4,5,6,7,8,9,10,11,12,14,15,16,17,18,19,20,21,22,23 saylı daktilolentlərin səthindəki əlbarmaq və papilyar naxış izləri, 2 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 1 saylı daktilolentin səthindəki papilyar naxış izləri, 2,3,4,5,6 saylı daktilolentlərin səthindəki əlbarmaq və papilyar naxış izləri, 3 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 1,2 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri, 3,4,5,6 saylı daktilolentlərin səthindəki əlbarmaq və papilyar naxış izləri yararsızdır. 1 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi, Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağından, 2 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 1 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sol əlinin baş barmağından qalmışdır. Təqdim edilmiş 1 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 13 saylı daktilolentin səthindəki əl-barmaq izi və 3 rəqəmi ilə işarələnmiş zərfdə aşkar olunmuş 1,2 saylı daktilolentlərin səthindəki əlbarmaq izləri Təqsirləndirilən şəxs daktiloxəritəyə köçürülmüş eksperimental əlbarmaqlarından qalmamışdır. İş materiallarında olan Götürülmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 ədəd sellofanın içərisində xırda qəpik pulları təqdim edərək, həmin xırda qəpik pulların 08 may 2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində yerləşən “Buta Farm” aptekdən götürüb, kirayədə yaşadığı evdə saxladığını, polis əməkdaşları tərəfindən saxlanılıb, polis şöbəsinə aparılan zaman, həmin xırda qəpik pullarının əynində olan şalvarının cibində olduğunu və hazırda həmin pulları könüllü olaraq istintaqa təhvil verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi xırda qəpik pullar sayılaraq, cəmi 4 manat 80 qəpik pul olması müəyyən edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 4 manat 80 qəpikdən ibarət xırda qəpik pullar iş üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 10 may 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 24 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 4 (dörd) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 aprel 2016-cı il tarixli hökmü ilə təyin edilmiş cəza həmin hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla, ona qəti olaraq 5 (beş) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, 29 dekabr 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Hazırda həmin məhkumluq ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs vaxtından əvvəl cəza çəkməkdən azad edildiyi gündən iki il keçmədən hazırki cinayət əməlini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddələrin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və iş üzrə Zərərçəkmiş şəxs3 ona qarşı heç bir şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edərkən, residivə görə cəzanın təyin edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin də tələblərini nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun tutulduğu tarixdən, yəni 10 may 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan və Xətai Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi 4 manat 80 qəpikdən ibarət xırda qəpik pullar Zərərçəkmiş şəxs1 verilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 161,11 (bir yüz altmış bir manat on bir qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 10 may 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan və Xətai Rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs təqdim etdiyi 4 manat 80 qəpikdən ibarət xırda qəpik pullar Zərərçəkmiş şəxs1 verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 161,11 (bir yüz altmış bir manat on bir qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-406/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-406/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver