Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-407/2021 21.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan– Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs başqa saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədi ilə 24 iyun 2021-d il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs anbar kimi istifadə etdiyi ünvan 2 ünvanda yerləşən saxlanc yerinin giriş qapısının üst hissəsində olan dəmir parçalarının bir neçəsini qoparıb onların arasından içəri qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus olan «Kamaz» markalı avtomobilə aid, qiyməti 250 manat olan bir ədəd işlənmiş vəziyyətdə olan starteri, «Kamaz» markalı avtomobilə aid, qiyməti 200 manat olan bir ədəd işlənmiş vəziyyətdə olan akkumulyatoru, «Kamaz» markalı avtomobilə aid, qiyməti 150 manat olan bir ədəd işlənmiş vəziyyətdə olan dinamonu, «Kamaz» markalı avtomobilə aid, qiyməti 350 manat olan bir ədəd işlənmiş vəziyyətdə olan yanacaq nasosunu, qiyməti 50 manat olan bir ədəd işlənmiş vəziyyətdə olan laqondanı, qiyməti 25 manat olan bir ədəd işlənmiş vəziyyətdə olan dreli, plastik boruların yapışdırılması üçün nəzərdə tutulmuş qiyməti 40 manat olan bir ədəd işlənmiş vəziyyətdə olan ütünü və qiyməti 120 manat olan işlənmiş vəziyyətdə olan bir ədəd qaz sobasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1185 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş və şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, ekspert rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 iyun 2021-ci il tarixdə saat 06 radələrində ünvan 3 ünvanda yerləşən yeni inşa edilmiş binanın yaxınlığında plastik əşyalar yığarkən gözü həmin binanın zirzəmisində olan bir qapıya sataşmış, qapı bağlı olmuş və üzərində asma qıfıl olmuşdur. Qapının üst hissəsində içəri keçmək üçün yer olduğunu görüb oradan içəri daxil olmuş və mobil telefonunun işığı ilə içəridə olan əşyalara baxmışdır. İçəridə olan bir ədəd laqonda aparatını, bir ədəd drel aparatını, bir ədəd plastik boruların yapışdırılması üçün nəzərdə tutulmuş ütünü, avtomobil ehtiyat hissəsi olan bir ədəd starteri, avtomobil ehtiyat hissəsi olan bir ədəd dinamonu, avtomobil ehtiyat hissəsi olan bir ədəd yanacaq nasosunu və bir ədəd avtomobil akkumulyatorunu hissə-hissə götürüb qapının yanına yığmış, içəridəki nərdivanı qapıya söykəyib yuxarı qalxmış və yuxarıda sadaladığı əşyaları bir-bir çöl tərəfə yerə atmış, sonra özü də çöl tərəfə tullanmışdır. Həmin əşyalardan bir hissəsini metal qəbulu məntəqəsinə təhvil vermək istəmiş, oğurladığı əşyalardan bir ədəd akkumulyatoru, bir ədəd starteri, bir ədəd dinamonu və bir ədəd yanacaq nasosunu özü ilə gəzdirdiyi uşaq arabasına yığmış və İnqilab İsmayılov küçəsində yerləşən 40 nömrəli marşrut xəttinin sonuncu dayanacağına tərəf gəlmişdir. Orada bir metal qəbulu məntəqəsi bağlı olmuş, taksi ilə General Məhmandarov küçəsində «555» avtoservisin yaxınlığında fəaliyyət göstərən metal qəbulu məntəqəsinə gəlmiş, tanıdığı Səfər də onunla gəlmişdir. Məntəqəni işlədən şəxs gətirdiyi əşyalara baxandan sonra akkumulyatoru 40 manata, qalan əşyaları isə 20 manata ala biləcəyini demiş, buna etiraz etməmişdir. Məntəqəni işlədən şəxs ondan şəxsiyyət vəsiqəsini istəmiş, şəxsiyyət vəsiqəsi başqa bir qadında borc əvəzi girovda olmuş, həmin vaxt Səfər ona şəxsiyyət vəsiqəsini verə biləcəyini demişdir. Səfər və Hüseyə həmin əşyaları zibillikdən tapdığını bildirmişdir. Əməlindən səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini, zərərçəkən şəxslə barışdığını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, yaşadıqları Xətai rayonu General Şıxlinski küçəsi 59B saylı binanın zirzəmisi var. 2013-cü ildə həmin binaya köçəndə binanın komendantının icazəsi ilə həmin zirzəmidə liftin şaxtasından saxlanc yeri kimi istifadə etməyə başlamışlar və şaxtanın giriş qapısı üzərinə asma qıfıl taxmışlar. Həmin saxlanc yerində ev əşyalarını və ailəsinə məxsus olan «Kamaz» markalı avtomobilə aid olan ehtiyat hissələrini saxlayırlar. Təqsirləndirilən şəxs təxminən bir ildir ki, tanıyır, Etimad zibilliklərdən metal və plastik əşyaların yığımı ilə məşğuldur, tüfeyli həyat tərzi keçirir. Təqsirləndirilən şəxsla heç bir düşmənçiliyi və ədavəti yoxdur. 24.06.2021ci il tarixdə axşam saatlarında yaşadıqları binanın alt hissəsində yerləşən saxlanc yerini açıb oradan ev üçün lazım olan bir əşyanı götürmək istəyəndə görmüşdür ki, saxlanc yerində saxladıqları «Kamaz» markalı avtomobilə aid olan bir ədəd yanacaq nasosu və bir ədəd starter yerində yoxdur. Fikirləşmişdir ki, həmin əşyaları atası və ya qardaşı götürə bilər. Bu barədə atası və qardaşından soruşmuş, lakin onlar saxlanc yerindən heç nə götürmədiklərini bildirmişlər. Növbəti gün, yəni 25.06.2021-ci il tarixdə yaşadıqları binanın alt hissəsində yerləşən saxlanc yerinə gəlmiş və bu dəfə diqqətlə saxlanc yerində saxladıqları əşyalara nəzər salmış, bir ədəd yanacaq nasosu və bir ədəd starterdən başqa saxlanc yerindən «Kamaz» markalı avtomobilə aid olan bir ədəd dinamo, «Kamaz» markalı avtomobilə aid olan bir ədəd akkumulyator, bir ədəd laqonda aparatı, bir ədəd drel aparatı, plastik boruların yapışdırılması üçün nəzərdə tutulmuş bir ədəd ütü və bir ədəd qaz sobasının olmadığını aşkar etmişdir. Baş vermiş oğurluqda Etimaddan şübhələnmiş, metal qəbulu məntəqəsinə gedib orada Etimadın həmin məntəqəyə avtomobil ehtiyat hissəsi təhvil verib-vermədiyini soruşmuş, həmin məntəqəni işlədən şəxs Etimadın ona bir ədəd saz vəziyyətdə olan starteri gətirib təhvil vermək istədiyini, lakin starter yaxşı vəziyyətdə olduğu üçün Etimaddan şübhələndiyini və starteri Etimaddan almadığını bildirmişdir. Həmin gün axşam saat 19 radələrində Etimadın kirayə yaşadığı evə gəlmiş, Etimaddan nə üçün ona aid olan saxlanc yerindən oğurluq etdiyini soruşmuş, Etimad isə həmin saxlanc yerinin ona aid olduğunu bilmədiyini və oğurladığı əşyaların bir hissəsini «555» avtoservisin yaxınlığında yerləşən metal qəbutu məntəqəsinə təhvil verdiyini, qalan əşyaları hansısa bağda gizlətdiyini, oğurladığı əşyaların hamısını ona növbəti gün qaytaracağını bildirmişdir. Etimada ondan polisə şikayət edəcəyini deyib ayrılmış və 35-PB-yə gəlmiş, bölmədə oğurluqla bağlı ərizə yazmışdır. 26.06.2021-ci il tarixdə səhər saatlarında 35-ci PB-nin təhqiqatçısı Uğur Məmmədov onu 35-ci PB-yə dəvət edərək ona orada bir laqonda, bir drel və bir ədəd plastik borularının yapışdırılması üçün nəzərdə tutulmuş ütü göstərərək onların ona məxsus olubolmamasını soruşmuş, həmin əşyalara baxıb onları tanımış və həmin əşyaların özünə məxsus olduğunu bildirmiş, həmin əşyalar sonra ona geri qaytarılmışdır. Ona dəyən ziyan ödənilməsə də, təqsirləndirilən şəxsin anasının və övladının xəstə olması səbəbindən onunla barışmış, ondan şikayətçi deyildir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təxminən iki ildir ki, Bakı şəhəri Xətai rayonu General Mehmandarov küçəsində yerləşən, sahəsi təxminən 20 kv.metr olan qeyri-yaşayış sahəsini icarəyə götürüb oranı metal və plastik əşyalarının qəbulu məntəqəsi kimi işlədir. 24 iyun 2021-ci il tarixdə səhər saatlarında tanımadığı üç nəfər şəxs taksi ilə işlətdiyi məntəqəyə gəlmişlər. Şəxslərdən biri, adının sonradan Etimad olduğunu bildiyi şəxs ona akkumulyator təqdim edərək onu satmaq istədiyini bildirmişdir. Akkumulyatoru təqdim edən şəxsdən onun oğurluq olub-olmamasını soruşmuş, həmin şəxs isə akkumulyatorun özünə məxsus olduğunu bildirmişdir. Həmin şəxsdən şəxsiyyət vəsiqəsini istəmiş, lakin həmin şəxs üzərində şəxsiyyət vəsiqəsinin olmadığını bildirmişdir. Həmin şəxsə şəxsiyyət vəsiqəsiz mal qəbul etməyəcəyini bildirmişdir. Həmin şəxslər şəxsiyyət vəsiqəsini gətirəcəyini bildirib getmişlər. Təxminən 30-40 dəqiqədən sonra həmin şəxslər gəlmişlər və Etimadın yanında olan X9 adlı şəxs ona öz şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Mobil telefonu ilə Səfərin şəxsiyyət vəsiqəsinin fotoşəkilini çəkmiş və iş dəftərində müvafiq qeyd aparmışdır. Etimadın təqdim etdiyi akkumulyatoru tərəzidə çəkmiş, akkumulyatorun çəkisi 32,5 kq olmuş, qurğuşunun çəkisini 1,20 manatdan təhvil aldığı üçün akkumulyatora görə Etimada 39 manat pul vermişdir. Sonra Etimad gəldikləri taksinin yük yerində dinamo avtomobil ehtiyat hissəsinin olduğunu və onu da təhvil vermək istədiyini bildirmişdir. Taksinin yük yerinə baxıb orada torbanın içərisində avtomobil ehtiyat hissəsini görmüşdür. Etimad həmin ehtiyat hissəsinin də özünə məxsus olduğunu və onu 30 manata satdığını bildirmişdir. Lakin həmin ehtiyat hissəsinə görə Etimada 20 manat pul təklif etmiş, Etimad razılaşmışdır. Ümumilikdə Etimada akkumulyator və dinamoya görə 60 manat pul vermiş və bununla bağlı iş dəftərində müvafiq qeydlər aparmışdır. Növbəti gün Etimaddan aldığı və dinamo kimi bildiyi ehtiyat hissəsini sökəndə görmüşdür ki, həmin ehtiyat hissəsi avtomobil starteridir. Həmin starterden 4 kq mis çıxmışdır. Həmin gün məntəqədə olan malları, o cümlədən Etimaddan aldığı akkumulyatoru və starterin sökülməsi nəticəsində əldə etdiyi misi Dərnəgüldə fəaliyyət göstərən «X14» zavodunun nümayəndələrinə təhvil vermişdir. Etimad adlı şəxsin ona satdığı akkumulyatorun və starterin oğurluq olduğunu bilməmişdir. Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, müdafiə tərəfi həmin şahidi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsini elan etmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, dörd ildir ki, ünvan 4 ünvanında yerləşən avtomobil qarajını icarəyə götürüb oranı metal və plastik əşyaların qəbulu məntəqəsi kimi işlədir. Etimad adlı şəxsi tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Etimad metal və plastik əşyalarının yığımı ilə məşğuldur və tez-tez işlətdiyi məntəqəyə metal və plastik əşyalar gətirib təhvil verir. 24 iyun 2021-ci il tarixdə saat 11 radələrində Etimad belində bir çanta və əlində bir çanta tutaraq işlətdiyi məntəqəyə gəlmişdir. Etimad ona əlində tutduğu çantanın içərisində olan «Kamaz» markalı avtomobilə aid starteri göstərərək onu təhvil vermək istədiyini, belində isə çantanın içərisində «Kamaz» markalı avtomobilə aid akkumulyatorun olduğunu, həmin akkumulyatoru da təhvil vərmək istədiyini bildirmişdir. Etimada ümumiyyətlə akkumulyator qəbul etmədiyini bildirmişdir. Etimadın ona göstərdiyi starter yaxşı vəziyyətdə olduğu üçün fikirləşmişdir ki, həmin starter oğurluq ola bilər, ona görə də, onu Etimaddan almamışdır. Etimad da çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 26 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir ( i.v. 1); baxış keçirilməsi haqqında 25.06.2021-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 2 ünvanına baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir ( i.v. 5-6); baxış keçirilməsi və götürmə haqqında 26 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Xətai rayon Pİ-nin 35-ci PB-nin təhqiqatçısı, polis mayoru U.Ə.Məmmədovun, Təqsirləndirilən şəxs, hal şahidləri X3, X4 iştirakları ilə Bakı şəhəri Xətai rayonu G.Mehmandarov küçəsi 100 saylı bina ilə üzbəüz yerləşən fərdi həyət evinə baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl proses iştirakçılarına hüquq və vəzifələri izah olunmuş, baxış zamanı həmin ünvandan oğurlanmış əşyalar aşkar edilmiş, fotoşəkilləri çəkilmiş və həmin əşyalar protokollaşdırılaraq götürülmüşdür ( i.v. 11-13); baxış keçirilməsi haqqında 26 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Xətai rayon Pİ-nin 35-ci PB-nin təhqiqatçısı, polis mayoru U.Ə.Məmmədovun, Təqsirləndirilən şəxs, hal şahidləri X5, X1 iştirakları ilə Bakı şəhəri Xətai rayonu G.Mehmandarov 2 ünvanına baxış keçirilmiş, baxış keçirilməzdən əvvəl proses iştirakçılarına hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs oğurlamış olduğu akkumulyatoru, yanacaq nasosunu, dinamonu və starteri həmin ünvanda yerləşən metal qəbuluna 60 manata satdığını bildirmişdir. Fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir ( i.v. 14-15); şübhəli şəxsin tutulması haqqında 26 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan həmin tarixdə, saat 19:50-də tutulmuşdur ( i.v. 32); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 28 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan ittiham elan olunmuşdur ( i.v. 38); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-272/2021 saylı, 28.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilmiş,həbsdə saxlama müddəti 03 (üç) ay həddində müəyyən edilmiş, həbs etmənin əvvəli 26 iyun 2021-ci il tarixdən hesablanmışdır ( i.v. 56-58); zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 iyun 2021-ci il tarixli qərardan görünür ki, X2 zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v. 59); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 09 iyul 2021-ci il tarixli cavabından görünür ki, Yazımov X6 Rayon Məhkəməsinin 07.11.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 315.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 01 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 02.07.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək CM-nin 68.1.2, 67.1-ci maddələrinə əsasən 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nərimanov Rayon Məhkəməsinin 15.12.2010-cu il tarixli qərarına əsasən cəzasının çəkilməmiş 01 il 01 ay 04 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir ( i.v. 79-81); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-217/2010 saylı, 02 iyul 2010-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.2-ci maddəsinə müvafiq olaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 noyabr 2008-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 (iki) ay 11 (on bir) gününün iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq, 1 (bir) ay 05 (beş) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilmiş və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır ( i.v. 86-87); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2021-ci il tarixli, 9/4556 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 115,00 manat müəyyən edilir. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir ( i.v. 91-93); sübutların qiymətləndirilməsi haqqında 17 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 177.2,3-cü maddəsi ilə nəzərdə tutulmuş yeni məzmunda ittiham elan edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28.06.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 26.06.2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, zərərçəkmiş Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2 ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokollar, baxış keçirilməsi və götürmə haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2021-ci il tarixli 9/4556 nömrəli rəy və Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi istiqamətində toplanmış digər materiallar sübut növü kimi qiymətləndirilmiş, Şahid2 əməlində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsinin tərkibi olmadığından bu xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, X9 və “Hüseyn” adlı şəxslərin əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmiş, bir ədəd işlənmiş vəziyyətdə olan laqonda, bir ədəd işlənmiş vəziyyətdə olan drel və plastik boruların yapışdırılması üçün nəzərdə tutulmuş bir ədəd işlənmiş vəziyyətdə olan ütü maddi sübut kimi tanınmış və prosessual tərəflər maddi sübutlarla tanış olduqdan sonra sahibinə qaytarılmışdır ( i.v. 100-104); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 18 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan yeni məzmunda ittiham ona elan olunmuşdur ( i.v. 105); 20.08.2021-ci il tarixli qəbzdən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ona məxsus olan 1 ədəd işlənmiş vəziyyətdə olan laqondanı, 1 ədəd işlənmiş vəziyyətdə olan dreli və 1 ədəd işlənmiş vəziyyətdə olan plastik boruların yapışdırılması nəzərdə tutulmuş ütünü təhvil almışdır ( i.v. 121); “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2007-ci il təvəllüdlü Alik, 2009-cu il təvəllüdlü Yusif adlı iki övladı var. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.4-cü və 59.1.12-ci maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallardır. 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.5-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2), himayəsində azyaşlı uşağın olmasını (CM-59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (59.1.12) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, bununla da, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olamaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut əşyaların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 26 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut – 1 ədəd işlənmiş vəziyyətdə olan laqondanın, 1 ədəd işlənmiş vəziyyətdə olan drelin və 1 ədəd işlənmiş vəziyyətdə olan plastik boruların yapışdırılması nəzərdə tutulmuş ütünün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-407/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-407/2021
21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver